16.S7-400 kontrollerinin mərkəzləşdirilmiş quruluşu
S7-400 simatik öz imkanlarına görə,S7-300-dən böyük imkanlara malikdir,və daha yeni versiyadır.S7-400 kontrollerləri 18 (UR1) və 9 (UR2) mövqeli dayaqlarda qurulur. Ümumi quruluşu şəkil 2.2-dəki kimi ola bilər. S7-400-də artıq hansı modulun,hansı mövqedə yerləşməsinin fərqi yoxdur.Lakin,interfeys modullarının tipindən asılı olaraq,dayaqlararası məsafə və genişləndirmə dayaqlarının sayımüəyyən olunur.
Göründüyü kimi istifadə olunan interfeys modulunun tipindən asılı olaraq genişləndirmə dayaqlarının sayı və mərkəzi dayaqdan məsafəsi müxtəlif ola bilər. Məsələn: İM 460-1 və İM 461-1 ilə birləşdikdə genişləndirmə dayaqlarının sayı bir, dayaqlar arası məsafə 1.5 m-dək; İM 460-0 və İM 461-0 ilə birləşdikdə dayaqların sayı dördə qədər, dayaqlar arası məsafə 3 m-dək ola bilər,İM 460-3 və İM 461-3 interfeys modulları yerləşdirməli olsaq,yenə də interfeys modulları vasitəsilə biz 4 dayaq əldə edə bilərik,lakin dayaqlar arası məsafə 100 m-dək ola bilər.Nəhayət İM 463-2 və İM 314 interfeys modullarını yerləşdirsək,onda dayaqlararası məsafə,600 m-ə qədər olmaqla həm interfeys modulları vasitəsilə biz 4 dayaq əldə edə bilərik.
Genişləndirmə dayaqlarının ümumi sayı 21-dən çox ola bilməz.Çoxdayaqlı mərkəzləşdirilmiş kontroller layihələndirilərkən interfeys modullarına xüsusi diqqət yetirilməlidir. Məhz interfeys modullarının tipindən asılı olaraq dayaqların sayı və dayaqlar arası məsafə müəyyən edilir.
Şəkil
Dostları ilə paylaş: |