Sumqayit döVLƏt universiteti


Profibus vasitəsilə paylanmış sistemin quruluşu



Yüklə 1,85 Mb.
səhifə25/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   21   22   23   24   25   26   27   28   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

18.Profibus vasitəsilə paylanmış sistemin quruluşu

Kontroller vasitəsilə həm mərkəzləşdirilmiş, həm də pay­lan­mış (səpələnmiş) quruluşa malik idarəetmə sistemlə­ri layi­hələndirmək mümkündür. Mərkəzləşdi­rilmiş quru­luşda kont­rol­lerin tərkibinə daxil olan bütün modullar yalnız dayaq­larda, paylanmış quruluşda isə həm dayaqlarda və həm də idarə­etmə prosesinin ərazisində yerləşdirilir.Paylanmış quruluş müxtəli vasitələrlə, o cümlədən Profibus və AS-i xətlə­ri vasi­tə­silə təşkil edilə bilər.



Profibus (Process Fieldbus) – prosesin sahə şini de­mək­­­­dir. Profibus xətti 2 ədəd naqildən ibarət ikiqat ekranlaşdırılmış kabel­dir. Profibus vasitəsilə paylanmış sis­te­min ümumi quru­luşu şəkil 1-dəki kimidir.

Şəkil 1

Belə sistem ən azı bir ədəd aparıcı (DP-master) və digərləri aparılan (tabe olan - DP-slave) modullardan iba­rət olur. DP-master aktiv modul olub, periodik olaraq digər modul­lardan məlumat toplayır. DP-master kimi:

- xüsusi quraşdırılmış DP-interfeysi olan mərkəzi pro­ses­sor və ya əlavə DP interfeyslə təchiz edilmiş hər hansı bir mər­kəzi prosessor (məs.CPU 417);

- mərkəzi prosessorla əlaqədə olan interfeys modulu (məs.İM 467);

- mərkəzi prosessorla əlaqədə olan komunikasiya pro­ses­soru istifadə edilə bilər.

Aparılan modullar özləri 3 növ ola bilər - kompakt, modul və intellektual tipli.



Kompakt tipli aparılan modulların hər biri özünü DP-mas­te­­rə görə vahid bir modul kimi aparır. Modul tipli aparılan modullar isə özünü bir neçə modul kimi aparır və DP-master onun hər bir moduluna müraciət edə bilər.İntellektual modullar özlərindən aşağı səviyyədə olan modullardan vaxtaşırı məlumat toplayır. Profibus-DP xətti 100 m-ə (12 Mbit sürətlə) və ya 1000 m-ə (9.6 Kbit sürətlə) qədər ola bilər. Lazım gəl­dikdə təkrarlayıcılar vasitəsilə vasitəsilə uzadıla bilər.

Texnoloji prosesin idarə edilməsində istifadə olunan ən aşağı səviyyəli elementlər icra mexanizmləri (actu­ator) və vericilərdir (sensor).

Partlayış təhlükəsi olan sahələrdə yerləşən cihazlar Profibus-PA xəttinə, o isə Profibus-DP -yə DP/PA əlaqə modulu vasitəsilə birləşdi­ri­lir. DP/PA interfeysinin məlumatı ötürmə sürəti DP/PA modulunun məlumat ötürmə sürətindən yüksəkdir və on­ların hər birinə 31 modul qoşula bilər.Əsasən binar (ikimövqeli) icra mexa­nizmləri və vericiləri Profibus-DP xəttinə qoşmaq üçün DP/AS-interfeysindən (DP/AS-i) isti­fadə edilir.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin