Sumqayit döVLƏt universiteti


PK-da kəmiyyətlər bloku (DB)



Yüklə 1,85 Mb.
səhifə33/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   29   30   31   32   33   34   35   36   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

25.PK-da kəmiyyətlər bloku (DB)

PK-nın proqramlaşdırılması zamanı təşkilati blok (OB), funksional blok (FB), funksiya ( FC), kəmiyyətlər bloku (DB) tipli bloklardan istifadə edilə bilər. Bu və ya digər blok SİMATİC Manacer pəncərəsində Insert S7 Block zənciri vasitəsilə açılan pəncərədə lazım olanı seçməklə yaradılır. Bu və ya digər blokun tərkibinə baxmaq və ya dəyi­şikliklər etmək üçün yenə də SİMATİC Manacer pəncərəsində uyğun blok açılmalıdır.



Kəmiyyətlər bloku (DB) müxtəlif tipli (bool, real, int və s.) qiymətlər alan dəyişənlərin təyin edilməsi və onlara başlanğıc qiymətlərin verilməsi üçün yaradılır. Kəmiy­yətlər blokunda (DB) təyin edilmiş dəyişənlərə müraciət edə bilmək üçün ilk növbədə simvollar cədvəlində həmin bloka ad verib, elan etmək lazımdır. Şəkil 1a –da DB3 kəmiyyətlər blokunda İNT tipli “alma”, REAL tipli “armud” və BOOL tipli “heyva” dəyişənləri təyin edilmiş, şəkil 1b –də simvollar cədvə­lin­də DB3, DB1 və DB2 kəmiyyətlər bloklarına uyğun olaraq “kbaz”, “fun1” və “fun2” adları verilərək elan edilmiş, şəkil 1c-də isə DB3 və DB1 kəmiyyətlər blok­larına daxil olan dəyişənlərdən istifadə nümunəsi verilmişdir. Şəkil 1

Göründüyü kimi dəyişənin adının qarşısında DB-nin simvollar cədvə­lindəki adı nöqtə ilə ayrılmaqla göstərilir. Dırnaq (“) işarəsini sistem özü qoyur. Ümumiyyətlə isə ünvanları yazmağa başla­dıqda sistem həmin yerə yazıla bilməsi mümkün olan lokal və qlobal dəyişənlərin, onların daxil olduqları blokların adları göstərilməklə cədvəl verir. Əgər lazım olan dəyişən həmin cədvəldə olarsa, onda onun üzərində sol düymə tıklandıqdan sonra “Enter” düyməsi sıxılır.


Kəmiyyətlər bloklarındakı (DB) dəyişənlərə müraciət etməz­dən əvvəl uyğun DB avadanlıqlar kataloqunun DB call qovluğunda yer­lə­­şən OPEN vasitəsilə açılmalıdır. İstənilən digər DB açıldıqda əvvəl açılmış DB bağlanır. Lakin, DB və DB nüsxəsi eyni zamanda açıq ola bilər.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin