24.PK-da təşkilati bloklar (OB)
PK-nın proqramlaşdırılması zamanı təşkilati blok (OB), funksional blok (FB), funksiya ( FC), kəmiyyətlər bloku (DB) tipli bloklardan istifadə edilə bilər. Bu və ya digər blok SİMATİC Manacer pəncərəsində Insert S7 Block zənciri vasitəsilə açılan pəncərədə lazım olanı seçməklə yaradılır. Bu və ya digər blokun tərkibinə baxmaq və ya dəyişikliklər etmək üçün yenə də SİMATİC Manacer pəncərəsində uyğun blok açılmalıdır.
Təşkilati bloklar nədi və nə üçün istifadə olunur barədə məlumat verək.Təşkilati bloklar (OB) müxtəlif təyinatlı proqramların tərtib edilməsi üçün istifadə edilir. Hər bir yeni layihə yaradılarkən əsas proqramın yerləşəcəyi təşkilati blok OB1 adı ilə avtomatik yaradılır. STEP7 sistemində OB10-dan OB122-dək müxtəlif təyinatlı təşkilati bloklar vardır. Həmin bloklar avadanlıqlar kataloqunun Libraries bölməsinin Standart Library qovluğunun Organization Blocks qrupunda yerləşirlər. İstifadəçinin əsas proqramı OB1-də yerləşir və o, dövrü olaraq işləyir. Hər bir dövrün başlanığıcında CPU obyekt haqqında məlumatı vericilərdən qəbul edib prosesin giriş surətlər cədvəlinə (PGSC) yazır, OB1 proqramının əmrləri icra olunduqdan sonra idarəedici təsirlər CPU tərəfindən prosesin çıxış surətlər cədvəlindən icra mexanizmlərinə ötürülür və növbəti dövr başlayır. OB1-in işi zamanı müxtəlif OB-lər tərəfindən onun işi müvəqqəti olaraq dayandırıla bilər. Məsələn, tənzimləyicilər müəyyən sabit zaman intervalları ilə işlədikləri üçün onlar OB1-də deyil OB30-dan OB38-dək istənilən birində yerləşdirilir və həmin OB tənzimləyicidə verilmiş intervalla OB1-in işini dayandırır. Həmin OB-nin işi başa çatdıqdan sonra OB1-in işi dayandığı yerdən davam etdirilir.
Dostları ilə paylaş: |