Sumqayit döVLƏt universiteti


PK-da funksiya bloku (FC)



Yüklə 1,85 Mb.
səhifə34/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   30   31   32   33   34   35   36   37   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

26.PK-da funksiya bloku (FC)

PK-nın proqramlaşdırılması zamanı təşkilati blok (OB), funksional blok (FB), funksiya ( FC), kəmiyyətlər bloku (DB) tipli bloklardan istifadə edilə bilər. Bu və ya digər blok SİMATİC Manacer pəncərəsində Insert S7 Block zənciri vasitəsilə açılan pəncərədə lazım olanı seçməklə yaradılır. Bu və ya digər blokun tərkibinə baxmaq və ya dəyi­şikliklər etmək üçün yenə də SİMATİC Manacer pəncərəsində uyğun blok açılmalıdır.



Funksiya blok (FC) altproq­ramla­rın və ya əsas proqramın müəyyən funksional hissəsinin yaradılması üçündür.Təkrar­lanan əməliyyatların bir dəfə proqramlaşdırılıb, istənilən qədər təkrar istifadə etmək məqsədilə istifadə olunur.FC əsas proqram (OB1) və ya digər OB, FC və FB tərəfindən çağırıla bilər. Bu zaman çağıran proqram çağırdığı altproqramın hesa­batına lazım olan kəmiyyətləri ona ötürür və hesabatın nəti­cəsini ondan qəbul edir.FC-da yaddaş yoxdur.Onu Funksional blokdan (FB)-dən fərqləndirən əsas cəhətlərdən biridir. FB-də isə DB nüsxəsi adlanan yaddaş vardır.

Funksiya bloku (FC) ilə onu çağıran proqram arasında mübadilə bilavasitə faktik-formal parametrlər vasitəsilə aparılır. Çağıran proqram tərəfindən ötürülən və qəbul edilən kəmiyyətlər faktik parametrlər, funksiyada (FC) istifadə edilən dəyişənlər formal parametrlər adlanır.

İndi FC ilə misal həllinə baxaq. Fərz edək ki, əsas proqramda və ifadələri üzrə hesabat aparmaq lazımdır. Fun­k­siya kimi təşkil edilir.Əsas proqramın (OB1) və funksiyanın (FC1) LAD dilində proqramları verilmişdir.



Şəkil 1
Göründüyü kimi əsas proqram iki dəfə FC1 funksiyasına müra­ciət etmişdir. Faktik parametrlər , (şəkil 1,a), for­mal parametr­lər isə -dir (şəkil 1,b). Şəkil 1,c-də FC1 blokunda formal parametrlərin təyini verilmiş­dir.

Formal parametrlər funksiyada (FC), lokal dəyişənlər, faktik parametrlər isə çağıran proqramda lokal dəyişənlər və ya sabitlər kimi təyin edilir. Lokal dəyişənlər giriş (İN), çıxış (OUT), qarışıq (İN_OUT) və müvəqqəti (TEMP) tipli olurlar. İN tipli dəyişənlərdən məlu­ma­tı yalnız qəbul etmək, OUT tipli dəyişənlərə yalnız yazmaq, İN_OUT tipli dəyi­şənlərdən isə həm qəbul etmək, həm də yazmaq olar. İN, OUT və İN_OUT tiplilər formal parametrlər kimi, TEMP tiplilər isə blok daxili istifadə üçündür.

Yaradılan funksiyalar (FC) proqram elementləri pəncərəsinin uyğun olaraq FC qovluğuna yerləşdirilir və proqram xəttinə həmin qovluq­dan gətirilir.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin