Sumqayit döVLƏt universiteti


PK-da kəmiyyətlərin növləri, sabitlər, dəyişənlər



Yüklə 1,85 Mb.
səhifə31/75
tarix01.01.2022
ölçüsü1,85 Mb.
#50560
növüQaydalar
1   ...   27   28   29   30   31   32   33   34   ...   75
PMK.İmtahan sualları və cavabları 2021

23.PK-da kəmiyyətlərin növləri, sabitlər, dəyişənlər

PK-nın bir neçə proqram­laşdırılma dilləri vardır. Bu dillərdən daha çox LAD-kontakt sxemləri, FBD – funksional bloklar diaqramı və STL – operatorlar siyahısı kimi dilləri göstərmək olar.PK-da istifadə edilən kəmiyyətlərin növləri və onların sabit şəklində təsvir formaları cədvəl 1-dəki kimidir:

Cədvəl 1


Sabitin adı

Tipi

Uzunluğu (Bitlə)

Nümunə

Məntiqi

BOOL

1

1 və ya 0

Bayt

BYTE

8

B#16#A9

Maşın sözü

WORD

16

W#16#12AF

Ikiqat söz

DWORD

32

DW#16#AD1C2F54

Simvol

CHAR

8

‘A’

Adi tam ədəd

İNT

16

243

Uzun tam ədəd

DINT

32

L#64532

Həqiqi ədəd

REAL

32

2.5 və ya 0.25E1

Gözləmə müddəti

S5TİME

16

S5T#2H10M2S15MS

Vaxt

TIME

32

T#2D3H5M8S4MS

Tarix tipli vaxt

DATE

16

D#2016-02-18

Günün vaxtı

TİME OF DAY

32

TOD#12:23:45:10

B#16#A9, W#16#12AF və DW#16#AD1C2F54 ifadələ­rin­də 16 ədədi uyğun olaraq A9, 12AF və AD1C2F54 kəmiyyət­lərinin 16-lıq say sistemində olduğunu bildirir.

Vaxt tipli sabitlərdə D-gün, H-saat, M-dəqiqə, S-saniyə və MS-millisaniyələrin miqdarını bildirir. Həmin kəmiyyətlə­rin konkret halda lazım olanları göstərilir. Məs.: S5T#20S sabiti gözləmə vaxtının 20 san. olduğunu göstərir.

Dəyişənlər.Dəyişənlər adları ilə verilən kəmiyyətlərdir.Onların qiyməti proqramın işi zamanı dəyişə və ya sabit qala bilər. Dəyişənlərin adı hərflə başlayıb, latın əlifbasının hərfləri və rəqəmlərdən ibarətdir: x, y12, alma və s. Dəyişənlər həm mütləq ünvanlara simvolik ad vermək, həm də hesabat zamanı aralıq kəmiyyətləri ünvanlaş­dırmaq üçün istifadə edilir. Dəyişənlər qlobal və lokal olurlar. Qlobal dəyişənlərdən proqrqamdakı bütün bloklar, lokal dəyişənlər­dən isə yalnız onların aid olduğu blok istifadə edə bilər. Qlobal dəyişənlər LAD/STL/FBD pəncərəsində Options Symbol Table vasi­təsilə açılan simvollar cədvəlində verilir və istə­nilən zaman redaktə edilə bilər. Simvollar cədvəlində obyektlə əlaqə ünvanlarını müəyyən edən dəyişənlər, kəmiyyətlər blokları (DB), funksiya (FC) və funksional bloklar (FB) elan edilir.

Lokal dəyişənlər isə hər bir blokun daxilində pəncərənin yuxarısında İnterface blokunda TEMP elementi üzərində tıklandıqda açılan cədvəldə təyin edilir.

Eyni adlı qlobal və lokal dəyişənlər ola bilər. Qlobal dəyişənlər proqramda dırnaq arasında (Məs.: “x2”), lokal dəyişənlər isə # işarəsi ilə müşayət edilir (Məs.: #x5). Global dəyişənlər cədvəlində dəyişənlərin adı (Name), tipi (Data Type) və ünvanı (Address) proqramı tərtib edən şəxs təyin edir. Lokal dəyişənlərin adı və tipini proqramı tərtib edən şəxs, ünvanını isə sistem təyin edir.


Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin