21.PK-nın yaddaşının quruluşu
PK-nın istifadə etdiyi işçi proqramlar proqramlaşdırıcı qurğularda (proqrammator) tərtib olunur və kontrollerə ötürülür.Proqrammator kimi fərdi kompüter və ya xüsusi qurğulardan istifadə oluna bilər. Şəkil 1-də PK-nın proqrammatorla, idarəetmə obyekti ilə (İO) əlaqə sxemi və kontrollerin yaddaşının quruluşu göstərilmişdir.
Şəkil 1.
Göründüyü kimi PK-nın yaddaşı üç hissədən ibarətdir: yükləmə yaddaşı, işçi yaddaş və sistem yaddaşı. Yaddaşın hər bir hissəsi isə müxtəlif bloklardan ibarətdir.
Proqrammatorun yaddaşından işçi proqram PK-nın yükləmə yaddaşına yazılır. PK-nın əməliyyat sistemi isə həmin proqramı yükləmə yaddaşından işçi yaddaşa ötürərək icra edir. PK-dan proqram proqrammatora ötürülə bilər. Bu zaman həmin ana qədər PK-nın istifadə etdiyi cari məlumat da proqrammatorun yaddaşına ötürülür.
PK-nın sistem yaddaşı ünvanlar fəzası, diaqnostika və komunikasiya buferləri, lokal kəmiyyətlər, bloklar və kəsilmələr stekləri, konnektor (merker), taymer və sayğaclar üçündür. PK-ya qoşulmuş bütün modullar üçün sistem yaddaşında yer ayırılır və yaddaşın həmin hissəsi ünvanlar fəzası adlanır. İdarəetmə obyektindən qəbul edilən kəmiyyətlər və obyektə ötürülən idarəedici təsirlər hər bir modula ayırılan yaddaşda yerləşdirilir və vaxtaşırı CPU tərəfindən onlar təzələnir, yəni obyektdən yeni məlumat qəbul edilir, idarəedici təsirlər obyektə ötürülür. Beləliklə, yaddaşın həmin hissəsi praktik olaraq həmişə ibarəetmə obyektinin cari vəziyyətini əks etdirir. Odur ki, yaddaşın bu hissəsi prosesin (idarəetmə obyektinin) surət cədvəli (PSC) adlanır. Daxiletmə qurğuları üçün ayırılan yaddaş prosesin giriş surəti cədvəli (PGSC), məlumatı obyektə ötürmə qurğuları üçün ayırılan yaddaş isə prosesin çıxış surəti cədvəli (PÇSC) adlanır.
Dostları ilə paylaş: |