19.AS-i vasitəsilə paylanmış sistemin quruluşu
Kontroller vasitəsilə həm mərkəzləşdirilmiş, həm də paylanmış (səpələnmiş) quruluşa malik idarəetmə sistemləri layihələndirmək mümkündür. Mərkəzləşdirilmiş quruluşda kontrollerin tərkibinə daxil olan bütün modullar yalnız dayaqlarda, paylanmış quruluşda isə həm dayaqlarda və həm də idarəetmə prosesinin ərazisində yerləşdirilir. Paylanmış quruluş müxtəli vasitələrlə, o cümlədən Profibus və AS-i xətləri vasitəsilə təşkil edilə bilər. AS-i şinləri iki ədəd burulmuş naqildən ibarətdir. Həmin naqil vasitəsilə həm qida siqnalı, həm də idarəedici və nəzarət olunan kəmiyyətlər ötürülür. Belə sistemin ümumi sxemi şəkil 1-dəki kimidir. Şəkil 1
Şəkildən göründüyü kimi AS–interfeys CPU –ya CP 342-2 komunikasiya prosessoru və ya Profibus-DP vasitəsilə birləşə bilər. Hər iki halda AS-interfeys sistemi AS-master və AS-aparılan modullarından ibarətdir. Hazırda müxtəlif standartlarla işləyən sistemlər var. Həmin sistemlərdən biri də RS232C interfeysi adlanan sistemdir. Həmin interfeyslə Profibus-DP arasında əlaqə yaratmaq üçün DP/RS232C modulundan istifadə edilir.Əgər AS-interfeys CPU-ya CP 342-2 vasitəsilə qoşulmuşdursa, onda AS-master funksiyasını CP 342-2, digər variantda isə DP/AS-interfeysi yerinə yetirir. CP 342-2 komunikasiya prosessoru həm mərkəzi dayaqda ,həm də ET 200M-in dayağında yerləşdirilə bilər.
Göründüyü kimi AS-interfeysə tək-tək icra mexanizmləri, vericilər, bir neçə icra mexanizmləri və vericilər qoşulmuş modullar və ya paylayıcılar qoşula bilər.
Dostları ilə paylaş: |