32.PK-nın sayğacları(39la eyni:)
PK-da sayğaclar da həm binar, həm də blok şəklində olub, proqram elementləri pəncərəsinin Counter qovluğunda yerləşir.
Blok tipli sayğaclar işləmə prinsipinə görə 3 növdür: S_CUD – hər iki istiqamətdə sayan (reversiv); S_CU- düz istiqamətdə sayan; S_CD-əks istiqamədə sayan. Adlarından göründüyü kimi S_CUD tipli sayğac özündə digər ikisinin funksiyasını birləşdirir. Odur ki, onun nümunəsində sayğacların iş prinsipinə baxaq:
CU girişinə verilən hər bir impuls sayğacın registrinin qiymətinə “1” əlavə edir, CD girişinə verilən hər bir impuls isə sayğacın registrinin qiymətindən “1” çıxır.
S girişinə impuls verdikdə PV girişindəki ədəd sayğacın registrinə yazılır. Registrin başlanığıc qiyməti “0” olur. Sayğacın CD girişi ilə işə başlamaq üçün ilk növbədə S girişinə impuls verməklə PV girişindəki ədəd sayğacın registrinə yazılmalıdır. R girişinə impuls verdikdə sayğacın registrinin qiyməti “0” edilir.PV girişinə sayğacın sazlama parametri 0-999 həddində tam ədəd şəklində C#10 və ya W #16#10 formalarında verilir.Sayğacın registrinin cari qiymətini ikilik adi tam ədəd şəklində CV, ikilik-onluq ədəd şəklində isə CV_BCD çıxışlarından oxumaq, CV çıxışından proqram qurulmasında istifadə etmək olar.
Sayğacın registrinin qiyməti “0” olduqda Q çıxışı “0”, registrin qiyməti “0”-dan böyük olduqda isə Q çıxışı “1” qiyməti alır. Sayğacların Q çıxışlarının “1” qiymətində onların na kontaktları qapanır, nb kontakları isə açılır.
Proqramın qurulmasında sayğacların kontaktlarından, Q və CV çıxışlarından istifadə etmək olar.
Binar sayğacların LAD və FBD dillərində işarələri, STL dilində isə kodları cədvəl 2.6-da verilmişdir.
Binar sayğaclarda sayğacın registrinin cari qiymətinin yazılması və uyğun olaraq ona nəzarət imkanı yoxdur.
Dostları ilə paylaş: |