33.PK-nın konnektorları
Konnektorlar köməkçi vasitələr olub və ya məntiqi əməliyyatların nəticələrini özündə saxlıyır və proqramın müxtəlif yerlərində onlardan istifadə olunur.Yəni konnektorların kontaktlarından istifadə olunur. Konnektor avadanlıqlar kataloqunun Bit logic qovluğunda yerləşir.
PK-da konnektorlar dövrənin sonunda deyil, aralıqda yerləşir. O, həmin dövrədə özündən əvvəl yerləşmiş bütün elementlərin nəticəsini əks etdirir. Proqramın digər yerlərində onun kontaktlarından istifadə edilir. Şəkil 1-də baxılan misalda I124.1 və I124.2 girişlərinin məntiqi hasili M1.0 konnektorunda saxlanılır və onun I124.3 girişi ilə məntiqi hasili Q125.1 çıxışını, konnektorun kontaktı isə Q125.0 çıxışını idarə edir.Həm də burda,konnektor dövrənin ortasında yerləşir.
Şəkil 1
Göründüyü kimi o, (#) işarəsi kimi verilmişdir.Və onun üzərində mütləq,yaddaşın bitinin ünvanı göstərilməsidir.Burda, M 1.0 yazılıb ki,yəni 1ci baytın 0cı biti.Proqramın açıqlaması belədir ki, İ124.1 və İ124.2 kontaktlarının hər ikisi qapandıqda vahid siqnal alınır.Həmin vahidi konnektor yadında saxlayır.Eyni zamanda dövrə davam edir.Artıq o konnektordan asılı deyil.Və növbəti Netvork 2-də isə həmin konnektorun kontaktından istifadə olunub,Q125.0 diskret çıxışı işə salınır,yəni,əgər İ124.1 və İ 124.2 kontaktları qapanmış olarsa,o deməkdirki, bu konnektor vasitəsilə M 1.0 kontaktı qapanır və Q 125 çıxışı işə düşür.
Dostları ilə paylaş: |