1. Gözləməklə qoşulan taymer (S_ODT). Taymerin S girişinə daimi siqnal verdikdə o, işə düşür və TV girişinə verilmiş gözləmə vaxtı başa çatdıqda Q çıxışı “1” qiymət alır. İstənilən zaman R girişinə impuls verdikdə Q çıxışı “0” qiymət alır.
Şəkil 2-da I124.1 kontaktı daimi qapandıqdan 35 s. sonra Q125.1 diskret çıxışı işə düşür. İstənilən vaxt I124.2 kontaktı qapandıqda Q125.1 diskret çıxışı ilkin vəziyyətə gəlir.
Şəkil 2
Taymerin yenidən işləməsi üçün I124.1 kontaktı açılıb yenidən qapanmalıdır. Gözləmə vaxtının cari qiyməti 50-ci ünvanda ikilik, 60-cı ünvanda ikilik-onluq kodlarda yerləşdirilir.