35.PK-nın gözləməklə qoşulan impuls taymeri (S_ODTS)
PK-da taymerlər həm binar, həm də blok şəklində olub, proqram elementləri pəncərəsinin Timers qovluğunda yerləşir.
Blok tipli taymerlər eyni quruluşa malik olub, işləmə prinsipləri müxtəlifdir (Şəkil 1) və onlar adları ilə fərqlənir.
Şəkil 1
Onların S girişlərinə idarə edici siqnal, TV girişinə gözləmə vaxtı, R girişinə taymeri ilkin vəziyyətə gətirən siqnal verilir. Bu və digər taymerə verilən gözləmə vaxtının qiyməti zaman keçdikcə azalır. Onun cari qiymətini ikilik ədəd şəklində BI, ikilik-onluq formatda isə BCD çıxışlarından oxumaq olar. Taymerlərin BI, BCD və Q çıxışlarını boş saxlamaq, yəni ünvan yazmamaq olar.
Proqramda taymerlərin Q çıxışından və/və ya kontaktlarından istifadə ediliə bilər. İstənilən tip taymerin Q çıxışı “1” olduqda onun na kontaktları qapanır, nb kontaktları isə açılır.
Dostları ilə paylaş: |