ADBTIA,Həziyev Elnur Təvəkgül oğlu idman fiziologiyasi KOLLOKVIUM 3
Sual 5. İdmanla seçmə və onun fizioloji meyarları
Müasir idmanın xarakterik cəhəti istedadlı gənclər tapmaq və bu məsələni elmi cəhətdən əsaslandırılmış seçmə ilə təşkil etməkdir. Müxtəlif idman növləri orqanizmin funksional imkanlarını, bədənin quruluşunu, hərəki keyfıyyətlərini inkişafının səviyyəsini artırır. Belə ki, idman nəticələrinin həddi idmançılarm morfoloji xiisusiyyətləri ilə təyin olunur. İdmana seçmədə bunları nəzərə almaq lazımdır. Dözümlük əsas keyfıyyət hesab edilən bəzi idman növlərində yüksək aerob iş qabiliyyəti tələb olunur. V.B. Şvartsm göstərdiyinə görə OMS 80%- dək genetik amillərdən, 20%-dək isə xarici mühitdən və məşqdən asılıdır. Bununla əlaqədar gənc idmançılarm OMS-nm təyini gələcək nəticə üçün dözümlülük tələb edən hərəkətlərdə proqnoz üçün istifadə oluna bilər. Orta məsafəyə qaçan idmançılar oksigen çatışmazlığını dəf etmək üçün yüksək iş qabiliyyətinə malik olmalıdırlar. Onlarda hipoksemik və hiperkopnik dəyişikliklərə 2-3 dəfə artıq dözmə qabiliyyəti vardır (A.B.Qandelsman).
Bununla əlaqədar idman fəaliyyətinin anaerob növlərində seçmə üçün sabit meyar oksigen çatışmazlığını dəfetmə qabiliyyəti ola bilər. Anaerob idman fəaliyyətində seçməni dəqiq qiymətləndirmək üçün ən sadəsi hipoksemik üsuldur (tənəffüsün saxlanılması, qazlar qarışığı ilə tənəffüs etmə, qapalı sahədə tənəffüs VƏ S.). Maksimal oksigen borcunu təyin etmək isə daha mürəkkəbdir. Bəzi idman növlərində (ağırlıq qaldırma, güləş, gimnastika, yüngül atletika, atmalar) nəticə mühüm dərəcədə əzələ qüvvəsinin inkişafından asılıdır. Qüvvə- 74 sürət hazırlığmm qısa məsafələrdə göstəricisi 0,1 s qüvvə impulsu (yəni qısa bir vaxtda yüksək qüvvə səyi tə- zahür etmə qabiliyyəti) ola bilər. Sürət və qüvvə-sürət keyfıyyəti insanm hərəki qabiliyyətinin sabit (dəyişməz) təzahürlərinə aiddir. «Sıçrayış» səyi ilə fərqlənən gənc idmançılar məşq edəndə bu kəmiyyəti uzun müddət saxlaya bilirlər. Bununla yanaşı, genetik amili qəbul edərək xarici mühitin təsirini azaltmaq düzgün olmaz. Məşqin köməyilə bu amilləri hər bir yaş mərhələsində müəyyən dərəcədə inkişaf etdirmək olar.