Sumqayit döVLƏt universiteti



Yüklə 86,5 Kb.
səhifə1/5
tarix02.01.2022
ölçüsü86,5 Kb.
#36617
  1   2   3   4   5
ADBTIA,Həziyev Elnur Təvəkgül oğlu idman fiziologiyasi KOLLOKVIUM 3



Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası
KOLLOKVIUM


Fənn: Idman Fiziologiyası

Rəhbər: baş müəllim Qabil Dursun oğlu Yusifov

Tələbənin S.A.A: Həziyev Elnur Təvəkgül oğlu

Fakültə: Voleybol

Qrup: Q158A3

Kurs: III

BAKI 2021


Suallar:


  1. Qanın turşu – qələvi mübadiləsi

  2. Xarici tənəffüs sistemi

  3. Fəal əzələ qruplarına aid səmərliliyinin spesifik xüsusiyyəti

  4. Ağciyərlərin həcminin və tutumunun yaş dəyişiklikləri

  5. İdmanla seçmə və onun fizioloji meyarları


Sual 1. Qanın turşu – qələvi mübadiləsi

Qanda H ionlarmın sıxlığı pH əsas etibarı ilə süd turşusunun miqdarından, CO2 parsial gərginliyindən və qanın bufer imkanlarından asılıdır. Sakit vəziyyətdə arterial qanda idmançıların pH-ı qeyri-idmançılardan fərqlənmir. Əzələ işi zamanı pH süd turşusunun sıxlığmdan asılı olduğuna görə süd turşusu haqqmda deyilənlər pH üçün də eynidir.

Dözümlülüyü məşq etdirən idmançılarda böyük fıziki yük zamanı pH-ın azalması baş verir. Bununla yanaşı, maksimal aerob yüklərə məruz qalmış idmançmm pH-ı qeyri-idmançılara nisbətən çox azalır. Bəzi hallarda arterial qanm pH-ı yüksək dərəcəli idmançılarda 7,0 və ya ondan bir qədər aşağı enə bilər (xüsusilə də avarçəkənlərdə). Qanm bufer birləşmələri onun turşu-qələvi müvazinətini tənzim edən mexanizmdir. Sakit vaxtı idmançılarm qanmda standart bikarbonatların miqdarı qeyri-idmançılarda olduğu kimidir, müvafıq olaraq 24, 3 və 24,4 mekv/litrdir. Lakin idmançılarda onun azalması böyük fıziki yüklər icra edəndə baş verir. Arterial qanda karbon qazınm parsial gərginliyi böyük fıziki yüklər zamanı qeyriidmançılara nisbətən az enir. Bu hadisə idmançılarda tənəffüs tənziminin təkmilləşməsi ilə əlaqədardır

Sağlam insanlarda orqanizmin turşu-qələvi müvazinətinin sabitliyi biokimyəvi proseslərin optimal şəraitdə həyata keçməsini təmin edir. Turşu-qələvi müvazinətinin turşuluğa doğru dəyişməsi asidoz, qələviliyə doğru dəyişməsi isə alkaloz adlanır. Normada qanın pH-ı olduqca kiçik hüdud daxilində dəyişikliyə uğrayır. Arterial qanın pH-ı orta hesabla 7,4-ə, venoz qanın pH-ı isə təxminən 7,35-ə bərabər olur (mübadilənin turş məhsul­larının venoz sistemə keçməsi hesabına). Arterial qanın pH-nın 7,35-ə qədər enməsi kompensasiya olunan asidoz, 7,45-ə qədər yüksəlməsi isə kompensasiya olunan alkaloz hesab olunur. Mühitin pH-nın bu hüdudlardan kənara çıxması kompensasiya olunmayan asidoz və ya alkaloza gətirib çıxarır. Qanın pH-ı 7,8-dən çox və ya 6,8-dən az olarsa, orqanizm tələf olur. Turşu-qələvi müvazinəti həm fiziki-kimyəvi (bufer sistemlər), həm də fizioloji (tənəffüs, böyrək, həzm) mexanizmlər vasitəsilə tənzimlənir və homeostazın əsas göstəricilərindən biri hesab olunur.




Yüklə 86,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin