şikayətini müdafiə edərək izahatında göstərdi ki, birinci instansiya məhkəməsinin qərarı
qanunsuz və ədalətsizdir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin
etməməklə qərarında “Əmək pensiyaları haqqında” AR Qanununun 14.1-ci və 18.1-ci
maddələrinə əsaslanmışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikasının
“Əmək pensiyaları haqqtnda” Qanununun 14.1-ci maddəsində göstərilməyən kateqoriya həmin
Qanunun 18.5-ci maddəsində təsbit olunub, yəni “vəfat etmiş ailə başçısının bir ailə üzvü
olduqda şərti” 18.1-ci maddədə göstərilib, 14.1-ci maddədə isə göstərilməyib. İki norma arasında
aşkar ziddiyyətin olduğunu bilməli olduğu və bunu araşdırmalı olduğu halda, məhkəmə
vətəndaşın iddiasına hərtərəfli baxmamışdır və vətəndaşın məhkəmə müdafiəsi hüququnu
pozmuşdur. AR-nın “Normativ hüquqi aktiar haqqında” Konstitusiya Qanununun 10.4-cü
maddəsinə əsasən, eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar arasında ziddiyyət
mövcud olduqda xüsusi norma tətbiq edilir. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən, normativ
hüquqi aktın məzmununda qeyri- müəyyənliklər və fərqlər, habelə tətbiqi təcrübəsində
ziddiyyətiər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsınə uygun olaraq Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir. Həmin Qanunun
93.2-ci maddəsinə əsasən normativ hüquqi aktlarda boşluqlar, daha yüksək hüquqi qüvvəyə
malik olan aktlarla ziddiyyətlər, habelə daxili ziddiyyətlər və ya digər nöqsanlar aşkar edildikdə
normayaratma orqanı (vəzifəli şəxslər) onları aradan qaldırmalı, digər səlahiyyətli xüsusi
orqanlar (şəxslər) isə səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər
edilməsi və ya onların ləğv edilməsi barədə təkliflər verməlidirlər. Ona görə də, nümayəndə
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qərarının ləğv edilməsi və
iddia tələbinin təmin olunması barədə yeni qərarın qəbul olunmasını məhkəmə kollegiyasından
xahiş etdi.
Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi R.Cəbiyev apelyasiya
şikayətini qəbul etməyərək, onun təmin olunmamasını və Sumqayıt İnzibati-İqtisadi
Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qərarını dəyişdirilmədən qüvvədə saxlanılmasını
məhkəmə kollegiyasından xahiş etdi.
Dostları ilə paylaş: