Sumqayıt İnzibati Məhkəməsinə İddiaçı: Hacıyev Zaur Yavər oğlu


Azərbaycan Respublikasının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun



Yüklə 42,08 Kb.
səhifə4/9
tarix02.01.2022
ölçüsü42,08 Kb.
#45149
1   2   3   4   5   6   7   8   9
ELXAN 1 (2)

Azərbaycan Respublikasının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanununun 7.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.

Həmin Qanunun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Həmin qanunun10.2.maddəsinə görə Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:10.2.1 .maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü;

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 saylı Fərmanına əsasən Azərbaycan Respublikasənən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən «Torpaq sahəsinin planı və ölçüsü» qanunvericiliyə uyğun olaraq torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə verilir.

Sadalanan normalardan görünür ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur.

Hüquqların dövlət qeydiyyatının dayandırılması ilə bağlı hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 14-cü maddəsindəqeyd olunan normaların məzmunundan yalnız təqdim olunmuş sənədlərin həqiqiliyini, habelə dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmasını və həps,qadağa qoyulması qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılmasını nəzərdə tutur.Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar isə Qanunun 15.1-ci maddəsində sadalanmışdır və qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin həmin halların heç biri hazırki iş üzrə müəyyən edilməmişdir.

Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.


Yüklə 42,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin