Sumqayıt Şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxana
Mirzə Fətəli Axundzadə – 200
B ü t ü n z a m a n l a r ı n d r a m a t u r q u
Biblioqrafik göstərici
Sumqayıt - 2012
1
Mirzə Fətəli Axundzadə - 200
M Ü N D Ə R İ C A T
1.
M.F. Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında sərəncam S. 4
2.
Mirzə Fətəli Axundzadə (Qısa biblioqrafik məlumat) S. 5 - 7
3.
M.F. Axundzadənin həyat və yaradıcılığının əsas tarixləri S. 8 - 9
4.
Görkəmli şəxsiyyətlər M. F. Axundzadə haqqında S. 10 - 12
5.
Əsərləri : kitabları S. 12 - 13
6.
Əsərləri : məcmuələrdə və dövri mətbuatda S. 14
7.
M. F. Axundzadə haqqında : kitablarda S. 15 - 23
8.
Dövri mətbuatda S. 23 - 37
9.
Elmi dünyagörüşü : kitablarda S. 38 - 41
10.
Dövri mətbuatda S. 41 - 44
11.
Dramaturgiyası haqqında : kitablarda S. 44 - 45
12.
Dövri mətbuatda S. 45 - 47
13.
“Aldanmış kəvakib” povesti haqqında : kitablarda S. 47
14.
Dövri mətbuatda S. 47 - 48
15.
M. F. Axundzadənin dili və ərəb əlifbası : kitablarda S. 48 - 49
16.
Dövri mətbuatda S. 49 - 50
17.
M.F. Axundzadə ədəbiyyatda : kitablar S. 50 - 51
18.
Dövri mətbuat S. 51 - 52
19.
M.F. Axundzadə incəsənətdə : Kitablar S. 52 – 53
20.
Dövri mətbuat S. 53 - 55
2
Mirzə Fətəli Axundzadə - 200
21.
Avtoreferatlar S. 55
Rus dilində :
22.
Краткая биографическая справка S. 56 - 57
23.
Произведения : Книги S. 58
24.
Произведение в сборниках S. 58
25.
В книгах о нем S. 59 - 70
3
Mirzə Fətəli Axundzadə - 200
Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli
ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi
tamam olur.
Bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan
çalışaraq yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə
daim fəal münasibət ifadə edən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran
yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açan Mirzə
Fətəli Axundzadənin 200 illik yubileyinin təntənəli surətdə keçirilməsini təmin etmək
məqsədilə qərara alıram :
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və
Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə almaqla, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş
tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 13 aprel 2010-cu il
4
Mirzə Fətəli Axundzadə - 200
Mirzə Fətəli Axundzadə
( Qısa biblioqrafik məlumat )
M.F.Axundovun yaradıcılıq yolunu səciyyələndirən
tarix səhifələrini vərəqləyərkən biz böyük iftixar
hissi keçiririk ki, xalqımız ağır zamanlarda, gerilik,
dini fanatizm şəraitində belə görkəmli şəxsiyyət, öz
dövrünü qabaqlayaraq gözəl əsərlər yaradan bir
insan yetişdirmişdir...
Heydər Əliyev.
Ümummilli lider
Son dərəcə zəngin bir tarixə malik olan XIX əsr bəşəriyyətə bir sıra ölməz dühalar vermiş,
mühüm ictimai-siyasi hadisələrin, böyük kəşf və ixtiraların şahidi olmuşdur. Mirzə Fətəli
Axundzadə da məhz bu dövrün yetirməsidir. O, öz əsrinin qabaqcıl zəkalarında biri, xalqın
siyasi, mədəni həyatı ilə bilavasitə bağlı olan böyük mütəfəkkir idi. Yüksək istedada, zəhmət
və mütaliə sayəsində geniş və universal biliklərə, sözün tam mənasında, dövrünün bütün elmi
nailiyyətlərinə bələd olan dərin zəkalı Axundzadə qələm çaldığı bütün sahələrdə xüsusi və
nadir bacarığı olduğunu sübut etmiş, ölməz əsərlər yaratmışdır. Onun qoyub getdiyi elmi-
ədəbi irs olduqca geniş və zəngindir. Axundzadə bədii ədəbiyyat sahəsində istedadlı şair,
nasir və dramaturq kimi şöhrət tapmış, məşhur komediyaları ilə dramaturgiyamızın,
“Aldanmış Kəvakib” hekayəsi ilə isə realist nəsrimizin əsasını qoymuşdur.
Axundzadə Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir.
Mirzə Fətəli 1812-ci ildə Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şəkidə
dünyaya gəlib. Atası Məhəmmədtağı vaxtsız rəhmətə getdiyindən Fətəlini əmisi Axund Hacı
Ələsgər oğulluğa götürmüşdür. Fətəlinin ruhani olmasını istəyən Axund Hacı Ələsgər 1832-ci
ildə onu Gəncəyə aparır. Gənc Fətəli burada məntiq və fiqh elmlərini, habelə, dahi
Azərbaycan şair və filosofu Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənir. Lakin Mirzə
Şəfinin gənc Fətəliyə təsiri bununla bitmir, bu görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına,
ümumiyyətlə, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərir.
Dövrünün müasir elmlərilə maraqlanan Fətəli 1833-cü ildə Şəkidə açılan rus məktəbinə
daxil olur və bir il burada təhsil alır. 1834-cü ildə Tbilisiyə gedən Mirzə Fətəli Qafqaz
canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi təyin olunur və
ömrünün sonuna qədər bu vəzifədə çalışır. 1873-cü ildə ona hərbi rütbə - polkovnik rütbəsi
verilir.
M.F.Axundzadə bədii yaradıcılığına şeirlə başlayıb. O, şeirlərini "Səbuhi" təxəllüsü ilə
yazıb. Belə ki, XIX əsrə qədər Azərbaycan ədəbiyyatı əsasən poeziyadan ibarət idi. Onu janr
etibarilə zənginləşdirmək birinciliyi də M. F. Axundova məxsusdur. Realist - demokratik
ədəbiyyatın, yeni dramaturgiya və nəsrin, materialist tənqid və estetikanın yaranması ancaq
onun adı ilə bağlıdır.
5
Mirzə Fətəli Axundzadə - 200
Axundzadə ədəbiyyatın qarşısında ictimai tələblər qoyan ədəbiyyatı müasir həyatın
tələbləri ilə bağlayan realist yazıçı idi. Milli ədəbiyyatımızda nəsrin və dramaturgiyanın
əsasını qoyan şair, filosof, ictimai xadim, tərcüməçi kimi məşhur olan Mirzə Fətəli
komediyanın böyük ictimai tərbiyəvi rolunu düşünərək öz yaradıcılığı üçün bu ədəbi şəkli
seçdi. XIX əsrin 50-ci illərinin birinci yarısında yazdığı altı məşhur komediyası ilə yeni
Azərbaycan realist dramaturgiyasının əsasını qoydu.
Dövrünün ilk maarifçisi, realist dramaturqu olan M.F.Axundzadə komediyalarında xalqın
avamlıqdan doğan mənfi cəhətləri, fanatizmin, despotizmin əsas səbəblərini açıq göstərirdi.
Dramaturq əməyə xor baxan, əyri və asan yolla pul qazanan tüfeyli Hacı Zərgər Kərimi,
Həkim Ağa Zamanı, Molla Salmanı, Səfər bəyi və onları tora salan Molla İbrahim Xəlili
("Hekayəti-molla İbrahimxəlil kimyagər"); avam, savadsız qadınları – Şəhrəbanı xanım və
Şərəfnisə xanımı ("Hekayəti-müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah cadukuni
məhşur"); Vəzifəsində qalmaq üçün yaltaqlıq edən Mirzə Həbibi ("Şərgüzəşti vəziri xani
Lənkəran"), maymaq, qorxaq, səfeh Tarverdini və onun ətrafında cərəyan edən avamlığı
(Hekayəti – xırs quldurbasan"), məhəbbət, xeyirxahlıq hissini pula hərisliyi ucbatından qurban
verən Hacı Qaranı, tüfeyli həyat tərzi sürən bəyləri ("Sərgüzəşti-mərdi xəsis"), yalançı,
ziyankar, rüşvətxor məhkəmə vəkillərini ("Mürafiə vəkillərinin hekayəti") satira atəşinə tutub.
Dramaturqun bu komediyası zorakılıq və istibdad, feodal Şərq həyatının yaratdığı avamlıq
əleyhinə çevrilmişdi. Çünki belə bir qaranlıq mühitdə hər cür hiylə, cinayət, dələduzluq və s.
bu kimi mənfi xüsusiyyətlər inkişaf edə bilərdi.
Mirzə Fətəli ədəbi-tənqidi görüşlərində mücərrəd məfhumlara deyil, bir maarifçi kimi
müəyyən ədəbi hadisələrə istinad edir, hökmlərini hər zaman konkret yazıçıların əsərləri
üzərində əsaslandıraraq, ədəbiyyatı cəmiyyətin aktual məsələlərilə bağlamağa çalışardı. O,
həyatdan uşaqlaşan hər bir əsərin əleyhinə çıxır, müasir hekayə, roman və dram əsərlərini xalq
üçün faydalı sayırdı. Mirzə Fətəli cəmiyyətin tələblərinə cavab verməyən, məzmunca zəif olan
əsərləri bədiilikdən uzaq hesab edirdi.
Mirzə Fətəli Axundzadə elm, maarif vurğunu olduğundan kitaba xüsusi məhəbbət
bəsləmiş, zülmətdən aydınlığa gedən yolda ona bir ziya, bilik və müdriklik mənbəyi kimi
baxmışdır. Böyük ədib həyata keçirilməsi üçün 20 ildən çox çalışdığı əlifba islahatını, ədəbi
məktublarını və ümumiyyətlə, bütün yaradıcılığını məhz bu məsələ ilə bağlamışdır. Onun
üçün kitab əlifbadan, mütaliədən başlayırdı. M. F. Axundovun yazıb- yaratdığı tarixi şəraitdə
hörmət, üstünlük elmə, biliyə deyil, dinə, etiqada verilirdi. Təbiidir ki, kitab mədəniyyəti belə
bir şəraitdə qurbanlar və mənəvi inqilablar bahasına inkişaf edə bilərdi. Dramaturq özünün
elmi və fəlsəfi görüşləri ilə qatı qaranlığı yardı, xalqın oyanan şüuru qarşısında yeni işıqlı bir
yol açdı. Səmərəli fikirlər hesabına açılan və keçilməsi böyük cəsarət tələb edən bu yolun ilk
yolçusu M. F. Axundovun özü oldu. İlk təməl daşı Nizami tərəfindən qoyulan Azərbaycan
kitab mədəniyyətini sonralar dahi mütəfəkkir əzəmətli bir binaya çevirdi. Onun bu nəcib
təşəbbüsü xalqın sonrakı mənəvi inkişafı üçün zəmin hazırlamış oldu.
M. F. Axundov Azərbaycan kitab mədəniyyətini keyfiyyətli tərcümə və sırf orijinal
əsərlərlə zənginləşdirməyə, ədəbiyyatı dilimizə yabançı olan əcnəbi sözlərdən təmizləməyə və
ana dilinin gözəl məziyyətlərini qoruyub saxlamağa çağıran qüdrətli sənətkarlardandır.
M. F. Axundov 40 ildən çox öz ömrünü xalqa həsr etmiş, bütün qüvvəsini öz həmvətənlərini
elm və mədəniyyət yoluna çıxarmağa, onların mətbəə, mətbuat, kitab kimi mənbələrə sahib
olmağa çağırmışdır.
6
Mirzə Fətəli Axundzadə - 200
Milli zəmində yüksələn, milli kaloriti bütün zənginliyi ilə saxlayan və rəngarəng
yaradıcılığa malik olan Axundov yaradıcılığı üçün böyük beynəlmiləlçilik, xalqlara dərin
hörmət, yüksək humanizm ən səciyyəvi cəhət idi.
M. F. Axundovun ədəbi və fəlsəfi irsi təkcə Azərbaycanın deyil, bütün dünya xalqlarının
mədəniyyəti xəzinəsinə qiymətli inci kimi daxil olmuş və hər bir xalqın oxucusunun
istifadəsinə verilib. M. F. Axundov tərəqqipərvər bəşəriyyətin həmişə ürəkdən sevəcəyi, dəyər
verəcəyi və yad edəcəyi şəxsiyyətlərdəndir.
Bütün həyatı boyu doğma vətəniniin və xalqınıın tərəqqisi yolunda yorulmadan çalışaraq
Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq şəhifə açan M. F. Axundzadə 1878-ci
ildə Tiflisdə vəfat etmiş və Mirzə Şefi Vazehin qəbri yanında dəfn edilmişdir
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin böyük mütəfəkkir,
Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli
Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd
edilməsi təklifi həmin təşkilat tərəfindən müsbət dəyərləndirilib və 2012 - ci il TÜRKSOY
çərçivəsində “M. F. Axundzadə İli” elan edilib.
Səməd Vurğun adına Mərkəzi Kitabxananın “Kitabxana - biblioqrafiya proseslərinin
avtomatlaşdırılması ” şöbəsi M.F Axundzadənin 200 illik yubileyi münasibətilə biblioqrafik
göstərici hazırlayıb. Göstərici iki dildə (Azərbaycan və rus) tərtib edilib .
7
Mirzə Fətəli Axundzadə - 200
M. F. Axundzadənin həyat və yaradıcılığının əsas tarixləri
1812 Fətəli Məmmədtağı oğlu Axundzadə Şəki şəhərində anadan olmuşdur
1832
Gəncədə mədrəsə təhsili almışdır
1833
Şəkidə ibtidai rus məktəbində oxumuşdur
1834
Tiflisdə Qafqaz canişinliyi baş idarəsinin dəftərxanasında tərcüməçisi
vəzifəsində işləmişdir
1836 – 1840 Tiflis qəza məktəbində Azərbaycan və fars dillərindən dərs
Demişdir
1837 “Puşkinin ölümünə şərq poeması”nı yazmışdır
1842
Axundzadə Hacı Ələsgərin qızı Tubu xanımla evlənmişdir
1851
Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin həqiqi üzvü
seçilmişdir
1852
Qafqaz canişinin baş tərcüməçisi təyin edilmişdir
1850 – 1855 “Hekayəti – Molla İbrahimxəlil kimyagər”, “Hekayəti – Müsyo Jorda
həkimi nəbatət və dərviş Məstəli şah caduküni məşhur”, “Sərgüzəşti –
vəziri xani –Lənkəran”, “Hekayəti – xırs quldurbasan”, “Sərgüzəşti mərdi
xəsis” (Hacı Qara), “Mürafiə vəkillərinin hekayəti” adlı altı komediyasını
yazmışdır
1857
Ərəb əlifbası əsasında yeni əlifba tərtib etmişdir
1858
Qafqaz canişinliyinin baş siyasi idarəsinin tərcüməçisi təyin olunmuşdur
1863 – 1865 “Kəmalüddövlə məktubları” adlı bədii – fəlsəfi traktatını yazmışdır
1873
Polkovnik rütbəsinə layiq görülmüş, Rusiya, İran və Türkiyə dövlət
tərəfindən bir sıra orden və medallarla təltif olunmuşdur
1874
Rus şərqşünası Adolf Berje ilə birlikdə “Kəmalüddövlə məktubları”nı
rus dilinə tərcümə etmişdir
1875
Tiflisdə kasıb müsəlman uşaqları üçün ayrıca məktəb açmışdır
1876
Cəlaləddin Ruminin “Məsnəvi”sinə həsr olunmuş “Mollayi Rumi və
8
Mirzə Fətəli Axundzadə - 200
onun təsnifi babində” adlı ədəbi – tənqidi məqalə, eyni zamanda
“Hekayəti –bədiəxani – Ərdəbili və Məşədi Buttan Səlyani”, “hekayəti –
Roma Kərim və Səfər dəllək” və “Hekayəti – Seyyid Ələm Səlyani”
adlı mənzum hekayələr yazmışdır
1877
Ağır ürək xəstəliyinə məruz qalmışdır
1878 fevral Tiflisdə vəfat etmiş və müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn
edilmişdir
1930
Bakıda şairə abidə ucaldılmışdır
1939
Azərbaycanın Milli Kitabxanasına M. F. Axundzadənin adı verilmişdir
1957 “Aldanmış kəvakib” (yaxud “Hekayəti Yusif şah”) povestini yazmışdır
Dostları ilə paylaş: |