Mirzə Şəfi Vazeh – 220
- 3 -
II
Nəğməyə dönmüş ömür
Q
əlbimin, ruhumun qanadıyla mən.
Çıxdım aydınlığa zülmət gecədən.
Gördüm şeriyyətdə həqiqətimi –
Tapdım həqiqətdə şeriyyətimi.
Mirz
ə Şəfi Vazeh.
Mirz
ə Şəfi Azərbaycan ədəbiyyatı tarixinə istedadlı lirik şair kimi daxil olmuşdur. Onun
aşiqanə - lirik, fəlsəfi və satirik şeirlərində insanın zəngin mənəvi aləmi və ictimai həyatın
ziddiyy
ətləri əksini tapmışdır.
Maarifçi realist ədəbiyyatın ilkin görkəmli nümayəndələrindən olan mütəfəkkir şairin
nikbin
əhval – ruhiyyəli şeirləri Qərbi Avropa ölkələrində və Rusiyada geniş yayılmışdır.
Mirz
ə Şəfi Sadıq oğlu Vazeh 1794-cü ildə Gəncə şəhərində anadan olmuşdur. Onun
atası Kərbəlayı Sadıq Gəncə hakimi Cavad xanın sarayında memar-bənna işləmişdir. Çox
dindar bir kişi olmuşdur. Gənc yaşlarında Kərbəlaya gedib, oranı ziyarət etdikdən sonra
ömrünün axırına qədər oruc tutub namaz qılmağı unutmamışdır. Kərbəlayı Sadığın
iki oğlu
varmış: Əbdüləli və Məhəmmədşəfi. Böyük oğlunun bənnalıq işlərinə həvəsli olduğundan atası
ona öz sənətini öyrətmiş, kiçik oğlu Məhəmmədşəfini isə ruhani etmək məqsədilə Gəncədə
Şah Abbas məscidi yanındakı mədrəsəyə qoymuşdur.
Qısa müddət ərzində sərbəst oxuyub yazmağa başlayan zehinli Şəfi burada həmçinin
ərəb
və fars dillərini öyrənir, bu dillərdə yaranmış böyük ədəbiyyatın klassik
nümayəndələrindən (Sədi, Xəyyam, Nizami) yaradıcıllığı ilə tanış olur. 1804-cü ilin
başlanğıcında çar Rusiyasının qəsbkar qoşunları ilə döyüşdə Cavad xan öldürüldükdən sonra
istilaçılar Gəncəni ələ keçirirlər. Şəhərdə başlanan qarmaqarışıqlıq döyüşdən çıxmış əhalinin
v
əziyyətini daha da ağırlaşdırır. Güclü zərər çəkənlərdən biri də Kərbalayı Sadığın ailəsi olur.
Tamam var-
yoxdan çıxan bu adam ağır iztirablar içərisində xəstələnir və az sonra vəfat
edir. Çox keçmir ki, Şəfi anasını və qardaşını da itirir. O, təhsilini yarımçıq qoyur və
m
ədrəsədən uzaqlaşır. Gəncə məscidinin bir hücrəsində məskunlaşır və müxtəlif kitabların
üzünü köçürməklə məşğul olur.
Bu m
əşğuliyyəti ona Mirzə adını qazandırır.
Mirzəlik etdiyi zamanlar Şəfi, kitab üzü
köçürmək üçün onunla sıx görüşən sufi məsləkli ziyalı Hacı Abdulla ilə tanış olur. Hacı Abdulla
il
ə söhbətlər Şəfinin onunla möhkəm dostluğuna çevrilir. Hacı Abdulla Şəfini oğulluğa götürür
v
ə ona təhsilini davam etdirmək üçün şərait yaratsa da, az keçmir ki, Şəfinin görüşlərində tam
d
əyişiklik əmələ gəlir. Ruhanilərə inamsızlıq mədrəsə üləmalarında və Gəncə mollalarında ona
qarşı kin, nifrət əmələ gətirir. Mirzə Şəfi tezliklə mədrəsədən uzaqlaşdırılır.
Bundan sonra o, heç bir təhsil almadan şəxsi mütaliə yolu ilə savadını artırır. Hacı
Abdulla m
ərhum Cavad xanın qızı Püstə xanımın yanında idarə işinə girməkdə Şəfiyə kömək
edir. Bel
əliklə, gənc oğlan özünə dolanışıq yolu tapır. Mirzə Şəfi Cavad xanın qızı
Mirzə Şəfi Vazeh – 220
- 4 -
Püstə xanımın mülkünə köçüb, onun idarə və yazı işləri ilə məşğul olmağa başlayır. Ancaq bu
d
əfə də bəxti üzünə gülmür. 1826-cı ildə Cavad xanın İran ordusunda döyüşən böyük oğlu
Uğurlu xan məğlub sərbazlarla İrana qayıdarkən Püstə xanımı da özü ilə aparır. Mirzə Şəfi
yenid
ən Gəncə məscidinə köçərək köhnə işinə qayıdır. O, kitab üzü köçürməklə yanaşı
müəllimliklə də məşğul olur və fərdi surətdə dərs deməyə başlayır. 1840-cı
ildə Mirzə Şəfi
Tiflis
ə köçüb, keçmiş şagirdi M.F.Axundzadənin köməyi ilə qəza məktəbində müəllim kimi işə
düzəlir. Burada qaynar mühitə düşən şair 1844-cü ildə “Divani-hikmət” adlı ədəbi məclis
düzəldir. Bu məclisdə azərbaycanlı şair və yazıçılarla bərabər, başqa millətdən olan şairlər,
yazıçılar, alimlər, səyyahlar və jurnalistlər də iştirak edirdilər. 1846-cı ildə Vazeh Gəncəyə
qayıdır və qəza məktəbində ana dili və şəriət müəllimi təyin olunur. Şair Gəncədə 3 il
qaldıqdan sonra yenidən Tiflisə qayıdır və şəhər gimnaziyasında türk
dili üzrə kiçik müəllim
v
əzifəsində işləyir.
Ömrünün Tiflis dövründə onun bəxtinə Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli
Axundzad
ə, şairlərdən Nəcmi, Naseh, Şölə, Mirzə Həsən, Molla Abdulla, Hacı Abdulla, Mirzə
Yusif Vidadi, Hacı Yusif Qane və başqaları ilə ünsiyyətdə olmaq şərəfi düşür. Onların hamısı
“Divani-hikmət”in üzvləri idilər. Məclisin əhatə dairəsinə Azərbaycan və fars dillərini bilən rus
v
ə gürcü ədib və şərqşünasları da daxil olurlar. Tiflisdə o zaman yaşayan çoxsaylı Avropa alim
v
ə şairləri də Mirzə Şəfinin məclislərində fəal iştirak edirdilər. Alman şairi Fridrix Bodenştedt də
m
əclislərə gəlib-getməyə başlayır.
T
əcrübəli pedaqoq olan Mirzə Şəfi Vazeh Tiflis gimnaziyasının baş müəllimi İvan
Qriqoriyevl
ə birlikdə “Kitabi-Türki” adlı dərslik kitabı hazırlayır. Kitab nəşr olunmaqdan ötrü
T
əbrizə göndərilir. Mətbəə şəraitinin çətinliyi üzündən dərsliyin nəşri uzanır.
O, yalnız şairin ölümündən sonra işıq üzü görür. “Divani-hikmət” ədəbi məclisinin üzvlərindən
biri d
ə o zaman Şərqdə səyahətdə olan alman şairi Fridrix Bodenştedt idi. Bodenştedt Vazehin
yaradıcılığı ilə yaxından maraqlanmağa başlayır və ondan Azərbaycan və fars dillərini öyrənir.
Şərqə səyahətini başa vurub Almaniyaya qayıtdığı vaxt səyahətnaməsində Vazehin çap oluna
bil
əcək kifayət sayda əsərinin olduğunu müəyyən edir. Və Mirzə Şəfinin şeirləri 1851-ci ildə
özündən də xəbərsiz Avropada “Mirzə Şəfinin nəğmələri” adı altında alman dilində çap olunur.
Şairimizn nəğmələri Avropada geniş
əks-səda doğurur və dəfələrlə, özü də artıq Avropanın
dig
ər dillərinə də tərcümə olunur. M.Ş.Vazeh alman alimi Fridrix Bodenştedt tərəfindən çap
olunan “Mirzə Şəfinin nəğmələri” adlı kitabdan sonra Avropada böyük şöhrət qazanmışdır.
Kitab fransız, ingilis, İsveç, holland, Danimarka, ispan, portuqal, rus, çex, macar,
yəhudi
dill
ərində də nəşr olunnuşdur. “Nəğmələr”dən bir neçəsi hətta qədim yəhudi dilinə də tərcümə
edilmişdir. Yalnız Almaniyada həmin kitab 1922-ci ilə qədər 169 dəfə çap edilmişdir. Məşhur
şair haqqında hətta “Die lideq des Miqza Sshaffu” adlı operetta yazılmışdır ki, onun da
premyerası 1887-ci ildə olmuşdur.
Lakin Bodenştedt bu əsərlərin ona məxsus olduğunu bütün Avropaya inandırmağa çalışır.
Kitabın adını Mirzə Şəfi qoymasını isə, sadəcə, avropalıların diqqətini cəlb etmək məqsədilə
bir Şərq elementi kimi izah edir.
Mirz
ə Şəfi Vazeh 1852-ci ildə Tiflisdə vəfat edir və şəhərin müsəlman qəbiristanlığında
d
əfn edilir. Sağlığında unudulmuş və haqqı əlindən alınmış şair öləndən sonra da qarət olunur.
Tiflisd
əki Botanika bağının arxasında yerləşən Azərbaycan qəbiristanlığı müharibədən
sonra köçürülərkən onun həmvətənlərindən heç kim bu böyük şairin
ruhunun incidilməsinə
etirazını bildirmir.
Mirzə Şəfi Vazeh – 220
- 5 -
V
ə yalnız ulu öndər Heydər Əliyevin qayğısı sayəsində tariximiz bərpa olunmuşdur.
Bel
ə ki, ümummilli lider Heydər Əliyevin verdiyi xüsusi tapşırıqla unudulmaz şairimiz Mirzə Şəfi
Vazehin m
əzarı abadlaşdırılaraq qəbirüstü abidəsi yaradılmışdır.
Diqq
ət və qayğı siyasətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuşdur. Hazırda bu qayğı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Böyük şair
v
ə tanınmış maarifçi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinin keçirilməsi
bar
ədə ölkə Prezidentinin sərəncamı diqqət və qayğının daha
bir bariz nümunəsi olmaqla
Mirz
ə Şəfi Vazehin məhz Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olduğunu və
Az
ərbaycanın öz tarixinə və mədəniyyətinə böyük hörmətini əks etdirir.
Dostları ilə paylaş: