NƏZAKƏT ƏLĠYEVA
MİRZƏ ŞƏFİ
ŞƏRQ QƏRB
ARAŞDIRMALARINDA
GƏNCƏ – 2013
Nəzakət Əliyeva
2
Elmi redaktor:
-
Xəlil YUSĠFLĠ
Filologiya elmləri doktoru,
əməkdar elm xadimi, professor
Ön sözün
müəllifi:
-
Sədnik PAġAYEV
Filologiya elmləri doktoru,
əməkdar müəllim, professor
Rəyçilər:
-
Nəzmiyə AXUNDOVA
Filologiya elmləri namizədi,
dosent
-
Afaq YUSĠFLĠ
Filologiya üzrə fəlsəfə doktoru
Kitab görkəmli Azərbaycan şair və mütəfəkkiri
Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik
yubileyinə həsr olunur.
ĠJBN 5 – 8066 – 1638 – 4
1401000000
655 (07) – 2004
«ELM » nəĢriyyatı.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
3
Ö
n söz
Qədim və zəngin mədəni irsə malik olan Gəncə
şəhəri dünyaya ümumbəşəri dəyərlərin yaranmasında
müstəsna xidmətləri olan sənətkarlar vermişdir.
Onlardan biri də şair-filosof Mirzə Şəfi Vazehdir. XIX
əsr Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi
Mirzə Şəfi Vazeh lirik-fəlsəfi, ictimai məzmunlu
aşiqanə qəzəlləri ilə bütün Şərq və Qərbə səs salmış,
“Divani-Hikmət” ədəbi məclisi ilə XIX əsr klassik
sənətkarları bir araya toplamış böyük bir ədəbi
cərəyanın yaranmasına və təşəkkül tapmasına səbəb
olmuşdur. Özünün həzin və məlahətli səsi ilə qəzəl və
rübailəri oxuyar, dinləyənləri feyziyab edərmiş
(“Şərqdə min bir gün” F.Bodenştedt).
Kərbəlayi
Sadığın
nəsil
şəcərəsinin
davamçılarından olan müəllif oxuculara təqdim etdiyi
bu monoqrafiyada orijinal tədqiqlər və araşdırmalar
verir. Almaniyada M.Ş.Vazeh haqqında nəşr olunmuş
romanın mükəmməl tərcüməsi verilir. Fridrix
Bodenştedtin yazdığı bu romanın 113 il əvvəlki nəşri
əldə olunmuş və əsas yerləri tərcümə edilərək
monoqrafiyaya əlavə edilir. Fridrix Bodenştedtin
yazdığı “Şərqdə min bir gün” romanı Hermann
Ammon tərəfindən yenidən işlənmiş və təqribən 1900-
cü ildə Berlində Alman Ədəbiyyatı Həvəskarları
Cəmiyyətinin Nəşriyyatında çap edilmişdir. Romanın
XX fəslindən sonra səyahətlər və erməni həyatından
bəhs edilir. Odur ki, M.Ş.Vazehlə bağlı fəsillər
Nəzakət Əliyeva
4
Azərbaycan dilinə tərcümə edilərək monoqrafiyaya
daxil edilmişdir.
Monoqrafiyada coğrafi məkan olan Gəncə
mühiti, bu mühitin yetişdirdiyi ədəbi məclis və
cərəyanlar əhatəli və geniş təhlil edilir. Monoqrafiya
işlənərkən Azərbaycanın tanınmış alimlərinin ədəbi-
ictimai fikirləri mühüm yer tutur. Müxtəlif müəlliflər
tərəfindən və müxtəlif səpkidə yazılan yazılar
M.Ş.Vazeh əsərlərinin yüksək humanist məzmunu və
sənətkarlıq xüsusiyyətləri haqqında söylənən fikirlər,
verilən qiymətlər bir-birinə uyğun gəlir. Müəllif
M.Ş.Vazehin tədqiqatlarında Şərq ilə Qərbin
arasındakı fərqi izah etmiş, sənətkarın keçdiyi həyat
yoluna ümumi sevgi ilə yanaşmışdır. Gəncə torpağında
ədəbiyyatımızın
klassik
nümunələrini
yaradan
M.Ş.Vazehin özündən sonra gələn nəsil səcərəsi
haqqında bir neçə faktı söyləmək istəyirəm. Kitabdakı
hadisələr zaman etibarilə iki əsrə yaxın bir dövrü əhatə
edir. Təbiidir ki, bu böyük zaman məsafəsi mənəvi-
əxlaqi dəyərləri zəngin olan şəxsiyyətərin yaranmasına
gətirib çıxarmışdır. Əliyevlər nəslində 40 nəfərə yaxın
dövlət və elm ocaqlarında çalışan, adını tarixə həkk
edən şəxsiyyətlər yetişmişdir. Bu elm və dövlət
adamlarının Gəncə torpağına bağlılığı, mütərəqqi
fikirlərin cəmiyyətdə yayılması üçün göstərdikləri
səylər
danılmaz
faktdır.
Zəngin
Azərbaycan
ədəbiyyatını 45 il zamanında ləyaqətlə təmsil edən, bu
xəzinədən götürülən hər misraya, hər sözə gözəl ahəng
qatan, natiqlik qabiliyyətini tələbələrinə aşılayan,
ləyaqətli
insan
Nəzakət
Əliyevanın
yazdığı
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
5
monoqrafiya ədəbiyyatı sevərlər üçün qiymətli
vəsaitdir.
Monoqrafiyada
XIX
əsr
Azərbaycan
ədəbiyyatında Mirzə Şəfi Vazeh poeziyasının
özünəməxsus nümunələri, tariximizin mühüm və ciddi
mərhələləri əks olunur. Canlı insan obrazları, taleləri
Mirzə Şəfiyə nəsib olmayan ailə səadəti və bəzi
cəhətlər geniş təhlil olunur.
Bu əsəri oxuyarkən qeyri-ixtiyari olaraq bu nəslə
mənsub olan insanların bir neçəsini xatırlayıram.
Xüsusilə Azərbaycan təhsil sistemində yorulmaz və
cəfakeş insan, XX əsr Azərbaycan ali təhsil və elmini
40 il layiqli surətdə idarə edən Mehdi Əliyev.
Azərbaycan Milli Elmlər Akademiyası Gəncə
Bölməsinin sədri, əməkdar elm xadimi, güclü
təşkilatçılıq qabiliyyəti olan əsl vətəndaş, akademik
Fuad Əliyevin monoqrafiyada yer alması əsəri daha
da samballı etmişdir.
Monoqrafiyada XIX əsrin ədəbiyyatı, bu dövrün
şəxsiyyətlərinin Mirzə Şəfi Vazehlə yaxın əlaqələri
verilmişdir.
Böyük şair, filosof, çox savadlı müəllim XIX əsr
ədəbiyyatımızın yaradıcılarından biri, qərb aləmində
işıq saçan M.Ş.Vazehin əsərləri ədəbiyyatın qızıl
fonduna düşmüşdür. Monoqrafiya Ali məktəblər üçün
və dərs vəsaiti kimi ədəbiyyatşünaslığın xəzinəsini
zənginləşdirəcək.
Filologiya elmləri doktoru, əməkdar müəllim,
Professor Sədnik Paşa Pirsultanlı.
Nəzakət Əliyeva
6
Şəkil1. Əməkdar elm xadimi, akademik Fuad
Yusif oğlu Əliyev və Gəncə Dövlət Universitetinin
Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri,
dosent Nəzakət Yusif qızı Əliyeva.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
7
MİRZƏ ŞƏFİ VAZEHİN HƏYATI
(1794-1852)
Mirzə Şəfi 1794-cü ildə Gəncədə anadan
olmuşdur.
Mirzə Şəfinin atası Kərbəlayı Sadıq 1804-cü ilə
qədər Gəncə xanının baş memarı olmuşdur. 1804-cü
ildə Sisyanovun komandanlıq etdiyi çar ordusu Gəncə
şəhərini işğal etdikdən sonra Gəncə xanlığına son
qoyuldu. Bu xanın tikinti işləri ilə məşğul olan
Kərbəlayı Sadığı yeganə və son gəlir mənbəyindən
məhrum etdi, onun maddi vəziyyətinə ciddi təsir
göstərdi.
Kərbəlayı Sadığın iki oğlu var idi. Böyük
oğlunun adı Əbdül Əli, kiçiyinin isə Şəfi idi. Atası
Əbdül Əlini öz sənətini davam etdirmək üçün
şagirdliyə vermiş, Şəfini isə gələcəkdə ruhani rütbəsi
almaq məqsədi ilə Gəncə mədrəsəsinə qoymuşdur.
Şəfi mədrəsədə ərəb, fars dillərini və şəriət
elmlərini öyrənməklə bərabər, o vaxtlar geniş yayılmış
olan Şərq poeziyası nümunələri ilə də tanış olur. Şəfi
hüsnxət dərslərinə də xüsusi maraq göstərir.
Şəfi hələ mədrsədə oxuduğu zaman atası vəfat
edir. Dövrünün mədəni adamlarından olan Hacı
Abdullanın Təbrizdən Gəncəyə qayıtması və gənc
Şəfini öz himayəsi altına alması gələcək şairin
inkişafına mühüm təsir göstərir.
Gəncənin molla və axundları Hacı Abdullaya
düşmən münasibət bəsləyirdilər. Təlim aldığı mollalara
qarşı çox soyuq və etinasız olan gənc Şəfi, onu
himayəsinə götürən Hacı Abdullaya dərin məhəbbət
Nəzakət Əliyeva
8
göstərirdi. Hacı Abdulla isə gələcək mütəfəkkir və
şairdə elm və mədəniyyətə böyük həvəs oyadırdı.
Bütün bunlar mollaların diqqətini cəlb etməyə
bilməzdi. Şəfi, nəhayət, bir gün gözünü açıb özünü
mədrəsədən kənarda gördü.
Hacı Abdullanın məsləhəti ilə Şəfi məğlub olmuş
Cavad xanın qızı Püstə xanımın yanında binagüzarlıq
və yazı-pozu işlərini idarə etmək üçün qulluğa
götürülür. Bu zamandan Şəfi Mirzə Şəfi deyə tanınır.
1826-cı ildə İranla Rusiya arasında müharibə
başlayır. İranlılar Gəncəni işğal edirlər. Cavad xanın
oğlu Uğurlu xanın itaətinə verilən Gəncə şəhərində
onlar ancaq 3 ay qala bilirlər. İranılıların Şəmkir
altında məğlubiyyəti və Gəncədən sıxışdırılıb
çıxarılmasından sonra Uğurlu xan bacısı Püstə xanımı
da götürüb İrana qaçır, beləliklə, Mirzə Şəfi yenidən
mədrəsəyə qayıdır, hücrələrin birində müxtəlif
kitabların üzünü köçürməklə məşğul olur ki, birtəhər
güzəran keçirsin. Mirzə Şəfinin vəziyyəti ona bu vaxta
qədər köməklik edən Hacı Abdullanın 1831-ci ildə
vəfat etməsi ilə daha da çətinləşir. Onsuz da az gəlir
gətirən gözəl dəsti-xətti tezliklə ona gərəksiz olur.
İranda artıq litoqrafiyadan istifadə olunduğu üçün
kitabları əl ilə köçürməyə daha ehtiyac qalmırdı. Mirzə
Şəfi ərəb və fars dillərindən fərdi dərs verməklə
dolanmağa məcbur olur.
Otuzuncu illərin əvvəllərində Mirzə Şəfi gənc
Mirzə Fətəli Axundov ilə tanış olur və ona öz
görüşləri ilə ciddi, xeyirxah təsir göstərir. Özünün
mənəvi həyatında böyük təbəddülat yaradan bu
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
9
həyacanlı görüşləri haqqında Mirzə Fətəli Axundov
ətraflı bəhs etmişdir.
Böyük mütəfəkkir öz tərcümeyi-halında yazır:
“Gəncə məscidinin hücrələrindən birində bu vilayət
əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı. Bu adam
növbənöv elmlərdən başqa, nəstəliq yazısını da çox
yaxşı yazırdı. Bu həmən Mirzə Şəfidir ki, Almanya
məmləkətində onun həyatı və farsca şerlərə malik
olduğu fəziləti haqqında məlumat yazılıbdır. Mən
atalığımın buyruğu üzrə hər gün bu şəxsin yanına
gedib nəstəlik yazısının məşqini edirdim. Belə ki, get-
gedə mənimlə bu möhtərəm şəxsin arasında ülfət və
ünsiyyət hasil oldu. Bir gün bu möhtərəm şəxs məndən
soruşdu: “Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədi
nədir? ” cavab verdim ki, ruhani olmaq istəyirəm.
Dedi: “Sən də onlar kimi riyakar və şarlatanmı olmaq
istəyirsən?.” Təəccüb və heyrət etdim ki, bu nə sözdür.
Mirzə Şəfi mənim halıma baxıb dedi: “Mirzə Fətəli, öz
həyatını bu qaraguruhun içərisində puç etmə, başqa bir
məşğuliyyət qəbul et
1
.”
Onun ruhaniliyə nifrət etməsinin səbəbini
soruşduqda, o günə qədər mənim üçün örtülü qalan
mətləbləri açmağa başladı. Atalığımın Həccdən
qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi -
irfaniyyəni mənə təlqin etdi və gözümün qabağından
qəflət pərdəsini qaldırdi
2
. ”
1
1 Azərbaycan EA yanında Respublika Əlyazmaları fondu inv. 490 (“Биография
Колонел Мирза Фатали Ахундзаде”)
2. M.Ş.Vazeh. Nəğmələr, Bakı, Şərq-Qərb, 2004
Nəzakət Əliyeva
10
Göründüyü kimi məhz Mirzə Şəfinin təsiri ilə
M.F.Axundov ruhani olmaq məqsədindən imtina etmiş
və 1832-ci ildə Nuxa (Şəki) qəza məktəbinə daxil
olmuşdur.
1840-cı
ildə
M.F.Axundov
Tiflis
qəza
məktəbində Şərq dilləri üzrə müəllim işləyirdi. Həmin
il o bu vəzifədən çıxarkən öz yerinə Mirzə Şəfini
məsləhət görmüşdü. Qəza məktəbinin Azərbaycan dili
müəllimi vəzifəsini tutmaq üçün xüsusi imtahan
verdikdən sonra Mirzə Şəfi bu vəzifəyə qəbul edilmiş,
uzun zaman Tiflisdə yaşamışdır.
Mirzə Şəfi qəza məktəbində işləməklə yanaşı,
fərdi dərs verməklə də məşğul idi. Artıq Gəncə molla
və ruhanilərinin hücumundan uzaq olan şair burada
dövrünün qabaqcıl adamları ilə daha yaxından tanış
olmaq imkanı əldə edir.O, Axundov, Bakıxanov,
Budaqov və başqaları ilə yaxın dostluq əlaqəsinə girir.
Mirzə Şəfi Alman səyyahı, Rus və Şərq poeziyasının
tərcüməçisi Fridrix Bodenştedtlə də Tiflisdə
görüşmüdür.
Bodentştedt Tiflisdə ikən Azərbaycan və fars
dillərini öyrənməyə başlamışdı. Mirzə Şəfi ona dərs
deyirdi.Mirzə Şəfi dərs zamanı ona Firdovsi, Xəyyam,
Sədi, Hafiz və Füzulinin şerlərindən oxuyar, daha çox
öz şerlərini yazdırardı.
Bodenştedt yazırdı: “Həftədə üç dəfə dərs
keçirdik, dərsdə həmçinin Mirzə Şəfinin digər
tələbələri iştirak edirdilər. Axırda “Divan” başlanırdı.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
11
Mirzə Şəfi öz nəğmələrini oxuyur və bizə izah edirdi.
Həmin nəğmələrin çox böyük bir hissəsi demək olar ki,
mənim gözlərimin önündə yaranmışdı.
1
”
Bir dəfə “Divani -hikmətdə”n
2
sonra bağda Mirzə
Şəfi ilə gəzməyə çıxan Bodenştedt onun bədahətən şeir
söyləməsinə öz təəccübünü bildirib deyir: “Ey mənim
müdrik müəllimim, necə olur ki, sən öz nəğmələrini bu
qədər tez qoşursan?” Mirzə Şəfi oradaca topladığı
güllərdən bir dəstə bağlayıb Bodenştedtə verir və
deyir: “Budur, bax, bu gül dəstəsini mən bir an içində
düzəltdim. Halbuki bu güllər bir anda əmələ gəlib
açılmamışdır, mənim şeirlərim də bunun kimi ”
3
Bodenştedt yazır ki, mən səyahətdən qayıtdıqdan
sonra Mirzə Şəfi özünün şeirlər külliyatını mənə
bağışladı. O, Tiflisdən gedərkən apardığı dəftərlərdən
bəhs edərək bunu da göstərir ki, həmin dəftərlər şairin
tatar (Azərbaycan) və fars dillərində yazdığı
nəğmələrdən ibarət idi.
4
XX əsr rus və Azərbaycan ədəbiyyatşünaslığında
müəyyən edilmişdir ki, Almaniyada Bodenştedt
tərəfindən “Mirzə Şəfi nəğmələri ” və “Mirzə Şəfi
irsindən” adlı kitablarda dərc edilən və XIX əsrin 70-ci
illərində Mirzə Şəfinin ölümündən sonra Bodenştedtin
öz adına çıxmaq istədiyi şeirlərin demək olar ki, tam
əksəriyyəti Mirzə Şəfiyə məxsusdur. Qeyd etmək
lazımdır ki, Mirzə Şəfi haqqında həqiqətin meydana
1.
Taused und ein Tag im Orient. V., 1850
2.
Mirzə Şəfinin Tiflisdə təşkil etdiyi əbədi məclis.
3.
Tausend und Ein Tag Orient V., 1850, səh. 273
4.
Aus dem Nachlasse Mirsa Schaffys, Berlin, 1875, səh. 206
Nəzakət Əliyeva
12
çıxarılması, onun bədii yaradıcılığının təhlili, ictimai –
fəlsəfi fikirlərinin öyrənilməsi ədəbiyyatşünaslardan
Ə.Ə.Seyidzadə,
S.Mümtaz,
E.Enikolopov,
proffessorlarımızdan
M.Rəfili,
F.Qasımzadə,
H.Hüseynov, M.Qasımov və akademik A. Makovel-
skinin xüsusi xidmətləri olmuşdur.
“Mirzə Şəfi nəğmələri”nin Almaniyada ilk çapı
böyük müvəffəqiyyətlə qarşılanmışdır. İlk dəfə 1851-
ci ildə nəşr edilən həmin şeirlərin 1893-cü il 145-ci,
1924-cü ildə isə 170-ci nəşri çapdan çıxmışdı. İndiyə
qədər həmin kitab 300 dəfədən artıq təkrar nəşr
edilmişdir.
“Mirzə Şəfi nəğmələri” fransız, ingilis, italyan,
isveç, holland, danimarka, ispan, portuqal, rus, çex,
macar, yəhudi və s. dillərdə dəfələrlə çap olunub geniş
yayılmışdır. Buradan da Bodenştedtin özünü bu
şeirlərin tərcüməçisi kimi deyil, müəllifi kimi qələmə
verməsinin səbəbi aydındır.
Bodenştedt 1847-ci ildə Tiflisi tərk edir. Bundan
1 il sonra, yəni 1848-ci ildə Mirzə Şəfi də Tiflisdən
köçüb Gəncəyə gəlir. O burada qəza məktəbində
Azərbaycan dili müəllimi vəzifəsində işləyir. Lakin
Mirzə Şəfi iki ildən sonra yenidən Tiflisə qayıdır,
Tiflis gimnaziyasında Azərbaycan və fars dillərində
dərs deyir. Ölümündən bir az əvvəl Mirzə Şəfi həmin
gimnaziyanın
müəllimi İ.İ.Qriqoryevlə
birlikdə
Azərbaycan dilini öyrənənlər üçün dərslik yazıb
hazırlamışdır. Artıq söz sərrafının alnında durna
qatarlarının kölgəsi yer eləmişdir.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
13
Mirzə Şəfi 1852-ci ildə vəfat etmişdir. O,
professor M.Rəfilinin yazdığı kimi, “...tənha,
unudulmuş, soyulub talan edilmiş bir halda vəfat etdi.
Lakin onun bəzi şeirləri xalqın hafizəsində, həmçinin
əlyazmaları şəklində qalaraq, Avropa dillərinə tərcümə
edilərək şairə dünya şöhrəti qazandırdı”.
Mirzə Şəfinin ədəbi yaradıcılığını, onun ictimai –
siyasi və fəlsəfi görüşlərindən ayrı təsəvvür etmək
olmaz. Şairin ictimai – fəlsəfi görüşlərinin onun bədii
yaradıcılığında nə qədər kəskin ifadə olunduğunu
təsəvvür etmək üçün əldə olan iki misralı orijinal bir
şeirini misal çəkmək kifayətdir. Bu şeirdə şairin din
xadimlərinin iç üzünü böyük bir məharətlə, cəsarətlə
açıb ifşa etməsinə heyran qalmamaq olmur. O üzünü
mollalara tutub deyir:
Min ev yıxıb, tikirsiniz bir boş minarə,
Ərşə çıxıb qonaq gedin pərvərdigarə!
Mirzə Şəfinin vaxtilə ədəbiyyatşünas Salman
Mümtaz tərəfindən əldə edilən orijinal şeirlərinin əsas
hissəsini məhəbbət lirikası təşkil edir. Mirzə Şəfinin
əldə olan qəzəl, müxəmməs və rübailəri onun nə qədər
zəngin yaradıcılıq təcrübəsinə və yüksək istedada
malik olduğunu göstərir. Bu şeirlər klassik poeziyanın
ən gözəl nümunələri hesab oluna bilər. Lakin bunlar
şairin məhəbbət lirikası, dil və üslub xüsusiyyətlərinin
bəzi mühüm cəhətləri haqqında müəyyən təsəvvür
yaratmağa kömək etsə də, ümumi dünyagörüşü, ictimai
- siyasi və fəlsəfi əqidəsini aydınlaşdırmaq üçün elə
Nəzakət Əliyeva
14
zəngin məlumat vermir. Buna görə də həmin
məsələləri aydınlaşdırmaq məqsədilə “Mirzə Şəfi
nəğmələri” və xüsusən “Mirzə Şəfi irsindən” adlı
kitablara müraciət etmək lazımdır. Bodenştedtin
tərcümə zamanı şairin şeirlərini bəzən forma və ya
məzmun cəhətdən nə qədər təhrif etmiş olduğunu
nəzərdə tutsaq belə, biz bu şeirlərə müraciət etməli
olacağıq. Mirzə Şəfinin müəlliflik hüququnu sonralar
inkar edən Bodenştedt, özü də boynuna alırdı ki, həmin
şeirlərdə şərh edilən fikirlər bütünlüklə Mirzə Şəfiyə
məxsusdur
1
.
5
Mirzə Şəfinin bu əsərlərində feodal quruluşun
mənfi cəhətlərinin kəskin tənqidi mühüm yer tutur. O
öz əsrinin bir çox demokratik ruhlu mütəfəkkir şairləri
kimi bu tənqidi əxlaq və etika mövqeyindən edir.
Xoşbəxtliyə can atmaq təşəbbüsü – Mirzə Şəfi
şeirlərində irəli sürülən etik fikirlərin əsas amilidir.
Şairin diqqət mərkəzində duran yalnız insandır – bütün
iztirab və sevinci, xoşbəxtlik və bədbəxtliyi, məhəbbət
və nifrəti ilə birlikdə götürülən insan. Xoşbəxtlik
uzaqda deyil. Lakin onu görmək, əldə etmək lazımdır!
Dindar fırıldaqçılar isə, var qüvvələri ilə buna
maneçilik törədir. Çünki onlar yaxşı bilirlər ki,
xoşbəxtliyə çatan kəs onların məscidinə ayaq basmaz.
Şair göstərir ki, xalqın böyük bir kütləsi savadsızdır.
Buna görə də, onların gözünü açmaq lazımdır. Xalq
1
Aus dem Nachlase Mirza Schaffys, Nene siederbuch mit prolog
und erldnterndem Nachtrag von Fridrich Bodenstedt, Berlin. 1881.
səh 218
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
15
ancaq öz bədbəxtliyini dərk etdikdən sonra
bədbəxtlikdən xilas olmaq uğrunda mübarizə apara
bilər. Mirzə Şəfiyə görə, bu sahədə əsas vasitə xalqı
maarifləndirməkdir. Bu işdə Mirzə Şəfi poeziyanın
roluna böyük qiymət verir.
Mirzə Şəfi poeziyanın ictimai rolunu unudan,
qulağı oxşayan boş məzmunsuz qafiyəpərdazlıqla
məşğul olan, ömrü boyu güldən, bülbüldən, hicran və
vüsaldan, günəşdən və aydan, cənnət və cəhənnəmdən
“mızıldayan” şairləri lağa qoyur:
Sizin tutduğunuz bu yol asandır,
Fəqət axmaqlarçün “ürəkaçandır”.
Şeiriniz ürəyi gətirməz cuşa,
Qanan kəslər üçün bəladır başa!
Mirzə Şəfi şeirlərində insanı həyatdan zövq
almağa çağırır. Lakin bu onun əxlaqi görüşlərinin
yeganə məğzini təşkil etmir. Şair özünün maarifçilik
ideyalarında insanı mənən, ruhən təmizləyən
məhsuldar əməyin roluna da böyük əhəmiyyət verir.
Mirzə Şəfi əməyə, əsasən, əxlaqi bir kateqoriya kimi
baxır.
Məhəbbətə himn, onun şeirlərində əməyə himnlə
ahəngdar bir şəkildə səslənir. Şair insan əməyinə
müraciət edərək deyir:
Ey bəşərin xilasına edilən kömək,
Ey göylərin ilk töhfəsi sevimli əmək!
Sənə xidmət edənlərə təsəllisən sən,
Nəzakət Əliyeva
16
Müdriklərin ilk arzusu, ilk istəyisən.
Ancaq nadan çətin işdən qaçar asana,
Məhv olardım dirənmədən min yol əsana!
Ey göylərin ilk vergisi !... İnsan ki, sənə
Daim sadiq qalasıyam gedincə sinə
1
.
6
“Başa bəla gətirən həqiqətdən ürək sevindirən
yalan min dəfə yaxşıdır
2
”
7
– deyən Bodenştedtdən
fərqli olaraq Mirzə Şəfi öz şeirlərində həqiqət və
doğruluğun tərəfində durur. Lakin o bunu da bilir ki,
həqiqət ocaq kimidir, onu hər yerdə yandırmaq olmaz.
Bununla yanaşı deyir ki, həqiqəti müdafiə etmək çətin
olsa da, onu müdafiə etmək lazımdır:
Qoy sən həqiqəti söyləyən zaman,
Qopsun min təhlükə, qopsun min tufan.
Gəl baxma bunlara, ey Mirzə Şəfi,
Uca tut daima arı, şərəfi!
Həqiqəti danışan adamın and içməyə ehtiyacı
yoxdur.
Mirzə Şəfiyə görə, həqiqəti ifadə etməyin ən
yaxşı yolu şeirdir. Şeirlə həqiqət, həqiqətlə şeir
qardaşdır:
Qəlbimin, ruhumun qanadıyla mən,
Çıxdım aydınlığa zülmət gecədə.
Gördüm şeriyyətdə həqiqətimi,
Tapdım həqiqətdə şeriyyətimi.
1
Qəbir
2.
F.Bodenstedt. “Aus Morgenland und Adeudland “, Leipzig.1882.
səh. 51
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
17
Qadın azadlığı məsələsi Mirzə Şəfi poeziyasında
xüsusi yer tutur. Şair deyir ki, Şərq gözəlinin qara
çadra altında gizlənən üzündən çadranı atması lazımdır
ki, bəşəriyyət həyatın ən gözəl nemətlərinin birindən
məhrum olmasın. Bu cəhətdən “Tulla çadranı” şeiri
xarakterikdir.
Tulla gəl çadranı... görünsün üzün,
Gül də gizlədərmi de, bağda özün?
Səni qadir Allah, ey incə çiçək,
Yaratmış dünyaya verməkçin bəzək.
De, bunca lətafət, bunca məlahət,
Solsun dar qəfəsdə neçin, nəhayət?!
Şair yoxsulluğa dünyada ən böyük, hətta ölümdən
də dəhşətli bir hadisə kimi baxır. Yoxsulluq, ehtiyac
Mirzə Şəfiyə görə, ən ağıllı adamın belə qürurunu
sındırır; onu elə adamlara tabe edir ki, onların
qarşısında boyun əyməkdənsə, ölüm yaxşıdır. Ehtiyac
şeriyyətin
düşmənidir.
Şair
“yoxsulluq”
və
“bədbəxtlik”
haqqında
danışsa
da,
onlardan
qurtarmağın yolunu müdriklikdə, ağılda, insanın
möhkəm iradə və mənəvi yüksəkliyində görür. Şair
bəzən öz oxucusuna təsəlli verir. Ruhdan düşməməyə,
gözəl gələcəyə ümid bəsləməyə çağırır. O deyir ki, elə
bir varlıq yoxdur ki, əzabdan azad olsun. Lakin hər
gecənin bir gündüzü var! Hər şeyi ürəyinə salma, çünki
hər şey dəyişir.
Mirzə Şəfinin şeirlərində dini xurafata qarşı
mübarizə ideyası mühüm yer tutur. Şair göstərir ki,
insan bir dəfə dünyaya gəldiyi və onun iki həyatı
olmadığı üçün, o biri dünyaya ümid bəsləməməli, yer
Nəzakət Əliyeva
18
üzündə xoşbəxt olmağa çalışmalıdır. Cənnəti bu
dünyada axtarmaq lazımdır, xoşbəxtlik göylərdə
deyildir.... O bu barədə çoxlu qısa kəlamlar, aforizmlər
yazır. Şairin qənaətinə görə, bu cür şeirlər xalqa
asanlıqla çatır, onların qəlbinə tez təsir edir və çox
yaşayır. Mirzə Şəfinin hətta ayrı–ayrı din formalarının
mahiyyətini eyniləşdirilməsi belə onun düşmənləri
olan mollaların xüsusi nifrətinə səbəb olurdu.
Mirzə Şəfinin bədii yaradıcılığı, onun əsərlərində
irəli sürdüyü ictimai-fəlsəfi ideyalar xalqımızın mədə-
niyyət tarixində xüsusi yer tutur. Şairin yaşadığı
dövrdə həmin ideyalar bütün köhnə cəmiyyətə, onun
həyat tərzi və geri qalmış görüşlərinə qarşı
çevrilmişdi.
1
O dövrdə köhnə cəmiyyətə, islam dini və şəriət
qaydalarına qarşı az adam belə açıq, cəsarətlə çıxış edə
bilərdi. Buna görə Mirzə Şəfi müəyyən mənada tək idi.
Lakin onun hər halda M.F.Axundov kimi bir ardıcılı da
var idi.
Mirzə Şəfi öz ədəbi fəaliyyəti ilə Azərbaycanda
bütün sonrakı ictimai fikrin inkişafına verdiyi güclü
təkanın nəticələrini görə bilmədi. Lakin onun ideyaları
getdikcə
yayıldı.
M.F.Axundov,
H.B.Zərdabi,
S.Ə.Şirvani, M.Ə.Sabir və başqa ədib, mütəfəkkirləri-
miz tərəfindən davam və inkişaf etdirildi.
Yaradıcı insanların, elm adamlarının tərcümeyi-
halı yalnız onların deyil, bütövlükdə mənsub olduqları
xalqın mədəni-siyasi həyatı ilə şərtlənir; t ərcümeyi-
_________________________
1. Bax. A.A., «Mirza Şafi ili Bodenştedt», İzdatelğstvo AQU, Baku, 1940
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
19
halda hər şey–nöqtə, vergül də düz olmalıdır. Bu
deyilənlər əsasında Gəncə müdriki Mirzə Şəfi Vazehin
həyatını nəzərdən keçirmək maariflənmiş ağıl
sahiblərinin vəzifəsidir. Onu da deyək ki, Vazehin
həyatı XX əsrdə daha çox araşdırılmış, az və çox
dərəcədə öyrənilmişdir. Buna baxmayaraq, yenə də
diqqətdən yayınan bir - birinə zidd fikirlər örtülü
qalmışdır. Almaniyalı Fridrix Bodenştedt ziddiyət
yaradan kiçik faktları mürəkkəbləşdirmişdir. Sovet
məkanında tədqiqatçılar gəncəli şairin irsinin ona
məxsus olduğunu müəyyənləşdirərkən hissə qapanıb
onu plagiatr adlandırmışlar... Kiçik faktların birində
isə deyilir ki, Gəncənin işğalından xeyli sonra Mirzə
Şəfi Vazeh Cavad xanın qızı Püstəbəyimlə birlikdə
İrana getməmişdir. A.A.Bakıxanov yazır: “Üçkilsə
(Eçmiədzin) yaxınlığında Qırxbulaq adlı yerdə ruslar
Abbas Mirzəni məğlub etdi. Bu zaman sədri - əzəm
Mirzə Şəfi İrəvan qalasına gedib Məmmədxanı
cürbəcür nəsihətlərlə İran dövlətinə tərəfdar etdi ”
1
.
Bu zaman onun 32-33 yaşı var idi. Bu kiçik fakt
sayılsa da, Vazehin həyatına işıq salır: ermənilərin
satqınlığı ilə 1826 – cı ilin sonlarında İrəvana gələn rus
qoşunlarına qarşı Cavad xanın böyük oğlu Uğurlu ağa
qəhrəmancasına vuruşurdu və bu çar əsgərlərini
qorxuya salmışdı. Onu bu mübarizədən çəkindirməyə
çalışan Qriboyedov “Uğurlu ağa, zərərin yarısından
qayıtmaq xeyirli olar”
1
– deyə yazmışdır.
Bir neçə ədəbi - tədqiqat əsərlərində
Ə.Ə.Səidzadə yazır ki: “Mirzə Şəfi gah Mirzə
Məhəmməd Şəfi, gah da Mirzə Əhməd Şəfi” deyiminə
Nəzakət Əliyeva
20
rast gəlirik. Bu da məlumdur ki, Mirzə Şəfi ilk
əsərlərində
özünü
“Mühəmməd
Şəfi
də
adlandırmışdır”. Başqa bir mənbədən isə məlum olur
ki, Mirzə Şəfi ata-babası tərəfdən Mühəmməddir, əslən
gəncəlidir.
Mübahisə doğurmayan bir fakt da ondan ibarətdir
ki, Vazehin atası Kərbəlayi Sadıq Cavad xan sarayında
sayılıb – seçilən bənna (memar) idi və onun böyük
oğlu Əbdüləli (Əli) atasının yolu ilə getmiş, kiçik oğlu
Şəfi oxuyub – yazmağa meyl etdiyinə görə dindar ata
onu Şah Abbas məscidində mədrəsəyə vermişdir.
Deyilənə görə onun müəllimi dini elmləri mükəmməl
bilən, “Qurani – Kərim”i bəlağətlə əzbər oxuyan
Molla Hüseyn Pişnamaz (1783-1859) balaca Şəfini
açıq fikirli olduğuna görə danlar, suallarını cavabsız
qoyar, amma cəza verməzdi. O, cəzanı uşağı qorxudub
kütləşdirən əməl sayırdı. Lakin sinifdə müəllimlə
şagird arasındakı mübahisə Şəfinin mədrəsədən qaçma-
sını tezləşdirmişdir. A.Barje yazır ki,: “Gəncə
mədrəsəsinin ruhaniləri gənc Şəfinin fikrindəki
dəyişikliyi gördükdə ona dərs verməkdən imtina
etdilər.
... Şairin yaradıcılığında ruhaniliyə qarşı nifrətin
... oyanması bununla bağlıdır ...”
1
Mədrəsədən çıxdıqdan sonra məscid küncündə xəttatlıq
edən Şəfi Hacı Abdulla ilə rastlaşır. Hacı Abdulla onun
açıqfikirli olduğunu bildikdə himayəsinə götürür. 1823
– 1824 – cü ildə Gəncəyə gələn, soykökü dərinliyi
_______________________
1.A.S.Qriboedov. «Qore ot uma», Pisğma i zapiski. Baku, 1989, str. 250
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
21
ilə Nizami yurduna bağlı olan tacir Hacı.
1.
Abdulla (...-1831) uzun müddət İranda yaşamış
və Bağdadda ingilis işğalına qarşı azadlıq istəyən
heyrəndiş dərvişlərin aksiyasına qoşulmuşdur. Hacı
Abdulla bunu özünün əsas əqidəsi saymış və bir sufi
kimi müəllimi Seyid Əttara sadiq qalmışdır. Hacı
Abdulla Mirzə Şəfinin həyatında xüsusi rol oynamış
vəfatı zamanı varidatının müəyyən bir hissəsinin ona
verilməsini də vəsiyyət etmişdir. Bir məlumata görə
Hacı Abdulla Mirzə Şəfini Cavad xanın qızı
Püstəxanımın yanında onun var –dövlətini siyahıya
alan vəzifəyə təyin olunmasına kömək etmiş və buna
görə ona “Mirzə” adı verilmişdir. “Mirzə” adı ilə
A.Berje səhvə yol vermişdir: O, “Mirzə”ni xan qızının
“məktub daşıyan”ı, poçtalyon kimi izah etmişdir.
A.Berje “Mirzə”nin mənasını başa düşməmişdi ...
Mirzə Şəfinin şəxsi həyatı barədə elə bir sənəd
bilmirik. Onun vəfatından sonra vəsiyyətnaməsi də
olmayıb. Tiflis gimnaziyasının kiçik müəllimi Mirzə
Şəfi subay olmuşdur. Aradan bir il keçdikdən sonra,
təsadüfən gəncəli Seyid Nisə Seyid Yəhya qızı Mirzə
Şəfinin öldüyünü eşidir və Qafqaz təhsil naziri
Uvarova ərizə göndərir. Vazehin arvadı olduğunu və
buna görə ona təqaüd verilməsinə razılıq istəyir. Seyid
Nisənin bu ərizəsi Gəncə şəriət məhkəməsinə
göndərilir. 12 oktyabr 1853-cü ildə ərizəyə belə bir
cavab alınmışdır: “Tiflis gimnaziyasının müəllimi,
mərhum Mirzə Şəfi Kərbəlayı Sadıq oğlu Vazehin
____________________________________________________
1.A.A.Bakıxanov “Gülüstani-İrəm”. Bakı, 1951, səh.193
Nəzakət Əliyeva
22
Gəncə şəriət məhkəməsində nəinki kəbini, heç siğəsi
də olmayıb...” (səh.21)
Göründüyü kimi Seyid Nisə Seyid Yəhya qızı
Vazehin arvadı olmayıb. Lakin çar dövründə vəfat
edən müəllimlər ailəsinə yüksək məbləğdə təqaüd
verildiyinə görə Seyid Nisə şəriət məhkəməsinin
yazdıqları
ilə
razılaşmamış,
tələbindən
geri
çəkilməmiş, 1859-cu ildə hökumətdən birdəfəlik min
manat təqaüd almışdır.
Dostları ilə paylaş: |