_________________________
1. Mirzə Şəfı Vazeh. Bakı,«Kommunist»qəzeli naşriyyatı,1926, səh.12.
Nəzakət Əliyeva
48
Məktubda farsca gedən kiçik şeir parçaları
müəllifin lirik, mənalı beytlərindən ibarətdir. Burada
«əhli-dərd»in daxili aləmi, onun məhəbbətindəki
uğursuzluğu,
məşuqəsindən
gileyi,
ayrılıqdan
şikayətləri məcazi ifadələrlə təsvir edilmişdir.
Məktubda bir neçə bədii, mənalı təşbehə (gözdən
tökülən yaşın səfərə çıxanın ardınca atılan suya,
ayrılığın gecəyə, vüsalın gündüzə oxşadılması),
cinaslara (məni eşqin oduna yandırdın, çünki gördün
yan durdun) və s. məcazi ifadə vasitələrinə rast gəlirik.
Ey nəzakət çəməni içrə xuraman, Süsəni,
Xubluq kişvərinin təxtinə sultan, Süsəni.
1
mətləsi ilə başlanan müxəmməsində demək olar ki,
bütün misraları məcazi ifadələrdən, təbii təşbeh və
istiarələrdən ibarətdir.
Hərəkatü-rəvişin qıldı səhi-sərvini pəst,
Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,
Laiəni dağə salıb ruyin edib badəpərəst
Ey könül, qaş-goz aradə nə gəzirsən belə məst?
Yoxdu vəhmin ki, ara yerdə tökə qan Süsəni?
1 Mirzə Şəfı Vazch. Bakı, «Kommunist» qozeti nəşriyyaiı, 1926. səh. 20.
2 Yenə orada, «Kommunist» qəzeti (1926).
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
49
AVROPADA MĠRZƏ ġƏFĠ VAZEHĠ FRĠDRĠX
BODENġTEDT TANITMIġDIR
Tarixi özümüz yaradırıq, çox vaxt yazan
başqaları olur.
FRĠDRĠX BODENġTEDT
Nəzakət Əliyeva
50
İstirahət günü idi: Günəş bir adam boyu
qalxmışdı. Mirzə Şəfi də sübhdən oyanmışdı. Evinin
qarşısındakı balaca bağçada gəzir, ağaclara qulluq edir,
əlindəki bellə güllərin dibini yumşaldırdı. Əhvalı xoş
görünürdii. Bağçada on-dan başqa heç kim yox idi. O,
tənhalığa öyrən-mişdi. Sərv ağacına daha çox diqqət
yetirirdi. Başı o qədər qarışmışdı ki, küçə qapısının
açıldığını hiss etmədi. Gələn almaniyalı Fridrix
Bodenştedt idi. O, bir gün əvvəl Mirzə Şəfinin yanına
gəlməyə razılıq alıb ünvanını götürmüşdü. Mirzə Şəfi
hənirti duyub arxaya baxanda Fridrixi gördü. O Şəfiyə
yaxınlaşıb salam verib kefini soruşdu.
- Kefim yaxşıdır, adətim belədir, həmişə gün
çırtanda yuxudan qalxıram. Bu məndə vərdişə
çevrilibdir. Kişi erkən qalxmalıdır...
- Böyük ustad, bunların hamısı xoşdur. Özünüzün
səhhətinizə fikir verin.
-Allahın işinə heç kəs qarışa bilməz. Onun özü
bilən yaxşıdır. Bir də ki, a Fridrix ömrüm harada
qırılar-qırılsın. Ağlayanım da olmayacaq.
-Ustad, elə demə, sən böyük adamsan. Dünən
mənə verdiyin şeirləri gecə oxuduqdan sonra dedim -
İlahi, sənə çox şükür! Şərqin Hafizi Qafqazda
dirilibdir. Sənin şeirlərində həyat qaynayır, məhəbbətə
tutulmuş insan Allaha qovuşmağa can atır.
Şeirlərindəki ilahilik sənin şəxsiyyət olmağının
təsdiqidir. Bəs, bu ağaca niyə bu qədər diqqətlə
baxırsan, axı, o meyvəsizdir...
- Elə ona görə vurulmuşam, - deyə Şəfi
gülümsədi.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
51
-Meyvəsiz ağacamı?
- Bəli, çünki mənimlə bu ağac arasında fərq
yoxdur. Taleyimə belə yazılıbdır. Taledən qaçmaq
olmaz. Yenə də Allah bilən yaxşıdır. Bu nə ağacdır
tanıyırsanmı?
Fridrix çiyinlərini çəkdi.
-Buna Sərv deyirlər.
-Sərv olsun, bəs, niyə buna belə şövqlə baxırsan?
-Sərv-azadlıq ağacıdır. Şərq şerində bu ağac
gözəlin qamətilə qiyas edilir. Budaqları qoesentrik
deyil, heliosentrikdir-göyə baxır, yüksəkliyə can atır.
Mən də azadlıq aşiqiyəm...
Mən xeyli fikirləşdim. İlahi, ustadım nə dərin
təfəkkür sahibidir.
-Fridrix, nə yaxşı gəldin. Bu gün tək qalmaq
istəmirəm. Dünya təkliyi sevmir. Allah da tək adama
baxmır, işini düzəltmir.
O, deyəsən axırıncı sözü başa düşmədi. Necə yəni
Allah da tək adamı sevmir. Ustad nə demək istəyir,
nəzərdə nəyi tutur? – deyə fikirləşdi. Nəhayət,
utancaqlığı kənara atıb soruşdu:
-Ey müdrik, ey Şərqin məhəbbət rəmzi, axırıncı
söz Allaha asilik deyilmi?...Allah təkliyi sevmir?
-Necə ola bilər özü tək olan təkliyi sevməsin?
O gülümsədi, başını yuxarı qaldırdı, papağını
götürüb əlinin içi ilə başının tərini sildi. Gözlərini
ənginliklərə zillədi. «Allaha qovuşmağa can atıram,
məni dindirmə» - dedi.
Mən daha üz vurmadım, daxili aləmimə qapılıb
qaldım. Tənhalıqdan darıxdım. Başımı çiynimə qoyan
Nəzakət Əliyeva
52
Sərv ağacının saçlarını tumarlamaqla vaxtımı öldürmək
istədim. O mənim sərvi kobudluqla tumarladığımı
görüb həyəcanlandı.
-Ehtiyatlı ol! «Qızın» qəlbini sındırarsan, o, çox
kövrəkdir, canlıdır, eşidir. Görmürsən, başını göylərə
necə şax qaldırıbdı? O, Allahın dərgahına can atır. Pak
olmaq üçün saçlarını səhər nəsiminə daratmışdır.
Həyatda ən çox sevdiyim bu ağac paklıq və gözəllik
rəmzidir. Meyvəli ağaclarda paklıq yoxdur, çünki
onlara çoxlu napak əllər toxunur. İndi deyərsən ki,
«barsız ağacı kəsərlər». Baxır hansı ağacı.
Mən onunla mübahisəyə girməyi özümün
məğlubiyyətim bildiyim üçün əvvəlki fikrimi ortaya
atdım.
-Allah təkliyi sevmir?
-Bəli, sevmir.
-Tək adam nəsil vermir. Allah isə dünyanı insan
üçün yaratmışdır. Allah təkliyin tərəfdarı olsaydı, baba
Adəm ilə Həvva nənəni cənnətdən qoşa çıxarmazdı,
dünyanı su basanda Nuh peyğəmbər gəmiyə canlıları
cüt götürməzdi.
-Bəs, şeytan? - deyə Bibliyadan yadımda qalan
bir əhvalatı ortaya atdım. O buna bənd imiş kimi
şeytana lənət oxudu. Bibliyadakı əhvalatı belə xatırladı:
-Böyük Allah yaratdıqlarını şeytana uyduqlarına
görə cənnətdən qovduqdan sonra, İblisin oğlu Xənnas
onlara nökər göndərildi. Xənnas ulu babamızla, ulu
nənəmizə qulluq edirmiş. Lakin onları lap təngə
gətirmişdi. Yer üzünün ilk ər-arvadı qərara gəlirlər ki,
Xənnası da özləri ilə birlikdə dərya kənarına aparsınlar
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
53
və orada onu suya atsınlar, onlar fikirləşdiklərini yerinə
yetirdilər. Şad-xürrəm evə qayıdanda Xənnasın onları
qarşıladığını görüb dilxor oldular. İkinci dəfə tonqal
yandırıb Xənnası oda atdılar. Yenə də canları
qurtarmadı. Nəticədə, belə qərara gəldilər ki, onu
böyük bir qazana basıb, bişirib yesinlər. Fikirləşdikləri
kimi etdilər. İndi İblis insanın ürəyində yox,
qanındadır. Özü də, o qan İblisin oğlu Xənnasın
qanıdır.
Mən bu sualımla müəllimimin müdrikliyini
bilmək istəyirdim. Axı, o, bir müsəlman kimi Bibliyanı
bilməyə bilərdi. Ustadımın bu izahı məni daxilən sıxdı.
O, sözünü belə bir şəkildə ümumiləşdirdi.
Adəmlə Həvva Xənnası yedilər ki, canları
dincəlsin, övladlarını isə bəlaya saldılar. Beləcə zaman
keçdi, bir ata və bir anadan dünyaya gələnlər bir-birinə
düşmən kəsildi. Bax, bəşər övladının başına gətirilən
bütün müsibətlər valideynlərlə bağlıdır...
Mən nəfəsimi çəkmədən ona qulaq asırdım. O
birdən dayandı, dərindən nəfəs aldı, hiss etdim,
yorulubdur, oturmağa yer axtarır. Çarhovuzun yanına
gəlib, söyüd ağacının altında salınan xalının üstündə
oturdu və mənə də yanında yer göstərdi. Ortaya
pürrəng çay gətirildi. Bu böyük iltifat idi. Müəllimlə
nimdaş bir xalının üstündə bardaş qurub oturdum.
Müəllimim dedi ki, bardaş qurub oturmaq, insanın qara
ciyərinin uzanmasına imkan vermir.
Müəllimimdən xahiş etdim ki, yeni yazdığı
şeirlərdən birini oxusun. O, sözümü sındırmadı:
Nəzakət Əliyeva
54
Cəhalət içində olmuşdum sərsəm,
Qocalıb getmişdim ürəyimdə qəm.
Gümrah, cavan etdi yenidən məni,
Bir mey, bir məhəbbət, bir də ki, nəğmə.
Mey iç Mirzə Şəfi, dayanma gəl boş,
Ol meylə, sevdayla, nəğməylə sərxoş.
Fridrix bu şeiri dərhal qiymətləndirə bilmədi.
Lakin sonralar öz müəllimi haqqında belə yazmışdı:
“Qəlbimdə əbədi yaşayan hikmətli sözləri, şirin
nəğmələri ilə qadın və qızlarımızın dilində əbədiləşmiş,
adı bütün Avropada iftixarla çəkilən Gəncəli söz
ustadım Mirzə Şəfi. Sən bu gün xatirimdə yenidən
canlanırsan. Sanki biz çay süfrəsi ətrafında əyləşib,
sizin gözəl nəğmələrinizi dinləyirik. İnsanlara sevinc,
özünə əbədi şöhrət gətirmək üçün mənə bəxş etdiyin bu
tər çiçəklərdən Sizə gözəl bir çələng hördüm, qarşıma
tökmüş olduğunuz bu zümrüd daşları sapa düzüb zərif
bir boyunbağı düzəltdim, ey mənim söz ustadım”
1
.
1 Şərqdə min bir gün. Berlin, 1851, səh. 168. (Akif Bayramovdan götürülübdür)
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
55
NEYLƏYİRSƏN YAŞI SƏN...
Sevgiyə hədd qoymaq düzü günahdır,
Cahilin hər işi, sözü günahdır
Eşqi günah saymaq özü günahdır
Kim deyir eşqimdə günahkaram mən.
Bəxtiyar Vahabzadə
Sentyabr ayı idi. Mirzə Şəfi Tiflisdə gimnaziyada
dərs deyirdi. Axşamlar Kür sahilində gəzinir, dünya
işlərini xəyalından keçirir, gəlib-gedənlərə baxırdı.
Neftlə doldurulmuş fanarların sarı işıqları yanmaqda
idi. Yanından qırx yaşlarında bir qadın keçdi, şair
heyranlıqla onun arxasınca baxdı, tanımadı. Təsadüfən
geriyə qanrılan qadın onun arxasınca baxanı gördü,
geri qayıtdı. O, şairə yaxınlaşıb dedi:
- Sən kimsən?
- Qəribəm, Tiflisə təzə gəlmişəm.
-Haradan?
- Gəncədən.
-Hə... Nə haqla arxamca baxırsan?
-Gözəlin arxasınca baxarlar. Allah səni gözəl
yaradıb ki, mənim kimi yazıqlar arxanca baxıb qovrul-
sunlar. Axı, Allah səni gözəl yaradıb təkcə özün üçün
yox, hamı üçün yaradıb... «Gözələ baxmaq savabdır»
sözlərini eşidibsənmi? Bəs, sənin adın nədir?
-Susanna.
Şəfi susdu.
- Nə fikirləşirsən?
- Ad tanışdır.
Nəzakət Əliyeva
56
-Ad-ada oxşayar, özünü çox yorma.
-Doğru buyurursan, xanım. Lakin bu adla
əlaqədar macəralarım olubdur.
Qadın cavab verib özünü tanıtmadı. Aradan xeyli
vaxt keçmişdi...
- Bəs, sənin adın nədir?
- Şəfi.
-Yaxşı səslənir, dilim tutur «Şafi»...
Bu gözlənilməz tanışlıqdan sonra Susanna ilə Şəfi
arasında vaxtilə Gəncədə əsası qoyulan sevgi əhvalatı
yenidən təkrarlandı. Bir neçə görüşdən sonra araları
dəyir. Şəfinin gündüzü qaranlığa döndü. Gecələr
gözünə yuxu qonmadı. Gec tapıb tez itirdiyi
məhəbbətini yenə də tapa bilmir. «Susanna» şeirini
yazır. Bir həftə içərisində bu şeir şeytanbazar
dəllallarının, gentuman kintoların dilinin əzbərinə
dönür. Şerin sorağı Susannaya çatır. Əsəbləşib özündən
çıxan Susanna gimnaziyaya gəlir. Şəfini çağırtdırır,
məktəbin qabağındakı bağa yön alırlar. Qadın
gözlənilmədən hücuma keçir.
-Məni niyə rüsvay edibsən, ey şair?
-Sən kimsən, ey mələk?
- Susannayam.
-Lap gözəl, çox pakizə. Susanna vaxtı ilə sən
mənim saatlarımı şirinləşdirir və bununla qəlbimdə elə
bir atəş yandırıbsan ki, bu atəş səhrada yanan atəşə
bənzər. Bu məhəbbətdir. Bütün dünya yuxuda olarkən,
bütün ətraf sakit ikən məhəbbət oyaqdır. Bu oyaq
məhəbbət indi səni tapıb, taleyin üzümə gülüb. İndi gəl
fəvvarənin yanındakı skamyanın üstündə oturaq və ilk
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
57
məhəbbətimizdə saçlarına sığal verə bilməmişəm. İndi
çəmidir yan-yana oturaq məşşatəliyimlə səni gözəllər-
gözəli eləyim. Sənin kimi gözəlin məşşatəsi olmaq
mənə xoşdur. Çoxdandır barmaqlarım yanaqlarının
həsrətini çəkir. Buxağındakı xala baxmaq, ona
toxunmaq mənə behişt qapısını bağışlar. Neçə müddət
idi Tiflisi gəzib dolanırdım. Səni tapa bilmədiyim üçün
bu şeiri yazdım. Axı, şairin qəmxarı şeiridir. Şeir şairin
dərdçəkənidir. Hara göndərirsən gedir. Allaha min
şükür, arzuma çatdım.
-Nəyə çatdın?
-Arzuma.
-Arzun nədir?
-Arzum səni görmək.
-Hə, məni gördün, sonra?
-Sonrasını deməzlər. Sən mənə borclusan.
-Nə borcluyam?
-Gəncliyimi qaytar özümə.
-Tökülən şey dolmaz, şair. Belə borcu ancaq
Allah qaytara bilər.
-Amin! Kaş dediklərin doğru çıxaydı. Onda səni
sevməzdim.
-Həqiqi sözündür?
-Əlbəttə, həqiqi sözümdür.
Susanna tutuldu, az qalmışdı cin atına minsin. Nə
düşündüsə dedi:
-Daha nə borcluyam sənə?
-Borcun çoxdur. Səni bütün Tiflisdə tanıdıb
məşhurlaşdırmışam.
-Axı, dedin ki, cavan olsam, səni sevmərəm?
Nəzakət Əliyeva
58
-Hələ ki, cavan deyiləm, deməli, sevirəm. Ya
köhnə dostluğu təzələ, ya da səni yenidən dilə-dişə
salacağam, onda bilərsən necə «dəlləyəm».
Qadın qımışdı. Əlini Şəfinin çiyninə qoydu.
Başını irəli uzadıb dedi:
-Başın ağarıb, ağlının ağarmasına da söz ola
bilməz.
Şəfi buna bənd imiş kimi aşağıdakı misraları
pıçıldadı:
Ağlımla qəlbimin özgə yolu var,
Hər biri bir yolda puç edər məni.
Birisi sevdadan uzaqlaşdırar,
O biri sevdaya tuş edər məni.
Ağlım gecə-gündüz yazıq qəlbimi,
Daima danlayar, daima söyər,
Qəlbimsə sevdaya bir həris kimi,
Daima istəyər, daima sevər.
O, şeiri tamamlayıb Susannanın üzünə baxdı.
Yadına neçə il qabaq Daruran çayı sahilində çinar
ağacının altındakı ilk görüşünü saldı. Onda Susannanın
on altı, Şəfinin iyirmi yaşı vardı. Cavad xan nəsli
perikdirilmişdi.
Gəncənin
də
adı
dəyişdirilib
Yelizavetpol qoyulmuşdur. Yerli sakinlər Yelizavetpol
demədiklərinə görə cərimələnirdilər.
Susanna yenidən sözə başladı, əvvəlki fıkrinin
üstünə qayıdıb dedi:
-Görürsən, deyəndə ki, sənin ağlın ağarıbdır,
mənə inanmırsan. Etiraf etmək əvəzinə yenidən
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
59
başlayıbsan səni sevirəm, deməyə. Əgər ağlın
ağarmasaydı, yazdığın şeiri küçələrdə gəzən dərvişlərə
verib oxutdurmazdın. Daha məni axtarma, qocalıbsan,
başının tükləri də ağarıbdır.
-Bəli, doğru deyirsən:
Vaxt var idi güclü, cavan qolumla,
Səni bərk-bərk qucaqlayıb öpərdim.
Gənclik getdi, köhnə eşqin. oduyla,
Vurur qəlbim indiyədək...nə dərdim.
Mənim həyat üzüyümün qaşısan !
O üzüyün bəzəyi sən, daşı sən,
İnan bütün nəğmələrim sənindir,
Ürəyə bax, neyləyirsən, yaşı sən !
O üzüyün bəzəyi sən, daşı sən,
İnan bütün nəğmələrim sənindir,
Ürəyə bax, neyləyirsən, yaşı sən!
Belə söyləyirlər ki, “Susanna” şeirin birinci
beytinə etiraz etmiş və «sən sirr saxlamadığına görədir
ki, uzun müddət gözünə görünmədim. Barı elə elə ki,
heç olmasa, bu şeir özgələrinin əlinə düşməsin, yoxsa
tamam biabır ollam».
Şəfi mehribanlıqla dedi:
-Ey mənim mələyim, Süsənim. Gəncədəki ilk
görüşümüz yadındadımı? Bəlkə atan səni Tiflisə də ərə
verib... O, qara keşiş olub bizi bir-birimizdən ayırdı.
Yaxşı ki, ayırdı... Amma ilk məhəbbət unudulmur.
Məhəbbət-milli ayrı-seçkilik bilmir. Hər millətin
şəriəti,adət-ənənəsi, milli qeyrəti var. Lakin məhəbbət
Nəzakət Əliyeva
60
bunları qəbul etmir.
Məhəbbət atəşdir şair demişkən:
«Xoş o qəmə ki, ürəkdə atəş gizlədir,
Xoş o ürəyə ki, onda od yuva salmış ola»
-Bu sözləri ikimizə də aid etsəm inciməzsən ki?
-Əlbəttə, incimərəm.
Susanna gülümsədi.
-Bəs bu sözlər kimindir? Özünümü yazıbsan?
-Yox! Hind hökmdarı Əkbər Şahın «Şairlər Şahı»
adlandırdığı, Nizami «Xəmsə»sinə bənzər beş dastan
yazan Əbül Feyzi (Feyzi Hindi)-nindir.
1
O, 1547-ci ildə
doğulub və 1595-ci ildə vəfat etmişdir. Şeirin orijinalı
isə belədir:
-Bununla məni sevdiyinə peşiman olduğunumu
deyirsən?
-Nə bilim nəticəni özün çıxart. Məhəbbət atəşdir,
ürəkdə yuva salıb...
Susannanın yanaqlarında bir damcı göz yaşı
donub qaldı...
Belə deyirlər ki, həmin göz yaşı torpağa qarışıb
görünməz oldu. «Susanna» şeiri isə iki yüz ildir kon-
sert salonlarını bəzəyir, milyonlarla insanın ürəyini
oxşayır... «Ürəyə bax...» şeiri də həqiqi məhəbbətin
rəmzi kimi bir çox şairin mövzusuna dönüb, müxtəlif
formalı əsərlər yaranıbdır. Onlardan biri belədir:
1.“Xoş an qəmi ke bedelha nəhan gönəd atəş,
Xoş an deli ke dər u asiyan gönəd atəş”.
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
61
Sənin atəşli çöhrəndən iki xislət doğub məndən:
Gözüm atlar, özüm yannam, inan, ey çeşmi-
məstanım.
Xoşam, qəmlə sevinc tutsa əgər dünyanı hər
yandan,
Nə onla, nə bununlayam, mənim eşq oldu
ürfanım,
Tacım ah, göz yaşım təxt, ləşgərim dərddir,
qəmim ölkəm,
Mən eşqə sultan olsam da, sənin eşqindi
sultanım.
NÖHBİKƏ
Ailə qeydiyyatını rəsmiləşdirən sənədlərin heç
birində, eləcə də tarixin səhifələrində Mirzə Şəfi
Vazehin hər hansı qız və qadınla kəbinə girdiyini
təsdiqləyən yazılı heç bir şey yoxdur. Lakin onun
məhəbbətinə aid söz-söhbət düz iki yüz ilə yaxındır ki,
yaşayır. Bəzi ədiblərimiz öz gözəl romanlarında
xeyirxahlıq edib onu evləndiriblər də. Elə vəziyyət
yaradıblar ki, Şəfi qız da qaçırıb. Görkəmli alim
professor Mikayıl Rəfili isə mühazirəsində (1952)
deyirdi ki, «Şəfi dünyasını məhəbbətinə qovuşmadan
tərk etmişdir...».
O, «Züleyxa» şeirini Şeyx Şamilin qohumu
İbrahim xanın qızı Nohbikəyə həsr etmişdir. Xan, qızı
ilə birlikdə Gəncəyə gəlib Cavad xanın qızı Püstə
Bəyimin qonağı olmuş, Mirzə Şəfi də Nohbikəni orada
görüb “Züleyxa” şeirini yazmışdır. Nohbikənin
Nəzakət Əliyeva
62
gözəlliyi «Yusif və Züleyxa» dastanındakı Züleyxanı
xatırladırdı:
Hüsn idi Yusifi eyləyən şöhreyi - cahan,
Eşq idi artıran o Züleyxa məhəbbətin,
Hüsn ilə eşq olmasa, hasil nə dəhrdən,
Bieşq kimsə anlamayıb sirri-xilqətin.
xxx xxx
xxx
Dünyaya nikbin bir gözlə baxan, həyatın
nemətlərini ancaq bu dünyada axtaran Vazeh nə
ınövhum Behişti arzulayır, nə də cəhənnəm qəmini
çəkir. "cəhənnəm, cənnət, huri, mələk, qılman onun
nəzərində ancaq əfsanədir. Behişt üçün Allaha ibadət
edən -müfti və dindarları o, «riyakar», məscidi
«viranə», orada minbər üstündə avam camaata vəz
oxuyan müfti və vaizləri isə fırıldaqçı adlandırır;
meyxanəni məscidə, Kəbəyə qarşı qoyur. Əslində bu
meyxanə şərab içilən yer deyil, Allahın yaratdığı
insanın mənəvi aləmidir ki, orada Allaha itaət əsas yer
tutur. M.Ş.Vazeh heç bir şeirində yaradandan əlini
üzmür.
Allah
böyükdür,
hər
şeyi görən və
bağışlayandır. Yalanı müfti və vaizləri müqəddəs
məscidlərdə görmək istəmir. Cəhənnəm xofu ilə
cənnətə bilet satan müfti haqqında deyir:
Xəsisliklə vurub ömrünü başa,
O dünyada cənnət axtarır nadan.
Bizi cəhənnəmlə qorxudur müfti,
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
63
Qorxmaz boş sözlərdən ağıllı insan.
Müftinin nə qədər olsa əfsunu,
Uymaz Mirzə Şəfi ona heç zaman.
xxx xxx
Cənnət qapıları günün birində,
Mömün bəndələrə açılan zaman,
Günahlı, günahsız...hamı yerində,
Gözləyər qəlbində şübhəylə güman.
xxx xxx
Bütün günahkarlar içində tək mən,
Dayanıb dururam qara-qorxusuz.
Cənnət qapısını bu dünyada sən,
Açmısan üzümə, ey nazəndə qız.
xxx xxx
Düzlüklə alçaqlar çarpışan zaman,
Alçaqlar nədənsə qazanır hər an.
Çünki alçaqlarçün ən alçaq işlər,
Alçaqlıq deyildir, hünərdir, hünər.
Nəzakət Əliyeva
64
AZƏRBAYCAN LƏHCƏSİNDƏ TATAR
MÜNTƏXƏBATINA ERMƏNİ XƏYANƏTİ
Azərbaycan
xalqının mədəniyyəti tarixində
ədəbiyyat dərsliklərindən söhbət gedərkən tədqiqatçılar
Mirzə Şəfi Vazehlə İvan Qriqoryevin birlikdə tərtib
etdikləri, birincinin ölümündən sonra 1855-ci ildə
Təbrizdə çap olunan 230 səhifəlik «Kitabi türki»
dərsliyinin öz dövrü üçün əhəmiyyətli metodik vəsait
olduğunu qeyd edirlər.
Bu kitab rus dilinə «Tatarskaya xrestomatiya
azerbeydjanskoqo
nareçiya»
adı
ilə
tərcümə
olunmuşdur. Pedaqogika tarixində də bu dərslikdən
danışılır. Professor A.Abdullayev bu dərsliyin bədii
materiallarını məzmunlarına görə üç yerə bölür.
İnqilabadək çap olunan ədəbiyyat dərsliklərini tədqiq
edən tanınmış alimlərimizdən, professor Camal
Əhmədov da bu dərsliyin Təbriz nəşrindən danışır. Bu
sahədə geniş tədqiqat aparan Əli Əjdər Səidzadə
«Mirzə Şəfi Vazeh» (1969) adlı kitabında yazır ki,
Qafqazda
bu
dərsliyin
birinci
hissəsindən
gimnaziyaların yuxarı, ikinci hissəsindən aşağı
siniflərində və qəza məktəblərində istifadə olunması
nəzərdə tutulmuşdur. Bütün bunlara baxmayaraq,
indiyədək heç bir tədqiqatçı bu «Müntəxəbat”ın necə,
nə cür, nə kimi şəraitdə, necə bir şəkildə, hansı maddi
vəsaitlə, kimin, hansı idarənin hesabına və icazəsi ilə
çap olunması, təkrar nəşrinə göstərilən cəhdin nəticəsiz
qalması barədə məlumat verməmişdir. Bu əziyyət
dərsliyin zəhmətini çəkənlərin qiymətləndirilməməsi
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
65
təsirini
bağışlayır. Lakin xalq müşaviri Dm.
Kobyakovun redaktorluğu və sədrliyi ilə 1888-ci ildə
Tiflisdə çıxan Qafqaz Arxeologiya Komissiyası
aktlarının 1-ci nömrəsinin 793-cü bəndində (səh. 756-
757) Qafqaz Tədris Dairəsinin müdiri, həqiqi mülki
müşavir baron A.Nikolain general-leytenant Vasili
Osipoviç
Bebutovun sorğusuna cavab olaraq
göndərdiyi 4 yanvar 1856-cı il tarixli 8 nömrəli izahlı
raportu bu dərsliyin necə bir çətinliklə nəşr edildiyini,
İ.Qriqoriyevin bu sahədəki fədakarlığını aydınlaşdırır.
Dünənə kimi araşdırıcıların nəzərindən yayınan bu
raportdan aydın olur ki, Qafqaz tədris dairəsinin müdiri
hələ
Mirzə
Şəfinin
sağlığında
“Tatarskaya
xrestomatiya...”nın nəşri üçün Qafqazın canişini
general M.S.Voronsova göndərdiyi 2649 nömrəli
təqdimatla müraciət etmiş, o da, 30 iyul 1852-ci il
tarixdə həmin təqdimatın üstünə özünün razılığını
yazmış, dərsliyin çapı üçün dərc ediləcək vəsaitin
haradan götürülməsini də qeyd etmişdir. Bu barədə
baron A.N.Nikolain knyaz V.O.Bebutova göndərdiyi
raportunda yazır ki, «O zaman mənim təqdimatıma və
xahişimə əsasən Qafqazın sabiq canişini (M.S.
Voronsov -S.Ş) Tiflis gimnaziyası müəllimlərindən
Mirzə Şəfi Sadıqovun və İv. Qriqoriyevin Qafqaz
Tədris Dairəsi məktəbləri üçün Azərbaycan ləhcəsində
(nareçya) tərtib etdikləri «Tatarska-ya xrestomatiya...»
kitabının daş basması üsulu ilə çap olunmasına razılıq
vermişdir. Bu dərsliyi çap etdirmək üçün İv.
Qriqoryevə dairənin-mahalın qənaət edib yığdığı
puldan 700 manat məbləğində borc verilmişdir; bu
Nəzakət Əliyeva
66
şərtlə ki, dərslik Xalq Maarif Nazirliyində bəyənilmiş
olsun... Borc alınan pul çap olunmuş müntəxəbat
satıldıqdan sonra qaytarılmalı idi, həm də tədris dairəsi
rəhbərliyinə tapşırılmışdır ki, kitab çapdan çıxdıqdan
sonra bütövlükdə mahalın gimnaziyalarında, eləcə də
qəza məktəblərində istifadə olunmalıdır. Raportdan
aydın olur ki, İv. Qriqoryev dərsliyi əvvəlcə Tiflisdə
çap etdirmək istəmiş, lakin «şikəstə», «nəsx», «təliq»
xətti ilə yazıldığına görə «Müntəxəbat»ın Tiflis
mətbəəsində çox xərc aparacağını nəzərə alan müəllif
onu (Ə.Ə.Səidzadə yazır ki, bir iranlı tacirin
vasitəçiliyi ilə (mənbə göstərilmir və biz də belə bir
mənbəyə rast gəlməmişik - N.Ə.) Təbrizdə çap
etdirmək məcburiyyəti qarşısında qalmışdır. Beləliklə,
«Azərbaycan
ləhcəsində
müfəssəl
müntəxəbat»
«müfəssəl müntəxəbat: iqtibas» adlı iki hissədən ibarət
olan «Azərbaycan ləhcəsində tatar (Azərbaycan- N.Ə.)
Müntəxəbatı» Təbrizdə çox səliqəsiz və savadsız çap
olunmuşdur. Professor Mirzə Kazım bəy və
L.Z.Budaqovun rəyinə görə bunun əsas səbəbi İv.
Qriqoryevin özünün dərsliyin nəşrində iştirak edə
bilməməsi olmuşdur. Ona o zaman icazə verməmişdilər
ki, Təbrizə getsin və kitabın nəşrinə rəhbərlik etsin.
Buna, yəni kitabın nəşrinə rəhbərlik etmək üçün bir
müddət Təbrizdə qalmağa İvan Qriqoryevin pulu yox
idi. Məhz buna görə də sahibsiz qalan sifarişin nəşri
dörd ilə yaxın (1852-1855) bir müddət də heç bir
mətbəə mədəniyyətinə riayət edilməmiş və çox
keyfiyyətsiz çap olunmuşdur. Bunu raportun bu
aşağıdakı sözləri tamamilə təsdiqləyir və yəqin olur ki,
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
67
Təbrizdə çap olunan «Müntəxəbat...»ın sətirləri, bəzi
abzasları baş-ayaq, əyri-üyrü basılmış və çoxlu hərfi
səhvə yol verilmişdir. Bunlar təshih edilib qaydaya
salındıqdan, bəzi abzaslardakı sözlərin lüğəti
verildikdən sonra bu dəfə Tiflis mətbəəsində (bəzi
bölmələr- N.Ə.) çap edilmiş və məktəblərdə istifadə
olunması münasib sayılmışdır. Bundan başqa İvan
Qriqoryev «Rus-tatar lüğəti»ni də hazırlamış, çap
etdirmək fikrindədir. Bunun üçün ona yenidən 700
manat borc verilməli və lüğət «Müntəxəbat»a əlavə
edilməlidir ki, bəzi ifadələrin mənasını başa düşmək
çətinlik törətməsin. Həmin dərsliyi İvan Qriqoryev
Qafqaz Tədris Dairəsi məktəblərində hər nüsxəsini 60
qəpiyə satmağı öhdəsinə götürmüşdür. Lakin indi
«Müntəxəbat»a lüğət əlavə edildiyi üçün onun hər bir
nüsxəsinin qiyməti 80 qəpiyə qaldırılmışdır.
Məmnuniyyətlə
nəzərinizə
çatdırıram
ki,
«Tatarskaya
xrestomatiya
aderbeydjanskoqo
nareçiya»nın bir nüsxəsini Sizə göndərməyi özümə
şərəf bilir və xahiş edirəm bu barədə öz fikrinizi Xalq
Maarif Nazirinə bildirəsiniz və «Müntəxəbat»ın
baxılmasına sərəncam verəsiniz. Bir də onu bildirməyi
özümə şərəf sayıram ki, hal-hazırda tatar dilini
öyrənməkdə İv. Qriqoryevin kitabına («Kniqa dlya
çteniya İv. Qriqoryeva» -səh. 757) oxşar-bənzər başqa
bir vəsaitin yoxluğu, məni məcbur etmişdir ki, Qafqaz
Təhsil Dairəsinin tatar dili keçilən məktəblərində onun
«Kniqa
dlya çteniya» sından (Bu raportda «Tatarskaya
xrestomatiya aderbeydjanskoqo nareçiya», həm də
«Kniqa dlya çteniya» kimi yazılmışdır- N.Ə.) istifadə
Nəzakət Əliyeva
68
olunmasını təklif edim. «Bununla əlaqədar olaraq
demək lazımdır ki, o zaman Azərbaycan dilinin
tədrisinə, ədəbiyyatının öyrədilməsinə («Kniqa dlya
çteniya»nın adından da məlum olur ki, buraya toplanan
materiallar,bədii əsərlər olmuş və əgər belə demək
mümkündürsə» bu ilk ədəbi məcmuədir, buna görə də
xüsusi diqqət verildi və bunu Qafqaz Arxeologiya
Komissiyası Aktlarının 1881-ci ildə çıxan 8-ci
cildindəki 1834-cü ilin fevral ayının 8-də Xalq Maarif
Nazirinin gizli müşaviri S.S.Uvarovun göndərdiyi 64
nömrəli məktubun bu sözləri də təsdiqləyir: «Yerli
dilləri, xüsusən, Aderbeydjan dilini yaxşı öyrənən
şagirdlər-rus uşaqları təriflənilsin, məktəbin pedaqoji
şurası lazım bilsə, belə şagirdlər qızıl və gümüş
medallarla təltif edilsinlər» (səh, 99). Bu göstəriş və
tapşırıq hər şeydən əvvəl əyalətlərdə idarəçilik
sistemini nizamlayıb möhkəmləndirməklə bağlı idi və
o illərdə, Azərbaycan dili Qafqaz xalqlarının əsas
ünsiyyət vasitəsi sayılırdı. Yazılan dərsliklər də məhz
bu məqsədə xidmət etmək vəzifəsini daşıyırdı. Rus
məktəblərində Azərbaycan dili və ədəbiyyatının
öyrənilməsinə verilən belə diqqət, göründüyü kimi
siyasi məzmundan xali deyildir. Həqiqi mülki müşavir
baron A.N.Nikolainin raportunda göstərilir ki, Xalq
Maarif Naziri litoqraf üsulu ilə çıxan «Tatarskaya
xrestoınatiya» kitabın özünün xüsusi məktubu ilə
Peterburqa universitetin Şərq dilləri fakültəsinə rəyə
göndərmişdir. Fakültədə baxıb qərar vermişdilər ki,
hazırkı vəziyyətdə bu müntəxəbatı Azərbaycan dilini
və ədəbiyyatını öyrənmək baxımından kafi saymaq
Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında
69
olmaz. Deməli, onun üstündə yenidən «işləmək» lazım
idi, lakin bu zaman Mirzə Şəfi yaşamırdı və bütün
çətinlik İv. Qriqoryevin üzərinə düşürdü, bu sahədə o,
səyini əsirgəmədi, erməni xəbisliyi ilə yazılan qərəzli
«rəyi» təkzib (bu rəy erməni L.Z. Budaqovun təhrikilə
yazılmışdır) etməkdə çaşqınlıq göstərdi, geniş cavab
hazırlayıb baron A.N.Nikolainə təqdim etdi. O da
müəllifin bu cavabını dərsliklə birlikdə baxılmaq üçün
yenidən
Peterburqa, universitetin professorlarına
göndərmişdir. Lakin yenə də bu dərsliyə müsbət rəy
verilməmişdir. Bu rəyi knyaz Aleksandr İvanoviç
Baryatinski 1858-ci ildə Qafqaz Maarif Nazirinə
qaytarmışdır. Dərslik bu dəfə də Peterburqa
universitetin
«Türk-tatar
dili»
kafedrasına
göndərilmişdir. Kafedranın üç nəfər professoru
(Raportda adları göstərilmir) o zaman Şərq şöbəsində
Mirzə Kazım bəy, L.Z.Budaqov və V.V.Qriqoryev
işləyirdilər. (Bu dərsliyi L.Z.Budaqov 1844–çü ildə
çap edilmiş dərsliyi öz keyfiyyətinə görə məktəblərdən
çıxartmışdır-N.Ə.) İv.Qriqoryevin“Müntəxabat» ını və
yazdığı izahatı çox «diqqətlə» oxuyub «təhlil etmiş» və
belə nəticəyə gəlmişdilər ki, «Tatarskaya xrestomatiya
Aderbeydjanskoqo nareçiya» Azərbaycan dilini və
ədəbiyyatını öyrənmək üçün hazırlansa da, bu dərsliyin
mətni lüğətlə də heç bir əhəmiyyətə malik vəsait
deyildir» (səh.757). Lakin xəbis erməni L.Z.Budaqov
özü də hiss etmədən gizli müşavir S.S.Uvarova
göndərdiyi bir məktubda isə etiraf etmişdir ki,
M.Ş.Vazeh və İv. Qriqoryevin bu kitabı Qafqaz
məktəblərində ən yaxşı dərslik kimi qəbul olunmuşdur.
Nəzakət Əliyeva
70
Belə
bir
dərslik
Azərbaycan
dilini
öyrənmək
ermənilərin gəlmə olduqlarını, onların dillərinin heç
kəsə lazım olmadığını təsdiqləyir.
Ümumiyyətlə, bu «Müntəxəbat...» təkmilləşdiril-
miş şəkildə lüğətlə birlikdə professorları «razı sala
bilməsə də», təkrar nəşrinə icazə verilməsə də, hər
halda Təbriz nəşrindən Gəncə, Şuşa, Naxçıvan,
Ordubad, Nuxa, Şamaxı, Cəbrayıl, Kürdəmir, Qazax,
Bakı, İrəvan mahalının azərbaycanlılar yaşayan
Çobankərə
1
Qaçaparaq (Xoçaparaq-N.Ə.) Mehmandar,
Xatınarxı, Cəfərabad, Sərvanlar, Böyük Vedi, Qəmərli,
Uluxanlı, Kolanlı, Ağcaqışlaq, Ağhamzalı, Qarğabazar,
Gürcüstanda Məngilis, Borçalı və başqa kənd
məktəblərində istifadə olunurdu.
Dostları ilə paylaş: |