MİRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix31.01.2017
ölçüsü1,64 Mb.
#7205
1   2   3   4   5   6   7   8   9   10
    Nəzakət Əliyeva 
 
 
120 
ziyalılarımızdan bir neçəsinin bu fədakar insan, böyük 
müəllim  haqda  xatirələrindən  müəyyən  iqtibaslar 
gətirmək istərdim: 
 Akademik Ağamusa Axundovun xatirələrindən: 
"...  Mehdi  müəllim  böyük  təşkilatçı,  yaradıcı 
rektor  olmaqla  yanaşı,  böyük  şəxsiyyət  idi.  Onun 
şəxsiyyətində  prinsipial,  tələbkar  insanla  humanist, 
qayğıkeş  insan  vəhdət  təşkil  edirdi.  Onun  şəxsiyyəti 
yadımda  müdriklik  rəmzi  kimi  qalıb...  Gözəl  alimin, 
bənzərsiz  müəllimin,  nəhəng  təşkilatçı  və  böyük 
şəxsiyyətin  əziz  xatirəsi  onu  tanıyanların  yaddaşında 
və qəlbində əbədi həkk olunaraq qalır...". 
Azərbaycan  MEA-nın  müxbir  üzvü,  professor 
Məsumə Məlikovanın xatirələrindən: 
"...  Bu  gün  çoxsaylı  mühüm  hadisələrlə  zəngin 
olan  illər,  zamanlar  keçdikdən  sonra  hər  birimizin 
cəmiyyətdə,  kollektivdə  müvafiq  mövqe  tutduğumuz 
bir vaxtda səni vaxtilə əhatə edən, bu dünyanı artıq tərk 
etmiş,  lakin  çoxsaylı  insanların  həyatında  dərin, 
silinməz  izlər  buraxmış  şəxslərin  fərdi  keyfiyyətlərini, 
şəxsiyyətlərinin  dəyərini  xüsusilə  aydın  dərk  edirsən. 
Belə 
şəxsiyyətlər 
bütöv 
nəsillərin, 
ziyalılar 
pleyadasının  hamiləri  missiyasını  özlərində  daşıyırlar. 
Mehdi  Sadıxoviç  məhz  belə  insan  idi  və  mənim 
xatirimdə  beləcə  prinsipial,  obyektiv,  diqqətcil  bir 
insan, 
yüksək 
nüfuzlu  bir  şəxsiyyət  olaraq 
qalmışdır...". 
Professor Müseyib Müseyibovun xatirələrindən: 
"... Hamı onu pak bir insan, təhsili, elmi sevən bir 
alim, 
Universitetimizi, 
Vətənimiz 
Azərbaycanı 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
121 
özündən  artıq  sevən  Vətən  oğlu,  ağsaqqal  hesab 
etmişdir.  Mehdi  müəllim  ən  yüksək  hörmətə  və 
ehtirama layiq insan idi...". 
Professor Faiq Əhmədovun xatirələrindən: 
"...Mehdi  müəllim  haqqında  Mehdi  müəllim 
zirvəsində  olan  insanlar  söhbət  edə  bilərlər...  Mehdi 
müəllim  çox  qayğıkeş  müəllim  və  rəhbər  idi...  Mehdi 
müəllim  böyük  müəllim,  qayğıkeş  insan  və  müdrik 
rəhbər kimi həmişə ürəyimizdədir." 
Professor Niftalı Qocayevin xatirələrindən: 
"... Mehdi  müəllim  Böyük Vətən müharibəsində 
yaralanaraq  qayıtdığı  gündən  ömrünün  sonunadək 
həyatını  təhsilə,  tədrisin  təşkilinə  və  elmi  kadrların 
hazırlanmasına həsr  etmişdir. O, təhsil fədaisi idi.." və 
s. 
Hörmətli oxucu! Mehdi müəllim haqqında bu xoş 
xatirələri  istənilən  qədər  artırmaq  olardı.  Ancaq  hesab 
edirəm ki, bu deyilənlər Mehdi müəllimin sözün, geniş 
mənasında,  uca  şəxsiyyət  və  müdrik  ziyalı  olduğunu 
bir  daha  təsdiqləyir.  Azərbaycan  ziyalılığını  təmsil 
edən  bu  böyük  insana  qiymət  verərkən  onun  hansı 
partiyanın  üzvü  olduğunu,  hansı  böyük  vəzifələrdə 
işlədiyini yox, yalnız həqiqi insanlığını və şəxsiyyətini 
göz  önünə  gətirmək  gərəkdir.  Bu  mənada  Mehdi 
müəllim  böyük  Azərbaycan  ziyalısı,  ziyalılar  arasında 
böyük nüfuzu olan uca şəxsiyyət idi... 
Bir  neçə  kəlmə  də  Mehdi  müəllimlə  bağlı 
gördüyüm  və  eşitdiyim  hadisələrdən  söz  açmaq 
istəyirəm.  Yuxarıda  dediyim  kimi,  mən  tələbə  olanda 
Mehdi  müəllim  Universitetə  rektor  təyin  edilmişdi. 

    Nəzakət Əliyeva 
 
 
122 
Mehdi  müəllim  ortaboylu,  irisifətli,  eynəkli,  xoşsifət, 
ciddi görkəmli bir insan idi. Universitet dəhlizində onu 
görən  tələbə  və  müəllimlər  hörmət  və  ehtiramla  ona 
yol verər, baş əyib salamlaşardılar. Mehdi müəllim çox 
böyük  nüfuz  sahibi  idi.  Universitetdə  hamı    onu 
sevənlər  də,  onu  istəməyənlər  də  onun  nüfuzu 
qarşısında,  necə  deyərlər,  muma  dönərdilər.  Çünki  o, 
sözünün ağası olan şəxsiyyət idi, müdrik qərarlar verər, 
haqqı-ədaləti    heç  zaman  pozmazdı.  Mən  Mehdi 
müəllimi  rektor  vəzifəsindən  ayrılıb  kafedrada  dosent 
kimi çalışdığı illərdə də (1971-1972) çox görmüşəm. O 
dövrdə  də  hamı  ona  ehtiramla  yanaşar,  hörmətlə 
salamlaşar,  yol  göstərərdilər.  Mehdi  müəllim 
mənəviyyatca saf, büllur kimi təmiz müəllim idi. O, bir 
ədalət  mücəssəməsi  idi.  Saflıq,  təmizlik,  sadəlik, 
prinsipiallıq,  xeyirxahlıq,  müdriklik  Mehdi  müəllimi 
həmkarlarına,  tələbələrinə,  yetirmələrinə,  bütövlükdə 
insanlara  sevdirən  üstün  keyfiyyətlər  idi...  Onu  da 
deməliyəm  ki,  Mehdi  müəllimim  mənim  taleyimdə  də 
izləri qalıb. Ali təhsil haqqında diplomumda bu böyük 
müəllimin  rektor  kimi  imzası  var.  Ali  məktəbi 
bitirəndən sonra Gəncə Dövlət Pedaqoji İnstitutuna işə 
göndərilməyimdə,  Universitetin  aspiranturasına  qəbul 
olmağımda 
da 
Mehdi 
müəllimin 
xidmətləri 
unudulmazdır... 
Mehdi  müəllim  haqqında  bu  yazını  Həzrəti 
Məhəmməd  Peyğəmbərin  belə  bir  müdrik  kəlamı  ilə 
bitirmək  istəyirəm:  "  Yaxşılığa  öyrəşmiş  və  alim  şəxs 
insanlann ən yaxşısıdır.". Doğrudan da, Mehdi müəllim 
yaxşıların yaxşısı, xeyirxahların xeyirxahı idi. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
123 
İnanıram ki, bu böyük müəllimin əziz xatirəsi onu 
tanıyanların,  tələbələrinin,  yetirmələrinin  qəlbində 
əbədi 
yaşayacaqdır. 
Neçə 
ki, 
Bakı 
Dövlət 
Universitetinin şanlı tarixi var, Mehdi Əliyev də həmin 
tarixin  bir  səhifəsi  kimi  hər  zaman  xoş  xatirələrlə 
anılacaqdır. 
Ruhu şad olsun! ... 
 
FRİDRİX BODENŞTEDTİN 
“ŞƏRQDƏ MİN BİR GÜN” 
ROMANININ 
ÖN SÖZÜ 
Bir çox nəğməkarlardan, o cümlədən 1918-ci ildə 
Hötenin  fars  nəğməkarı  Hafiz  haqqında  sırf  insan 
fəlsəfəsindən  bəhs  edən  Qərb-Şərq  divanı  nəşr 
edildikdən sonra Hannoverdə anadan olmuş Fridrix fon 
Bodenştedin  üstünlüyü  uzun  illər  Şərqdə  yaşayaraq 
hələ bu gün də poeziya dolu Qafqazın adət - ənənələri 
ilə  şəxsən  tanış  olması  idi  (1843-1845).  Bu  illərin 
poetik məğlubiyyəti şairin baş əsəri “Şərqdə min və bir 
gün”  ilə  gəldi.  Bu  əsər  1850-ci  ildə  nəşr  edildi  və  bir 
çox  nəşriyyatlara  göndərildi.  Əlbəttə,  poetik  məğlu-
biyyət.  Çünki  nəsr  əsərində  Bodenştedin  Rusiyanın 
Qafqazdakı  valisi  general  Naythart  tərəfindən  Tiflis 
tərbiyə  institutunun  rəhbəri  təyin  edilməsi  haqqında 
heç  nə  öyrənə  bilmirik.  Həm  də  Bodenşted  bu  xəlqi-
tarixi səyahət təsviri romanında əsas obraz deyildir. Bu 
əsərin  qəhrəmanı  Tiflisdə  Bodenştedin  tatar  dili 
müəllimi  Gəncə  ülaməsi,  Şərq  şöhrətpərəstliyindən 
uzaq  olmayan,  öz  ruhlandırılmış  şagirdlərinə  güllü-

    Nəzakət Əliyeva 
 
 
124 
çiçəkli  Şərq  üsul  vasitələrindən,  öz  taleyindən 
nəğmələr vəsf edərək oxuyan, onu dinləyənlərin istəni-
lən mövzuda verdikləri suallara fars qəzəlinin ən çətin 
formasında  onları  susdurmağa  vadar  edən  Mirzə 
Şəfidir.  Mirzənin  nəğmələrini  onun  hekayələri, 
əhvalatları  ilə  birgə  oxuyanda,  o  tamam  bir  başqa 
ahənglə  səslənir,  sanki  güllərin  öz  təbii  doğma 
torpağından  qabığı  soyularaq,  qurudularaq  və  heç  bir 
əlaqəsi  olmadan  pöhrələnib  qalması  onun  geniş 
yayılmış  “Mirzə  Şəfi  nəğmələri”  şeir  toplusunda  öz 
əksini  tapmışdır.  Beləliklə,  Bodenşted  aşkarcasına 
Mirzə  Şəfinin  nəğmələrini  özününküləşdirərək,  öz  iç 
üzünü  etiraf  edərək,  öz  şairlik  şöhrətinə  böyük  zərər 
gətirdi  və  nasirlərinin  sıxışdırmalarından  lirik  incilər 
boyunbağısını  sındırdı.  Həmçinin  digər  cəhətdən  bu 
şeir  toplusu  onun  məhvinə  gətirib  çıxardı.  Onun 
sonrakı  əsərləri  oxucu  kütlələri  tərəfindən  Mirzənin 
nümunəsində  qiymətləndirildi  və  öz  məqsədinə 
çatmadı. Yalnız rus dilində və Şekspirin sonetlərindən 
çevirmələri  ilə  uğur  qazandı.  Bu  tərcümələr  o  zaman 
Münhendə  sevilən  “Şairlər  professorluğu”nda  dərc 
edildi.  Bunları  isə  Bavariya  şahı  Maks  öz  sevimli 
insanlarına  səxavətlə  paylayırdı,  əvvəlcə  slavyan 
dilində  olanları,  sonra  isə  ingilis  ədəbiyyatının 
tərcümələrini Bodenştedin şairlər şahı Maksla keçirdiyi 
bu  Münhen  illəri  (1854-dən  1866-cı  illərə  kimi)  onun 
həyatının  ən  xoşbəxt  illəri  idi.  Sonralar  biz  Otto 
Frayher  fon  Foldern  Dorfun  “Qoca  Münhenlinin 
rəhmdil qiybətləri”ndən şairin öz həyat yoldaşı Matilda 
ilə  olan  xoş  həyat  tərzindən  və  münasibətlərindən 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
125 
məlumat  alırıq.  Bodenşted  öz  dostları  Qaybel  və 
Döninqlə  tez-tez  görüşər  və  hər  görüşdə  biri  o  birinə 
qafiyə deyərək gözəl şeirlər düzəldirdilər. Ancaq təəs-
süf ki, bunlardan heç biri bizə gəlib çatmayıb. Bodenş-
ted həyatının son illərini xəstəlik içərisində, daima pul 
sarıdan  korluq  çəkərək  keçirmiş  və  18  aprel  1892-ci 
ildə  Viespadendə  vəfat  etmişdir.  “Şərqdə  min  və  bir 
gün”  əsəri  çox  ehtiyatla  yenidən  işlənmiş  və  nəhayət, 
zamanı  keçmiş  bəzi  etno-qrafik    hissələr    əsərdən  
çıxarılmış  və  poetik sahələrə daha çox yer verilmişdir. 
 
BİRİNCİ FƏSIL:  
“ŞƏRQDƏ MİN BİR GÜN” 
 
Qafqaz üzərindən Tiflisə 
 
Arxamızda  səhra,  qarşımızda  isə  Qafqaz  dağı 
ucalır.  Onun  parlayan  zirvəsinə  baxan  gözlər  durulur, 
qəlblər  çırpınır.  Oradan,  o  yerdə  ki,  çox  şaxələnmiş 
Kuban öz lilli dalğalarını Xəzər dənizinin atəşgahlarına 
qədər  axıdır,  diş-diş  və  çat-çat  olmuş  hündür  dalğalar 
hasarı keçir və o, Asiyanı Avropadan ayırır. 
Dağların  ayağında  bitən  saf  və  sağlam  bitki 
aləmi, sıx yaşıllıq sanki enli bir kəmər kimi onun yan-
yörəsini  basmış,  orada  nəhəng  qaya  silsilələrinin 
üzərinə  dırmaşmış  çəmənliklər  dalğaların  çılpaq  
gözəlliklərinə  qədər  yuxarı  qalxmışdır.  Bunlardan  lap 
yüksəkdə  isə  qəribə  rənglər  çalarlığında  bərq  vuran 
təbəqələr  sol  tərəfə  Kazbexi  sağ  tərəfdə  isə  Elbrusu 
göstərirdilər  və  onların  hər  ikisindən  eyni  məsafədə 

    Nəzakət Əliyeva 
 
 
126 
olan  piramida  formalı  Pasmumta  öz  ağ  qarlı  başı  ilə 
mavi səmaya dirənmişdi. 
Heç  bir  Avropa  dağı  səhradan  gələn  səyyaha, 
ümumilikdə,  Qafqazın  üstün  olan  gözəl  mənzərələrini 
bəxş edə bilməzdi. 
Səma boz buludlarla örtülür, sıx duman görməni 
çətinləşdirir,  sonra  bir  anda  buludlar  dağılır,  duman 
çəkilir və dağ öz möhtəşəmliyi ilə yerində dayanır. 
Beləliklə, mən II Yekaterinanın şərəfinə salınmış 
Yekaterinoqrada    gəldim.  Bizi  buraya  gətirən  yol 
Rusiyadan  keçərək  iki  qola    ayrılırdı;  bunlardan  biri 
Xəzər dənizinə, digəri isə göylərə yüksələn Qafqazdan  
keçərək  Gürcüstanın  mərkəzinə  aparırdı.  Biz  sonuncu 
yolu seçdik, bu yol Terek çayı boyunca keçərək, böyük 
və kiçik Qabardağı ayıraraq bizi Vladiqafqazın yorucu 
döngələri  ilə  dağın  arxasına  aparırdı.  Biz  Kazbek 
kəndinə  yollandıq.  Yolumuz  gah  güclü    yağmış  qar 
kütləsilə, gah  da qalaqlanmış qranit və  ya daşlarla, ya 
da yüklənmiş dəvələrlə irəliləyən karvanla kəsilirdi. 
Kazbek  kəndi  (gürcülər  onu  Stepan  Tsminda 
adlandırırlar)  dağın  ətəyində  yerləşir.  Sarsdan  Stepan 
Tsmindaya qədər olan çətin yolu mən piyada gəldim və 
əziyyətli  səyahətdən  yorğun  və  əzgin  halda    axşam 
kəndə çatdım. Boğanaqlı otaqlarda çox dözə bilmədim. 
Qısa  istirahətdən  sonra  yenidən  bayıra  təmiz  havaya 
tələsdim  və  kəskin  soyuğa  baxmayaraq,  gecənin 
yarısını azad  səma altında keçirdim, aydın ay işığında 
gözlərim  önündəki  əzəmətli  surətlərə  baxmaqdan 
doymurdum. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
127 
Səhradan dağlara qəfil gəlişim, günün  möhtəşəm 
təəssüratları, qeyri-iradi üzə çıxan tarixi xatirələr; indi 
qoca,  məşhur  Qafqazın  ortasında  olmaq  fikri,  bəziləri 
onu  insan  övladının  beşiyi,  digərlərini  isə  hasar 
adlandırdığı  Mərkəzi  Asiyadan  Avropanın  üzərinə 
yüksələn  bu  dağlar  –  bunlar  hamısı,  məni  elə 
həyəcanlandırmışdı  ki,  mən  ətrafımdakı  yeni  dünyanı 
ikiqat canlı dərk edirdim. 
Mənim qarşımda öz dəhşətli gözəlliyi ilə nəhəng 
Kazbek ucalırldı, çoxlu mahnılar vəsf edilmiş əfsanəvi 
dağ, onun zirvələrində periodik olaraq altı və ya yeddi 
ildən  qalaqlanmış  qar  və  buz  kütlələri  qorxunc 
lavinalara  səbəb  olur  və  insanlara  kəndlərə  fəlakət 
gətirirdi.  İki  dənizdən  sonra  o  öz  qollarını  geniş  açır, 
dünyanın  iki  hissəsinə  onun  uzaqgörən  gözləri  nəzər 
salır; buradakı ölkələr Osetiya, Kisti, Qalqay sanki bu 
dağların  ayağına  hörülüb.  Bu  gözəl  gecənin  mənə 
etdiyi  təsirləri,  sətir-sətir  öz  gündəliyində  əks 
etdirmişəm. 
   
İKİNCİ  FƏSİL:  
Gəncənin müdrik  adamı – Mirzə Şəfi 
Yeni  canişinlə  Gürcüstana  gəlmiş  bəzi  Moskvalı 
dostlar  mənim  qədim  Kür  şəhərinə  gəlişimi  şən 
ziyafətlə  qeyd  etməyi  qərara  aldılar.  Gürcü  həyatının 
ləzzətini  mənə  qabaqcadan  dadmaq  üçün  lövhədə  hər 
şey Asiya adətlərinə görə sıralanmışdı. 
Rəngli 
paltarı 
gənc 
gürcülər 
yeməkləri 
paylayırdılar;  bir  qamətli  erməni  gümüş  suyuna 
çəkilmiş nəhəng kəl buynuzlarına alov saçan, qan kimi 

    Nəzakət Əliyeva 
 
 
128 
qırmızı  Kaxet  şərabı  doldururdu;  başında  piramida 
formalı  papağı,  əynində  mavi  cübbəli,  hiyləgər  sifətli 
fars müğənnisi mavi barmaq ucu ilə çengir (simli alət) 
çalır və Hafizin ən sevilən qəsidələrindən oxuyurdu. 
Təəccüblü  gözlərimlə  hara  baxırdımsa,  orada 
heyrətlər  və  yeniliklər  aşkar  edirdim.  Mən  uşaqlıqdan 
oxuduğum  və  arzu  etdiyim  min  bir  gecə  nağıllarında 
sanki  həqiqətən  yaşayırdım.  Gah  yemək  yeyilir,  gah 
söhbətlər aparılır –mahnı, rəqs, gülüş və ən əsası hamı 
sərxoş olurdu. 
Müğənni Şirazın  mahnılarının sevimli tonları elə 
qəribə  tərzdə  səsləndirilirdi  ki,  adamı  məst  edirdi. 
Qırmızı  Kaxet  şərabı  artıq  qonaqların  sifətində  əks 
olunurdu. Onun atəşi mənə də təsir etdi, səyahətlərdən 
yorulmuş bədənim rahatlıq tələb edirdi. 14 gündən bəri 
idi  ki,  mən  çarpayı  üzü  görməmişdim.  Nəmli-şehli 
gecələri  gah  arabalarda,  gah    nimdaş  xalçaların 
üstündə,  gah  da  kasıb  dağ  komalarında  keçirmişdim. 
Yorğun  gözlərim  yumulur  açılır  və  nəhayət,  mən 
yuxunun  təzyiqinə  tab  gətirə  bilməyib  və  öz  otağımı 
axtarmaq üçün ziyafəti tərk etdim. 
Mən  oyananda  şərabın  güclü  təsirini  ən  çox 
başımda  deyil,  ayaqlarımda  hiss  etdim,  çünki  Kaxet 
şərabının  belə  xüsusiyyəti  var  idi  ki,  o  başda  deyil, 
bədənin  aşağı  ətrafında  nadir  ağırlıq  yaradırdı.  Bəzi 
cənabların  dostcasına  müdaxiləsi  olmasaydı,  Tiflisin 
döşəməsiz,  itlərlə  dolu  küçələri  ilə  gəzib  heç  vaxt 
mənzilimə çata bilməyəcəkdim. 
Ay  işıqlı,  gözəl  ətirli  bir  gecə  idi,  belə  bir 
əsrarəngiz  gecə  yalnız  Gürcüstan  səmasında  görünə 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
129 
bilərdi, ay elə işıq saçırdı ki, onun parıltısı sirlərlə dolu, 
incə  bir  örtüklü  mülayim  günəş  işığıdır.  Sərin  gecədə 
bu  uzun  gəzinti  məni  bir  qədər  gümrahlaşdırdı; 
səmadakı  çox  cazibəli  parıltısı  olan  ulduzlar,  uzaqda 
isə yarım ay formasında olan Kazbekin zirvəsi ucalırdı, 
nağılvarı  gözəlliyi  olan  şəhər  büsbütün  sanki  mənim 
ayaqlarımın  altında  idi  və  buradan  Kürün  parlayan 
dalğaları aydın görünürdü. Güclü bir hiss pəncərəmdən 
görünən  bu  xoş  mənzərədən  ayrılmağa  qoymurdu. 
Mənim otağımdan çıxan qapı  yuxarıya-evin dövrəsinə 
fırlanan bir qalereyaya aparırdı və mən gördüm ki, bu 
qalereya  hələ  tam  hazır  deyildi,  yerə  kərənlər  və 
taxtalar  düzülmüşdü.  Çox  böyük  həyəcanla  mən  bu 
qalereyaya  gedən  qapını  açdım  və  həmin  anda 
beynimdə  Puşkinin  bu  qafiyələri  səsləndi:  (hərfi 
mənada) 
 
     Gürcüstan təpələrinə gecə qaranlığı çökəndə 
     Araquanın dalğaları mənim qarşımda köpüklənir. 
  
Mən  bayıra  çıxdım;  ayağımı  taxtanın  üstünə 
qoyanda, zərbədən yerə yıxıldım, qışqırtı, bağırtı və ən 
nəhayət, qan içində həyətdə bayılıb qaldım… 
Həyatım  bahasına  başa  gələn  bu  hadisənin 
gerisini  gündəliyimə  daxil  etmədim,  çünki  bu  mənə 
ikiqat  əzab  verərdi.  Sizin    bilməyiniz  üçün  bu  kifayət 
edər  ki,  bədənimin  çox  hissəsi  dəhşətli  yaralanmışdı, 
bu isə ağrıdıcı müalicə və qayğıkeş qulluq tələb edirdi. 
Bu vaxt mən kitablar və oxu ilə başımı qatırdım.  

    Nəzakət Əliyeva 
 
 
130 
Hər  şeydən  əvvəl  bunu  qeyd  etmək  istərdim  ki, 
mənə  tatar  dilini  öyrətmək  üçün  müəllim  lazım  idi, 
çünki Qafqaz ölkələrində lazımi dili mümkün qədər tez 
öyrənmək istəyirdim. 
Təsadüf  mənim  seçimimə  kömək  etdi,  yazı 
müəllimim  Mirzə  Şəfi  (Gəncə  alimi,  ülaməsi)  dediyi  
kimi, o bütün adamlardan savadlı və müdrik idi. 
Əslində,  o  özünü  yerli  təvazökarlığı  ilə  yalnız 
Şərqin  ilk  ülaməsi  adlandırırdı;  onun  fikrincə  Qərbin, 
yəni  Avropanın  övladları  hələ  zülmət  və  inamsızlıq 
içərisində  yaşayırlar,  o,    həmçinin  özü  üçün  belə 
fikirləşirdi  ki,  o,  müdrikliyinə  və  savadına  görə 
hamımızı ötüb keçmişdir. O, belə ümidlə yaşayırdı ki, 
çalışqanlığının,  maarifçiliyinin  və  müdrikliyinin 
sayəsində  təkcə  Şərqdə  deyil,  həm  də  Qərbdə  uzun 
müddət diqqət mərkəzində olacaq. Onun dediyinə görə 
mən onun beşinci şagirdiyəm. Bu ondan irəli gəlirdi ki, 
Mirzə  Şəfi  elminin  hikmətinə  Tiflisdə  tələbat  çox  idi. 
O, sözlərinə belə davam etdi: «Mənim dörd sələfim, öz 
ölkələrinə,  məni  Avropaya  qayıtdıqdan  sonra  Şərq 
təhsilini  bütün  qüvvələri  ilə  öz  kadrları  arasında 
yaymağa  söz  vermişlər.  Mənə  isə  xüsusi  bir  ümidlə 
yanaşırdı,  yəqin  ki,  mənim  hər  dərs  üçün  verdiyim 
gümüş  pula  görə;  nəyi  və  necə  öyrəndiyim  üçün  bu 
Gəncə  ülaməsinin  qeyri-adi  yüksək  qiyməti  var. 
Həmişə  olduğu  kimi  ən  anlaşılmayanı  budur  ki,  bu 
müqəddəs  dilləri başa  düşməyərək biz özümüzü alim 
və  ya  ülamə  adlandırırıq  və  bu  adla  bütün  dünyanı 
gəzirik.  Bu  müqəddəs  dilləri  öyrənmək  üçün  onu 
müəllim  seçməkdə  mən  uğurlu  seçim  etmişdim.  Bu 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
131 
uğurlu  seçimi  o  mənə  əyani  surətdə  bildirirdi.  «Mən, 
Mirzə Şəfi, dedi - o Şərqin ilk alimiyəm, mən şagirdim 
kimi isə, ikinci sənsən! Sən məni düz başa düşməlisən. 
Mənim Ömər Əfəndi adında bir dostum var, o ölkənin 
alimləri  içərisində  doğrudan  da  üçüncüyə  layiq 
olmayan  çox  ağıllı  bir  adamdır.  Əgər  mən  həyatda 
olmasaydım  və  Ömər  əfəndi  sənin  müəllimin  olsaydı, 
onda  birinci  sən  də  onun  şagirdi  kimi  ikinci 
olacaqdın». 
Fikirlərini bu cür izah etdikdən sonra Mirzə Şəfi 
şəhadət  barmağını  alnına  söykəyib  hiyləgər  baxışla 
mənə baxdı, mən isə dinməz halda başımı yırğalamaqla 
razılığımı bildirdim. 
Mirzə  Şəfinin  dərslərinə  görə    paxıllığını  çəkən 
rəqib alimlər içərisində Bağdadlı tanınmış Mirzə Yusifi 
göstərmək  olardı.  O,  Bağdadda  ərəb  dilində  təhsil 
aldığına görə özünü oralı hesab edirdi, o, özünü Mirzə 
Şəfidən çox dərin bilikli kimi qələmə verir və hətta bir 
dəfə  söhbət  edərkən  elm  adamları  arasında  onu 
«eşşək»  adlandırdı.  «Bu  adam  heç  vaxt  səliqəli  yaza 
bilmir  –  deyə  Yusif  mənim  hörmətli  Mirzəmin 
məzəmmətləyirdi  -  mahnı  oxumağı  isə  heç  bacarmır. 
İndi  mən  səndən  soruşuram:  Elm  yazısız  nədir? 
Alimlik  nəğməsiz  nəyə  lazımdır?  Mirzə  Şəfi  mənim 
qarşımda nəyə qadirdir?». 
Bu  anda  o,  xüsusilə,  onun  Yusif  adının 
gözəlliyindən  və  onun  həzrət  adı  kimi  bir  çox  şairlər 
tərəfindən  tərənnüm  edilməsini  qulaqbatırıcı  danışıq 
qabiliyyəti  ilə  aravermədən  deyərək  sübut  etməyə 
çalışırdı ki, adlar boş yerə səslənmir, onların gözəlliyi 

    Nəzakət Əliyeva 
 
 
132 
və  böyüklüyü  mənalarında  ifadə  olunur  və  bu  adların 
gələcək  daşıyıcısı  bunlardan  az  və  ya  çoxunu  özündə 
təcəssüm etdirir. Misal üçün əgər o, Mirzədəki insanlar 
qarşısında ismətdən və bakirəlikdən müdrik və həsrətə 
çevrilmiş Yusif  ola bilsəydi… 
O,  mənə  öz  əlalığını  daha  yeni  sübutlarla  isbat 
etməyə  hazırlaşanda,  ön  otağın  çəkələklə  döyülməsi 
mənim möhtərəm müəllimimin gəlişindən xəbər verdi. 
Bu  ölkənin  adətinə  görə  o,  çəkələklərini  qapının 
önündə çıxararaq otağa təmiz və əlvan corablarla daxil 
oldu. 
O,  mənim  qonağımın  gəlişinin  səbəblərini 
araşdıran kimi görünürdü, çünki o, qəfildən tam sıxılıb 
utanmış Yusifi başdan-ayağa qədər nifrətlə süzərək öz 
hisslərini  ifadə  etmək  istəyəndə  mən  onun  sözlərini 
kəsdim: «Mirzə Şəfi, Gəncəli alim, mənim qulaqlarım 
nələr  eşitdi»  Sən  özün  nə  yaza  bilirsən,  nə  də  mahnı 
oxuya bilirsən, bundan belə məni öyrətmək istəyirsən; 
Sən  elm  adamları  arasında  eşşəyin  birisən-  Bağdadlı 
alim Mirzə Yusif belə deyir!». 
Mirzə  Şəfinin  sifətindəki  narazılıq  getdikcə  tam 
rişxənd ifadəsinə çevrildi: o əllərini bir-birinə vurmağa 
başladı,  onun  qulluqçusu  bu  işarəyə  görə  ona  adətən 
təzə  qəlyan  gətirirdi,  ancaq  bu  dəfə  Mirzə  Şəfi  qalın 
pəncəli  çəkələklərini  tələb  etdi.  O,  onlardan  birini 
götürüb rəhmsizcəsinə Bağdadlı ülaməni elə vurdu ki, 
o,  əbəs  yerə  yalvarıcı  hərəkətlərlə  və  sözlərlə  cəzasını 
yüngülləşdirməyə çalışırdı. Mirzə Şəfi qəddarlaşmışdı. 
«Necə, sən mənim kimi alim olmaq istəyirsən? Sən bu 
fikirdəsən ki, mən mahnı oxuya bilmirəm? Gözlə, mən 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
133 
bu  saat  sənə  musiqi  çalaram!  Mən  yazmağı  da 
bacarmıram?  Bu  saat  dərinin  üstündə  yazaram, 
görərsən!».  Bu  sözlərdən  sonra  onun  başına  zərbə 
dəydi. Bağdadlı ülamə Gəncə ülaməsinin zərbələrindən 
fəryad  qoparıb  zingildəyərək  özünü  ön  otaqdan 
pilləkənlərə tərəf atdı. 
Mənim  gözlədiyimdən  artıq  sakit  halda  Mirzə 
Şəfi  qələbə  çaldığı  alimlik  döyüşündən  geri  qayıtdı. 
Məni  nəsihətlədi  ki,  heç  vaxt  Yusif  və  onun  kimi 
yalançı  müəllimlərə  qulaq  asmayım,  ancaq  onun 
rəhbərliyi  altında  sadiqcəsinə  səbirlə  gözləyim. 
«Belələri  sizə  hələ  çox  rast  gələcək»  -  deyə  o  davam 
etdi; «ancaq sən özünü onlardan döndərməlisən, çünki 
sən  onlardan  müdriksən.  Şair  necə  demişdir,  kim 
üzündən  oxuya  bilmir,  deməli  o  böyük  vəzir  olmaq 
istəyir.  Bu  insanlar  nə  kitab,  nə  də  mahnı  oxumağı 
bacarırlar.  Onların  tamahkarlığı  müdrikliklərindən 
daha  böyükdür.  Onlar  heç  vaxt  öyrənmək  üçün  deyil, 
ancaq  qarət  etmək  üçün  gəlirlər.  İştahları  dişlərinin 
altındadır. 
Bu  anda  o  ağ  dişlərini  mənə  göstərdi  və  hündür 
papağını  yan  tərəfə  qoydu,  o,  adətən  başı  təzə 
qırxıldıqda  belə  edirdi,  çünki  ona  elə  gəlirdi  bu  halda 
onun  qarşısında  dayanmaq  mümkün  deyil,  bu  bütün 
qadınlarda  ona  məhəbbət,  kişilərdə  isə  rəğbət 
oyadacaq. 
Mən  onun  zəif  damarını  tapmışdım,  hər  dəfə  o 
mənə  təzə  qırxılmış  başını  göstərəndə,  mən  ona  tərəf 
deyirdim: «Sən necə də gözəlsən, Mirzə Şəfi!». 

    Nəzakət Əliyeva 
 
 
134 
Bu  axşamkı  sərt  başmaq  döyüşünə  baxmayaraq,  
o  bir  qədər  kefi  açıq  görünürdü,  çünki  o  bizim 
tanışlığımızdan  bəri  ilk  dəfə  idi  ki,  mənimlə  çaxır 
içmək istəyirdi, bunu o həmişə halbuki rədd edirdi, çox 
böyük  vicdanlılığa  görə  deyil,  o  qorxurdu  ki,  mən 
Avropada  insanlara  bu  haqda  söyləyərək,  onun 
müəllim şöhrətini və müdrikliyini zədələməyə bilərəm. 
Ancaq  o,  hislərin  təsirinə  çox  müqavimət  göstərə 
bilmədi; o bir badə şərab içdi, sonra ikincini, üçüncünü 
və  şərab  onun  dilini  elə  açdı  ki,  o,  çox  söhbətcil  və 
sadəlövh  görünürdü.  «Hafiz  nə  deyir?»,  deyə  o, 
gülümsəyən baxışla qışqırdı: «Şerin hərfi tərcüməsi» 
 
Şərab ülamələr içkisidir, 
Bütün möminlərin müdriki. 
   
Çünki çoxlu mərhum ruhlar onun ətrafında gəzib 
fırlanırlar. «Əslində-deyə o davam etdi –çaxırın ləzzəti 
axmaq xalq üçün  maneə,   əngəl  ola  bilər.  Biz 
filosoflar Quranın qayğısına qalmışıqmı? Bizim xalqın 
müdrikləri  və  müğənniləri  şərabı  mədh  etmişlər  –  biz 
onların  sözlərini  korlamalıyıq?»  öz  fəlsəfəsinin 
dünəndən deyil, çoxdan yarandığını mənə sübut etmək 
üçün o, belə bir mahnı oxudu; onun dediyinə görə on il 
bundan əvvəl şərabı çox sevən mömin bir mollanı evə 
göndərmişdi: (hərfi tərcümə). 
  «Molla, şərab safdır 
  Günahkarı isə söyülməlidir- 
  Mənim sözümü məzəmmət etmək istəsən, 
  Bunun içində həqiqəti görərsən. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
135 
 
  İbadət deyil məni, 
  Məscidə aparan 
  Sərxoş olduğum üçün 
  Mən  yolumu azdım!». 
Badənin  ardınca  badə,  mahnının  ardınca  mahnı; 
birdən  Mirzənin  baxışları  tutuldu;  o,  fikirlərə  daldı  və 
tutqun  halda  uzaqlara  gözünü  zillədi.  O,  bir  an  beləcə 
oturdu və  mən onun dinməz baxışlarına  mane  olmağa 
cəsarət  etmədim.  O  ağzımı  açanda  çox  gözəl  tonla 
səslənən sözlər eşitdim: 
  «Məni məhəbbətin ağrısı əydi! 
  Sorun məndən: kim üçün? 
  Məndə yalnız ayrılığın acısı qaldı 
  Sorun məndən: kimdən? 
Mən  onun  sözlərini  kəsdim:  «Mirzə  Şəfi,  sən 
vurulmusan?» 
O  başını  qəmli  halda  yırğalayaraq  mənə  baxdı, 
sonra  isə  səhv  etmirəmsə,  Hafizin  mahnısını  oxudu: 
(hərfi tərcümə). 
«Sonu  bilinməyən  qəmli  məhəbbət  cığırına 
girsən, 
Qarşısı alınmayan ölümdə öz təsəllini taparsan». 
O  mahnını  sona  qədər  oxudu,  sonra  mənə  tərəf 
çevrilib dedi: 
«Xeyr,  mən  vurulmamışam,  ancaq  bir  dəfə  heç 
kəsin sevə bilmədiyi qədər sevmişdim!». 
Siz  fikirləşə  bilərsiniz  ki,  mən  möhtərəm 
Mirzənin  məhəbbət  sirrini  öyrənmək  üçün  dəridən-
qabıqdan çıxıram. Biz gecə yarıya qədər birgə oturduq, 

    Nəzakət Əliyeva 
 
 
136 
getdikcə  artan  maraqdan  mənim  qulaqlarım  onun 
ağzına tikilmişdi. 
 
ÜÇÜNCÜ FƏSİL:  
Mirzə Şəfi Vazehin məhəbbət hekayəsi 
Gəncə ülaməsinin ilk məhəbbəti «Mən Züleyxanı 
ilk dəfə görəndən bəri, -deyə Mirzə Şəfi öz hekayəsinə 
başladı, - artıq on bir il ötüb, Gəncə xanı İbrahim xanın 
qızı. 
Onun  gözəlliyi  haqqında  sənə  nə  deyə  bilərəm? 
Onun gecə qaranlığı qədər qara, həm də eyni zamanda 
bütün  səma  ulduzları  kimi  parıldayan  gözlərindənmi, 
zərifliyindənmi,  yoxsa  sevimli  əllərindənmi,  aşağıya 
burulmuş  əbədiyyət  kimi  uzun  ipək  saçlarındanmı, 
Hafizin  qızıl  güllərinin  ətrindən  xoş  ətirli  ağzındanmı 
danışım!? 
Nə  qədər  desəm  də,  sən  başa  düşməyəcəksən, 
çünki  insan  onun    qüvvəsindən  kənar  olan  şeyləri 
qavramağı bacarmır. 
Artıq  altı  ay  idi  ki,  mən  hər  gün  onu  gözlərimlə 
izləyirdim,  gündüzlər  uşaqlıq  rəfiqələri  ilə  evin 
damında  oturanda,  axşamlar  isə  öz  kənizlərini 
qarşısında  ay işığında rəqs etdirəndə.  Mən onunla heç 
bir  kəlmə  də  danışmamışdım  və  hələ  bilmirdim  ki,  o 
mənə  nəzər  yetiribmi.  Mən  ona  yaxınlaşmağa  necə 
cəsarət edə bilərdim? Necə ki, insan günəşə  yaxınlaşa 
bilər? Ancaq onun sifətinin parıltısından zövq ala bilər. 
Gündüzlər  mən  həmişə  çox  böyük  ehtiyyatla 
hərəkət edirdim. Çünki artıq İbrahim xan mənim onun 
qızına  məhəbbətli  baxışlarımı  hiss  etmişdi,  mənim 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
137 
həyatım  korlana  bilərdi.  Axşamlar  isə  mən  arxayın 
olurdum,  çünki  saat  8-dən  sonra  İbrahim  xan  onun 
otağının  astanasına  keçmirdi.  Ondan  sonra  mənim 
nəğmələrimin  alovlu  sətirləri  hər  şeyi  sındırırdı;  gah 
Hafizin, gah da Caminin qəzəlləri.  
Ah, sərin külək, öz yerində əs, 
hansı ki, sənə məlumdur- 
Və o şirin sözü etiraf et. 
hansı ki, sənə məlumdur! 
Cavabı qalsın, çünki o məni 
Ağrıdacaq, 
Ancaq o məni xilas edəcək, 
Gəl və izhar et, 
Nəyi bilirsən! 
 
Adətən  mən  öz  nəğmələrimi  oxuyurdum.  Mirzə 
Şəfiyə  borc  alınmış  bəzək  nə  gərəkdir?  Kimin  səsi 
mənim səsimdən, kimin nəğmələri mənimkindən gözəl 
səslənir? 
Nəhayət  ki,  xanımın  nəzərlərinin  mənə  tərəf 
yönəldiyini  gördüm.  İbrahim  xan  Sərdarın  ordusunda 
Moskva  düşmənlərinə  qarşı  mübarizə  aparmaq  üçün 
Tiflisə  getmişdi.  İndi  mən  sərbəst  baxa  bilir  və 
eşidirdim,  mənim  səsim  və  sifətim  Züleyxanın 
nəzərindən kənarda qala bilməzdi. 
Axşamın  qaranlığında  əbəs  yerə  iki  saat 
səbirsizliklə  gözləyərək  və  mahnı  oxuyaraq  pusquda 
durdum. İbrahimin  damında qadınlardan heç kəs gözə 
dəymirdi,  öz  otağıma  qayıtmaq  istəyəndə,  üzü  ağ 
örtüklə  örtülmüş,  sakit  addımlarla  gələn  bir  surət 

    Nəzakət Əliyeva 
 
 
138 
qarşımda  dayandı  və  bu  sözləri  dedi:  «Ardımca  gəl, 
Mirzə Şəfi və mən getdiyim yerə diqqət yetir.» 
Ürəyim  titrəyişli  gözləmə  ilə  çırpındı.  «Başım 
üstə!»- ağlım özümə gələn kimi bir qədər aralı ehtiyatlı 
addımlarla 
bu 
ağ 
örtüklünü 
izlədim. 
Biz 
addımladığımız  bu  yeganə  döngənin  sağında  dağa 
qalxan  cığır  vardı.  Biz  bu  tərəfə  döndük.  Tapdığımız 
balaca gizli  yer bizi insanların  marağından qoruyurdu. 
Mənim ürəyim bu kənizi kimin göndərdiyini deyirdi». 
«Mən  güman  etdim  ki»,  -  deyə,  -  mən  Mirzənin 
sözünü  kəsdim,  bu  anda  yenə  boğazını  şərabla 
isladırdı,  «mən  güman  etdim  ki,  onu  Züleyxa 
göndərmişdir». 
O  mənim  fikrimlə razı  olmayan kimi  görünürdü. 
«Günəş  özü  yerə  enə  bilərmi?  –  deyə  başladı,  o  - 
Züleyxa  özü  məni  yanına  yuxarı  çağırmadan  necə  tək 
qala  bilər?  Başlanğıc  olmadan  son  gələ  bilərmi  və  ya 
günəş çıxmadan gündüz ola bilərmi?». 
 
O  bir  badə  şərabı  içəri  ötürüb  öz  hekayəsinə 
davam etdi: 
«O,  mənim  sirli  yol  yoldaşım  sükutun  möhrünü 
vurdu.  Mən  Fatiməyəm-  dedi  o    Züleyxanın  etibarlı 
adamı.  Mənim  sahibəm  sizə  rəğbətlə  baxır.  Sənin 
səsinin  ahəngi  onun  qulaqlarını  şad  edir  və 
mahnılarının  mənası    isə  ürəyini  riqqətə  gətirir.  Mən 
sənin  yanına  ağamın  xəbəri  olmadan  öz  istəyimlə 
gəlmişəm  və  istərdim  ki,  mənim  sözlərimdən  təsəlli 
tapasan, çünki  mənim  sənə rəğbətim var və sənin ona 
olan məhəbbətindən əzab çəkməyin məni incidir». 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
139 
Züleyxa  öz  yazıq  kənizinin  beləcə  qaçmasına 
qulaq yumdu? - deyə mən sevincdən və xoşbəxtlikdən 
yırğalanaraq qışqırdım. 
«Allah  min!  Allah  bir!  Minlərin  Allahı  birdir! 
Onun  böyüklüyü  onun  xeyirxahlığındadır  və  onun 
yolları  çox  gözəldir!  Mən  nə  etmişəm  ki,  o  öz 
mərhəmət  fırtınasını  Züleyxanın  əli  ilə  mənim  başıma 
tökür  və  mahnılarının  mənbəsini  gözəlliklər  dənizinə 
qərq  edir?».  «Sən  yaxşı  edirsən  ki,  -  dedi,  -  Fatimə,  - 
Allahın  mərhəmətini  və  mənim  hökmdarımın 
gözəlliyini  vəsf  edirsən.  O,  gözəllik  üzüyünün  ən 
qiymətli  qaşıdır,  xoşbəxtlik  çələnginlə  bir  mirvaridir. 
Onun utancaqlığı, həyası və günahsızlığı gözəlliyindən 
böyük  olsaydı,  çoxdan  öz  iltifatı  haqqında    sənə  işarə 
verərdi.  Həm  də  o,  onu  incə  məhəbbətlə  sevən 
atasından  qorxur,  çünki  atası  heç  vaxt  ona  yazıq  bir 
Mirzəyə  könül  verməyə  icazə  verməz.  Avarlı  Əhməd 
xan  indi  İbrahim  xanla  Moskva  ordusuna  nəzarət 
etməyə gedib, onun çoxdan Züleyxada gözü də var və 
atası  bu  hərbi  yürüşdən  qayıdan  kimi  qızını  ona 
verəcək.  Ona  görə  biz  çalışmalıyıq  ki,  Əhməd  xan 
qayıtmamışdan siz məhəbbətiniz arzu olunan məqsədə 
yönəlsin. Sabah axşam  münəccim  adamları  minarədən 
ibadətə  səsləyəndə,  sən  evin  bağının  yanında 
görsənərsən,  mən  Züleyxanın  baxışlarının  sənə  tərəf  
yönəltməyə  çalışaram,  sən  onun  xoşuna  gələn 
mahnılardan birini oxusan, yəqin ki, qönçəyə sahib ola 
bilərsən». 
Fatimə beləcə çox danışdı: «Mən ən vacibini sənə 
dedim». Mən üstümdə qiymətli nəyim vardısa, saatımı, 

    Nəzakət Əliyeva 
 
 
140 
pul  kisəmi  ona  bağışladım  və  hətta  sağ  yanağındakı 
qara ləkənin getməsi üçün ona tilsim, dua yazacağıma 
söz verdim. Biz sonrakı görüşlərdə anlaşmaq ümidi ilə 
ayrıldıq». 
Mirzə  Şəfi  öz  hekayəsini  dərindən  köks 
ötürməklə  dayandırdı  və  yeni  doldurulmuş  badəni 
götürdü.  Mən  onun  hekayəsinin  bəzi  qaranlıq  anlarını 
aydınlaşdırmaq üçün bu kiçik fasilədən istifadə etdim. 
«Sənin  bu  sözlərinin  mənası  nə  deməkdir,  yəni 
narazılığın  tikanlı,  qönçə  ilə  bağlı  məna,  Fatimənin 
dediyi kimi, sən yəqin ki, onun ola bilərsən?». 
«Sən  o  qədər  təcrübəsizsən  ki,  bilmirsən 
məhəbbət  nə  ifadə  edir?-deyə  o,  canıyananlıqla  sözə 
başladı  –  gənc  qadın  heç  bir  kəlmə  kəsmədiyi  kişi  ilə 
olmamışdan əvvəl öz hisslərini necə ifadə etməlidir?». 
Bu  anda  Mirzə  mənə  öyrətdiklərinin  hamısını 
qafiyə ilə necə deyirdisə, fikirlərini belə izah etdi. 
Tikan inkar etməyə bir işarədir. 
Qəzəb və narazılığı –  
Bunun üçün o birləşməyə çalışır 
Tikanla işarəni mənə çatdırır. 
 
 
Həm də qızıl gülün qönçəsini atır, 
Gənc xanım mənə işarə üçün. 
O deməkdir, talelər üçün əlverişlidir, 
Yalnız sadiq fikirlə, səbirlə gözləməyim!. 
 
«Başa  düşürəm»,  -  dedim  mən,  «əhvalatının 
gerisini söylə». 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
141 
«Ertəsi gün axşam» - deyə Mirzə yenə söhbətinə 
başladı,  
- «Mənim vaxtım az idi. Mən bütün günü elə bir 
məhəbbət  mahnısı  yazmışdım  ki,  heç  bir  qadın  onun 
qarşısında dayana bilməzdi. Mən öz nailiyyətimə əmin 
olmaq  üçün  bu  mahnını,  bəlkə,  iyirmi  dəfə  öz-özümə 
oxudum.  Sonra  isə  başımı  qayçı  ilə  tər-təmiz 
qırxdırdım  və  hamama  getdim.  Axşam  çox  sakit  və 
gözəl idi. Mənim dayandığım bağın yanında Züleyxanı 
çox aydın görürdüm; o, Fatimə  ilə damda yalnız idi və 
örtüyümü  bir  qədər  arxaya  atmışdı  bu  isə  onun 
iltifatına işarə idi. Mən bir qədər cəsarətlənib tər-təmiz 
qayçılanmış,  ağ  başımı  gənc  xanıma  göstərmək  üçün 
papağımı  bir  qədər  arxaya  boynumun  dalına  itələdim. 
Başa düşə bilirsənmi, bu qadın ürəyimə necə təsir edir? 
Ah,  o  vaxt  mənim  başım  bundan  çox  ağ  idi,  artıq  o 
vaxtdan bəri on il keçib!».  O, ürək  ağrısı ilə  danışırdı 
və  öz  söhbətinə  geri  qayıtmaq  istəyəndə  mən  onun 
sözünü  kəsdim.  «Gənc  xanımların  ürəyini  fəth  etmək 
üçün sənin başın elə indi də kifayət qədər ağdır. Bir də 
sən mənə o yazdığın məhəbbət mahnısını oxumağın və 
onun  Züleyxaya  necə  təsir  etməsi  haqqında 
danışmadın». 
«Mən  mahnını,  - dedi  Mirzə iki qat badam içinə 
büküb  dama  tulladım.  Sonra  isə  onu  oxumağa 
başladım: (Hərfi tərcümə). 
 
Sərvboylu, gözləri ceyran 
Sərv qamətin və gözlərinin parıltısı edir heyran. 
Küləyin Şiraz çöllərindən gətirdiyi xoşətir 

    Nəzakət Əliyeva 
 
 
142 
Dağların xoş mehi sənin ağzında itir 
Hafizin bizə oxuduğu bütün xoşnəğmələr nədir ki, 
Sənin ağzından çıxan bir sözün yanında 
Qızıl gülün çiçək piyaləsini bülbüllər qurtumla içir. 
 
Sənin qızıl gül dodaqların və ağzın məst edir, 
Günəş, ay və göydəki bütün ulduzlar 
Uzaqdaqdan yalnız sənin üçün parlayır, sayrışır 
Mən özüm, ürəyim və mahnımın avazı 
Sənin gözəlliyinin əsiri, sənin gözəlliyinin vəsfi». 
«Allah necə də gözəldir», -deyə, -mən qışqırdım. 
«Mirzə  Şəfi,  sənin  sözlərin  ruhlar  ölkəsinin  pərilərin 
mahnıları kimi şirin səslənir; Sənin qarşında Hafiz kim 
olur ki»? Bir damla okeana qarşı nədir ki?». 
«Bu  yalnız,  başlanğıc,  hazırlıq»,  dedi  gəncəli 
alim, «əslində məhəbbət qafiyələri indi gəlir:» (hərfi) 
Utancaq və sadiq bir məna ilə 
Məhəbbət ibadətgahına yaxınam. 
Mən bu mahnını sənə göndərirəm 
Xoşətirli, bu sual gübünü! 
 
Ya sevinclə, ya da hirslə onu 
Bəxş et, ürəyimə ölüm ya da həyat 
Qızıl gülü, qönçəsini ya da tikanı at 
Sənin açılmanı gözləyirəm səbirsizliklə 
«Bəs Züleyxa nə etdi?» 
«O,  gülümsəyərək  mənə  aşağıya  qönçə  atdı  və 
mən  ilk  dəfə  onun  gözəl  sifətini  bütün  gözəlliyi  ilə 
gördüm!». 
Necə demişdi Füzuli! 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
143 
«Sənin yanına gəlmək üçün, həyatım, mən   
                                          həyatımı verdim, 
Rəhm elə, çünki yalnız sənin üçün mən həyata  
                                                              gəldim». 
 
«Mənim üçün də belə olmuşdu. Züleyxanın məni 
sevdiyini  biləndən  sonra,  köhnə  xəyallarla  dolu 
həyatım  sona  çatdı  və  mənim  üçün  yeni,  əsl  həyat 
başlandı.  Kim  öz  məhəbbətini  vüsalına  çatmaq  üçün 
saatları sayır, kim onun şərəfinə nəğmələr oxuyur, kim 
onu  görmək  üçün  addımlar  atır.  Mənim  üçün 
xoşbəxtlik  günəşi  doğmuşdu;  bütün  əvvəlki  maneələr 
həyatın  iltifatı  ilə  aradan  qalxmışdı.  Hətta  mənim 
məhəbbətim  Gəncədə  də  dildən-ağızdan  düşmədi; 
mənim  bütün  tanışlarım  mənə  qulluq  göstərməyə 
başladılar, bəziləri mənə olan dostluq münasibətindən, 
bəziləri isə İbrahim xana olan nifrətindən. 
Züleyxanın  mənə  qızıl  gül  qönçəsi  bağışladığı  o 
xoşbəxt günlərdən altı həftəyə yaxın vaxt keçmişdi və 
birdən  mənim  bu  xoşbəxtlik  ümmanımı  təhlükəli 
buludlar qaraltdı. 
İbrahim  xan  qızının  adaxlısı  Əhmədxanla  qoşun 
düşərgəsindən geri qayıtdı. 
Xəbər  məni  elə  qorxutdu  və  mən  ayıldım. 
Dəhşətdən sanki qartal qanadları taxıb ümidlər  dağına 
qalxdım.  Mən  hiss    edirdim  ki,  taleyimin  hökmü 
yaxınlaşır  və  bu  mənə  cəsarət  verirdi.  Bir  şeyi 
fikirləşirdim  ki,  məni  həyata  bağlayanı  itirsəm,    onda 
yazıq Mirzənin bu dünyada təsəllisi qalmayacaq, onun 

    Nəzakət Əliyeva 
 
 
144 
üçün  mən  hər  şeyi  elə  ölçüb-biçməliyəm  ki,  mən 
qazanım. 
Əhməd  xan  bir  dəstə  atlısını  kəbin  hədiyyəsi 
gətirmək 
üçün 
Avariyanın 
paytaxtı 
Xunsaqa 
göndərmişdi,  sonra  isə  o  öz  seçdiyini  vətəninə 
aparacaqdı. 
Gəncədə  hər  iki  şanlı  xanın  qayıtma  şərəfinə 
bayramlar  və  döyüş  oyunları  keçirilməyə  başladı. 
Züleyxanın  arzusu  ilə  xanəndələr  bayramı  da 
keçirilməli idi. Ölkənin bütün xanəndələri buraya dəvət 
olundu  və  hər  kəs  xanımın  şəninə  mahnı  oxumağa 
hazırlaşırdı.  Bilirsən  ki,  belə  bayramlarda  qalib  gələn 
yüksək mükafatlandırılırdı və digər bütün xanəndələrin 
simli alətdəki çalğısını sındırmaq hüququ qazanırdı. 
Mən  əvvəlcədən  bilirdim  ki,  hamıya  qalib 
gələcək,  çünki  məni  ruhlandıran  mənbə  onların  heç 
birində  yox  idi.  Qızıl  gül  açmayan  yerdə  bülbül  necə 
cəh-cəh  vurar?  Məhəbbət  olmayan  yerdə  necə  mahnı 
oxumaq  olar?  Mənim  fikirlərimə  görə  mahnı  bayramı 
mənim taleyimin dönüş günü olacaqdı. Mən öz sirrimə 
bir  ermənini  də  cəlb  etmişdim,  sən  bu  haykların  necə 
bic-hiyləgər  olduğunu  bilirsən?!  O  Şirvan  ölkəsində 
Şamaxıya karvan aparmalı idi və mənə, bir də mənim 
Züleyxama 
bir 
dəvə  hazırlamalı,  paltarlarımızı 
dəyişərək bizi gizli aparmalı idi, kaş mənim planlarım 
uğurla həyata keçəydi. 
Fatma  ilə  artıq  hər  şey  vədələşdirilmişdi,  o 
qiymətli  əşyaları  qablaşdırmış  və  ermənini  razı 
salmalıydı, çünki mahnı bayramı bizim qaçış günümüz 
idi. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
145 
Gecə  yarı  mən  kimsəsiz  bir  yerdə  Fatmanı 
gözləməli  idim;  sonra  isə  fikirləşdiyimiz  küçənin 
sonuna yaxınlaşıb orada gəlib-keçən karvanı gözləməli 
idik. 
Nəhs  gün  başlandı.  Artıq  nə  vaxtdan  bəri  idi  ki, 
mən  özümü  öz  otağımda  yad  kimi  hiss  edirdim,  gah 
rəngi  qaçmış  yanaqlarıma  baxır,  gah  divara,  gah  da 
tünd  rənglənmiş  döşəməyə  saatlarla  zillənib  qalırdım. 
Mənim  üçün  dəqiqə  günə,  gün  isə  ilə  bərabər  gəlirdi. 
Nahar  vaxtı  şad  bir  xəbər  gəldi;  erməni  Akim  gəlib 
xəbər verdi ki, İbrahimxan öz qonağı ilə çölə getmişdir 
və onun silah gəzdirən adamları hamısı xan izləmələri 
idi.  Bu  dəmdə  isə  qadınlar  müğənnilərin  mahnı 
yarışmasına baxıb əylənmək istəyirdilər. Bir görsəydin, 
evin damları xanımlar və qızlarla necə dolurdu. Bütün 
nəzərlər  mahnı bayramı keçiriləcək Züleyxanın evinin 
qarşısına dikilmişdi. 
Çox böyük bir xalça yerə salınmışdı, onun hər iki 
tərəfində  saz  və  çenqir  çalanlar  üçün  yer  düzəldilmiş, 
xanəndələr  isə  növbə  ilə  öz  səslərinin  ahəngini  hər 
tərəfə  yaymalı  idilər.  Gəncənin  ən  gözəl  ağalarından 
biri  əlində  gümüşü  boşqabla  orada  durmalı  və  növbə 
ilə gəlib oturan və qalxan xanəndələrə verməli idi. 
«Boşqab onun nəyinə lazım idi ki, ay Mirzə?». 
«Sən  də  nə  sual  verirsən?  Xanəndəyə  boşqab  nə 
üçün lazım ola bilər, bəlkə sifətinin ifadəsini gizlətmək 
üçünmü?  Yaxud,  o  oxuyanda,  məhəbbətdən  ürəyi 
deşiləndə  və  yanaqları  avazıyanda,  o  öz  simasını 
gözəlliyin gözləri qarşısında göstərə bilərmi? Dövrədə 
iyirmi  xanəndə  var  idi  və  biri  o  birinin  ardınca  çıxış 

    Nəzakət Əliyeva 
 
 
146 
edirdi; mən ən gənc olduğum üçün sonuncu idim. Əgər 
sən məndən soruşsaydın onlar nə oxudular, mən heç nə 
söyləyə  bilməzdim.  Ancaq  mən  oxumağa  başlayanda 
sözlərimin  ahəngindən  ürəyim  lərzəyə  gəlirdi.  Eşit, 
mən nə oxudum: 
 
Nə mavi səma çadırındakı məlaikələr 
Nə ətirli gül tarlasındakı qızıl güllər 
Hətta əbədi günəş işığı belə, 
Müqayisə edilməz mənim Züleyxamla! 
Çünki məlaikələrin sinəsində məhəbbət yoxdur 
Qızılı güllərin isə tikanları çoxdur, 
Və günəş isə öz işığını gecədən gizlədir. 
Buna görə onlar heç biri Züleyxa ilə eyni deyil. 
 
Bütün dünyanı gəzib axtarsan, 
Züleyxanın simasına bənzər tapılmaz. 
Gözəl, tikansız, əbədi sevdi şəfəqi ilə dolu 
Ancaq onun özünə bənzər olar. 
 
Mahnı sona çatanda mənim ayağımın altına qızıl 
gül  atıldı.  Mən  bayramın  qalibi  çıxdım!...  Ürəyimin 
belə nəşəli anında mən ancaq Züleyxa və özüm haqda 
fikirləşirdim.  Mən  evə  qaçdım  ki,  yol  tədarüklərini 
edim  və  o  qədər  xoşbəxt  idim  ki,  xanəndələrin 
yarışmasını alt-üst etməyimi də unutdum». 
Burada Mirzə uzun müddət fasilə etdi, özünə təzə 
çubuq  (tənbəki)  gətizdirdi  və  sonra  gözlərini  bir 
nöqtəyə  zilləyib  oturdu,  sanki  köhnə  xatirələr  onu 
ağuşuna  almışdı.  O  belə  yarım  saat  tutqun  və  susmuş 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
147 
halda  oturaraq  çubuğunu  sümürürdü,  onun  başı  tüstü 
dumanına qərq olmuşdu. 
Nəhayət,  o  ayağa  qalxdı  və  öz-özünə 
anlaşılmayan  misralar  donquldandı  və  getməyə 
hazırlaşdı. Mən çox çalışdım ki, onu saxlayım və mənə 
əhvalatın gerisini söyləsin. Yalnız çoxlu xahişlər və hər 
növ  suallarla  mən  bu  hekayənin  sonunu  öyrəndim. 
Onun  mənə  söylədiklərini  olduğu  kimi  çatdırıram. 
«Yola  düşmə  gecəyarı  baş  verməli  idi.  Qaçmaq  üçün 
lazımi  əşyalar  erməninin  nəzarətində  idi.  Züleyxa  öz 
yataq otağını Fatimə ilə bölmüşdü və bu da öz hamamı 
ilə digər qadınların otaqlarından ayrı yerləşirdi. 
Fatimə  söz  vermişdi  ki,  məni  müəyyən  saatda 
gizlicə  sevdilimin  otağına  aparsın.  Mən  bu  taleyin 
yazdığı gedişə hazırlaşanda məni çox qəribə bir qorxu 
bürüdü,  ürəyim  bərk  döyünür  və  bədənimin  bütün 
hissələri əsirdi. 
«Mirzə  Şəfi»  -  deyə  mən  öz-özümə  dedim,  «sən 
bu  cür  cəsarətli  başlanğıca  necə  curət  etdin?  Sən 
günahlı  addımlarınla  əl-Siratın  ayrılmış  körpüsünü 
keçib  cənnətə  daxil  olmaq  istəyirsən?  Axı,  bütün 
kainatın müdrikliyi Züleyxanın gözəlliyi qarşısında heç 
nədir!»  Beləcə  danışa-danışa  Fatimənin  mənə  sifariş 
verdiyi yerə gəlib çatdım. 
«Tələs Mİrzə, - dedi - o, «və məni təqib et; artıq 
mənim xanımım yataq otağında oturub gözləyir». 
Mən  Fatiməni  yellənən  addımları  ilə  izlədim  və 
biz nəzərə çaprmadan gözəllik mirvarisinin seyvanına, 
Züleyxanın otağına çatdıq. O utancaq halda oturmuş və 
bədəninin  gənc  üzvlərini  ağ  çadraya  bürümüşdü.  Mən 

    Nəzakət Əliyeva 
 
 
148 
bu  füsunkar  gənc  xanımın  qarşısında  acizanə  halda 
duranda, dilim ağzımda dolaşdı. 
«İndi  təəccüblənmək  vaxtı  deyil»  -  dedi  ağıllı 
Fatimə,  «Biz  getməyə  tələsməliyik  ki,  evin 
xidmətçiləri 
bizi 
görməsinlər. 
Sən 
mənim 
hökmdarımın  əlindən  tut  və  xahiş  et  ki,  sənin 
addımlarını  Allahtəala  hansı  tərəfə  yönəldirsə,  o  da 
səni izləsin». 
«Mən  o  dediyi  kimi  etdim.  Züleyxanın  əlindən 
tutanda,  o  bərkdən  qışqıraraq  geri  çəkildi.  Yenə  ağıllı 
Fatimə  sözə  başladı:  «Kimin  günəşin  işığına  şübhəsi 
var?  Kimin  qızıl  gülün  ətrinə  şübhəsi  var?  Sənin 
bakirəliyinə kim şübhə edə bilər? Buna görə məhəbbət 
savaşını dayandır, şirin sahibəni, ah-naləsiz. Allah səni 
hara göndərirsə, ora get!». 
Burada  mən  Mirzə  Şəfi  öz  hekayəsinə  davam 
etməmiş,  bayaq  yuxarıda  dediyi  sözlərə  aydınlıq 
gətirmək  istədim.  Qafqaz  müsəlmanları  arasında  belə 
bir  adət  vardır  ki,  nişanlı  qızı,  əgər  valideynləri  razı 
deyilsə,  öz  nişanlısı  güclə  qaçırmalıdır.  Bu  zaman  qız 
nə qədər çox müqavimət göstərsə, vuruşsa, qışqırsa, bu 
o qədər çox onun bakirəliyinə, həyasına işarə edir. İndi 
bu  vacib  yayınmadan  geri  dönək  və  Mirzə  Şəfiyə  öz 
qaçış  hekayəsini  bitirməsini  eşidək.  «Uzun  müddət 
yalvar-yaxardan sonra ağıllı Fatimə mənim Züleyxamı 
sakitləşdirdi.  Mənim  necə  gizli  gəldiyim  kimi  qorxa-
qorxa,  tərəddüdlə  Züleyxa  məni  izlədi  və  biz  bayıra 
çıxdıq. Orada mən onu Fatimənin ixtiyarına verdim və 
özüm bir qədər aralı onları izlədim. Xoşbəxt halda mən 
ilk dəfə Fatimə ilə görüşdüyüm ensiz dağ cığırına gəlib 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
149 
çatdıq.  Ata  evinin  astanasından  uzaqlaşmaq  ağrısı 
sevgilimin qəlbində bir ağrı yaratdı. Biz əmin idik, biz 
xoşbəxt  idik!  O  gecənin  artıq  batmaqda  olan  ayın 
ardınca çıxan günəş heç vaxt mənim həyatıma belə işıq 
saçmamışdı! 
Günün  başlanması  ilə  biz  ötüb  keçən  karvana 
qoşulduq, ancaq yolda Fatimə bizi çox təəccübləndirdi. 
O  sahibəsinin  ayağına  düşərək  etiraf  etdi  ki,  o  bizim 
himayəçini,  Akimi,  ermənini  sevir  Züleyxa  əvvəlcə 
çox  hirsləndi  ki,  necə  ola  bilər  Əlinin  qızı  bu  dinsizə 
meyllənib,  sonra  bir  təhər  sakitləşdi,  çünki  Akimlə 
Fatimənin  münasibəti  bizim  təhlükəsizliyimiz  üçün 
girov  idi.  Bizim  təhlükəmiz  onun  üçün  də  təhlükə 
demək  idi,  ona  görə  o,  bizi  qorumağın  qayğısına 
qalırdı. Hər iki qadın özlərini çadraya elə bükmüşdülər 
ki,  heç  kəs  onları  tanıya  bilməzdi.  Mən  də  öz-özümü 
və  geyimimi  tanımaz  hala  salmışdım  və  Bakı  xalça 
tacirinə  oxşayırdım.  Biz  yavaş-yavaş  küçə  boyunca 
keçərək Kurakşayskaya tərəf gedirdik. 
Birinci  gün  üçün  Akim  ehtiyatlılıq  ölçüsünü 
götürmüşdü,  hər  iki  qadın  karvandan  aralı  yoldan 
kənardakı  cığırla  gedirdilər;  Züleyxa  uzunqulağın 
üstündə,  erməni  ilə  Fatimə  isə  onun  ardınca  piyada 
gedirdilər.  Əgər  biz  ehtiyatlı  tərpənməsəydik,  məhv 
olardıq,  çünki  bir  neçə  saatdan  sonra  atlı  dəstəsi 
çaparaq  gəldi,  mən  onların  başçısı  Əhməd  xanı 
tanıdım.  Xoşbəxtlikdən  o  mənə  heç  vaxt  Gəncədə 
diqqət  yetirməmişdi  və  mən  bu  paltarda  onda  heç  bir 
şübhə  oyada  bilməzdim.  O  çevik  gözləri  ilə  karvanı 
nəzərdən  keçirdi,  bir  az  dayandıqdan  sonra  yoluna 

    Nəzakət Əliyeva 
 
 
150 
davam  etdi.  Yoxsulluq  çox  cansıxıcıdır,  -  ancaq  o, 
zaman  dözülməz  olur  ki,  biz  tapdığımız  və  yenidən 
itirdiyimiz xəzinəni bütün dibinə qədər ölçməliyik. 
Bunun  nə  xeyri  vardır  ki,  cənnətin  bağları  ilə 
gəzirsən və bu yalnız cəhənnəmə keçid olur! 
«Sən  çox  müdrik  danışırsan,  Mirzə?»,  deyə  mən 
onun  sözünü  kəsdim,  «ancaq  bu  müdrik  kəlamların 
məhəbbət  hekayəsində  nə  yeri  var?  Hafiz  necə  deyir: 
«Məhəbbət  danışan  yerdə,  ağıl  susmalıdır!»  Ancaq 
mənim sözlərim ona təsir etmədi və mən heç bir vəchlə 
bu  söhbətcil  Mirzəyə  hekayənin  sonunu  danışdıra 
bilmədim.  «Məni  rahat  burax»,  dedi,  -  o,  «sənin  bu 
sözlərin nəyə yarar! Əgər bədbəxtlik baş verirsə, onun 
qarşısını almaq olmaz». 
Beləcə,  o,  mənə  gecən  xeyir  demədən  otağı  tərk 
etdi.  Mən  isə  sizin  maraqlarınızı  çox  oyatdığım  üçün 
bu  hörmətli  müəllimimin  hekayəsini  ordan-burdan 
eşitdiklərimlə sizə çatdırıram. 
Üçüncü gün səyahətçilər çox dəhşətli bir leysana 
düşdülər.  Elə  bir  güclü,  uzun  müddətli  yağış  selinə. 
Xoşbəxtlikdənmi,  ya  bədbəxtlikdənmi  yaxınlıqda  bir 
kənd var idi, karvanbaşı heyvanları bir tərəfə ötürdü və 
Mirzə  Şəfi  ilə  Akim  öz  sevgililəri  üçün  bir  tatar 
komasında sığınacaq tapdılar. 
Kişilərin müşayiəti ilə kəndə daxil olan qadınlar, 
yolun kənarında belə bir söhbət eşitdilər. «Bax Səlim, 
bu bakılı tacir Akim deyilmi? Aman Allah! Özüdür ki, 
var! O nə vaxtdan bəri xalçalar əvəzinə qadınlarla alver 
edir?  Bir  bax,  hər  ikisi  də  sərv  boylu  hurilərə 
bənzəyir». 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
151 
«And  içərəm  ki,  o  birisi  Akimdir»,  -  deyə  o  biri 
həmsöhbət  dilləndi,  «ancaq  biz  karvanın  yanından 
keçəndə nə o, nə də bu iki qadın karvanda deyildilər». 
«Sən  də  lap  Qəzvinli  (İranda  şəhər)  kimi 
danışdın. O, karvanla yanaşı, ya da onun ardınca gedə 
bilməzdi? Atalar necə demişlər: İki rusun bir farsla, iki 
farsın  bir  erməni  ilə  alveri  bərabər  olur.  Allah  mənim 
başıma  işıq  saldı  və  mənim  gözlərim  açıldı,  indi  mən 
bütün  hadisələrin  gedişini  açıqlayaram.  İndi  isə  tez 
Əhməd  xanın  yanına  gedək  və  onun  hirsini  sevincə 
döndərək. Danışanlar Əhməd xanın nökərləri idi, onlar 
yağışdan  da  əvvəl  axtarışlar  edirdilər.  Yarım  saatdan 
sonra Züleyxa Fatimə ilə birlikdə onları təqib edənlərin 
hakimiyyəti  altında  idilər.  Mən  buradakı  kədərli 
səhnələrin  hamısını  açıqlamıram.  Yalnız  bircə  bunu 
deyə bilərəm ki, bu mənim o qədər ürəyimi ağrıtdı və 
mən  susa  bilmədim.  Hər  iki  qadınla  mümkün  olan 
bütün  incəliklərlə  rəftar  edildi,  onlar  öz  ağrılarını 
ürəklərində  çəkdilər,  ancaq  Gəncənin  müdrik  adamı, 
məhəbbət, şərab və qızıl gül tərənnümçüsü Mirzə Şəfi 
isə  ürəyində  bitib-tükənməyən  ağrıdan  başqa  Əhməd 
xanın sərt əmri ilə digər rüsvayçı acını yaşamalı oldu. 
Onun  Züleyxanın  otağına,  yəni  xoşbəxtliyin 
zirvəsinə aparan ayaqlarının altı…. 
 
DÖRDÜNCÜ  FƏSİL: 
 Müdriklik məktəbi 
Mirzə  Şəfi  öz  məhəbbət  sirrini  mənə  açdıqda, 
sanki,  Tiflis  bağları  kimi  onun  ürəyi  mənim  qarşımda 
açıq idi. Onun daha öz tərəfdarından heç bir gizli sirri 

    Nəzakət Əliyeva 
 
 
152 
yox  idi  və  bütün  qəbul  etdiyi  fikirləri  mənimlə 
məsləhətləşirdi.  Bu,  əlbəttə,  belədir  ki,  illərlə  birgə 
yaşamaqdan  daha  çox,  bir  neçə    saat  ərzində  etibarlı, 
səmimi  xəbərlər  iki  yad  adamı  bir-birinə  daha  çox 
yaxınlaşdırır.  Mən  Mirzəni  onun  hekayəsinin  dərin 
ağrılı  sonluğundan  və  rüsvayçı  xatirələrindən 
qurtarmağa  çalışırdım.  Başlanğıcda  o  çox  tərəddüd 
edirdi  ki,  görəsən,  onun  hekayəsinin  kölgəli  tərəfləri 
mənim  yanımda  onun  ləyaqətinə  zərər  gətirməyib  ki? 
Ancaq o tezliklə özünü əmin etdi ki,  mənim diqqətim 
altında  onun  hekayəsinin  ümumi  təəssüratlarında,  o 
uduzmayıb, ancaq udub. 
Onun  həyatının  günəşi  batmışdı  və  onun  üçün 
yalnız xatirələrinin ay işığı qalmışdı. Mən bilirdim ki, 
mən  kədərli  olanda  itkilərdən  danışmaq  ona  xoş 
gəlirdi,  xüsusilə  uzun  qış  axşamlarında  bayırda  külək 
uğuldayanda.  
Mən  çox  vaxt  çalışırdım  ki,  söhbəti  Züleyxanın 
üzərinə  yönəldim;  onun  adı  mənim  üçün  də  böyük 
məna kəsb edirdi, çünki Mirzə Şəfinin ona həsr etdiyi 
nəğmələrin  hamısında  qızıl  güllər,  nəğmə  çələngi  idi. 
Onun  -  bu  Gəncə  müdrikinin  ilk  məhəbbəti  olduğunu 
mən  onun  hekayəsinin  yazıları  ilə  təsdiq  edirəm. 
Deyilənə  görə,  o  heç  vaxt  başqa  qadınlarla  yaxın 
münasibət  saxlamırdı,  ancaq  onu  görən  qadınlar  onun 
birinci  baxışından  ona  vurulurdular.  Ancaq  o,  yer 
üzündə  Züleyxadan  başqa  heç  bir  qadın  gözəlliyinə 
baxa bilmirdi. Bu sadə şərtə görə o  qadın cinsi ilə heç 
bir münasibət qura bilmirdi. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
153 
Bütün  qadın  sehrləri,  xoş  əməlləri  Züleyxa  ilə 
haqq-hesab,  kölgəli  tərəflər  isə  dünyanın  digər 
qadınları  ilə  haqq-hesab  çəkməli  oldu.  O  daha  sevə 
bilmədi,  lakin  biganə  də  qala  bilməzdi.  Buna  görə  o 
qərara aldı ki, heç bir qadına ağrı verməyə tövbə etsin. 
O,  özünün  yaxşı  vərdişlərini  heç  dəyişməmişdi; 
onun  başı  təzə  düşmüş  qar  kimi  ağ  idi,  saqqalı  isə, 
özünün  dediyi  kimi  Salomonun  saqqalı  kimi  həmişə 
ətirli  və  burulmuş  idi,  dırnaqları  isə  Gürcüstanın 
səması kimi mavi boyanmışdı. 
Onun  piramida  formalı  papağı    o  ən  azı  belə 
güman  edirdi  –  vurulmuş  ürəklərin  əsil  ov  toru  idi.  O 
hər  hansı  bir  evin  balkonunda  və  ya  eyvanında  duran 
zaman, gördüyü qadınlara ağappaq başının bir hissəsini 
göstərər  və  qələbəyə  əmin  baxışlarla  yuxarı  baxardı. 
Sonra  isə  papağını  geri  öz  yerinə  itələyərək  intiqam 
hissləri ilə dolu yoluna davam edir və qürurla əmin idi 
ki,  kimisə  yenidən  fəth  elədi.  O  fikirləşmirdi  ki,  bu 
fəthlərdən  heç  bir  xeyir  yoxdur,  o  yalnız  nə  qədər 
mümkünsə  çoxlu  qurbanlar  etmək  istəyirdi.  Onu  heç 
qayğılandırmırdı  ki,  gənc  xanımlar  onun  başına 
baxanda qızarırdılar, yoxsa onun gözlərinin alovundan 
od tutub yanırdılar. 
Qış  ərzində  Mirzə  Şəfi  şagird  hesabına  varlandı. 
İki nəfər səyahətçi K. və R. Almaniyadan gəlmişdi, biri 
təbii-tarixi,  digəri  isə  linqivistik  və  antikvar  təhsil 
almaq istəyirdi. 
Eyni  həvəs  və  səyahət  məqsədləri  tezliklə  artıq 
şərq  dilləri  üzrə  əhəmiyyətli  bilik  kəsb  etmiş  R.  ilə 
məni  dostlaşdırdı.  Səhər  saatlarında  biz  öyrənir  və 

    Nəzakət Əliyeva 
 
 
154 
birlikdə şəhəri, onun ətrafını gəzib dolaşırdıq, axşamlar 
isə  o,  mənim  həftədə  üç  dəfə  keçiriləcək  dərs 
bölmələrini,  yaxud  Mirzə  Şəfinin  öz  dərslərini  belə 
adlandırdığı  kimi  «Müdriklik  dərsi»ni  bölüşdürürdü. 
Müdriklik dərsinə hərdən bir başqa tatar və fars dilini 
çox  və  ya  az  bilən  dostlar  da  baş  çəkirdilər.  Onda 
Mirzə Şəfinin rəhbərliyi ilə əsil “Divani hikmət” təşkil 
edilirdi.  Gəncəli  alim  sözə  başlayır,  mahnı  oxuyur  və 
sonra  əgər  bu  mahnını  özü  yazmışdısa,  onu  izah  edir, 
özünə aid şöhrətlə başlayır və bitirirdi. Onun nəğmələri 
ərəb  sözləri  ilə  dolu  idi  və  çox  vaxt  biz  onların 
mənasını başa düşmürdük, ona görə o, özü onları bizə 
izah edirdi.  «Çox  zərif  bir sözdür»  -  deyirdi.  O ancaq 
izahatını nadir halda açıqlayırdı. 
Nəğmə  oxunub  sona  çatanda,  bizlərdən  hər  kəs 
növbə ilə ya müdrik kəlamlar, ya da fikirlər olmayanda 
bir  əhvalat,  ya  hekayə  söyləməli  idi.  Onu  da  etiraf 
edim  ki,  burada  fikirlərin  və  ifadələrin  orijinallığına 
çox  fikir  verilmirdi.  Yalnız  bizim  etdiyimiz  səhvlər 
orijinal sayılırdı. Mirzə Şəfi hər kəlamında deyirdi ki, o 
müdrikdir yoxsa müdrik deyil. Bəzən bizim beynimizə 
düşən  qəfil  fikirləri  ona  deyən  kimi,  o  onları  bir  neçə 
dəqiqədə 
qafiyəyə 
düzürdü. 
Mirzə 
Şəfinin 
pərəstişkarları  onun  nəğmələrinə  qulaq  asmaqdan 
doymurdular. 
Sərv  boylu,  qara  qıvrım  saçlı  gürcü  qızına  aşiq 
olmuş  iranlı  gənc  turist  Mirzə  Şəfinin  böyük 
pərəstişkarı  idi  və  o,  Gəncə  aliminin  cəld  şeir 
qoşmağına heyran idi. 

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
155 
«Mirzə Şəfi», - dedi o, «qərbin bütün xanəndələri 
sənin  yanında  heç  nədirlər!  Gecə  lampası  günəşin 
qarşısında, toz zərrəsi isə səhra qarşısında heç nədir!». 
Mən  çox  bilmək  istərdim  ki,  çox  sərt  mühakimə 
yürüdən  bu  alim  qərb  haqqında  nə  bilir  və  hər  cür 
sualla  mən  onun  bu  barədə  bildiklərini  öyrənməyə 
çalışdım.  İndi  mən  sizə  bu  araşdırmanın  nəticələrini 
çatdıraram: 
Qərbə  getmək  üçün  Qara  dənizdən  keçib  ən  azı 
Moskvaya  çatmaq  lazımdır.  Qərbin  övladlarının 
çadırlarda,  yoxsa  qaya  komalarında  və  yaxud  onların 
dəvə, fil, at yoxsa uzunqulaq mindiklərini dəqiq bilmir. 
Ancaq  o  bir  şeyi  dəqiq  bilirdi  ki,  onlar  üç  böyük 
tayfaya bölünürlər; nemes-almanlar; digər tayfa ingilis-
və sonuncu firəng fransızlar tayfası. 
Mənim bildiyim – bu üç tayfa bir-birindən nə ilə 
fərqlənir sualına mən belə məlumat aldım; nemeslər dil 
bilənlərdir,  ingilislər  isə  gözəl  mahud-,  bunu  deyəndə 
Mirzə  öz  kaftanını  göstərdi,  -  və  dünyada  ən  yaxşı 
ülgüc  hazırladıqlarını  qeyd  etdi.  Firənglərdən  isə  o 
yalnız  bunu  bilirdi  ki,  onlar  çox  gülməyi,  lağ-lağı 
danışmağı  sevirlər  və  yaxşı  ətir  iyi  verirlər.  Gəncə 
aliminin qərb etnoqrafiyası təmiz təcrübi xarakterli idi. 
Onun  tanıdığı  bütün  alman  tanışları  müqəddəs  dillər 
öyrənirdilər,  fransızlardan  isə  onun  nəzərinə  çarpan 
yalnız bəzi saray ustaları və parik düzəldənlər var idi, 
ingilisləri  isə  bütün  Asiyada  məşhur  fabrikantları  ilə 
tanıyır  və  Allahın  mərhəməti  ilə  onlar  müdrik,  şərqə 
paltarlar  tikirdilər  ki,  onları  bütün  əzaları  örtülsün, 
onların iti ülgücləri isə onların başını təmizləsin. 

    Nəzakət Əliyeva 
 
 
156 
İngilis  ülgüclərindən  Mirzə  xüsusi  bir  həyəcanla 
danışırdı,  çünki,  o  həyatının  ən  gözəl  illərində  bir 
kazakın  məsləhəti  ilə  bunlardan  bir  neçəsini  əldə 
etmişdi.  
Gəncəli  alim  bu  ülgüclərdən  birinin  əhvalatını 
bizə  danışanda,  mənimlə  bir  otaqda  qalan  pərəstişkar 
turist, Mirzəni təəccübləndirmək üçün öz otağına getdi. 
O  əlində  bir  cüt  qığılcım  parıltılı,  gözəl  və  iti  ülgüclə 
geri  qayıtdı.  Onları  alimin  gözünün  qabağına  tutaraq 
soruşdu: «Bunlar sənin xoşuna gəlir?». 
«Çox! – Aman Allah». 
«Onları  məndən  yadigar  kimi  götür.  Qoy  sənin 
əqlin  bu  tiyə  kimi  iti,  sənin  başın  isə  bu  üglüc  kimi 
parıldasın!». 
Mirzə  Şəfi  bu  hədiyyəni  məmnunluqla  aldı.  O 
ülgücü 
cibinə 
qoydu 
və 
getmək 
istədi; 
Xudahafizləşəndə 
o,  mənim  qarşımdakı  ingilis 
qayçısına nəzər saldı. 
«Qayçı da mənim xoşuma gəlir», - dedi o. 
«Bu  məni  çox  sevindirir»,  cavab  verdim  mən  və 
ona xeyirli gecə arzuladım. «Axşamınız xeyir olsun!». 
Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin