10.Ekspert sistemlərinin müasir vəziyyəti Kompüterlə təbii dildə ünsiyyət Biliklərin təsviri və məsələlərin həlli üçün kompüterlər öz dillərinə malikdir.Dilin təyin edilməsi üçün simvollar yığımı və onların emal etmək üçün qaydalar çoxluğu verilir.Lakin intellektual səviyyədə digər dillərdən istifadə edilir.Əgər təcrübə qaydaları biliklər yığımı şəklində verilibsə,onda fərz etmək olar ki,elə vasitələr yaradıla bilər ki,təbii dildə verilmiş məsələnin qoyuluşunu kompüter başa düşsün və təbii dildə də onun həllini təyin etsin.Kompüterlə təbii dildə ünsiyyətin əsas mövzusudur.Tədqiqatların məqsədi ondan ibarətdir ki,intellektual səviyyədə ünsiyyətin prinsipləri müəyyənləşdirilsin və bunun əsasında elə kompüterlər yaradılsın ki,onlarla adi ünsiyyət mümkün olsun. Kompüter təcrübəsi kompüterin bir dildən digərinə tərcüməsi nəzərdə tutulur. İnormasiya axtarışı hər hansı bir mövzuda verilənlər və ya biliklər bazasında informasiyanın axtarılması reallaşdırılır.Onu açar sözləri ilə də etmək olar.Hal-hazırda konteks üzrə və ya analogiya üzrə inormasiyanın axtarılmasını kompüterlər reallaşdıra bilmir. Sənədlərin generasiyası- hər hansı bir formada olan sənədin kompüter tərəfindən digər formaya çevrilməsidir. Kompüterlə ünsiyyət- nəzərdə tutulur ki,hazırlığı olmayan istifadəçi ilə kompüter arasında ünsiyyət qurulsun.
Öyrətmə Mycrosoft Word-də işləyərkən müxtəlif formatlaşdırma prosedurlarından,abzasların və sərlövhələrin qurulması prosedurlarından istifadə edilir və bunu təkrar etmək üçün bir neçə klavişin sıxılması kifayətdir.Orfoqrafik korrektorun aktiv olması sözlərin korreksiyasına imkan verir.Proqram yeni sözlərin tanınmasını və onların elektron lüğətə yazılmasını reallaşdırır.,yəni bu gün hamıya məlumdur ki,ixtiyari proqram öyrənilmə qabiliyyətinə malik olmalıdır.Fərdi kompüterlərin meydana gəlməsi istifadəçi ilə hesablama texnikası arasında münasibətləri dəyişdirmişdir.İstifədəçinin proqramlaşdırmanın mürəkkəbliyini öyrətmək əvəzinə istifadəçinin qarşısında duran məsələnin həllinin mürəkkəbliyini kompüterə öyrətmək daha asandır.Bir neçə ildən sonra elektron cədvəllər,verilənlər bazasının idarəetmə sistemləri,mətn prosessorları və digər proqram vasitələri süni intellekt xassələrinə malik kompanentlərlə genişləndiriləcək. Koqvitiv modelləşdirmə-insan mülahizələrinin və funksiyalarının modellərinin konsepsiyalarının,nəzəriyyələrinin yaradılmasını nəzərdə tutur.Bunun böyük əhəmiyyətinin bir tərəfi psixoloji və biokimyəvi səviyyədə proseslərin öyrənilməsi və həmin proseslərin kompüterə qoylumasından ibarətdir. Robot texnikası-qəbuledici elementlərin informasiyanın tanınmasını,manipulyatorların və onların idarəedicilərinin yaradılmasını nəzərdə tutur.Yaxın zamanlarda robotlar daha intellektual olacaq.Robotların yaradılmasının üç əsas prinsipini görkəmli amerika yazıçısı və alimi Azik Əzimov təklif etmişdir.