Süni İntellektin inkişaf mərhələləri


Şəkil 1. Süni intellektin layihələşdirilməsi mərhələləri



Yüklə 0,82 Mb.
səhifə24/24
tarix07.01.2024
ölçüsü0,82 Mb.
#202872
1   ...   16   17   18   19   20   21   22   23   24
C fakepathSЬN NTELLEKT-mьh (1) (Repaired)

Şəkil 1. Süni intellektin layihələşdirilməsi mərhələləri
3.Biliklərin təqdimatı və qərarların çıxış mexanizminin müəyyənləşdirilməsinin rəsmiyyətinin seçilməsi. Sistemin layihələşdirilməsində qoyulan məsələnin həllinə modelləşdirmə komponentləri əhəmiyyətli dərəcədə təsir göstərir. Biliklərin təqdim olunması üçün hazırlanan quruluş növbəti mərhələnin BB sisteminin yaranması mərhələsinin reallaşdırılmasının bilavasitə əsasını təşkil edir.
4.BTD-nin seçilməsi və ya hazırlanması. Seçilmiş təqdimolunma dilində qaydaların hazırlanması və təqdim olunmasından sonra onlar, yəni qaydalar, biliklər mühəndisi tərəfindən BB-yə yerləşdirilir.
5.Sistemin yoxlanması və ya testdən keçirilməsi.
Sistemin iş qabiliyyəti konkret yoxlanmış məsələlərin həlli yolu ilə müəyyənləşdirilir. Müxtəlif çatışmazlıqların meydana gəlməsi zamanı həmin çatışmazlıqların xarakterindən asılı olaraq hazırlamanın bu və ya digər mərhələsinə müraciət baş verir. Süni intellekt sistemində hər hansı biliklərin olmaması və ya hər hansı çatışmamazlıq olduqda 4-cü mərhələyə qayıdırlar və imkanları daxilində düzəlişlər edirlər. Əgər ekspert tərəfindən seçilmiş biliklərin təqdim olunması modeli çərçivəsində hər hansı biliklər təqdim oluna bilmirsə, onda III mərhələyə qayıdılır və alternativ model və ya biliklərin təqdim olunma sxemi seçilir. Geri qayıtmanın səbəbi kimi məntiqi çıxışın adekvat baza mexanizminin çatışmazlığı ola bilər. Qoyulan məsələnin çıxış vəziyyəti düzgün olmadığı zaman problemin yenidən formalaşdırılmasına tələbatda hansısa bir hadisə baş verə bilər.
İşlərin ardıcıllıq sxemi bizim nöqteyi-nəzərimizdən süni intellektin layihələşdirilməsi prosesini kifayət qədər dolu və ətraflı izah edir, lakin bir çox süni intellekt sisteminin bir sıra funksional modullarının yaradılması ilə əlaqəli olan vacib mərhələlərə baxılmır. İntellektual sistemlərin layihələşdirilməsi zamanı əsasən aşağıdakılar yerinə yetirilir:

  • Sistemə biliklərin təqdim olunması üsulunun seçilməsi;

  • Çıxış (idarəetmə) strategiyasının seçilməsi;

  • İzahetmə altsisteminin seçilməsi;

  • İstifadəçi ilə qarşılıqlı əlaqə altsisteminin seçilməsi;

  • Sistemin realizəsi üçün adekvat alətlərin seçilməsi. Lakin burada yuxarıda qeyd edilən bir neçə vacib mərhələ yoxdur.

Qeyd edildiyi kimi işlərin quruluşu, intellektual sistemlərin layihələşdirilməsi mərhələlərinin sayı, onların icrasının ardıcıllığı bir çox obyektiv və subyektiv faktorlardan asılıdır. Lakin işlərin bir çox mərhələ və quruluşu demək olar ki, bütün tip intellektual sistemlər üçün ümumi və zəruridir. Aşağıda belə mərhələlərin və onların quruluşunun siyahısı sadalanır:

  1. Tədqiqat sahəsinin təsviri: bütün təşkil etmə prosesi üçün problemin vacibliyini göstərən tədqiqat sahəsinin təyini; BB-yə ekspertizaları (bilikləri) ötürməyi arzulayan problemli ekspertlərin təyini; inkişaf planının hazırlanması və elan edilməsi.

  2. Personal: layihələşdirmə qruplarının və uyğun tapşırıqların təyini; proektə təcrübəli rəhbərinin təyini; idarəetmənin düzgün yolunun müəyyən edilməsi və həyata keçirilməsi.

  3. Layihənin qəbulu: təşkilati iclasın keçirilməsi; problemə yanaşmanın müzakirəsi; xüsusi inkişaf planının hazırlanması; lazımi texniki alət və vasitələrin quraşdırılmasına hazırlıq.

  4. Sistemin prototipi: sistem prototipinin inkişafı və yoxlanılması (test olunması); yoxlanışın nəticəsi olaraq tədqiqat sahəsi haqqında əlavə informasiyanın toplanması.

  5. Dolğun (tam) sistemin inkişafı: prototipin BB-sinin genişlənməsi; istifadəçi interfeysinin quruluşunun qiymətləndirilməsi; istifadəçilərin öyrədilməsi və sənədləşmə vasitələrinin birləşdirilməsi.

  6. Sistemin verifikasiyası (yoxlanışı): ekspert və potensial istifadəçilərin yoxlanış prosesinə cəlb edilməsi; layihə ilə uyğun sistemin işləməsinin təminatı.

  7. Sistemin inteqrasiyası: planlaşdırıldığı kimi tam sistemin yerinə yetirilməsi; fəaliyyətdə olan sistemlə uyğunluq və qarşılıqlı əlaqənin təminatı.

  8. Sistemin dayağı: sistemə dayağın fasiləsizliyinin təminatı; yeni informasiyanın qəbulu zamanı BB-nin modernləşdirilməsi; sistemə görə cavabdehliyin saxlanılması.

  9. Sənədləşdirmə: sistemin tam sənədləşdirilməsinə hazırlıq; istifadəçi üçün idarə etmənin hazırlanması; istifadəçilərin konsultasiyalarının hazırlanması.

İntellektual sistemlərin yaradılması mərhələləri dəqiq və nizamlanmış deyil. Bu mərhələlərin bir neçəsi arasından müvəqqəti və məzmunlu hüdudlarını tətbiq etmək çətindir. Onlar hansısa səviyyədə intellektual sistemlərin layihələşdirilməsi prosesini təxmini təsvir edirlər.
Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin