Süni İntellektin inkişaf mərhələləri


Biliklər.Bilik anlayışı.Biliklərin təsviri



Yüklə 1,23 Mb.
səhifə6/27
tarix30.12.2021
ölçüsü1,23 Mb.
#49292
1   2   3   4   5   6   7   8   9   ...   27
suni intelekt

Biliklər.Bilik anlayışı.Biliklərin təsviri.

Biliklər bazasının (BB) layihələşdirilməsi. İstənilən intellektual sistemin əsasını, özəyini BB və sistemə qoyulmuş həllin çıxış mexanizmi təşkil edir. Ümumi şəkildə desək, bu komponentlər sistemin iki əsas intellektual xarakteristikasını təyin edir: istənilən bir şey haqqında biliklərin saxlanması bacarığı və bu biliklər üzrə əməliyyatların aparılması. Biliklərə əsaslanan qismən inkişaf etmiş sistemlərə öyrənə bilən, yeni bilikləri qavrayan, BB-ni genişləndirən, tədqiqat sahəsində dəyişən şərtlər və hadisələrdə biliklərin korrektə edilməsini təmin edən sistemlər aiddir. İntellektual sistemlərin layihələşdirilməsi zamanı daha çox vaxt və səy BB-nin yaradılmasına gedir. Belə ki, biliklərin yığılması, biliklərin təqdim olunma modelinin təşkili, onun quruluşunun verilməsi, BB-nin tam dolğunluğu ilə tamamlanması və onun daha sonra da aktual vəziyyətdə saxlanılmasını təmin etmək çox mürəkkəb məsələdir.

BB-nin layihələşdirilməsi və reallaşdırılmasına keçməzdən əvvəl sistemi işləyib hazırlayanların BB-nin və intellektual sistemlərin ümumilikdə hazırlanması prosesi ilə bilavasitə bağlı olan bir neçə sualı həll etməlidirlər. İntellektual sistemlərin (o şərtlə ki, intellektual sistemlərin bu sahədə hazırlanması özünü doğruldacaq) hazırlanmasının ilkin mərhələsində həll ediləcək tapşırıqların həlqəsini müəyyən etməyə cəhd edək:



  • Problem sahəsinin (obyektin, tapşırığın, məqsədin) tədqiqi, yəni “BB nəyi ifadə edir” və “nəyə görə ifadə edir”;

  • Tədqiq olunan problem sahəsi kontekstində “bilik” məfhumunun təyini;

  • Biliklərin mənbəyini aydınlaşdırmaq, onlarla fəal və ciddi cəhdlə işləmək;

  • Tapşırıqların həlli üçün biliklərin tipinin müəyyən edilməsi;

  • Biliklərin quruluşunun müəyyən edilməsi üsulu, yəni “bilikləri necə təqdim etməli”;

  • Biliklərin təqdimatı üsulunun seçilməsi;

  • BB-nin quruluşunun müəyyən edilməsi;

  • BB-nin quruluş hissələri arasındakı qarşılıqlı xarakterin müəyyən edilməsi;

  • BB-nin doldurulması prosesinə hazırlıq.





Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin