Surətin hesablanması


Hidrometrik fırlanğıc vasitəsilə sürətin ölçülməsi



Yüklə 294,34 Kb.
səhifə3/4
tarix28.12.2021
ölçüsü294,34 Kb.
#48169
1   2   3   4
sürət

Hidrometrik fırlanğıc vasitəsilə sürətin ölçülməsi
Suyun sürətini ölçən müasir cihazlar içərisində ən geniş yayılanı və istifadə ediləni hidrometrik fırlanğıcdır. Bu cihaz vasitəsilə məcranın tələb olunan dərinliyinə yerli sürəti ölçmək olar. Fırlanğıc ilə suyun sürətinin ölçülməsində əsas şərt, onun pərinin vahid vaxtdakı dövrlər sayı ilə suyun axma sürəti arasında əlaqə yaratmaqdan ibarətdir.

Fırlanğıc vasitəsilə sürətin ölçülməsi təşəbbüsü ilk dəfə XV əsrdə İtaliya alimi Leonardo da Vinçi tərəfindən irəli sürülmüşdür. Lakin o, bu cihazdan yalnız küləyin sürətini ölçmək üçün istifadə etməyi təklif etmişdir. Sonralar isə bu cihazla suyun sürətini də ölçməyin mümkün olduğu məlum olmuşdur.

Hidrometrik fırlanğıcların ixtirası haqqında müxtəlif mülahizələr vardır. Bəzi mülahizələrə görə bu cihazın ilk ixtirası Hamburq hidrotexniki Voltmana məxsusdur. O, 1790-cı ildə “Hidrometrik fırlanğıcların nəzəriyyəsi və tətbiqi” adlı kitab yazmışdır. Başqa mülahizələrə görə isə fırlanğıcın ilk ixtiraçısı məlum deyil, o nisbətən daha əvvəllər ixtira olunmuş və tətbiq edilmişdir.

Müasir fırlanğıcların növləri çox, onların konstruksiyaları isə müxtəlifdir. Bu fırlanğıclardan suya salınma, işləmə və s. göstəricilərinə görə bir-birindən fərqlənir. Bu baxımdan fırlanğıclar əsas aşağıdakı xüsusiyyətlərinə görə seçilir:

a) fırlanğıcın oxunun vəziyyətinə görə;

b) fırlanan pərin quruluşuna görə;

v) qapayıcı mexanizmin quruluşuna görə;

q) suyun salınma xüsusiyyətinə görə.

Fırlanğıclar oxunun vəziyyətinə görə üfüqi və şaquli oxlu olur. Üfüqi oxluya aid J-3(Ж-3), QR-21(ГР-21), QR-21M(ГР-21М), QR-55(ГР-55), QR-11(ГР-11М), şaquli oxluya isə Prays(Прайс), İBX(ИВХ) növlü fırlanğıcları göstərmək olar.
Fırlanğıc əsas aşağıdakı hissələrdən ibarətdir:

1) fırlanğıcın pəri;

2) pərə sərt bərkidilmiş ox;

3) fırlanğıcın gövdəsi;

4) qapayıcı mexanizm;

5) fırlanğıcın istiqamətləndirici quyruq hissəsi;

6) fırlanğıcı suya salmaq üçün istifadə olunan avadanlıq.
Fırlanğıcın pəri suyun axın sürəti təsirinə görə öz oxu ətrafında dövr etmək üçün düzəldilib. Pərlərin diametri 4-5 sm-dən 20 sm-dək dəyişir.

Fırlanğıcın oxu dairəvi en kəsikli olmaqla gövdədə yerləşən yastıqda fırlanır. Pərlə sərt birləşmiş oxun əsas vəzifəsi, pərin dövrlərini qapayıcı mexanizmə ötürməkdən ibarətdir.

Fırlanğıcın gövdəsi, onun oxunu və istiqamətləndiricisini özündə birləşdirən əsas hissədir. Gövdədə həmçinin qapayıcı mexanizm, fırlanğıcı dövrəyə qoşmaq üçün klemlər və onu ştanqa bərkitmək üçün avadanlıq yerləşir.

Qapayıcı mexanizm fırlanğıcın pərinin dövrələr sayını müəyyən etmək üçün düzəldilir. Dövrlər sayı, dövrəyə ardıcıl birləşdirilmiş işıq və ya zəng siqnallarının sayı əsasında təyin olunur. Bu isə fırlanğıcın gövdəsinə qoşulmuş elektrik dövrəsinin qapanması nəticəsində əldə edilir. dövrənin açılıb-qapanması nəticəsində əldə edilir. dövrənin açılıb-qapanması, onun gövdəsində yerləşən xüsusi kamerada baş verir.

Fırlanğıcın istiqamətləndirici hissəsinin əsas vəzifəsi fırlanan pəri axına əks istiqamətdə yönəltmək və ölçmə zamanı onu taraz vəziyyətdə saxlamaqdan ibarətdir. Istiqamətləndirici hissə, fırlanğıcın gövdəsinə bərkidilən şaquli, ya da bir-biri ilə birləşən şaquli və horizontal müstəvi hissələrdən ibarətdir.


Yüklə 294,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin