Surətin hesablanması


QR-21M (ГР-21М) fırlanğıcı



Yüklə 294,34 Kb.
səhifə4/4
tarix28.12.2021
ölçüsü294,34 Kb.
#48169
1   2   3   4
sürət

QR-21M (ГР-21М) fırlanğıcı. Bu fırlanğıc QR-21( ГР-21) fırlanğıcı ilə eynidir. Fərq yalnız onların ayrı-ayrı hissələrinin konstruktiv quruluşundadır. Fırlanğıcın işçi hissəsinə parabolik şəkilli alüminiumdan hazırlanmış pər, içərisində qapayıcı mexanizm yerləşən ox, sonsuz vintli oymaq və başqa köməkçi hissələr daxildir.

Qapayıcı mexanizm fırlanğıcın oxunun içərisində yerləşir. Bu mexanizm 20 dişdən ibarət sonsuzvintli çarxdan, elektrik dövrəsini qapamaq üçün çarxın oxuna bərkidilmiş qapayıcı ştiftdən, qapayıcı vintdən və cərəyan keçirən çubuqdan ibarətdir.



QR-21 (ГР-21М) fırlanğıcın sxemi.

1 – yastığı oxa bərkidən qayka; 2 – dayaq yastıqları; 3 – fırlanan pər; 4 – sıxıcı mufta; 5 – işçi hissəsinin oxu; 6 – dayandırıcı vint; 7 – ştapsel yuvası; 8 – izolə edilmiş klem; 9 – gövdə ilə birləşən klem; 10 – fırlanğıc; 11 – saxıcı vintlər; 12 – istiqamətləndiricini bərkitmək üçün vint; 13 – istiqamətləndirici; 14 – gövdə; 15 – xarici oymaq; 16 – daxili oymaq; 17 – sonsuzvintli çarx; 18 – qapayıcı ştift; 19 – qapayıcı yay; 20 – qapayıcı vint; 21 – cərəyan keçirən çubuq.

Suyun axımının təsiri altında fırlanğıcın əsas hissəsi olan işçi təkərin (pərinin) vahid zamanda fırlanması suyun axma sürətini təyin edir. Suyun axın sürəti nə qədər çox olarsa, pərin fırlanma sürəti bir o qədər çox olar. Sürəti ölçmək üçün pərin diametri ölçüləcək sahənin en kəsiyindən kiçik olmamalıdır. Suyun axma sürətini təyin etmək üçün əvvəlcə kanalda əlverişli yer seçib, sonra firlanğıcın ştanqı ilə kanalın en kəsiyinin profilini

( hər 10,20,30,40 və s. sm –dən bir) çıxarmaq lazılmdır.


A-ştanqın kanalın dibinə dayanıqlı vəziyyəti;

B-ştanqın asılı vəziyyəti:

Sonra firlanğıcın sərfdən (dərinlikdən) asılı olaraq ölçmə (ştanqın asılı və ya kanalın dibinə dayanıqlı ) vəziyyətini müəyyənləşdirib (şəkildəki kimi), sürətin ölçmə dərinliklərini (0,2h;0,6h;0,8h və s.) təyin edirlər, firlanğıcı işçi vəziyyətə gətirib, onun neçə dövrdən bir siqnal verdiyini müəyyən edib, sonra suyun sürətini hesablamaq lazımdır. Müşahidələrdən alınan nəticələrə əsasən vahid ( t ) zamanında firlanğıcın fırlanma dövrlər sayını ( n ) belə hesablayırlar:
n=N/t
N—pərin dövrlər sayının cəmidir.
Firlanğıcın dövrlər sayını tapdiqdan sonra,onun pasportunda verilmiş v= f(n) asılılığından və ya taririvka qiymətlərindən,n-in qiymətinə uyğun gələn suyun axma sürətini ( v ) tapırıq.Aşa\ıdakı şəkildə QR-21(ГР) tipli fırlağıcların asılılıq qrafikləri göstərilmışdir.

İndi misal üçün, ölçmə dərinliyi 1,15 m olan kanlın 3 №-li vertikalında sürəti təyin etmək lazımdır (məsələ böyük sürətli axına malik kanallar üçün götürülüb). Burada sürəti QR-21 fırlanğıcı ilə səthdə, 0,2h və dibdə sürəti təyin edən kəmiyyətlər hesablanaraq, aşağıdakı cədvələ yazılmışdır.




Vertikalın №-si



Ölçmə dərinliyi, m


Fırlanğıcın buraxılma

dərinliyi




Ştanqdan (sayğacin

göstərdiyi) götürülən qiymətlər



Dövrlər sayı




Müşahidə zamanı saniyə ölçənin

göstəricisi,san


Dövrlərin cəmi


Bir saniyədəki dövrlər sayı



Sürət, m/san


Orta sürət, m/san


1


2


3


4


5


6


7


8

3

1.15


Səth

--0,10

1,05

100

25

48

69

95

136

138

-

-

600

4,35

0,98








0,2h


0,92


100


22


45


69


93


118


144


-

-


600


4,17

0,94

0,88








Dib

0,95h

0,2

80

25

50

77

101













320

3,17

0,72







Ölçmə zamanı QR-21(ГР) tipli fırlağıcları hər 20 dövrdən sonra siqnal verdiyi üçün 5 siqnalın birlikdə dövrlər sayı 100 qəbul olunur. Axının sürəti kiçik olaras,hər siqnal ayrılıqda sayıla bilər. (yəni, 100 rəqəminin əvəzinə 20; 40 və s. götürülə bilər). Bu qiymətlər əldə edildikdən sonra n-in hər bir qiymətinə ( 4,35; 4,17; 3,17) uyğun asılılıq qrafikindən suyun axma sürətini tapıb, sonra orta sürət ( 0,88m/san ) hesablanır.
Yüklə 294,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin