GÖZLƏRİN ŞAQULİ HƏRƏKƏTLƏRİ İLƏ OXUMAĞI
NECƏ ÖYRƏNMƏLİ
Sürətli oxu metodikasının ünsürlərini açarkən biz yeni oxu texnikasına yiyələnmək yolunun, demək olar ki, tən yarısında idik. Biz oxu prosesinin özünün xüsusiyyətlərini getdikcə daha çox və daha dərindən öyrənirik.
Lakin məşğələlərə davam etməzdən əvvəl gəlin sürətli oxu texnikasının altı söhbətini mənimsədikdən sonra bu gün nəyə nail olduğumuzu yada salaq.
Birinci - siz sürətli oxu texnikasrnın birinci qaydasını - reressiyalarsız oxumaq qaydasını yaxşı mənimsəmisiniz. Istənilən mətnlərin oxunması zamanı gözlər yalnız irəli hərəkət edir.
İkinci - siz həmişə oxunun inteqral alqoritmi üzrə oxuyursunuz. Mətni oxuyub qurtardıqdan sonra alqoritmin yeddi blokunu görür və təsəvvür edirsiniz, onların doldurulmasını yoxlayırsınız.
Üçüncü - oxunu başa çatdırdıqda sizdə dominanta - mətnin əsas mənalı hissəsi formalaşır. Siz müəllifin əsas fikirlərini, ideyalarını yığcam və dəqiqliklə ifadə edə bilirsiniz.
Dördüncü - artikulyasiyasız oxuyursunuz. İnformasiya yalnız görmə yolu ilə, danışmadan emal olunur.
Beşinci - sizin geniş görüş dairəniz var. "Yaşıl nöqtənin müşahidə edilməsi" məşğələsində, demək olar ki, bütün səhifəni görürsünüz. Siz dar qəzet sütunlarını yalnız gözlərin şaquli hərəkəti ilə oxuyursunuz.
Sizin artıq yiyələndiyiniz sürətli oxu texnikasının sadalanmış üsulları metodikanın əsasını təşkil edir. Onlar sürətli oxunun yekun söhbətdə nəzərdən keçiriləcək yeddi qızıl qaydasının əsas tərkib hissələridir. Beləliklə, siz artıq çox şeyi bacarırsınız. Bəs sonra? Yəqin ki, artıq gözlərin şaquli hərəkəti ilə təkcə qəzet məqalələrini deyil, həm də kitabları oxumağa cəhd etmisiniz, lakin uğursuzluğa düçar olmusunuz. Hələ bunu etməmisinizsə, kitabın iki səhifəsini çevirərək gözləri şaquli vəziyyətdə saxlamağa çalışaraq oxumağa cəhd edin. Mətnin artıq sizə tanış olmasına baxmayaraq, əvvəlki kimi oxumaq alınmır. Bunun səbəbi nədir? Siz şaquli oxu üçün bütün imkanlara malik olsanız da, psixoloji olaraq siz buna hələ hazır deyilsiniz. "Həmlə metodu" adlandırdıgımız yeni məşğələ də elə bu işi yerinə yetirir.
Həmlə ətalətinizin öhdəsindən gəlməkdir, vərdişlərinizin kökündən məhv edilməsidir. Bizi mətnin gözlərin şaquli hərəkətləri ilə oxunmasının mümkünlüyünə SSRİ EA-nın psixologiya institutunun görmə qavrayışı laboratoriyasmda aparılmış təcrübələrin nəticələri inandırıb. Əvvəlcə sürətli oxuya öyrədilmiş insanların gözlərinin hərəkəti tədqiq edilib.
Təcrübəyə cəlb olunan adam kresloda oturaraq qarşısında 30 sm məsafədə şaquli olaraq qoyulmuş mətni oxuyub. Göz alınasının xarici səthinə bərkidilmiş Yarbus sorucu başlıqla oxuınağa vərdiş etmək üçün məşqlər aparılıb. İki-üç günlük məşqlərdən sonra sorucu başlıq artıq məşqə mane olmurdu.
Oxuya başlamazdan əvvəl təlimatlar verilib: yalnız sürətli oxu metoduna əsasən oxumaq. Mətnlər bir oxunuşdan sonra dəyişdirilib.
Gözlərin hərəkətlərinin eksperimental qeydlərinə baxaq. Şəkil 13-də "Pravda" qəzetindəki qeyd mətnini oxuyan və hu araşdırmadan əvvəl üç ay ərzində təlim keçmiş təcrübədən keçirilən filan şəxsin gözlərinin hərəkətlərinin qeydiyyatı verilib. O, beş abzaslıq məqaləni 20 saniyəyə oxuyaraq, dəqiqədə 4800 işarəlik oxu sürəti nümayiş etdirib.
Bu şəkildən göründüyü kimi, gözlərin təsbiti ilə nəzərin istiqaməti, əsasən, məhz açar sözlərdə və ya məna cərgələrinin olduğu məna sahəsində yerləşir. Qeydin son abzasının oxunması xüsusilə maraqlıdır: nəzərin trayektoriyası birinci abzasm ortasından keçir və açar sözlər də eynilə mərkəzdən sağ və solda eyni məsafədə öz yerlərini saxlayır. Abzasın son üçdə bir hissəsi isə gözlərin hərəkət trayektoriyasının soldan-sağa – mzna cərgələrinin ortasından asimmetrik keçirilməsi ilə xarakterizə olunur.
Şəkil 13. Dəqiqadə 4800 işarə sürəti ilə oxu zamanı gözlərin hərəkətinin
Şəkil 14. Dəqiqədə 3000 işarə sürəti ilə oxu zamanı gözlərin hərəkətinin
Şəkil 14-də eksperimental tədqiqata qədər bir il təlim keçmiş başqa bir şəxsin gözlərinin hərəkətinin qeydiyyatı verilib. Altı abzasdan ibarət olan mətn təcrübəyə cəlb olunan şəxs tərəfindən 25 saniyəyə oxunub. Açar sözlər sütunların arasından çəkilmiş şərti şaquli xəttə nəzərən bərabər məsafədə yerləşib. Burada da nəzərin hərəkətlərinin trayektoriyası açar sözlərin nizamlanmasına meyli və bir nüvə əsası kimi məna cərgələrinə cəzb olunmanı ifadə edir. Biz görürük ki, M. şaquli oxudan istifadə edir, lakin gözlərin çoxlu üfüqi hərəkətləri və əsassız reqressiyalar da var. Bu qeydi əvvəlki ilə müqayisə etsək, təlim keçmiş insanın ən yüksək uğurları barədə fikir yürütmək olar. Bu qeydlər artıq təlim prosesinin özünün mərhələlərində möhkəmləndirici əks əlaqə kimi istifadə edilir.
Verilmiş qeydlərdən görünür ki, nəzərin təsbiti məhz açar sözlərdə və məna cərgələrində yerləşir, daha doğrusu, mərkəzi görüş dairəsi həm müəllif, həm də oxucu üçün əhəmiyyətli olan müəyyən məna qruplarına yönəlib. Bu, mətndə məna əlaqələrinin başa düşülməsinə yönəlmiş metodika üzrə sürətli oxu təliminin nəticəsi olaraq baş verir. Təlim keçmiş oxucunun inkişaf etmiş, özü də artikulyasiyasız oxu ilə müşayiət edilən periferik görüş dairəsi elə məhz mərkəzi görüş dairəsini mətndə daha ağır məna mərkəzlərinə - "qızıl özəyə" aparıb çıxaran həmin kafi əks əlaqədir.
Hər növ eksperimentlərdə mətnin oxunması zamanı gözlərin hərəkətinin trayektoriyasını müəyyənləşdirən mərkəzi xətt çəksək, o, demək olar ki, yuxarıdan aşağıya doğru şaquli olaraq səhifənin mərkəzindən keçəcək.
"Həmlə metodu" məşğələsi gözlərin hərəkətinin bu texnikasını mənimsəməyə kömək edir. Lakin gözlərin şaquli hərəkəti məqsəd deyil. Məşğələnin əsas məqsədi mətnin qavranılması proqramının dəyişilməsindən ibarətdir ki, mü- əyyən zaman kəsiyində mümkün qədər çox mənalı informasiya daxil olsun. Beyinin seçicilik qabiliyyətini də daim xatırlamaq lazımdır. Müəyyən edilib ki, oxu prosesində görmə siniri ilə yalnız mətnin ən əsas mənası yığcam şəkildə ötürülür, ikinci dərəcəli olanlar isə "sonraya" saxlanılır, yaxud, ümumiyyətlə, götürülmür.
Görmə sistemi sadəcə beyinə hərflərin bölgüsünü və onların kitabın səhifələrinin ayrı-ayrı sahələrində konfiqurasiyası (düzülüşü) barədə məlumatları ötürmür, həm də hələ lap başdan, mətnin təsviri hələ torlu qişaya təzəlikcə düşəndə sözlərin düzülüşünün səciyyəvi ünsürlərini üzə çıxarır, bu zaman mətnin görülənlər barədə az informasiya verən hissələrinə reaksiya vermir. Psixoloqlar müəyyən ediblər ki, oxu zamanı sözlər onların anlayışlarla, müəyyən alqoritm sxemi, yaxud oxucunun özünün yaratdığı qarşılıqlı münasibətlərin, mənaların məcmusu ilə assosiativ əlaqələri sayəsində tanınır. İnsanlar daim müşahidə obrazlarının belə alqoritmik tanınması ilə məşğul olurlar. Görünür ki, bu, sözlərin sadəcə oxu zamanı beyinə verilən məlumatın mənasının ifadəli təqdimatını yaratmağa (generasiya etməyə) kömək edən "açar" söz rolu oynadığı bir prosesə əsaslanır.
Nəzərin səhifənin mərkəzi ilə yuxarıdan aşağıya doğru hərəkəti daha təsirli oxu strategiyasını təmin edir. Əgər sürətlə oxuyan insana kənardan baxsaq, elə təəssürat yaranır ki, sanki o, səhifəni çənəsi ilə yuxarıdan aşağıya doğru kəsir. Lakin bu prosesi uzun müddət müşahidə etsək, oxuyan şəxsin gözlərinin bəzən şaquli xətdən gah sağa, gah da sola çıxdığını hiss etmək olar. Bu cür oxunu belə izah etmək olar: Oxuyanın gözləri səhifənin mərkəzi ilə şaquli olaraq hərəkət edəndə mətnin qavranılması və onun artıq yaddaşda olan etalonlara müvafiq olaraq tanınması baş verir. Lakin birdən nəzər şaquli xətdən kənara çıxdı, gözlər isə sətirlərdə gəzərək əhəmiyyətli dərəcədə yeni informasiyanı hopdurdu. Gözlər beyinin qeyri-ixtiyari əmrlərini yerinə yetirir. Elə burada da bir anlıq müəyyən edilib ki, ehtiyat yaddaşında heç bir məlumat yoxdur. Oxunmuş məlumatlar maraqlıdır və daha dərindən dərk edilməlidir. Lakin bu edilən kimi yenidən şaquli oxuya qayıtmaq olar. Belə bir sual ortaya çıxır: Gözlər ümumi şaquli hərəkətdən tez-tezmi kənara çıxır?
Müşahidələr göstərir ki, adi insanda bu, çox nadir hallarda baş verir. Bunun səbəbi mətndəki söz artıqlığıdır. Mətnin yalnız məzmunlu hissəsini tapmaq və emal etmək sürətli oxunun əsas məqsədi budur. Gözlərin şaquli hərəkət vərdişi bu məsələnin həllinin ən effektiv yollarından biridir.
"Həmlə metodu" məşğələsinin əsasında stresli situasiyanın yaradılması dayanır. Kitabın bir səhifəsinin oxunmasına yalnız 15 saniyə vaxt ayrılır və bu müddət ərzində siz səhifəni nəzərdən keçirməli və sətirlərdə göz gəzdirməli deyil, həqiqətən də oxumalısınız.
Təsəvvür edin ki, labirintdəsiniz. Uzun müddət çıxışı axtarırsınız, gücünüz tükənmək üzrədir, sonuncu kibritiniz qalıb. Nəhayət, labirintdən çıxış qaydalarının yazıldığı nişana yaxınlaşırsınız. Kibritin yandığı 15 saniyə ərzində təlimatları oxumağı, başa düşməyi və yadda saxlamağı çatdırmalısınız. Həyatınız bundan asılıdır. Bütün qüvvənin, diqqətin bir yerə cəmlənməsi və səfərbər edilməsi lazımdır. Hazırlaşdınz və oxumağa başladınız.
Yuxarıda verilmiş situasiya elə məhz "Həmlə metodu" məşğələsidir, yalnız bir fərqlə ki, bu rejimdə bir səhifə deyil, hər biri 50-100 səhifə olan 10-12 kitab oxumaq lazımdır. Nəyi oxumalı? Vaxtı necə qeyd etməli? Oxuduqlarımızdan nəyi başa düşməli? Gəlin bu suallara birlikdə cavab tapaq.
"HƏMLƏ METODU" MƏŞĞƏLƏSİNİN YERİNƏ YETİRİLMƏSİ QAYDALARI
-
Hər biri 50-100 səhifə həcmində olan 10-12 elmi-ictimai xarakterli kitab hazırlamaq lazımdır. Kitabın formatınm bu kitabınkı kimi olması arzuolunandır.
-
İlk iki-üç kitabı əvvəlcədən hazırlamaq - qeydlər etmək lazımdır: sadə karandaşla hər sətrin mərkəzindən yuxrıdan aşağıya şaquli olaraq nazik xətlər çəkmək lazımdır.
-
Hər səhifənin oxunmasına 15 dəqiqədən artəq vaxt sərf etmədən kitabı oxumaq.
-
Hər səhifənin müddətini görüş dairəsində yerləşən saniyəölçənlə təsbit etmək. Müddət qeydlərini maqnitofona da yazmaq olar. Daha münasib olar ki, bütün kitabın oxunması üçün inteqral vaxt ayrılsın. Məsələn, 100 səhifəni 25 dəqiqəyə oxumaq.
-
Belə oxu zamanı əsas şey bütün mətn sahəsıni qavrayaraq, gözlərin səhifənin mərkəzindən sərt şaqııll hərəkətidir. Gözlərin təsbiti onların dayanması və qismən üfiqi hərəkətlər etməsi yolveriləndir, lakin yalnız ən çox informasiya sıxlığının olduğu yerlərdə.
-
Bu cür oxu zamanı oxuduqlarınızı tam başadüşmək və mənimsəmək hələ lazım deyil. Yadda saxlamaqlazımdır ki, "həmlə metodu" oxu üsulu deyil, sadəcə gözlərin səhifənin mərkəzi üzrə şaquli hərəkəti vərdişini formalaşdıran metodiki üsuldur.
-
Siz hər kitabı əvvəldən axəradək fasiləsiz oxuyursunuz. Oxu başa çatdıqdan sonra bu suallara yazılı olaraq cavab vermək lazımdır: kitabın adı, onun müəllifi, buraxılış məlumatı, kitabın nədən bəhs etməsi və hansı maraqlı hadisələr, faktlar, hallar yadınızda qalıb.
MƏŞĞƏLƏ: GÖZLƏRİN ŞAQULİ HƏRƏKƏTİ
- Hər gün 50-100 səhifə həcmində olan bir kitabı "həmlə metodu" ilə oxumaq və bu zaman gözlərin şaquli hərəkətini inkışaf etdirmək. Oxuduqlarınızı başa düşmək hələ lazım deyil.
- Hər gün 100-150 səhifə həcmində olan bir kitabı "həmlə metodu" ilə oxumaq və bu zaman yalnız gözlərin şaquli hərəkətindən istifadə etmək. Oxunanların əsas mənasınıı mınimsəməyə çalışmaq.
YEDDİNCİ MÜZAKİRƏ:
Oxu zamanı diqqət
DİQQƏT OXUNUN KATALİZATORUDUR
Oxu zamanı diqqətin rolu hədsiz dərəcədə böyükdür. Diqqət həm də insan fəaliyyətinin bir çox digər növlərinin də təsirliliyini əhəmiyyətli dərəcədə artırır. Diqqət iradənin əlamətlərindən biridir. Diqqətin cəmləşdirilməsi, yaxud təşkili səviyyəsi oxu sürətinin göstəricisidir.
K.D.Uşinskinin obrazlı ifadəsinə görə, "diqqət xarici aləmdən insan qəlbinə daxil olan hər şeyin keçdiyi qapıdır".
Beləliklə, diqqət insan həyatında böyük əhəmiyyətə malikdir. Məhz onun köməyilə digər psixoloji proseslər də tam olur. Diqqət olmayan yerdə insanın öz etdiklərinə şüurlu münasibəti də olmur.
Bəs diqqət nədir? Onu emosiyalar, təfəkkür və yaddaş kimi müstəqil psixi proses hesab etmək olmaz. Diqqət onlardan kənarda mövcud deyil. Biz diqqətlə qavraya, fikirləşə, yadda saxlaya bilərik, lakin qavrayışdan, təfəkkürdən, yaddaşdan asılı olmayaraq diqqətli olmaq qeyri-mümkündür.
Psixoloqlar müəyyən işi yerinə yetirərkən yaradıcılığın seçici istiqamətini diqqət adlandırırlar. Oxu diqqətin əhəmiyyətinin xüsusilə böyük olduğu fəaliyyət növüdür. Əslində, sürətli oxu metodunu nəzəriyyə kimi öyrənmək olar, lakin diqqəti cəmləşdirmək, təşkil etmək bacarığı olmadan bu metodu tətbiq etmək, çətin ki, mümkün olsun. Deməli, sürətli oxu təlimi fikri cəmləşdirməyi əqli vərdişlərin inkişafının mütləq ünsürü kimi özündə ehtiva etməlidir. Bunun üçün isə, ilk növbədə, davamlı diqqətin yaranmasına, onun saxlanmasına və itməsinə gətirib çıxaran səbəbləri bilmək lazımdır.
Fizioloji nöqteyi-nəzərdən, İ.P.Pavlovun təliminə görə, diqqət sinir proseslərinin induksiyası qanunu ilə izah edilə bilər. Bu qanuna əsasən baş beyinin qabəğının bir sahəsində meydana gələn oyanma prosesləri digər sahələrdə ləngiməyə səbəb olur (mənfi induksiya) və əksinə, qabığın bir hissəsində ləngimə onun digər hissələrində oyanmaya səbəb olur (müsbət induksiya). İnduksiya hadisəsi qabığın bu və ya digər şöbəsində oyanma və ya ləngimə üçün kifayət qədər qüvvətli ocaq yaranan kimi meydana çıxır.
Bununla da, düşünən insanın baş beyninin qabığında hər an oyanma üçün nisbətən əlverişli, münasib olan energetik şərtlərlə xarakterizə olunan müəyyən yüksək oyanma ocağı mövcud olur. İ.P.Pavlov deyirdi: "Əgər kellə qapağından o tərəfi görmək mümkün olsaydı, böyük yarımkürələrin yeri münasib oyanma ilə işıqlansaydı, düşünən şüurlu insanın beyninin böyük yarımkürələrində daim formasını və ölçüsünü dəyişən, qeyri-adi şəkildə mütənasib olmayan cizgilərə ınalik olan, yarımkürələr daxilində az və ya çox əhəmiyyətli olan kölgə ilə əhatə olunan açıq rəngli ləkə görə bilərdik".
Məhz eyni vaxtda qabığın müxtəlif sahələrini əhatə edə bilən bu "açıq rəngli ləkə" bizə xaricdən təsir edəcək şeylərin daha aydın dərk edilməsinə bənzəyir və bu yüksək oyanmaya, yəni diqqəti cəmləşdirmək effektinə səbəb olur.
Diqqətin fizioloji əsaslarının aydınlaşdırılmasında A.A.Uxtomskinin irəli sürdüyü dominanta prinsipinin də böyük əhəmiyyəti var. Bu prinsipə görə, beyində həmişə dominant, hakim oyanma ocağı mövcud olur. O sanki beyinə daxil olan bütün kənar oyanışları özünə cəlb edir, bunun sayəsində də onlar üzərində daha çox hakimlik edir. Bu cür ocağın yaranmasına əsas təkcə ilkin qıcıqlanma qüvvəsi deyil, həm də sinir sisteminin daxili vəziyyətidir. Psixoloji tərəfdən bu, bəzi qıcıqlanmalara diqqətdə və hazırda fəaliyyət göstərən digərlərindən uzaqlaşmaqda özünü göstərir. Anadangəlmə səbirli olan insanlar var. A.A.Uxtomski müəyyənləşdirib ki, əlverişli dominant oyanma ocağı nəinki zəifləmir hətta kənar qıcıqlandırıcıların səbəb olduğu oyanma ilə güclınir.
Oxu prosesi üzərində müşahidələr göstərir ki, əksər oxcular mətni başa düşmədikləri, yaxud yorulduqları zaman qeyri-ixtiyari olaraq diqqətlərini yayındırıcı predmetə, məsələn, divardan asılmış şəklə yönəldir, pəncərədən baxır və ya kənar zəif səslərə qulaq asırlar. Belə bir anlıq diqqət yayınması gərgin əqli işdə müəyyən boşalma yaradır. Yayındırıcı diqqət cəmləşdirilməsi diqqətin lazımi predmet üzırində sonrakı cəmləşdirilməsinə gətirib çıxarır. Lakin bu yalnız o hallarda olur ki, kənar qıcıqlandırıcılar (məsələn, güclü sıs-küy, ucadan danışıq, ildırım və şimşəkli tufan görüntüsü) diqqətin tam yaymmasına, yaxud süstlük və yuxuculluga (uzun müddət ərzində davam edən ritmik, yeknısıq zıif qıcıqlandırıcılar) səbəb olmur.
Diqqətin düzgün təşkili insanın psixi fəaliyyətı ücün böyük əhəmiyyətə malikdir. Onun təlim prosesində hansı rolu oynadığını, məsələn, bilavasitə məşğələlər zamanı müəllimin nitqinin konspektləşdirilməsi zamanı diqqətin tışkilinin müxtəlif üsullarına nəzər yetirməklə öyrənmək olar.
Diqqətin təşkilinin üç üsulu mövcuddur. Birinci üculda qavrayışı elə qurmaq olar ki, bütün diqqət konspekt tutulmasına yönələ bilər. Burada, əsasən, əməli yaddaş qüvvədədir və qeydlər, demək olar ki, diqtə altında edilir. Yoxlama zamanı aşkar edilir ki, şagird çox şeyi başa düşməyib.
Ikinci üsul: materialı elə mənimsəmək də olar ki, diqqətin 50%-i konspekt tutulmasına, 50%-i isə yeni materialın qeydlər aparılmadan mənimsənilməsinə ayrılsın. Bu olduqca geniş yayılmış formadır.
Uçüncü variant Moskvada aparılmış təcrübələrdən birində həyata keçirilib. Burada dərsə qulaq asılan zaman qeydlər aparılmır. Diqqətin 100%-i yalnız başa düşməyin üzırindı cəmləşdirilib. Burada material izah edildikdən sonra anlamanın birinci səviyyəsinə nail olunur, olduqca qeyri-müəyyən suallar ortaya çıxır, bundan sonra başa düşülməmış material təkrar edilir, bir də suallar ortaya çıxır və qeyd etmək meyli yaranır. Bir müddətdən sonra yenidən sual verilir və nəhayət, mənimsəmə. İşimizin nəticəsi - mənimsədiklərimizin “öz fikirlərimizin dilində” qeyd edilməsi.
Bu cür alqoritm sxemi daha məhsuldardır. Aydındır ki, dərs materialının müstəqil şəkildə mənimsənilməsi zamanı da ona riayət etmək məqsədəuyğundur.
DİQQƏTİN ÜÇ NÖVÜ
Diqqətin üc növü var: Qeyri-ixtiyari, ixtiyari və ixtiyaridən sonrakı diqqət.
Qeyri-ixtiyari diqqət onunla xarakterizə olunur ki, psixi fəaliyyətin istiqamətlənməsi və cəmləşməsi qeyri-ixtiyari xarakter daşıyır, yəni qarşıya diqqətli olmaq məqsədi qoyulmur. Təsir edən qıcıqlandırıcılar ümumi yeknəsəq "boz" fonda həddindən artıq seçiləndə, yaxud qıcıqlandırıcı predmet maraqlı və diqqətçəkən olanda qeyri-ixtiyari diqqət öz-özündən meydana çıxır. Məsələn, küçədə yüksək siqnal səsi, rəngarəng, reklam, maraqlı hekayə, yaxud kəskin süjetli kitab qeyri-ixtiyari diqqəti cəlb edir. Başqa bir misal: Açıq dənizdə fəminin yanında oynayan delfin dəstəsi peyda olur. Növbədə dayanan dənizçi delfinlərin suda atlayışlarının trayektoriyasına təfərrüatı ilə nəql edə bilər, hərçənd onları müşahidə etmək dənizçinin vəzifələrinə daxil deyildi. Qeyri-adi faktlar qeyri-ixtiyari olaraq onun diqqətini çəkmişdi.
İxtiyari diqqət motivlidir, qəbul edilmiş qərarlar və qarşıya qoyulmuş məqsədlərin təsiri altında obyektə istiqamətlənir niyyətimizin, iradəmizin məqsədyönlü cəhdinin nəticəsidir. İxtiyari diqqət qeyri-ixtiyaridən keyfiyyətcə fərqlənir, lakin ona hislərimiz, maraqlarımız və əvvəlki təcrübəmizlə sıx bağlı olmağa əngəl törətmir. Lakin əgər maraqlar qeyri-ixtiyari diqqət zamanı intuitiv-vasitəsizdirsə, ixtiyaridə onlar, əsasən, vasitəli xarakter daşıyır. Bu, məqsədə, ondan sonra gələn fəalı yətin nəticəsinə olan maraqdır. Fəaliyyət özü sizi cəzb etməyə, bilər, lakin onun icrası qarşıya qoyulmuş məsələnin həlli üçün mütləq olduğundan, o, çox vaxt əyləncəli olur.
İxtiyaridən sonrakı diqqət də məqsədyönlü xarakter daşıyır, lakin icra üçün daimi iradi cəhdlər tələb etmir. Məsələn, bəzən oxu zamanı diqqəti məzmunun üzərində çətinliklə saxlamaq olur: o, çətindir, maraqsızdır və hətta sizin üçün o qədər də vacib deyil. Lakin bir anlıq, özümüz də hiss etmədan cəhd göstərməyi dayandırırıq, gərginləşmədən oxuyuruq və oxu predmeti bizi əyləndirir. Diqqət ixtiyaridən ixtiyaridən sonrakı diqqətə keçir. Deyilənlərdən belə çıxır ki, adi oxu prosesi diqqətin daim tərəddüd etməsi ilə müşayiət olunur ki, bn da əhəmiyyətli dərəcədə oxunun tempini və keyfiyyətini müəyyənləşdirir. Mətni oxuyarkən qeyri-ixtiyari diqqət, əsasən, müəllifdən, onun ustalığından, ixtiyari diqqət isə oxucunun özündən asılı olur. Beləliklə, diqqət oxucunun psixoloji fəallığmı - onun məqsədyönlülüyünü və hazırlılıq səviyyəsini əvvəlcədən təyin edir. Bununla yanaşı, o, mətnin başa düşülməsinə və məzmunun mənimsənilməsinin dəqiqliyinə və dərinliyinə də güclü təsir göstərir. Oxu zamanı təkcə diqqəti yönəltmək deyil, onu uzun müddət saxlamaq da vacibdir.
Diqqətin cəmləşməsinin yüksək səviyyəsi onun mərkəzləşməsi adlanır. Diqqətin mərkəzləşməsindən sürətli oxunun müvəffəqiyyəti də asılıdır. Nisbi sakitlik və yayındırıcı amillərin olmaması ona imkan yaradır. Diqqətin məhsuldarlığı insanın ümumi vəziyyəti ilə, onun emosional əhvali-ruhiyyəsi ilə müəyyən olunur: əgər insan yorğundursa, yaxud nədənsə kefi pozulubsa, diqqətin yaxşı mərkəzləşdirilməsinə nail olmaq onun üçün çətin olacaq. Buna görə də yorulmamış halda, yaxşı əhval-ruhiyyədə olarkən oxumaq, bu, mümkün olmadıqda isə əvvəlcə bir qədər istirahət etmək tövsiyə olunur. Məşğuliyyətlərin ardıcıllığını müəyyənləşdirməyi bacarmaq lazımdır: oxu, istirahət, məktub və s. Nəhayət, diqqət oxunan kitabın, məqalənin, dərs materialının məzmunundan da asılıdır. Onlar oxucu üçün anlaşılmazdırsa diqqət aşağı düşür.
Diqqətin həddindən artıq asan mətndən qeyri-ixtiyari yayınması da arzuolunmazdır. Yadda saxlamaq lazımdır ki, istənilən mətn qavrayış obyekti kimi iki tərəfi ilə xarakterizə olunur: Məzmun və forma ilə. Bu tərəflərdən hər biri diqqət obyekti ola bilər. Psixoloqların apardıqları tədqiqatlar göstərib ki, diqqəti psixi fəaliyyətin ayrıca bir forması kimi nəzərdən keçirmək lazımdır. Buradan belə çıxır ki, diqqəti cəmləşdirməyi də, bütün digər fəaliyyətlər kimi, xüsusi olaraq öyrətmək lazımdır.
Oxu zamanı görmə diqqətinə xüsusi yer verilir. Onun əsasında, əsasən, aydın görmə zonası ilə üst-üstə düşən əməli görüş sahəsinin döyünən fenomeni dayanır. Əməli görüş sahəsinin səciyyəvi xüsusiyyəti onun sərhədlərinin həddindən artiq hərəkətliliyidir. O, çox vaxt hal-hazırda qavranılan obyektin ölçüsünü və konfiqurasiyasını götürür. Əməli görüş sahəsini mətnin olduğu səhifədə projektorun şüasının gəzməsi kimi bir situasiya şəklində təsəvvür etmək olar. Bu şüa nəinki gözlərin hərəkəti ilə eyni vaxtda səhifə üzrə hərəkət edir, həm də mətni işıqlandıran işıq ləkəsinin ölçülərini dəyişir.
Mətnin qavranılmasının işıq ləkəsinin ölçülərini böyütmək bacarığı, deyəsən, sürətlə oxumağı bacaran insanın görmə diqqətinin ən mühüm xüsusiyyətidir. Nəzərin hazırda yönəldiyi məzmunun fərqli aydınlığı, yaxud fərqli anlaşılma dərəcəsi isə görmə diqqətinin intensivliyi ilə ifadə olunur. Projektorla olan analogiyanı davam etdirsək, onda bu xüsusiyyəl projektorun ləkəsinin parlaqlıq dərəcəsi ilə eynidir. Oxu zamanı belə ləkə nəinki öz ölçülərini, cizgilərini dəyişərək mətnin olduğu səhifədə yer dəyişir, həm də gah güclənərək, gab zəifləyərək, bəzən də tamamilə sönərək öz parlaqlığını dəyişir. Bu zaman psixi korluq vəziyyəti yaxud görməyən nəzər halı meydana çıxır ki, bu zaman da diqqət sanki sönür.
Buradan belə çıxır ki, oxu zamanı xüsusi üsulların və iradi cəhdlərin köməyilə diqqəti ixtiyari olaraq idarə etməyi bacarmaq lazımdır. Bu, diqqətin - psixi fəaliyyətin mühüm parametrinin məşq etdirilməsində əsasdır. Diqqət, bir növ, oxu prosesinin katalizatorudur. Oxunun təsirliliyi oxucunun öz diqqətini idarə etməyi nə dərəcədə bacarmasından da çox asılıdır. O, oxunun sürətini müəyyən edir: həm çox sürətli, həm də ləng oxu adamı yorur, diqqətin aşağı düşməsinə gətirib çıxarır.
Oxu qeyri-ixtiyari diqqət şəraitində daha təsirlidir. Sürətli oxu metodunu mənimsəyərkən, ilk növbədə, ixtiyari diqqəti idarə etməyi, sonra isə davamlı ixtiyari diqqətdən ixtiyaridən sonrakı diqqəti formalaşdırmağı öyrənmək lazımdır.
DİQQƏTSİZLİYİN ƏSAS SƏBƏBLƏRİ
Əksər şagirdlər çox vaxt fikrin dağınıqlığından şikayətlənirlər: "Diqqət yetirmədim", "Fikrim yayındı və eşitmədim". Əksər insanlar öz diqqətsizliklərinə və fikir dağınıqlıqlarına kifayət qədər yumşaq yanaşır və buna ciddi əhəmiyyət vermirlər.
Lakin məktəbdə bu cür fikir dağınıqlığının “bədəli”nin nə olduğu sizə məlumdur. "Göz gəzdirdim" - və budur, ev tapşırığını yenidən oxumağa, yenidən vaxt sərf etməyə məcburam. Dərslikdə mühüm bir hissəni, yaxud dərsə gecikmisinizsə, müəllimin çətin bir teoremi izah etməsini buraxmısınızsa, bu, həyatı çox vaxt çətinləşdirir.
Fikir dağınıqlığını həqiqi və yalançı fikir dağınıqlığına ayırmaq olar. Onların əsasında diqqətin ayrı-ayrı xüsusiyyətlərinin qeyri-bərabər inkişafı dayanır. Məsələ bundadır ki, diqqətin müxtəlif xüsusiyyətləri - həcm, bölüşdürülmə, keçmə, davamlılıq əhəmiyyətli dərəcədə bir-birindən müstəqildirlər. Bir tərəfdən yaxşı olan diqqət başqa tərəfdən çox sayda çatişmazlıqlara malik ola bilər. Həqiqi fikir dağınıqlığını diqqətin böyük tərzdə dəyişilməsi və aşağı davamlılığı xarakterizə edir.
Yalançı fikir dağınıqlığını isə bəzən "professorsayağı" adlandırırlar. O, zahirdən ilkin görünüşə oxşaya bilər: insan dərhal qoyulmuş suala cavab vermir, onu "qulaq ardına vurur", insanlara, ətrafda baş verənlərə fikir vermir. Lakin onun daxili mexanizmləri birinci dəfədən tamamilə fərqlidir. Əgər həqiqi fikir dağınıqlığı güclü keçilmənin və zəif cəmləşmənin nəticəsidirsə, yalançı fikir dağınıqlığı, əksinə, öz fikirlərinin, hislərinin, həyəcanlarının üzərində həddindən artıq cəmləşməklə digər predmetlərə, fikirlərə, hislərə isə az diqqət etməklə bağlıdır. Fikir dağınıqlığının iki bir-birinə zidd növünün mövcudluğu sübut edir ki, insan davranışında zahirən bir-birinə bənzəyən halların arxasında tamamilə fərqli psixoloji amillər dayana bilər.
Bəzən diqqətin məhz hansı xüsusiyyəti sayəsində təhsildə uğur əldə edildiyini müəyyənləşdirmək çətin olur. Yoldaşınız haqqmda çox diqqətli insan olduğu deyilirsə, onun ayrıca bir xüsusiyyəti deyil, şəxsiyyətinin ümumi xarakteristikası nəzərdə tutulur.
Dostları ilə paylaş: |