YADDAŞIN PARAMETRLƏRİ
Yaddaşm növü. Yaddaşın, adətən, dörd növünü fərqləndirirlər: Görmə, eşitmə, motor (hərəki) və qarışıq.
Öz yaddaşımızın növünü necə təyin edə bilərik? Fərz edək ki, siz öz ixtisasınıza aid olan kitabla işləyərkən sakitcə, ürəyinizdə oxuyan zaman daha yaxşı yadda saxladığmızı hiss edirsiniz. Indicə oxuduqlarınızdan hansısa fikri, formulu, yaxud rəqəmi yadda saxlamağa çalışarkən siz bu formulun kitabın səhifəsinin hansı yerində və hansı şriftlə çap edildiyini əvvəlcədən təsəvvür etməlisiniz. Bir dəfə tanış olmayan otaqda olarkən siz dərhal orada olan əşyaları və onların yerləşməsini yadda saxlayırsınız və sonra da gözlərinizi bağladıqda bu və ya digər yeri aydın təsəvvür edirsinizsə, ehtimal etmək olar ki, sizdə ən çox görmə yaddaşı inkişaf edib. Görmə yaddaş tipinə malik olan insanlara parlaq nümunə kimi şahmatçıları göstərmək olar. Onlar lövhəyə baxmadan eyni anda bir neçə rəqiblə şahmat oynaya bilirlər.
Görmə yaddaşına malik olan insan baxışının tutduğu hər şeyi (kitabdakı illüstrasiyaları, çertyojları, sxemləri, diaqramları, formulları, şəkilləri və s.) və özünün oxuduğu və xüsusilə rəngli karandaşla altından xətt çəkdiyi şeyləri yaxşı yadda saxlayır.
Siz qulaq asdıqlarmızı (mühazirə, məruzə, izahat), eləcə də ucadan oxuyarkən oxuduğunuzu yaxşı yadda saxlayırsınızsa, deməli, sizdə eşitmə yaddaşı inkişaf edib.
Əgər yaddaşınız siz bu və ya digər hərəkətləri edərkən və ya yazarkən, şəkil çəkərkən, oxuyarkən materialı daha yaxşı mənimsəyirsə, sizdə yaddaşın hərəki növüdür. Yaddaşın bu növü olduqca geniş yayılıb.
Əksər insanlarda qarışıq yaddaş inkişaf edib, daha doğrusu, onlarda bu və ya digər dərəcədə bütün yaddaş növlərinin ünsürləri var. Bu halda az-çox bütün üsullardan: ürəkdə oxudan, yazıdan, dinləmədən, özünə nəqldən bərabər şəkildə istifadə etmək faydalıdır.
Qavrayış psixologiyasının məlumatlarına əsasən istənilən yaddaş növünə malik olan insan materialı yaddasaxlamanın üç əsas üsulundan (həm görmə, həm eşitmə, həm də hərəki) istifadə etdikdə yaddasaxlamanın yalnız bir, dominant üsulundan (məsələn, görmə) istifadə etdiyindən daha yaxşı mənimsəyir.
Yaddaşın həcmi. Beyinin informasiya həcminin potensial imkanları, həqiqətən də, sərhədsizdir. Alimlərin qiymətləndirmələrinə görə, beyinin ümumi informasiya həcmi 2,8X1020 bit informasiya təşkil edir. Məlum olduğu kimi, bit - hesablama texnikasında istifadə edilən ikili informasiya vahididir. Aydındır ki, belə imkanların olduğu şəraitdə oxu sürətinin 2-3 dəfə artırılması, daha doğrusu, mətndəki informasiyanın qəbul və emal edilməsinə dair əməli qabiliyyətin müvafiq olaraq yüksəldilməsi beyinin informasiya ilə yüklənməsinə gətirib çıxarmır, çünki burada ehtiyatlar var.
Informasiyanın kəmiyyəti - birinci dəfədən göstərilmə ilə insanın yaddaş sistemində təsbit edilir. İnsanın xarici aləmin predmetlərini birinci dəfədən qavrama qabiliyyətinin qiymətləndirilməsi üçün təcrübi kəmiyyət testini ilk dəfə XIX əsrin şotland filosofu Uilyam Hamilton təklif edib. O yazırdı: "Stolun üstünə bir topa diyircək töksəniz, aşkar edərsiniz ki, baxışlarınızla dərhal onların altısından çoxunu, maksimum yeddisini səhvsiz tutmaq çox çətindir". 1871-ci ildə ingilis iqtisadçısı və məntiqçisi Uilyam Stenli Cebons bildirib ki, o, paxlaları yeşiyə atarkən paxlalar üç, yaxud dörd dənə olanda heç vaxt onların sayında səhv etmirdi, onların sayı beş olanda nadir hallarda səhv edirdi, onların sayı on olanda həmin halların yarısında sayı düz təyin edirdi və onların sayı on beşə çatanda həmişə səhv edirdi. Sonralar isə psixofiziklər təkmilləşdirilmiş aparatların və Hamiltonun ehtimallarını təsdiqləyən həssas idarə üsullarının köməyilə onun eksperimentini dəfələrlə təkrarlayıblar; insan eyni anda saymadan yeddiyədək predmeti baxışı ilə səhvsiz qavramağa qadirdir. Bu rəqəm artırıldıqda səhvlərin sayı mütəmadi hal alır.
Bununla da, XIX əsrin sonlarına kimi insan qavrayışının həcminin məhdud qabiliyyətlərinə dair intuitiv ehtimallar yaranıb. Amerika psixoloqu C.Miller özünün "Sehrli yeddi üstə-gəl, yaxud çıx iki rəqəmi. İnformasiyanı emal etmək qabiliyyətimizin bəzi hüdudları haqqında" (1945) adlı məqaləsində bu hadisəni elmi cəhətdən əsaslandırıb. Məqalə belə başlayır:
"Məni hər yerdə bir işarə təqib edir. Yeddi ildir ki, bu rəqəm sanki məni qarabaqara izləyir, mən onunla mütləq şəxsi işlərimdə qarşılaşıram, o ən geniş yayılmış jurnallarımızın səhifələrində mənim qarşıma çıxır. Bu rəqəm çoxsaylı şəkil alır, bəzən həmişəkindən bir az çox, bəzən azdır, lakin_heç vaxt o dərəcədə dəyişmir ki, onu tanımaq olmasın. Bu rəqəmin məni belə inadkarcasına təqib etməsi adi təsadüfdən artıq bir şey kimi izah edilir. Burada hansısa məqsəd hiss edilir, bütün bunlar hansısa müəyyən bir qanunauyğunluğa tabedir".
Psixofiziki tədqiqatların məntiqi yeddi rəqəminin "sehrinin" materialistcəsinə izahına gətirib çıxarıb. Əbəs yerə bu rəqəmə atalar sözlərində və zərb-məsəllərdə tez-tez rast gəlinmir: Biri adamla, yeddisi qaşıqla; Yeddi dəfə ölç, bir dəfə kəs və s. Ona rus xalq nağıllarında və dünya xalqlarının nağıllarında da rast gəlmək olur. "Turp" nağılında yeddi personaj var: turp, nənə, baba, nəvə, it, pişik, siçan.
100 rus nağılını tədqiq edən Sovet alimi V.Y.Proppun araşdırmaları göstərib ki, öz süjetinə görə fərqlənsə də, iştirakçıların kəmiyyət və keyfiyyət tərkibinə görə, onların hamısı eynicinslidir: onların sayı həmişə yeddidən çox olmur: ziyanverici, bəxşiş verən, köməkçi, şahzadə (və ya onun atası), zəhərləyən, qəhrəman, yalançı qəhrəman. Görünür, folklor incəsənəti də insan qavrayışının ümumi qanunauyğuluqlarına tabe olub.
Dil və təfəkkürün inkişaf qanunauyğunluqlarını araşdıran tədqiqatçılar qeyd edirlər ki, dünyanın bütün dilləri ətraf aləmin strukturunun müxtəlifliyinə deyil, beyinin mexanizmlərinin konkret imkanlarına əsaslanaraq lüğət həcminin optimallaşdırılması tendensiyasına malikdir. C.Miller yazır: Görünür, orqanizmimiz informasiyanı qavramaq imkanlarını məhdudlaşdıran və öz növbəsində, ya təlim prosesi ilə, ya da sinir sistemimizin qurulmasının özü ilə şərtlənən hansısa sərhədə malikdir".
C. Miller sonrakı təcrübələrində müəyyən edib ki, qavrayış zamanı məhz informasiyanın bəsit bloklarının tərkibi deyil, onların sayı əhəmiyyətə malikdir. Başqa sözlə desək, əməli qavrayışın həcmi öz məğzinə görə məcmu informasiyanın kəmiyyətindən deyil, işarələr bloku qruplaşmalarından, yaxud informasiya "parçalarından" asılıdır. Bu rəqəm də daim 7±2-yə bərabərdir. Bu qayda sürətli oxu üçün də böyük əhəmiyyət kəsb edir. Əslində, birnəfəsə qavranılan informasiya "parçalarının" sayı struktur olaraq daimidirsə, o zaman oxunun effektivliyini artırmaq üçün onların məzmununu daha həcmli etmək lazımdır.
İnformasiyanı rəqəmlərlə, sözlərlə, cümlələrlə və hətta mətn və ideyalarla kodlaşdırmaq olar.
Aydındır ki, daha böyük informasiya kütləsi ən həcmli və qənaətcil olan ideyalar vasitəsilə ötürülür.
Nəticə etibarilə, oxu zamanı mətnin qavranılmasının və yadda saxlanxlmasının effektivliyini artxrmaq üçün oxunan informasiyanı iri informativ-məna bloklarında (söz birləşmələri, cümlələr) birləşdirmək lazımdır. Deməli, sürəti artıraraq oxumaq həm də bu prosesin düzgün təşkili zamanı onun mənimsənilməsinin yüksək keyfiyyətini təmin edir.
İzah etdiklərimiz sürətli oxu təlimi üçün metodiki üsullar təklif etməyə imkan verir. Onların məğzi, Millerin yuxarıda adı çəkilmiş qanunauyğunluğu da nəzərə alınmaqla, əsas mətnin kodlaşdırılmasının rasional üsullarının işlənib hazırlanmasıdır. Burada xatırlamaq lazımdır ki, artıq sürətli oxu metodikasının ilk məşğələlərindən biri bu məsələni həll etməyə imkan verir. Əslində, oxu alqoritminin yeddi bloku nəzərdən keçirdiyimiz 7±2 qanunauyğunluğuna əsaslanan, oxunan informasiyanın möhkəmləndirilməsinin etibarlı vasitəsindən başqa bir şey deyil.
İndi isə bilavasitə yaddasaxlamanın - bizim üçün yeni və əhəmiyyətli olan biliklərin möhkəmlənməsi və daha əvvəl əldə etdiklərimizlə əlaqələndirilməsi ilə nəticələnən yaddaş prosesinin xarakteristikasına keçək. Yaddasaxlama fəal müşahidə prosesidir ki, bu proses zamanı yeni və köhnənin müqayisəsi yolu ilə yaddaşda "yatan" biliklərə əlavələr edilir. Yaddasaxlama həmişə seçicidir: yaddaşda oxuduqlarımızın heç də hamısı qalmır.
Yaddasaxlama ixtiyari və qeyri-ixtiyari, mexaniki və mənalı ola bilər. Yaddasaxlamanın bu növlərini ətraflı nəzərdən keçirək, çünki bu, oxu prosesi üçün böyük əhəmiyyətə malikdir.
Ixtiyari yaddasaxlama psixi fəaliyyətin xüsusi bir növüdür ki, bunun məqsədi də elə xüsusi vasitə və üsulların köməyilə həyata keçirilən yaddasaxlamanın özüdür. Həmin üsullar bunlardır: yaddasaxlama mexanizmi, oxunulanın təkrarlanması, plan tərtib edilməsi, müşahidə obrazının generasiyası və s.
Qeyri-ixtiyari yaddasaxlama elə bir fəaliyyət növüdür ki, bu zaman fəal qavrama və əməli hərəkətlər təmin edilir. Lakin yaddasaxlamanın özü burada məqsəd deyil. Belə hallarda yadda qalan hər şey barəsində belə deyirlər: "Öz-özünə yadımda qalıb".
Araşdırmalar göstərir ki, qeyri-ixtiyari yaddasaxlamanın iki növü var. Özlüyündə nə isə qeyri-adi olan, güclü həyəcana səbəb olan şeylər qeyri-ixtiyari olaraq yadda qalır. Lakin oxu prosesi üçün qeyri-ixtiyari yaddasaxlamanın ikinci növü daha maraqlıdır. Psixoloqların eksperimentləri göstərib ki, biz təkcə yadda saxlamaq istəyərkən deyil, həm də bu cür niyyətimiz olmayanda, lakin görülən iş fəal, emosional cəhətdən yüksək, yaradıcı xarakter daşıyanda tam, əlaqəli və möhkəm şəkildə yadda saxlayırıq. Oxu üçün bu o deməkdir ki, məsələn, əgər mütəxəssis mühüm bir elmi-texniki problemin öyrənilməsi ilə məşğuldur və onun həlli yolunu tapmaq üçün ədəbiyyat oxuyursa, o, tapdığı materialı yadda saxlamaya bilər. Lazım olan şeylər özü yadda qalır.
Beləliklə, qeyri-ixtiyari yaddasaxlama fəal və tutumlu fəaliyyət üsullarının köməyilə baş verdikdə o, ixtiyaridən daha məhsuldar olur. Sürətli oxu şəraitində əsas təfəkkür prosesləri məhdud xarakter daşıdıqda qeyri-ixtiyari yaddasaxlamanın rolu xüsusilə böyükdür və ondan ibarətdir ki, mətnin emalının əvvəlində çox vaxt yalnız qeyri-ixtiyari yaddasaxlamanın köməyilə nəticədə bütün mətni şüurlu və məhsuldar şəkildə yadda saxlamaq olur. Belə hallarda o nəinki arzuolunandır, hətta mütləqdir, çünki ixtiyari yaddasaxlamaya vaxtından əvvəl müraciət materialın başa düşülməsinə və yadda saxlanılmasına mənfi təsir göstərir.
Buradan belə nəticə çıxır ki, sürətli oxu təlimi zamanı əsas diqqət qeyri-ixtiyari yaddasaxlamanın işə düşdüyü emosional cəhətdən əlverişli şəraitin yaradılmasına yönəldilməlidir.
Mexaniki yaddasaxlama onun ünsürləri arasında əlaqənin fərqinə varmadan, məsələn, çoxsaylı təkrar yolu ilə baş verir. Onun məhsuldarlığı yüksək deyil.
Mənalı yaddasaxlama informasiyanın süzgəcdən keçirilməsi nəticəsində onun kəmiyyətinin ixtisarına əsaslanır. Mənalı yaddasaxlama daha qənaətcil, həcmli, məhsuldardır. Professor N.A.Rıbnikovun məlumatına görə, mənalı yaddasaxlamanın məhsuldarlığı mexanikidən 20 dəfə yüksəkdir.
İzah etdiklərimiz anlama və yaddasaxlama proseslərini əhəmiyyətli dərəcədə təyin etməyə imkan verir. Hesab etmək olar ki, oxu prosesində başa düşülmüş material yaddaş tərəfindən daha effektiv şəkildə mənimsəniləcək. Bununla yanaşı, bu, əlverişli kodlaşdırmanın oxu prosesində aparıcı rol oynadığını sübut edir. Başa düşülmüş mətnlərin nəql edilməsi zamanı sözlər və qrammatik cümlə quruluşları (xüsusilə də, mürəkkəb) daha asan və ənənəviləri ilə əvəzlənir, lakin məna saxlanılır. Mətni oxuyarkən söz və cümlələrdən daha çox onların sadəcə ifadə etdiyi məna yadda qalır.
Buradan dördüncü nəticə çıxır: oxu zamanı yaddä saxlanılan materialın məzmununun öz fikirlərimizin dilinə, daha doğrusu, həyat təcrübəsi nəticəsində daha əvvəl mənimsənilmiş materialın dilinə tərcüməsi yaddasaxlamanı yaxşılaşdırır.
Bəs informasiyanın insan beynində saxlanmasını hansı proseslər müşayiət edir? Məlum olub ki, qavranılan material sadəcə beyində yatmır, o həm də daim öz şəklini dəyişməyə davam edir. İnformasiyanın saxlanması həm də onun qismən itirilməsi ilə də bağlıdır.
Unutma olduqca mürəkkəb və qeyri-bərabər prosesdir. 1885-ci ildə alman psixoloqu Q.Ebbinhauz öz təcrübələri əsasında unutma əyrisinin çertyojunu çəkmişdi. Bu çertyoja əsasən yeni materialın yadda saxlanılmasından sonrakı ilk saatlarda əyri sürətlə aşağı düşür. Məlum olub ki, mənimsənilən informasiyanın həcmi ilk 10 saat ərzində 100%-dən 35%-dək kəskin şəkildə aşağı düşür. Bununla da, əhəmiyyətli materialı onu oxuduqdan dərhal sonra təkrarlamaq daha faydalıdır. Bununla bağlı K.D. Uşinski yazırdı ki, "bina artıq xarabalığa çevriləndə onu təmir etmək deyil, o hələ yıxılmazdan əvvəl onu möhkəmləndirmək lazımdır".
Bəs oxu başa çatdıqdan dərhal sonra yaddaşın təsirinin kəskin şəkildə aşağı düşməsinin qarşısını necə almalı? Oxunulanın yaddaşda daha yaxşı saxlanması üçün öyrənilmiş materialı oxudan dərhal sonra təkrar etmək lazımdır. Bu zaman məzmunu inteqral alqoritmin bloklarına müvafiq olaraq nəql edərkən oxunulan şərh edilməli və öz fikirlərimizin dilinə tərcümə edilməlidir.
Beləliklə, yaddaşın mexanizminin əsas xüsusiyyətlərini açdıq. Belə bir sual ortaya çıxır: Təbii yaddaşı necə inkişaf etdirmək və yaxşılaşdırmaq olar?
Yaddaş haqqında kitablarda verilən məsləhətlər və yaddaşın tərbiyə edilməsinə dair əməli məşğələlər, sözsüz ki, faydalıdır, lakin dörd mütləq şərt əsasında: daim bunda maraqlı olmaq; məşqlərin uğurlu olacağına inam; yaddaşın yaxşılaşdırılmasının vacibliyinə əminlik; müstəqil işləmək bacarığı və yaddaşın ən yaxşı xüsusiyyətlərindən yaradıcı şəkildə istifadə etmək.
MƏŞGƏLƏ: OXU ZAMANI YADDAŞIN
MƏŞQ ETDİRİLMƏSİ
-
Təhlil aparmaq və səhifə 121-də verilmiş tövsiyələrə müvafiq olaraq, öz yaddaş tipinizi müəyyənləşdirmək.
-
Cədvəl 8-ə müvafiq olaraq, "Bir neçə günlük yadda saxlamaq" rejimi üçün oxunulanların təkrar edilməsinin məşqini aparmaq. Bu zaman nəzərə almalısınız ki, təkrar dedikdə biz oxunulanın öz sözlərimizlə, əsas mətnə mümkün qədər yaxın olan şəkildə ifadə edilməsini nəzərdə tuturuq. Oxunulana müraciət yalnız lazım olanları 2-3 dəqiqə yaddaş gərginliyi nəticəsində yada salmağın qeyri-mümkün olduğu halda yolveriləndir. Misal göstərilmiş məşğələlərdə biz F.Lezerin "Yaddaşın məşq etdirilməsi" kitabından götürülmüş tövsiyələr veririk. Onlar oxunulanların iki rejim üçün təkrar edilməsi qaydalarına aiddir: bir neçə günlüyə yadda saxlamaq və uzun müddət yadda saxlamaq.
Birinci rejim imtahanlara hazırlıq dövründə şagird və tələbələr üçün xarakterikdir. Müşahidələr göstərir ki, heç də bütün şagirdlər imtahanlara hazırlaşmaq üçün ayrılan vaxtdan səmərəli istifadə etmirlər. Məsələn, hazırlığa ayrılmış üç gündən götürülmüş bu situasiya səciyyəvidir: iki gün yarımı istirahət edirsiniz, yerdə qalan yarısını və gecə isə imtahana hazırlaşırsınız. Bu cür işin məhsuldarlığı, çətin ki, yüksək olsun. Cədvəl 8-də təklif olunan təkrarlama üçün rejim dəfələrlə sınaqdan keçirilib və yaxşı nəticələr verib. Burada iki vəziyyətə diqqət çəkmək istərdik. Birincisi, artıq öyrənilmiş və əvvəllər mənimsənilmişlərin təkrarı nəzərdə tutulur. Bu cür rejimdə prinsipial olaraq yeni, şagirdin şüurunda sistemləşməyən bir material öyrənilirsə, müsbət nəticə gözləmək çətindir.
Cədvəl 8
İmtahandan əvvəl dərs materialının təkrarlanması rejimi
Təkrarlar
|
Zaman
|
Birinci
İkinci
Üçüncü
Dördüncü
|
Oxu qurtardıqdan dərhal sonra Əvvəlki təkrar bitdikdən 20 dəq. sonra 8 saatdan sonra
Bir sutkadan sonra (yatmazdan əvvəl daha yaxşı olardı)
|
İkincisi, təkrarlama prosesini ciddi şəkildə yuxarxda verilmiş təyinatlara müvafiq olaraq icra etmək lazımdır. Necə məşğul olmalı? Fərz edək ki, tarixdən imtahana hazırlaşırsınız. Hazırlaşmağa 4 gün ayrılıb. Dərsliyi, dərs vəsaitlərini, imtahanda düşəcək sualları hazırladınız. Dərsliyi oxumağa başlayın. Necə oxumalı? Artıq qeyd etmişik ki, predmeti ilk dəfə öyrənərkən dərslikləri sürətlə oxumaq olmaz. Lakin bizim eksperimental qrupumuzda bir dəfə "sözə qulaq asmayan" şagirdlər var idi ki, hamısı dərslikləri sürətlə oxuduqlarını dedilər. Aparılmış yoxlama göstərdi ki, bu heç də belə deyil. Onlar, həqiqətən də, sürətlə oxuyurdular, lakin əsas dərsliyi deyil, əlavə ədəbiyyatı və dərs vəsaitlərini. Nəticədə şagirdin, adətən, bir dərsliklə məhdudlaşdığı yerlərdə bizim uşaqlar daha bir neçə kitab da oxuyurdular və buna ümumilikdə əsas dərsliyin oxunmasına sərf edilən müddətdən çox olmayan qədər vaxt sərf edirdilər. Lakin nəticə tamamilə gözlənilməz oldu. Əsas dərslikdəki əksər aydın olmayan və anlaşılmaz təriflər əlavə oxu zamanı aydınlıq və anlaşıqlılıq əldə edirdi. Lakin ən əsası, bu ən çox yaddasaxlamaya təsir göstərdi. Ehtimal edirik ki, bu cür oxu rejimində əvvəl haqqında yazdığımız qeyri-ixtiyari yaddasaxlama effekti yaranır: lazım olan şeylər öz-özünə, heç bir cəhd göstərilmədən yadda qalır. Bir daha diqqətinizə çatdırmaq istərdik ki, bu, sürətli oxu rejiminin həyata keçirilməsinin nəticəsidir.
Siz əsas dərsliyi oxudunuz. Sürətli oxu metodu ilə əlavə ədəbiyyatı da oxudunuz. Buna bir gün sərf etdiniz. İkinci günün səhəri isə dərsliyin sonuncu bölmələrini oxuyaraq dərhal təkrara keçirsiniz.
Təkrarlama, demək olar ki, yoxlama imtahan biletlərində olan suallara cavabdır. Əsas mətnə yalnız o halda müraciət edirsiniz ki, yaddaşınızı 2-3 dəqiqə ərzində gərərək lazım olanı xatırlaya bilmirsiniz.
Birinci təkrarı qurtardıqdan sonra 20 dəq. istirahət edin və dərhal əvvəlki ilə analoji olaraq yeni təkrara başlayın. İkinci gün axşama qədər növbəti təkrarı bitirdiniz. İstirahət edin. Fiziki məşğələlər edin. Yatmazdan əvvəl gəzintiyə çıxın. Üçüncü gün səhər növbəti, üçüncü təkrara başlayın. Siz onu saat 15-də başa çatdırdınız. Növbəti gün saat 15-ə kimi istirahət edin. Dördüncü gün saat 15-də sonuncu təkrara başlayın. Onu məqsədyönlü şəkildə saat 22-dək başa çatdırın və dərhal yatmağa uzanın. Növbəti səhər imtahandır. Sizi müvəffəqiyyət gözləyir. Buna heç bir şübhə yoxdur. Siz nəinki əsas dərsliyi, həm də əlavə ədəbiyyat oxumusunuz. Adlar, faktlar, soyadlar alqoritminizin bloklarında aydın şəkildə yerləşir. Siz hər tarixi dövrün xüsusiyyətlərini yaxş. təsəvvür edirsiniz. Müəyyən dövrün məzmununu qısa şəkildə, dominanta formasında nəql edə bilərsiniz. Öyrəndiyiniz fənnə münasibətiniz hadisələrin, halların və faktların fəal, tənqidi təhlili ilə fərqlənir.
Nəzərdən keçirilmiş imtahana hazırlıq metodikası başqa fənlərdə də: riyaziyyatda, fizikada və s. yaxşı nəticələr verir.
- Cədvəl 9-a uyğun şəkildə oxunulanın "Uzun müddəl yadda saxlamaq" rejimi üçün təkrarlanmasının məşqini aparmaq. Yadda saxlanılan materialın həcmi 30 min işarədən artıq deyil. Təkrarın növünün müəyyənləşdirilməsi əvvəlki məşğələdə olduğu kimidir.
Dərsin yekununda sürətli oxu texnikasının bütün üsullarından istifadə edərək yoxlama mətni №8 oxuyun.
Faktoqrafik informasiyanжт təsbitinə və yadda saxlanılmasına xüsusi diqqət yetirin. Oxu sürətinin ölçülməsinin nəticələrini hesablayın və yazm.
Cədvəl 9
"Uzun müddət yadda saxlamaq" rejinıi üçün təkrarlama metodikası
Həftənin günləri
|
1
|
2
|
3
|
4
|
5
|
6
|
7
|
Birinci təkrar oxu başa catdıqdan dərhal sonar. İkincisi – ilk təkrardan 20 dəq. sonra
|
Yalnız əvvəlkindən 24 saat sonar təkrarlamaq
|
İstirahət
|
Təkrar
|
İstirahət
|
İstirahət
|
Təkrar
|
DOQQUZUNCU MÜZAKİRƏ:
Nə oxumalı?
Necə oxumalı?
QƏZETLƏRİ NECƏ OXUMALI
Qəzetlər müasir dünyada mühüm yer tutur. Fikrimizcə, hər bir şagird gündə iki-üç qəzet oxumalıdır. "Bu qədər vaxtı haradan tapaq", - deyəcəksiniz. Əlbəttə, hər qəzeti bir saata, bir saat yarıma oxusanız, vaxt çatmayacaq. Qəzetləri sürətlə və hətta çox sürətlə oxumağı bacarmaq lazımdır.
Psixolinqvistika sahəsində məşhur olan Sovet tədqiqatçısı İ.N.Qorelov belə tövsiyələr verir:
"Kim ki müntəzəm olaraq qəzet oxuyur, sürətli oxunun rasional metodikasını asanlıqla öyrənə bilər və bir sütunu nəzərdən keçirməyə bu metodikanı bilməyən birindən 8-10 dəfə az vaxtı gedər".
Hadisələrin gedişatından xəbərdar olan daimi oxucu, əvvəla, adları, coğrafi adları və bir çox digər qəzet terminləri üzərində çox vaxt sərf etmir. İkincisi, o artıq öz mütəşəkkil "məlumat anbarı"na malikdir və ona əsaslanaraq hadisələrin mümkün inkişafına dair antisipasiya proqramı işləyib hazırlaya bilir. Xatırladaq ki, antisipasiya halını dördüncü söhbətdə ətraflı şərh etmişik. Üçüncüsü, daimi oxucu öz diqqətini onu daha çox maraqlandıran materiallar üzərində cəmləşdirə bilir. Lakin burada da hər şey (nə qədər yeni olsa belə) ona görə başa düşülür ki, burada artıq oxşar olan situasiyalar, hadisələr təsnifatı, işin məğzinə dair biliklər mövcuddur.
Təcrübəli publisistlər, felyetonçular, reportaj müəllifləri öz mətnlərini elə təqdim etməyə çalışırlar ki, o, yeni və maraqlı mətn təəssüratı yaratsın. Əlbəttə, haqqında məlumat verilən faktın özü maraqlı və yeni ola bilər. Lakin onu elə başlıqdan başlayaraq müxtəlif cür təqdim etmək olar. Sovet alimi N.Q.Yedina başlıqların tipologiyasını araşdırıb və aşkar edib ki, onlar istiqamətləndirici (nə? harada? nə vaxt?), aydınlaşdırıcı (niyə?, hansı məqsədlə? və hansı səbəbdən?), təsdiqləyici (ümumiyətlə, nə baş verib?) və s. ola bilər. Digər qruplar arasında istiqamətdən yayındırıcı, yaxud qeyri-müəyyən istiqamətləndirici başlıqlar da maraqlıdır. Məsələn, OHenrinin "Krallar və kələm" adlı nağıllar toplusu tipik istiqamətdən yayındırıcı başlığa nümunədir, belə ki, oxucu üz qabığının altında heç bir kral və kələm tapmayacaq.
"5000 il" başlığı maraq doğura bilər, lakin mətndə hansısa qədim şəhərin xarabalıqları, mütəxəssis və arxeoloqların fikrincə, başlıqda göstərilmiş yaranma müddətinə aid edilə bilməz. Məlum olur ki, ilkin fərziyyə əsassız olub və əslində, ötən əsrə aid olan, heç bir dəyəri olmayan xarabalıq tikili tapılıb. İnformasiya əvvəllər bu fərziyyə və qazıntılar haqqında məlumatı olanlar üçün maraq doğura bilər. Lakin öz müvafiq materialını vaxtında təqdim etməyə macal tapmayan jurnalist istəməyib ki, geri qaytarılan material batsın. Beləliklə, maraqdoğurucu başlıq kəşf edilib. "Ötən əsrə aid əhəmiyyət kəsb etməyən anbar aşkar edilib" başlığı altında olan informasiyanı kim oxuyardı axı? Jurnalistlərin fikrincə, informasiyanı "Arxeoloqun kobud səhvi" adlandırmaq daha yaxşı olardı, çünki insanlar başqalarının səhvləri haqqında oxumağı hər şeydən çox sevirlər. Mətn, bir növ, mətnaltı mənası olması ilə maraqlıdır. "Sətirarası" oxu, əlbəttə ki, metaforadır. Lakin bu halda mətnaltı məna haradadır? N.Q.Yedina ilə razılaşmaq olar ki, mətnaltı məna oxucudadır, onun psixikasındadır, yalnız oradadır. Adama elə gəlir ki, mətnaltı mənası olmayan mətnlər var: nə yazılıbsa, onu da başa düşmək lazımdır, vəssalam.
Lakin qısa informasiyanın başa düşülməsi üçün də mütləq ilkin biliklər lazımdır ki, bu biliklərə də müəllif işarə vurur (ifadə etmir, amma nəzərdə tutur) və onlar oxucuda da "canlanmalıdır", əgər onda əvvəldən olubsa.
Mətni nə cürsə başa düşməyə imkan verən istinad biliklər mətnarxası məna adlandırılır.
O ki, qaldı mətnaltı mənaya, o, mətnarxası mənadan onunla fərqlənir ki, təkcə mətnin özünü başa düşməyə kömək etmir, həm də paralel, analoji bir şeyi xatırlamaq üçün mətnin məzmunundan hansısa başqa tərəfə keçməyin lazım olduğuna işarə vurur.
Beləliklə də, qəzet oxuyarkən əsas diqqəti informativ, yəni sizin üçün məzmunlu olan mətnlərə ayırmaq lazımdır.
Hər gün məşq edin. Məşqin nəticəsi o zaman olacaq ki, məsələn, "Komsomolskaya pravda" qəzetinin oxunmasına 15 dəqiqədən artıq vaxt getməyəcək.
Dostları ilə paylaş: |