Mülki Müdafiə – sülh və ya müharibə dövründə
əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının,
Az
ərbaycan Respublikasının ərazisində olan əcnəbilərin
v
ə vətəndaşlığı olmayan şəxslərin) və ərazinin
(Az
ərbaycan Respublikası ərazisinin hüdudları daxilində
torpaq, su v
ə hava məkanının, istehsal və sosial təyinatlı
obyektl
ərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin
edilm
əsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi
v
ə fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər
sistemidir.
Mülki Müdafiə sistemi – mülki müdafiənin
v
əzifələrinin yerinə yetirilməsi həvalə edilmiş
müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və
vasit
ələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq
v
ə
informasiya
t
əminatlı
sistemlərinin
m
əcmusudur.
Fövqəladə hadisə - insan tələfatına,
insanların səhhətinə və ya ətraf mühitə ziyan
vurulmasına, əhəmiyyətli maddi itkilərə və
insanların həyat fəaliyyəti şəraitinin pozulmasına
s
əbəb ola biləcək və ya səbəb olmuş hərbi
əməliyyatlar, qəza, təbii və ya digər fəlakət
n
əticəsində
müəyyən
ərazidə
yaranmış
v
əziyyətdir.
Fövqəladə hadisələrin qarşısının alınması –
fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum
azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə
insanların və onların sağlamlığının qorunmasına, ətraf
mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin
azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən
t
ədbirlər sistemidir.