T əLƏBƏ: Şamil Abbasov MÜƏLLİM: Əhliman Verdiyev



Yüklə 76,55 Kb.
səhifə3/3
tarix11.04.2022
ölçüsü76,55 Kb.
#55162
1   2   3
ucqun hadisesi

Uçqun- (rus. бвалing. rockfall) yamacda süxur kütləsinin qoparaq aşağıya düşməsi. U. sürüşmə və töküntü ma­teriallarının qravitasion yerdə­yişməsinə aiddir. Dağlarda ana sü-xurlarda baş verən uçqunlarla ya-naşı qar uçqunları, sıldırım yamac-lardakı asılı buzlağın qurtaraca-ğında buzlaq uçqunu da  baş verir. Fövqəladə hadisələr qiymətləndirilməsinə və onlara qarşı adekvat tədbirlər görmək

üçün tiplərinə, növlərinə, miqyasına, nəticələrinin ağırlığına, habelə, digər əlamətlərinə

görə təsnif edilir.

Əgər, ehtimal olunan bütün fövqəladə hadisələri cəm halında götürsək, onda onları

iki növə ayırmaq olar.

- Münaqişəli;

- Münaqişəsiz fövqəladə hadisələr.

Münaqişəli fövqəladə hadisələrə:

- hərbi toqquşmalar;

- ekstremist siyasi mübarizə;

- sosial partlayışlar;

- milli və dini zəmində olan münaqişələr;

- terrorizm;

- tüğyan edən cinayətkarlığı aid etmək olar.

Münaqişəsiz fövqəladə hadisələr:

- təbii;

- ekoloji;

- texnogen xarakterli növləri nəzərə çarpır.

Belə hadisələri onların mənşəyinə, xassələrinə görə xarakterizə edən bir çox əlamətləri

üzrə qruplaşdırıb, təsnif etmək mümkündür.

Respublikamızın ərazisində bütün bu növ fövqəladə hadisələrin baş vermə ehtimalı

mövcuddur.

Təsir dairəsinə (miqyasına) və nəticələrinin ağırlığına görə, fövqəladə hadisələr:

1. Lokal (qismən);

2. Obyekt miqyaslı (səciyyəli);

3. Yerli;

4. Regional;

5. Dövlət əhəmiyyətli (milli);

6. Qlobal xarakterli ola bilər.

Lokal (qismi) hadisələr - iş yerndən (iş sahəsindən), mənzildən kənara yayılmır.

Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.

Obyekt miqyaslı hadisələr - sənaye obyektində, bina və ya qurğu hüdudlarında

məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı 100-dən

1000-ə qədərdir.

Yerli hadisələr - ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı

müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000 nəfərə qədər,

zərər çəkən əhalinin sayı 10.000-dən 125.000-ə qədərdir.

Regional fövqəladə hadisə - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını,

bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1.000-dən 25.000

nəfərə qədər, zərər çəkən əhalinin sayı 125.000-dən 500.000-ə qədərdir.

Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli

ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrədeyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı

500.000-dən 20.000.000-a qədərdir.

Qlobal fövqəladə hadisələr – bir ölkənin ərazisində məhdudlaşmır və qonşu

dövlətlərin də ərazilərinə yayılır. Həlak olanların sayı 1.000.000-dan artıq, zərər çəkən

əhalinin sayı 20.000.000-dan artıq.

Təsir dairəsindən (yayılma miqyasından) əlavə, fövqəladə hadisələr baş verən insan

tələfatının miqdarına, zədələnmiş (köçürməyə məruz qalan) əhalinin sayına, habelə,

dəymiş zərərin miqyasına görə də təsnif edilir.

Obyektlər üzrə, mənsubiyyətinə görə:

- Tikintidə.

- Sənayedə.

- Mənzil və kommunal məişət sahələrində.

- Kənd təsərrüfatında.

- Meşə təsərrüfatında.

- Nəqliyyatda (hava, su, yerüstü və yeraltı) olur.

Universitetin yerləşdiyi ərazidə aşağıdakı fövqəladə hadisələr baş verə bilər:

- zəlzələ, yanğın, kimyəvi maddələrlə zəhərlənmə, subasma, yoluxucu xəstəliklərin

yayılması, terror aktları, müharibə dövrünün fövqəladə hadisələri.

Bunlar əsasən qəflətən baş verir və çox vaxt insan tələfatına səbəb olur, ətraf mühitə

mənfi təsir göstərir.

Belə hallarda öz təhlükəsizliyini qorumaq üçün insanların əsas əlacı - fəlakətli

hadisələrdən mühafizəyə hazır olmaq, belə hadisələr baş verərkən - düzgün davranmağı,

hadisədən sonra isə onun nəticələrini aradan qaldırmaq üçün fəaliyyət göstərməyi

bacarmalıdırlar.

Fövqəladə һallar bölünür:

- Sülh dövrünün fövqəladə һallarına.

- Müharibə dövrünün fövqəladə һallarına.

Sülh dövrünün fövqəladə һallarına aid edilirlər:

- təbii;

- texnogen;

- bioloji;

- ekoloji;

- sosial xarakterli FH.

Təbii xarakterli fövqəladə hadisələrə aid edilirlər:

Geofiziki FH:

- zəlzələ;

- vulkan püskürmələri

MeteorolojiFH:

- 11-12 ballıq fırtına, 12-15 ballıq qasırğa;

- leysan yağışlar;

- iri dolu;

- quraqlıq;

- güclü qar;

- güclü qar çovğunu;

- güclü buzlaşma, donvurma. Hidroloji FH:

- suyun səviyyəsinin qalxması (daşqınlar) və düşməsi,

- su hövzələrinin daşması;

- yeraltı suların səviyyəsinin qalxması (subasma).

Geoloji FH:

- Sel;

- Sürüşmə;

- Torpaq uçqunu;

- Qar uçqunu (marxallar);

- Yerin yuxarı qatının köçməsi.

3 aprel 2010-cu il. Peruda 400 nəfərlik kəndin əhalisi torpaq sürüşməsi nəticəsində

torpağın altında qaldılar. Kimsə xilas oluna bilib, ancaq əsas əhali uçqunun altında qaldı.

Torpaq uçqunu- dağ, torpaq uçqunlarının baş verməsinə intensiv yağışlar, yeraltı

təkanlar adətən səbəb olur. Dağ uçqunlarının baş verməzdən bir neçə saat əvvəl ərazidə

yer altı təkanlar hiss edilə bilər. Zəlzələ yerin alt qatının aktifləşməsinə, dağların

müəyyən hissəsinin uçmasına səbəb olur. Yağışlar iri qayaların alt hissəsini yuyaraq, torpaqla onların arasındakı qatı yumşaldır,

qayanın ağırlığı, kütləsi onu saxlayan qüvvəyə üstün gələrək, yerindən tərpədir və aşağı

düşür.

Dağ uçqunu nəticəsində dağ çaylarının qarşısı kəsilir, yeni su yataqları yaranır. Həmin

su yataqlarının həcmi artdıqca ətrafda yaçayan əhaliyə təhlükə artır. Ərazidən keçən nəft-

qaz kəmərləri və digər kommunikasiya xətləri dağılır, ətraf mühit çirklənir.

Uçmuş qaya parçaları və torpaq şose yollarını bağlayır, bu da nəqliyatın hərəkətinin

məhdudlaşdırmasına səbəb olub.

Qar uçqunu (marxallar)- bütün yüksək dağlıq sahələrdə müşahidə edilir. Bəzən

güclü marxallar həcmi milyon kubometrə çatan qar uçqunu şəklində geniş ərazini əhatə

edib çoxlu maddi zərərə, tələfatlara səbəb olur.

Qar uçqunu– 20-30 m/s sürəti ilə hərəkət edən qar kütləsidir. Qar uçqunu böyük

dağıntılara səbəb olan uçqun öncəsi hava dalğasının yaranması ilə müşayiət olunur.

Qar uçqununun yaranmasının səbəbi uzun müddət yağan qar, intensiv qar

əriməsi, dağ və hava titrəmələri ilə nəticələnən zəlzələ, partlayışlar və digər insan

fəaliyyətidir.

Qar uçqunu binaların, mühəndis qurğularının dağılmasına səbəb ola, qarın altında

qalmış yollar və qar cığırları örtülə bilər. Qar uçqununa məruz qalmış dağ kəndlərinin

əhalisi, turistlər, alpinistlər, geoloqlar və digər kateqoriyadan olan insanlar zədələr ala,

qalın qar altında qala bilərlər.

Mümkün qar uçqunu ərazilərindən uzaq olmaq məsləhətdir Onlara əsasən meylliliyi

30o

və daha çox olan ərazilərdə rast gəlinir. Əgər yamacda ağac və kol yoxdursa bu hal

meyllilik 20o

- dən çox olduqda da baş verə bilər. Meyllilik 45o

- dən çox olan yerlərdə isə

qar uçqunu demək olar ki, hər dəfə qar yağandan sonra baş verir.

Qar uçqunu təhlükəsi varsa, qar uçqununun mümkün istiqamətlərində nəzarət təşkil

edilir. Yaranmış qar yığınlarının düşməsi üçün süni şərait yaradılır, müdafiə qurğuları

qurulur, xilasedici vasitələr hazırlanır və xilasetmə işi planlaşdırılır.

İstənilən havada meyliliyi 30o

- dən çox olan dərələrdən keçmək məsləhət deyil.

Meyliliyi 20o

- dən çox olan dərələrdən isə qar yağandan yalnız 2-3 gün sonra keçmək

olar. Qar uçqunun ən təhlükəli vaxtları yaz və yay mövsümləri, səhər saat 10-dan günəş

batanadəkdir.

Yenicə yağmış qar bizə çox yüngül görünür, amma onun bir kubmetri 50- 60 kq çəkiyə

malikdir. Çoxdan yağmış qarın bir kubmetrinin çəkisi 300-400 kq-dır. Yazda qar

örtüyünə su hopur, bu da çəkinin iki dəfə artmasına səbəb olur.

İri ölçüdə qar uçqunu düşdükdə, məsələn, həcmi 100 min m3

olduqda, onun çəkisi 70

min ton ola bilər. Uçqun dayandıqda, qar o qədər sıxlaşır ki, hətta onu güclü buldozerlə

təmizləmək mümkün olmur.

Qar uçqununun 3 növü müəyyən edilir:

- Qarlı uçqunları - onun müəyyən düşmə kanalı olmur. Çox zaman bir neçə yüz metr

ölçüsü olan qarlı yamac qopub, aşağıya sürüşür.

- Novlu qar uçqunları - meşəsiz oyuqlar, çökəkliklərlə mütləq bir məcra ilə hərəkət

edir.

- Atlanan qar uçqunları - qayaların, buzluqların çıxıntılarından sərbəst sürətdə

dərənin dibinə düşür.

Qar uçqunu təhlükəsinin əlamətləri.

Dağlara gedən istənilən insan qar uçqunu təhlükəsinin əsas əlamətlərini bilməlidir:

- köhnə qarın hündürlüyü, köhnə qar süxurlardakı əyrilikləri doldurur, kolluqları yerə

yatırdıb hamar, sürüşkən səth əmələ gətirir. Köhnə qarın hündürlüyü nə qədər çoxdursa, qar uçqunu ehtimalı da bir o qədər

çoxdur.

- dağın üst örtük səthinin vəziyyəti: dağ meşələri, sıx kolluqlar, iri qayaların saxlayıcı

təsiri hamıya məlumdur, kiçik qayalar qarın aşağı qatlarının yumşalmasına və onun

süxurlara yapışmasına səbəb olur;

- yeni yağan qarın hündürlüyü, yəni bərk qar yağan zaman onun sorulmaz %;

- yeni yağan qarın görünüşü;

- qar yağmanın intensivliyi, müəyyən bir vaxt ərzində yağan qarın miqdarı ilə müəyyən

edilir, qarın 10-12 saat müddətdə 50 sm artması qar uçqununa səbəb olur;

- qarın çökməsi qar örtüyünün stabilizasiyasına səbəb olur. Bu prosesin sürəti 0o

C selsidə

daha çox olur;

- sürəti saniyədə 7-8 metrə çatan külək qar "lövhələrindən" uçqunlara səbəb olur;

- havanın temperature - qışın soyuq dövründə qar örtüyünün temperaturu mənfi

qalır, havalar isindikdə günəş radiasiyası qarın üst qatını əridir, qar suyu qar

qatının daxilinə nüfuz edir və onu ərimə nöqtəsinə qədər qızdırır, belə olduqda sərbəst su

qar örtüyündə "sürtgü yağı" rolunu oynayır, islanmış qardan qar uçqununun yaranmasını

asanlaşdırır.

Bundan başqa qar uçqununa heyvanlar, yüksək səs, silah səsi və insan da səbəb ola

bilər.

Qar uçqunu baş verdiyi zaman tədbirlər:

Əgər uçqun çox hündürdən gəlirsə, cəld qaçaraq uçqunun yolundan çəkilin və

təhlükəsiz bir yerə, qayaların altında gizlənin.

Əgər uçqundan qaçmaq mümkün deyilsə, üstünüzdə olan əşyaları atın və üfqi

vəziyyət alın, dizlərinizi qarnınıza sıxın və gövdənizi uçqunun hərəkəti istiqamətində

əyin. Burunuzu və ağzınızı əlcək, şərf, yaxalığınız ilə bağlayın. Uçqunun sürətinin az

olduğu tərəfə çəkilib, uçqunun mümkün qədər üst hissəsinə çıxmağa çalışın. Uçqun

dayanan kimi üz və sinənizin ətrafında əliniz ilə boş zona yaratmağa çalışın; bu nəfəs

almağa kömək edə bilər. İmkan olarsa, yuxarı tərəf hərəkət etməyə çalışın (yuxarı

istiqaməti ağzınızdan tökülən tüpürcək vasitəsi ilə təyin edə bilərsiniz). Qar uçqununa

düşdükdə əlləriniz, ayaqlarınızla üzmə hərəkətləri edin. Bu sizə qarın səthində qalmağa

kömək edər.Uçqunun altında qalanda qışqırmayın. Çünki qar səsi keçirmir və bu kimi

digər hərəkətlər yalnız sizin gücünüzü, oksigeni və istiliyinizi əlinizdən alacaq. Özünüz

üzərində nəzarəti itirməyin. Unutmayın ki, sizi axtarırlar (uçqun altından 3 və hətta 5

gündən sonra xilas olunmuş insanlar var).

Uçquna düşəndə yatmamağa çalışın.

Mənbə:




    1. ↑ Uçqun // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.

    2. https://az.m.wikipedia.org/wiki/U%C3%A7qun

    3. https://az.m.wikipedia.org/wiki/T%C9%99bii_f%C9%99lak%C9%99t

Yüklə 76,55 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin