8
Burada əsas ideya məsələnin necə həll olunmasına təyin edən
ciddi formallaşdırılmış alqoritimlərdən, tədqiq sahəsinin
mütəxəsisləri tərəfindən biliklər bazasında toplanan qaydaları
göstərməklə məntiqi proqramlaşdırmaya keçidlə bağlıdır. Bu tip
məsələlərin həlli Ekspert sisteminin əsasını qoyulan məsələnin
həlli üçün istifadə olunan formal qaydaları özündə cəmləşdirən
biliklər bazası təşkil edir. Qaydalar adətən, səbəb və nəticəni
əlaqələndirən, məntiqi şərtlər şəklində verilən faktlararası
münasibətlər kimi təsvir olunur. Ekspert sistemləri aşağıdakı
məqsədlər üçün istifadə olunur:
obyektin vəziyyətinin interpretasiyası;
obyektin vəziyyətinin diaqnostikası;
obyektin vəziyyətinin proqnozu;
məqsədli planlaşdırma;
obyektin işinin pozulmasını aşkar etmək;
obyektin işini idarə etmək.
Ekspert sistemlərini kompüterlərdə reallaşdırmaq
üçün ekspert
sisteminin
örtüyü adlanan vasitədən istifadə olunur. İqtisadiyyatda
tətbiq olunan ekspert sistemlərinin örtüyünə Expert – Ease, tibbi
diaqnostikada istifadə olunan ES- in örtüyünə EMYCIN – ni misal
göstərmək olar.
Dostları ilə paylaş: