3
GiriĢ
Müasir zamanda kompyuter təhsili almış
iş qüvvəsinə
duyulan ehtiyac artmaqdadır. Fərdlərin gündəlik həyatlarını
davam etdirə bilmələri üçün kompyuter təhsillərinin olması vacib
bir amilə çevrilmişdir. Hər hansı
sahədə tətbiq olunan, rahat
interfeysə
malik olub, dialoq rejimində işləyən hazır proqramlar
toplusuna tətbiqi proqramlar deyilir.
Tətbiqi proqramlar ƏS-nin
idarəsi altında işləyir. İndiki zamanda fərdi kompüterlər üçün yüz
minlərlə tətbiqi proqramlar işlənib hazırlanmışdır. Dərs vəsaiti
əsasən proqram təminatının ən mühüm hissəsi sayılan
Office
proqram paketlərindən – MS Word 2013, MS Excel 2013, MS
Power Point 2013, MS Publisher 2013 proqramlarının
öyrənilməsinə həsr edilmişdir. MS Word 2013 mətn redaktorunun
quruluşu, təyinatı haqqında məlumat verilir,
onun digər
redaktorlarla əlaqəsi verilir. MS Excel 2013 cədvəl redaktorunun
quruluşu, təyinatı haqqında məlumat verilir.Riyazi
və iqtisadi
məsələlərin həllində onun böyük əhəmiyyəti olduğu şərh edilir.
Dərs vəsaitində verilənlər bazalarının idarəetmə sistemləri
içərisində geniş yayılmış MS Acess 2013 proqramı haqqında
ətraflı məlumat verilir. Onların yaradılma üsulları praktiki misallarla
izah olunur. MS Power Point 2013 -
təqdimatların hazırlanması
haqqında məlumat verir. , MS Publisher 2013 proqramında
açıqçalar, vizitkalar
və s yaratmaq olur