Füzuli əsərinin dibaçəsində yazdığı qəzəlləri bir “Divan” şəklinə salmaq istədiyini qeyd etdikdən sonra, müxtəsər “Divan” tərtib etdiyini göstərir: “Naçar məhmilie’tibarimdə bu ibarə lazımdır deyü, zəmani-tüfuliyyətimdə sadir olub,

mütəfərriq olan qəzəllərdən bir müxtəsər
“Divan” cəm’ etmək səlahin gördüm.
Və ol vəqtdə məndən iltimasla alanlardan
iltimasla alıb surəti- cəm’i ixtisar üzrə
itmamə yetirdim”.
Zəhi sane’ ki, lövhi-canə gilgi-hüsni-tovfiqi,
Əzəldən iqtizayi-nəzmi-canpərvər rəğəm qılmış.
Kəmali-şe’ r kəsbi mümkin olmaz bimədəd ondan,
Ona minnət ki, təb’ i-nəzm lütf etmiş, kərəm qılmış.
fars divanına yazdığı dibaçə də geniş və dolğun məzmunu, şairin şəxsi həyatı və bioqrafiyası, özəlliklə, şeirə və sənətə münasibəti haqqında gərəkli məlumatlarla zəngindir. Təsadüfi deyil ki, akademik H.Araslı hələ XX əsrin 50-ci illərində şairin ölkəmizdə ilk dəfə nəşr edilən farsca divanına yazdığı qısa ön sözdə deyirdi: “Füzulinin fars dilində yazdığı müqəddimə onun həyatını dərindən öyrənmək və yaradıcılığının mühüm cəhətlərini aydınlaşdırmaq üçün son dərəcə əhəmiyyətlidir. Şair burada öz gəncliyindən, təhsil illərindən, dövrünün elmlərini məhəbbətlə öyrənməsindən, doğulub böyüdüyü Kərbəla şəhərinin vəziyyətindən, zəmanəsinin böyük alim və ruhanilərilə mübahisələr etməsindən danışdığı kimi, şeir və sənət haqqında da mühüm mülahizələr irəli sürür”