§ 3. İCTİMAİ-SİYASİ VƏZİYYƏTİN KƏSKİNLƏŞMƏSİ.
SOSİAL VƏ MİLLİ ƏSARƏTƏ QARŞI MÜBARİZƏ
Ölkədə baş verən ümumi böhranla əlaqədar meydana çıxan ağır iqtisadi
vəziyyət, digər tərəfdən isə 1901-ci ildə yaradılmış Bakı sosial-demokrat təşkilatı
tərəfindən siyasi təbliğatın gücləndirilməsi həmin ildə bir sıra fəhlə çıxış larına
gətirib çıxardı. Əmə k haqqı gecikdirild iyinə görə, 1901-ci ilin martında
Sabunçudakı "Təmir" emalatxanasının fəh lələri tətilə başladılar. Ancaq polis işə
qarışdıqdan və yeddi fəhlə istintaqa cəlb edildikdən sonra tətil dayandırıldı
35
.
1901-c i ilin ən böyük tətilləri sentyabr və noyabr aylarında Xatisovun
zavodunda 200 nəfərdən artıq fəh lənin iştirakı ilə baş verdi. Zavodun müdiriyyəti
tətilçilərə güzəştə getməyə məcbur olub, götürə iş üzrə qiy mət cədvəllərini
92
hazırlamağı və işdən qovulmuş fəhlələri geri qaytarmağı öhdəsinə götürdü
36
.
Tətillər təkcə Bakıda deyil, həm də qəzalarda da baş verirdi. 1901-ci ilin
avqustunda Gəncədə dəmir yol deposunun, elə həmin ilin dekabrında isə Tovuzda
dəmir yol stansiyasının fəhlələri tətil etmişdilər.
Bu çıxışlar hökumət idarələri tərəfindən fəhlələrə qarşı görülən bir sıra cəza
tədbirləri ilə nəticələndi. 1902-ci ilin yanvarında Bakıda gücləndirilmiş mühafizə
rejimi elan olundu, yəni polisə asayiş pozulan zaman amansız rəftar etmək üçün fövqəladə
səlahiyyətlər verildi. Kütləvi axtarışlar keçirib ən fəal fəhlələr həbs edilsə də, fəhlə çı-
xışların ın qarşısını almaq mü mkün olmadı.
1902-ci ilin 1 May nümayişinə (nümayişin təşkilində RSDFP Bakı Komitəsi də
iştirak etmişdi) müxtəlif millətlərdən olan 5 mindən artıq adam çıxmışd ı.
Nümayişçilər "Rədd olsun mütləqiyyət!, "Yaşasın sosializm!" şüarları ilə
şəhərin küçələri ilə addımlayırdılar
37
. 1902-ci ilin iyunundan oktyabrınadək "Nobel
qardaşları" mədənlərində emalatxanaların azərbaycanlı fəhlələri, Bakı fənərçiləri, Bakı
gəmi təmiri zavodu işçilə ri və b. b ir sıra tətil çıxışları etdilər.
1903-cü ildə inqilabi çıxışlar geniş miqyas aldı. Martın 2-də Bakıda iri siyasi
nümayiş keçirildi. Nümayiş zamanı polis və kazaklarla baş verən toqquşmada yaralananlar
oldu. Elə həmin gün Balaxanıda, müxtəlif millətlərdən olan 2 min nəfərədək fəhlə etiraz
nümayişinə çıxdı. Hökumət orqanları nümayişi dağıtmaq üçün kütləvi həbslərə əl atdı,
iştirakçıların 60 nəfərdən çoxunu həbs etdi.
Aprelin 27-də Bakıda 1 May şərəfinə eyni zamanda şəhərin müxtəlif
hissələrində 10 min nəfərədək adamın iştirak etdiyi böyük siyasi nümayiş baş verdi, lakin
polis tərəfindən dağıdıldı. Hakimiyyət orqanlarının cəza tədbirlərinə baxmayaraq, bütün may-
iyun ayları ərzində şəhərin mü xtəlif müəssisələrində bəzən tətilçilərin qələbəsilə bitən
kiçik tətillər davam edirdi.
Rusiyanın cənubunda 1903-cü ildə kütləvi siyasi çıxışların başlanğıcı olan ən iri
tətil Bakıda iyulun 1-də (14-də) Xatisovun zavodunda başladı, iyulun 4-də Qara və Ağ
şəhərləri, habelə Bibiheybəti, növbəti gün isə Balaxanı-Sabunçu neft sənayesi rayonunu
əhatə edərək ümumi xarakter aldı. Tətillərdə iri sənaye müəssisələri fəhlələri ilə birlikdə,
kiçik sənaye müəssisələri, mətbəə, şəhər konkası işçiləri, sənətkarlıq emalatxanaları,
dülgərlər, çəlləkçilər, çörəkçilər və b. iştirak edirdilər. Elektrik stansiyaları, dəmir yol
nəqliyyatı dayandı, Bakı limanındakı gəmilərin heyətləri də tətil etməyə baş ladılar. Tətil
iştirakçılarının ümumi sayı ən azı 40 min nəfər olardı
38
. Bəzi yerlərdə azərbaycanlı fəhlələrin
qatı tətilçi fəallığı xüsusən əlamətdar hal idi.
RSDFP Bakı Ko mitəsi tətilin əvvəlindən onun ümu mi tətilə çevrilməsini
məqsədəuyğun saymayaraq, qətiyyətsiz mövqe tutdu. Lakin hadisələrin gedişi
sosial-de mokratları tətildə bilavasitə iştirak et məyə, tətil ko mitəsinə da xil olmağa
və onun tələblərini tərtib etməyə məcbur etdi. On ların içərisində əmək haqqının
artırılması, iş gününün 8 saatadək q ısaldılması, 2 mart və 27 aprel küçə nü ma-
yişləri zamanı həbs olunmuş fəhlələrin azad ed ilməsi, tətil, mətbuat və yığıncaq
azadlığı kimi tələblər var id i
39
. İyul tətili əvvəlki, əsasən iqtisadi xarakter daşımış
93
tətillərdən məhz bununla fərq lənird i. Tətilçilər müstəsna mütəşəkkillik göstərir,
fəhlələr ö zləri mədənləri mühafizə edirdilər. Tətil yeni-yeni müəssisələri əhatə
edirdi. İyulun 5-dən 8-dək "Nobel" firmasının bütün müəssisələri, Bay ılda kı
sənətkarlıq emalatxanaları, Tağıyevin to xuculuq fabriki, tərsanələr, tənbəki fabriki
və b. tətilə başladı. İyulun 6-da şəhərin küçələrini və ətrafın ı fəhlə nü mayişləri
bürümüşdü.
Daxili işlər naziri Plevinin göstərişi ilə təcili surətdə Bakıya b ir neçə
batalyonluq hərbi qüvvə göndərilməsi əmri verildi. Həmin qüvvə iyulun 8-dən
başlayaraq şəhərə gəldi və müəssisə, dəmir yo lu və mədənlərdə hərbi qarovullar
qoyuldu. İyulun 12-də sənayeçilər fəhlə lərin, işə çıxmayacaqları təqdirdə, işdən
azad ediləcəkləri haqqında elan asdılar
40
.
Güclü təzy iqlərə və ayrı-ayrı müəssisələrdə fəhlələrin işə çıxmalarına
baxmayaraq, tətil bir ço x yerlərdə davam edird i. Balaxanı mədən rayon unun
fəhlələri xüsusən möhkəm dayanmışdılar. Po lis fitnəkarlığa əl atdı və mədənlərə
yanğın salınması cinayətini təşkil etdi. İyulun 14-dən 17-dək 100-ə yaxın buruq
yandırıld ı
41
. Fəhlələr arasında kütləvi həbslər başlandı, tətil edənlər isə ağır itkilərə
mə ruz qald ıla r. İyulun 19-da tətil zəiflə məyə başladı və iyunun 22-də ta m
dayandırıldı. Fəh lələrin xırda tələb ləri ödənilsə də, onların əsas tələbləri yerinə
yetirilməmiş qaldı. Lakin Bakıda 1903-cü ilin iyul tətili Rusiyanın cənubunda
inqilab i çıxışlara mühü m təsir göstərdi. Bakın ın ardınca Tiflis, Batu m, Odessa,
Kiyev, Yekaterinoslav, Novorossiysk və b. şəhərlərdə tətillər baş verdi. A.Bebel
iyul tətilinin əhəmiyyəti haqqında yazırdı ki, 1903-cü ildə fəh lə hərəkatının iki ən
böyük uğuru olmuşdur: Bakı tətili və Alman iya sosial-demo kratiyasının rey xstaqa
seçkilərdə qələbəsi.
Azərbaycan kəndində də sosial ziddiyyətlər kəskinləşird i. Kənd lilərin
vergi verməkdən imtina etməsi, mü lkədar və xəzinə torpaqların ın tutulması, bəy
malikanələrinə hücum halları artmağa başlamışdı
42
. Verg ilərin ödənilməsi barədə
çoxsaylı şikayətlər də təkcə mülkədarlara qarşı deyil, həm də doğulmaqda olan
kənd burjuaziasına-varlı qolçomaq kəndlilərə, binəkdarlara, külli miqdarda tay ilə
satan tacir sələmçilərə və b. qarşı çevrilmişdi.
Kəndli çıxışları tez-tez polislə silah lı toqquşmalara çevrilirdi. 1900-1903-
cü illərdə Şamaxı qəzasın ın Navahi kəndində, Bakı qəzasının Buzovna, Zığ,
Əhmədli və Maştağa kəndlərində, Naxçıvan və Yelizavetpol qəzalarında belə
çıxışlar baş vermişdi. 1903-cü ilin yayında Lənkəran qəzası Cangəmirən kənd
sakinlərin in çıxışını kazaklar və bəylərin silahlı dəstələri yatırmışdı.
O dövrdə də Azərbaycanda kəndli etira zı və mübarizəsi əsaslı formada
qaçaqçılıq hərəkatı idi. Qaçaqlar mülkədar və varlı kəndlilə rin malikanələrinə hücum
edirdilər. Yelizavetpol quberniyasının Alabaşlı kəndindən məlu mat verilirdi ki, "hər
gün quldurların kazarmaya hücumları baş verird i... Kazarmadan bayıra çıxmaq
qeyri-mü mkündür, mühafizə etmək və müdafiə olunmaq üçün heç nə yoxdur"
43
.
Qaçaq hərəkatı Yelizavetpol qəzasında geniş miqyas almışdı. Qaçaqları
94
təqib etmək üçün qəza rəisi Reutt silahlı dəstə ilə buraya göndərilmişdi
44
.
1904-cü ildə Yelizavetpol qəzasının qaçaq dəstəsi öz fəa liyyə tinı daha da
genişləndirmişdi. 1904-cü il fevralın 27-də dəstə Aver-Əhməd li kənd cəmiyyətin in
starşinasına hücum etdi, may ın 27-də Bitd ili kəndi yaxınlığında kazaklarla
toqquşdu
45
.
Ağır vergi zülmü ifrat tədbirlərə əl atmağa məcbur edirdi. 1904 -cü ildə
Qarabulaq adlı xəzinə kəndinin 20 ailəsi yerli höku mət idarələrinin ö zbaşınalığ ına
dözməyərək, öz yurdlarını tərk etmiş və Bürcələr dərəsi ad lı əlçatmaz yerə
köçmüşdü. Onlar burada, meşədə, Bürcələr kəndinin əsasını qoy muş, qonşu
kəndlilərin sakinləri də bu kəndə köçüb gəlmişdilər. Bürcələr camaatı yerli
hakimiyyət orqanların ı tanımayaraq, verg ilə ri ödə mə kdən imtina edir və tez-tez
ma likanə lərinə, varlı kəndlilərin evlərinə hücum edird ilə r. On lara Dəli Aslan Həsən
oğlu başçılıq edirdi
46
. Çoxsaylı cəza ekspedisiyalarına baxmayaraq, bürcələrlilər
təslim olmamış və silahlı mübarizəni b ir neçə il davam etdirmişdilər.
Kəndli çıxışları Azərbaycanın digər qəzalarında da baş verirdi lakin onların
hamısı pərakəndə və qeyri-mütəşəkkil xarakter daşıyırdı.
Azərbaycanda milli-azadlıq hərəkatı və inqilabi mübarizənin yüksəlişi orta
şəhər təbəqələri və milli ziyalılara da təsir göstərirdi, Liberal islahatların keçirilməsi
zərurəti getdikcə özünü daha aydın göstərirdi. Təhsil alan gənclər də, mövcud
qaydaların dəyişdirilməsi uğrunda mübarizəyə qoşulurdular. 1902-ci ildə Bakı şagird
komitəsi təşkil olundu. Komitə fəaliyyətinin başlanğıcında müstəqil təhsil məsələləri ilə
məşğul olurdu. Lakin tezliklə şagird komitəsi siyasi işə cəlb olunaraq, siyasi referatların
oxunuşunu keçirir, məktəb həyatı ilə yanaşı, siyasi hadisələri də əks etdirən vərəqələr
dərc edirdi. Məsələn, şagird komitəsi 1903-cü ildə buraxılmış vərəqələrində şagirdləri
mayın 1-də məşğələlərə gəlməməyə çağırdı, eyni zamanda onlar mart və may
nümayişlərində, iyul tətili günlərində keçirilən ço xsaylı mitinq lərdə iştirak
etmişdilər.
1903-cü ilin ikinci yarısında Bakı və Gəncənin me xaniki zavodları və
mədənlərində baş verən ayrı-ayrı pərakəndə tətillər Rusiya-Yaponiya müharibəsinin
başlanması ilə əlaqədar tezliklə dayandırıldı.
1904-cü il yanvarın 26-dan 27-nə keçən gecə Yaponiyanın minadaşıyan
gəmilər dəstəsi Port-Arturun xarici reydində dayanmış rus Sakit okean donanmasına
qəflətən hücum etdi. 1905-ci ilin avqustunadək davam edən və hər iki döyüşən tərəfdən,
demək olar ki, 200 min nəfərin ölümünə səbəb olan Rusiya-Yaponiya müharibəsi belə
başlandı.
Bütün ölkədə olduğu kimi, Azərbaycanda da müharibə fonduna ianə
toplanması başlandı. Digər şəhərlərin ardınca Bakının da hakimiyyət orqanları
vətənpərvərlik manifestasiyaları keçirirdilər
47
. Pravoslav, müsəlman və digər dini
ruhanilər 1904-cü ilin fevralında Bakı, Şuşa, Gəncə, Salyan və b. yerlərdə dua
mərasimləri təşkil etdilər. Zaqafqaziya müsəlmanlarının başçısı Şeyxülislam Əbdülsa-
lam A xundzadə xüsusi müraciətində müsəlmanların Mancuriya çöllərindəki müharibədə
95
iştirak etməyə hazır olduqlarını bildirdi
48
.
Bakı burjuaziyası müharibə üçün böyük məbləğdə vəsait ayırırdı. Məsələn, neft
sənayeçiləri qurultayı Şurası hərbi fonda 150 min rubl., H.Z.Tağıyev, Ş.Əsədullayev,
M.Nağıyev və b. sahibkarlar 10 min rubl., Bakı erməni insansevərlər cəmiyyəti 1000
man. pul vermişdi
49
.
Müharibə başlanandan zəhmətkeş kütlələrin və ümumiyyətlə, cəmiyyət arasında
böyük narahatlıq yaratmışdı, xalqın onsuz da dilənçilik vəziyyətində olan həyat səviyyəsi
bir xeyli aşağı düşmüş, un. yağ, şəkər və digər ərzaq məhsullarının qiymətləri qalxmışdı.
Bakın ın zavod və mədənlərində növbədənkənar və gecə işləri tətbiq olunur, sahibkarlar
əmək haqqını vaxtaşırı azaldır, onun ödənilməsini ləngidir və cərimələr qoyurdular.
Fəhlə həyəcanlarının qarşısını almaq üçün Bakıda mühafizə tədbirləri
gücləndirildi. Balaxanı, Sabunçu, Ramana və Zabratda yeni polis sahələri yaradıldı
50
.
Bunlara baxmayaraq, ayrı-ayrı məhdud çərçivəli tətillər baş verirdi. Bibiheybətdə
"Elektrosila"nın fəhlələri tətil etmiş, Eyzenşmidt zavodunun işi dayandırılmış, şəhər
konkası, "Votan" firmasının emalatxanaları tətilə başlamışdı
51
.
Polis departamenti üçün hazırlanmış məlumatda Bakı fəhlə hərəkatının
yüksəlişinə səbəb olan amil belə izah olunurdu: "Proletariatın yaşadığı və indi də
yaşamaqda davam etdiyi dəhşətli şərait fəhlə kütlələrini inqilabi yola itələyən özünüdərkin
inkişafına təkan verən başlıca qüvvədədir"
52
.
Müharibəyə qarşı ən kəskin təbliğat aparan bolşeviklər fəhlə kütləsini müharibəni
mütləqiyyətə və kapitalistlərə qarşı çevirməyə çağırırdılar. 1904-cü ilin martında RSDFP
Qafqaz İttifaqı Komitəsi tərəfindən Zaqafqaziyada müharibə əleyhinə təşviqat aparılması
haqqında təlimat işlənib hazırlandı, bolşeviklər "Rədd olsun müharibə" adlı vərəqə buraxıb
53
,
onu Tiflis, Bakı, Kutaisi və b. şəhərlərdə yaydılar.
Lakin 1904-cü ilin əvvəllərində RSDFP Bakı Ko mitəsi bolşeviklərin əlindən
çıxdı və ona rəhbərlik V.Mitrov başda olmaqla menşeviklərin əlinə keçdi.
Menşeviklərin Bakı Komitəsinə rəhbərliyi 1904-cü ilin iyununadək çəkdi. Onlar
bu, həddindən artıq qeyri-populyar müharibənin əleyhinə çıxış etsələr də, bolşeviklərdən
fərqli olaraq, müharibədəki məğlubiyyəti mövcud rejimə qarşı yönəltmək fikrindən uzaq
idilər. Məhz bu səbəbdən menşevik BK-sı Qafqaz İttifaq Komitəsinin qurultayına öz
nümayəndəsini göndərmədi. İyunun 4-də RSDFP - Qafqaz İttituqının qurultayından sonra
Qafqaz İttifaq Komitəsi Bakı Komitəsinin buraxılması haqqında qərar qəbul etdi.
Bolşeviklərin Bakıya göndərilən böyük bir qrupu, A.M.Stopani katib olmaqla, BK-nın yeni
tərkibini təşkil etdi
54
. Orduya səfərbərliyin hazırlanması ilə əlaqədar olaraq, bolşeviklər
1904-cü ilin sentyabrında müharibə əleyhinə 1 b ir neçə nü mayiş təşkil edə bildilər.
Eyni zamanda Azərbaycan qəzalarında da tətillər başlandı. Gəncə ipəkçiləri,
dəmiryolçular və mətbəə işçiləri ciddi siyasi və iqtisadi tələblər irəli sürdülər, tələblərin
xeyli hissəsi yerinə yetirildi. Gədəbəy filiz mədəni və misəritmə zavodunda baş verən
tətil 15 gün çəkdi. Tətili Gəncədən çağırılmış kazak dəstələrinin köməyi ilə yatırmaq
mümkün oldu. Şamxor və Zəyəm stansiyalarının dəmiryolçuları, Tovuz sement zavodunun
tikintisində çalışan fəhlələr və Şəkidə ipəksarıyıcılar içərisində də həyəcanlar baş verirdi
55
.
96
Hərbi əməliyyatların Rusiyanın xeyrinə olmayan istiqamətdə; gedişi, güclənən
iqtisadi və siyasi böhran da Azərbaycandakı siyasi vəziyyətə müəyyən təsir göstərirdi.
Rus ordusu məğlubiyyətə uğrayırdı. Port-Arturun bir neçə ay davam edən
mühasirəsi müharibənin başa çatdığı mərhələyə çevrildi. Gərgin dəniz vuruşmalarından sonra
Port-Artur təslim oldu və Rusiya müharibəni uduzdu.
Port-Artur
müdafiəçiləri
sırasında
sonradan
Azərbaycan
Demokratik
Respublikasının mövcud olduğu dövrdə milli orduda xidmət edəcək igid azərbaycanlı
zabitlər də vuruşurdular. 7-ci Şərqi Sibir artilleriya divizionuna komandirlik etmiş Səməd
ağa Mehmandarov onlardan biri idi. Cəbhənin müdafiə rəisi general-mayor Kondra-
tenkonun ən yaxın köməkçilərindən biri olan S.Mehmandarov tezliklə Port-Arturun Şərq
cəbhəsinin artilleriya rəisi təyin edildi. Bu hadisələrin şahidləri polkovnikin qeyri-adi
cəsurluğu və şəxsi igidliyini qeyd edirlər. S. Mehmandarov Port-Arturun müdafiəsində
hərbi xidmətlərinə görə döyüş ordenləri və qızıl silahla təltif olunmuş, general-mayor
rütbəsi almışdı.
Port-Arturun müdafiəçiləri sırasında qala qarnizonu batareyasına komandirlik edən
topçu zabit, kapitan Əlağa Şıxlinski də var idi. Döyüş nailiyyətləri və hərbi məharəti ona
"artilleriyanın allahı" şöhrətini qazandırmışdı. Rusiya-Yaponiya müharibəsinin iştirakçı-
ları içərisində həmçinin 2-ci Dağıstan süvari alayının komandiri polkovnik Hüseyn xan
Naxçıvanski, polkovnik İlyas bəy Ağalarov və b. məşhur idilər
56
.
Alçaldıcı Portsmut sülhünün imzalanması Rusiyanın bu müharibədə
məğlubiyyətinə yekun vurdu. Bu müqaviləyə görə, Port-Artur, Cənubi Saxalin və
Koreya Yaponiyanın ixtiyarına keçirdi.
Yaponiya ilə müharibədə məğlubiyyət Rusiyada ümumi siyasi böhranın
kəskinləşməsinə səbəb oldu. Sənaye şəhərlərində siyasi tətil və nümayişlər baş verir, kənd
yerlərində kəndlilər mülkədar və xəzinə torpaqlarını, meşələri, su mənbələrini özbaşına
tutur, malikanələri yandırır, mülkədarların taxılını aclıq çəkənlərə paylayırdılar. Orduda,
tələbə-gənclər arasında həyəcanlar başlayırdı. Neft sənayesinin geniş fəhlə kütlələri
içərisində - cəmiyyətin ən intensiv şəkildə istismar olunan bu hissəsində narazılıq günü-
gündən artırdı. 1904-cü ilin avqust ayında Bakıda Şendrikov qardaşları tərəfindən
"Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" adında menşevik mövqeli təşkilat yaradıldı.
Fəhlələrlə sıx ünsiyyətə girən Şendrikovlar onları əsasən iqtisadi mübarizəyə çağırır,
bolşeviklərə qarşı çıxış edirdilər.
Şendrikovlar özlərini sözdə sosial-demokrat adlandırır və daha çox
menşeviklərə meyl edirdilər. 1904-cü ilin iyun ayında, yəni RSDFP Bakı Komitəsinin
bolşeviklərin əlinə keçməsindən sonra onlar ilə şendrikovçular arasında fəhlə kütlələrinə
təsir uğrunda mübarizə başlandı. Şendrikov qardaşları başda İlya Şendrikov olmaqla
bolşevikləri qeyri-demokratizmdə ittiham edirdilər. Onların dediyinə görə, bolşevik
təşkilatının rəhbərliyini bir qrup ziyalı təşkil edir ki, onların da fəhlələrlə ünsiyyəti yox
dərəcəsindədir və Bakı Ko mitəsinə fəhlələr tərəfindən heç bir nəzarət olun mur.
Məhz buna görə də BK-nın bütün qərarları fəhlələrə əmr formasında çatdırılır, bu isə,
şendrikovçuların fikrincə, inqilabi hərəkatda yolverilməzdir
57
.
97
Şendrikovçuların bolşeviklərə ikinci ittihamı onların fəhlələrin iqtisadi
ehtiyaclarına əhəmiyyət verməməkləri və bütün gücü siyasi məsələlərə yönəltmələrindən
ibarət idi. Öz növbəsində bolşeviklər şendrikovçuları anarxo-sindikalist və avantüraçı
adlandırırdılar. Onların əsas ittihamı ondan ibarət idi ki, şendrikovçular siyasi şüarlardan
vaz keçərək, fəhlələri yalnız iqtisadi mübarizəyə çağırırlar, bu isə, bolşeviklərin fikrincə,
menşevizmin ibtidai dövrü, kobud "ekonomizm" demək idi.
1904-cü ilin avqustunda Şendrikovlar Bakı Komitəsi tərəfindən intizamsızlıq
törətməkdə günahlandırılaraq partiyadan çıxarıldılar. Lakin onlar özlərini hələ də
RSDFP-nin üzvləri saymaqda davam edirdilər, çünki menşeviklər 1906-cı ilədək
şendrikovçuların tərəfini saxladıqlarına görə onların partiyadan kənar edilməsində yalnız
bolşeviklər iştirak ed irdilər.
1904-cü ilin noyabr ayından şendrikovçular ümumi tətilə hazırlıq görməyə
başladılar.
Dekabrın 12-də "Balaxanı və Bibiheybət fəhlələrinin təşkilatı" çörəkçilər və
şəhərin su təchizatı fəhlələrindən savayı bütün sənaye fəhlələrini ümumi tətilə çağıraraq,
qabaqcadan elan etdi ki, tətil ancaq təşkilatın xəbərdarlığından sonra dayandırıla bilər və
sahibkarların fəhlələri qorxutmağa yönəlmiş bütün cəhdləri "təşkilatın cavab addımla rını
gücləndirəcək və ən qəti tədbirlər görüləcəkdir".
Xəzər-Qara dəniz cəmiyyətinin fəhlələri tətilə birinci başladılar. Onların
ardınca Nobel, Rotşild, Mantaşev və Mirzoyevin mədənlərinin, günortaya qədər
Bibiheybət, habelə Qara və Ağ şəhərlərin fəhlələri işi dayandırdılar. Bu möhtəşəm
çıxışın elə birinci günündə 40-a yaxın firmanın fəhlə və qulluqçuları tətilə qoşuldular.
Ertəsi gün tətil genişlənməkdə davam edirdi. Axşama yaxın "Kaspi", "Baku",
"Bakinskiye izvestiya" qəzetləri mətbəələrinin fəhlələri işi dayandırdılar. Dekabrın 16-17-
də "Şərq cəmiyyəti", "Qafqaz və Merkuri‖nin emalatxanaları, habelə "Nadejda"
kompaniyası, tənbəki fabriki və Dadaşovun tərsanəsinin fəhlələri, sonra isə Xəzər ticarət
donanmasının dənizçiləri, şəhər konkasının, mağazaların, emalat xanaların işçiləri də
tətilə başladılar. Beləliklə, tətil ü mumi xarakter alaraq 50 minədək adamı əhatə etdi
58
.
RSDFP Bakı Komitəsi əvvəldən, qış mövsümü olmasını və dənizdə
naviqasiyanın dayandırılmasını nəzərə alaraq, bu tətilin əleyhinə çıxmışdı. Lakin
hadisələrin geniş miqyas aldığını görüb tətilə qoşuldu və bu barədə buraxdığı vərəqədə
elan etdi: "Tətil başlamışdır. Hazırkı məqamda kapitalistlərə müharibə elan
edilməsinə bizim münasibətimiz necə olursa olsun, biz bütün qüvvələrimizi sərf
etməliyik ki, qələbə bizim, fəhlələrin olsun. Lakin, yoldaşlar, unutmayın ki, nə qədər ki,
bizim başlıca düşmənimiz (çar hökuməti), bizim kapitalistlərin dostu devrilməyibdir,
kapitalistlər üzərində bizim heç bir qələbəmiz möhkəm olmayacaq"
59
.
Tətilə rəhbərliy i ələ almaq uğrunda iki təşkilat arasında müba rizə
başlandı. Bu zaman BK şəhər rayonunda, şendrikovçular isə neft mədənləri və
neftayırma zavodlarında üstün mövqeyə malik idilər. BK tətilə rəhbərlik etmək
üçün A.M.Stopani, P.A.Caparidze və İ.Fio letov başda olmaqla, tətil ko mitəsi təşkil
etdi. Tətil ko mitəsinə sosial-demokrat "Hü mmət", ermən i "Qnçak" təşkilatların ın
98
da nümayəndələri daxil oldu və sol blok yaratdılar. Şendrikovçular tətil ko mitəsinə
daxil olmaqdan imtina etdilər.
Bu zaman tətil genişlən məkdə davam edirdi. Neft sənayeçiləri danışıqlara
getməyə məcbur oldula r. İki həftə əvvəl şendrikovçuların hazırlad ıqları tələblə rin
bütöv təkrarı olan bir sıra iqtisadi tələblər ətrafında danışıq lara RSDFP BK-n ın
nəzarəti altında olan Tətil ko mitəsi fəhlələrin nümayəndəsi kimi rəhbərlik edird i.
Danışıqlar bir neçə dəfə pozuldu və nəhayət, dekabrın 21-də tətilin
dekabrın 23-də dayandırılacağı barədə razılıq əldə edildi. Lakin tətilin rəhbəri
şöhrətini əldən vermək istəməyən şendrikovçular fəhlələri açıqdan-açığa işə
çıxmamağa çağırırd ılar. Dekabrın 23-də iş başlanmadı, mü xtəlif fəhlə qrupları
arasındakı toqquşmalar və jandarmların işə müdaxiləsi qan tökülməsinə gətirib
çıxardı. Sahibkarlar dekabrın 27-n i işə qayıdış günü elan etdilər. Lakin bolş eviklər
vəziyyətdən istifadə edərək, 25 yeni tələb hazırladılar və onları sahibkarlara təqdim
etdilər. Bu tələb lərin əsasında dekabrın 27-də yeni saziş əldə olundu. Bu saziş 9
saatlıq iş gününə (birinci sazişdə 9,5 saatlıq) əməl olun ması, xəstəliyə görə 2 aylıq
məzuniyyət verilməsin i (b irinci sazişdə 1,5 ay), 3 növbəli işin tətbiqini, İran
təbəələri və digər millətlərdən olan fəhlələr arasında qey ri-bərabərliyin aradan
qaldırılmasını və i.a. nəzərdə tuturdu
60
.
Tətilin başa çatdırılmasında bolşeviklərin qələbəsinə yol vermək
istəməyən şendrikovçular "iqtis adi terrora", yəni neft buruqlarının yandırılmasına
əl atdılar. İ.Şendrikov mədənlərdə çıxış edərək, fəh lələri tətili davam etdirməyə
çağırır, yeni tələblər hazırladığın ı bildirirdi. Bu tələblər hazırlandı və dekabrın 30-
da "Elektriçeskaya sila" zavodunda, böyük fəhlə kütləsinin əhatəsində Rusiya fəhlə
hərəkatı tarixində ilk kollektiv müqavilə imzalandı. "Mazut konstitusiya"sı adı ilə
məşhur olan bu müqavilə bolşeviklərin dekabrın 27-də imzaladıqları sazişin
şərtlərinə əlavə olan aşağıdakı maddələri nəzərdə tuturdu: tətil günləri üçün
fəhlələrə əmək haqqı ödənilməsi; fəhlələrə mənzil, kerosin, neft və su verilməsi; əmək
qabiliyyətini itirənlər üçün 3 ay müddətində əmək haqqının yarısının saxlanması; tətilçilərin
cəzalandırılmayacağına təminat verilməsi
61
.
1904-cü ilin kollektiv müqaviləsi Bakı fəhlələrinin çox böyük nailiyyəti olub, onun
maddi vəziyyətini xeyli yaxşılaşdırdı. Neft sənayeçilərindən qoparılmış güzəştlər pulla hər
ay 150 min manata və ya fəhlələrin ümumi əmək haqqının 20 faizinə bərabər idi
62
.
RSDFP-nin bolşevik Bakı Komitəsi və "Balaxanı və Bibiheybət fəhlələrinin
təşkilatı" arasındakı qarşıdurmada bu dəfə şendrikovçular qalib gəldilər. Halbuki sonralar
sovet tarixşünaslığında dekabr tətilinin təşkili və keçirilməsindəki bütün xidmətlər yalnız
bolşeviklərə aid edilirdi. Lakin şendrikovçuların uğuru da çox çəkmədi. 1905-ci ilin
yanvarında onlar tərəfindən yaradılmış "Bakı fəhlələr ittifaqı" (Bakı Sovetində çoxluq
toplayaraq) keçirilən tətillərdə təxribatçılıq la məşğul olmağa başladı.
1906-cı ildə isə şendrikovçuların neft sənayeçiləri və polislə ünsiyyətdə olması
və bir çox korrupsiya faktları aşkar edildi. Həmin ilin iyun ayında onlar RSDFP birləşmiş
təşkilatının (bolşeviklər və menşeviklər) iclasında partiyadan kənar edildilər.
99
Şendrikovçular haqqında tərtib olunmuş cinayət işi RSDFP Mərkəzi Komitəsinə
göndərildi.
Beləliklə, XX əsrin əvvəlindən bəri Azərbaycanda yetişən inqilabi böhran
1904-cü ilin dekabrında güclü ümumi tətillə başa çatdı. Bu tətil Rusiya imperiyasının
ucqarlarında idarəçiliyin köhnə forma və metodlarının qeyri-mümkünlüyünü üzə çıxarıb bir daha
təsdiq etdi.
1905-ci il Rusiyada ictimai-siyasi hərəkatlar tarixində zirvə mərhələsi, xalq
kütlələrinin mütləqiyyətlə, sosial və milli əsarətə qarşı mübarizəsində ço x mühüm pillə
oldu.
Bütün ölkəni lərzəyə salmış 9 Yanvar hadisələri ümumi partlayışa səbəb oldu.
Eyni zamanda yanvar çıxışları Bakıdakı ümumi dekabr tətilinin davamı idi. Hərəkat digər
şəhərlərdə də genişlənirdi. Elə həmin ay Tiflis, Gəncə, Batum, Kutaisi və Zaqafqaziya
dəmir yolunun fəhlələri tətilə başlamış, Gədəbəyin mis mədənlərində, Ləki
stansiyasındakı yağ zavodunda çalışanlar işi dayandırmışdılar.
Çarizm tətil hərəkatına qarşı polis tədbirini gücləndirdi. 1905-ci il fevralın 15-də
müvəqqəti Bakı general-qubernatoru vəzifəsi təsis edildi, fevralın 18-dən isə II
Nikolayın fərmanı ilə Bakı şəhəri və quberniyasında hərbi vəziyyət tətbiq olundu və
digər tədbirlər görüldü.
1905-c i ilin ma rtında çar höku məti senator Kuzminskiyə Ba kı şəhəri və
quberniyasını təftiş etməyi tapşırdı. Çar hakimiyyət orqanları fəhlə kütlələrini
sakitləşdirmək üçün sahibkarlar və neftçi fəhlələrin nü mayəndələrin in birgə
müşavirəsini çağ ırmağ ı qərara aldı; apreldə Peterburqda maliyyə nazirinin sədrliyi
altında "fəhlələ rin məişətinin qaydaya salın mas ı və sığortası üzrə" ko missiya təşkil
olundu. Bu zaman cəza qüvvələri tətil hərəkatını boğ maq üçün Azərbaycanda
cəmləşdirilird i.
1905-c i ilin yaz və yayında ölkədə fəhlə hərə katı daha geniş vüsət aldı,
Azərbaycandakı çıxışla r da kəskin xarakter almağa başladı. Mart-aprelin
əvvəllərində Gəncə, Bakı, Ağstafa, Yevlax, Hacıqabul dəmiryo lçuları tətilə
başladılar, Tiflis və Aleksandropolun yol fəhlələri də onlara qoşuldular. Tətil 1905-
ci il apre lin 12-də k davam etdi. Bu çıxış lara RSDFP Qafqa z İttifaq Ko mitəsi və
yerli partiya orqanları rəhbərlik edirdi.
Bakıdakı Bir may tətilləri mayın 10-da ü mu mi tətilə çevrild i.
Azərbaycanlı fəhlələrin kütləvi şəkildə iş tirak etdiyi bu tətillərdə 26 hüquqi, siyasi
və iqtisadi tələb irəli sürüldü. Onların tələbləri ilə tanış olmaq üçün tərkibinə Bakı
dumasının üzv ləri H.A.Aşurov, İ. Hacıyev, İ.Hacınski, K.Səfərəliyev və quberniya
qazısı daxil o lan xüsusi komissiya Balaxanıya gəldi. Mayın 14-də ko missiya azər-
baycanlı sahibkarlara məxsus mədənlərin müdiriyyəti ilə birlikdə müsəlman
fəhlələrin mitinqin i keçird i. Burada irəli sürülən tələblər neft sənayeçiləri qurultayı
Şurası tərkibin in azərbaycanlılar hesabına genişləndirilməsi, azərbaycanlı
fəhlələrdən usta vəzifəsinə qəbulun artırılması, müsəlman fəhlələrə d ini
ehtiyacların ı ödəmək üçün şərait yaradılması və onlara tibbi xid mətin
100
yaxşılaşdırılmasından ibarət idi
63
.
1905-c i ilin yayında Azərbaycanda tətil hərəkatının artması müşahidə
olunur. İyun-iyul aylarında bu hərəkat Bakının bütün sənaye müəssisələrinin
dörddə üçünü əhatə etmişdi
64
. Təkcə neftçilər deyil, həm də dəmiryolçular, gəmi
təmiri emalatxanalarının fəhlələri, Xəzər ticarət donanması gəmilərinin ço xunun
ko mandaları, Bakı apteklərinin işçiləri və b. tətil edird ilər. Hərəkat qəzalara da
keçərək, ağ neft kəməri fəhlələrini, Nu xa və Şuşanın ipəksarıyıcılarını və
Gədəbəyin misəridənlərin i əhatə etdi
65
.
İyul-avqustun əvvəllərində RSDFP Bakı Komitəsi tətilə hazırlıq gördü, lakin digər
siyasi qüvvələrin əks-fəaliyyəti ilə əlaqədar bu niyyətin həyata keçirilməsi mümkün olmadı.
Bundan başqa, neft mədənlərində şendrikovçular tərəfindən yanğınlar təşkil olundu. Belə ki,
Abşerondakı 3133 qazıma buruğundan 1795-i (57,2 faiz) yandı.
Bu, hakimiyyət orqanlarının əlində çıxışları yatırmaq üçün bəhanə oldu. Avqustun 22-
də mühasirə vəziyyəti elan edildi. Çar hökumət orqanları tətilçilərə qarşı qoşun yeritdi,
repressiyalar və şəhərdə polis terroru artmağa başladı. Eyni zamanda hökumət neft sənayeçiləri
və fəhlələr arasında qarşılıqlı münasibətləri nizama salmağa cəhd göstərirdi. Yaranmış
vəziyyətlə əlaqədar sentyabrın 30-da Peterburqda müşavirə çağırıldı. Burada müsəlman
fəhlələrinin mənafeyini Ə.Topçubaşov müdafiə etdi. Ə.Ağayev fəhlə məsələsinin
qanunvericilik yolu ilə niza ma salın ması zərurətindən danışdı.
1905-ci ilin yazı və yayında Azərbaycanda kəndli hərəkatı geniş miqyas aldı.
Kəndlilər çarizmin köçürmə siyasətinə qarşı çıxır, vergiləri ödəməkdən, mükəlləfiyyətləri
yerinə yetirməkdən boyun qaçırır, xəzinə meşələrini qırır, malikanələri dağıdır, hökumət
sərəncamlarını yerinə yetirməkdən imtina edirdilər. Lakin bütün bunlar əsasən ko rtəbii
xarakter daşıyırd ı.
Bu dövrdə kəndlərdə qaçaqçılıq geniş yayılmışdı. Yelizavetpol quberniyasındakı
qaçaqlardan Qandal Nağı, Əli Məhərrəm oğlu, Kərbəlayı Əsgər və b. xüsusən çox
şöhrətlənmişdilər
66
.
Çar hökumət orqanları kəndlilərə qarşı amansız cəza tədbirləri tətbiq edir, sakinləri
əldə silah sosial ədalətsizliyə qarşı çıxan və ya xalq qisasçılarına kömək göstərən kəndləri
məhv etməkdən belə çəkinmird ilər.
Cənubi Qafqaz, o cümlədən Bakı, Ağstafa, Hacıqabul, Yevlax və Gəncə
dəmiryolçularının tətili 1905-ci ilin payızında mühüm hadisə oldu. Diyarın dəmir yollarında
qatarların hərəkəti dayandı, yollar tətil komitələrinin əlinə keçdi
67
. Oktyabr günlərində Bakının
bir çox iri müəssisələrinin fəhlələri tətilə başladılar. Bu zaman və noyabrın sonunda Nu xa və
Şuşanın ipəksarıma fabriklərində, Ağdam pambıqtəmizləmə zavodunda, Xəzər ticarət
donanmasında tətillər baş vermişdi.
1905-ci ilin payızında azadlıq hərəkatının yüksəlişi, ümumi oktyabr tətili ölkədə
inqilabi şəraitin kəskinləşməsinə dəlalət edirdi.Oktyabrın 17-də II Nikolay rejimi
iflasdan xilas etmək məqsədilə, eləcə də Rusiya xalqlarına mü lki və siyasi
azadlıqla r vermə k niyyəti ilə Dövlət du masının çağırılması haqqında manifest
verdi. Lakin ça rizm ö zünün geniş təbliğ edilən vədlərini yerinə yetirməyə
101
tələsmirdi.
Sol siyasi təşkilatların təşəbbüsü ilə oktyabrın sonlarında Bakı və
Gəncədə kütləvi siyasi mitinqlər və nü mayişlər keçirildi. Bu tədbirlərdə
zəh mətkeşləri beynəlmiləl ittifaq ı möhkəmləndirməyə və mütləqiyyətə qarşı silahlı
mübarizəyə hazırlaşmağa çağırırdılar
68
.
Oktyabrın 25-də Qafqaz canişin i İ.İ.Vo rontsov-Daşkovun manifestin necə
başa düşülməsini "izah edən" elanı dərc olundu
69
. Bakı şəhəri və quberniyasının
müvəqqəti general-qubernatoru Fadeyevin sərəncamı ilə hər cür " kütləvi küçə
çıxışları və xalq yığıncaqları" qadağan edilirdi. Çar hakimiyyət orqanları vəd edilmiş
"azadlıqlar"ın əvəzinə əhalin i amansız cəza tədbirləri ilə hədələyird i
70
.
Bakı fəhlələrinin mübarizəsi şəhər əhalisinin digər təbəqələrinə güclü təsir
göstərirdi. Oktyabr-dekabr ayları ziyalılar və qulluqçuların ictimai-siyasi
fəallığ ının inkişafında, onların (mühəndis və texniklərin, vəkillərin, həkimlərin,
baytar işçilərin, zabit lərin, müə llimlərin, şagird lərin, əc zaçıların, feldşerlə rin,
məmu rların, poçt-teleqraf və kontor işçilərin in və b.) ö z həmkarlar təşkilatlarını
yaratma larında mühüm mə rhələ o ldu. Ziyalıla r ça rizmin siyasətinə öz mü-
nasibətlərini bildirir, verilmiş vədlərin yerinə yetirilməsini, məclisi-müəssisanın
çağırılmasın ı tələb edirdilər. Orta ziyalı təbəqələrin in tələblərində peşələri ilə bağlı
məsələlər (maddi vəziyyətin yaxşılaşdırılması və i.a.) ö z əksini tapırdı.
1905-c i il hadisələri Azə rbaycan müə llimlərinə də böyük təsir göstərirdi.
Müəllimlərin bütün mütərəqqi hissəsini birləşdirən ü mu mi platfo rması məktəblərin
demokratikləşdirilməsi uğrunda mübarizə idi. Müəllimlər azad lıq hərəkatına,
Rusiyanın siyasi cəhətdən yenidən qurulması ideyasına tərəfdar çıxırd ılar. 1905-ci
ilin dekabrında azərbaycanlı müəllimlər Nazirlər Şurasının sədrinə və Qafqaz ca -
nişininə mü raciətdə ilk dəfə olaraq kollektiv surətdə özlərinin maddi və hüquqi
vəziyyətləri, Azərbaycan əhalisi içəris ində xalq təh s ili sistemin in kö kündən
dəyişdirilməsi zərurəti haqqında məsələ qald ırırd ılar. Məsələn, N.Nərimanov,
Ü.Hacıbəyov və b. xalq təhsili ə məkçilərinin siyasi özünüdərk oyanışında azadlıq
hərəkatının oynadığı rolu qeyd edird ilər.
Ə.Topçubaşov Bakı müəllimlərinin həmkarlar ittifaqının yaradılmasını
alqışlayır və müdafiə edirdi.
1905-ci ilin sonunda Bakı orta məktəb şagirdlərinin hələ fevral ayında başlamış
hərəkatı geniş miqyas aldı. Gənclər əsaslı məktəb islahatı tələb edir, mühüm
ümumdemokratik şüarlar irəli sürürdülər. Yeniyetmələrin hərəkatı ictimai-siyasi
əhəmiyyətə malik idi və rejimə qarşı çıxışa çevrildi. Siyasi təşkilatların şagird gənclər
arasında apardığı işlər nəticəsində onların təşkilatları yaradıldı. Görkəmli hümmətçilər
A.D.İsmayılov,
H.Q.Terequlov,
M.Əzizbəyov,
texniki
məktəbin şagirdləri
Z.D.Qulubəyov, M.B.Axundov və A.B.Yusifzadə də onların içərisində iş aparırdılar.
Dekabrda azərbaycanlı şagirdlərin "Üxüvvət" ("Qardaşlıq") təşkilatı yaradıldı.
Bu dövrdə Gəncə gimnaziyaçılarının, Şuş a realnı və Zaqatala şəhər məktəbləri
şagirdlərinin tətilləri baş verdi.
102
Noyabrın ortalarında Bakı, Gəncə və Zaqatalanın poçt-teleqraf işçiləri
rabitəçilərin Ümumrusiya tətilinə qoşuldular.
Moskvada dekabr silahlı üsyanı Azərbaycanda fəhlə hərəkatına yeni təkan
verdi. Qafqaz və Orta Asiya dəmiryolçularının dekabrın 7-də açılan konfransı Rusiya
dəmiryolçularının ümumi siyasi tətilinə qoşulmağı qərara aldı. Dekabrın 10-da başlayan
tətil Bakı, Biləcəri, Gəncə, Ağstafa və b. stansiyaların fəhlə və qulluqçuların ı əhatə
etdi. Dəmir yolda hərəkətin idarə olunması yenidən tətilçilərin əlinə keçdi.
Dəmiryolçuların tətili 1905-ci il dekabrın sonunadək davam etdi.
1905-ci ilin noyabr-dekabrında Xəzər hərbi donanmasının əsgər və
matrosları içərisində təbliğat-təşviqat işi gücləndi. Bu işdə həm RSDFP BK yanında
hərbi qrup, həm də eserlərin hərbi komissiyası böyük rol oynayırdı. Bakıda yerləşdirilmiş
hərbi hissələrlə əlaqə yaradıldı. Noyabrın sonlarında bəzi alayların əsgərləri öz tələbləri-
ni komandanlığa təqdim etdilər. Bakı qarnizonunda bir sıra hissələrin əsgərləri dekabrın
12-də keçirdikləri nümayişdə həbs edilmiş inqilabçı matrosların azadlığa buraxılmasını
tələb etdilər. Həyəcanlar Gəncə və Zaqatala qarnizonlarının hissələrini də əhatə etdi.
"Ən etibarlı" sayılan kazak hissələri belə tərəddüd etməyə baş ladı. Qazaxdakı
və Yevlaxdakı kazak dəstələri polis xidmətini yerinə yetirməkdən boyun qaçırdılar.
Gəncədə 1-ci Labinsk alayının kazakları içərisində həyəcan başlandı.
RSDFP Bakı Ko mitəsi yaran mış vəziyyətdən ümumi siyasi tətil keçirmək
üçün istifadə etmək qərarına gəldi. 1905-ci il dekabrın 13-də Bakı fəhlələrin in
1904-cü il tətilinin ildönümü günü Ba kı Fəh lə Deputatları Soveti fəhlə lərin təkidi
ilə ü mu mi siyasi tətil elan etdi. Sovetin şendrikovçu rəhbərliy i tətil başlayanda ona
iqtisadi xarakter verməyə cəhd göstərdi. Lakin tətil bütün Bakı rayonuna yayılaraq
geniş miqyas aldı. Bir ço x zavod və mədənlər, konka, yerli qəzetlərin buraxılışı
dayandı, ziyalıların bir h issəsi tətilə başladı. Lakin tətil silah lı üsyana çevrilmədi,
siyasi təşkilatların hamısı onu müdafiə etməd iyi üçün o, heç kütləvi tətilə də
çevrilmədi. Çünki əhalinin geniş təbəqələrini, əsgərləri, matrosları və b. tətilə cəlb
etmək mü mkün olmad ı
71
.
Burjuaziya və ziyalıların əsas hissəsi sol partiyaların zora kılıq ve ifratçılıq
mey illərindən çəkin mir, quruluşun islahatlar, parla ment demokratiyasını tədricən
həyata keçirmək yolu ilə dəyişdirilməsini dəstəkləyir, sinfi sülh ideyasmı, əmək
münaqişələrinin danışıqlar vasitəsilə həllini sinfi mübarizədən üstün tuturdu. Bu
görüşlərin tərəfdarları Rusiyada əmək və kapital arasında qarşılıq lı münasibətləri
nizamlaya, fəhlələrin mü lki və siyasi hüquqlarını müəyyənləşdirə biləcək fəhlə
qanunvericiliy inin həyata keçirilməsi zərurətini də qeyd edird ilər.
Moskvada dekabr silahlı üsyanının məğlubiyyətindən sonra çıxış lar
zəifləməyə başladı. Lakin Bakıda fəhlə hərəkatı yeni mərhələyə qədəm qoydu. Ona
RSDFP-n in birləş miş (bolşevik və menşeviklərin) Ba kı təşkilatının icra iyyə
ko mitəsi, eserlər partiyasının Bakı Ko mitəsi, milli sosial-demokrat "Hü mmət"
təşkilatı rəhbərlik edird i. Mayın 1-i ü mu mi tətillə qeyd olundu. Sonra tətillər
sənaye müəssisələrini əhatə etməyə başladı. Mədənlərin azərbaycanlı fəh lələ ri
103
mübarizəyə getdikcə daha çox qoşulurdu. İyulun ortalarında mədənlərdə fəhlələrin
artıq 65 faizi tətil edird i.
Menşeviklər Bakı fəh lələrin in tətil hərəkatını avropasayağı mübarizə
yollarına keçirməyi təbliğ edir, mülay im tələblərə çağırırd ı.
1906-c ı ilin ya zında Ba kıda şagird lərin iri tətili baş verdi. Gəncə şagirdləri
də tətil elan etdilər, burada sonralar yerli şagird təşkilatı yarandı.
İyun-iyul ay larında Xəzər ticarət donanması dənizçilərinin tətili baş verdi.
Bu tətil onların Qara dənizdən olan həmfikirlərinin çıxış ları ilə səsləşirdi. Elə bu
dövrdə Tağıyevin toxuculuq fabriklərində də iri tətil o lmuşdu və i.a.
Lakin tətillər dalğası ümumi tətilə çevrilmədi. Belə ki, siyasi təşkilatların
mövqeyi bu məsələdə eyni deyildi. 1906-cı ilin yayı ərəfəsində təkcə RSDFP BK
İcraiyyə Komitəsinə deyil, həm bütün komitələrə rəhbərlik edən menşeviklər onun
keçirilməsini əleyhinə çıxır, kadetlər, şendrikovçular, "spesifiklər" və b. onları müdafiə
edirdilər
72
. Milli ziyalılann da əsas hissəsi kütləvi çıxış lara mən fi münasibət bəsləyirdi.
Tətillərin artması çar hakimiyyət orqanlarını təşvişə saldı. Fəhlələrin həbsi və sürgün
edilməsi başladı. Tətil hərəkatı ilə mübarizə məqsədilə II Nikolayın 1906-cı il 28
sentyabrda verdiyi fərmana görə, Bakı xüsusi qradonaçalnikliyə ayrıldı, şəhərin və onun
mədən-zavod rayonlarının birlikdə idarə edilməsi onun qradonaçalnikinə həvalə edildi.
Eyni zamanda hakimiyyət orqanları, neft sənayeçiləri və fəhlələrin nümayəndələri ilə birlikdə
müşavirə keçirilməsini təklif etdilər. Bolşeviklərin ciddi əks-fəaliyyətinə baxmayaraq, bir
sıra müəssisələrdə müşavirəyə nümayəndələrin seçkisi keçirildi. Bu müşavirə 1906-cı
ilin dekabrında Peterburqda keçirildi. Burada fəhlələrə ancaq onların tələblərinin neft
sənayeçilərinin növbəti qurultayında nəzərdən keçirilməsi vəd olundu.
Neft Sənayesi Fəhlələri İttifaqının, fəhlə və qulluqçuların bir sıra digər
həmkarlar təşkilatlarının yaradılması bu ilin mühüm had isəsi oldu.
1906-cı il hərbi çıxışların fəallaşması ilə səciyyəvidir. Hərbi məhkəmə yanvar ayında
1905-ci ilin oktyabrında qaragüruhçuların nümayişini dağıtmaq üstündə həbs olunmuş
matrosları cəzalandırmağa cəhd göstərdi. Lakin Bakı fəhlələri dənizçilərin mühakimə
edilməsinə qarşı öz güclü səsini qaldırdı. Məhkəmə 3 matrosa bəraət, qalanlarına isə
qısamüddətli həbs cəzası verməyə məcbur oldu.
1906-cı ilin əvvəlində Xəzər hərbi donanmasının hissələri, habelə Samur
alayının əsgərləri içərisində həyəcanlar baş verdi. Hakimiyyət orqanları dənizçilərə
qarşı cəza tədbirləri gordü.
Hissələrdə ordunun çarizmlə mübarizə üçün xalqın tərəfinə keçməsi zərurəti
haqqında təbliğat aparılırdı. RSDFP BK, eserlər partiyasının Bakı Komitəsi və b. əsgər və
zabitlər içərisində iş aparırdı.
Qafqaz Hərbi Dairəsi qoşunlarının komandanı 1906-cı ilin oktyabrında Peterburqa
məlumat verirdi ki, Bakı qarnizonu hissələri içərisində inqilab i təbliğat genişlənir.
1906-cı ildə kəndli hərəkatı da genişlənməkdə davam edirdi. İlin birinci
yarısında bu hərəkat Azərbaycan qəzalarının çoxunu əhatə etmişdi. Kəndli həyəcanları 1905-ci
ildəki şəkildə təzahür edirdi.
104
Nuxa, Yelizavetpol, Qazax, Cavanşir, Quba, Göyçay qəzalarında və Zaqatala
dairəsində qaçaqlar fəallaşmışdı. Nuxa qəzasında 10 qaçaq dəstəsi fəaliyyət göstərirdi.
Zaqatala dairəsində Qaçaq Yusifin başçılıq etdiyi dəstə özünün cəsarətli hərəkətləri ilə
fərqlənirdi. Yelizavetpol qəzasında xəzinə kəndi Mingəçevirin sakinləri elliklə mübarizəyə
qalxmışdılar. Onlar hər hansı hakimiyyəti tanımadıqlarını bildirib hamılıqla qaçaqlıq
edirdilər. Bu qəzaya qarşı iri cəza dəstələri göndərilmişdi, əməliyyata isə general-
qubernator özü başçılıq edird i.
Aqrar hərəkatın gedişində Cənubi Qafqaz kəndliləri arasında əlaqələr yaranırdı.
Zaqatala dairəsinin kəndliləri Tiflis quberniyası Sığnaq və Telav qəzalarının, habelə
Dağıstan vilayətinin üsyan qaldırmış kəndlilərinə kömək göstərirdilər. İrəvan
quberniyasının erməni və türk-müsəlman kəndliləri mülkədar zülmünə və daşnakların
törətdikləri özbaşınalıqlara qarşı birgə çıxış edirdilər.
1907-ci ildə bütövlükdə imperiyada inqilabi hərəkat kəskin surətdə zəiflədiyi
bir vaxtda, Bakı fəhlələrinin tətil mübarizəsi kifayət qədər yüksək səviyyədə qalmaqda idi.
Bu, sahibkarlar tərəfindən dekabr müqaviləsinin pozulması ilə əlaqədar fəhlələrin
vəziyyətinin xeyli pisləşməsi, habelə neft sənayesində əlverişli konyunktura və Bakıda
vəziyyətin mürəkkəbləşməsindən çəkinən hakim dairələrin ehtiyatlı siyasəti ilə izah
olunurdu.
Təkcə yanvarda Bakıda 7000 nəfərdən çox sənaye fəhləsinin iştirak etdiyi 32
iqtisadi tətil baş vermiş, onların tələblərində həmkarlar ittifaqları və mədən-zavod
komissiyalarının hüquqlarının tanınması kimi məsələlər də ö z əksini tap mışdı.
1907-ci ilin birinci yarısında Azərbaycan qəzalarında fəhlələr bir sıra güclü
çıxışlar keçirdilər. Fevralın 6-da Gədəbəy misəritmə zavodunun, mayın əvvəllərində
Nuxada 14 ipəksarıyıcı və ipəkəyirici fabrikində 1150 nəfər fəhlənin, Şuşada bir sıra
sənətkarlıq emalatxanaları fəhlələrin in tətili baş verdi.
1907-c i ilin birinci yarısında Azərbaycanda tətil
mübarizəsin in
kulminasiya nöqtəsi Xəzər ticarət donanması dənizçilərin in martın 9-dan aprelin
25-dək davam edən tətili oldu. Çıxışa sosial-de mokratla rın və əsasən eserlərin
təmsil olunduqları tətil ko mitəsi rəhbərlik ed irdi. Hü mmətçi M.Hacıqasımov onun
tərkib inə daxil idi. "Hü mmət" tətil edən azərbaycanlı fəhlələr içərisində böyük
təşviqat işi aparırdı.
Tətil ko mitəsi bütün Xəzər ticarət donanmasının gəmi ko mandaların ın
vəziyyətini iqtisadi və hüquqi-siyasi aspektlərdən əks etdirən 48 bənddən ibarət
tələblərini işləyib hazırladı.
Xəzərin digər liman larında dayanan gəmilərin ko mandaları da ona
qoşulduğu üçün tətil ü mu mi xarakter daşıyırdı və Ümu mrusiya əhəmiyyəti kəsb
edərək, ölkənin iqtisadi həyatına güclü təsir gös tərdi. General-mayor baron fon
Taube başda olmaqla Ba kıya, Pet rovska, Krasnovodska, Həştərxana cəza
ekspedisiyaları göndərildi, kütləvi repressiyalar başlandı.
Bu məsələ II Dövlət Du masında mü zakirə olundu. Bakı fəh lələri cəza
tədbirlərinə etiraz olaraq aprelin 18-də 25 min lik siyasi tətil keçirdilər. Qara dəniz,
105
Petrovsk, Krasnovodsk, Həştərxan dənizç ilə ri, ö lkənin digər sənaye mər kəzlərin in
fəhlələri Bakı dənizçiləri ilə həmrəy olduqlarını b ild ird ilər. Tətil beynəlxalq əks -
səda da doğurmuşdu. Tətilçilər öz tələb lərinin müəyyən qədər təmin ed ilməsinə
nail o ldular.
1 May günü Bakıda iri tətil və nümay işlərlə keçd i. Bu gün Gəncədə də
qeyd edildi.
Mütləqiyyətin Azərbaycanda müstəmləkəçilik siyasəti və xalq hərəkatı ilə
mübarizə formalarından biri milli nifaq salmaq, millətlərarası toqquşmalar təşkil
etmək id i. Həmin toqquşmalardan ilk ən böyüyü 1905-ci il fevralın 6-9-da Bakıda
təşkil o lundu. Çar höku mət orqanları milli ehtirasları qızışdırmaq üçün Azərbaycan
və ermən i burjuaziyası arasındakı müəyyən ziddiyyətlərdən bacarıqla istifadə etdi.
Polis və qoşunlar yüzlə rlə ada mın qurban getdiklə ri qanlı toqquşmalara qarışmırdı.
Bu amansız təxribat cəmiyyətin mütərəqqi qüvvələrinin dərin h iddətinə səbəb oldu.
Şəhərdə ruhanilərin, ziyalıların iştirakı ilə kütləv i nümay işlər, mitinqlər keçirilirdi.
De mokratik mətbuat, sosial-de mokrat təşkilat ları, o cü mlədən "Hü mmət" bu işdə
mühü m fəaliyyət göstərirdi. "Hü mmət"in A zərbaycan dilində buraxdığı intibahnamə
"Rədd olsun mütləqiyyət!", "Yaşasın bütün xalqların qardaşlığı!" şüarları ilə bitirdi. Bu
hadisələri törədən səbəbləri araşdırmaq üçün sonralar yaradılan komissiyada çox-millətli
Bakı ziyalılarının nümayəndələri yerli hakimiyyət orqanlarının iç üzünü açır, çirkin
əməllərini aşkarlayır, iki xalqın düşmənçiliyi üçün digər sanballı səbəblər olmasını rədd
edirdilər.
M.Ə.Sabirin 1905-ci ildə "Həyat" qəzetində dərc olunmuş "Beynəlmiləl" şeri
xalqlar dostluğunun və birliyinin əsil himni kimi səslənirdi.
Erməni-azərbaycanlı toqquşmaları yenidən 1906-cı ildə (Bakı, Yelizavetpol və
İrəvan quberniyalarında) təşkil olundu. Azərbaycan mədəniyyətinin görkəmli
nümayəndələri H.Zərdabi, F.Köçərli, N.Vəzirov, Ə.Ağayev, Ü.Hacıbəyov, H.Minasazov,
Ə.Topçubaşov, M.Şahtaxtinski, Z.Sultanov və b. bu hadisələri böyük bir bəla kimi
qiymətləndirir, mətbuatdakı çıxışları ilə onların təxribatçı xarakterini açıqlayır, hər vasitə
ilə bu amansız və mənasız ədavətə son qoymağa çalışırdılar. Hökumətin milli ədavəti
qızışdırmaq siyasətin in, mürtəce millətçi təbliğatın ifşası, tərəqqi və azadlıq uğrunda
xalqlar dostluğu, onların birliyi ideyalarının təbliği, "Molla Nəsrəddin" jurnalı və onun
redaktoru C. Məmmədquluzadənin fəaliyyətində ən aparıcı istiqamətlərdən biri idi. Xüsusi
sosial-demokrat orqanı
―
Dəvət-Qoç" qəzeti (1906) də bu məqsədlərə xidmət göstərirdi.
Ə.Ağayev Azərbaycan xalqının ünvanına deyilən hər cür böhtançı fikirləri
yerli və paytaxt mətbuatının səhifələrində hərarət və qızğınlıqla ifşa edirdi.
Fevral hadisələrindən dərhal sonra Əhməd bəy Ağayev Bakı şəhər qlavası (meri)
K.A.İretskiyə müraciət edərək, baş verən faciəni dayandırmaq üçün təcili tədbirlər
görülməsinin vacibliyi barədə tələb irəli sürmüş, qara qüvvələrin yeni toqquşmalar
törətmək istəyinə aid xəbərdarlıq edərək, şəhər administrasiyasını biganəlik və fəaliy-
yətsizlikdə günahlandırırdı. Ə.Ağayev hər iki tərəfin iştirakı ilə fövqəladə iclas
keçirməyin, görkəmli ziyalı nümayəndələri və din xadimlərinin də xalqa müraciətinin
106
vacibliyini İretskinin diqqətinə çatdırıb vurğulamışdı. Gərgin fevral günlərində
Ə.Ağayev qələm əhlinin bu hadisələrdə mühüm rolu haqqmda "Kaspi" qəzetində
məqalələr çap etdirərək, mətbuatı ilk növbədə faciənin əsil səbəblərini üzə çıxarmağa,
emosiyalara uymamağa və obyektivliyi saxlamağa borclu saydığını bildirirdi. Onun
fikrincə, bu faciəni törədənlər və onun bilavasitə iştirakçıları cəmiyyət qarşısında
günahlarını etiraf edib qanunla cəzalandırılmalıd ırlar
73
.
Millətlərarası münasibətlərin tənzimlənməsi məqsədilə ictimai təşkilatların
yaradılmasında da Ə.Ağayevin rolu böyük idi. 1905-ci ilin iyun ayında şəhər duması
"əhalinin barışdırılması üçün Bakı ko mitəsi" təşkil etdi
74
. Komitədə duma üzvləri ilə
yanaşı, həm də şəhər əhalisinin bir çox nümayəndəsi təmsil olunmuşdu. Toqquş malar
nəticəsində zərərçəkənlərə maddi yardım göstərilməsi ilə yanaşı, yerli və Ümumrusiya
mətbuatı vasitəsilə millətlərarası sülh çağırışları yaymaq və baş vermiş insidentlərin
mahiyyətini araşdırmaq komitənin vəzifələrinə daxil idi və onun sədri şəhər qlavası
vəzifələrini icra edən K.Səfərəliyev təyin olunmuşdu.
Azərbaycan ictimaiyyətini burada Ə.Topçubaşov, M.Hacınski, M.Muxtarov,
İ.Hacıyev təmsil edirdilər. Ə.Ağayev isə bu komitənin redaksiya komissiyasına "Həyat"
qəzetinin baş redaktoru kimi daxil idi
75
.
Cənubi Qafqaz şeyxülislamı axund Əbdülsalam Axundzadə və diyarın müftisi
Hüseyn Əfəndi Qayıbov əhali arasında böyük barışdırıcılıq işi görürdülər. H.Z.Tağıyev
bu toqquşmaların əleyhinə idi. Onun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış yardım
komissiyası zərər çəkən lərə kö mək edirdi.
1905-1907-ci illərin güclü xalq hərəkatı bir sıra səbəblər üzündən mövcud
quruluşun dəyişdirilməsinə gətirib çıxarmadı. Hətta demokratizmin ilk cücərtiləri Dövlət
dumasının simasında bürokratiyanın güclü müqavimətinə rast gəldi. Mütləqiyyət
hakimiyyəti 1907-ci il iyunun 3-də Dumanı qovaraq, demokratik qüvvələrə qarşı qəti
hücuma keçdi və onlara gərgin mübarizələr gedişində verilmiş kiçik nailiyyətləri belə
geri almağa başladı.
Lakin bunlara baxmayaraq, 1905-1907-ci illərin hadisələri ölkənin tarixində
möhtəşəm rol oynadı, bütün dünyada inqilabi mübarizə və milli-azadlıq hərəkatının
yüksəlişinə böyük təsir göstərdi.
Rusiya ilə həmsərhəd Şərq ölkələrində - İran, Türkiyə və Çində burjua
inqilabları baş verdi. Rusiya inqilabının, xüsusən da Bakıdakı fəhlə hərəkatı və ictimai-
siyasi hadisələrin təsiri İranda daha tez və daha güclü şəkildə özünü büruzə verd i.
Azərbaycan
ziyalıları
M.Ə.Sabir,
N.Nərimanov,
Ü.Hacıbəyov,
H.M inasazov, M.Rəsulzadə, İ.Əbilov, N.Şey xov və b. Cənubi Azərbaycanda
Səttarxanın başçılığ ı altında gedən xalq hərəkatına rəğbət bəsləyir, onu müdafiə
edirdilər. On lardan bir ço xu Bakıdan olan fəhlə dru jinaları ilə b irlikdə bilavasitə
hadisələrdə iştirak etmişdilər.
İrtica A zərbaycanda bütün ölkədə olduğundan bir qədər gec hücuma keçə
bildi. Bakıda tətil hərəkatı yüksək səviyyədə qalmaqda davam ed ird i. Belə ki,
Bakıda təkcə avqustda 20-dən ço x, bütövlükdə 1907-c i ilin ikinci yarısında isə 91
107
dəfə tətil baş vermiş, bunlarda 15 min nəfərdən çox adam iştirak etmişdi.
Sentyabrın 29-da hakimiyyət orqanların ın terrorçu luq əməlinin qurbanı
olmuş hümmətçi fəhlə X.Səfərəliyevin dəfni ilə əlaqədar güclü nü mayiş baş verdi.
1907-c i ildə digər iri siyasi çıxış noyabrın 22-də II Dövlət du masının
sosial-demokrat fra ksiyası üzərində aparılan məhkəmə günündə keçirilən b irgünlük
ümu mi siyasi tətil oldu. Burada 50 min nəfər iştirak ed irdi.
Müşavirə kampaniyası, sahibkarlar və fəh lələr arasında danışıqların
keçirilməsi dövrün nəzərə çarpan hadisəsi oldu. Bu məsələdə siyasi partiyaların
mövqeləri eyni deyild i. Bo lşeviklər müşavirən in müəyyən şərtlərlə keçirilməsinə
tərəfdar çıxırdılar. Menşeviklər sahibkarlar tərəfindən heç bir təminat verilmədən
müşavirədə iştirak etmək mövqeyində dururdular. Eserlər və daşnaklar müşavirəni
boykot etməyi təklif ed ird ilər. Buna görə, habelə hakimiyyət orqanlarının bolşevik
tələblərinə müqaviməti üzündən müşavirə pozuldu.
1908-c i ilin yazında, müşavirənin pozu lmasından sonra, Ba kıda və ziyyət
dəyişsə də, fəhlələr öz niyyətlərini dəyiş məmişdilər. 1 May 50 min nəfərdən çox
adamın iştirak etdiy i möhtəşəm ü mu mi siyasi tətillə qeyd olundu.
1909-1910-cu illə rdə Bakın ı çulğa mış qaragüruhçu irt ica fəh lə hərə katın ın
tənəzzülünə gətirib çıxardı. 1910-191-ci illərdə ay rı-ayrı kiçik müəssisələrdə
seyrək tətillər baş verirdi.
Böyük təzyiqlərə məruz qalmış partiya və həmkarlar orqanları 1911-ci ilin
əvvəllərində öz fəaliyyətlərini bərpa etməyə başladılar.
1912-c i il apre lin 4-də Sibirdə ki Lena qızıl mədənləri fəhlə lərinin 3 min lik
nümayişinin gülləbaran edilməsi Rusiyada fəh lə hərəkatının yüksəlişinə güclü təkan
verdi. Bütün ölkədən Bakı fəhlələrinin də iştirak etdikləri etiraz nümayiş və tətilləri dalğası
keçdi. Azərbaycan qəzalarında da fəhlələr hərəkətə gəlirdi. Aprelin 5-8-də Xaçmaz
rayonunda Şollar-Bakı su kəmərinin inşaatçıları tətil etdilər. Onlar İngiltərə "Qriffıs və K°"
firmasından əmək haqqının artırılması və iş gününün qısaldılmasını tələb edirdilər.
Mayın 7-də Nuxanın ipək emalı müəssisələri fəhlələrinin elan etdiyi, mayın 12-
də ümumi xarakter alan tətildə 6 min nəfər iştirak edirdi. Mayın 15-dək davam edən və
fəhlələrlə sahibkarlar arasında saziş imzalanması ilə başa çatan bu çıxış o dövrdə Rusiya
ipəkçilik sənayesində ən iri tətil idi.
1912-ci ilin yayı və qışında Bakının ayrı-ayrı müəssisələrində yeni etirazlar baş
qaldırdı. Dekabrda mətbəə fəhlələrinin Zaqafqaziya fəhlə hərəkatında mühüm hadisə kimi
tarixə düşmüş ümumi tətili keçirild i.
Sentyabrda Nuxa ipəksarıyıcıları yenidən işi dayandırdılar. Burada baş verən
həyəcanlar heç dekabrda da səngiməmişdi. Elə həmin ildə Gədəbəy mis mədəni və
misəritmə zavodunda fəhlə tətilləri baş verdi.
1910-1912-ci illərdə istismarçılara və çar hakimiyyətinə qarşı yeni kəndli
çıxışları müşahidə olunmuşdu. Kəndli həyəcanları Yelizavetpol, Nuxa, Şuşa, Qazax,
Cavanşir, Şamaxı, Cavad, Lənkəran, Bakı, Naxçıvan qəzalarında və Zaqatala dairəsində
baş verirdi. Yelizavetpol qəzasında Qatır Məmməd, Kərbəlayı Ələsgər, Məşədi Yolçu,
108
Qandal Nağının başçılıq etdikləri qaçaq hərəkatı geniş miqyas almışdı. 1914-cü ildə Qatır
Məmməd həbs olundu və İrkutsk quberniyasına sürgün edildi.
Azərbaycan fəhlə hərəkatında yeni mərhələ olan, 1913-cü ilin yazından
etibarən Bakıda artmaqda olan etiraz hərəkatı, yayda, "Xəzər-Qara dəniz cəmiyyəti"
fəhlələrinin iyulun 16-da başlayan tətili ilə ü mu mi xarakter almağa başladı.
Nümayəndələri tətil komitəsinə daxil olmuş Bakı neftçilərinin həmkarlar
ittifaqı, siyasi partiyalar və təşkilatlar (sosial-demokrat, eser) ümumi çıxışa hazırlıq
görürdülər. Tətil komitəsinin çağırışı ilə iyulun 25-də ümumi tətil başladı. Hərəkatın ön
sırasında mədən fəhlələri - Bakı fəhlələrinin ən məzlu m hissəsi gedirdi.
İşlənib hazırlanmış tələblər (cəmisi 45 maddə) Bakının neftçi fəhlələrinin həm
iqtisadi ehtiyaclarını, həm də onların vəziyyətinin siyasi-hüquqi aspektlərin i əks
etdirirdi.
Avqustun başlanğıcına yaxın tətildə 30 min nəfərədək fəhlə iştirak edirdi, sonra
proletariatın digər dəstələri də ona qoşulmağa başladı.
Ümumi tətilin hazırlanmasında Qazı Məhəmməd Ağasıyev, M.Məmmədyarov,
S.D.Yaqubov, P.A.Qraçov, A.Q.Dolidze, Y Y. Razmaçayev və b. fəal iştirak edirdilər.
Tətil günlərində qabaqcıl fəhlələrdən Rzaqulu bəy Səməd bəy oğlu, Pyotr
Dyomin, Qurban Həsən oğlu, Novruzəli Səfərəli oğlu, Sadıq Mövlud oğlu, İsmayıl
İbrahim oğlu, Pavel Piskunov, İbadulla Məmməd oğlu, Vasili Xarlamov və başqaları fəhlələr
içərisində geniş təşviqat işi aparırd ılar.
Tətil komitəsi Azərbaycan və rus dillərində bir sıra vərəqə və nıüraciətnamələr
nəşr etdirdi. Bakı fəhlələrinin Rusiya sənayesi və nəqliyyatının yanacaq təchizatını təhlükə
altında qoyan tətili yu xarı hökumət dairələrində böyük həyəcan doğurdu. Lap əvvəldən bu
tətil hökumətin cəza tədbirləri ilə müşayiət olunurdu. Polis sahibkarlarla tətilçilərin dinc
danışıqlarına qarışır, onları işdən çıxarır, kazarmalardan bayıra atır, döyür və s. cəza
tədbirlərini həyata keçirirdi. Hakimiyyət orqanları elektrik stansiyaları, su və neft
kəmərləri, nəqliyyat və rabitədə işlərin dayandırılmasına yol verməmək üçün tədbirlər
görürdü.
Tətilçilərin, demək olar ki, bütün siyasi tələbləri rədd olunurdu. Menşeviklər, o
cümlədən Dövlət dumasının tətil günlərində Bakıya gəlmiş üzvləri Skobelov və Çxeidze
də fəhlələri siyasi tələblərdən imtina etməyə çağırır, fabrik müfəttişliyi barışdıncı siyasət
yürüdürdü.
Hakimiyyət orqanları tətili rəhbərsiz qoydular. Tətil komitəsi tərkibinin
əksəriyyəti, neftçilərin həmkarlar irtifaqlarının bir sıra üzvü həbs olundu. Lakin ümumi tətil
ancaq oktyabrın 17-də başa çatdı. Onun nəticəsində neft sənayesində və onunla bağlı olan
istehsalat sahələrində 490 min 735 iş günü itirildi ki, bunun da 74 faizdən çoxu ne ft
hasilatının payına düşürdü.
Tətilçilər bir sıra iqtisadi tələblərin (əmək haqqının artırılması, mənzil haqqı və
mükafatların verilməsi) ödənilməsinə nail oldular. Bu, əslində bütün irtica illərində
fəhlələrin əlindən alınmışların geri qaytarılması demək idi. Sosial xarakterli bir sıra digər
tələblər rədd olundu.
109
1913-cü ilin yay tətili Bakı fəhlələrinin çıxışlarını yenidən Rusiya fəhlə
hərəkatının ön sıralarına çəkd i.
Bakıda tətil dalğasının, demək olar ki, yatdığı dövrdə - sentyabrda belə, Bakı neft
sənayesi rayonu tətil hərəkatının intensivliyinə görə Peterburq və Moskva
quberniyalarından sonra üçüncü yeri tuturdu.
1913-cü ildə Zaqafqaziyada baş vermiş tətillərin sayının 94-ü və onların
iştirakçılarının təxminən 96 faizi Bakının payına düşürdü. Bakıdakı vəziyyət Azərbaycan
qəzaları fəhlələrinə də təsir göstərirdi. İyulun 23-də Nuxanın ipəksarıma fabriklərindən
birində 300 nəfərin iştirak etdiy i tətil baş verdi.
Bakı tətili Qafqaz və Orta Asiyada fəhlə hərəkatının inkişafına şərait yaratdı. Bu,
1914-cü ilin yazı və yayında Bakı fəhlələrinin yeni böyük çıxışını şərtləndirdi. Bu ilin 5 ayı
ərzində Bakıda iştirakçılarının sayı 19 min nəfərdən çox olan 75 fəhlə tətili baş
vermişdi.
Ümumi tətilə geniş hazırlıq işləri başlandı. Mayın ortalarında sosial-
demokratlar və eserlərdən ibarət iki (əsas və ehtiyat) tətil ko mitəsi təşkil edildi. Bütün
mədən fəhlələrinin 95 faizi ümumi tətilə tərəfdar çıxırdı. Hakimiyyət orqanları
hadisələrin inkişafının qarşısını almağa cəhd göstərdi. Mayın 23-ü və 26-da birinci tətil
komitəsinin bir çox üzvü həbs olundu, rəhbərlik ikinci komitəyə keçdi. Neft sənayesi
fəhlələri həmkarlar ittifaqı ümumi tətilə hazırlıq işində fəal iştirak edird i.
Bakı ətrafında başlanan, fəhlələr içərisində güclü həyəcan doğuran vəba
epidemiyası tətilin elan edilməsi üçün bəhanə oldu. Neftçilərin həmkarlar ittifaqının
fəhlə qəsəbələrinin tikilməsi tələbinə neft sənayeçiləri qurultayı Şurası rədd cavabı
verdi. Tətil komitəsi mayın 27-də tətilə çağıran vərəqə buraxd ı, may ın 28-də isə fəhlə
müvəkkillərinin iştirakı ilə Bakı fəhlələrinin 60-dan çox maddəsi olan ümumi
tələblərini işləyib hazırladı. Onlar bir çox hallarda bundan əvvəlki ü mumi tətil dövründə
irəli sürülmüş tələblərlə səsləşir, eyni zamanda yeni məzmunu ilə fərqlənirdi.
Nəinki Bakı, eləcə də bütün Rusiya fəhlə hərəkatı iqtisadi və hüquqi
tələblərin belə geniş dairəsini o vaxtadək hələ görməmişdi. Onlar çıxışa daha geniş
tutumlu xa rakte r verirdi.
Tətilin ən qızğın dövründə 1914-cü il iyunun 1-də iştirakçıların sayı
təxminən 40 min nəfərə çatmışdı. 1913-cü ildə olduğu kimi, öndə neft mədənləri
(xüsusən də iri firmalara məxsus mədənlərin) fəhlələri gedirdi. Hərəkat bütün
Rusiyada gur əks-səda oyatdı.
Yerli sahibkarlar, həmçinin mərkəzi höku mət təqdim olunan tələblərin
şişirdild iyini bildirir, buna görə də onların yerinə yetirilməsin i qeyri-mü mkün
sayırdı. Cəza aparatı işə salındı. IV Döv lət Dumasının Bakı quberniyasından olan
deputatı, Bakıya gəlmiş sosial-demokrat (menşevik) Skobelev tətilə sırf iqtisadi
xara kter verməyə ça lışırdı.
Tətilç ilərin yekd il inadkarlığ ı hakimiyyət orqanlarının daha qəti tədbirlər
görməsinə təkan verdi. İyunun 25-də Bakıda hərbi vəziyyət tətbiq olundu.
Tətilçilər həbsxanalara salınır, mədən kazarmalarındakı mən zillərindən bayıra
110
atılır, Bakıdan çıxarılır, yaxud kənara (o cümlədən də Cənubi Azərbaycandan olan
fəhlələri) göndərilird i.
Məktəblərin, ticarət müəssisələrinin, tərsanələrin, elektrik stansiyalarının
və başqa sahələrin işçiləri tətilçi neftçilərlə həmrəy olduqların ı nü mayiş etdirird ilər.
Bakı tətili Rusiya fəhlə hərəkat ının yeni mərhə ləsinin başlanğıcı oldu.
Peterburq müəssisələrində bakılı qardaşların müdafiəsinə yönəlmiş həmrəylik
çıxışları möhtəşəm miqyas aldı. Piter və Bakı hadisələri bütün Rusiya proletariatın ı
hərəkətə gətirdi.
İyulun birinci yarısında Peterburq və Bakı fəh lələri ilə həmrəylik
hərəkatında 510 min nəfərdən çox adam iştirak etmişdi. Ölkən in hər tərəfindən
Bakıda tətil edənlərə yardım fondu üçün pul vəsaiti g əlird i. Tətili yatırmaq üçün
çarın daxili işlər nazirin in müavini, fövqəladə səlahiyyətlər verilmiş
V.F.Cunkovski Bakıya ezam o lundu, şəhərə xey li hərbi qüvv ə yeridildi.
Ağır maddi məhru miyyətlər və Birinci dünya müharibəsinin başlanması
ilə dərinləşən amansız repressiyalar şəraitində Bakı fəhlələri ü mu mi tətili
dayandırmalı oldula r. İki ay ərzində tətildə neft hasilatı fəhlələrinin 87,4 faizi,
podrat qazıması fəhlələrinin 62,6 faizi, neftayırma sahəsində çalışanların 95 faizi,
mexaniki istehsalat fəhlələrinin isə 84,1 faizi iştirak etmişdi. Bu dövr ərzində Bakı
neft sənayesində 1913-cü il tətili dövründəkinə nisbətən 3 dəfə ço x iş günü
itirilmişdi.
1914-cü ildə önündə Peterburq və Bakı fəhlələ ri gedən tətil hərəkatı,
Rusiyada baş verən digər ictimai-siyasi hadisələr inqilabın yaxınlaşdığını xəbər
verird i.
Dostları ilə paylaş: |