Partiya maarifi və əhalinin mənafeyinin müdafiəsini məqsəda çatmaq üçün
zəruri şərt sayırdı və bu, partiyanın möhüründə də əks olunmuşdu. Möhürün
üzərində altıguşəli u lduzla aypara, çarpazlaşmış iki q ılınc təsvir edilmiş və "Difai"-
"Mübariz milli firqəsi"sözləri həkk olunmuşdu
114
. "Difai" - nin vərəqələrində hər bir
əkinçinin əbədi arzusu - 'Torpaq zəhmətkeş s in fə məxsus olmalıdır": öz əksini
tapırdı
115
.
Partiyanın sosial dayağını əsasən cəmiyyətin orta təbəqələri-tacirlər,
ziyalılar, kəndlilər, şagirdlər vo onları təmsil edən şəxslar təşkil edirdi.
Partiyanın təşkilatçıları qarşıya qoyduqları siyasi məqsəd və vəzifələri kütlələrin
dərk edib həyata keçirmələri üçün onlarda müəyyən şüur və siyasi mədəniyyət
səviyyəsi olmasının zəruriliyin i ço x düzgün anlayırdı. Buna görə də əhali içərisində
geniş maarifçilik işi aparır, mədəni-maarif cəmiyyətinin imkanlarından istifadə edir,
siyasi ədəbiyyat yayırdılar
116
.
"Difai"nin şöbələri əhali içərisində geniş şöhrətə malik idi. Çar məmurları öz ali
rəislərinin nəzərinə çatdırırdılar ki, bu partiyanın mövcud olduğu müddətdə yerli əhalinin
ictimai işlərə marağı xeyli artmışdır, indi əhali onun komitələrinə hökumət idarələrindən
çox müraciət edir
117
. Həmçinin qeyd edirdilər ki, təbliğat nəticəsində "müsəlmanlar
birləşəcək, əqli cəhətdən inkişaf edəcək və şüurlu olacaqlar, partiya, şübhəsiz ki,
hökumət əleyhinə olan məqsədləri də təbliğ etməyə başlayacaqdır"
118
.
Partiyanın ən iri şöbəsi "Qarabağ birlik məclisi"
119
idi. Onun fəaliyyəti bütün
Qarabağı - Yelizavetpol quberniyasının Cavanşir-Qaryagin və Şuşa qəzalarını əhatə
edirdi. Məclisin təşkilatçıları tacirlər, ziyalılar, varlı və kasıb kəndlilərdən ibarət idi.
Məclisin baş komitəsi Şuşada yerləşirdi. Onun sədri Kərim bəy Mehmandarov idi.
Təşkilatın 400 nəfərlik döyüş drujinası var idi
120
. Məclisin 1907-ci ilin oktyabr ayında
qəbul olunmuş proqramında həm siyasi tələblər, həm də əxlaqi normalar əks olunmuşdu.
Bu proqram müsəlmanları birliyə, milli özünüdərki inkişaf etdirməyə çağırır, millətlər
arasındakı münasibətləri müəyyənləşdirir, milli düşmənçiliyi qızışdırmağa görə
məsuliyyət məsələsini qaldırır, rüşvətxorluğa, hakimiyyətdən sui-istifadəyə, böhtana,
əsassız surətdə qiymətlərin qaldırılmasına və s. görə cərimələr nəzərdə tuturdu
121
.
"Qarabağ birlik məclisi" qanunçuluq və hüquqi qaydaların cəmiyyətin həyatına
daxil edilməsi sahəsində ilk kövrək addımlar atırdı. Proqram qadın təhsili də daxil
olmaqla məktəblər şəbəkəsinin yarad ılmasını nəzərdə tuturdu. Bu sənəddə ticarət,
istehsalat və məhsul satışında qayda-qanun və sabitlik yaratmaq, həmçin in
cəmiyyətin iqtisadi, siyasi və mənəvi həyatı ilə bağlı məsələlərin həllini partiyanın
əlində cəmləşdirmək barədə də müddəa var idi
122
. O, bir növ cə miyyətin əmin-
119
aman lıq və qanunçuluq prinsipləri əsasında yenidən qurulması proqramı idi və
kütlələrin siyasi oyanışına kö mək ed irdi.
1907-c i ilin may ında "Müdafiə" təşkilat ı meydana çıxd ı. Ona böyük
ictimai-siyasi xadim İsmayıl xan Ziyad xanov başçılıq edirdi
123
. ―Müdafiə"nin
fəaliyyəti, başlıca olaraq, Yelizavetpol quberniyasının qərb hissəsini və Tiflis
quberniyası qəzalarının bir hissəsini əhatə edirdi. Onun siyasi dayağını əhalin in
imtiyazlı təbəqələrin in, mü lkədar-bəylərin, kənd ziyalılarının nü mayəndələri təşkil
edirdi. Təşkilat müsəlman lar içərisində maarif və mədəniyyət işlərinin qayğısına
qalmağı, onların hüquq və mənafelərinin müdafiəsin i, habelə kəndli məişətinin
yaxşılaşdırılmasını və s. özünün zəruri məqsəd və vəzifəsi hesab edirdi.
Azərbaycan xalqının siyasi cəhətdən birləşməsində Müsəlman
Demokratik Müsavat ("Bərabərlik") Partiyası mühüm rol oynadı. "Müsavat"
Partiyası 1911-ci ilin oktyabrında Bakıda meydana çıxmışdı. Bu təşkilata
Azərbaycanın artıq xalq mənafey i uğrunda müəyyən mübarizə təcrübəsinə malik,
milli-azad lıq hərə katın ın həm ya xın illər, hə m də perspektiv üçün məqsəd və
vəzifələrin i müəyyənləşdirməyə qadir olan bir sıra ictimai xadimi başçılıq ed irdi.
"Müsavat", onun lideri M.Rəsulzadə və nəşr etdiyi "Açıq söz" qəzeti
Azərbaycanın siyasi həyatında öz fəallıqları ilə seçilirdi.
1912-c i ildə part iyanın manifesti - proqra mı nəşr edildi. Proqra mda
qarşıya həyati məsələlər qoyulurdu: bütün müsəlman xalq ları üçün bərabərlik əldə
olunması, müsəlman ların dövlət müstəqilliy inin qorunması, müstəqilliy ini bərqərar
edən və onu qorumaq uğrunda mübarizə aparan müsəlman dövlətlərinə maddi və
mənəvi yardım göstərilməsi. Partiya həm müsəlman lar, həm də bütün bəşəriyyətə
münasibətdə ali demokratik amallara əsaslanaraq, bütün partiyalarla əməkdaşlıq
etmək niyyətində idi
124
. Proqramın xüsusi maddəsi ilə partiya üzvlərinin bütün
iqtisadi həyatın inkişafına kömək göstərməsi b ir vəzifə kimi qoyulurdu.
Ço x tezliklə partiya ziyalıları, xırda burjua, kəndli, fəhlə və qulluqçuların
nümayəndələrini öz sıralarına cəlb etdi. Partiyanın Bakıda yerləşən Mərkəzi Ko mitəsi
yerlərdə mərkəzin təyin və ya təsdiq etdiyi ən azı üç nəfərdən ibarət şöbələrə malik
idi. Partiyanın təşkilat əsasları g izli iş şəraitində fəaliyyət üçün nəzərdə tutulmuşdu.
Bunun səbəbi panislamist adlandırılanla rın kütləv i təqiblərə , Balkan müharibəsi
başlandıqdan sonra isə xüsusilə güclənən cəza tədbirlərinə məru z qaldıq ları şərait
idi.
1913-cü ildə Ro manovlar sülaləsinin 300 illiy i münasibətilə ve rilmiş
amn istiya (əfvi-ü mu mi) nəticəsində İstanbuldan Bakıya qayıda bilən
M.Ə.Rəsulzadə həmin vaxtdan etibarən "Müsavat" partiyasının şəriksiz liderinə
çevrild i.
Dostları ilə paylaş: |