Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə24/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   20   21   22   23   24   25   26   27   ...   72
AZƏRBAYCAN VƏ BİRİNCİ DÜNYA MÜHARİBƏSİ 

 

§ 1. AZƏRBAYCAN MÜHARİBƏ EDƏN DÖVLƏTLƏRİN 

PLANLARINDA 

 

1914-cü  ilin  iyununda  bəşəriyyət  tarixində  öz  miqyası  və  qurbanlarına 



görə o vaxtadək misli görünməmiş müharibə  - Birinci dünya müharibəsi başlandı. 

Müharibənin  başlanmasının  səbəbkarları  onun  iştirakçısı  o lan  bütün 

aparıcı  dövlətlər  -  Almaniya,  İngiltərə,  Fransa, Avstriya,  Macarıstan  və  Rusiya  idi. 

Lakin  İngiltərə,  Rusiya  və  digər  dövlətləri  sıxışdıraraq,  silah  gücünə  dünyanı 

yenidən  bölüşdürüb  pay  almağa  can  atan  Almaniya  müharibənin  başlanmasında 

əsas rol oynadı. 

Müharibə  Avstriya-Macarıstan  ordusunun  Serbiyaya  qarşı  yürüşü  ilə 

başladı.  Serbiya  ilə  müqaviləsi  olan  Rusiya  iyunun  19-da  (avqustun  1-də)  ümumi 

səfərbərlik  keçirdi.  Buna  cavab  olaraq  Almaniya  Rusiyaya  müharibə  elan  etdi. 

Rusiyanın Antanta üzrə müttəfiqləri - Fransa və İngiltərə Alman iyaya qarşı çıxd ı. 

II  Vilhelmin  ordusu  Belçika  ərazisindən  Fransaya  soxuldu.  Rusiya  Şərqi 

Prussiyada  hücuma  başladı.  Tezliklə  Yaponiya  Antanta,  Türkiyə  isə  Almaniya-

Avstriya  bloku  ilə  birləşdi.  Müharibənin  gedişində  İtaliya  və  Ru mın iya  Üç lər 

ittifaq ı, A BŞ və digər dövlətlər isə Antanta tərəfindən əməliyyatlara qoşuldu. 

Döyüşən  bloklardan  hər  b iri  ö z  məqsədlərini  güdürdü.  Müharibənin 

başlanmasının həlledici amili müstəmləkələr və təsir dairələri üstündə Almaniya və 

İngiltərə arasındakı barışmazlıq olsa da, digər iştirakçı dövlətlər arasında da mühüm 

ziddiyyətlər  var  idi.  Rusiya  və  Almaniya  Konstantinopol  və  boğazlar  üstündə, 

Türkiyə və Rusiya Qərbi  Ermənistan və Konstantinopola görə, Rusiya və Avstriya 

Balkanlarda hökmranlıq uğrunda mübarizədə b ir-b iri ilə rəqabət aparırdı. 

Xeyli ölkələri əhatə etmiş və qlobal xarakter almış ziddiyyətlərin mürəkkəbliyi 

və rəngarəngliyi üzündən müharibə öz qanlı qəsbxanasına 38 ölkəni cəlb edərək dünya 

müharibəsinə çevrildi. 

Qafqaz,  ilk növbədə  isə neft Azərbaycanı da Almaniyanın  müdaxilə plan larına 

daxil idi. 

İngilis, fransız və alman kapitalları arasında Bakı neft sənayesində hökmranlıq 

uğrunda  başlayan  və  ilk  dövrlərdə  Rusiya  neft  ticarətində  almanların  nüfuzunun 

güclənməsinə gətirib çıxaran rəqabət nəticə etibarilə Azərbaycanın neft istehsalında əsas 

mövqeləri ələ keçirən rəqiblər tərəfindən alman kapitalının sıxışdırılması ilə başa çatdı. 

Neft istehsalı uğrundakı mübarizədə itirilmiş mövqeləri geri qaytarmaq cəhdləri 

ilə yanaşı, inhisarçı alman burjuaziyasının ideoloqları Skandinaviyadan İran körfəzinədək 

çox böyük əraziləri əhatə etməli olan "ümumalman  reyxi" yaradılması proqramını  işləy ib 

hazırlayırdılar

1

.  Almaniyanın  hökumət  məmuru  Rudolf  Martin  hələ  müharibədən  xeyli 




 

 

134 



əvvəl,  1907-ci  ildə  nəşr  etdirdiyi  "Berlin-Bağdad"  adlı  kitabında  almanların  hakimiyyəti 

altında Bakı və bütün Qafqazı əhatə edəcək "Tiflis canişinliyi" yaradılmasını Almaniya və 

Rusiya arasındakı gələcək müharibənin məqsədlərindən biri ad landırırd ı

2



Müharibə  ərəfəsində  Almaniyadan  Rusiyaya,  o  cümlədən  də  Zaqafqaziyaya 

çoxlu kəşfiyyatçılar qrupu göndərilmişdi. Onlar alman firmalarının bu diyardakı şöbələrində 

və  müxtəlif  alman  mədəni-maarif  cəmiyyətlərində  fəaliyyət  göstərərək,  əhali  arasında 

təşviqedici ədəbiyyat yayır, mü xtəlif təxribat işləri aparırdılar. Alim, səyyah və s. adlar 

altında  Almaniyadan  Rusiyaya  gələn  şəxslər  də  kəşfiyyatçılıq  fəaliyyəti  ilə  məşğul 

olurdular.  Bütün bu  fəaliyyətin təşkil və  əlaqələndirilməsində qraf  fon  Şulenburq başda 

olmaqla  Tiflisdəki  Almaniya  konsulluğu,  habelə  Ərzurumdakı  alman  kon sulu  Edqar 

Andres  böyük  rol  oynayırdı

3

.  Bu  alman  casusları  Almaniyanı  Zaqafqaziya  xalqının 



müdafiəçisi, müstəqilliyinin tərəfdarları kimi təqdim edirdilər. 

Almaniya  Cənubi  Azərbaycanda  da  öz  təsirini  möhkəmləndirmək  üçün, 

Rusiyanın  buradakı  mövqeyini  zəiflətməyə  çalışaraq,  bu  bölgənin  strateji  əhəmiyyətini 

nəzərə  alıb,  nüfuzlu  yerli  dairələrlə  sıx  əlaqələr  qurmağa  can  atırdı.  Alman  kapitalı 

burada ticarət-sənaye kompaniyaları yaratmağa başladı. Bağdad dəmir yolunun bir qolu 

olacaq  Bağdad-Həmədan-Tehran  xəttinin  alman  sənayeçiləri  tərəfindən  hazırlanmış 

layihəsi onların planlarında az rol oynamırdı. 

Bu  planların həyata  keçirilməsində Almaniyanın  iqtisadi  və siyasi plasdarmı, 

sonra isə hərbi müttəfiqi olmuş Türkiyəyə mühüm yer verilirdi. 

Alman  bankları  ilk  növbədə təkcə  Türkiyə hökumətinin  maliyyə təşkilatlarına 

rəhbərlik etməklə kifayətlənmirdilər, burada alman siyasətinin icraçısı rolunda çıxış edən 

"Döyçe bank" - "Almaniya bankı" isə Türkiyə iqtisadiyyatında aparıcı rol oynayırdı

4



Müharibə ərəfəsində Almaniyanın Türkiyədəki nüfuzu xüsusilə gücləndi. 1914-cü 



ilin  əvvəlində  alman  generalı  Liman  fon  Sanders  Türkiyə  silahlı  qüvvələrinə  başçılıq 

etməyə  başladı.  Onunla  birlikdə  Türkiyəyə  gəlmiş  alman  zabitlərinin  böyük  bir  qrupu 

orduda  mühüm  vəzifələr  tutmuşdular.  Türkiyənin  hərbi  naziri,  bir  neçə  il    Türkiyənin 

hərbi attaşesi kimi Almaniyada yaşamış Ənvər paşa  II  Vilhelmlə şəxsən dost idi. Daxili 

işlər naziri Tələt paşa və hakim "İttihad və tərəqqi" Partiyasının bir çox digər xadimi də 

almanpərəst mövqe tuturdular. 

Almaniya  Yaxın  və  Orta  Şərqdə  öz  qəsbkarlıq  planlarını  həyata  keçirmək,  bu 

bölgədə  İngiltərənin  mövqelərinə  zərbə  vurmaq,  habelə  Qafqazı  tutmaq üçün  Rusiyaya 

qarşı Türkiyədən istifadə etmək niyyətində idi. 

Özünün mənafeyi ilə bağlı planları olan Türkiyə müharibəyə qoşularaq onu cihad 

elan  etdi  və bütün dünya  müsəlmanlarını  köməyə çağırdı.  Qafqaz,  Orta Asiya,  Krım  və 

Volqaboyunun istilası Turan imperiyasının yaradılması işinin məhək daşı idi. Gənc Türklər 

Partiyasının görkəmli nümayəndəsi Rifat Mövlanzadənin məlumatlarına, görə, hərbi nazir 

Ənvər paşa gənc türklər liderlərinin müşavirəsində bildirmişdi ki, Almaniyanın köməyi ilə 

biz  təkcə Makedoniyanı deyil, həm  də  Qafqaz  və Misiri  tutacaq və "İttihad  və tərəqqi" 

Partiyasının hakimiyyətini dünyada ən güclü imperiyaya çevirəcəyik. 

Hərbi əhvali-ruhiyyənin qızışdırılması antirus kampaniyası ilə. tacir, zəvvar və b. 



 

 

135 



sifətlərlə  Zaqafqaziyaya  gələn  müxtəlif  emissarların  apardıqları  pantürkizm  və 

panislamizm təbliğatı ilə müşayiət olunurdu. 

Zaqafqaziyanın   sonrakı  statusuna  gəldikdə  isə,  Türkiyə  höku məti 

gürcülərə  özünün  qalib   gələcəyi  təqdirdə  müstəqil  Gü rcüstan  dövlətinin 

yaradılacağın ı vəd etmişdi

5

.  Gənc türklər hələ  1908-ci  ildə daşnaklarla danışıqlara 



başlamışdılar.  1914-cü  ildə  Ərzu ru mda  keçirilən  daşnak  qurultayında  "İttihad  və 

tərəqqi"  Partiyasının  nü mayəndələri  daşnaklara  Türkiyənin  ermən ilər  yaşayan  və 

müharibə  nəticəsində  Zaqafqaziyanın   Rus iyadan  alınacaq  hissələrini  özündə 

birləşdirəcək  mu xtar  ermən i  dövləti  yaradılmasını  təklif  etmişdilər.  Lakin 

daşnaklar gələcəkdə Türkiyə  əleyhinə q iyamı bundan üstün tutdular və beləliklə də 

öz xalq larının sonrakı taleyin i miüəyyənləşdirdilər. 

Türkiyə  Rusiya  ilə  müharibədə  Zaqafqaziya  və  Dağıstandakı  müsəlman 

xalq larının  kö məyinə  ü mid  bəsləyirdi.  Lakin   müharibənin   əvvəllərində  Türkiyə 

hökuməti Azərbaycanın müstəqilliyinə dair heç bir vəd vermir, onun gələcək Turan 

imperiyasının tərkib inə qatılmasın ı plan laşdırırdı. 

Türkiyənin  müharibəyə  girməsi  A lmaniyanın   mənafeyinə  cavab  verird i, 

çünki bu, rus ordusunun xeyli qüvvəsini Qafqaz cəbhəsinə cəlb etməklə almanların 

Avropa cəbhələrindəki hərəkətini as anlaşdırırd ı. 1914-cü il oktyabrın  29-da türk və 

alman gəmiləri Sevastopol, Odessa, Novorossiysk və Feodosiyanı atəşə tutdu. Elə 

həmin  gün  alman  "Breslau"  kreyseri  Kerç  boğazından  çıxış  yolunu  minaladı.  Bu 

hərəkətlərə  cavab  olaraq,  Rusiya  oktyabrın   31-də  rəs mi  surətdə  Türkiyəyə 

müharibə elan etdi. 

Türkiyə öz hərbi qüvvələrin i bir neçə cəbhədə - Qafqaz və Suriya-Fələstin 

cəbhələrində,  Şərq i  Frakiyada,  İranla  sərhəddə  və  b.  yerlərdə  cəmləşdirmişdi

6



La kin   ən  iri  hərbi  qüvvələr  Qa fqaz  cəbhəsində  yerləşdirilmişdi.  Buradakı  hərbi 

əməliyyatlarda ü mu mi sayı 190  min nəfər olan 3-cü ordu iştirak edirdi. Türkiyənin 

malik olduğu 40 piyada div iziyasından 11-i bu ordunun tərkibində id i. 

3-cü türk ordusuna qarşı duran Qa fqaz rus ordusunun qoşunları 5 q rupdan 

ibarət  idi  və  Batumdan  Urmiyaya  (Cənubi  Azərbaycana)  qədər  100  km-dən  artıq 

cəbhə xətti boyunca səpələnmişdi. 

Noyabrın  əvvəllərində  3-cü  ordu  Ərzuru m-Sarıqamış  istiqamət lərindən 

hücuma  keçdi.  Batum  vilayətinə  girdi  və  Acarıstanadək  irəliləməyə  nail  o ldu. 

Burada ruslara qarşı qalxmış müsəlman acarlar onları sevinclə qarşılad ılar.  

İlk  uğurlardan  ruhlanan  və  buna  böyük  əhəmiyyət  verən  Ənvər  paşa  orduya 

komandanlığı  şəxsən  öz  üzərinə  götürdü  və  böyük  hücuma  başlamaq  əmrini  verdi.  Türklərin 

bilavasitə  vəzifəsi  Qars  və  Sarıqamış  arasında  rus  qoşunlarını  məğlub  etmək  idi.  Burada 

rusların da məntəqəsi yerləşirdi. Bu əməliyyatın uğurla qurtaracağı təqdirdə Zaqafqaziyanın 

istilası əslində həll edilmiş olardı. 

1914-cü  il  dekabrın  9-dan  1915-ci  il  yanvarın  5-dək  Sarıqamış  istiqamətində 

yolsuzluq və sərt şaxtalar  kimi çox  ağır şəraitdə  rus və türk qoşunları arasında döyüşlər 

gedirdi. 



 

 

136 



9-cu  türk  korpusu  Sarıqamışda  ruslara  hücum  etdi,  eyni  zamanda  10-cu  korpus 

Sarıqamış və  Qars arasında dəmir yol  xəttini  kəsdi.  Elə bu vaxt şimal  cəbhəsində  ruslar 

Ərdahandan vurulub  çıxarıldı.  Çar  hökuməti  kömək  üçün  müttəfiqlərə  müraciət  edərək 

türklərin diqqətini Qafqaz cəbhəsindən yayındırmaq xatirinə hücum təşkil, etmələrini xahiş 

etdi.  Tezliklə  rus  ordusunun  qərargah  rəisi  general  N.Yudeniçin  başladığı  əks  hücum, 

habelə  ağır  hava  şəraiti  və  türk  qoşunlarının  yorğunluğu  nəticəsində  9-cu  türk  korpusu 

Sarıqamış  yaxınlığ ında darmadağın edild i. 

Türkiyə əsgərlərinin xeyli hissəsi soyuqdan və aclıqdan öldü, 3500 nəfəri isə əsir 

götürüldü.  Ümumiyyətlə,  Sarıqamış  əməliyyatında  Türkiyə  döyüşlərdə  iştirak  etmiş 

qüvvələrinin 86%-dən çoxunu itirmişdi. Sarıqamışdan sonra Qafqaz cəbhəsindəki döyüşlərin 

gedişində həlledici dönüş başlandı.  1915-ci  ilin yazında ennəni silahlı dəstələrinin  kömək 

göstərdiyi rus qoşunları Şərqi Türkiyənin ermən ilər yaşadığı ərazisinə soxu ldular. 

Eyni  zamanda daşnaklar yerli  ermənilərin türklərə qarşı  üsyan qaldırmalarına nail 

oldular.  Buna cavab olaraq Türkiyə hökuməti ermənilərin  kütləvi surətdə  köçürülməsini  əmr 

etdi. Bu deportasiyanın gedişində xeyli miqdarda dinc əhali zərər çəkdi. Eyni zamanda general 

Lyaxovun rus dəstələri Batuma girərək türklərə kömək göstərdiy inə görə acar əhalisin in 

90% -ni qırd ı

6



Qafqaz  cəbhəsindəki  döyüşlərlə bir  vaxtda Türkiyə qoşunları  rusların diqqətini 

Qafqaz cəbhəsindən yayındırmaq ümidi ilə Cənubi Azərbaycan ərazisinə girdilər, beləliklə də 

İranın bitərəfliyi pozuldu. Almaniya və Türkiyənin məqsədi İranda ingilis və rusların təsirini 

puça  çıxarmaq, habelə onun  ərazisindən  Cənubi  Qafqaza soxulub  ilk  növbədə  Bakını 

tutmaq idi. 

Türk  ekspedisiya  korpusu  Ənvər  paşanın  dayısı  Xəlil  bəyin  komandanlığı 

altında  1915-ci  il  yanvarın  1-də  Təbrizi,  apreldə  isə  Urmiyanı  ələ  keçirdi.  Eyni 

zamanda  İranın  almanpərəst  əhvali-ruhiyyəli  hakim  dairələri  Cənubi  Azərbaycandakı 

bəzi şahsevən tayfaları ilə əlaqə yaradaraq, onlardan rus qoşunlarına qarşı mübarizə üçün

 

silahlı dəstələr formalaşdırd ılar. 



Gənc  türklər  hərəkatının  görkəmli  xadimi,  "İttihad  və  tərəqqi"  partiyasının 

Azərbaycan və Qafqaz üzrə baş müfəttişi təyin olunmuş Ömər Nəcib Azərbaycanın şimal 

və  cənub  hissələrinin  Türkiyənin  himayəsi  altında  tezliklə  birləşdiriləcəyi  ü midilə 

Təbrizdə  Cənubi Azərbaycan  xan  nəsillərindən  olanların siyahısını  tutmağa  başlamışdı. 

Lakin  bu  planlar  baş  tutmadı.  1915-ci  il  yanvarın  sonunda  rus  qoşunları  hücuma  keçib 

Təbrizə  girdilər.  Dilman  döyüşündə  Xəlil  bəyin  korpusu  əzildi  və  tezliklə  Cənubi 

Azərbaycandan sıxışdırılıb  çıxarıldı.  Bunun ardınca  rus ekspedisiya korpusu general  Bara-

tovun komandanlığı altında  Həmədan və  Rumu tutub  İsfahana yaxınlaşdı.  Bundan əvvəl  isə 

İranın cənubuna ingilis qoşunları çıxarılmışdı

7



1916-cı  ilin yazında bütün Qafqaz cəbhəsi boyunca rus qoşunlarının Ərzurum 

və Trabzonun tutulması ilə başa çatan hücumu başlandı. Lakin rus qoşunlarının cəbhədəki 

sonrakı  hücumu  Rusiyanın bu bölgədə  mövqelərinin gücləndirilməsindən  çəkinən və  Tür-

kiyənin  tamamilə  darmadağın  edilməsinə  yol  verməməyə  çalışan  İngiltərə  və  Fransa 

hökumətlərinin təzyiqi altında dayandırıldı. 



 

 

137 



Qafqaz  cəbhəsində  müharibə  ço x  ağır  şəraitdə  gedirdi.  Sərt  iqlim  şəraiti, 

nəqliyyatın  yarıtmaz  vəziyyəti,  silah  çatışmazlığı,  bir  ço x  zabit  və  generalların 

səriştəsizliyi  və  s.  bütün  bunlar  böyük  məhrumiyyətləri  və  canlı  qüvvə  itkilərini 

şərtləndirirdi. 

Cənubi Qafqazın əvvəlcə hərbi əməliyyatlar meydanına, sonra isə cəbhəyanı 

bölgəyə  çevrilməsi  diyarın  siyasi  vəziyyətinə  və  iqtisadi  həyatına  xeyli  zərər  vururdu. 

Mərkəzi  Rusiya  ilə  əlaqələr  pozulmuşdu,  bu  da  diyarın  zəruri  ərzaqla  təchizatını 

çətinləşdirirdi. Qara dəniz limanlarının bağlanması və neft məhsulları ixracının dayanması 

üzündən neftin qiyməti aşağı düşmüşdü. 

Türkiyənin ermənilər yaşayan vilayətlərindəki hərbi əməliyyatlar nəticəsində 

yüz minlərlə erməni rusların himayəsi altında İrəvan, Yelizavetpol və Bakı quberniyaları 

ərazisinə axışdı. 

 

 

 



 

 

 



 

 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin