§ 2. SƏHİYYƏ
Azərbaycanda əhaliyə tibbi xid mət aşağı səviyyədə qalmaqda idi, dövlət
səhiyyə işlərinə hədsiz dərəcədə cüzi vəsait ayırırd ı. 1903-cü ildə Qafqazın hər
bölgəsində bir-iki qəza və bir neçə kənd həkimi, bir o qədər də orta tibb işçisi
fəaliyyət göstərirdi. Mətbuatda qeyd olunurdu ki, Zaqafqaziyanın qəzalarında
həkimlərin xid mətindən istifadə edənlər əhalin in 10 faizindən azdır.
XX əsrin əvvəllərində, Yelizavetpol qubernatorunun məlu matına görə,
27517 nəfərə bir həkim, 20815 nəfərə bir feldşer, 66902 nəfərə bir mama -həkim
düşürdü. 1903-cü ildə bütün Azərbaycanda 911 nəfər tibb işçisi var idi. Onlardan
266 nəfəri - 29,2 faiz həkim, əsas hissə - 70,8 faiz isə orta təhsilli tibb işçiləri idi.
Həkimlərin və orta təhsilli tibb işçilərinin 20 faizi dövlət tibb müəssisələrində, bir
çoxu isə hərbi hissələrdə, sərhəd məntəqələrində, dəmir yolunda, ticarət
donanmasında və digər yerlərdə ça lışırdı.
Təsadüfi deyild i ki, bütün həkimlərin 63 faizi və ü mu miyyətlə, bütün tibb
işçilərin in 63,5 faizi Bakıda fəaliyyət göstərirdi. Burada səhiyyə sahəsində baş
verən irəliləyişlər neft-sənaye strukturlarının, şəhər özünüidarəsinin, eləcə də
sahibkarların şə xsi vəsaiti hesabına əldə edilmişdi.
XX əsrin əvvəllərində Bakı ictimai idarəsinin nəzd ində olan Mixay lov
xəstəxanası, doğu m evi, gö z müalicəsi şöbəsinə malik xəs təxana, uşaq xəstəxanası,
əhalinin yo xsul hissəsinə xid mət göstərən pulsuz ambulatoriyalar (ilk dəfə 1901-ci
ildə açılmışdı), bir neçə əcza xana Bakı şəhər büdcəsi hesabına maliyyələşdirilirdi.
1902-c i ildə şəhər idarəsi nə zdində tibb idarə lərinə rəhbərlik edən xüsusi
tibb-sanitar bürosu yaradılmışdı. Gəncə və Şuşa şəhər xəstə xanaları, Quba və
Şamaxıda isə ambulatoriya fəaliyyət göstərirdi. Mədən-zavod fəh lələrinə Neft
sənayeçiləri qurultayı Şurası müəyyən tibbi yardım göstərirdi. Şuran ın Sabunçuda
və Qaraşəhərdə xəstəxanaları, b ir neçə ambulatoriyası var idi. Qaraşəhər
xəstəxanasının uşaq şöbəsi 1905-ci ildə uşaq xəstəxanasına çevrilmişdi.
Bir sıra iri neft -sənaye firmalarında fəhlələr ambulatoriya xid mətindən
istifadə edird ilər.
Hüquqi şəxslər (həkimlər, sahibkarlar və s.) Bakıda qadın və göz
xəstəxanaları, doğum ev i və s. açılmasına xeyli səy göstərmişdilər.
184
Görkəmli Azərbaycan kapitalisti M.Nağıyevin vəsaiti hesabına şəhərin kənarında
xəstəxana tikilmişdi (1914-1918-ci illər). Hazırda bu xəstəxana onun adını daşıyır.
Azərbaycan şəhərlərində, xüsusən Bakıda əczaxanaların açılması əsasən fiziki
şəxslərin adı ilə bağlı idi. Bakıda keçirilmiş 1903-cü il siyahıyaalma materiallarının
məlumatına görə, şəhərdə tibb xidməti sahəsində 446 nəfər çalışırdı. Onlardan 167 nəfəri
həkim (o cümlədən 56 diş həkimi), 299 nəfəri isə orta tibb xidmət işçiləri (feldşer, mama,
tibb bacıları) idi.
Tibb işçilərinin 85 faizi şəhərin özündə, 15 faizi isə neft-mədən rayonlarında
fəaliyyət göstərirdi.
Diş həkimlərinin yarıdan çoxu qadınlar idi. Orta tibb işçiləri sırasında da onların
xüsusi çəkisi yüksək idi. Əczaxanalarda çalışanların sayı isə 113 nəfər idi ki, onların da
böyük əksəriyyəti şəhərdə işləyirdi.
Bakı həkimlərindən 21 nəfəri tibb doktoru idi. Demək olar ki, həkimlərin çox
hissəsi eyni zamanda xüsusi qəbulla da məşğul olurdu. Orta tibb işçilərindən də xüsusi
qəbulla məşğul olanlar az deyildi.
Sonrakı illərdə hökumətin səhiyyə sahəsindəki siyasəti, demək olar ki, dəyişməz
qaldı. 1904-cü ildə Dövlət Şurasının "Zaqafqaziyada kənd həkimliyi sahəsindəki
dəyişikliklər haqqındakı qərarı" da elə bir yenilik gətirmədi. Bu qərara görə, 1904-cü ildə
tibb müəssisələri şəbəkəsi hökumət hesabına deyil, fiziki şəxslərin hesabına nisbətən ge-
nişlənməli idi.
1905-ci ilin sonunda Rusiyanın maliyyə orqanları Azərbaycanın iki
quberniyasında hər qəzada qəza hakimləri və iki feldşer olması barəsində vəsatət qaldırdı.
Belə bir şəraitdə tibb işçilərinin sayının əsaslı surətdə artırılması, bu sahədə milli kadrların
hazırlanması barəsində heç söhbət də gedə bilməzdi. Buna baxmayaraq, yeni yüzillikdə
azərbaycanlılardan da tibb işçilərinin formalaşdığını görürük. Köhnə kadrlarla yanaşı, yeni
kadrlar nəslinin yetişməsi prosesi gedirdi. Tibb sahəsində 1877-ci ildə Peterburq Tibb
Cərrahlıq Akademiyasını bitirmiş, böyük həkimlik təcrübəsinə malik doktor Əbdülkərim
Mehmandarov çalışırdı. 1883-cü ildən başlayaraq Qarabağda işləmiş Ə.Mehmandarov eyni
zamanda Şuşa şəhər və qəza həkimi vəzifəsində fəaliyyət göstərmişdi. Artıq 1917-ci ildə
onun bu sahədəki əmək stajı 35 il idi.
1904-cü ildə Xarkov Universitetini bitirmiş Xudadat bəy Rəfibəyli görkəmli
tibb xadimi idi. O, 1907-ci ilin payızına qədər həmin universitetin cərrahlıq klinikas ında
çalışdıqdan sonra Gəncəyə gəlmiş və 1918-ci ilə qədər Gəncə şəhər xəstəxanasına
başçılıq etmiş, daha sonra isə ADR hökumətində xalq səhiyyə naziri vəzifəsini
tutmuşdu.
Azərbaycanlı həkimlərin böyük əksəriyyətinin fəaliyyəti Bakı şəhəri ilə bağlı
olmuşdu. Onlardan Məmməd Rza Vəkilov ictimai təbabət sahəsindəki xidmətlərinə
görə geniş şöhrət qazanmışdı. Şəhər zəhmətkeşləri üçün pulsuz müalicə otaqları
yaradılmasının təşəbbüskarı olan M.R.Vəkilov 1901-ci ildən başlayaraq onların ikisinə
başçılıq etmişdi. O, dəfələrlə şəhərin tibb-sanitariya işini yenidən qurmaq, zəhmətkeş
kütlələrə pulsuz səhiyyə xidməti göstərmək barəsində təkliflərlə çıxış etmişdi. Doktor
185
Vəkilovun səyi nəticəsində 1903-cü ilin əvvəllərində Bakıda fəaliyyət göstərən iki ambu-
latoriyadan başqa, daha dörd belə tibb müəssisəsi açılmışdı. 1907-ci ildə yenə də onun
təklifi ilə Bakı duması Mixaylovski xəstəxanasını genişləndirmək üçün şəhər ətrafında
torpaq sahəsi almaq barəsində qərar çıxarmışdı. M.R.Vəkilovun irəli sürdüyü təklifləri
Bakı duması deputatları H.B.Məlikov (Zərdabi), Ə.M.Topçubaşov və başqaları fəal
müdafiə edirdilər.
1901-ci ildə Moskva Universitetinin tibb fakültəsini bitirmiş Həsən bəy
Ağayev 1902-ci ildən Bakıda həkimlik fəaliyyətinə baş lamış, 1903-1907-ci illərdə
kasıblara xid mət edən dördüncü xəstəxanaya başçılıq etmişdi. H.Ağayev təbabəti xalqa
yaxınlaşdırmaq, zəhmətkeş kütlələr arasında yoluxucu xəstəliklərin qarşısını almaq, əhali
arasında tibbi bilikləri yaymaq və s. üçün var qüvvəsi ilə çalışırdı. Sonrakı illərdə
H.Ağayev Gəncədə şəhər həkimi vəzifəsində çalışmışdı. O,1913-cü ildə Qafqaz şəhərləri
nümayəndələrinin qurultayında "Gəncə şəhərində həkim-sanitariya işinin təşkili haq-
qında" məru zə ilə çıxış et mişdi.
XX əsrin əvvəllərində Bakı tibb müəssisələrində Əbdülxalıq Axundov və
Bəhram bəy Axundov işləmiş, eyni zamanda xüsusi qəbulla məşğul olmuşdular.
Əbdülxalıq Axundov Bavariyada və Derpt (indiki Tartu) Universitetində, Bəhram bəy
Axundov isə Paris Universitetində təhsil almışdı. B.Axundov 1916-cı ildə Bakıda hərbi
xəstəxanaya başçılıq etmişdi. 1900-cü ildən Bakıda həkim diplomunu almış Qarabəy
Qarabəyov fəaliyyətə başlamışdı. O, əsasən rus-Azərbaycan (türk-müsəlman)
məktəblərində işləmiş, yoxsullara xidmət göstərmiş, eyni zamanda xüsusi qəbulla məşğul
olmuşdu. Tehran Universitetinin məzunu (1900-cü il) A.Səhhət də Şamaxıda həkimlik
etmişdi. Məlum olduğu kimi, görkəmli ictimai xadim Əli bəy Hüseynzadə də ixtisasca
həkim id i.
Odessa Universitetində təhsil almış N.Nərimanov, 1915-ci ildə Kazan
Universitetinin tibb fakültəsinin bitirmiş S.M.Əfəndiyev də səmərəli təbib fəaliyyəti
göstərmişdilər.
İlk azərbaycanlı diş həkimləri də meydana çıxmağa başladı. Onlardan biri əvvəllər
müəllim olmuş, sonra Kazan şəhərində diş həkimliy i kursunu bitirmiş, Bakı
müalicəxanalarında pulsuz xidmət göstərən Məmməd bəy Səlimbəyov idi.
Həmin dövrdə və sonrakı illərdə Bakının tibb müəssisələrində üçüncü şəhər
xəstəxanasının müdiri Məmməd bəy Qayıbov, həmin xəstəxananın həkimi Əli Heydər
Cavadov, Bəybala bəy Sultanov (birinci şəhər xəstəxanası), sanitar həkimlər Bahadur bəy
Əliverdibəyov və Mustafa ağa Şərifov, Mixaylovski xəstəxanasının həkimləri Bahadur bəy
Qayıbov və İlyas Cəfərov (göz xəstəlikləri şöbəsi), xəstəxana direktoru Məlik bəy Sultanov,
Xosrov bəy Sultanov işləmişlər. Musa bəy Rəfiyev və Kərim bəy Sultanov 1916-cı ildə
Bakıda hərbi xəstəxanaların rəhbərləri olmuşdular. 1915-ci ildə Sultan Məcid Əfəndiyev
Kazan Universitetini bitirmiş və həkim diplo mu almışdı.
Birinci dünya müharibəsi ərəfəsində və müharibə illərində Lənkəran, Cavanşir,
Naxçıvan qəzalarında Əli Cəmil Ləmbəranski, Əsədulla bəy Şahtaxtinski və başqaları
həkimlik etmişdilər.
186
Azərbaycanlı həkimlərin bəziləri ictimai işlərdə fəallıq göstərmiş, Bakı şəhər
Dumasının deputatları olmuşdular. Onların bəziləri Azərbaycan Demokratik Cümhuriyyəti
parlamentinin üzvü seçilmiş, höku mətdə mühüm vəzifələr tutmuşdular.
Başqa millətlərin bəzi nümayəndələri də Azərbaycanda səhiyyə işinin
inkişafında, əhaliyə tibbi xidmətin yaxşılaşdırılmasında müəyyən rol oynamışdılar. Onların
çoxu uzun müddət öz taleyini Azərbaycanla bağlamış, tibb kadrlarının hazırlanmasında və
yetişməsində fəal iştirak etmiş, xüsusən Bakıda tibbi müəssisələrin təşkilində və onlara
rəhbərlik edilməsində mühüm xidmət göstərmişlər.
Onlar cərrahiyyə işinin təşkili, göz, qadın, uşaq və digər xəstəliklərin
müalicəsində gərgin əmək sərf etmişlər. Onların bəziləri kənd yerlərində də işləmiş, bir
çoxları ADR hakimiyyəti dövründə və sonrakı illərdə də Bakıda fəaliyyət göstərməkdə
davam etmişdilər. Onlardan Y.K.Varşavskini, A.Y.Qalkini, Y.Y.Gindesi,
S.Q.Caparidzeni, A.N.Zaytsevi, L.B.Faynberqi, L.R.Kobılyanskini, A.L.Koqanı,
D.T.Salikovu və başqalarını göstərmək olar.
Uzun illər boyu Azərbaycan səhiyyəsində fəaliyyət göstərmiş qadın həkimlər
içərisində azərbaycanlı qadınlar, demək olar ki, olmamışdı. İlk azərbaycanlı həkim qadın -
Sona Rəhimova 1908-ci ildə Peterburqda Tibb İnstitutunu bitirmişdi, ondan sonra
həkimlik pilləsinə qalxan Sona xanım Axundova isə 1914-cü ildə Kiyev Uni-
versitetində təhsil alırdı.
Kurslarda həkimlik təhsili almış və həkim köməkçisi rütbəsini daşıyan ilk
müsəlman qadın Bibi Raziyə Kutluyarova-Süleymanova 1900-cü ildə Bakıya gəldi.
1905-ci ildə Bakı şəhər idarəsi Əminə xanım Batırşinanı Bakıya dəvət etdi. O, 1904-cü
ildə Peterburq Qadın Tibb İnstitutunu bitirərək, müsəlman qadınlar arasında birinci ola-
raq həkim diplomunu almışdı. Əvvəlcə o, sanitar həkimi vəzifəsində çalışmış, sonra isə
üçüncü şəhər pulsuz xəstəxanasında xidmət etmişdi. Bakıda qadın həkimlərdən
V.M.Korona, Y.P.Krutikova, K.İ.Levenson, M.B.Feynberq və başqaları məşhur idilər.
Bəzi qadın həkimləri Gəncə, Şəki, Şamaxı, Salyan və başqa yerlərdə də işləmişdilər.
Əczaçılıq sahəsində milli kadrlar yox idi. Bakı xüsusi əczaxanalarında
çalışanların 64 faizindən çoxu avropalılar idi.
Orta təhsilli tibb kadrlarından hazırlanan mütəxəssislər əsasən kənd yerlərində
işləyirdilər. Aslan bəy Məmmədbəyov, Pənah bəy Quluxanov, Məcid bəy və
Əbdürrəhman bəy Vəkilovlar, Əli Əliyev, Aslan Mahmudov, Məsim Şıxıyev və
başqaları orta təhsilli tibb işçiləri idilər. Orta təhsilli tibb işçiləri arasında azərbaycanlı
qadınlar da olmuşdu.
Ümumiyyətlə, bu mühüm sahənin kadrlarla təminatı mütləqiy yətin sosial
siyasətini parlaq surətdə əks etdirir, daha dəqiq desək, milli kadrlar hazırlanmasını
nəzərdə tutan siyasət aparılmamasını bir daha təsdiq edir.
Azərbaycanda səhiyyə işinin az-çox inkişafında ictimaiyyətin göstərdiyi səy
və yardımın böyük rolu olmuşdu. Əsrin əvvəllərində bir qrup həkim və ictimai
xadimin səyi nəticəsində "Uşaq ölümünə qarşı mübarizə ittifaqı" adlı xeyriyyə
cəmiyyəti yaradılmışdı. Bu ittifaqa doktor Y.Y.Gindes başçılıq ed ird i. 1914-cü ildə
187
bu cəmiyyətin sanatoriyası açılmış, uşaq xəstəxanası binas ının tikintisinə başlan-
mışdı. İlk uşaq xeyriyyəçilik təşkilatı "Körpələr evi" (" Yasli") idi. "Uşaqları
himayə cəmiyyəti" kimsəsiz uşaqları h imayə ed ird i. Hər iki cəmiyyətin işində
H.Z.Tağıyev, Ə.M.Topçubaşov, Bakı sənayeçiləri və ziyalıların ın nü mayəndələri
iştirak edirdilər. Hələ 1898-ci ildə yaradılmış Bakı həkimləri cəmiyyəti səhiyyə
sahəsində mühüm elmi və təbliğati iş aparır, tibb müəssisələri həkimlərinin ixti-
sasını artırmaq üçün məktəb rolu oynayırdı. 1914-cü ildə X. Rəfibəyovun başçılığı
altında Gəncədə Tibb cəmiyyəti yaradıldı. Onun banilərindən biri və katibi
H.Ağayev idi.
Beləliklə, ictimai və xüsusi təbabət sahəsində həyata keçirilmiş tədbirlər,
onun inkişafı üçün göstərilmiş xeyriyyəçi və elmi-praktik yardımlar, sözsüz ki,
ümidverici amillər idi. Ancaq səhiyyənin vəziyyəti, bütövlüklə götürüldükdə, hələ
xalq ın ehtiyacını ödəmə kdən. çox uzaq id i. Bu sosial sahənin inkişafı üçün bütün
işləri yenidən qurmaq, xüsusi inkişaf proqramın ı həyata keçirmək lazım idi.
Dostları ilə paylaş: |