Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə37/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   33   34   35   36   37   38   39   40   ...   72
 

 

 

 

 

 

 

 


 

 

237 



 

§ 2. RUSİYADA OKTYABR ÇEVRİLİŞİ  

VƏ AZƏRBAYCAN 

 

Bolşeviklərin  Petroqradda  hakimiyyəti  ələ  keçirməsi  xəbəri  alındıqdan 



sonra  1917-ci  il  o ktyabrın  27-də  Ba kı  Fəhlə  və   Əsgər  Deputatları  Sovetin in 

fövqəladə  yığıncağı  keçirildi.  İclasın  gündəliyində  duran  əsas  məsələ  hakimiyyət 

məsələsi  idi.  Bolşeviklərin  kəskin  etirazına  baxmayaraq,  menşevik-eser-daşnak 

bloku  168  səsə  qarşı  246  səslə  Bakıda  ali  hakimiyyət  orqanı  kimi  İctimai 

Təhlükəsizlik  Ko mitəsinin  (İTK)  yarad ılması  haqqında  qərarın  qəbul  olun masına 

müvəffəq  oldu.  Sovet  səsvermədə  qalib   çıxmış   həmin  üç  siyasi  partiya  (eserlər, 

menşeviklər və daşnaklar) adından bəyan etdi ki, inqilabın   müdafiəsi Petroqradda 

başlanmış  üsyanın  qansız  və  dinc  yolla  ləğv  olunmasın ı  tələb  edir,  ölkəd ə  bütün 

hakimiyyət  Müəssislər  Məclisinə  verilməli,  o  vaxta  qədər  mövcud  hakimiyyətin 

kifayət qədər inqilabi gücü olmadığı halda bütün hakimiyyət demokratiya daxilində 

koalisiyaya verilməlidir

64

.  Və qüvvələr bolşevik partiyasını sosialist partiyası kimi 



qəbul  etdiklərindən  onun  nümayəndələrinin  nəzərdə  tutulan  koalisiyada  iştirakına 

etiraz etmir, "Müsavat" Partiyasını isə millətçi partiya adlandıraraq onunla hər hansı 

bir bloka girməy i qəti  rədd edird ilə r.  Eyn i  za manda onlar şəhərin ermən i əhalisini 

Sovetdə  təmsil  edən  millətçi  "Daşnaksutyun"  partiyasının  Bakı  təşkilatına  ço x 

loyal  münasibət  bəsləyirdilər.  Sovetin   oktyabr  iclasların ın  menşevik -eser 

qətnamələri məhz daşnaklarla ittifaqda qəbul olunmuşdu. 

Bolşeviklərin  Sovetin  qərarı  ilə  razılaş mayacaqları  əvvəlcədən  aydın  idi. 

Bolşevik  mətbuatı  iddia  edird i  ki,  İctimai  Təhlü kəsizlik  Ko mitəsinin  yaradılması 

haqqında qərar "sağ eserlərdən hələ qəti şəkildə ayrılmamış və digər partiyadaşları" 

ilə  b irlikdə  menşeviklərlə  və  daşnaklarla  bloka  g irmiş  sol  eserlərin  tərəddüdləri 

nəticəsində qəbul edilmişdir

65



Bakı  Sovetinin  1917-ci  il  27  oktyabr  tarixli  qərarı  ilə  razılaş mayan 

bolşeviklər,  mədən-zavod  ko mitələri  ü zvlərinin  dəstəyinə  arxalanaraq  Sovetin 

geniş iclasını çağırmaq taktikasına əl atdılar.  Bolşeviklə r  Bakı Sovetinin oktyabrın 

31-də  toplanan  iclasına  onları  açıq  şəkildə  müdafiə  edən  mədən-zavod,  alay  və 

donanma  ko mitələrinin  nü mayəndələrin i  dəvət  etdilər.  Onlar  Sovetin  üzvlərindən 

dəfələrlə  çox  idi.  Bu  cəhəti  iclasın  ilk dəqiqələrindən diqqət  mərkəzinə çəkən eserlər  və 

menşeviklər həmin iclasın qeyri-qanuniliyi məsələsini qaldırdılar

66



İclas  çox  qızğın  şəraitdə  keçirdi.  İclasın  gündəliyində  30-a  qədər  müxtəlif 

qətnamələrin qəbulu təklif edilmişdi. Birinci növbədə hərbi İnqilabi Komitənin ləğv olunması 

haqqında qətnamə qəbul edildi. Bolşeviklər hələlik "Bütün hakimiyyət Sovetlərə!" tələbini 

irəli sürməkdən çəkinərək, yalnız Sovetlərin səlahiyyətlərinin artırılmasına çalışırdılar. Onlar 

Bakıda hakimiyyəti ələ almaq üçün hələ özlərini kifayət qədər güclü hesab etmirdilər. Yalnız 

digər siyasi institutların ləğvi yolu ilə hakimiyyəti ələ keçirməyin mümkünlüyünü başa düşən-

dən sonra bolşeviklər qəti surətdə  İctimai  Təşkilatların  İcraiyyə  Komitəsinin buraxılması 



 

 

238 



məsələsini qaldırdılar. 

Alay, batalyon, rota və gəmi  komitələrinin onlan hərtərəfli  müdafiə  etdiklərini görən 

bolşeviklər,  Sovetlərin  hakimiyyətini  və  Sovetlərdə  öz  üstünlüyünü  bərqərar  etmək 

məqsədilə,  Bakı  Sovetinin  yeni  iclasının  keçirilməsini  təkidlə  tələb  etdilər.  Hakimiyyətin 

Sovetlərə  keçməsi  ilə  razılaşmadıqlarını  bildirən  menşevik  və  eserlərin  iclas  zalından çıxıb 

getməsi bolşeviklərə olduqca sərfəli  idi.  İclasda  iştirak edən  468 deputat və nümayəndədən 

344 nəfəri qaldı. Onların yalnız az bir hissəsinin səsvermə hüququ vardı, lakin bunun artıq elə 

bir əhəmiyyəti yox idi, çünki bolşeviklərin öz qətnamələrini keçirmələri üçün istənilən qədər 

səs toplamaqlarından ötrü kifayət idi. 

İki  gün sonra  -  1917-ci  il  noyabrın  2-də  bolşeviklər  öz  mövqelərini  daha  da 

möhkəmləndirmək  məqsədilə  yenidən bütün  hakimiyyətin  Sovetə verilməsi  məsələsini 

qoydular.  Bu  zaman  onlar  yenə  də  Sovetin  vaxtilə  bəhrəsini  gördükləri  geniş  iclasını 

çağırmaq  taktikasına  əl  atdılar.  Siyasi  qüvvələrin  mövcud  nisbəti  də  bolşeviklərin 

xeyrinə idi. 

Sovetin 1917-ci il 31 oktyabr tarixlı iclasında zəiflik göstərmiş eser-menşevik fraksiyası 

bu dəfə də qəbul edilən qərarlara  real  təsir göstərmək  iqtidarında olmadı və bolşeviklərsiz 

yeni İcraiyyə Komitəsi yaradılmasının zəruriliyi qənaətinə gələrək hazırkı İcraiyyə Komitə-

sindən çıxd ığın ı elan etdi. 

Bu  dövrdə  müsavatçıların bolşeviklərə tərəfdar  çıxması  da  mühüm  əhəmiyyət 

kəsb edən amillərdən biri idi. Rusiyada baş vermiş Oktyabr çevrilişinə loyal münasibət 

nümayiş etdirən "Müsavat‖ Partiyası bundan sonra xalqların öz müqəddəratını təyin etmək 

hüququnun  həyata  keçiriləcəyinə  ümid  edirdi.  Sovet  hakimiyyətinin  ilk  sənədləri  - 

"Rusiya xalqlarının hüquq bəyannaməsi" və "Rusiyanın və bütün Şərqin müsəlmanlarına 

müraciət"

67

 bu ümidi daha da nıöhkəmləndirmişdi. Buna görə də yaranmış siyasi böhranı 



dinc yolla aradan qaldırmağı zəruri hesab edən "Müsavat" Partiyası İctimai Təhlükəsizlik 

Komitəsinin hərəkətlərinin barışıq və saziş siyasəti üçün ziyanlı olduğunu və buna görə də 

özünün həmin qurumda iştirakın ı mü mkün saymadığ ını b ild ird i

68



"Müsavat"ın  dəstəyini  alan  bolşeviklər  Xəzər  ticarət  donanması,  bir  sıra 

həmkarlar  ittifaqı  və şəhər  qarnizonu  nümayəndələrini  öz  tərəflərinə  çəkə  bildilər  və 

Sovetin 1917-ci il 2 noyabr tarixli  iclasında onu Bakı şəhərinin ali hakimiyyət orqanı elan 

edən qərar qəbul edilməsinə nail o ldular. 

Bakı  Soveti  İcraiyyə  Komitəsinin  M.V.Basin,  N.P.Vatsek,  P.A.Caparidze, 

İ.T.Fioletov,  S.G.Şaumyan  və  b.  ibarət  yeni  tərkibi  seçildi.  İcraiyyə  Komitəsinin  sədri 

S.Şaumyan oldu

69



Beləliklə,  bolşeviklər  Sovetdə  iştirak  edən  digər  partiyalar-eserlər  və 

menşeviklərlə müsavatçılar arasındakı ziddiyyətlərdən istifadə edərək, Bakı Sovetində əsas 

vəzifələri  asanlıqla  ələ  keçirə  bildilər.  Bu  zaman  1917-ci  il  noyabrın  2-dən  etibarən 

demokratik  qüvvələr  arasında  hər  iki  düşərgənin  səfərbər  olması  ilə  müşayiət  edilən 

açıq parçalan ma prosesi başlandı. 

Bakı  və  Yelizavetpol  quberniyasında  yerləşən  qarnizonların  əsgərləri  Bakıda 

hakimiyyətin Sovetlərin əlinə keçməsini razılıqla  qarşıladılar. Bununla belə, 1917-ci  il 



 

 

239 



noyabrın 2-dən etibarən bir çox müəssisə və təşkilatlarda keçirilən iclaslarda, o cümlədən 

Bakı  Dövlət  Dəmir  Yolu  İdarəsi  işçilərinin,  Bibiheybət  fəhlələrinin,  Daşnaksutyun 

partiyası üzvlərinin, bank işçilərinin, Mühəndis və Texniklər Şurasının və b. iclaslarında 

bolşeviklərin hakimiyyəti bu yolla ələ almaları bəyənilməyib pislən ild i

70



Eser-menşevik  blokunun  Sovetdən  çıxması  mövcud  vəziyyəti  daha  da 



gərginləşdirdi.  Məlumdur  ki,  eserlər  və  menşeviklər  bolşevikləri  tam  təcrid  etmək 

məqsədilə birgə fəaliyyət göstərmək üçün onlara qoşulmaq təklifi ilə "Müsavat" Partiyasına 

müraciət etmişdilər. "Müsavat" Partiyasının 1917-ci il noyabrın 7-də keçirilən konfransında 

bu  təklif  barədə  qəbul  edilən  qətnamədə  bildirilmişdi:  "Yerli  demokratiya  daxilində 

yaranmış münaqişəni bolşevikləri  inqilab i demokratiyanın digər h issəsindən təcrid 

etmək yolu ilə həll etmək bütün demokratiyanın ü mu mi məqsədləri üçün zərərlidir. 

Çünki  inqilabın  sol  qanadının  zəifləməsi,  eyni  zamanda  əksinqilabi  sağ  qanadın 

güclənməsi deməkdir"

71



Lakin bu siyasi münaqişəni dinc yolla aradan qaldırmaq  mü mkün  olmad ı. 



Sovetin  təkhakimiyyətliliyə  nail  o lmasına  Bakın ın  digər  siyasi  hakimiyyət 

strukturları  (İctimai  Təşkilatların  İcraiyyə  Ko mitəsi,  Şəhər  Du ması)  da  mane 

olurdu.  Buna  görə  də  Sovetin  bolşeviklərdən  ibarət  İcraiyyə  Ko mitəsi  bu 

hakimiyyət  orqanlarının   ləğvinə  çalışırd ı.  Nəhayət,  1917-ci  il  noyabrın  22-də 

İctimai  Təşkilatların  İcraiyyə  Ko mitəsi  ləğv  olundu  və  bolşeviklərin  Sovetdə  öz 

hegemonluqlarını  bərqərar  et mək  və  diyarda  təkpartiyalı  sistem  yaratmaq  uğrunda 

mübarizəsi başlandı. 

Lakin   F.X.Xoyskinin  rəhbərliyi  ilə  fəaliyyət  göstərən  Şəhər  Du ması 

bolşevik  Sovetinin  yeganə  mü mkün  rəqibi  kimi  qaldı.  Fev ral  inqilabından  sonra 

Bakı  Şəhər  Dumasının  statusunda  dəyişiklik  baş  verdi.  Bu  hakimiyyət  təsisatının 

tədricən  siyasi  mübarizə  səhnəsinə  cəlb  olunaraq  demokratikləşməsi  müşahidə 

edilird i.  Nəticədə onun yeni heyətinin seçkilərində iştirak etmək üçün 12  mü xtəlif 

partiya  və  qrup  qeydiyyata  alındı

72

.  İctimai  həyatda  baş  verən  demokratikləşmə 



siyasi  partiyaların  proqram  sənədlərində,  hər  şeydən  öncə  isə  onların 

proqramlarındakı  bələdiyyə  seçkiləri  keçirilməsi  qaydasına  aid  hissədə  özünü 

büruzə verirdi. Belə ki, bütün siyasi qüvvələr yerli idarəetmə orqanlarına seçkilərin 

gizli səsvermə yolu ilə bərabər, b irbaşa keçirilməsinə tərəfdar çıxırdılar. 

Bütövlükdə  isə  proqramlarda  ço xlu   prinsipial  fərqlər  var  idi.  Belə  ki, 

sosialist blo ku (eserlər və menşeviklər) və Müsəlman İctimai Təşkilatları Ko mitəsi 

(Ko mitə  ilə "Müsavat‖ın proqramları üst-üstə düşdüyündən, onlar seçkilərə vahid 

siyahı ilə gedirdilər) ö z bələdiyyə proqramlarını  mövcud  quruluş şəraitində həyata 

keçirməyi  nəzərdə  tuturdu,  bolşeviklər  isə  bildirirdilər  ki,  onların  bələdiyyə 

proqramında ən mühüm məqsəd siyasi hakimiyyətin pro letariatın əlinə keçməsidir. 

Hakimiyyət  uğrunda  qızğın  mübarizə  getdiyi  oktyabr  günlərində  yalnız 

şəhərdəki  seçicilərin  iştirakı  ilə  Du maya  seçkilər  keçirild i,  şəhər  idarə  dairəsi 

ərazisinə daxil edilməyən şəhərətrafı sənaye zonalarının əhalisi seçicilər siyahısına daxil 

edilməmişdi. Bolşeviklər bir qədər artıq (cəmi 16%) səs toplasalar da, heç bir partiya həlledici 




 

 

240 



üstünlük  qazana  bilmədi.  Digər  təşkilatların  birləşib  siyasi  bloklarda  iştirak  etdiyi  bu 

seçkilərdə müsəlman bloku isə 10 mindən çox səs aldı

73



Şəhər Dumasının sonrakı fəaliyyəti göstərdi ki, başlanmış demokratikləşmə prosesi 



bu qurumun özü tərəfindən  ləngidilir.  Onda təmsil olunan  fraksiya nümayəndələri  Dumanın 

köhnə  rejimində  işləməsinə tez-tez etirazlar edir, lakin vəziyyətdən çıxmaq üçün isə yalnız 

Dumanın bağlanması təklifini irəli sürürdülər. Bu zaman hələ 1918-ci ilin əvvəllərində də 

heç bir siyasi partiya, o cümlədən bolşeviklərin özləri  belə  1918-ci  ilin  yazında şəhərdə 

hakimiyyəti ələ keçirəcəklərin i gü man etmirdilər. 

1917-ci  il dekabrın 12-13-də bolşeviklərlə müsavatçılar arasında münasibətlərin 

gərginləşməsi şəraitində dəyişdirilmiş seçki qaydası əsasında Bakı Sovetinə seçkilər keçirildi. 

Nəticələr "Müsavat" Partiyası üçün ümidverici olmadı, bolşeviklərin 51 səsinə qarşı müsavat-

çılar  21,  daşnaklar  41, sol  eserlər  38, sağ eserlər  28,  menşeviklər  isə  11 səs almışdılar

74



Sovetin 1917-ci il 31 dekabr tarixli iclasında seçki ilə əlaqədar çıxış edən M.Ə.Rəsulzadə bəyan 

etdi  ki, "Sovet demokratik əsaslarla seçilmədiyinə və  kəndlilər burada təmsil olunmadığına 

görə, partiya hakimiyyətin bu  Sovetə  keçməsinə səs verməyəcək"

75

.  Lakin  iclasın sonunda 



müsavatçılar bildirdilər ki, onlar tənəffüs zamanı bu məsələni əlavə müzakirə etdikdən sonra 

hakimiyyəti Sovetə vermək və İcraiyyə Komitəsinə daxil olmaq qərarına gəlmişlər

76



Yeni İcraiyyə Komitəsinə 6 nəfər bolşevik, 5 daşnak, 4 sol eser,  3 sağ eser, 2 



müsavatçı daxil o ldu

77



Beləliklə, 1917-ci  ilin sonu - 1918-ci ilin əvvəlində Zaqafqaziyada baş verən 

hadisələr bütün diyardakı həm mövcud siyasi şəraitə, həm də siyasi partiyaların fəaliyyətinə 

ciddi  təsir  göstərirdi.  Bu  dövrdə  diyar  şərti  olaraq  iki  hissəyə  parçalanmışdı:  birincisi, 

Rusiya  bolşevizminin  dayağına  çevrilməkdə  olan  Bakı  şəhəri;  ikincisi,  Zaqafqaziyanın 

qalan  ərazisi  hakimiyyəti  ələ  keçirmiş  bolşeviklər  Azərbaycana  muxtariyyət  vermək 

istiqamətində  heç  bir  addım  atmır,  əksinə,  inqilabi-demokratik  qüvvələri  V.İ.Leninin 

başçılıq etdiyi Xalq Komissarları Soveti ətrafında daha sıx birləşməyə çağırırdılar. 

1917-c i  il  dekabrın  18-də  V.İ.Lenin  S.Şau myanı  Zaqafqaziya  işləri  üzrə  

xüsusi  komissar  təyin  etdi,  Bakı  Sovetinin  sədri  vəzifəsini  isə  ondan  sonra 

P.Caparid ze tutdu. Bu dövrdə müsavatçılar, xüsusilə Gəncə müsavatçıları Bakıdakı 

öz fəaliyyət məkanını Rusiyadan getdikcə uzaqlaşan bütün Cənubi Qafqaz regionuna 

keçirməyə başladılar. 

RSFSR  XKS-nə  tabe  olmaq   istə məyən  və  diyarı  anarxiyadan  qorumağa 

çalışan 


Gürcüstan 

Sosial-Demokrat 

Partiyası 

(menşeviklər), 

"Müsavat", 

Daşnaksutyun və sağ eserlərin nü mayəndələri noyabrın 11-də Tiflisdə keçirdikləri 

müşavirədə  Rusiya  bolşevik  hökumətin in  hakimiyyətin i  tanımaqdan  imtina 

etdiklərin i  b ild irib,  "Müstəqil  Zaqafqaziya  hökuməti"  yaratmaq  haqqında  qərar 

çıxartdılar.  Noyabrın  15-də  Zaqafqaziya  Komissarlığı  yaradıldı.  Onun  tərkibinə 

Gürcüstandan  Y.Gegeçqori  (sədr)  və  A.Çxenkeli,  Azərbaycandan  F.X.Xoyski, 

M.Y.Cəfərov,  X.Məlikaslanov,  ermən ilərdən  T.Ter-Qazaryan,  X.Karçikyan, 

A.Aqacanyan, sağ eserlərdən D.Donskoy daxil oldular

78



Milli  Şu ralar  vətənpərvər  qüvvələri  ö z  ətrafında  birləşdirir  və  yerlərdə 




 

 

241 



hakimiyyəti ə lə  alırd ıla r. Bu cəhətdən Bakı Müsəlman  Şurasının vəziyyəti çətin idi, 

çünki onun qarşısını bolşeviklərin baş çılıq etdiyi  Bakı Soveti  kimi güclü b ir rəq ib 

kəsmişdi. 

Milli  hərbi  hissələrin  yaradılması  yerli  milli  şuraların  əsas  fəaliyyət 

istiqamətlərindən  biri  idi.  İlk  milli  dəstələrdən  biri  -  əvvəllər  çar  ordusu 

birləşmələrindən  olan  "Qafqaz  yerli  süvari  diviziyasına"  daxil  o lan,  Azərbaycan 

türklərdən ibarət süvari alayı "Tatar süvari alayı"  idi. Çar ordusu dağıldıqdan sonra 

bu alay Azərbaycana qayıtdı və yaradılan milli silahlı qüvvələrin tərkibinə daxil o ldu. 

Yeni  silahlı  dəstələr  yaradılması  üçün  silah  çatmırdı.  Bunu  nəzərə  alan 

Gəncə  Müsəlman  Şurası  şəhərdə  olan  keçmiş  çar  ordusunun  219-cu  alayını, 

həmçin in  Qafqaz  cəbhəsindən  Rusiyaya  qayıdan  bir  neçə  hərbi  eşelonu  tərksilah 

etməyə  razı  o ldu.  Bu  tədbirin  həyata  keçirilməsi  nəticəsində  15  min  tüfəng,  70-ə 

yaxın pulemyot və 20 top əldə edildi

79

. Bu əməliyyat zamanı  Gəncə Milli  Şurasına 



Zaqafqaziya Ko missarlığın ın göndərdiyi zirehli qatar kö mə k etdi.  

Dövrün  ən  kəskin   sosial-iqtisadi  məsələlərindən  biri  -  aqrar  məsələnin 

həlli  üçün  Zaqafqaziya  Komissarlığı  bir  sıra  addımlar  atdı.  Məsələn,  1917-ci  il 

dekabrın  16-da  "Dövlət,  keçmiş  xanədan,  kilsə,  monastır,  hüquqi  şəxslər  və 

sahibkar  torpaqların ın  torpaq  komitələrinə  verilməsi  haqqında"  qanun  qəbul  etdi. 

Bu  qanuna  görə,  kəndlilərin  alacağı  torpaqlar  torpaq  ko mitələrin in  sərəncamına 

verilməli, kəndlilər isə torpağı hə min ko mitələ rdən icarəyə götürməli idilər. 

Zaqafqaziya  Ko missarlığın ın fəaliyyəti Antanta və ABŞ tərəfindən Sovet 

Rusiyasına  qarşı  hərbi  müda xilənin   başladığı  vaxta  düşdü.  İngiltərə,  Fransa  və 

ABŞ  höku mətləri  Cənubi  Qafqazda  antibolşevik  qüvvələrə  kö mək  etməyə  xüsusi 

diqqət yetirirdilər. On ların nümayəndələri (A BŞ  konsulu Smit,  ingilis generalı Şor, 

fransız  polkovniki  Şardiny i  və  b.)  1917-ci  il  noyabrın  11-i  və  15-də  Zaqafqaziya 

Ko missarlığının  yaradılması ilə bağlı keçirilən iclaslarda o lmuşdular. A BŞ konsulu 

Smit  Vaşinqtona  göndərdiyi  məktubunda  Zaqafqaziya  Ko missarlığ ını  de-fakto 

tanımaq  və  antibolşevik  qüvvələrə  maliyyə  yardımı  göstərmək  üçün  Tiflisə  10 

milyon dollar göndərməyi təklif edirdi

80



Xarici  siyasət  sahəsində  Zaqafqaziya  Ko missarlığ ının  fəaliyyəti  əslində 



diyarı bolşevik Rusiyasından ayırmaq məqsədi daşıyırdı. 

1917-ci  il dekabrın 5-də Ərzincanda Zaqafqaziya Komissarlığı  ilə Türkiyə 

hərbi  ko mandanlığı arasında barışıq sazişi bağlandı.  1918-ci  il yanvarın  14-də  isə 

Türkiyə  ko mandanlığ ı  Zaqafqaziya  Ko missarlığına  tərəflər  arasında  sülh 

müqaviləsi bağlamaq haqqında danışıqlara başlamaq təklifi ilə müraciət etdi

81



1917-c i  ilin  sonlarında  A zərbaycanın  və   ü mu miyyətlə,  Zaqafqa ziyanın 

siyasi həyatında baş vermiş ən əlamətdar hadisələrdən  biri Ümu mrusiya Müəssislər 

Məclisinə seçkilər keçirilməsi oldu. Ona hazırlıq  işlərinə hələ Oktyabr çevrilişindən 

əvvəl  başlanmış,  Xüsusi  Zaqafqaziya  Ko mitəsi  nəzdində  Müəssislər  Məclisinə 

seçkilər  üzrə  Mərkəzi  Zaqafqaziya  Ko missiyası  yaradılmışdı

82

.  Azərbaycanda 



Müəssislər  Məclisinə  seçkilər  üzrə  ko missiyaya  F.X.Xoyski  rəhbərlik  edirdi. 


 

 

242 



Seçkilərə  hazırlıq  və  onların  keçirilməsi  işində  həm  siyasi  (seçkiqabağı 

kampaniyanın  gedişində siyasi  partiyalar  arasında  aşkara  çıxan  ixtilaflar),  həm  də 

sırf  texniki  xarakterli  ço xlu   çətinliklər  var  idi.  Zaqafqaziya  Ko missarlığın ın 

Azərbaycanda  seçkilərin   təşkili  üçün  yerli  orqanlara  lazımi  material  və  maliyyə 

kö məyi  göstərməməsi,  on ları  zəruri  təlimatlarla  təmin  etməməsi  seçicilərin  si-

yahıya  alın ması  işinə  c iddi  maneə  törədird i.  Siyahıyaalın ma  prosesi  yerli  əhali 

arasında savadsızlığın yüksək səviyyədə olmasını aşkar etdi  (Müəssislər Məclisinə 

seçkilərdə iştirak etmək hüququna malik seçicilərin 50 faizindən çoxu savadsız idi, bu, 

seçkilərin mütəşəkkil keçirilməsini çətin ləşdirən amillərdən idi)

83



Sentyabrın sonlarında seçkilərə hazırlıq işləri qəzalarda qaydaya düşsə də, Bakı 

şəhəri və  mədən-zavod rayonlarında vəziyyət mürəkkəb olaraq qalırd ı.  Bolşeviklər 

əhalinin  tərkibində  fəh lələrin   ço xluğuna  nail  olmaq  niyyətilə  mədən-zavod 

rayonlarının şəhərə birləşdirilməsi üçün geniş təbliğat aparırdılar. Bu tədbirin həyara 

keçirilməsi  həmin  rayonların  ərazilərindəki  əhaliyə  seçkilərdə  iştirak  etmək  hüququ 

verməliydi.  Müsavatçılar  bu  tədbirin  fəal tərəfdarları  kimi  çıxış  edirdilər.  Bütün  bu 

səylər  nəticəsiz  qalmadı  və  OZAKOM-un  xüsusi  göstərişi  ilə  mədən-zavod 

rayonları ərazisi şəhər idarəsi dairəsinə qatıldı. 

"Müəssislər Məclisinə seçkilər haqqında əsasnamə" öz dövrünün burjua dövlət 

hüququ  standartları  baxımından  demokratik  sənəd  idi.  Qadınların,  hərbi  qulluqçuların 

səsverməyə buraxılması,  dairələrin  çoxunda  proporsional  seçki  sisteminin  tətbiqi  və s. 

buna  dəlalət  edirdi.  Bu  fakt  da  maraqlıdır  ki,  Müəssislər  Məclisinə  seçkilər  üzrə 

komissiya  müsəlman  qadınların  seçki  kampaniyasında  iştirakını  təmin  etməyə  çalışmış, 

onların  səs  verməsi  üçün  9  seçki  dairəsində  xüsusi  binalar  ayrılmasına  icazə  

vermişdi

84



Zaqafqaziyada, o cümlədən Azərbaycanda Müəssislər Məclisinə seçkilər 1917-ci 

il noyabrın 26-da keçirildi

85

. Zaqafqaziya dairəsi üzrə seçkilərdə iştirak edən 15 partiya 



arasında  menşeviklər,  müsavatçılar  və  daşnaklar  ümumilikdə  səslərin  73  faizini 

qazandılar.  Bolşeviklər  bütün  Zaqafqaziya  dairəsində  səslərin  cəmi  4,4  faizini  yığa 

bilmişdilər

86

. Bakıda isə onlara əhalinin 20 və qarnizon əsgərlərinin isə 70 faizindən çoxu 



səs vermişdi.  Eserlər seçicilərin  16,9  faizini  menşeviklər  isə  cəmi  5,1  faizinin  səsini 

almışdılar

87



Seçkilərin nəticələri göstərdi ki, Zaqafqaziyada bolşeviklərin hakimiyyətə gələ 



bildikləri  Bakı  şəhəri  istisna olmaqla,  "Müsavat"  və  "Daşnaksutyun"  partiyaları  daha 

güclü nüfüza malikdir. 

 

 

 



 

 

 



 


 

 

243 



 

 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin