AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN
ELAN EDİLMƏSİ
§1. BİRİNCİ DÜNYA MÜHARİBƏSİNİN BAŞA ÇATMASI
DÖVRÜNDƏ AZƏRBAYCAN UĞRUNDA BÖYÜK
DÖVLƏTLƏRİN DİPLOMATİK MÜBARİZƏSİ
Zaqafqaziya Federativ Respublikasının süqutu Cənubi Qafqazda üç
müstəqil dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının
yaranması ilə nəticələndi.
1918-c i il may ayının 27-də a rtıq keç miş Zaqafqaziya Sey min in
Azərbaycan fraksiyası yaranmış siyasi vəziyyəti mü zakirə etmək üçün fövqəladə
iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq
qərara alındı. Müvəqqəti Milli Şu ranın sədri vəzifəsinə M .Ə.Rəsulzadə ("Müsavat"
Partiyası MK-nın sədri), İcraiyyə Ko mitəsinin sədri vəzifəsinə isə F.X.Xoyski
(bitərəf) seçild i.
1918-c i il mayın 28-də Tiflis şəhərində Azə rbaycan Milli Şurasın sədrin in
müavin i Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xə lil
bəy Xasmə mmədov, Nəs ib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy
Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgər bəy
Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa
Şey xülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy
Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinski, Firidun bəy Köçərli,
Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər bəy
Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla
Axundzadədən ibarət tərkibdə A zərbaycanın istiqlaliyyəti haqqında Akt (Əqdnamə)
qəbul etdi:
|