Azərbaycan diLİ VƏ tariXİ


§ 4. BÖYÜK BRİTANİYA QOŞUNLARININ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə42/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   38   39   40   41   42   43   44   45   ...   72
§ 4. BÖYÜK BRİTANİYA QOŞUNLARININ 

AZƏRBAYCANA GƏLMƏSİ 

 

Mudros  müqaviləsinin  şərtlərinə  əsasən  Azərbaycan  ərazisi  ingilis 



qoşunlarının işğal zonasına daxil edilmişdi. İngilis komandanlığının buradakı dövlətin 

müstəqilliy i  ideyasına  necə  yanaşacağı  aydın  deyildi.  Azərbaycanın  müstəqil 

dövlət taleyi üçün ciddi narahat olan siyasi liderləri  bunun naminə bütün mümkün 

vasitələrdən istifadə edərək b ir sıra dip lo matik tədbirlər həyata keçirtd ilər

83



Noyabr  ayının  10-da  baş  nazir  F.X.Xoyski  və  xarici  işlər  naziri  vəzifəsini 



icra edən Adil xan Ziyadxan Birinci dünya müharibəsinin son mərhələsində həlled ici 

dövlətə  çevrilmiş  ABŞ-ın  prezidenti  Vudro  Vilsona  teleqramla  müraciət  edərək, 

ondan  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  müstəqilliyin in  dünya  dövlətləri 

tərəfindən tanınması üçün kö mək göstərməsin i  xah iş etdilər.  Teleqramda deyi lirdi: 

"Avropanın  böyük  dövlətlərinə  müraciət  etməzdən  əvvəl,  Azərbaycan  xalqı  və 

hökuməti  əzilən  kiçik  xalq ların  müdafiəçisi  kimi  Sizin  hu manist  şəxsiyyətinizə 

müraciət edib yard ım almağa və tanın mağa ü mid bəsləyir"

84



Ə.M.Topçubaşov  hələ  o  zaman  -  oktyabr  ayının  31-də  Baş  nazir 

F.X.Xoyskiyə İstanbuldan yazdığı məktubda Rəşt və Ənzəlidə olan ingilislərlə təcili 

surətdə danışıqlar aparılmasını  məsləhət görürdü.  Buna görə də 1918-ci il noyabrın 

əvvəllərində  N.Yusifbəyli,  Ə.Ağayev  və  M.Rəfiyevdən  ibarət  nümayəndə  heyəti 

Böyük  Britaniyanın  Şimali  İran  ordusunun  komandanlığ ı  ilə  görüşmək  üçün 

Ənzəliyə yola düşdü

85



İngilis  ko mandanlığ ı  danışıqların  əvvəlində  Azərbaycan  hökuməti  ilə 



hesablaşmadı.  Buna  görə  də  ingilis  ordusunun  ko mandanı  general  To msona 

Azərbaycan Respublikasın ın hüdudlarına daxil o lmazdan əvvəl onun müstəqilliy ini 

tanımaq təklif olunanda o, "Azərbaycan Xalq Cü mhuriyyəti adı altında bizə y alnız 

xalq  kütlələri  içərisində heç bir dayağı olmayan türklərin  intriqaları  ilə yaradılmış 

hökumət  məlu mdur"

86

-  deyə  diplomat ik  bəhanə  tapıb  təklifi  qəbul  etmə kdən  qəti 



surətdə yayındı. 

Danışıqların  sonunda Tomson bəyanat verərək elan etdi  ki, noyabrın  17-

də  səhər  saat  10-dək  Bakı  həm  Türkiyə,  həm  də  Azərbaycan  qoşunlarından 

təmizlən məlidir.  Bəyanatda Bakı və onun neft mədənlərinin  ingilislərin nəzarətinə 

keçməsi, ö lkən in qalan hissəsinin Azərbaycan hökuməti və ordusunun nəzarətində 

qalması  nəzərdə  tutulur,  eyni  za manda  deyilird i  ki,  A zərbaycan  rəsmi  surətdə 

tanınmır,  lakin  İngiltərə, Fransa və A BŞ nümayəndələri Azərbaycan höku məti  ilə 

de-fakto  əlaqə  yaradacaqlar,  V.M.To mson  Bakının  general-qubernatoru  olacaq, 




 

 

279 



şəhər  polisinə  ingilis  zabiti  rəhbərlik  edəcək,  L.Biçeraxov  və  onun  dəstələri 

Britaniya ordusu ilə  birlikdə  Bakıya da xil o lacaq və nəhayət, silahlı ermənilər şə -

hərə buraxılmayacaqlar

87



Azərbaycan  nümayəndələri  ingilis  hərbi  ko mandanlığın ın  bu  planları 

haqqında Bakıya Nazirlər Şurasının sədrinə teleqrafla mə lu mat verdilər. 

Bu  zaman  F.X.Xoyski əsil diplo mat  məharəti nü mayiş etdirdi,  1918-ci il 

noyabrın  16-da  V.M.To msona  məktubla  müraciət  edərək,  ingilis  qoşunların ın 

Bakıya  girməsinin  A zərbaycanın  dövlət  müstəqilliy i  və  ərazi  bütövlüyünə  xələl 

gətirməyəcəyinə ü midvar o lduğunu bildirdi

88



Özünü  şəhərin  hərbi  qubernatoru  elan  etmiş  general  Tomsonun  başçılığı 



ilə  h indli  əsgərlərdən  ibarət  İngiltərə  qoşunları  1918-ci  il  noyabrın  17-də  Bakıya 

daxil  oldu.  Polkovnik  F.P.Kokkere l  Bakıda  müttəfiq  dövlətlərin  polis  ko missarı 

təyin  edildi.  Bakıdakı  ingilis  qoşunlarının  canlı  qüvvəsi  təxminən  min  nəfər 

əsgərdən ibarət id i

89



Rəsmi  qəbul  mərasimində  daxili  işlər  naziri  B.X.Cavanşir,  xarici  işlər 



nazirin i  əvə z  edən  A.X.Ziyad xan,  mü xtəlif  milli  təşkilat lardan  nümayəndələr 

iştirak edird ilər. 

Elə  həmin  gün  Bakıya  daxil  olan  L.Biçeraxov  ordusunu şəhərin  xristian 

əhalisi böyük rəğbətlə qarşıladı.  Böyük əksəriyyətini ermənilər təşkil edən bu ordu 

Bakıya da xil o lan kimi Azə rbaycanın dövlət rə mzlə rini təhqir edir, milli höku mət in 

tezliklə dağılacağı barədə şayiələr yayırdılar.  Bakıdakı rus və erməni  milli şuraları 

L.Biçeraxovun  gəlişi  ilə  belə  b ir  qərar  çıxard ılar  ki,  guya  "heç  bir  Azərbaycan 

yoxdur,  yaln ız  Rusiya  vardır.  Azərbaycan  hakimiyyəti  devrilməli  və  o, 

Biçeraxovun başçılıq etdiy i Xəzəryanı höku mətlə əvəz edilməlid ir"

90



Qoşunlar Bakıya daxil olan  zaman ço x  xoşagəlməz b ir hadisə baş vermiş, 

general  To mson  limanda  A zərbaycan  Cü mhuriyyəti  bayrağının   İngiltərə,  ABŞ, 

Fransa, İtaliya bayraqları ilə yanaşı asıldığını görərək, onu dərhal götürmək əmrini 

vermişdi


91

M.Ə.Rəsulzadə  öz  xatirələrində  yazırdı:  "17  təşrini-sanidə  iki  Bakı  vardı. 



Məhzun  müsəlman  Bakısı  ilə  məmnun  xristian  Bakısı...  İki  gün  sonra  komandanlığın 

əhaliyi-islamiyyəni  məyus  edəcək  bir  bəyannaməsi  nəşr  olunuyordu.  Bu  bəyannamədə, 

Biçeraxov bəyannaməsində olduğu  kimi,  "Qalib  etilaf ordusunun  məmləkətə dönmədən 

əvvəl  zəfəri-müştərəkə  bunca  xid mətləri  dəyən  fədakar  rus  xəlqinə  ədai-dinşüküran 

etmək vəzifələrində olduğu və bu vəzifənin ifası üçün Rusiyadan qoparılmış Qafqaziyanın 

düşməndən təxliyəsi üçün Ufada təşəkkül edən rus hökuməti ilə biletilaf buraya gəlindiyi" 

anladılıyordu.  Böylə bir bəyannamənin  təsirinə,  bir  də  ingilis  ordusu  ilə  bərabər gəlmiş 

Biçeraxov  qitəatı  erməni  məfrəzələrinin şəhərdə  ehdas etməkdə  olduqları  hadisələr  və 

əhaliyi-islamiyyəyə qarşı  takındıqları  təhqiramiz  hərəkətlər  dəxi  təsəvvür ediliyorsa, o 

zaman nə kibi saətlər yaşanmaqda olduğu kəndi-kəndinə anlaşılır..."

92



Noyabrın 17-də axşam Rus Milli Şurasının üzvləri M.Podşibyakin, Y.Smirnov, 



V.Baykov  və  A.Leontoviçin  general  Tomson  tərəfindən  qəbul  edilməsi  Azərbaycan 


 

 

280 



hökumətinin  narahatçılığını  daha  da  artırdı.  Görüş  zamanı  Rus  Milli  Şurasının üzvləri 

özlərini  Azərbaycanın  sahibi  kimi  apardılar.  Onlar  Tomsonun  yaradılacaq  koalision 

hökumətə  daxil  olmaq  haqqında  təklifini  həm  öz  adlarından,  həm  də  Erməni  Milli 

Şurasının  adından  rədd  etdilər.  Onların  fikrincə,  xristianların  Azərbaycan  hökumətinə 

daxil  olması  onun  müttəfiqlər  tərəfindən  tanınmasını  asanlaşdıra  bilərdi.  Bu  adamlar 

Azərbaycanın Rusiya müstəmləkəçiliyindən azad olub öz milli müqəddəratını təyin etməsi 

əleyhinə  idilər.  Nəhayət,  görüş  zamanı  Tomson  onlara  xatırlatmağa  məcbur  oldu  ki, 

hazırkı vəziyyətdə Rusiya, sadəcə olaraq, mövcud deyildir. 

"Bu  müşkülat  məvacihəsində  istiqamətlərin  360  dərəcə  dəyişənlər  vardı. 

Milliyyətpərvərliklərinə şübhə  edilməyən  bəzi  zəvati-möhtərəm  belə hasil olan vəxaməti 

anlamaq üçün "istiqlaldan  istinkaf‖  təklifini  tədqiq  etmək  zəfinə düşdülər",  deyə M.  Ə. 

Rəsulzadə yazırdı

93



Lakin  Antanta  qoşunlarının  Bakıya  daxil  olması  ilə  bağlı  Azərbaycan 



hökumətinin noyabr ayının 18-də verdiyi rəsmi məlumatlardan da aydın olur ki, o, heç də 

gələcəyə  bədbinliklə  baxmırdı.  Məlumatda deyilirdi  ki,  müvəqqəti olaraq  Bakıya daxil 

olan  müttəfiq  qoşunları  öz  əlində  yalnız  hərbi  hakimiyyəti  cəmləşdirir,  əldə  olunmuş 

razılığa əsasən, ölkənin və onun paytaxtının daxili  işlərinə müdaxilə edilməməlidir, bütün 

hökumət idarələri əvvəlki qaydada fəaliyyət göstərməlidir, son nəticədə Rusiya xalqlarının 

öz  müqəddəratını  müəyyən  etməsi  məsələsi  beynəlxalq  sülh  konfransında  həll 

edilməlidir.  Məlumatda həmçinin  göstərildi  ki,  hazırkı  çətin  şərait  Azərbaycanın siyasi 

rəhbərliyindən ölkədə mövcud qayda-qanunu saxlamağı tələb edir. Hökumət Bakıya daxil 

olmuş müttəfiq qoşunlarının Azərbaycan xalqının suveren hüquqlarını tapdalamayacağına 

ümid bəslədiyini də bildirirdi

94



Lakin ingilis hərbi komandanlığı Bakıda yerləşdiyi vaxtdan ölkənin ictimai-siyasi 



və  iqtisadi  həyatına  aşkar  müdaxilə  etməyə  başladı.  General  Tomsonun  əmri  ilə  Bakıda 

"milli  hakimiyyət ordunu  ictimai  asayişin  qorunması  məsuliyyətindən  azad  edə  biləcək 

dərəcədə güclü olana qədər"

95

 hərbi vəziyyət elan edildi. Onun 1918-ci il noyabrın 19-da 



verdiyi  əmr  hərbi dövr qanunlarının pozulmasına görə  cəzalar haqqında  idi.  Bu  əmrdə 

müttəfiq  qoşunların  hərbi  rütbəli  səxsləri  və  Rusiya  hökumətinə  xidmət  edən  şəxslər 

(ağqvardiyaçı  zabitlər  nəzərdə  tutulurdu)  istisna  olmaqla,  xüsusi  icazə  olmadan  silah 

gəzdirmək,  iclas və tətil  keçirmək  qadağan  edilir,  ağır  cinayətlərə  görə  ölü m  nəzərdə 

tutulurdu

96



İngilis  komandanlığı  Bakıda  hərbi  vəziyyət  elan  etməklə,  əslində  şəhərdə  və 

Bakı quberniyasında inzibati hakimiyyəti ələ keçirib, bütün məhkəmə və icra orqanlarını 

general Tomsonun ixtiyarına verdi. 

Bundan  sonra  onlar  şəhərin  iqtisadi  həyatına  təsirlərini  gücləndirməyə 

başladılar.  Belə  ki,  1918-ci  il  noyabr ayının  29-dan  Xəzər  Donanmasının  bütün ticarət 

gəmiləri də ingilis komandanlığının sərəncamına keçdi

97

. Ticarət donanmasını idarə etmək 



üçün  başda  mayor  Braun  olmaqla  "İngiltərə  Dəniz  Nəqliyyatı"  şirkəti  təsis  olundu. 

Bununla  da  ingilislər  "vahid,  bölünməz  Rusiya"nın  bərpası  işində  Denikin  ordusuna 

kömək etmək məqsədilə bütün Xəzər dənizinə nəzarət etməyə başladılar. 



 

 

281 



Mudros sülhünün şərtlərinə görə, ingilislər Batumu da tutdular  və Zaqafqaziya 

Dəmir Yolunu öz nəzarəti altına götürdülər. Beləliklə, Qara dənizdən Xəzər dənizinə qədər 

mühüm strateji əməliyyat meydanı onların əlinə keçd i. 

Bununla əlaqədar olaraq Böyük Britaniyanm o zamankı hərbi dəniz naziri Uinstn 

Çörçill yazırdı: "Britaniya qoşunları Batuma çıxarıldı və çox sürətlə Qara dənizdən Xəzər 

dənizinə qədər, başqa sözlə, Bakıya qədər Qafqaz dəmir yolunu tutdu. Onlar tezliklə Xə-

zər dənizində üstünlüklərini təmin edən donanma yaratdılar. Britaniya qoşunları dünyanın 

ən böyük strateji yollarından birinə sahib o ldu"

98



Neft  sənayesini  də  nəzarətdə  saxlamağa  çalışan  ingilislər  bu  məqsədlərinə  nail 



olmaq  üçün  tezliklə  Britaniya  Neft  İdarəsini  təsis  etdilər.  Britaniya  "Bibiheybət"  neft 

şirkətinin  sədri  Herbert  Alen  1918-ci  ilin  dekabr  ayında  Londonda  bildirdi  ki, 

"Britaniyanın  rəhbərliyi  altında  lazımi  surətdə  təşkil  olunmuş  və  gen-bol  maliyyə-

ləşdirilən  Rusiya  neft  sənayesi  Britaniya  imperiyası  üçün  dəyərli  gəlir  mənbəyi  ola 

bilər"

99



Doqquz ay ərzində - 1918-ci ilin dekabrından 1919-cu ilin avqustuna qədər ingilislər 

Bakıdan  113,5  milyon  manatlıq,  30  milyon  puda  qədər  neft  aparmışdılar

100

.  Onların 



sərəncamı  ilə  Bakıdan  daşınıb  çıxarılan  bütün  neft  məhsullarına heç  bir aksiz  rüsumları 

qoyulmur və bütün yüklər yubandırılmadan buraxılırdı. Tomson Azərbaycan Cü mhuriyyəti 

dəmir  yolu  işçilərinə  ingilis  zabitlərinin  yükünü  və  qatarda  gedən  zaman  sənədlərini 

yoxlamağı qadağan etmişdi. 

İngilislərin özbaşınalığı  o yerə  çatmışdı  ki,  hətta  əllərində saxlayıb  istədikləri 

kimi sərəncam verdikləri Bakı ticarət limanını maliyyələşdirməyi Azərbaycan hökumətinin 

öhdəsinə vermişdilər. 

Bu dövrdə ingilislər mülki idarəetmə sahələrinə də müdaxilə edirdilər. Onlar pul 

əsginaslarının buraxılışını öz nəzarətlərinə almış, əhalinin ərzaqla təminatı sistemini yenidən 

qurmuş, neft hasilatı və dəmir yol sahələrində mövcud əmək münaqişələrini özləri həll etmək 

üçün  Əmək  İdarəsi yaratmışdılar.  İngilis  komandanlığının əmri  ilə  Azərbaycanın  Hərbi 

Nazirliyi Gəncəyə köçürülmüşdü. Onun yerli hakimiyyət orqanlarının hətta cari işlərinə də 

müdaxilə  etməsi  müşahidə olunurdu.  Bütün bunlar  milli hökumətin üzləşdiyi ağır vəziy-

yəti daha da çətinləşdirird i. 

Lakin  tezliklə  hamıya  aydın  oldu  ki,  general  Tomsonun  həyata  keçirdiyi 

tədbirlərdən yaranmış ümidsizlik təəssüratı müvəqqətidir və Azərbaycan xalqı müstəqillik 

yolunu seçməkdə yanılmamışdır. Bakıda mövqeyini möhkəmləndirib vəziyyəti nəzarətə 

alan general-qubernator Tomson ölkədəki ictimai-siyasi reallıqlarla yaxından tanışlıqdan bir 

neçə  gün  sonra  bildirdi  ki,  F.X.Xoyskinin  hökuməti  ölkədə  fəaliyyət  göstərən  yeganə 

mülki hakimiyyət olaraq qalır. İngilislər Azərbaycan Cümhuriyyətinin baş nazirini "Bakıda 

ən bacarıqlı adamlardan biri"

101


 adlandırırdılar. 

Beləliklə,  general  Tomsonun  Azərbaycan  hökumətini  təqdir  edən  mövqeyi 

düşmən  qüvvələrin  "vahid və bölünməz  Rusiya"nın  bərpa olunmasına bəslədiyi ümidi 

puça çıxartdı, müttəfıq qoşunlarının Bakıya daxil olması ilə yaranmış dövlət müstəqilliyini 

təhdid edən təhlükəli vəziyyət Azərbaycan Cümhuriyyəti rəhbərlərinin s əyləri nəticəsində 



 

 

282 



aradan  qaldırıldı.  Eyni  zamanda  Azərbaycanın  demokrat  liderləri  uzaqgörən  siyasət 

yeritmələri sayəsində müttəfiq qoşunları komandanlığı tərəfindən de-fakto real hakim 

qüvvə kimi tanına bildilər. 

 

 



VII FƏSİL 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin