Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə38/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   34   35   36   37   38   39   40   41   ...   72
§ 3. AZƏRBAYCAN ZAQAFQAZİYA DÖVLƏTÇİLİYİ 

SİSTEMİNDƏ 

 

1918-c i  ilin  əvvəllərində  Zaqafqaziyada  vəziyyət  son  dərəcə  mürə kkəb 



olaraq  qalırdı.  Rusiyanın  Almaniya  ilə   Brest-Litovskda  sülh  danışıqları  boşa 

çıxd ıqdan  sonra  1917-ci  il  dekabrın  6-da  al-man-türk  qoşunlan  hücuma 

keçmişdilər.  Türk  qoşunlarının  irəlilə məkdə  davam  etdiy ini  görən  Zaqafqaziya 

Ko missarlığı  1918-ci il  fevralın  6-da Qafqaz cəbhəsinin ko mandanı  Vah ib paşaya 

Türkiyə  ilə  sülh  danışıqları  aparmaq  istədiyini  bildirən   teleqram  göndərməyə 

məcbur oldu. Regionda heç bir nüfu zu və kifayət qədər güclü hakimiyyəti o lmayan 

Zaqafqaziya  Ko missarlığı  ö zünü  buraxmaq  məcburiyyətində  qaldı.  1918-ci  il 

fevralın  22-də  Cənubi  Qafqazdan  Ümu mrusiya  Müəssislər  Məclisinə  seçilmiş 

deputatların yığıncağında Zaqafqaziya Seymin in yaradılması və yerli hakimiyyətin 

bu orqana verilməsi haqqında qərar qəbul ed ild i

88



1918-c i 



il 

fevralın 

23-də 

üç 


əsas 

partiya 


fraksiyaların ın 

nümayəndələrindən  ibarət  olan  Zaqafqaziya  Sey mi  öz  işinə  başladı.  Sey mdə 

Gü rcüstandan  sosial-demo kratlar  (menşeviklər)  32  nəfər,  A zərbaycandan 

müsavatçılar,  onlara  qoşulmuş  bitərəf  demokratlar  -  30  nəfər,  ermənilərdən 

Daşnaksütyun partiyasından olanlar 27 nəfər deputat iştirak edirdi

89

. Bundan əlavə, 



sosial-inqilabç ıla r  (eserlər),  milli  de mokratlar,  Ermən i  Xalq  A zadl ıq  Partiyası, 

Müsəlman  Sosialist  Bloku  7 nəfər,  Rusiyada  müsəlmanlar fraksiyası  ("İttihad") 3 

nəfər  və  menşevik-hü mmətçilər  partiyası  4  nəfər  deputatla  Seymdə  təmsil 

olunmuşdular

90



Zaqafqaziya  Sey mində  Azərbaycan  siyasi  partiyalarının  44  nü mayəndəsi 



var  idi.  On lardan  hümmətçi  menşevik  olanlar  gürcü  fraksiyasına  daxil  o lmuş, 

qalanları  isə  müsəlman  fraksiyası kimi birləş mişdilər, ancaq bu fraksiya gürcü və 

erməni fraksiyalarından fərq li olaraq, ço x dağın ıq şəkildə fəaliyyət göstərirdi.  

Zaqafqaziya  Sey mi  Y.H.Gegeçkori  başda  olmaqla  Zaqafqaziya 

hökumətin i  təşkil  etdi.  Qafqaz  cəbhəsində  vəziyyət  və  Zaqafqaziyanın 

müstəqilliy inin  elan  edilməsi  məsələləri  istər  Sey min,  istərsə  də  hökumətin 

fəaliyyətində  əsas  yer  tuturdu.  Zaqafqaziya  Sey mindən  müsəlman  fraksiyasının 

lideri  M .Ə.Rəsulzadə  bu  barədə  yazırd ı:  "Seymdə  müsəlmanların bütün səyləri  cəbhə 

məsələsinin dinc yolla həlli  və  Qafqazın  müstəqilliyinin dərhal həyata  keçirilməsinə yö-

nəlmişdi.  Müstəqil  Qafqazın  mövcudluğu  təkcə  Qafqaz  müsəlmanlarının  deyil,  həm  də 

Rusiyanın  daimi  təhlükəsi  qarşısında  qalan  digər  müsəlman  ölkələrinin  də  mənafeyinə 

uyğun idi"

91



Seymin qarşısında duran əsas  məsələlərdən biri yaxınlaşan sülh danışıqları üçün 



hüquqi  baza  yaratmaq  idi.  Lakin  bu  məsələ  ilə  əlaqədar  qəbul  edilmiş  qərar  ziddiyyətli 

xarakter  daşıyırdı:  Zaqafqaziyanı  müstəqil  dövlət  elan  etməyən  Seym  özünün  xarici 




 

 

244 



dövlətlərlə  sülh  bağlamaq  səlahiyyəti  olduğunu  bildirir,  Türkiyə  ilə  danışıqlara  dair 

proqramında göstərirdi ki, 1914-cü ildəki dövlətlərarası sərhəd bərpa olunmalıdır. Bundan 

əlavə, Zaqafqaziya nümayəndə heyəti  Şərqi Anadoluda Türkiyə dövləti tərkibində olmaqla 

ermənilər üçün öz  müqəddəratını təyin etmək hüququ əsasında  muxtariyyət  əldə  etməyə 

çalışırdı.  Danışıqlar  aparmaq  üçün  üç  Cənubi  Qafqaz  millətinin  parlament  fraksiyalarını 

təmsil  edən  siyasətçilər  qrupundan  nümayəndə  heyəti  təşkil  olunmuşdu.  Gürcü  Akaki 

Çxenkelinin  başçılıq  etdiyi  nümayəndə  heyətindəki  azərbaycanlılar  -  müsavatçılar 

M.H.Hacınski və X.Xasməmmədov, sosialist blokunun üzvü İ.Heydərov, ittihadçı Mir Yaqub 

Mehdiyev və menşevik-hümmətçi Ələkbər Şeyxülislamovdan ibarət idi. Martın 12-də bütün 

qrup üzvləri danışıqların başlanacağı Trabzona gəldilər

92



Zaqafqaziya Seymi  hələ  Türkiyə  ilə sülh danışıqlarına  hazırlaşdığı vaxt  Brestdə 



Rusiya  ilə  Almaniya  arasında  separat  müqavilə  imzalanmışdı  və  onun  bir  şərtinə  görə 

Ərdəhan,  Qars və  Batum  Türkiyəyə verilməli  idi.  Zaqafqaziya  Seymi  Brest sülhünün bu 

şərtini qəbul etmədi və Petroqrada XKS adına teleqram göndərərək bildirdi ki, "Brest sülhünü 

tanımır,  çünki  Zaqafqaziya  heç  vaxt  bolşeviklərin  və  Xalq  Komissarları  Sovetinin 

hakimiyyətini  qəbul  etməmişdir".  Türkiyə  isə  Brest  sülhünün  qərarlarına  əsaslanaraq, 

Zaqafqaziya  Seyminə  Qars,  Batum  və  Ərdəhanı  dərhal boşaltması  haq qında ultimatum 

verdi.  Belə  bir  şəraitdə  1918-ci  il  martın  14-də  Trabzonda  Türkiyə  və  Zaqafqaziya 

Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıld ı

93



Konfransda  Türkiyə  nümayəndəliyi  mövqeyini  açıqlayaraq  bildirdi  ki,  əgər 



Zaqafqaziya beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz 

müstəqilliyini elan etməlidir. 

Seymdə  mübahisələr getdiyi  bir vaxtda  Türkiyə tərəfi qətiyyətlə bəyan etdi  ki, 

Zaqafqaziya  Seymi  ilə  sülh  Brest-Litovsk  müqaviləsinin   məlu m  şərti  əsasında 

bağlanacaq. 

Mart ayının 25-də Seymin Rəyasət heyətinin və fraksiya nümayəndələrinin birgə 

iclasında Azərbaycan deputatları Türkiyənin ultimatumunu qəbul etmək təklifi irəli sürdülər. 

Fraksiya  adından  çıxış  edən  M.Y  Mehdiyev  bildirdi  ki,  Zaqafqaziya  öz  müstəqilliyini  elan 

etməsə,  müsəlman  fraksiyası  sülh  danışıqlarını  müdafiə  etməyəcək

94

.  Çıxış  edən 



Azərbaycan nümayəndələri Türkiyə ilə müharibə aparılmasına razı olmadıqlarını bildirdilər. 

Bununla  belə,  X.Xasməmmədov  Türkiyəyə  güzəştə  gedilən  ərazilərin  siyahısından 

Batumun  çıxarılmasını təklif  etdi.  O,  Bakı neft  kəmərinin son  məntəqəsi olan  Batumun 

Zaqafqaziyanın tərkibində saxlanmasını Azərbaycan neft sənayesinin  mənafeyinə uyğun 

hesab edirdi. 

Müzakirələrin  sonunda  Trabzon  danışıqlarında  işi  sürətləndirmək  üçün 

Zaqafqaziya nümayəndəliyinin başçısı A.Çxenkeliyə fövqəladə səlahiyyətlər verilməsi haqda 

qərar qəbul edildi

95



Trabzon  danışıqlarında  iştirak  edən  Zaqafqaziya  nümayəndəliyinin  daxilində 



Türkiyəyə güzəşt məsələsində yekdillik yox  idi. Çünki ermənilər Qars vilayətinin böyük 

bir  hissəsini,  gürcü  nümayəndələri  Ərdəhanın  və  Batumun  Zaqafqaziya  dövlətinin 

tərkibində  qalmasını  istəyirdilər.  Bu  məsələyə  münasibəti  ilə  neft  sənayesinin  mə-



 

 

245 



nafeyini  qoruyan  Azərbaycan  daha  iki  mühüm  səbəbdən  gürcüləri  müdafiə  edirdi: 

birincisi,  bütün  Zaqafqaziya,  o  cümlədən  Azərbaycan  üçün  Qars  və  Ərdəhan  Dünya 

Okeanına yeganə çıxış qapısı olan Batum qədər çox böyük əhəmiyyət daşımırdı; ikincisi, 

yerli  əhalinin  əksəriyyəti  türklər  olan  bu  iki  vilayət  milli,  coğrafi,  tarixi  amillərlə 

Türkiyəyə bağlı idi. 

Türkiyə  tərəfinin  güzəştə  getmək  və  Zaqafqaziya  rəhbərlərinin  reallıqla 

hesablaşmaq istəməmələri danışıqların pozulmasına gətirib çıxartdı. 

Aprel ayının 6-da Türkiyə tərəfi Zaqafqaziya nümayəndələrinə Brest-Litovsk 

müqaviləsinin şərtlərini qəbul edib-etməmək barəsində 48 saat ərzində cavab verilməsini 

tələb  edən  ultimatum  təqdim  etdi.  Eyni  zamanda  danışıqlara  yenidən  başlamaq  üçün 

Cənubi Qafqazın müstəqilliyini elan etməsi barədə əvvəlki şərtini çıxardı. 

Nümayəndə  heyəti  başçısı  A.  Çxenkeli  Türkiyə  tərəfinin  ultimatumunu  qəbul 

etmək qərarına gəldi,  lakin gec  idi, çünki artıq  Türkiyə qoşunları  Batumdan başqa həmin 

ərazilərin hamısını tutmuşdu. 

Aprelin  13-də Seymin, hökumətin və  fraksiya nümayəndələrinin birgə  iclasında 

danışıqların gedişi müzakirə olundu. Türkiyə ilə müharibə məsələsində hətta Azərbaycan 

fraksiyası daxilində də yekdillik yo x  idi.  Hü mmətçilər əvvəlki  mövqelərini dəyişərək 

gürcü menşevikləri ilə birgə olacaqlarını bildirdilər. Müsəlman Sosialist Bloku isə tərəddüd 

edirdi.  Azərbaycanlı  deputatlardan  bir  neçəsi  (X.Xasməmmədov,  Ş.Rüstəmbəyov 

M.Y.Cəfərov)  gürcülərlə  münasibətləri  korlamamaq  üçün  türkləri  öz  iddialarından  çəkin-

məyə çağırdı. 

"Müsavat", bitərəflər qrupu və "İttihad" məsələyə münasibətdə eyni mövqedən 

çıxış edərək, müharibə əleyhinə birgə qətnamə qəbul etdilər. Qətnamədə deyilirdi ki, Türkiyə 

ilə  müharibənin Zaqafqaziya demokratiyası və onun daxili həyatı üçün ağır nəticələr verə 

biləcəyini əsas tutan "Müsavat" Partiyası, bitərəflər qrup "İttihad" Partiyası bu məsuliyyəti 

öz üzərinə götürməkdən imtina edir və müharibənin aparılmasına rəhbər partiyaların müsbət 

münasibətini nəzərə alaraq, müharibənin əlverişli surətdə ləğv edilməsi  üçün Zaqafqaziya 

xalqlarına lazımi kömək göstərəcəklərini bildirirlər

96



Lakin Seym elə həmin iclasda Trabzon danışıqlarını dayandırmaq və Türkiyə ilə 



müharibəyə hazırlaşmaq  haqqında qərar qəbul etdi.  Ölkədə hərbi vəziyyət  elan  edildi və 

Y.Gegeçkori,  N.Ramişvili  və  X.Karçikyandan  ibarət  Ali  Müdafiə  Şurası  yaradıldı

97



Azərbaycan  nümayəndəsinin  bu  Şuraya  daxil  edilməməsinin  əsas  səbəbi  müsəlman 



fraksiyasının hadisələrin gedişinə təsir imkanlarını azaltmaq idi. 

Lakin  bu tədbirlər də  Türkiyə qoşunlarının  irəliləməsini  dayandıra  bilmədi  və 

onlar 1918-ci il aprelin 14-də Batumu tutdular. 

Bu  dövrdə  Zaqafqaziyada  erməni  şovinist  millətçi  qüvvələr  öz  məkrli 

siyasətlərini davam etdirirdilər. 1918-ci ilin yanvarından onlar Bakıda və Zaqafqaziyanın 

digər bölgələrində  müsəlman qırğını törətmək üçün  müxtəlif  fitnəkarlıqlara əl  atır,  Bakı 

Sovetinin  orqanlarına,  şəhər  idarəçiliyinin  həlledici  vəzifələrinə  öz  nümayəndələrini 

soxurdular. 

Azərbaycanın  qabaqcıl  xadimləri  gözlənilən  təhlükəni  irəlicədən  duyurdular. 



 

 

246 



Birinci  dünya  müharibəsinin  sonlarında  Qafqazın  xristian  əhalisi  məqsədyönlü  şəkildə 

silahlandırılırdı. Mart qırğınları ərəfəsində Rus Milli Şurasının Cənubi Qafqazın xristian 

əhalisinə  müraciəti  elan  edildi.  Müraciətdə  mart  ayının  11-dən  18-nə  qədər  19-25 

yaşında  olan  bütün  rus  gənclərinin  hərbi  səfərbərliyə  alındığı  bildirilirdi

98

.  Qafqaz 



cəbhəsinin  ləğv  olunması  nəticəsində  vətənə  qayıtmalı  olan  rus  alaylarının  əsgər  və 

zabitləri  silah  və  sursatları  dəyər-dəyməzinə  ruslara  (malakanlara)  və  daha  çox 

ermənilərə satırdılar. Müharibədən məğlub çıxan və Oktyabr çevrilişindən sonra xaraba-

zara dönmüş Rusiyada onları heç bir yaxşı şey gözləmədiyini bilən hərbçilər çox vaxt bir 

qarın çörəyə görə Bakıda qalmağı üstün tuturdular. Sonralar S.Şaumyan və əlaltıları bu 

qüvvələrdən çox  məharətlə  müsəlman  əhalisinə qarşı  istifadə  etdi.  Bakıda  erməni  və 

rus şovinist siyasi qüvvələrinin silahlandığını  görən yerli  əhali  1918-ci  ilin  fevralında 

şəhəri  tərk  etməyə  başladı.  Mart  qətllərindən  hələ  bir  həftə  əvvəl  Daşnaksutyun 

partiyası,  Bakıdakı  vəziyyətdən  guya  "narahat"  olaraq,  hakimiyyəti  ələ  almağın 

zəruriliyini  bildirmişdi.  Müsəlman  cəmiyyətləri  bu  təhlükəni  qabaqcadan  gördükləri 

üçün  tezliklə  özünümüdafiə  qüvvələri  yaradılmasını  zəruri  hesab  edirdilər.  Onların 

təşəbbüsü ilə Gəncədə, Bakıda,  Lənkəranda müsəlman  hərbi hissələrinin yaradılması 

və Bakı kadet məktəbində müsəlmanlardan zabit hazırlanmasına başlandı. Lakin bütün bu 

işlər düşmən qüvvələrin qurduğu  maneələrə  rast  gəldiyi  üçün  çox  ləng  gedirdi.  Digər 

tərəfdən  isə  Qafqazda  xristian  əhalinin  silahlanmasına  Antanta  ölkələri  də  ciddi  maraq 

göstərirdilər.  Çünki  ingilislər Mesopotamiyadan  Qafqaza  gələnə qədər burada  Türkiyə 

ordusunım irəliləməsini dayandırmaq məqsədinə nail olmaq üçün yerli xristianlara böyük 

ümid  bəsləyirdilər.  Rus  imperiyası  dağıldıqdan sonra erməni siyasətçiləri  ingilispərəst 

təbliğat aparır və onlardan müəyyən dəstək alırdılar. Buna görə də müsəlman qəzaları 

fevral ayının axırlarında Zaqafqaziya Seyminə ingilis ordusunun Qafqaza müdaxiləsinin 

əleyhinə  olduğunu  bildirir  və  ingilislərlə  aparılan  danışıqların  kəsilməsini  tələb 

edirdilər". 

Lakin Antanta qüvvələri nə qədər ki uzaqda idi, ermənilər ö z  məqsədlərinə 

bolşeviklərin əli ilə nail olmaq istəyirdilər. Onların  dəyişkən mövqeyini tənqid edən 

N.Nərimanov  yazırdı  ki,  "böyük  Ermənistan"  xülyalarını  həyata  keçirmək  üçün 

daşnaklar  hər  cür  maska geyməyə,  hər  sifətə  girməyə hazırdılar.  N.Qolitsın dövründə 

onlar  özlərini  inqilabi partiya  hesab edirdilər, sonra  V.Vorontsov-Daşkovun  ayaqlarını 

öpüb  qatı  əksinqilab  cəbhəsinə  keçdilər,  indi  Qafqazda  Sovet  hakimiyyəti  qurulsa, 

daşnaklar о dəqiqə maskalarını dəyişib, bu dəfə kommunist maskasını geyəcəklər"

100


Uzun  müddət bolşevik  adı  altında  maskalanan və  20-ci  illərdə sovetləşdirmə 

adı altında  Azərbaycanın  müsəlman əhalisinə qarşı  '"proletariat  diktaturası"nın ən  qatı 

terror hərəkətlərinə  fitva  verən  L.Mirzoyan sonralar yazırdı  ki,  bir  çox  yoldaşlar belə 

fikirləşirlər  ki,  guya  1918-ci  ildə  Bakıda  Sovet  hakimiyyəti  daşnaklara  söykənib.  Bu, 

səhvdir.  Əslində,  Sovet  hakimiyyəti daşnaklardan öz  məqsədləri üçün  istifadə edib.  Belə 

"səhvlərə" tez-tez S.Şaumyanın da yazılarında rast gəlmək mü mkündür

101


Azərbaycanda  milli  hərəkatın  genişlənməsi,  milli-azadlıq  carçısı  olan 

"Müsavat"ın nüfuzunun artması "böyük Ermənistan" xülyası ilə yaşayan daşnakları ciddi 



 

 

247 



narahat edirdi.  Daşnaklar  mart qırğınını törətməklə "Müsavat"ın sosial  bazasını, şəhərin 

müsəlman  əhalisini  məhv  etməyi  planlaşdırmışdılar.  Bu  məqsədlə  təxminən  5  min 

erməni  əsgəri  müxtəlif  cəbhələrdən  Bakıya  gətirilmişdi.  Beləliklə,  "Qırmızı  qvardiya" 

adı  ilə  yaradılan  10-12  minlik  ordunun da  70  faizi  erməni  idi

102

.  Əsasən  ruslardan  ibarət 



olan  Xəzər  donanması  içərisində  xüsusi  təbliğat  işi  aparılmışdı.  Həmçinin,  Şamaxı  və 

Muğanda  ehtiyat  rus-malakan  silahlı  dəstələri  də  yaradılmışdı.  Bu  hadisələrin  fəal 

iştirakçısı  olan  "bolşevik"  N.Əsriyants  sonralar  öz  xatirələrində  yazırdı:  "1918-ci  ilin 

fevralında  T.Əmirov  bizi  yığıb  bildirdi  ki,  S.Şaumyan və  A.Caparidzenin  tapşırıqlarını 

yerinə  yetirməliyik. S.Şaumyan əvvəlcədən bizə xəbər vermişdi ki, gecə saat 1-də siqnal 

olacaq, bu xəbərdarlıq siqnalından sonra biz hücum edib "Müsavat"ın qərargahını tutmalı 

idik və belə də oldu"

103


Bu  cinayəti  həyata  keçirmək  üçün  bəhanə  lazım  idi.  Bu  məqsədlə "Evelina" 

münaqişəsi  törədildi. Azərbaycan  milyonçusu  Hacı  Zeynalabdin Tağıyevin  Lənkəranda 

xidmət  edən  oğlu  Məhəmməd  Tağıyev  təsadüfən  öz  əlindəki  silahdan  açılan  atəş 

nəticəsində həlak olmuşdu, müsəlman alayının zabitləri onun dəfnində iştirak etmək üçün 

Bakıya  gəlmişdilər.  Dəfn  mərasimindən sonra  zabitlər  "Evelina"  gəmisi  ilə  Lənkərana 

qayıtmalı  idilər.  Əlverişli  məqamın  yetişdiyini  görən  ermənilər  gizli  şəkildə  Rus  Milli 

Şurası,  Xəzər  matrosları.  eser və  menşevik partiyaları arasında belə bir şayiə yaydılar  ki, 

guya "Evelina"  ilə  gedən  zabitlər  tapşırıq almışlar  ki,  Lənkəranda  olan  müsəlman  hərbi 

dəstələri  ilə  birlikdə  Muğandakı  rus-malakan  kəndlərini  məhv  etsinlər

104

.  Bu  təxribat 



xarakterli şayiə öz nəticəsini verdi. Bakıda olan bütün qeyri-azərbaycanlı siyasi və hərbi 

qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu. Təcili şəkildə, martın 30-

da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Komitəyə 

S.Şaumyan, A.Caparidze, Q.Korqanov, İ.Suxartsev, S.Saakyan, M.Yolçiyan, N.Nərimanov 

daxil  edildi

105


.  İnqilabi  Komitənin  təşəbbüsü  ilə  "Evelina"nın  Lənkərana  yola  düşməsi 

dayandırıldı və gəmidəki zabitlər tərksilah edildi. Müsəlman əhalisi məscidlərə toplanaraq 

silahların  qaytarılmasını  tələb  etdi.  Vəziyyətin  çox  ciddi  xarakter  aldığını  görən 

Azərbaycanın  milli  təşkilatlarının  nümayəndələri  İnqilabi  Komitəyə  gəlib,  alınmış 

silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. 

Martın  30-da  N.Nərimanovun  evində  S.Şaumyanla  və  həmin  gün  İnqilabi  Müdafiə 

Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən  razılıq  əldə  edilməsinə, 

silahların  qaytarılması  vədi  verilməsinə  baxmayaraq,  "Hümmət‖ə  о  qədər  də  etibarı 

olmayan bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi. Onlar həm də  N.Nərimanovun 

çoxluğu  öz  ətrafında  birləşdirib  "sağa  meyil  etməsindən"  narazı  idilər

106

.  Beləliklə, 



əvvəlcədən  sövdələşmə  əsasında  bolşevik-erməni  koalisiyası,  S.Şaumyanın  dediyi  kimi, 

"həlledici döyüşlərə hər cür hazırlıq görmüşdü və dərhal bütün cəbhə boyu hücuma başladı". 

Martın  30-da  axşam  saat  beşdə  Bakıda  ilk  atəşlər  açıldı.  Aldatma  siyasəti  yeridib 

özlərinin  bitərəfliyini elan etmiş  Daşnaksutyun və  Erməni Milli  Şurası bu  ilk atəşlərdən 

sonra Bakı Sovetini müdafiə etdilər. M.Ə.Rəsulzadə bu barədə yazmışdır: "Milli türk 

təşkilatının əzmkar müdaxiləsi ilə hadisə az bir zərərlə yatışdırılmaq üzrə ikən sayğısız bir 

taqım cahilin qərəzli fitnəkarlara alət olması ilə fitnə təkrar olunmuş, zatən günlərdən bəri 



 

 

248 



qətllərə  hazırlanmış  bulunan  bolşevik-erməni  qüvvəyi-müsəlləhəsi  hərbi  bir  vəziyyət 

alaraq şəhərin  müsəlman  məhəlləsini  bombardman  etməyə başlamışdır"

107

.  Tarixə  qanlı 



faciə kimi daxil olan mart qətlləri üç gün davam etdi. 

İlk  atəşlərdən  sonra  həmin  gün  şəhər  silahlı  dəstələrlə  doldu rulmuşdu. 

Ermənilər cənub hissədə səngərlər qazıb, torpaq və daşlardan sədlər qurmağa başlamışdılar. 

Erməni  Milli  Şurasının  və  Daşnaksutyun  rəhbərlərinin  müsəlman  cəmiyyətləri  ilə 

apardığı  danışıqlar  təxribat  xarakteri  daşıyırdı.  Belə  təhlükəli  məqamda  Bakı 

menşeviklərinin lideri Ayollo onların Soveti müdafiə edəcəklərini bəyan etdi. Eserlərin 

başçısı  S.Saakyan  panislamizmə  qarşı  vuruşacaqlarını,  hətta  bolşeviklərə  dərin  nifrət 

bəsləyən  kadetlər  də  "rus  işi"  uğrunda  mübarizə  aparan  bolşevikləri  müdafiə 

edəcəklərini  bildirdilər

108


.  Uzun  müddət  menşeviklərə qarşı  mübarizə aparan bolşeviklərin 

menşevik və eserlərlə, hətta kadet və daşnaklarla mart günlərində birləşməsi dini və milli 

zəmində baş verdi. Lakin ermənilərin rəhbərlik etdiyi bolşevik və daşnaklardan başqa heç 

kim hadisələrin belə qanlı xarakter alacağını, müsavatçılara qarşı birləşmiş  qüvvələrdən 

şəhərin bütün  müsəlman  əhalisini  məhv  etmək  üçün  istifadə  ediləcəyini  qabaqcadan 

gözləmirdi.  Martın  30-da  axşam  Bakı  Soveti  hərbi  dəstələri  başçılarının  təcili  iclası 

keçirildi.  Döyüşə  başlamaq  haqqında  qərar  çıxarıldı  və  Erməni  Milli  Şurasına,  daşnak 

liderlərinə  müraciət  edildi  ki,  öz  hərbi  dəstələrini  hərəkətə  gətirsinlər.  Onların 

fəaliyyətinə  "Kazino"  mehmanxanasında  yerləşmiş  təcili  açılmış  təlim  qərargahından 

rəhbərlik  etmək  A.Mikoyan və  N.Anançenkoya tapşırılmışdı.  Onların  müsəlman silahlı 

dəstələrinin  toplandığı  yerə  qəfil  hücumu  qələbə  ilə  başa  çatdı.  Xəzər  donanması 

gəmilərindən  müsəlman  məhəllələrin in  atəşə  tutulması  şəhərdə  vahiməli  vəziyyət 

yaratdı. Hərbi gəmilərə göndərilmiş xüsusi təbliğatçılar buradakı heyətlərin çoxunun nə 

ermənilərin,  nə  də bolşeviklərin təsiri  altında  olmadığını bildikləri  üçün  martın  30-da 

onları  aldadıb  inandırdılar  ki,  guya  müsəlmanlar  şəhərdə  rus  əhalisini  qırır.  Bir  neçə 

saatlıq bombardmandan sonra ras matrosları bunun təxribat olduğunu, "Müsavat‖a qarşı 

mübarizə bəhanəsi ilə rnüsəlman əhalisinin qırğına verildiyini bildikdə atəşi dayandırdılar. 

Xeyli  malakan-rus  hərbi  dəstələri  də  eyni  qaydada  aldadılaraq,  Muğandan  Bakıya 

gətirilmişdi. Lakin onlar şəhərdə ayrı vəziyyət olduğunu görüb döyüşdən imtina etdilər və 

buna görə Bakı Soveti və erməni qoşunları tərəfindən tərksilah olundular. Malakanlardan 

alınan  silahlar  növbəyə  durmuş  erməni  "könüllü"lərinə  paylandı.  Çıxılmaz  vəziyyət 

yarandığını görən "Müsavat" liderləri əhalini  xilas etmək üçün daha çox hisslərin  təsiri 

altında  hərəkət  ed ib  qırğına  bəhanə  verən  "məhəllə  qoçu  dəstələri"nin  əksinə 

olaraq,  İnqilabi  Müdafiə  Ko mitəsinin  ultimatumunu  qəbul  etdilər.  Martın  31-də 

danışıqlar  aparmaq  üçün  müsəlman  nümayəndələri  Sovetin  İcraiyyə  Ko mitəsinə 

gəldilər,  İnqilabi  Müdafiə  Ko mitəsinin  u ltimatumunun  qəbul  edilməsinə 

baxmayaraq, orada P.Caparid ze  ilə aparılan  danışıqlar nəinki heç bir  müsbət nəticə 

vermədi, hətta müsəlman heyətindən üç nəfər geri qayıdarkən yolda güllələndi

109



Martın  31-də  səhərə  yaxın  bütün  erməni  hərb i  dəstələrinin  başçıları  və 



silahlan mış  erməni  ziyalıları  İnqilab i  Müdafiə  Ko mitəsinin  qərargahına  gəldilər. 

Onlar  qısa  vaxtda  təlimatlandırılaraq  müsəlman  məhəllələrinə  göndərild ilər.  Yaxşı 




 

 

249 



silahlan mış  və  hazırlan mış  erməni  əsgərləri  müsəlmanla rın  evlə rinə  soxu lur, 

sakinləri öldürür, onları  xəncər və süngü ilə doğrayır, uşaqları yanan evlərin  içinə 

atır,  кörpə  uşaqları  süngülərin  ucuna  keçirirdilər.  Dinc  əhalin i  qorxudan  dəhşətə 

gətirib  istədiklərinə  nail  o lmaq  üçün  hər  cür  vəhşiliyə  əl  atan  bolşevik-erməni 

cəllad ları müsəlman qadın larını daha ağır fo rmada qətlə yetirdilər: şəhərin təkcə b ir 

yerində  qulaqları,  burunları  kəsilmiş,  qarınları  yırtılmış  57  müsəlman  qadının 

meyiti  tapılmışdı.  Ço xlu  gənc  qadını  diri-diri  divara  mıxlamışdılar.  Qaçıb  canını 

qurtarmağa  çalışan  əhalini  gülləbaran   etmək  üçün  şəhərin  müvafiq  yerlərində 

əvvəlcədən pulemyotlar qoyulmuşdu

110


Bir  ço x  müsəlman  məhəllələri  məhv  edildikdən  sonra,  martın  31  -də 

axşamüstü  İçərişəhərin  alınması  əməliyyatı  başlandı.  Bu  qırğın  əməliyyatında 

N.Anançenko  başda  olmaq la,  gənc  Suren  Şau myan,  Ovçiyan,  Qalstyan,  Sarkis, 

Qaber-Kori,  Artak,  Manuçarov,  Akopov  və  başqa  "qırmızı  qvardiyaçıla r"  fə al 

iştirak  etdilər.  Müsəlman  meyitlərinin  yandırılması  və  iyrənc  formada  təhqir 

edilməsin in erməni ziya lıları və kilsə xadimləri tərəfindən törədildiyin i təsdiq edən 

onlarca  sənəd  mövcuddur

1

''.  Fövqəladə  istintaq  komissiyası  sədrinin  Əd liyyə 



Nazirliyinə  təqdim  etdiyi  məru zəsində  aşağıdakı  faktlar  göstərilir:  Nikolay  (indiki 

İstiqlaliyyət.  -  Red.)  küçəsilə  hücuma  keç miş  ermən i  əsgərlərinə  başlıca  olaraq, 

erməni  ziyalıların ın  nümayəndələri  rəhbərlik  ed iblər.  Belə  dəstələrdən  biri  evə 

girib səkkiz qadın və uşağı güllələmişdir.  Baş qa dəstə Fars küçəsində Bala Əh məd 

Muxtarovun evinə girərə k doqquz  müsəlmanı  küçəyə çıxarmış və kilsə meydanında 

güllələmişlər, meyitlərin ikisini "Dağıstan" mehmanxanasının alovu içinə atmışlar...

112



Beləliklə, üç günün  -  18-21  mart (30  mart-1  aprel)  - qətl və qarətlərindən sonra, 



Fövqəladə İstintaq Komissiyasının ümumiləşdirdiyı hesabatına görə, Bakıda "əksinqilabçı" 

adı ilə 12 min nəfər azərbaycanlı əhalisi qətlə yetirilmişdi

113

. Menşevik qəzeti "Naş qolos" 



mart  qırğınından  sonra  şəhərdəki  vəziyyəti  belə  təsvir  edirdi:  "Нər  yerdə  meyitlər  qıc 

olmuş, eybəcər hala salınmışdır. Təzə Pir  məscidinin yanında ağır mənzərə var. Məscid 

atəşdən zərər çəkmişdir. Ziyarətgahın təhqiri geniş kütlələrin qəlbini ağrıdır, meyitlər onları 

daha çox həyəcanlandırır... Nifrət və təhqir zəhərinin necə dərinliyə işlədiyi hiss olunur. Bu 

düşmənçiliyi  aradan  qaldırmaq,  bu nifrətin  qəzəbli  intiqam  hissinə  çevrilməsinin  qarşısını 

almaq üçün çox iş görmək lazım gələcək"

114

. Martın 31-də müxtəlif bəhanələrlə danışıqları 



pozan  İnqilabi  Müdafiə  Komitəsi  aprelin  1-də  artıq  məsələnin  həll  edilmədiyini  görüb 

yenidən  ultimatum  verərək  bildirdi  ki,  İMK-nın  tələbləri  gündüz  saat  3-ə  kimi  qəbul 

edilməsə, müharibə davam etdiriləcək. 

Saat  4-də  azərbaycanlı  partiya  və  cəmiyyətlərin  nümayəndələri  A.Aşurov, 

Ə.M.Topçubaşov,  Molla  Hacı  Mir  Möhsün,  Hacı  Hüseyn  Tağıyev,  Əbdül  Kazımzadə 

danışıqlar  aparmaq  üçün  "Astoriya"  mehman xanasına  getdilər.  Bir  saat  sonra 

P.Caparidzenin açdığı "sülh konfransı"nda Fioletov, Dudin, Suxartsev, Erməni Milli Şurası 

tərəfindən L.Atabəyov, Тег-Mikaelyan və İranın Bakıdakı konsulu Həbibulla  xan  iştirak 

edirdi. 

Həmin  iclasa  sədrlik  edən  Caparidzenin  elan  etdiyi  ultimatum  bütövlükdə 




 

 

250 



"Müsavat"  Partiyasına  qarşı  yönəlmişdi.  Ə.Kazımzadə  baş  vermiş  hadisələrə  görə 

"Müsavat"ın ittiham edilməsinə öz etirazını bildirdi və qeyd etdi ki, törədilən faciə üçün 

"sovet qoşunları" və daşnak hərbi hissələri məsuliyyət daşıyır. Axşam saat 9-dək uzanan 

mübahisələrdən  sonra  İMK-nın  ultimatumu  qəbul  edildi.  Ultimatumda  göstərilirdi:  "1. 

Bakı  fəhlə,  əsgər və  matros deputatları  Sovetinin  hakimiyyəti qəbul edilir;  2.  Əksinqilabi 

"Dikaya diviziya" (Qafqaz yerlilər korpusu) Bakı və onun rayonlarından çıxarılır, yerdə qalan 

başqa müsəlman əsgəri hissələri, habelə erməni nıilli qoşun hissələri ya Bakıdan çıxarılır, 

ya  da  tamamilə  fəhlə,  əsgər  və  matros  deputatları  Sovetinə  tabe  edilir,  əhalinin  bütün 

silahlanma işi  Sovetinin nəzarətinə  keçirilir;  3.  Bakıdan Tiflisə və Petrovska də mir 

yolunun açılması üçün təcili tədbirlər görülür"

115



Atəşkəs haqqında saziş bağlanmasına baxmayaraq, erməni və sovet hərbi 



dəstələri"  hücu mları  aprel  ay ının  2-si  axşamına  qədər  davam  etdirdilər,  hətta 

tüstüsü ərşə qalxan "İsmailiyyə"dəki yanğını söndürməyə gələn müsəlman əhalisini 

yenidən atəşə tutdular. Şəhərin sağ qalan azərbaycanlı əhalisi kütləvi surətdə şəhəri 

tərk etməyə başladılar. 

Aprelin  2-də   Caparid ze  Şau myana  yazırdı  ki,  Daşkənddən  və  Şima ldan 

bizə kö mək gəlir, artıq ind i  müsəlman ları sakitləşdirmək üçün onlara  mu xtariyyət 

vəd  etmək  o lar.  Üç  gündən  artıq  davam  edən  faciəli  hadisələrə  inqilabi  don 

geyindirmək üçün M.Əzizboyov şəhərin onsuz da boş qalmış  müsəlman hissəsinə 

ko missar  təyin  edild i.  O,  müsəlman  əhalisinin  şəhərdən  çıxmasını  və 

yerdəyişməsini  qadağan  etsə  də,  bunun  elə  bir  əhəmiyyəti  olmadı

116

.  Yerli  dinc 



əhalinin  q ırğ ınından  və  özünümüdafiə  dəstələrinin   ağır  məğlubiyyətindən  sonra 

imzalan mış saziş haqqında Bakı Sovetinin y ığıncağına  məlu mat verən İ.Su xartsev 

riyakarcasına sevinc içərisində elan etdi ki, "Müsavat" firqəsi darmadağın edildi və 

Türkiyənin  Bakı  cəbhəsi  alındı..."

117

  Əslində  Mart  qətlia mından  sonra  1918-c i  ilin 



sentyabrına qədər  mü xtə lif koa lisiyala rda o lan ermənilər  Bakıda  tüğyan edirdilər, 

imkansızlıq ucbatından şəhəri tərk edə bilməyən və ətraf kəndlərdə yaşayan əhalini 

əzabla  q ırır,  işgəncələr  verirdilər.  Bakıda  törədilən  türk-müsəlman  soyqırımın ın 

saxtalaşdırılmasına,  ona  "vətəndaş  müharibəsi"  donu  geydirilməsinə,  qətl 

edilənlərin   sayının  azald ılmasına  ilk  cəhdi  bu  hadisələrin  təşkilatçısı  S.Şau myan 

etmişdir.  O,  aprel  ayın ın  13-də  Moskvaya  -  XKS-yə  göndərdiyi  hesabatda 

utanmadan  həyasızcasına  yazırdı:  "Üç  gün  -  30,  31  mart  və  1  apreldə  Bakı 

şəhərində şiddətli vuruşma olmuşdur. Bir tərəfdən Sovet Qırmızı Qvard iyası, bizim 

təşkil  etdiy imiz  Beynəlmiləl  Qızıl  Ordu,  Qırmızı  Donanma  və  ermən i  milli 

hissələri, о b iri tərəfdən "Müsavat" partiyasının başçılıq etdiyi...  müsəlman " Vəhşi 

diviziya"sı  və  silah lı  müsəlman  quldur  dəstələr  vuruşdular.  Bizə   avia siya 

məktəbinin hid roaeroplanları da kö mək etdi...  Biz döyüşlərdə parlaq nəticələr əldə 

etmişik.  Düşmən tamamilə darmadağın edilmişdir... Hər  iki tərəfdən öldürülən  üç 

mindən  artıqdır...  Onlar  Bakıda  üstün  gəlsəydilər,  şəhəri  Azərbaycanın  paytaxtı  elan 

edər, bütün qeyri-müsəlman ünsürlər tərk-silah edilib qırılardı"

118


Mart  qırğınından  bir  il  sonra  ermənilər  bu  hadisəni  bolşeviklərlə  müsəlmanlar 




 

 

251 



arasında  baş vermiş hakimiyyət  mübarizəsi  kimi  təqdim  etməyə başladılar.  1919-cu  ilin 

payızında, Bakıya gəlmiş ABŞ missiyasının başçısı general Harborda təqdim etdiyi sənəddə 

Bakıdakı erməni yepiskopu Baqrat ermənilərin mart hadisələrində iştirakını danıb gizlədir, 

saxtakarlıqda  S.Şaumyandan  da  irəli  gedərək,  Bakıda  mart  qırğını  hadisələri  vaxtı  1000 

nəfərin - 300 nəfər erməni və rus, 700 nəfər müsəlmanın öldürüldüyünü həyasızcasına iddia 

edirdi


119

Danılmaz  tarixi  fakt  kimi  məlumdur  ki, Azərbaycan-müsəlman soyqırımı  təkcə 



Bakı  ilə  məhdudlaşmadı.  Bakıda  törədilmiş  cinayətlər  aprel  ayının  ilk  günlərindən 

etibarən  eynilə  Şamaxı,  Quba.  Xaçmazda  törədildi.  Azərbaycanın  qəzalarına  "sovet 

qoşunları‖  adı  altında  göndərilən  cinayətkar  dəstələrə  quldur  erməni  "hərbçiləri" 

T.Əmiryan,  H.Amazasp  rəhbərlik  edirdilər.  Daşnak  cəlladlarından  ən  ağır  ziyan  çəkən 

Şamaxı qəzası oldu. 

Şamaxı  qəzasında  baş  verən  hadisələr  "Qanlı  mart  təqvimi"ndə  xüsusi  səhifə 

təşkil  edir.  1918-ci  ilin  yazında qəzada hakimiyyət  artıq  müsavatçıların başçılıq etdikləri 

yerli milli şuranın əlində cəmləşmişdi. Bunu öz hakimiyyəti üçün ciddi təhlükə hesab edən 

Bakıdakı bolşevik-daşnak Soveti Şamaxını ələ keçirmək üçün ciddi cəhd göstərirdi

120


. Artıq 

bu zamana qədər mövcud olmuş, ermənilər və malakanlardan ibarət hərbi qarnizon yerli milli 

şura  tərəfındən  tərksilah  edilmiş  və  onun  əvəzində  azərbaycanlılardan  ibarət  yeni 

qarnizonun  təşkilinə  başlanılmışdı

121

.  Nəzərə  almaq  lazımdır  ki,  bolşevik  və  daşnakların 



Azərbaycanın bütün ərazisini ələ keçirmək və öz hakimiyyətini qurmaq planlarında Şamaxı 

xüsusi strateji yer tuturdu. 

Martın birinci yarısında  Şamaxıya  məlumat gəldi  ki,  Bakıdan  Şamaxıya toplar, 

pulemyotlar  və  böyük  miqdarda  hərbi  sursatla  iki  mindən  üç  minədək  erməni  qoşun 

dəstəsi gəlir. Dəstəyə S.Şaumyandan bilavasitə təlimat almış S.Lalayev başçılıq edirdi. 

Lakin həmin dəstə gətirdiyi sursatı və silahı Şamaxı qarnizonuna verməkdən imtina 

etmiş  və  bildirmişdi  ki,  "onların  məqsədi  Şamaxı  qəzasını  quldur  dəstələrindən 

təmizləmək, qəzada anarxiyaya son qoyub normal həyat bərpa etməkdir". 

Martın 15-də sübh çağı S.Dalayevin dəstəsi Şamaxıya ilk dəfə hücum edərək, 

şəhərin müsəlmanlar yaşayan hissəsini top atəşinə tutdu. Bu atışma nəticəsində dinc əhali 

arasında ço xlu sayda tələfat oldu. Yalnız axşama yaxın şəhərdə bir qədər sakitlik yarandı

122


Martın 18-də Şamaxı gecə ikən cənubdan ermənilər, şimal-şərqdən isə malakanlar 

tərəfindən  mühasirəyə  alındı.  Onlar  şəhərin  müsəlman  hissəsini  bombalamağa  başladılar. 

Müsəlmanlar topların qarşısında dayana biləcək vəziyyətdə olmadıqlarından geri çəkildilər. 

Dəhşətli  qarışıqlıq  baş  verdi.  Ermənilər  və  malakanlar  axşama  yaxın  şəhərin  ən  varlı 

hissəsi  "Piran-Şirvan"a  daxil  oldular.  Evlər  yandırılır,  yanan  evlərdən  qaçan  kişilər, 

qadınlar, uşaqlar və ümumiyyətlə, küçədə görünən hər kəs güllələnirdi. Dəstənin quldur üzv-

ləri evlərə soxularaq, sakinləri öldürüb qarət edirdilər. Şəhərin küçələrində türk-müsəlman 

meyitləri üst-üstə qalaqlanmışdı

123


Bu vəhşiliklər Gəncədən silahlı türk-müsəlman dəstəsi Şamaxı şəhəri və Şamaxı 

qəzası əhalisinin köməyinə gələnə qədər bir neçə gün davam etmişdi. Gəncəlilərin gəlişindən 

sonra  ermənilər  və  malakanlar  Şamaxıdan  malakanlar yaşayan  Qozlu  kəndinə  çəkildilər. 




 

 

252 



Müsəlman  qoşunları onları  təqib  edərkən  aydın oldu  ki,  ermənilər  və malakanlar sayca 

onlardan qat-qat üstündür və buna görə də onlar geri çəkilməli, şəhərin, demək olar ki, bütün 

müsəlman əhalisini də özləri ilə aparıb Şamaxını tərk etməli o ldular. 

Müsəlman  qoşunları  gedəndən  bir  neçə  gün  sonra  ermənilər  və  malakanlar 

şəhəri ikinci dəfə zəbt etdilər. 

Nəticədə  Şamaxı  şəhəri və qəzasının  72  kəndi  Bakı  Sovetinin  bolşevik-daşnak 

qoşunları  tərəfindən  dağıdıldı

124


.  Şamaxı  qırğınlarında  8  min  nəfərə  qədər  azərbaycanlı 

öldürüldü, onların 1653 nəfəri qadın, 965 nəfəri uşaq idi. Şamaxıda yerli əhaliyə dəyən maddi 

ziyan о dövrün qiymətləri ilə bir milyard rubldan çox idi

125


1918-ci  ilin  mart  qanlı hadisələrindən sonra  Şamaxı  şəhəri uzun  müddət özünə 

gələ bilmədi. Həmin hadisələr ərəfəsində 15 min əhalisinin 80 faizdən çoxu azərbaycanlılar 

olan Şamaxıda 1921-ci ildə cəmisi 1700 nəfər yaşayırdı

126



Quba  qəzasında  qırğın  törədən  quldur  cəza  dəstəsinə  S.Şaumyanın  xüsusi 



səlahiyyətlər  verdiyi  Hamazasp  rəhbərlik  edirdi.  Aprel  ayında  qəzanın  122  müsəlman 

kəndi dağıdılmış, yüzlərlə azərbaycanlı və dağlı, о cümlədən ləzgi məhv edilmişdi

127



Göyçay,  Kürdəmir,  Salyan  və  Lənkəran  bölgələrinin  əhalisi  də  erməni  cəza 



dəstələrindən ciddi  ziyan çəkmişdi.  2  min nəfərlik sovet qoşununun  Lənkəranda baş alıb 

gedən  qanlı  terror  və  vəhşi  soyğunçuluğunun qarşısını  Zaqafqaziya  Seyminin  bu  zaman 

bölgədə olan gürcülərdən ibarət silahlı dəstələri almışdı. 

1918-ci ilin mart-aprel aylarında kütləvi qanlı qırğınlar törətmək məqsədilə "Sovet 

hakimiyyəti"nin daşnak-bolşevik dəstələri Bakı quberniyasından sonra Azərbaycanın digər 

ərazilərini işğal etmək fikrində idi. Bakı, Şamaxı, Kürdəmir, Salyan, Quba, Lənkəran şə-

hərlərini zəbt edib hədəfi Yelizavetpolu (Gəncəni) ələ keçirmək idi.  Bunu S.Şaumyan may 

ayında  Xalq  Komissarları  sovetinə  məlumatında  da  etiraf  etmişdi.  Onun  fikrincə,  Sovet 

qoşunları Yevlax körpüsünü ələ keçirib Kür boyunca müdafiə xətti tutduqdan sonra onları 

tez  Yelizavetpola  (Gəncəyə)  yeritmək  lazımdır  ki,  orada,  sonra  isə  başqa  yerlərdə 

ermənilər üsyan etsinlər. 

Bakı hadisələri ilə əlaqədar olaraq, müsəlman fraksiyası Zaqafqaziya Seymindən 

Bakıya müsəlman əhalisini müdafiə etmək üçün qoşun göndərməyi tələb etdi. 1918-ci il aprelin 

3-də  Zaqafqaziya  Seyminin  Bakı  hadisələrinə  həsr  olunmuş  iclasında  Fətəli  Xan  Xoyski 

bildirdi ki, "...müsəlman əhalini müdafiə etmək üçün tədbirlər görülməsə, müsəlman nazirlər 

hökumətin tərkibindən çıxacaqlar"

128



1918-ci  il  aprelin  7-də  Zaqafqaziya  Seyminin  iclasında  müsəlman  nazirlərin 



hökumətin tərkibindən çıxması haqqında bəyanatı  ilə əlaqədar olaraq,  Fətəli  Xan  Xoyski 

bildirirdi  ki, "...müsəlman  fraksiyası belə hesab edir  ki,  yaranmış ş əraitdə,  xüsusilə  Bakı 

hadisələrilə  əlaqədar,  müsəlman  nazirlər  Bakının  müsəlman  əhalisini  qorumaq  üçün 

hökumətdən heç bir şey əldə edə bilmirlər və bu, onların qərar qəbul etmək üçün əsaslarını 

gücləndirir"

129


1918-ci il aprelin 17-də F.X.Xoyski Zaqafqaziya hökuməti qarşısında məruzə ilə 

çıxış  etdi.  Məruzədə deyilirdi: "Bakı  hadisələri  Yelizavetpol quberniyasının hər yerində 

müzakirə olunur və bütün qətnamələrdə osmanlı qoşunlarının Bakıya buraxılması haqqında 




 

 

253 



maddələr  vardır,  əgər  hökumət  Bakı  məsələsini  həll  edə  bilməsə,  onda  Yelizavetpol 

quberniyası müsəlmanlarının bu tələbini dinləməli olacaqdır. Və elə bir an yetişə bilər ki, 

xalq  kütləsi  özü  hərəkət  etməyə  başlayar,  bu  da  faciəvi  vəziyyət  yaradar,  çünki  Bakı 

məsələsi respublikanın olum və ya ölüm məsələsidir"

130



1918-c i  il  aprelin  22-də  müsəlman  fra ksiyasının  təzyiq i  a ltında 



Zaqafqaziya  Sey minin  geniş  iclası  keçirild i  və  müstəqil,  demo kratik,  federativ 

Zaqafqaziya Respublikasının elan olunması haqqında qətnamə qəbul ed ild i. Aprelin 

20-də  Ba kı  hadisələrilə  bağlı  məsələnin  mü zakirəsi  za man ı  yaran mış  höku mət 

böhranının  bir  nəticəsi  də  bu  oldu  ki,  Y.Gegeçkorinin  başçılıq  etdiyi  Zaqafqaziya 

hökuməti  istefa  verdi.  Zaqafqaziya  Sey mi  həmin  gün  aşağıdakı  tərkibdə  yeni 

Zaqafqaziya höku mətin i təsdiq etdi: 1. A.Çxenkeli  - baş nazir və  xarıci  işlər naziri; 

2.  N.Ramişvili  -  daxili  işlər  naziri;  3.  A.Xatisyan  -maliyyə  naziri;  4.  X.Məlik- 

aslanov - yollar na ziri; 5. Fətə li - Xan Xoyski ədliyyə naziri; 6. Q. Georqadze - hərbi 

nazir;  7.  N.Xo meriki  –kənd  təsərrüfatı  na ziri;  8.  N.Yusifbəyli  -  maarif  naziri;  9. 

M.H.Hacınski ticarət naziri; 10. A.Saakyan  - ərzaq naziri; 11.  R.Kazaçnuni -ictimai 

məişət  xid məti  naziri;  12.  A.Erzikyan  -  əmək  naziri  və  13.  İ.Heydərov  -  dövlət 

nəzarət naziri

131



Gö ründüyü  kimi,  güc  nazirlikləri  və  Xarici  İşlər  Nazirliy i  gürcülərin 



əlində cəmləşdi.  Bu  isə onlara höku mətin siyasətinə ciddi təsir göstərmək  imkanı 

verird i. 

Zaqafqaziya  höku mətin in  sədri  A.İ.Çxen keli  Qafqaz  cəbhəsinin 

ko mandanı  Vahib  paşaya  teleqram  göndərdi.  Teleqramda  deyilirdi:  "Zaqafqaziya 

artıq  müstəqil  federativ  respublika  elan  edilmiş  və  bu  barədə  dövlətlərə  məlu mat 

verilmişdir,  deməli,  Osman lı  nü mayəndə  heyətinin  1918-ci  il  18  mart  tarixli 

bəyanatının şərti də yerinə yetirilmişdir"

132


Mart hadisələri  ilə əlaqədar, Azərbaycanda vəziyyət ço x gərgin ləşdi.  Bir 

sıra  şəhərlərdə  bolşeviklərə  qarşı  etiraz  dalğası  baş  qaldırırdı.  Hətta  1918 -ci  il 

aprelin  15-də  Gəncədə  Zaqafqaziya  Sey mi  üzvlə ri  Xə lil  bəy  Xasmə mmədov  və 

Məmməd  Yusif  Cəfərovdan  alın mış  teleqramda  xəbərdarlıq  edilird i  ki,  Bakı 

bolşeviklərinə qarşı cəza tədbirləri görməyən höku mətə (Zaqafqaziya höku mətinə - 



Red.) qarşı müsəlman lar içərisində təbliğat aparılır

133


Yelizavetpol  quberniyasında  silahlı  müdaxiləni  və  Bakı  Xalq 

Ko missarları  Soveti  ü zvlərin in  həbs  edilməsini  tələb  edən  kütləvi  mitinq  və 

yığıncaqlar başlandı. 

Hələ  1918-ci  il  aprelin  əvvəllərində  Zaqafqaziya  Sey minin  knyaz 

Maqalovun  komandanlığı  altında  2  min  nəfərdən  ço x  əsgəri  olan  qoşunu  Bakıya 

doğru  hərəkət  etmiş,  Nəcməddin  Qotsinskinin  dağlılardan  ibarət  dəstələri  isə 

Dağıstandan  Bakı  istiqamətində  hücuma  başlamışdı.  Knyaz  Maqalovun  qüvvələri 

Hacıqabul  stansiyasına,  Qotsinskinin  qoşunu  isə  Bakın ın  10  kilo metrliyindəki 

Xırdalan kəndinə çatmışdı

134



1918-c i  il  apre lin  10-da  Qotsinskinin  dəstəsi  Ba kı  Sovetinin   qoşunları 




 

 

254 



tərəfindən  məğlub edildi, knyaz Maqalov isə qüvvələrini ap relin 20-də Kürdəmirə 

tərəf geri çəkməyə məcbur oldu. 

1918-c i  il  aprelin  20-də  Zaqafqaziya  Sey mi  sədrinin  müavini 

S.O.Tiqranyan  və  Seymin  ü zvü  İ.Heydərov  Zaqafqaziya  Sey minin  ad ından  Bakı 

Soveti ilə danışıqlar aparmaq üçün  Bakıya yola düş dülər. Bakıya çatandan dərhal 

sonra  İ.Heydərov  bolşeviklər  tərəfindən  həbs  edildi.  Bununla  əlaqədar  olaraq, 

Zaqafqaziya Seyminin üzvü Camo Hacınski İ.Heydərovun azad edilməsi üçün təcili 

tədbirlər görməyi təklif etdi

135



S.Şau myanla 



sövdələşməyə 

girib, 


separat 

danışıqlar 

aparmış 

S.O.Tiqranyan  isə  Bakıdan  yaln ız  1918-ci  il  mayın  3-də  qayıtdı.  O,  Sey mdəki 

çıxışında  hökumətdən  Bakıdakı  hakimiyyətə  qarşı  yönəldilmiş  hərbi  əməliyyatları 

dayandırmağı və  iğtişaşların dinc yolla həll ed ilməsi üçün tədbirlər görməy i tələb 

etdi

136


Bundan sonra "Bakı məsələsi"ni Zaqafqaziya Sey minin gücü ilə həll etmək 

cəhdlərinin  əbəs  olduğunu  görən  Azərbaycan  fraksiyası  yeganə  çıxış  yolunu 

Osmanlı qoşunlarının çağırılmasında gördü

137



Zaqafqaziyada müstəqil respublika yarandığının  elan o lunması və Türkiyə 



qoşunlarının  sürətlə  cəbhə  boyu  irəliləməsi  ilə  əlaqədar  olaraq,  A. İ.Çxen kelin in 

başçılıq  etdiy i  Zaqafqaziya  Respublikası  höku məti  Trabzon  sülh  danışıq larına 

yenidən  başlamaq  üçün  Türkiyə  hökumətinə  müraciət  etdi

138


.  Trabzonda 

danışıqların  yenidən  başlanması  ərəfəsində  siyasi  vəziyyət  son  dərəcə  mürəkkəb 

idi. 

Zaqafqaziyada  vəziyyət  getdikcə  pisləşirdi,  çünki  müstəqilliy ini  e lan 



etməsindən  sonra  Zaqafqaziya  Federativ  Respublikasın ın  nə  daxili,  nə  də  xarici 

siyasətində ciddi bir dəyişiklik baş verməmiş di. Siyasi partiyaların nü mayəndələri 

Zaqafqaziya  Sey mində  ü mu mi  d il  tapa  b ilmirdilər,  onların  ü mu mi  fəaliyyət 

proqramı  yo x  idi  və  fraksiyaların  hər  biri  isə  ö z  siyasi  xəttini  həyata  keçirməyə 

çalışırdı. 

1918-c i  il  mayın  11-də  Batu mda  Zaqafqaziya  və  Türkiyə  arasında 

nümayəndə  heyətləri  səviyyəsində  danışıqlar  davam  etdirildi.  Zaqafqaziya 

hökumətin in  sədri  və  xarici  işlər  naziri  A.Çxenkelin in   başçılıq  etdiyi  heyətin 

danışıqlarında Azərbaycanı  M.Ə.Rəsulzadə  və  M.H.Hacınski  təmsil  edirdilər.  Türkiyə 

tərəfin təmsilçilərinə  xarici işlər naziri Xəlil paşa, Qafqaz cəbhəsi komandanı Vahib paşa 

və hərbi nazir Ənvər paşa başçılıq edirdilər,  

Batum konfransında müşahidəçi sifətində general Otto fon Lossovun başçılığı ilə 

Almaniya nümayəndəliyi də iştirak edirdi. Lossov Batumda gürcü nümayəndələri ilə gizli 

görüşlər keçirərək, onlara hərbi və iqtisadi yardım göstəriləcəyini vəd etmişdi

139



Batum konfransında Zaqafqaziya Seyminin nümayəndə heyəti Türkiyənin Qars, 



Ərdəhan və  Batum  əyalətləri haqqında tələblərini tamamilə  tanıdı və bununla da  Brest-

Litovsk müqaviləsinin müddəasını təsdiq etdi. Bundan əlavə, Türkiyə Axalsıx, A xalkələk, 

Aleksandropol (Gümrü), Sürməli və Naxçıvan qəzalarının daxil olduğu ərazin i də tələb 



 

 

255 



edirdi

140


Batum konfransının gedişində general fon Kressin komandanlığı ilə 3 min nəfərlik 

alman  qoşunu  Gürcüstanın  Poti  limanına  çıxarıldı.  Onlar  yalnız  Gürcüstanı  tutmaq, 

Azərbaycan və Ermənistanı isə Türkiyəyə saxlamaq niyyətində idilər. Eyni vaxtda hücumu 

müvəffəqiyyətlə  davam  etdirən  Türkiyə  qoşunları  1918-ci  il  mayın  17-də  Gümrünü 

(Aleksandropolu)  ələ  keçirdilər  və  Culfa  istiqamətinə  çıxdılar.  Almaniya  və  Türkiyə 

tərəfindən  aparılan  hərbi  əməliyyatlar  nəticəsində  Batum  konfransında  gürcülər, 

azərbaycanlılar və ermənilər Türkiyə ilə ayrı-ayrılıqda danışıqlar aparmağa başladılar. 

Digər  tərəfdən,  Batum  konfransında  Almaniya  nümayəndələri  ilə  separat 

danışıqların gedişində və general Fon Kressin təzyiqi nəticəsində Seymin gürcü fraksiyası 

Gürcüstanın Federativ Zaqafqaziya Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini 

elan etməsini qərara aldı. Bununla əlaqədar olaraq, 1918-ci il  mayın 25-də Zaqafqaziya 

Seyminin  müsəlman  fraksiyasının  iclası  keçirildi.  İclasda  Cənubi  Qafqazda  siyasi 

vəziyyətin  dəyişilməsi  ilə  əlaqədar  olaraq  oxunmuş  rəsmi  bəyanatda  deyilirdi  ki, 

Zaqafqaziya  Seyminin gürcü  fraksiyası, gürcü sülh nümayəndə  heyəti üzvləri  Batumda 

gizli  danışıqlar  aparır,  ayrılmağa  və  Gürcüstanın  müstəqilliyini  elan  etməyə 

hazırlaşırlar

141


Zaqafqaziya  Seyminin  sədri  və  üzvləri  -  K.Çxeidze,  A.Sereteli  və  Y.Gegeçkori 

gözlənilmədən 1918-ci il  mayın 25-də Fətəlixan Xoyskinin  sədrliy i  ilə  keçirilən axşam 

iclasına gəldilər. A.Sereteli gürcü  fraksiyası adından bəyanat verərək  xüsusi qeyd 

etdi ki, "...Zaqafqa ziya  xalq larını  müstəqillik ş üarı ətrafında birləşdirmə k  mü mkün 

olmadı  və  Zaqafqaziyanın  (Respublika  nəzərdə  tutulur.  -  Red.)  parçalanması  faktı 

göz  önündədir.  Seymin  sabahkı  iclasında  biz  Zaqafqaziya  Respublikasın ın  ləğv 

olunması faktını təsdiq edəcəyik"

142



Cavab  nitqində  Fətəli  xan  Xoyski  bildird i  ki,  "əgər  gürcü  xalqının  iradəsi 



belədirsə, bizim ona mane olmağa haqqımız yoxdur. Azərbaycan türklərinə isə yeni 

vəziyyətlə bağlı olaraq müvafiq qərarlar qəbul etməkdən başqa bir şey qalmır"

143



Gü rcüstan  nümayəndə  heyəti  iclası  tərk  etdikdən  sonra  Zaqafqaziya 



Seyminin müsəlman fraksiyası qətnamə qəbul etdi və orada bildirdi ki, Gürcüstan öz 

müstəqilliyini elan etdiyi halda, biz də öz tərəfimizdən Azərbaycanın müstəqilliy ini 

elan etməliyik

144


1918-c i  il  may ın  26-da  Zaqafqaziya  Sey minin  son  iclası  oldu.  Gürcü 

fraksiyası  Zaqafqaziya  Respublikasının  dağılmasının  bütün  günahını  müsəlman 

fraksiyasının üstünə yıxdı. Onla rın  fikrincə,  müsəlman fra ksiyası türkpərəst mövqe 

tutduğu  üçün  elə  vəziyyət  yaranmışdır  ki,  gürcülər  on larla  artıq  əməkdaşlıq  edə 

bilməz


145

Zaqafqaziya  Sey min in  ü zvü  Şəfi  bəy  Rüstəmbəyov  gürcü  fraksiyası 



ünvanına kəskin tənqidlə çıxış edərək dedi: "...hesab edirik ki, Zaqafqaziyanın birgə 

siyasi  mövcudluğunun  indiki  mürəkkəb  və  məsuliyyətli  anında  ayrılmaq  üçün 

tutarlı  və  obyektiv  əsaslar  yoxdur  və  burada  gürcü  xalqının  nü mayəndələri 

tərəfindən irəli sürülən amillər, fikrimizcə, az inandırıcıdır. Eyni zamanda gürcülər 




 

 

256 



Zaqafqaziya  xa lqla rın ın  birgə  işlə məsini  qeyri-mü mkün  hesab  edir  və   siyasi 

cəhətdən  ayrı  yaşamağa  can  atırlarsa, belə  halda  Seymin  mövcudluğıı  üçün  heç  bir 

əsas  qalmır"

146


.  Buna  görə  də  müsəlman  fraksiyası  belə  vəziyyətdə  Sey min   özünü 

buraxmasına etiraz etməd i. 

Uzun  davam  edən  qarşılıq lı  ittihamlardan  sonra  Zaqafqaziya  Sey mi 

Zaqafqaziya Respublikasının parçalan masını təsdiq edən qətnamə qəbul etdi

147



Beləliklə,  hakim  qüvvələrin  təzyiqi  altında  yaradılmış  Zaqafqaziya 



Respublikası daxili ziddiyyətlərin kəskinləşməsi nəticəsində dağıldı.  

 

 



*** 

 

Mart hadisələrindən sonra Bakı şəhərində və onun neft-mədən rayonunda 



Bakı  Sovetinin  hakimiyyəti  gücləndi.  Aprel  ay ı  ərzində  Azərbaycanın  şərq 

qəzalarında  -  aprelin  14-də  Lənkəranda,  aprelin  21-də  Salyanda,  aprelin  23-də 

Qubada və s.  Sovet hakimiyyətinin  yaradılması prosesi gedirdi. Bu   reg ionu idarə 

etmək üçün ali  icra hakimiyyəti orqanı  Bakı  Xalq  Ko missarları Soveti yaradılması 

tələb  olunurdu.  Onun  yaradılması  ətrafında  Bakı  Sovetində  kəskin  mübarizə 

başlandı. 

1918-c i il aprelin  əvvəllə rində o  dövrdə  Bakıda  fəaliyyət gös tərən bütün 

partiya ko mitələ ri nümayəndələrinin da xil o lduğu 308 nəfərdən  ibarət  Bakı  Fəhlə, 

Əsgər  və  Matros  Deputatları  Sovetin in  köhnə  tərkibi  hələ  qalırdı.  Sovetin  belə 

çoxpartiyalı tərkibi bolşevikləri qane etmirdi. Onlar yaln ız sol eserlərlə koalisiyaya 

üstünlük  verird ilər.  Doğrudur,  əvvəlcə  başda  P.Caparidze  o lmaqla  bolşeviklərin 

sağ  qanadı  sağ  eserlər  və  daşnaklara  1-2  ko missar  vəzifəsi  verməklə  onları 

hökumətin  tərkibinə  daxil  etməy i  tələb  edirdi.  Lakin  S.Şau myan  və  tərəfdarları 

yalnız sol eserlərə və "beynəlmiləlçi"  daşnaklara üstünlük verd ilər və bununla da 

sağ  partiyaların  höku mətdə  təmsil  olun ması  təklifi  rədd  edildi.  Lakin  bolşeviklər 

bu  partiyaları,  xüsusən daşnakları  siyasi  həyatdan  tam  təcrid  et mədilər.  Məsələn, 

əksinqilab ın  əsas  mənbələrindən  biri  kimi  Ermən i  Milli  Şurasını  ləğv  etmək 

haqqında  mü xtəlif  partiyaların   bolşeviklərə  müraciəti  cavabsız  qaldı.  Bununla 

yanaşı,  Xalq  Ko missarları  Soveti  digər  ictimai  və  siyasi  strukturlara  münasibətdə 

daha  çox  qətiyyət  göstərirdi.  Bo lşeviklərin  fikrincə,  mart  hadisələri  zamanı 

qorxaq lıq göstərmiş Bakı hərb i donanmasının M K-sı yenidən seçild i. 

Növbəti  hücuma  keçən  bolşeviklər  "Baku",  "Kaspi",  " Bakinets",  "Naş 

qolos"  və  s.  qəzetləri  bağladılar,  Bakı  q radonaçalnikliy ini  ləğv  etdilər,  şəhərin 

ko mendantı  vəzifəsinə  daşnak  B.  Avakyanı  oturtdular.  Şəhər  Du masın ın 

buraxılması,  onun  funksiyalarının  xüsusi  şəhər  təsərrüfatı  şöbəsinə  verilməsi  də 

demokratik  təsisatlara  yönəlmiş  həmin  bo lşevik  hücu munun  təzahürü  idi.  Fəhlə-

kəndli milisi təşkil olunurdu. Ləğv olunmuş köhnə məhkəmə aparatı əvəzində " xalq 

məh kəmələri"  fəaliyyət  göstərməyə  başladı.  1918-ci  ilin  yayında  bolşeviklərin 




 

 

257 



demokratik orqanlara qarşı  mübarizəsi onlar üçün çox uğurlu oldu, belə ki, bolşevik 

ideologiyasına yad olan bütün siyasi strukturlar ləğv edildi. Beləliklə, hakimiyyət uğrunda 

yarımillik  mübarizə  başa  çatdı  və  demokratik  təşkilatların  xarabalıqları  üzərində 

bolşeviklərin Bakı XKS yaradıldı. 

1918-ci  il  mayın  1-də  Bakı  XKS  gələcək  funksiyaları  və  fəaliyyət  proqramını 

müəyyən edən deklarasiyasını dərc etdi. Deklarasiyada qeyd edilirdi ki, Bakı XKS RSFSR 

XKS-nin bütün dekret ve sərəncamlarını həyata keçirməyə başlamış Ümumrusiya mərkəzi 

hökuməti ilə sıx əlaqədə fəaliyyət göstərəcək

148



Beləliklə,  Bakı  Xalq  Komissarları  Soveti  əslində  Sovet  Rusiyası  hökumətinin 



Azərbaycanda fəaliyyət göstərən yerli orqanına çevrildi və bilavasitə Moskvaya tabe oldu. 

Buna  görə  də  onun  hər  hansı  sosial-iqtisadi  dəyişiklik  keçirmək  cəhdi  Rusiyanın 

mənafelərinə cavab verməli idi. 

"Bankların  milliləşdirilməsi  haqqında"  Dekret  Bakıda  komissarların  həyata 

keçirdiyi  ilk  dekretlərdən  biri  sayılsa  da,  əslində  heç  bir  milliləşdirmə  həyata 

keçirilməmişdi.  Yalnız  bankların bolşeviklər  tərəfindən  rekvizisiya  edilməsindən söhbət 

gedə bilərdi. Məsələn, 1918-ci il aprelin 29-da Bakı Xalq Komissarları Soveti A.Mikoyana 

orada olan pul və zinət şeylərini ələ keçirmək üçün Rusiya  Xarici Ticarət Bankını tutmaq 

tapşırığı  vermişdi

149


.  Bundan  əlavə,  Rusiya  Dövlət  Bankı  şöbəsinin  pul  vəsaiti  Moskvaya 

aparılmışdı

150



"Azərbaycan neft sənayesinin milliləşdirilməsi haqqında"  1918-ci il 2 aprel 



tarixli dekretin Azərbaycan iqtisadiyyatına vurduğu ziyanı da xüsusi qeyd etmək lazımdır. Bu 

dekretin qəbul edilməsi onunla əlaqədar idi ki, vətəndaş müharibəsi və iqtisadi blokada şə-

raitində Sovet Rusiyasının neftə xüsusi ehtiyacı var idi və buna görə də Bakını hər vasitə ilə 

öz əlində saxlamağa çalışırdı. RSFSR hökuməti, şəxsən Lenin Bakı XKS-dən neft təchizatını 

təmin  etməyi  tələb  edirdi.  Məsələn,  mayın  28-də  Bakıda  V.İ.Lenindən  "ilk  növbədə, 

şübhəsiz, neft hasilatını təmin etmək" haqqında teleqram alınmışdı

151

.  V.İ.Lenin iyunun 5-də 



S.Şaumyana  "nefti  ilk  sıraya  qoymaq"  tapşırığını  152,  iki  gün  sonra  göndərdiyi 

teleqramda isə yenə "tezliklə Bakıdan neft göndərilməsi üçün tədbirlər görün" göstərişini 

vermişdi

153


Dekretin belə tələsik həyata keçirilməsində yeganə məqsəd  Bakıdan mümkün 

qədər çox neft daşınmasına nail olmaqdan ibarət idi.  Ümu miyyətlə, 408 neft  istehsalı 

müəssisəsi  milliləşdirmə  adı  ilə   zəbt  ed ilmiş  və  onlar  Bakı  Xalq  Ko missarları 

Sovetinin orqanı olan  Xalq  Təsərrüfatı  Şurasının  ixtiy arına keçirilmişdi.  Bakı neft 

sənayeçiləri  və  beynəlxalq  maliyyə  inhisarları  bu  dekretin  həyata  keçirilməsinə 

inadla  müqavimət  göstərirdilər.  Böyük  Britaniya  və  Fransa  hökumətlərin in 

təşəbbüsü  ilə  İspaniya,  Hollandiya,  Norveç,  Danimarka,  İsveçrə  və  İranın 

Moskvadakı  diplomatik  nümayəndələri  neft  sənayesinin  milliləşdirilməsinə  qarşı 

etiraz  etdilər,  lakin  onların  etirazı 

RSFSR  höku mət inin  da xili  işlərinə  qarışmaq" 



kimi səciyyələndirilərək rədd edildi. 

"Xəzər  ticarət  donanmasının  milliləşdirilməsi  haqqında"  dekret  də  neft 

sənayesinin  milliləşdirilməsi  siyasətinin  tərkib  hissəsi  idi.  1918-ci  il  aprelin  5-də 



 

 

258 



gəmi  sahiblərinin  etirazlarına  baxmayaraq,  bu  tədbir  də  zorakılıqla  həyata 

keçirilməyə  başladı.  Bütövlükdə  1918-ci  ilin   aprel-iyul  ay ları  ərzində  Bakı  Xalq 

Ko missarları  Sovetinin zo rakı tədbirləri nəticəsində Bakıdan Sovet Rusiyasına 1,3 

milyon tona yaxın neft və neft məhsulları daşındı

154



İqtisadi  proqramın  həyata  keçirilməsində  yaran mış  ərzaq  böhranı  ilə 



üzləşən  yeni  hökumət  ərzaq  məsələsinə  ciddi  diqqət  verməyə  məcbur  oldu.  Əsas 

ərzaq orqanlarına  menşeviklər və eserlər nəzarət edirdilər. Ərzaq  məsələsin in həlli 

bilavasitə kənddəki vəziyyətdən, yəni kəndlinin  kənd təsərrüfatı məhsulların ın əsas 

istehsalçısının  kimin   tərəfində  olmasından  asılı  idi.  Süni  surətdə  yaradılmış  qəza 

kəndli sovetlərinin ço xsaylılığı haqqında məlu matlar nə kəndlilərin yeni hakimiyyəti 

müdafiə etməsi demək  idi, nə də ərzaq probleminin yaxşılaşdırı lması.  1918-ci  ilin 

may-iyun aylarında kəndli qurultayla rı keç irmək ka mpan iyası bu işə müvəffəqiyyət 

gətirmədi.  Bəzi  yerlərdə  kənd  əhalisi  şəhərə  yardım  etmək  zəruriyyətinə 

inandılarsa  da,  ərzaq  təchizatın ı  durğunluq  vəziyyətindən  çıxarmaq   mü mkün 

olmadı.  Bundan  əlavə,  Bakı  Ko mmunasının  tarixi  bolşeviklərin  və  onların 

müttəfiqlərinin   Azərbaycan  kəndlilərini  öz  tərəflərinə  çəkmək  üçün  göstərdikləri 

bütün səylərin tam iflasa uğradığın ı göstərir. 

Fəhlələrin  vəziyyəti  də  Ko mmunanın  xey rinə  deyildi.  Faktlar  göstərirki, 

artıq  1918-ci  il aprelin  18-də  Qaraşəhərdə ixtisaslı  fəhlələr arasında izahat işlərini 

gücləndirmək  lazım  gəlirdi

155


.  Sonrakı  həftələr  ço xmin li  fəhlə  mitinqləri  ilə 

müşayiət olunurdu

156



Fəhlələrin irəli sürdükləri tələblər kifayət qədər sərt idi: Sovetin yenidən seçilməsi, 



koalision hökumətin yaradılması, ərzaq məsələsinin tezliklə həll edilməsi, dərin böhranın 

aradan qaldırılması. Tələblərin yerinə yetirilmədiyi halda fəhlələr son tədbir kimi sabotajla və 

hətta  Bakıdan  çıxıb  getməklə  hökuməti  hədələyirdilər.  Söhbət  ixtisaslı  fəhlələrdən 

getdiyinə görə onların şəhəri tərk  etməsi  neftin  çıxarılması və daşınması  işini dayandıra 

bilərdi, bu  da, öz növbəsində, sovet  Rusiyasının  iqtisadiyyatı üçün ciddi təhlükə yaradırdı. 

Bununla əlaqədar olaraq, S.Şaumyan hətta dekret verdi. Dekretə görə, şəhəri tərk etməyin 

zəruriliyi barədə tibbi arayış təqdim edənlərdən başqa bütün adamlara şəhərdən çıxmaq 

qadağan  olunurdu

157

.  Fəhlə  müxalifətini  mövcud  hakimiyyətə  qarşı  çıxış  edən  müxtəlif 



həmkarlar  ittifaqlarının  üzvləri  müdafiə  edirdilər.  Sovet  hakimiyyətinə  müqavimət 

göstərən  ən  inadlı  əhali  qrupu  müəllimlərin  həmkarlar  ittifaqları  oldu.  1918-ci  ilin  may 

ayında  Bakı  Sovetinin  iclasında çıxış  edən Maarif  komissarı  N.Kolesnikova  müəllimlərin 

həmkarlar  ittifaqının  onun  bəyanatına  cavab  verməməsindən,  onların  yeni  hakimiyyətlə 

əməkdaşlığa  hazır  olmamasından  şikayətlənirdi.  N.Kolesnikovanın  müəllimlər 

kollektivilə görüşmək cəhdini müəllimlər sabotajla və komissarın çağırdığı yığıncağı poz-

maq la qarşıladılar

158


Beləliklə, yeni hökumətin siyasəti təkcə  liberal ünsürləri və orta  təbəqəni deyil, 

həmçinin digər sosialist partiyalarını və onların arxasınca gedən fəhlələri ondan uzaqlaşdırdı. 

Şəhərin  müsəlman  əhalisi  isə  yeni  hakimiyyətdən  üz  döndərdi.  Bakıda,  Azərbaycanda 

vəziyyət  bolşeviklərin  xeyrinə  olmayan  istiqamətdə  dəyişdi  və  Bakı  Ko mmunasının 



 

 

259 



süqutu ilə nəticələndi. 

 

 



VI FƏSİL 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin