Partiyanın aqrar proqramının mü zakirəsi onun II qurultayda qalan
maddələrin in bu dəyişikliklərlə birlikdə əvvəlki kimi saxlanaraq qəbul edilməsi ilə
başa çatdı.
Hesabat məruzəsində qurultayın xüsusi diqqət yetird iyi fəh lə məsələsi
haqqında qeyd edildi ki, partiya müəssisələrin milliləşdirilməsinin tərəfdarı deyil və
partiyanın Mərkəzi Ko mitəsi hökumətə ciddi kö mək göstərməklə fəhlə məsələs i
316
üzrə mü mkün o lan hər şeyi etmişdir
137
. Bu te zis c iddi mübahisələrə səbəb oldu.
Çıxış edənlər fəhlə lərin və onların ailələrinin ağ ır güzəranından, evsizlik, yaxud
barak şəraitində yaşamaları kimi problemlərindən bəhs edir, onların həll
edilməməsini bu və ya digər dərəcədə "Müsavat" Partiyasının fəaliyyəti ilə
əlaqələndirird ilər. Məsələn, "Müsavat" Partiyasının üzvü, artıq məşhurlaşmağa
başlamış gənc Azərbaycan dramaturqu Cəfər Cabbarlı quru ltaydakı çıxışında
partiya proqramında siyasi məsələlərlə yanaşı, iqtisadi məsələ lər də olmasına
baxmayaraq, bu sahədə onun heç bir iş görmədiy ini qeyd edərək deyird i ki, öz
proqramını həyata keç irmək üçün hər b ir partiya hakimiyyətə gəlməyə ça lışır,
bizim partiya da Azərbaycanda hakimiyyətə gəldikdən sonra öz partiya
məqsədlərini unutdu
138
.
Fəhlə məsələsi üzrə mü zakirələrdə çıxış edən bütün nümayəndələr
fəhlələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün partiya rəhbərliyindən
təcili tədbirlər görməyi tələb etdilər. Qurultayda çıxış edən partiya üzvü Cavad
Məlik-Yeqanov partiyanın fəhlə məsələsi ilə bağlı fəaliyyəti barədə kəskin tənqidi
fikirlər söyləyərək, müstəqil Azərbaycan dövlətinin yaradılmasında və onun ərazi
bütövlüyünün qorunmasında fəhlələrin rolunu xatırladaraq b ild ird i ki, bunun
müqabilində onlara "heç də yaxşı şərait yarad ılmayıb. Buna baxmay araq, fəhlələr
"Müsavat"ın arxasınca gedir və inanırdılar ki, bu partiya onların iqtisadi
vəziyyətini yaxşılaşdıracaq"
139
.
Qurultayın işlədiyi vaxt davam etməkdə o lan höku mət böhranı da
qurultay iştirakç ılarının d iqqətindən yayınmadı və onla rın mü zakirə obyektinə
çevrild i. Məsələ ilə əlaqədar baş nazir N.Yusifbəylin in məlu matın ı dinləyərək,
ölkənin idarə edilməsi sahəsində onun apardığı xətti bəyəndiyini və ona etimad
göstərdiyini bəyan etdi. Mövcud hökumət böhranı ilə əlaqəd ar narahatlığ ını
bildirən müsavatçılar partiyanın parlament fraksiyasına digər parlament
fraksiyalarının köməyinə arxalanaraq tezliklə yeni hökumət kabineti təşkil etmə k üçün
səylərini artırmağı tövsiyə etdi
140
.
II qurultay həmçinin Denikin hücumunun təhlükəsi barəsində qətnamə qəbul etdi
və bu təhlükəni dəf etmək üçün Azərbaycan xalqını ö z hökuməti ətrafında birləşməyə
çağırdı.
Respublikanın daxili siyasi həyatına aid olan sosial-iqtisadi və siyasi məsələlərlə
yanaşı, Qafqaz xalqları konfederasiyasının yaradılması məsələsinə xüsusi diqqət yetirən
qurultay konfederasiya ittifaqında birləşmək prinsipini məqsədəuyğun hesab etdiyini bildirərək,
bütün Qafqaz demokratiyasını, həmçinin qonşu respublikaların hökumətlərini bu amalı
həyata keçirməyə çağırdı
141
.
1919-cu il dekabrın 11-də "Müsavat" Partiyasının II qurultayı MK sədri
M.Ə.Rəsulzadə, MK üzvləri H.Ağayev, M.H.Hacınski, Ş.Rüstəmbəyov və M.Hacınski
olmaqla partiyanın Mərkəzi Komitəsini seçdikdən sonra öz işini başa çatdırdı
142
.
Hakimiyyət böhranının davam etməsinə baxmayaraq, Azərbaycan Xalq
Cümhuriyyətinin hökumət və parlamenti öz fəaliyyətlərini davam etdirir, vətəndaşların
317
hüquq və azadlıqlarının real müdafiəsi istiqamətində mühüm əhəmiyyətli addımlar atırdı.
1919-cu il oktyabrın 30-da parlament tərəfindən qəbul edilmiş "Mətbuat haqqında
Nizamnamə" məhz bu məqsədə xidmət edirdi. Oktyabrın 23-də parlamentin iclasında
müzakirəyə çıxarılan Nizamnamə layihəsi sosialistlərin simasında dərhal müxalifətin
tənqid hədəfinə çevrildi. Sosialistlərin etirazına səbəb olan əsas məsələ layihənin mətbuat
orqanlarının açılması şərtləri haqqında maddəsində yerli hakimiyyət tərəfindən naşirin
səlahiyyətlərinin yoxlanmasının nəzərdə tutulması idi. Layihəni "boyunduruq" adlandıran
sosialist fraksiyası ümumiyyətlə mətbuat haqqında hər hansı qanun qəbul edilməsinə qarşı
çıxdı
143
. Layihənin birinci oxunuşunda digər fraksiyalar "Əhrar
‖
və "İttihad", həmçinin
bitərəflərin bir hissəsi sosialistləri dəstəklədilər. Yad dövlətin təbəələrinə mətbu orqanları
buraxmağı qadağan edən maddə daha kəskin mübahisələrə səbəb oldu. Nizamnamə
layihəsinin bu maddəsinə qarşı xüsusi fəallıq göstərən sosialistlər sırf partiya
mənafey indən çıxış edird ilər.
Əslində Azərbaycan hökumətinə, hakim dairələrinə düşmən mövqedə duranlar
senzuranın, demək olar ki, yoxluğundan istifadə edərək, özlərinin "İskra", "Znamya truda",
"Trudovoe Znamya", "Vpered", ―Molot", "Nabat" və s. kimi mətbuat orqanları
vasitəsilə bolşeviklərin və b. siyasi qüvvələrin müstəqil milli dövlət quruculuğuna
qarşı yönələn və onun dayaqlarını sarsıdan ideyalarını açıq şəkildə təbliğ edirdilər.
Qanun layihəsini baş nazirin özü, "Müsavat" fraksiyasının üzvləri
M.Rüstəmbəyov, M.Ə.Rəsulzadə, K.Kazımzadə, Y.Əh mədov müdafiə etdilər.
Opponentlərin ümu mi fikrin i ifadə edən Ə.Pepinov, S.Ağamalıoğlundan
sonra çıxış edərək, məhdudlaşdırıcı tədbirlər haqqında maddələri çıxarıb layihədə
dəyişiklik etmək üçün onu ko missiyaya qaytarmağı təklif etdi
144
. Səsvermə zamanı
27 səsə qarşı 39 səslə sosialistlərin qətnaməsi keçsə də, qanun layihəsinə dəyişiklik
edilməsin i istəməyənlər əlavə səsvermə keçirilməsinə və onun ilkin variantda
qəbul edilməsinə nail o ldular.
Ciddi mü zakirələrdən sonra qəbul edilən "Mətbuat haqqında qanunnamə",
bir sıra nöqsanlarına baxmayaraq, demokratik və azad mətbutatın inkişafı üçün real
imkanlar açırd ı. Nizamnaməyə görə, məttbu orqanların açılması üçün hökumətin
razılığı tələb olunmurdu. Həddi-büluğa çatmış və məhku m olun mamış hər bir
savadlı A zərbaycan vətəndaşı mətbu orqan aça b ilərdi. Bu orqan yalnız
məh kəmənin qərarı əsasında və cinayət törətdiyi halda məsuliyyətə cəlb oluna
bilərdi
145
. Axırıncı müddəa əslində mətbuat üzərində senzuranın ləğv edilməsi demək
idi. Bu qanunun qəbul edilməsi söz azadlığı sahəsində Azərbaycanı qabaqcıl dünya
ölkələrilə bir sıraya qoyurdu. Nizamnamənin ü mu mi ruhu kütləvi informasiya
vasitələri haqqında mütərəqqi təsəvvürlərə və normalara tamamilə uyğundur.
Bununla bərabər, yeni höku mət kabinetin in formalaşdırılması prosesi də
davam etdirilirdi. Bu işə məsul olan N.Yusifbəyli partiyaların nü mayəndələri ilə
danışıqlar aparırdı. Yaran mış vəziyyət koalisiyanın indi başqa qüvvələrdən ibarət
olacağını göstərirdi. N.Yusifbəyli tərəfindən təqdim edilən namizəd lər siyahısından
görünürdü ki, o, "Müsavat"dan sonra ən böyük parlament fraksiyasına malik olan
318
"İttihad" partiyasının nümayəndələrini höku mətə cəlb etmək istəyir. İttihadçıların
hökumətə cəlb edilməsi təsadüfi xarakter daşımırdı. Nazirlər kabinetində
əksəriyyət təşkil edən "Müsavat" Partiyası üzvləri indiyə qədər onlara mü xalifətdə
olan digər siyasi qüvvədən əməkdaşlıq vasitəsilə istifadə et məyə çalışırdı.
"İttihad" yeni hökumət in "Müsavat" və "İttihad" fraksiyaları, həmçinin
bitərəflər bloku əsasında fonnalaşdırılmasını təklif edirdi
146
.
Lakin "Müsavat" iri burjuaziyanın nümayəndələri olan bitərəflərlə ü mu mi d il
tapa bildi və 1919-cu il oktyabrın 23-də onlar "Müsavat və bitərəflər" adı altında bir
fraksiyada birləşdilər
147
. Bu birləşmə müsavatçıların mövqeyini gücləndirdi. Kabinetin
tərkibi məsələsi təkrar müzakirə edildikdən sonra "İttihad" "Müsavat‖ın daxili və xarici
siyasət taktikası ilə prinsipial ixtilafda olduğuna görə yeni hökumətin tərkibində iştirakdan
imtina etməyi qərara aldı. Eyni zamanda N. Yusifbəylini bitərəf hökumət yaratmağa qadir
olmayan məhdud partiya lideri hesab etdiyini bildirən "İttihad" onun təşkil etdiyi hər cür
hökumətə etimadsızlıq göstərilməsi haqqında qərar qəbul etdi.
Sosialistlər də hökumətə daxil olmaq təklifini rədd etdilər, lakın bu qərar qəti
deyildi və onlar hökumətə daxil olmaq imkanını irəli sürdükləri tələblər yerinə yetiriləcəyi
halda istisna etmirdilər.
Həmin tələblər aşağıdakılar idi:
1.
Denikinə qarşı mübarizə aparan dağlı xalqlarına fəal kömək göstərmək;
2.
Qonşu respublikalar arasında bütün mübahisəli məsələləri həll etmək;
3.
Fəhlə təşkilatlarının təqib edilməsini dayandırmaq və siyasi motiv lərə görə
həbs olunanları azad etmək;
4.
Ölkədə mövcud olan qanunsuzluqların, özbaşınalıqların və siyasi hüquqların
məhdudlaşdırılmasının qarşısını almaq;
5.
Torpağın dərhal kəndlilərə verilməsini dekretləşdirmək, məsələ tam həll edilənə
qədər bütün torpaq icarəsi müqavilələrini ləğv etmək və torpaqları kəndlilərdə saxlamaq;
6.Ərzaq məsələsini nizama salmaq üçün qəti tədbirlər görmək
l48
.
Millətlərarası razılıq əldə etməyə çalışan N.Yusifbəyli erməni fraksiyasının
nümayəndələrini də hökumətə cəlb etməyə razı idi, Vəzifələrin əhalinin milli tərkibinə
uyğun bölüşdürülməsini və erməni millətindən olan vətəndaşlar üçün xüsusi şərait
yaradılmasını təklif edən və hökuməti erməniləri sıxışdırmaqda günahlandıran erməni
fraksiyası əslində yerinə yetirilməsi mümkün olmayan şərtlər irəli sürürdü
149
. Erməni
deputatlarına müraciəti bir sıra fraksiyalar tərəfindən etirazla qarşılanan N.Yusifbəyli bu
addımı ilə ermənilərin ittihamlarının əsassızlığını sübut etməyə çalışırdı.
Dekabrın əvvəllərində N.Yusifbəylinin fraksiyalarla danışıqları gedişində yeni
koalisiya haqqında prinsipial razılıq əldə edildi. Nazir vəzifələrinin bölüşdürülməsi həll
olunmamış qalırdı. Ən çox mübahisəyə səbəb olan daxili işlər naziri vəzifəsi idi.
"Müsavat" və sosialistlər bu vəzifəni özlərində saxlamağa, "İttihad" isə bitərəf adama
verməyə çalışırdı. Bütün fraksiyaların bu vəzifəyə yiyələnmək cəhdləri bu güc nazirliyinin
dövlət idarəçilik sistemində xüsusi vəziyyəti ilə, yəni həm polis orqanlarının, həm inzibati
orqanların, həm də gömrük və vergi strukturlarının ona tabe olması ilə bağlı idi. Son nəticədə
319
bütün fraksiyalar M.H.Hacınskinin namizədliyi ilə razılaşdılar.
Beləliklə, növbəti kabineti formalaşdırmaq məsələsi ətrafında fraksiyaların
mübahisələri 1919-cu il dekabrın ortalarına qədər davam etdi və nəhayət, yeni hökumət
üzvlərinin siyahısı parlamentə təqdim edildi.
1919-cu il dekabrın 22-də parlament hökumətin aşağıdakı tərkibini təsdiq etdi:
Nəsib bəy Yusifbəyli - Nazirlər Şurasının sədri "Müsavat"), Məmmədhəsən Hacınski
- daxili işlər naziri ("Müsavat"), Xəlil bəy Xasməmmədov - ədliyyə naziri ("Müsavat"),
Həmid Şahtaxtinski - xalq təhsili naziri ("İttihad"), Rəşid Kaplanov – ticarət - sənaye və
ərzaq naziri ("Əhrar"), Əhməd bəy Pepinov - əmək və əkinçilik naziri (sosialist), Camo
Hacınski - poçt və teleqraf naziri (sosialist), Sultan Məcid Qənizadə - dövlət nəzarətçisi
"İttihad"), Səməd bəy Mehmandarov - hərbi nazir (bitərəf), Xudadat bəy Məlikaslanov -
yollar naziri (bitərəf)
150
.
Yeni hökumət kabinetinə, demək olar ki, bütün fraksiyaların nümayəndələri
daxil idi və onlardan heç biri çoxluq təşkil etmirdi.
Beləliklə, uzun sürən hökumət böhranından və qızğın parlament müharizəsindən
sonra yeni koalisyon hökumət təşkil olundu.
Hökumətin yeni tərkibi təsdiq edildikdən sonra baş nazir parlament üzvləri
qarşısında yeni kabinetin perspektiv vəzifələri haqqında geniş məruzə ilə çıxış etdi. Azərbaycan
Xalq Cümhuriyyətinin qarşısında duran ən ümdə problemlər - sosial-iqtisadi və maliyyə
məsələlərınin həlli, ölkənin ərazi bütövlüyünün təmin edilməsi, vətəndaş hüquqlarının
qorunması, dövlətin demokratik və hüquqi əsaslarının möhkəmləndirilməsi, xarici ölkələrlə
həm siyasi, həm də iqtisadi əməkdaşlığın qurulması və onların genişləndirilməsi kimi
problem məsələ lər məru zədə öz əksini tapmışdı.
Hökumətin fəaliyyət proqramında nəzərdə tutulmuş əsas istiqamətlərdən biri
dövlətin ərazi bütövlüyünün müdafiəsi və möhkəmləndirilməsi məsələsi çoxdan idi ki,
diqqət mərkəzində dururdu. Artıq yeni kabinet təşkil olunanda Lənkəran qəzası və vaxtilə
qiyamçı qüvvələrin əlinə keçmiş Zəngəzur qəzasının yarısı da daxil olmaqla Qarabağın
əksər hissəsi azad edilmiş, Şərur-Naxçıvan məsələsi faktik olaraq Azərbaycanın xeyrinə həll
edilmişdi
151
. Bu mürəkkəb məsələlər, məruzədə qeyd edildiyi kimi, daha çox dinc vasitə-
lərlə, milli azlıqların, xüsusən Qarabağ ermənilərinin hüquqları nəzərə alınmaqla yoluna
qoyulmuşdu. Qarabağın erməni əhalisi yerli özünüidarə məsələlərinin, birinci növbədə
maarif məsələlərinin həllinə cəlb edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti milli azlıqların
hüquqlarının qorunması məsələsində Cənubi Qafqaz respublikaları içərisində qabaqcıl
mövqe tutaraq çox iş görmüşdü.
Hökumət bəyannaməsində də Azərbaycanın qonşu ölkələrlə münasibətlərdə sülh
prinsiplərinə sadiq qalacağı bir daha vurğulanırdı. Bu zaman Gürcüstan hökuməti ilə hərbi
müdafiə paktı imzalanmışdı, yeni hökumətin yaradılması dövründə isə Azərbaycan Xalq
Cümhuriyyəti ilə Ermənistan Respublikası arasındakı qarşılıqlı münasibətlərdə mövcud
olan bir sıra mübahisəli məsələlərin, o cümlədən sərhəd məsələlərinin müzakirəsi üçün
Bakıda Azərbaycan-Ermənistan konfransı keçirildi. Baş nazir N. Yusifbəylinin fikrincə,
"bütün bunlar gələcəkdə Cənubi Qafqaz respublikaları arasında daha sıx əlaqələr
320
yaradılmasına və bu əlaqələrin ya ittifaq, ya da konfederasiya şəklində birliyə gətirib
çıxaracağına"
152
ümid verirdi,
Xarici əlaqələrin inkişafını diqqət mərkəzinə çəkən baş nazir öz məruzəsində
həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin qonşu Türkiyə və İran dövlətləri ilə
qarşılıqlı əlaqələrinə də toxunaraq, hər iki ölkə ilə siyasi və iqtisadi münasibətlərin
möhkəm təməl üzərində qurulmaqda olduğunu qeyd etdi. Hökumət artıq İranda
nümayəndəliyin açılması haqqında qərar qəbul etmişdi. Ancaq yeni hökumət bununla
kifayətlənməyərək, Avropa ölkələri ilə də əlaqələrin genişləndirilməsini və bu istiqamətdə
ilk addım kimi böyük dövlətlərin paytaxtlarında diplomatik missiyalar, yaxud nümayən-
dəliklər açmağ ı nəzərdə tuturdu.
Azərbaycanın beynəlxalq münasibətlərində Rusiyaya xüsusi əhəmiyyət verən
N.Yusifbəyli hələ birinci kabinetini formalaşdırarkən onunla sıx əlaqələr qurulması kursunu
elan etmişdi. Rusiyanın Azərbaycan nefti üçün əsas bazar olduğunu qiymətləndirən
hökumət buna görə, birinci növbədə onunla diplomatik münasibətlər qurulmasının
vacibliyini dərk edirdi. Lakin hadisələrin sonrakı inkişafı Azərbaycan-Rusiya münasibətlərində
yeni təzadlar və problemlər yaratdı.
Hərrbi quruculuq sahəsində əhəmiyyətli uğurların olduğunu qeyd edən baş nazir
hərbi islahatların həyata keçirilməsi üçün ciddi səylər göstərəcəyini b ild ird i.
Hökumətin fəaliyyət proqramında nəzərdə tutulmuş məsələlərin həlli, ölkənin
müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və ən nəhayət, güclü, demokratik dövlət
yaradılması üçün dövlətin iqtisadi platformasının mühüm tərkib hissəsi olan yeni maliyyə
sisteminin formalaşdırılması qarşıda duran ən mühüm vəzifələrdən idi.
Baş nazir bəyannaməsində iqtisadi məsələlərə xüsusi yer ayıraraq, ölkənin
maliyyə vəziyyətinin əsaslandırılmış tənqidi təhlilini verdi. Mövcud vəziyyəti yaxşılaşdırmaq
üçün bəyannamədə bir sıra məsələlərin həlli, o cümlədən vergi sisteminin dəyişdirilməsi,
əmtəə dövriyyəsinin artırılması, milli valyutanın möhkəmləndirilməsi nəzərdə tutulurdu.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətindən qarşısına qoyduğu vəzifələri həll
etmək üçün birinci növbədə milli kadr hazırlığı tələb olunurdu. Respublikanın
mövcudluğunun ikinci ilində artıq milli təhsil sisteminin yaradılmasına başlanılmış, bütün
ibtidai məktəbdə təlimin ana dilində aparılması, dövlət dilinin icbari fənn kimi tədrisi
həyata keçirilmiş, Bakı Dövlət Universiteti təsis edilmişdi. Milli kadrların hazırlanması
ölkənin öz daxilində görülən işlərlə məhdudlaşdırılmamış, parlament azərbaycanlı tələbələrin
xarici ölkələrin qabaqcıl ali məktəblərində təhsil almağa göndərilməsi haqqında müvafiq
qərar vermişdi.
Dörd ay davam etmiş hökumət böhranı sosial həyat şəraitinin daha da
pisləşməsinə səbəb oldu. Dövlətin sosial siyasətinin mühüm tərkib hissəsi olan səhiyyə
sistemində yaranmış ağır vəziyyət bunu aydın göstərirdi. Respublika ərazisində malyariya,
traxoma və diger tropik xəstəliklər yayılmaqda idi. Həkim və digər səhiyyə kadrları,
dərman lar çatışmırd ı, əhali arasında, xüsusən kənddə savadsızlığın yüksək
səviyyəsi elementar sanitargigiyena tədbirlərin in uğurla həyata keçirilməsinə əngəl
törədirdi.
321
Xalq səhiyyəsi sahəsində yaranmış ağır vəziyyəti yüngülləşdirmək üçün
hökumətin başçısı bir sıra tədbirlərin həyata keçirilməsinı bataqlıq və göllərin
qurudulmasını, içməli suyun keyfiyyətinin yaxşılaşdırılması üçün müəyyən işlər
görülməsini, tibbi kadrlar hazırlanmasını, onların sayca artırılmasını zəruri hesab etdi.
Lakin bütün bu işlərin yerinə yetirilməsi üçün tələb olunan kü lli miqdarda mal
vəsaitini isə tapmaq çox çətin idi. İrəvan quberniyasında ermənilərin genosidinə
məruz qaldığı üçün öz tarixi vətənlərindən Azərbaycana pənah gətirmiş, sayı 150
mindən çox qaçqın türk-müsəlman əhalinin olması vəziyyəti daha da
mürəkkəbləşdirird i.
Təbii ki, yaln ız dövlətin gücü ilə bu çətin vəziyyətdən çıxmaq mü mkün
deyildi, buna görə də baş nazir ö z bəyannaməsind ə yerli təşkilatları qaçqınların
həyat şəraitini yüngülləşdirmək üçün səylərini artırmağa çağırd ı.
Sosial islahatların həyata keçirilməsi - əməyin təşkili və mühafizəsi
sahəsində qanunların qəbul edilməsini, vergilərin varlı təbəqələrindən tutulmasını,
dövlət aparatı işçilərinin aldığ ı maaşların artırılmasını, zəruri tələbat malları
qiymət lərinin aşağı salın masın ı nəzərdə tuturdu.
Respublika əhalisinin əksər hissəsini təşkil edən kəndlilərin həyat şəraitinin
yaxşılaşdırılması torpaq məsələsinin həllindən bilavasitə asılı id i. A mma
hökumətin o vaxtadək bu sahədə atdığı addımlar uğursuzluqla nəticələnirdi.
Bununla əlaqədar olaraq, baş nazir parla ment qarşısın da aqrar qanununun təcili
mü zakirəyə çıxarılıb qəbul ed ilməsi məsələsini qaldırdı.
Baş nazir hökumətin fəaliyyəti barədə çıxışının sonunda hökumətin əsas
vəzifəsinin Azərbaycanın müstəqilliyini qoruyub saxla maq olduğunu xüsusi qeyd
etdi və həm parla menti, hə m höku mət ü zvlə rin i siyasi qarşıdurmaya son qoymağa
və yeni hökumətin ətrafında birləşməyə çağırdı
153
.
"İttihad" fraksiyasının lideri doktor Q.Qarabəyov, partiyası üçün hökumətdə
iki na zir vəzifəsi a lsa da, öz ənənəsinə s adiq qalaraq hökumət in proqramını kəskin
tənqid etdi. O, dövlət mə murlarını rüşvətxorluqda, vəzifədən sui-istifadədə ittiha m
edib, "Respublika qəza larını tamamilə yaddan çıxarmış" Maarif Nazirliyini isə kəskin
tənqid atəşinə tutdu.
Sonuncu hökumət kabinetinin tərkibinə də, özündən əvvəlki iki kabinetdə olduğu
kimi, sosialist fraksiyasının nümayəndələri daxil edilmişdi və bu onların özlərini hökumət
partiyalarından biri kimi qəbul etmələrinə əsas verirdi. Lakin bu fraksiyanın nümayəndələri də
hökümətə qarşı ittihadçılar kimi tənqidi mövqedə dayanmışdılar. Belə ki, öz fraksiyası
adından çıxış edən A.Səfikürdski (əvvəlki hökumətdə o, əmək və ədliyyə nazirliklərinə
başçılıq etmişdi, yeni hökumətə isə daxil edilməmişdi) keçmiş hökuməti ölkədəki iqtisadi
böhran dövründə fəhlələrin ağır vəziyyətini yaxşılaşdırmamaqda günahlandıraraq, onlara
hökumətin müdaxiləsi olmadan həmkarlar ittifaqları yaratmaq da daxil olmaqla geniş siyasi
hüquqlar verilməsini təkid etdi. Bundan sonra o, hökumətin digər bir zəif yeri olan aqrar
məsələyə toxunaraq onun tez bir zamanda kəndlilərin xeyrinə həll o lunacağına ümid
etdiyini bild irdi
154
.
322
Hökumətin fəaliyyətini tarixi şəraitin reallıqlarını nəzərə almadan tənqidi
qiymətləndirmək, ona kölgə salmaq birmənalı qarşılana bilməzdi. Məhz buna görə əhrarçı
M.Ə.Əfəndizadə və "Müsavat‖ın lideri M.Ə.Rəsulzadə sonra çıxış edib həmin natiqlərin
mövqelərinə mənfi münasibətlərini açıqladılar. M.Ə.Rəsulzadə partiyası yeni hökumətin
tərkibinə öz nümayəndələrini keçirə bilən "İttihad"ın liderinə məsuliyyət hissindən azad bir
insanın psixologiyasından əl çəkməyi məsləhət gördü. O, Q.Qarabəyovun nitqində Maarif
Nazirliy in in fəaliyyətinə qarşı səslənmiş iradlarla əlaqədar xatırlatdı ki, yeni hökumətdə
Maarif Nazirliyi məhz "İttihad"ın nümayəndəsi H.Şahtaxtinskiyə həvalə edilmişdir və
parlament üzvləri yeni təyin edilmiş nazirin bu işi yeni tələblər səviyyəsində quracağına
ümid edirdilər. Səfikürdskinin mövqeyinə münasibətini bildirən Rəsulzadə sosialist
fraksiyasının deputat rolunda özünü çox sərbəst hiss edən "sorğu vermək, sual etmək"
bacarığına malik olan başçısına onun keçmiş nazir kimi hökumətin fəaliyyəti ilə birbaşa
bağlı olduğunu yadına saldı
155
.
Hökumət proqramının təqdim olunmasından sonra parlamentdəki fraksiyalar
arasında başlanan müzakirələrin gedişi bir daha göstərdi ki, yenicə formalaşdırılmış
koalisyon hökumətdə başlıca məsələlərə dair konsensusa nail olmaq çətin olacaq. Çünki yeni
hökumətdə koalisiyaya girən partiyalar arasında mövcud siyasi ixtilafları törədən ziddiyyətli
səbəblər qalmaqda idi. Bu isə hökumətin gələcək fəaliyyətinə öz mənfi təsirini
göstərməkdə id i.
Öz fəaliyyətinin ilk günlərindən yeni hökumət kommunistlərin güclənməsi kimi
yeni siyasi amili ciddi şəkildə nəzərə almalı oldu. Kommunistlərin 1918-ci ilin yayından aşağı
səviyyəyə enmiş nüfuzıı 1919-cu ilin sonlarında bir qədər artdı. Hələ 1918-ci ilin noyabrında
Rusiya Kommunist (bolşeviklər) Partiyası adlanmış partiyanın sağ qalan yerli üzvlərin
sonralar Bakı Komitəsinə çevrilmiş Müvəqqəti Büro yaratdılar.
Bolşeviklər ilk növbədə mədən-zavod komitələri nümayəndələrindən ibarət olan,
daimi fəaliyyət gostərən orqanı - Bakı Fəhlə Konfransını ələ aldılar. Bakı Fəhlə Konfransı
(BFK) adlanan təşkilat ilk dəfə 1918-ci il dekabrın 15-də toplandı. Bu seçkili təşkilatda səs-
vermə hüququndan yalnız Bakı şəhərinin fəhlə və qulluqçuları istifadə edirdilər. Bundan
əlavə, BFK-ya gəmi və idarə komitələrindən, həmkarlar ittifaqlarından da nümayəndələr
göndərilirdi
156
.
BFK öz fəaliyyətinə iqtisadi məsələlərlə bağlı işlərdən başladı, sonra isə
kommunistlərin təsiri altında siyasi mübarizə yoluna keçdi, BFK-da liderlik uğrunda eserlər,
menşeviklər və kommunistlər arasında gərgin mübarizə gedirdi. Son nəticədə BFK-da
rəhbərlik kommunistlərin əlinə keçdi, bu da BFK-nın çıxardığı qərarların xarakterin i dərhal
müəyyənləşdirdi.
Parlamentarizm bərqərarlaşdıqca ölkədə Azərbaycan sosialist hərəkatı və başqa
siyasi cərəyanlar fəallaşırdı. Bu dövrdə Azərbaycan kommunistləri Azərbaycan sol eserlərilə
ittifaqda idi. Onlar sosializm uğrunda inqilabi mübarizə və Sovet hakimiyyəti mövqeyində
durur və milli məsələdə Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin tanınması və onun
müstəqil sovet respublikasına çevrilməsi tələblərini irəli sürürdülər. Ruhulla Axundov,
Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov və başqaları sol
323
eserlərin fəal nümayəndələri idilər
157
.
Azərbaycan sol eserlər partiyasının yaranması 1918-ci ilin noyabrından başlanır
158
.
Bu partiya əsasən Bakı fəhlələri içərisində fəaliyyət göstərirdi. Doğrudur, Azərbaycan sol
eserlər partiyası və digər müsəlman sosialist partiyaları geniş müsəlman zəhmətkeş kütlələri
içərisində böyük nüfuza malik deyildilər, çünki Fevral inqilabının başlanmasından
1919-cu ilə qədər o lan dövrdə azərbaycanlı əhali içərisində dərin siyasi ayrılıq
nəzərə çarp mırdı.
1919-cu ilin noyabrında Bakıda "Xalqçı" müsəlman eserlər partiyasının
Mərkəzi Ko mitəsi tam formalaşana qədər bu partiya qrupunun nümayəndələri
müsəlman eser təşkilatına daxil idilər
159
. ―Xalqç ı" Partiyası əsasən ziyalılardan
ibarət id i. Onun, demək o lar ki, bütün nümayəndələri ali və ya orta təhsil almışdı,
sədri isə A. Səfikürdski idi.
1919-cu ilin sonu - 1920-c i ilin əvvəllərində "Xalqç ı" artıq müstəqil
partiya kimi fəaliyyət göstərirdi və Müsəlman Sosialist Blo kunun üzvü hüququnda
parlamentə daxil id i. Partiya, demək olar ki, bütün məsələlərdə "Müsavat"a qarşı
tənqidlə çıxış edirdi. Buna görə də bütövlükdə Müsəlman Sosialistlər Blo ku
hökumətin tərrkib ində qaldığı halda, "Xalqçı" partiyasının üzvləri N.Yusifbəylin in
başçılıq etdiyi kabinetə daxil olmadı. "Xalqçı" ko mmunistlərlə heç bir əlaqə
saxlamırdı
160
.
Ko mmunistlərlə əlaqədə hərəkət edən digər müsəlman sosial-demokrat
Dostları ilə paylaş: |