Azərbaycan diLİ VƏ tariXİ


§ 3. AZƏRBAYCAN ORDUSUNUN QURULMASI



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə47/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   43   44   45   46   47   48   49   50   ...   72
§ 3. AZƏRBAYCAN ORDUSUNUN QURULMASI. 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN ƏRAZİ 

BÜTÖVLÜYÜ UĞRUNDA MÜBARİZƏ 

 

Azərbaycanın  istiqlaliyyətinin  elan  olunduğu  tarixi  şərait,  onun  qərar  tutduğu 



bölgədə  cərəyan  edən  proseslər  xalqın  müstəqilliyini  qoruyacaq  ordunun 

formalaşdırılmasını tələb edirdi. 

Hələ  Türkiyə  hərbi  qüvvələri  Azərbaycanda  olarkən  başlanmış  ordu 

quruculuğunu sürətləndirmək və onu daha da səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-

də  respublika  hökumətinin  iclasında  Hərbi  Nazirliyin  yaradılması  qərara  alındı

162


.  Bu  qərar 

Nazirlər  Şurası  tərəfindən  noyabr  ayının  1-də  imzalandı.  Yeni  şəraitdə  Azərbaycanın  ərazi 

bütövlüyünün qorunması tamamilə Hərbi Nazirliyin üzərinə düşməli idi. Bu struktur dövlətin 

qarşısında  duran  tarixi  vəzifələrin  həllində  mühüm  rol  oynadığından  ona  rəhbərliyi  ilk 

vaxtlar Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə artilleriya 

generalı  Səməd  bəy  Mehmandarov  təyin  edildi  və  ona  Nazirliyin  formalaşdırılması 

tapşırıldı

163


General  S.Mehmandarov  milli  ordunun  yenidən  qurulmasına  formalaşması  başa 

çatmamış  və  pərakəndə  halda  olan  hissələri  möhkəmləndirmək,  onları  vahid  rəhbərlik 

altına gətirmək üçün,  ilk növbədə,  mərkəzi  hərbi  idarəetmə orqanlarını təşkil  etməkdən 

başladı.  Qısa  müddət  ərzində  Hərbi  Nazirliyin  aparatı  yaradıldı.  Hərbi  Nazirliy in  təşkili 

barədə hökumət qərarından iki həftə sonra noyabrın 15-də ordunun Ümumi Qərargahının 

(Qlavnıy ştab) təsis edilməsi  barədə S.Mehmandarovun müvafiq əmri imzalandı. Onun 

tərkibi ləvazimat, mühəndis, növbətçi general, general-kvartirmeyster, topçu, topoqrafiya, tibb, 

hərbi təhsil və nəzarət şöbələrindən  ibarət  idi

164


.  Bu şöbələrin başçıları vəzifələrinə  milli 

qoşun  hissələrinin  yaradılmasında  artıq  kifayət  qədər  xidmətləri  olan  zabitlər  təyin 

edildilər: polkovnik H.Səlimov - Ümumi Qərargah və dəftərxananın, polkovnik Qaytabaşı - 

növbətçi  general,  polkovnik  Seyfulla  Mirzə  -  ləvazimat;  general-mayor  Tlexas  -  topçu 

şöbələrinin rəisləri, general- mayor Usubov hərbi təhsil şöbəsinin rəisi və qoşunlarda atıcılıq 

işinin  müfəttişi oldular

165

. Adları çəkilən  rəislərdən yalnız general  Usubovdan başqa hamısı 



Müsəlman Korpusu yaradıldığı gündən milli hərbi hissələrin təşkilində fəal iştirak etmiş 

və Azərbaycanın ərazi bütövlüyünün qorunmasında,  eləcə  də  müstəqil ordusunun  forma-

laşmasında dəyərli xid mətlər göstərmişdilər. 

Mudros müqaviləsinin şərtlərinə görə, müttəfıq dövlətlər adından Bakıya gəlməli 

olan  ingilis  hərbi  qüvvələri  komandanı  general  V.Tomson  hələ  Azərbaycana  qədəm 

qoymamışdan  əvvəl  tələb  etdi  ki,  1918-ci  il  noyabrın  17-dək  Türkiyə  qoşunları  kimi 




 

 

325 



Azərbaycan qoşunları da  Bakı şəhərini tərk etsinlər

166


.  Çünki Tomson  Bakı şəhərini iqtisadi 

baxımdan, istərsə də hərbi-siyasi baxımdan mühüm strateji mərkəz sayır və ona nəzarəti 

tamamilə  öz  əlində  saxlamaq  istəyirdi.  O,  müstəqil  Azərbaycan  hökumətini  tanımaq 

istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi.  Ona görə 

1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçdü

167 


fəaliyyətini burada davam etdirdi. 

İngilis  qoşunlarının  komandanlığı  Hərbi  Nazirliyin  Bakıdan  kənarda  fəaliyyət 

göstərməsinə etıraz etmirdi

168


Bütün  hökumət  strukturlarının  Bakıda  yerləşdiyi  halda,  Hərbi  Nazirliyin 

Gəncəyə  köçürülməsi,  heç  şübhəsiz  ki,  hökumət  orqanlarının  onunla  əlaqələrində  və 

bütünlüklə  ordunun  formalaşması  prosesində  çətinliklər  yaradırdı.  Bununla  belə 

S.Mehmandarovun  rəhbərliyi altında  hərbi  komandanlığın apardığı yüksək təşkilatı  işlər 

qısa  zaman  ərzində  öz  nəticəsini  verdi.  Həmin  səmərəli  fəaliyyətin  nəticəsi  idi  ki, 

Azərbaycan  Xalq  Cümhuriyyəti  Ordusunun  əsas  qüvvələri  məhz  Hərbi  Nazirliyin 

Gəncədəki fəaliyyəti zamanı qurulmuşdu. 

Hərbi  Nazirlik  yaradılanadək  mövcud  olan  ordu  hissə  və  bölmələri  əsasən 

Gəncə  və  Qarabağda yerləşdirilmişdi.  Bu da tarixi  şəraitlə  və  qoşun hissələrinin  icra 

etdikləri vəzifələrlə bağlı idi. Hərbi Nazirlik Gəncədə yerləşdikdən dərhal sonra 1918-ci 

il  noyabr  ayının  27-dən  dekabrın  3-dək  S.Mehmandarov  Gəncə  və  Ağdam  ətrafında 

yerləşən hərbi hissələri gəzib oradakı  vəziyyətlə şəxsən  tanış  oldu.  S.Mehmandarov  hələ 

Türkiyə qoşunları Azərbaycanda olarkən təşkil edilmiş bu hissələrdə çox ciddi nöqsanlarla 

rastlaşdı  və  onları  ümumiləşdirərək  xüsusi  əmrlə  hissə  komandirlərindən  belə  nöqsanların 

aradan qaldırılmasını tələb etdi

169

. S.Mehmandarov hissə və bölmə komandirləri qarşısında 



hər şeydən əvvəl belə bir vəzifə qoydu ki, Azərbaycan Ordusunda xidmət edən bütün şəxs -

lərin dərhal Azərbaycan Xalq Cümhuriyyətinə sədaqət andı içməsi təşkil ed ilsin

170



1918-ci ilin sonu və 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və 



strukturunda qismən dəyişiklik edildi  ki, bu da ordunun  formalaşdırılması prosesinə  müsbət 

təsir göstərdi. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə artilleriya generalı Səməd 

bəy Mehmandarov hərbi nazir təyin edildi. Rus ordusunda xidmət edib yüksək hərbi rütbəyə 

çatmış  S.Mehmandarova  yüksək  etimad  göstərilməsi  və  onun  nazir  vəzifəsinə  təyin 

edilməsi, heç şübhəsiz ki, elə ilk günlərdən ordunun formalaşdırılması istiqamətində onun 

səmərəli  fəaliyyəti  və  hər  şeydən  əvvəl  isə  Azərbaycanın  istiqlaliyyətinə  sədaqəti  ilə 

bağlı idi. Bu sədaqətini S.Mehmandarov respublika ordusundakı həyatı boyu xidməti ilə 

təsdiq etdi və bunun nəticəsi  idi  ki,  1918-ci  ilin sonundan başlayaraq bolşevik  istilasına 

qədər  bir  neçə  hökumət  kabineti  dəyişsə  də,  S.Mehmandarov  əvəzsiz  olaraq  hərbi 

nazir vəzifəsində qaldı. 

Hərbi  nazir  kimi  S.Mehmandarov  əmrini  ilk  dəfə  olaraq  1918-ci  il  27  dekabrda 

imzaladı. Hökumətin 1918-ci il 29 dekabr tarixli qərarı ilə isə general-leytenant Ə.Şıxlinski 

hərbi nazirin müavini təyin edildi

171


 Bu təyinat da Azərbaycan Ordusunun formalaşdırılması 

istiqamətində  hökumətin  qəbul  etdiyi  dəyərli  qərarlardan  biri  idi.  Çünki  bu  iki  şəxsin 

təcrübəsi və biliyi orduda quruculuq işlərinin səmərəli xarakter almasına zəmin yaratdı. 

Azərbaycanın  ərazi  bütövlüyünü  qorumağa  qadir  olacaq  ordunun  qurulması  üçün 




 

 

326 



mövcud  olan  strukturlar  artıq  müvafiq  tələblərə  cavab  v erird i.  Bu  strukturların 

təkmilləşdirilməsi, qarşıda duran böyük vəzifələrlə əlaqədar olaraq, onların imkanlarının 

artırılması tələb olunurdu. Bunun nəticəsi idi ki, 1918-ci il 31 dekabr tarixli əmrlə Ümumi 

Qərargahın tərkibində olan topçu şöbəsinin bazasında Topçu İdarəsi yaradıldı. 

Hərbi Nazirlik orduda xidmətin hüquqi əsaslarının hazırlanmasına xüsusi diqqət 

yetirirdi.  Azərbaycan  Ordusunun  yeni  qanunvericilik  bazasının  qısa  müddətdə  yaradılması 

mümkün olmadığı üçün hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmrlə Rusiya İmpe-

riyasında 1917-ci il yanvar ayının 1-dək qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə 

saxlanıldı

172


.  Buraya  hərbi  nizamnamələr,  döyüş  təlimatları,  bütün  xidməti  sahələri 

tənzimləyən sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə əsasnamələr və.s. 

daxil  idi.  Azərbaycan  Ordusunda  xidmət  rejimi  əsasən  həmin  qanunvericiliyə  müvafiq 

qurulmalı idi. Ancaq həmin aktların Azərbaycanın müstəqilliyi, milli orduda xidmətin bu və ya 

digər tələbləri ilə uyğun gəlməyən tərəfləri ləğv edilir və nazirin əmrinə uyğun ya dəyişik-

lik edilməklə, ya da yeniləşdirməklə təkmilləşdirilirdi. 

1918-ci  il  dekabrın  27-də Azərbaycan  Xalq  Cümhuriyyətinin  hərbi  nazirinin 

34  saylı əmri  ilə  Azərbaycan dili  orduda  dövlət dili  qəbul edilmişdi.  Bununla bağlı hərbi 

nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında belə bir tələb qoydu 

ki, bir ay müddətində heç olmasa komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər 

və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətində bu tələbi yerinə 

yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər

173

. Azərbaycan dilinin öyrənil-



məsi  və  savadsızlığın  ləğvi  üçün  orduda  müvafiq  kurslar  yaradıldı  və  həmin  kursların 

aparılmasına təcrübəli  mütəxəssislər  cəlb  edildi

174

.  Əsgərlərlə ünsiyyətin, hərbi təlimin  ana 



dilində  aparılması, heç şübhəsiz  ki,  şəxsi  heyəti  əsgəri  xidmətə  daha yaxından bağlayır, 

onların  mənəvi-psixoloji vəziyyətinə  müsbət təsir göstərirdi.  Hərbi  Nazirliyin  rəhbərliyi 

bu məsələyə xüsusi diqqət yetirirdi. 

Azərbaycan  döyüşçüsünün  milli  ruhda  tərbiyələndirilməsi üçün  mənsub olduğu 

xalqın tarixi keçmişindən qəhrəmanlıq nümunələrini öyrənməyə böyük əhəmiyyət verilirdi. Bu 

baxımdan S.Mehmandarov ço x dəyərli fikir və təkliflər irəli sürmüşdü. O hesab edirdi 

ki,  Azərbaycan  xalqının  qəhrəmanlıqlarla  dolu  hərb-döyüş  tarixi  araşdırılmalı  və  geniş 

kütlələrə çatdırılmalıdır. S.Mehmandarov şübhə etmirdi ki, azərbaycanlılardan təşkil edilmiş 

hərbi  qüvvələr  öz  xalqının  qəhrəmanlıq  tarixini  yaxşı  bilməli,  ondan  ibrət  götürməlidir. 

Hərbi  nazir  bu  istiqamətdə  aparılan  işlərdə  ifratçılıq  etməyə,  milli  tərbiyənin 

millətçiliyin qızışdırılması ilə bir səviyyədə tutulması razı deyildi. Nazir onu da vacib 

sayırdı  ki,  Azərbaycan  xalqının  qəhrəmanlıq  tarixi  araşdırılmalı,  kitablar şəklində çap 

edilməli və qoşun hissələrinə çatdırılmalıdır. 

Hərbi qulluqçulann geyim formasında dəyişikliklər edilməsi və onun milli üslubda 

hazırlanması da əsgər və zabitlərin milli ruhunun formalaşması istiqamətində dəyərli addım 

oldu. Bunun üçün xüsusi komissiya yaradılmışdı. Komissiyaya general-leytenant Ə. Şıxlinski 

sədrlik edirdi və onun rəhbərliyi ilə hazırlanan hərbi geyim forması Azərbaycan Ordusunda 

I919-cu il yanvarın 11-dən rəsmiləşdirildi.

175 

Yeni  meyarlar əsasında qurulan orduya əsl  milli  kadrlar hazırlanması  da  Hərbi 




 

 

327 



Nazirliyin rəhbərliyi qarşısında dayanan mühüm vəzifələrdən biri idi. Bu vəzifənin həllinə 

nail olmaq üçün hələ  Türkiyə qoşunlarının Azərbaycanda  olduğu vaxt  Gəncədə  fəaliy-

yətə  başlamış  podpraporşiklər  məktəbinin  fəaliyyəti  yenidən  quruldu  və  onun  statusu 

artırılaraq praporşiklər məktəbinə çevrildi

1

". Məktəbdə təlim-tərbiyə prosesi də yeni statusa 



uyğun olaraq yeniləşdi.  Bu statusun  mahiyyəti ondan  ibarət  idi  ki,  əgər əvvəldə  məktəbi 

bitirənlərə  ilkin  zabit  rütbəsini praporşik çinini yalnız hərbi hissələrdə bir  müddət  xidmət 

etdikdən və  zabitliyə  layiq olduqlarını  sübut  etdikdən  sonra  verirdilərsə,  indi  onlar  dərhal 

praporşik  rütbəsinə  layiq  görülürdülər.  1919-cu  ilin  sonunda  isə  praporşiklər  məktəbinin 

bazasında hərbiyyə məktəbi təşkil edildi. Bundan başqa, Azərbaycan Ordusuna milli hərbi 

kadrlar  hazırlayan  istehkamçılar,  hərbi  dəmiryolçular  və  hərbi  feldşer  məktəbləri  də 

açılmışdı

177


Hərbi  Nazirlik  yaradıldığı  ilk  gündən  onun  qarşısında  dayanan  mühüm 

vəzifələrdən  biri  də  xidmətə  çağırış və səfərbərlik  işini  təşkil  etmək  idi.  Bu  məsələnin 

həllinin başlıca çətinliyi ondan irəli gəlirdi ki, Türkiyə qoşunları Azərbaycanda olarkən bir 

sıra  qanunsuzluqlara  yol  verilmiş,  əhalidə  əsgəri  xidmətə  qarşı  etimadsızlıq.  təşviş  və 

qorxu hissləri yaranmışdı.  Digər tərəfdən, əvvəllər  xid mətə cəlb  olunanlara qarşı  fiziki 

cəzaların  tətbiq  edilməsi,  onların  şəxsiyyətlərinin  təhqir  olunması,  ən  adi  yaşayış 

normalarına malik olmamaları fərariliyin artmasına zəmin yaradırdı. Çağırış və səfərbərli- 

yin təşkili yeni nazirliyin rəhbərliyi üçün nə qədər aktual idisə, fərariliyin artmasına səbəb 

olan şəraitin  aradan qaldırılması üçün səmərəli  tədbirlər sisteminin tətbiq edilməsi  də o 

qədər vacib idi. 

1918-ci  ilin  dekabrında  S.Mehmandarov  göstərirdi  ki,  fərariliyin  əsas 

səbəblərindən  biri  orduya  çağırışla  məşğul  olan  o rqanların  fəaliyyətinin  düzgün 

qurulmaması səbəbindən xidmətə yalnız rüşvət verib canlarını qurtara bilməyən şəxslərin 

çağırılmasıdır və qoşun hissələrində bir nəfər belə varlı övladının olmaması nəticəsidir. 

Yaln ız praporşiklər məktəbində imkanlı adamların övladlarına rast gəlmək olardı ki, onlar 

da öz arzuları ilə təhsil almağa gəlmişdilər. Hərbi mükəlləfiyyətin bütün ağırlığı isə kasıbların 

üzərinə düşürdü

178



1918-ci  il  dekabrın  25-də  S.Mehmandarov  hərbi  xidmətə  çağırışın 



yaxşılaşdırılması  münasibətilə  xalqa  müraciət  etdi.  Həmin  müraciətdə  S.Mehmandarov 

Türkiyə  qoşunlarının  Azərbaycanda  olduğu  vaxt  çağırış  işində  yol  verilən  nöqsanlara, 

hissələrdə əsgərlərə qarşı fiziki güc tətbiq edilməsinə, ağır məişət şəraitinə toxunur və onları 

aradan  qaldırmaq  üçün  qətiyyətli  tədbirlər  həyata  keçirilməsinə  başlandığını 

vurğulayırdı. 

Həyata keçirilən bütün bu tədbirlər Azərbaycan Ordusunun yeni-yeni hissələrinin 

təşkilinə imkan verdi. 1919-cu ilin əvvəllərində bu sahədə xeyli fəallıq duyulurdu. 1919-

cu  ilin yanvar  ayında  Gəncədə olan  təlim  taboru  ləğv  edildi və o,  Gəncə alayının  2-ci 

taboruna  çevrildi.  Elə  həmin  ilin  yanvar  ayında  bir  zirehli  qatarın  şəxsi  heyəti 

komplektləşdirilmişdi.  Nazirlər  Şurasının  1919-cu  il  22 yanvar tarixli  qərarı  ilə Azərbaycan 

Korpusunun qərargahı ləğv edildi, onun zabitlərindən bir qismi Hərbi Nazirliyin aparatına 

cəlb edildi, bir çoxu isə qoşunlarda xid mətin təşkilinə göndərild i

179




 

 

328 



Qoşunların  sayının  artması  ilə  Ümumi  Qərargahın  tərkibində  olan  ləvazimat 

şöbəsi  1919-cu  ilin  əvvəllərində  Ləvazimat  İdarəsinə  çevrilərək  birbaşa  hərbi  nazirin 

tabeçiliyinə keçdi

180


1919-cu il yanvarın 10-da hərbi Nazirlikdə Müvəqqəti Hərbi Şura yaradıldı. Hərbi 

Şuranın  Əsasnaməsi  və  daimi  tərkibi  təsdiq  edilənə  kimi  Müvəqqəti  Hərbi  Şura  hərbi 

qanunvericilik  və  hərbi  idarəetmə  sahəsində  mühüm  məsələlərin  müzakirə  edilməsi  və 

müvafiq  qərar  qəbul  edilməsi  ilə  məşğul  olmalı  idi.  Onun  tərkibinə  piyada  və  süvari 

diviziyalarının rəisləri, Ümumi Qərargahın rəisi, Topçu, Ləvazimatı və İstehkam idarələrinin 

rəisləri, general-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. Hərbi Şuranın 

iclasları hərbı nazirin, ya da onun müavininin sədrliyi altında keçməli idi, Nazirliyin digər 

idarə  və  xidmət  rəisləri  onların  xidmətlərinə  aid  olan  məsələlərin  müzakirəsi  zamanı 

Müvəqqəti Hərbi Şuranın iclaslarına dəvət oluna bilərdilər

181



1919-cu  ilin  martında  Azərbaycan  Ordusunun  idarəetmə  orqanlarında  mühüm 



keyfiyyət dəyişikliyi baş verdi.  Hərbi  nazirin  əmri  ilə  mart  ayının  26-da  Baş  Ərkani-Hərb 

(Qeneralnıy ştab) təsis  edildi və general-leytenant Məmməd bəy  Sulkeviç bu orqanın  rəisi 

təyin edildi. S.Mehmandarov bu strukturun yaradılmasını onunla əlaqələndirdi ki, Ümumi 

Qərargah (Qlavnıy ştab) həm qoşunların təlim-tərbiyəsi, həm ordunun döyüş hazırlığı, həm 

də ordunun təsərrüfat məsələləri və gündəlik qayğıları ilə eyni vaxtda səmərəli məşğul ola 

bilmir.  Ordu  böyüdükcə  onun  təsərrüfat  məsələləri,  təchizat,  döyüş  hazırlığı  və  s.  kimi 

vəzifələr yeni yaradılan Baş Ərkani-Hərbin səlahiyyətinə, təsərrüfat və təminat məsələləri isə 

Ümumi  Qərargahın  səlahiyyətinə  verildi.  General-leytenant  M.Sulkeviç  Baş  Ərkani-

Hərbin rəisi təyin edildikdən sonra ordu hissələrinin formalaşması daha ahəngdar xarakter 

aldı, o cümlədən 2-ci Bakı piyada alayının formalaşdırılması sürətləndirildi, 3-cü Şəki süvari 

alayının təşkili tezliklə başa çatdırıldı. 

Azərbaycan hökumətinin Azərbaycan  xalqının iradəsini əks etdirdiyinə əmin olan 

müttəfiq dövlətlərin hərbi komandanlığı 1919-cu il aprelin əvvəllərində milli qoşun hissələrinin 

azsaylı kontingentinin Bakıda da yerləşdirilməsinə razı oldu. Martın 31-də hərbi nazirin əmri 

ilə  Bakı şəhərində  yerləşəcək  hissə və bölmələr  müəyyənləşdirildi. Həmin qüvvələrə bir 

piyada taboru, 400 nəfərlik süvari və bir topçu batareyası daxil idi. Bütün bu qüvvələrə 1-

ci  Tatar  süvari  alayının  komandiri  polkovnik  Fərhad  Ağalarov  rəhbərlik  edirdi.  Bakı 

qarnizonunun  rəisi  vəzifəsi  də  ona  həvalə  olunmuşdu.  Aprelin  5-də  həmin  qüvvələr 

Bakıya  daxil  oldu  və  Salyan  kazarmalarında  yerləşdirildi.  Bu  münasibətlə  hərbi  nazir 

S.Mehmandarov da Bakıya gəld i

182



Azərbaycan Ordusunun qoşun hissələrini çox böyük təntənə ilə qarşılayan şəhər 



əhalisinin  izdihamlı  mitinqi  keçirildi. Həmin  mitinqdə Hacı Zeynalabdin Tağıyev 

çıxış  edərək  belə  bir  o rdunun  yaradılması  münasibətilə  S.Meh mandarovu  təbrik 

etdi və öz sevincini bildirdi. 

1919-cu  ilin  yayında  və  payızında  ordu  hissələrinin  forma laşdırılması 

böyük  sürətlə  davam  etdirilirdi.  Bu  dövr  qoşun  hissələrinin   yarad ılmasında  ən 

məhsuldar  dövr  sayıla  bilər.  İngiltərə  hərbi  qüvvələri  A zərbaycan  ərazisini  tərk 

etdikdən  sonra  Hərb i  Na zirliyin  rəhbər  orqanla rı  1919-cu   il  iyunun  28-i,  iyulun 



 

 

329 



əvvəllərində yenidən Bakıya köçürüldü

183


1919-cu  ilin  payızında  təşkil  edilən  ən  əhəmiyyətli  hərb i  strukturlardan 

biri - Ba kı İstehkam hissəsi, yəni Bakının Möhkəmləndirilmiş Müdafiə rayonu idi. Bu 

strukturun  yaradılmasından  başlıca  məqsəd  Denikin  o rdusunun şimaldan,  xüsusən 

dənizdən ehtimal olunan təhlükəsinin qarşısını almaq və Bakının etibarlı müdafiəsini 

bütünlüklə  təşkil  etmək  idi.  Bu  məsələ  ilə  bağlı  hərbi  nazir  S.Mehmandarovun 

yazdığı raport 1919-cu il sentyabr ayının 13-də Dövlət Müdafiə Komitəsinin (DMK) 

iclasında müzakirə edildi və nazirin qald ırdığ ı vəsatət burada qəbul olundu. DMK-

nın bu barədə qəra rında  Bakı İstehkam hissəsinin rəisi vəzifəsini təsis etmək, onu 

şəhərin  hərbi  general-qubernatoru  vəzifəsi  ilə  birləşdirmək,  Bakı  rəisliy i  ərazisini 

ona tabe etmək sərəncamları da öz əksini tapmışdı

184


Sentyabr ayında Bakı hərbi limanının, Təyyarə dəstəsinin, Zirehli avtomobil 

taqımının,  Mövqe  batareyasının  ştatlarının  tərtibinə  başlanıldı.  Sentyabrın  14-dən 

təyyarə və zirehli avto mobil dəstələrinin, sentyabrın 24-dən Mövqe batareyasının, 

oktyabrın 1-dən isə "Astrabad" hərbi gəmisinin ştatları müəyyənləşdirildi

185


Böyük  sürətlə  6-cı  Göyçay  piyada  alayının  formalaşdırılması  aparılırd ı. 

Qışlaların çatışmazlığ ına, geyim, ərzaq  sahəsində çətinliklər olmasına baxmayaraq, 

həmin alayınn təşkili 1919-cu il oktyabrın sonunadək əsasən başa çatdırıldı

186



1919-cu  ilin  sonuna  kimi  Lən kəran  kö mə kçi  (ehtiyat)  taboru   alaya 



çevrilərək  7-ci Şirvan alayı adlandırıld ı.  Bakı İstehkam his səsinin  müdafiə  taboru 

yaradıldı, süvari və piyada alaylarınən, əlahiddə taborların və hərbi məktəbin döyüş 

bayraqlarının təsviri təsdiq edildi

187


Elə  həmin  ildə  8-ci  Ağdaş  piyada  alayının  və  Zəngəzurdakı  kürd 

kəndlərinin  əhalisindən  ibarət  xüsusi  hərbi  hissələrin  formalaşdırılması  başa 

çatdırıldı

188



Bütün bu təşkilati işləri həyata keçirməklə Hərbi Nazirlık 1919-cu ilin sonunadək 



Azərbaycan Ordusunda şəxsi heyətin sayını 20 min nəfərə, ordudakı atların sayını isə 5 min 

başa çatdırmğı nəzərdə tuturdu. 1920-ci ildə davam etdiriləcək təşkilati işlər ordu heyətinin 

sayını daha da artırmalı və onu 40 min nəfərə, ilin sonunadək atların sayını isə 10 min başa 

çatdırmalı idi

189



1919-cu  ilin  yayından  etibarən  əvvəlcə  Qarabağda  və  Lənkəranda,  sonra  isə 



Zəngəzurda  hərbi  şəraitin  səngiməyib  kəskinləş məsinə  baxmayaraq,  Hərbi  Nazirliyin 

rəhbərliyi  quruculuq  işindəki  ahəngdarlığı  saxlamağa  çalışırdı.  1920-ci  ilin  elə  ilk 

günündən zirehli qatarın komplektləşdirilməsinə başlanıldı

190


Ancaq  1920-ci  ilin  ilk dörd ayı  həm  Azərbaycan  xalqının, həm  də Azərbaycan 

Ordusunun həyatında çox  mürəkkəb bir məqam idi. Azərbaycan Ordusunun rəhbərliyi bu il 

üçün böyük tədbirlər planı müəyyənləşdirib onun həllinə başlamalı olsa da, onları ilin dörd ayı 

ərzində  ağır  bir  şəraitdə  həyata  keçirməli  idi.  Erməni  təcavüzü  praktiki  olaraq  ilin 

əvvəlindən  ara  vermirdi.  Mart  ayının  sonlarına  yaxın  isə  bu  təcavüz  açıq  müharibəyə 

çevrildi.  Ona  görə  də  1920-ci  ildə  ordu  quruculuğu,  onun  möhkəmləndirilməsi  və 

sıralarının genişləndirilməsi üçün nisbətən münasib şərait ilk üç ayda mövcud o ldu. 




 

 

330 



Həmin  müddətdə  görülən  dəyərli  işlərdən  biri  növbəti  çağırış-səfərbərlik 

kampaniyasına  başlanması

191

  və  ordunun  ali  idarəetmə  orqanlarında  əsaslı  struktur 



dəyişiklikləri  aparılması  oldu.  1920-ci  il  martın  1-də  Baş  Ərkani-Hərb  ilə  Ümumi 

Qərargah  birləşdirilərək  Azərbaycan  Ordusunun  Ümumi  Qərargahı  yaradıldı  və 

general-mayor Həbib bəy Səlimov bu qurumun rəisi təyin edildi

192


1920-ci ilin bolşevik istilası ərəfəsində Azərbaycan Ordusunun əsas döyüş hissələri 

və  birləşmələri  aşağıdakılardan  ibarət  idi:  iki  piyada  diviziyasında  birləşmiş  olan  1-ci 

Cavanşir,  2-ci  Zaqatala,  3-cü  Gəncə,  4-cü  Quba,  5-ci  Bakı,  6-cı  Göyçay,  7-ci  Şirvan,  8-ci 

Ağdaş piyada alayları, süvari diviziyasında birləşmiş olan  1-ci Tatar,  2-ci Qarabağ,  3-cü 

Şəki süvari alayları və iki topçu briqadası. 

Bunlardan  başqa,  Azərbaycan  ordusunda  bir  sıra  yardımçı  hissə-bölmə  və 

müəssisələr də var  idi.  Bütün bunlar qısa  müddət ərzində  Azərbaycanda ordu quruculuğu 

sahəsində aparılan işlərin nəticəsi idi. 

Şimali Azərbaycanın dövlət müstəqilliyi elan edildikdən sonra qarşıda duran başlıca 

vəzifələrdən  biri  qonşu  ölkələrlə  sərhəd  müba  hisələri  və  ixtilaflarının  aradan  qaldırılması, 

Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyünün təmin edilməsi idi. 

İlkin  olaraq  Zaqatala  məsələsi  Gürcüstanla  aparılan  danışıqlar  yolu  ilə  həll 

edildi: əhalisinin 91,9 faizini müsəlmanlar təşkil edən və Azərbaycanın əzəli torpağı olan 

Zaqatala mahalında Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti 1918-ci ildə bərqərar 

edildi


193

Azərbaycan ordusunun formalaşdığı dövrdə ölkədə mürəkkəb hərbi-siyasi şərait 



mövcud idi. Bu isə həm ordunun formalaşma prosesinə, həm də bütünlükdə ölkənin bütün 

ictimai-siyasi həyatına öz təsirini göstərirdi. Bir tərəfdən, ölkənin cənub bölgəsi - Lənkəran 

Azərbaycanın  müstəqilliyinə  yad  olan  qüvvələrin  nəzarəti  altında  idi  və  bu  qüvvələr 

Azərbaycan  Xalq  Cümhuriyyətini  tanımaq  istəmirdilər.  Digər  tərəfdən  isə  Qarabağ  və 

Zəngəzur bölgəsində erməni daşnakların təcavüzkarlığı kəskinləşməkdə davam edirdi. Həmin 

əraziləri parçalayaraq Ermənistana birləşdirmək istəyənlər hər cür vasitələrə əl atırdılar. Bir 

tərəfdən də çar Rusiyasının sərhədlərini bərpa etməyə çalışan denikinçi qüvvələr şimaldan 

Azərbaycanın müstəqilliyinə təhlükə yaradırdılar. Bu real təhlükələrin aradan qaldırılması 

üçün həm hökumət, həm də Hərbi Nazirlik tərəfindən qətiyyətli addımların atılması tələb 

olunurdu. 

Belə qaynar nöqtələrdən biri olan, geostrateji  mövqe etibarilə  müxtəlif siyasi 

qüvvələrin  diqqətini  cəlb  edən  Lənkəran  bölgəsində  möhkəmlənməyə  çalışan  bir  neçə 

siyasi qüvvə çox qısa müddətdə öz hakimiyyətlərini elan etdi. 1918-ci ilin əvvəllərində 

müsavatçı qüvvələr buradakı silahlı ünsürləri tərksilah edib hakimiyyət orqanlarını nəzarət 

altına  alsalar  da,  1918-ci  ilin  aprelində  "Aleksandr  Jander" gəmisində  bölgəyə  gələn 

sovet  qoşunları  hakimiyyəti ələ  keçirdilər

194

. Ancaq bolşeviklərin hakimiyyəti də bölgədə 



uzun sürmədi. Bakı Xalq Komissarları Sovetinin yıxılması və "Sentrokaspi Diktaturası"nın 

yaradılması ilə cənub bölgəsində də bolşevik qüvvələrinin nüfuzu xeyli zəiflədi. Onların 

əvəzinə  bölgədə  yerləşdirilən  və  vaxtilə  bölgədə  məskunlaşdırılmış  rus  əhalisi 

tərəfindən  müdafiə  olunan  rus qoşun hissələrinin  millətçi  zabitləri  fəallaşmağa başladılar. 




 

 

331 



Rusiyadakı  Denikin  qoşunları  ilə  sıx  əlaqəsi  olan  bu  qüvvələrə  polkovnik  İlyaşeviç 

rəhbərlik edirdi. O, İranla sərhəd xəttini qorumaq üçün Muğanın cənubunda yerləşdirilmiş 

29-cu rus sərhəd briqadasının komandiri idi

195


. 1918-ci ilin avqust ayında öz qərargahı ilə 

Cavad  qəzasının  Biləsuvar  kəndindən  Lənkəran  qəzasının  Prişib  kəndinə  keçən 

İlyaşeviçin briqadasında bu vaxt 6 minə qədər silahlının olması güman edilirdi.  Həmin 

silahlıların təzyiqi ilə avqustun 4-5-də Prişib kəndində fövqəladə qurultay çağırıldı və orada 

Lənkəran  və  Cavad  qəzalarında  hakimiyyət  məsələsi  müzakirə  edildi.  Qəbul  edilən 

qərara görə, həmin qəzaları  idarə  etmək üçiin  5 nəfərdən ibarət "Müvəqqəti Diktatura" 

yaradıldı. Bu diktatura bəzən "Beşlər diktaturası" da adlandırılırdı

196


Beləliklə, şovinist millətçi rus zabitləri Azərbaycan Xalq Cümhuriyyətinin cənub 

bölgəsində hakimiyyəti öz əllərinə aldılar. İxtiyarlarında olan silahlı qüvvələrə, bölgənin rus 

qolçomaqlarına,  Bakıdakı  Rus Milli  Şurasına və  Denikin  yardımlarına arxalanaraq, "Mü-

vəqqəti  Diktatura"  əhalini  çapıb-talamağa,  öz  mənafeyinə  uyğun  olan  yeni  bir  rejim 

yaratmağa  başladı.  1919-cu  ilin  fevralında rus  zabitlərinin  nəzarəti  altında olan  ərazilər 

"Lənkəran  Respublikası‖  elan  edildi  və  Su xorukovun  rəhbərliyi  ilə  "demokratik" 

hökumətin təşkil o lunduğu bildirild i

197



1919-cu  il  martın  21-də  müstəqil Azərbaycan  Xalq  Cümhuriyyətini parçalamaq 



iddiasında  olan  qüvvələrin  Prişibdə  qurultayı  çağırıldı.  Bu  qurultayda  belə  bir  qərar  qəbul 

edildi  ki,  Paris  sülh  konfransı  öz  işini  qurtaranadək,  Lənkəran  qəzası  Azərbaycanın 

hakimiyyəti  altına verilməsin və "Muğan vilayəti" adı altında yaradılan  müstəqil quru ma 

tabe etdirilsin

198



1919-cu ilin may və iyun aylarında ölkənin cənubunda hərbi şərait xeyli kəskinləşdi. 



Həmin  il  aprelin  25-də  kommunistlər  polkovnik  İlyaşeviç  və  onun  tərəfdarlarını  həbs 

edərək  Lənkəran  bölgəsinə  nəzarəti  əllərinə  keçirmişdilər.  Burada  qəsb  edilən 

hakimiyyətə  qanuni  don  geyindirilməsi  məqsədilə  1919-cu  il  mayın  15-dən  "Muğan 

Kəndli  Deputatları  Sovetinin  fövqəladə  qurultayı"  çağırıldı.  Lənkəranda  keçirilən  həmin 

"qurultay"da  iştirak  edən  deputatların  təxminən yarısı qeyri-azərbaycanlı  idi

199


.  Dörd gün 

davam edən qurama qurultay Azərbaycanın cənubunda sovet hakimiyyətinin  qurulduğunu 

elan edərək, 35 nəfərdən ibarət qanunverici orqan seçdi. "Muğan Diyar Soveti" adlandırılan bu 

orqanın  sədri  vəzifəsinə  David  Çirkinin,  onun  müavini  vəzifəsinə  isə  Şirəli  Axundovun 

namizədliyi irəli sürüldü

200


Zaqafqaziyada  sovet  hakimiyyətinin  yeganə  dayaq  nöqtəsi  olan  Lənkəran 

bölgəsində üsyanın baş tutması xəbərini alan kommunistlər buraya yardımı daha da 

artırd ılar.  1919-cu  il  aprel  ay ının  sonuncu  günləri  ko mmunistlər  Bakıdan  gizlicə 

"Vstreça" gəmisi ilə Lənkərana xeyli miqdarda silah və sursat, 9 milyon rubl pul və 

çoxlu siyasi ədəbiyyat gətirdilər

201



Həştərxandan  da  Lənkərandakı  qəsbkar  qüvvələrə  kö mək  göstərilird i. 



V.İ.Lenin in  tapşırığı  ilə  ko mmunist  T.İ.Ulyantsev  (Otradnev)  də  Lənkərana  gəlib 

burada  İnqilabi  Şura  təşkil  etdi

202

.  1919-cu  il  may  ay ının  sonunda  cənubda  elan 



olunmuş sovet hakimiyyətinin  sərəncamında bir p iyada taboru, süvari eskadronu, 6 

səhra  və  3  dağ  topu,  3  hidroplan  var  id i.  Muğanda  bolşevik  silah lı  qüvvələrin in 




 

 

332 



ümu mi sayı 5-6 min nəfərə çatırdı

203


Azərbaycan  hökumətin in  ölkən in  cənubunda  baş  verən  bu  qa-

nunsuzluqların qarşısını almağa hələlik kifayət qədər gücü yox  idi.  Çünki  mövcud 

olan  hərbi  qüvvələr  Qarabağda  genişlənən  ermən i  təcavüzünün  və  Şimaldan 

yaxınlaşan təhlükənin qarşısının a lın masına cəlb edilmişdi. 

1919-cu  ilin  avqustunda  Qarabağda  vəziyyət  nisbətən  sakit  keçdi.  Bu 

məqamdan  istifadə  edən  Hərbi  Nazirliy in  rəhbərliy i  Lənkəran   bölgəs inə  qoşun 

dəstəsi  çıxarmaq  qərarına  gəldi.  Bu  barədə  höku mət  hələ  1919-cu   il  iyul  ayın ın 

əvvəllərində  göstəriş  vermişdi

204


.  Həmin  vaxt  bölgədə  nəzarət  ko mmunist 

qüvvələrin əlində idi. Lakin onların  elan etdikləri "Muğan Sovet Respublikası"-n ın 

ömrü u zun sürməd i. Ağqvardiyaçı rus  zabitlərin in rəhbərliyi altında olan qüvvələr 

iyul ayın ın 24-25-də Lən kəranın mühü m obyektlərini yenidən nəzarət altına ald ılar. 

İyulun 26-da  isə Prişibdə özlərinin qurultayın ı çağıran ağqvardiyaçılar bölgədə öz 

hakimiyyətlərini bərpa etdiklə rin i e lan etdilər

205

. Bu qüvvələri sıxışdırıb bölgədən 



çıxarmaq  və  burada  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  hakimiyyətini  bərqərar 

etmək üçün Lən kəran dəstəsi yaradıldı. 

1919-cu  il  avqust  ayının  əvvəllərində  Lənkəran  dəstəsi  artıq  for-

malaşdırılmış,  onun  hərəkət  etməsi  üçün  müəyyən  hazırlıq  işləri  görülmüşdü. 

Bununla  bağlı  avqustun  4-də  hərbi  nazirin  imzalad ığı  müvafiq  əmrlə  dəstənin 

ko mandanlığı Ümu mi Qə rargahın rə isi general-mayor  Həbib bəy Sə limova həvalə 

olundu və ona göstəriş verild i ki, dəstənin tərkibinə daxil olan h issələrlə Hacıqabul, 

Salyan,  Pokrovsk,  Prişib  və  Lənkəran  marşrutu  ilə  Lən kəran  qəzasına  doğru 

irəliləməli, o rada qayda-qanunu və sakitliyi bərqərar etməlidir

206


Hacıqabulda  toplaşan  Lənkəran  dəstəsi  avqustun  13-də    Lənkarana  doğru 

hərəkətə  başladı

207


.  Qarşısına  qısa  müddətdə  bölgədəki  silahlı  qüvvələri  tərksilah  etmək 

vəzifəsi qoyulmuş dəstə qətiyyətli və çevik fəaliyyəti nəticəsində sentyabr 3-də tapşırılmış 

vəzifəni  müvəffəqiyyətlə  yerinə  yetirdi  və  bölgədəki  rus  qüvvələrini  tərk-silah  etdi

208


Hərbi nazir S.Mehmandarovun Lənkəran dəstəsinin fəaliyyətinin nəticələri ilə bağlı 1919-

cu il 19 sentyabr tarixli  490 saylı əmrinin ikinci bəndində deyilirdi: "Lənkəran şəhərinin 

tutulması,  həmin  rayonda  qayda-qanunun  bərpa  edilməsi  və  Azərbaycan  hökumətinin 

hakimiyyətinin təsdiq edilməsi üçün  mənim tərəfimdən  Lənkərana  Qərargah  rəisi  general-

mayor  Səlimovun  komanda  altında  üç  qoşun  növündən  ibarət  xüsusi  dəstə  təchiz 

edilmiş və göndərilmişdi. 

Hacıqabuldan  Lənkərana və geriyə olan  430 verstlik  məsafəni  çox  güclü  istidə 

bizim gənc ordumuz, xəstələr və arxada qalanlar olmadan, 15 günə qət etmişdir. Bütün yürüş 

ərzində dəstədə qayda-qanun pozulmamış, yerli sakinlərdən heç birinə  kiçik bir  ziyan da 

vurulmamışdır.  Yol boyu şəhər və  kəndlərin əhalisi dəstənin  zabit və əsgərlərinin nəzakətli 

davranışlarını  böyük  minnətdarlıqla  qeyd  edirdilər.  Mən  buna  dəstənin  Lənkərandan 

getməsindən sonra olan şəxsi səfərim zamanı əmin oldum, hamıda əsl hərbi görkəmi və nümu-

nəvi  nizam-intizamı  ilə  güclü  təəssürat  yaradan  dəstə  zəngin  hərbi  qənimətlə  Lənkəran 

qəzasını və Muğanı əzizimiz Azərbaycanın ağuşuna qaytardı, zülmdən və anarxiyadan əziyyət 



 

 

333 



çəkən  əhalini  sakitləşdirdi  və  əmin-amanlığı  təmin  etdi.  Bütün  bunlar  bir  damla  qan 

tökülmədən həyata keçirildi. 

Azərbaycan Ordusunun birinci hərbi yürüşündə özlərini qoçaq və şərəfli döyüşçü 

kimi göstərmiş gənc əsgərlərə ürəkdən "sag ol" deyirəm"

209



Hərbi yürüş əməliyyatları başa çatdıqdan sonra bölgədə sabitliyin qorunrnası və 



Azərbaycanın  ərazi  bütövlüyünə  qarşı  çıxa  b iləcək  qüvvələrə  lazımi  müqavimət 

göstərilməsi  üçün  Lənkəranda  ehtiyyat  piyada  taboru  təşkil  edildi.  Ağqvardiyaçı 

qüvvələrdən və rus əhalisindən müsadirə edilmiş yüngül silahlar da kapitan S.Rəfibəyovun 

komandir təyin olunduğu həmin tabora təhvil verildi. 

Azərbaycan hökuməti  regiondakı  mübahisəli sərhəd  məsələlərini siyasi yollarla 

həll  etmək  niyyəti  ilə  hələ  1918-ci  ilin  iyun  ayında  qonşu  (tərəflərə,  o  cü mlədən 

Ermənistana danışıqlara başlamağı təklif etdi. Azərbaycan Milli Şurası müstəqilliyini elan 

etmiş qonşu dövlətə yardım məqsədi və gələcəkdə onunla vahid Qafqaz Konfederasiyasına 

daxil  olmaq  istəyi  ilə  1918-ci  il  mayın  29-da  İrəvan  şəhərini  Ermənistan  Respublikasının 

paytaxtı  kimi  tanıdı

210

.  Lakin  bu  xeyirxah  addım  iki  dövlət  arasındakı  münasibətlərin 



kəskinləşib  hərbi  münaqişəyə  çevrilməsinin  qarşısını  ala  bilmədi.  Çünki  bu  dövrdə 

Qafqazda  yaranmış  vəziyyəti  və  beynəlxalq  şəraiti  "Böyük  Ermənistan"  ideyasının 

reallaşdırılması  üçün  əlverişli  sayan  ermənilər  Azərbaycana  qarşı  ərazi  iddiaları  irəli 

sürərək, onun Naxçıvan, Qarabağ və Zəngəzur mahallarında etnik təmizləmə siyasəti həyata 

keçirməyə başladılar. Bunun nəticəsində Azərbaycanın bir sıra bölgəsində, xüsusilə həmin 

mahallarda  yaşayan  dinc  əhali  Andronik,  Dro  və  Njdenin  quldur  dəstələri  tərəfindən 

məqsədyönlü soyqırıma məruz qalmışdı. 

1918-ci ilin ortalarından etibarən Zəngəzur qəzasında erməni silahlı dəstələrinin 

azərbaycanlı  əhaliyə  qarşı  həyata  keçirdiyi  soyqırım  genişlənməkdə  davam  edirdi.  Vəhşi 

əməlləri heç bir çərçivəyə sığmayan Andronikin dəstələri qəzanın azərbaycanlılardan təmiz-

lənməsi və bu ərazilərin Ermənistana birləşdirilməsi üçün heç bir cinayətdən çəkinmirdilər. 

Yerli  dinc  əhalinin  özünümüdafiə  imkanlarına  malik  olmaması,  havalar  soyuduqca 

Azərbaycanın  mərkəzi  zonası  ilə  əlaqələrin çətinləşməsi  erməni-daşnak silahlı dəstələrinin 

qarşılarına  qoyduqları  niyyətlərin  həyata  keçirilməsini  daha  da  asanlaşdırırdı.  1918-ci  ilin 

payızında  Zəngəzurda  52  kənd  məhv  edilmişdi.  32  kənddə  495  ev  yandırılmış,  492  ev 

dağıdılmış, 2254 azərbaycanlı öldürülmüş, 304 nəfər azərbaycanlı isə diri-diri yandırılmışdı

211



1918-ci  ilin  noyabr-dekabr  aylarında  Türkiyə  qoşunlarının  Azərbaycan 



ərazisini tərk etməsi Zəngəzurda və Qarabağda erməni təcavüzünün yeni bir faciəli dövrünün 

başlanmasına səbəb oldu. Azərbaycanlılara qarşı həyata keçirilən qırğınlar xeyli genişləndi. 

Həmin il dekabr ayının 2-də Gülyataq erməniləri böyük bir silahlı dəstə ilə Sırxavənd kəndi 

üzərinə hücum  etdi.  Bütün gücü  ilə  müdafiə olunan azərbaycanlılar  1 erməni öldürüb,  6 

ermənini yaralasalar da, aparılan yüzlərlə mal-qaranı geri qaytara bilmədilər

212


Müxtəlif xarici siyasi himayədarlığa can atan Andronik hərbi-maliyyə əlaqələri 

yaratmaq  məqsədilə  1919-ci  ilin  yayında  bir  tərəfdən,  S.  Şaumyan  vasitəsilə  Sovet 

Rusiyasına yaxınlaşmağa, digər tərəfdən tərəfdən isə ermənilərin katolikosunun araçılığı ilə 

ingilislərlə  ittifaq yaratmağa çalışırdı

213


.  Daşnakların  1918-ci  ilin  martında  Tiflisdə keçirilən 


 

 

334 



müşavirəsində onlara "...Bizim yeganə dostumuz Rus iyadır... Rusiyanın qapılarını üzümüzə 

bağlamayın"

214

 - deyən Andronik 1918-ci ilin yayında Na xçıvanı Sovet Rusiyasının ayrılmaz 



hissəsi elan etmişdi. O, burada Sovet hakimiyyətinin qurulduğunu bildirmiş, iyunun 4-də isə 

S.Şaumyana  xüsusi teleqram göndərərək dəstəsi  ilə birlikdə  Rusiya  mərkəzi hökumətinin 

sərəncamına  keçməyə və "Bakı  Kommunası"na yardım göstərməyə hazır olduğunu  xəbər 

vermişdi


215

. Həmin teleqram barədə Leninə məlumat verən Şaumyan Andronikə cavabında 

yazırdı: "Culfa,  Xalq rəhbəri Andronikə. Sizin  577  №-li teleqramınızı aldım.  Tam  mətnini 

Moskvaya-Mərkəzi  höku mətə  xəbər  verdim.  Öz  tərəfimdən  Sizin  şəxsin  əsl  xa lq 

qəhrəmanın ı salamlayıram"

216


"İzvestiya" və digər Moskva qəzetləri Andronikin Sovetləre meylini alqışlayaraq, 

onun Naxçıvana dair mövqeyini və yürütdüyü siyasəti "Sovet Rusiyasının böyük qələbəsi" 

kimi  qiymətləndirirdilər.  Andronikin  Sovet  Rusiyasına  istiqamətlənməsi  və  "Bakı  Kom-

munası"nı  müdafiə  etməsini  daşnak  liderlərindən  A.Camalyan  1918-ci  il  avqustun  16-da 

alman  hərbi  missiyasının  başçısı  general  fon  Kresslə  görüşündə  təsdiqləmişdi:  onun 

fikrincə, Andronik Zəngəzurdan Qarabağa keçmək, türklərə arxadan zərbə endirmək və Ba-

kıya yol açmaq istəyirdi

217



Andronikin  Biçeraxov  və  Denikinlə  əlaqələri  var  idi.  O,  bir  sıra  dövlətlərdən 



hərbi-siyasi və maliyyə yardımı alırdı

218


Andronik  Azərbaycan  torpaqlarında  soyqırım  siyasəti  yeridərkən  Ermənistan 

rəhbəriiyi  ilə  sıx  əlaqələrə  malik  olmuş  və  hətta  xaricə  qaçdıqdan  sonra  belə  bir  sıra 

məclislərdə, o cümlədən də Paris sülh konfransında daşnakları təmsil etməyə çalışmışdı

219



Ermənistan silahlı  qüvvələrinin,  ilk  növbədə  isə Andronikin quldur  dəstəsinin 



Naxçıvan və Zəngəzurdakı qəsbkarlığının genişləndiyi bir vaxtda Qarabağın dağlıq hissəsi 

problemi meydana atıldı. Belə ki, Ermənistanın hiyləgər siyasi təbliğatı və güclü hərbi yar-

dımı  nəticəsində  Qarabağın  dağlıq  hissəsində  kök  salmış  ermənilər  1918-ci  ilin  iyul  və 

sentyabr  aylarında  keçirdikləri  qurultaylarda  bu  mahalın  müstəqilliyini  elan  etdilər

220



Bunun  ardınca  isə  1918-ci  ilin  payızında  Zəngəzurun  bir  hissəsində  möhkəmlənən 



Andronik  burada  bir  növ  erməni  "qubernatorluğu"  təşkil  edərək,  Gorusu  onun 

"mərkəzi"nə  çevirdi,  sonra  da  paytaxtı  "Şuşa  olacaq"  "Kiçik  Ermənistan"  dövlətini 

yaratmağa  çalışdı

221


.  1918-ci  ilin  sentyabrında  Türkiyənin  hərbi  siyasi  yardımı  vasi-

təsilə  Bakıdakı  hərc-mərcliyə  son  qoyan  Azərbaycan  rəhbərliyi  dövlətin  ərazi 

bütövlüyünə edilən qəsdlərə qarşı dövlət müstəqilliyinın saxlanması və  möhkəmləndirilməsi, 

ölkənin ərazi bütövlüyünün təmin olunması məqsədilə bir sıra hərbi-siyasi və iqtisadi-maliyyə 

tədbirləri həyata keçirməli oldu. Mudros müqaviləsinə əsasən, Türkiyə qoşun hissələrinin 

Azərbaycandan, o cümlədən də Naxçıvan, Qarabağ, Zəngəzur mahallarından çıxması ilə 

Azərbaycanın bütövlüyü və onun əhalisinin taleyi yenidən təhlükə qarşıs ında qaldı. Çünki 

Türkiyə silahlı  qüvvələri bölgəni  tərk etdiyi  zaman azərbaycanlı  əhali özünü və torpağını 

qorumaq üçün hələlik qüvvətli dövlət qurumlarına, nizami hərbi hissələrə malik deyildi. Re-

gionda  əcnəbi  müttəfiqlərin,  xüsusən  ingilislərin  ikili  siyasət  yürütdükləri  bir  şəraitdə 

separatçı  ermənilər  fəallaşmışdılar.  Buna  görə  də  istər  Azərbaycan  hökuməti,  istərsə  də 

Naxçıvan,  Qarabağ və Zəngəzur bölgələrindəki  milli-vətənpərvər siyasi qüvvələr tanın-




 

 

335 



mış, nüfuzlu şəxslər tərəfindən Azərbaycanın  ərazi bütövlüyünün  müdafiəsi  istiqamətində 

məhəlli səciyyə daşısa da, yaranmış şəraitlə uzlaşan, müəyyən əhəmiyyət kəsb edən tədbirlər 

görürdü, bu baxımdan Naxçıvan bölgəsində yaradılan Araz-Türk Respublikasının mühüm 

əhəmiyyəti var idi. Azərbaycan XİN-in respublika Nazirlər Şurasının sədrinə 1919-cu il 17 

iyun,  Azərbaycan  Cümhuriyyəti  siyasət  idarəsi  başçısının  müttəfiq  qoşunlarının 

komandanına 1919-cu il 8 yanvar tarixli məktubları və s. sənədlərdən göründüyü kimi, bu 

respublika 1918-ci ilin noyabrında yaranmış və təxminən 1919-cu ilin martınadək fəaliyyət 

göstərmişdi

222

.  Onun  ərazisi  Naxçıvan,  Şərur-Dərələyəz  və  Ordubad  qəzalarını,  habelə 



Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri və s. bölgələri əhatə etmiş, mərkəzi isə 

Naxçıvan şəhəri olmuşdu

223



Araz-Türk  Respublikası  Azərbaycan  Xalq  Cümhuriyyəti  ilə  sıx  əlaqələr 



yaratmağa çalışmış, onunla birləşmək üçün yollar aramışdı. Azərbaycan Xalq Cümhuriyyəti 

tərəfindən  də  müəyyən  qarşılıqlı  tədbirlər  görülmüşdü.  Belə  ki,  Azərbaycan  parlamenti 

yaradılarkən  Naxçıvan  bölgəsi  -  Araz-Türk  Respublikası  ilə  bağlı  məsələlə  nəzərə 

alınmışdı.  "Azərbaycan  parlamentinin  yaradılması  haqqında  qanun"da  yazılırdı  ki, 

Azərbaycanın  ərazisini...  İrəvan  quberniyasının  bəzi  hissələri  (burada  Naxçıvan  bölgəsi  də 

nəzərdə tutulurdu. -Red.)




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin