Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə48/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   44   45   46   47   48   49   50   51   ...   72
224 

 təşkil edir. Parlamentə Zəngəzurdan iki və İrəvan quberniyasının 

azərbaycanlılar yaşadığı hissəsində  (Naxçıvan,  Şərur,  Ordubaddan söhbət gedir.- Red.) üç 

nəfər  millət  vəkili  seçilməli  idi

225


.  Amma  Araz-Türk  Respublikası aşağıdakı səbəblərə 

görə  tezliklə  süquta  uğradı:  ermənilərin  güclü  hərbi  və  siyasi-diplomatik  təzyiqi;  ingi-

lislərin  Azərbaycan  tərəfi  dəstəkləməməsi  və  ermənipərəst  mövqe  tutması;  Azərbaycan 

Xalq Cümhuriyyətinin bölgələri və oradakı dövlət quruluşu ilə kifayət qədər əlaqələrin 

yaradılmaması, ona yetərincə hərbi-siyasi yardım göstərə bilməməsi və s. 

Araz-Türk  Respublikasının  əhəmiyyətinə  və  onun  qısamüddətli  fəaliyyətinin 

nəticələrinə gəldikdə isə o, Azərbaycan üçün çox gərgin bir dövrdə bölgənin azərbaycanlı 

əhalisinin  qüvvələrinin  düşmənlərə  qarşı  birgə  mübarizə  aparılması  məqsədilə 

birləşdirilməsində  müəyyən  rol  oynadı  və  ən  başlıcası  isə  mahalın  ermənilərin  əlinə 

keçməsinə  imkan  verməməklə onun toxunulmazlığını qorudu, bununla  da  Azərbaycanın 

ərazi bütövlüyü təmin edildi. 

Birinci  dünya  müharibəsi  başa  çatdıqdan  sonra  Qafqazda,  o  cümlədən  də 

Azərbaycanda  möhkəmlənmək sahəsində təşəbbüsü ələ  alan  ingilislər öz  məqsədlərinə 

çatmaq üçün  ermənilərdən  də  istifadə  etməyə başladılar.  Öz  növbəsində  lord  Kerzonun 

"...əlahəzrət  hökumətinin  başlıca  məqsədi  ermənilərin  azad  edilməsidir"  -  fikrindən

226


 

ruhlanan ermənilər də ingilislərin siyasətindən faydalanmağa çalışırdılar. Qarşılıqlı mənafe və 

maraqların üst-üstə düşdüyü bir şəraitdə - 1919-cu ilin yanvarında Naxçıvan mahalına çox 

az sayda ingilis  hərbi  qüvvələri  gətirildi.  Bununla  eyni vaxtda  isə  Ermənistanın qoşun 

hissələri Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrinə qarşı təcavüzü daha da genişləndirdilər. 

Bu  dövrdə  Şərurda  erməni nizami  qoşunları üzərində  mühüm  qələbə qazanılsa da  (yerli 

sakin Məşədi Ələsgərin başçılıq etdiyi silahlı qüvvələr erməni əsgərlərinə divan tutmuşdu 

və onlar  15  gün  meyitlərin və yaralıların yığışdırılması  ilə  məşğul olmuşdular), bölgədə 

vəziyyət gərginləşməkdə idi. 



 

 

336 



Belə bir şəraitdə ingilislər Naxçıvan mahalını müvəqqəti bitərəf zona elan edərək, 

burada  general-qubernatorluq  yaratdıqlarını  bildirdilər.  Ermənilər  üzərindəki  Şərur 

qələbəsindən  sonra  Naxçıvan  mahalında  yeni  diktatura  hökumətinin  yaradıldığı  elan 

olunmuşdu. Bu hökumət isə mövcud gərgin vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyəti ilə 

geniş əlaqələrin qeyri-mü mkünlüyü və s. səbəblərə İranla birbaşa münasibətlər yaratmağa 

cəhdlər  göstərmişdi.  Yeni  hökumətin  başçısı  Cəfərqulu  xanın  Naxçıvan-Şərur  dairəsinin 

ingilis- general-qubernatoruna yolladığı 1919-cu il 26 fevral tarixli məktubdan da göründüyü 

kimi, İranla yaxınlaşmaq cəhdləri osmanlı ordularının getməsindən sonra bölgə üçün 

ermənilər tərəfindən yaradıdılan təhlükədən və onun Azərbaycandan təcrid olunmasından 

irəli  gəlmişdi

227

.  Məktubda  həmçinin  ingilis  general-qubernatorundan  mahalın  bir  hissəsi 



olduğu  ana  torpaqla  -  Azərbaycanla  birləşdirilməsi  üçün  şərait  yaradılması  xahiş 

olunurdu. 

İngilislərin  Naxçıvanda  qaldıqları  müddət  ərzində Azərbaycan  rəhbərlərliyi bu 

ərazi üzərində öz suveren hüquqlarını müdafiə edirdi. Dövlətin təhlükəsizliyinin təminatına 

yardım göstərmək və bölgə əhalisinə qarşı ermənilərin törətdikləri vəhşiliklərin qarşısını almaq, 

mahalı  Şimali  Azərbaycanın  digər  torpaqları  ilə  birləşdirmək  sahəsində  hökumət 

müəyyən tədbirlər həyatda keçirirdi. Azərbaycan parlamentinin 1919-cu il yanvarın 8-i və 

25-də olan  iclaslarında  Naxçıvan bölgəsi və ümumiyyətlə,  keçmiş  İrəvan  quberniyasının 

azərbaycanlı əhalisinin vəziyyəti ilə bağlı məsələlər müzakirə edildi

228


. Yanvarın 25-dəki iclasda 

xüsusi bəyanatla çıxış edən M.Ə.Rəsulzadə .Ermənistan hökumətinin  Naxçıvan və digər 

qəzaların azərbaycanlı əhalisinə düşmən münasibət bəsləməsinə qarşı çıxaraq qəti tədbirlər 

görməyə çağırdı. 

Keçmiş İrəvan quberniyası türk-müsəlman əhalisinin vəziyyətin in  öyrənilməsi, 

ermənilərin onlara qarşı törətdikləri vəhşiliklərin qarşısının alınması, Azərbaycanın cənub-

qərb bölgələrinin ərazi toxunulmazlığının təmin olunması  istiqamətində  müəyyən  tədbirlər 

görüldü.  Azərbaycan  Cümhuriyyətinin  Ermənistanda  açılmış diplomatik  nümayəndəliyi bu 

işlərdə çox mühüm rol oynadı. Azərbaycan parlamentininın üzvü Məhəmməd xan Təkinski 

1919-cu il yanvarın 29-da İrəvana səfir təyin edilmişdi

229



Azərbaycan hökuməti ilə Naxçıvan bölgəsi arasında əlaqələrin yarıdılması və 



inkişafında,  mahalın  azərbaycanlı  əhalisinin  problemlərinin  həllində  keçmiş  İrəvan 

quberniyasından olan ictimai  xadimlərin,  ziyalıların və onların yaratdıqları  mü xtəlif 

təşkilatların səyləri də mühüm rol oynamışdı. Həmyerlilər cəmiyyəti idarə heyətinin 

üzvü  Mirabbas  Mirbağırovun  bölgədəki  siyasi  vəziyyəti  öyrənmək,  ingilislərin 

buradakı  siyasətlərinin  məqsədini  aydınlaşdırmaq  məqsədilə  1919-cu  ilin  yanvar-

fevral  aylarında  Naxçıvana səfəri  və  onun  yekunları  barədə  məruzəsi

230

 Azərbaycan 



hökuməti  ilə  mahalın  azərbaycanlı  əhalisi  arasında  əməli  əlaqələrin  yaradılması 

yolunda atılmış birinci ciddi addım hesab oluna bilər.  

Azərbaycan  hökumətinin  öz  dövlət  ərazisi  Naxçıvan  bölgəsində  suveren 

hüquqların ı  həyata  keçirməsi,  mahalın  idarə  olun masında  onun  iştirakının   təmin 

edilməsi  zə ruri  məsələ  idi.  Bu  zərurət  müsəlman  əhalisin in  proble mlərinin  çev ik 

həllini,  burada  xüsusi  general-qubernatorluğun  təşkilin i    şərtləndirird i.    Cənub-




 

 

337 



Qərbi A zərbaycanın (Naxçıvanın) Müvəqqəti hökumətinin  işlər  müd iri Behbudxan 

Naxçıvanski  1919-cu  il  fevralın  sonlarında  Bakıda  olduğu  zaman  öz  missiyasının 

məqsədlərini açıqlayaraq belə bir vacib  məsələyə to xun muşdu ki,  Naxçıvan,  Şərur 

və  Ordubad  qəzaları  A zərbaycan  torpaqları  o lduqlarından  Müvəqqəti  hökumət 

həmin  ərazilərin   "Cənub-Qərb i  A zərbaycan"    adı    altında  A zərbaycan  Xalq 

Cü mhuriyyəti  ilə  birləşməsi  üçün  onun  rəhbərliyinə,  ingilis  ko man danlığ ına 

müraciət etmək qərarına gəlmiş və onların razılığ ını almışdı

231


Azərbaycan hökuməti özünün 1919-cu il 28 fevral tarixli qərarı ilə Naxçıvan 

general-qubernatorluğunu  (arxiv  sənədlərində  " Cənub -Qərbi  Azərbaycan  general-

qubernatorluğu",  habelə  "Naxçıvan,  Ordubad,  Şərur-Dərələyəz  və  Vedibasar 

rayonlarının  müvəqqəti  general-qubernatorluğu"  adlanır)  yaratdı

232


.  Həmin  qərara 

əsasən  də  Bəhram  xan  Naxçıvanski  general-qubernator,  Kərim  xan  İrəvanski  və 

Hacı  Mehdi  Bağırov  isə  onun  köməkçiləri  təyin  olundular,  həmçinin  yerli 

hakimiyyətin  təşkili  və  qoşun  hissələrinin  sa xlan ması  üçün  DİN-in  20  milyon 

manatlıq fondundan 500 min manat pul ayrıldı

233


. General qubernatorluğun nəzdində 7 

nəfərdən ibarət Şura formalaşdırıld ı. 

Daha sonra respublika hökumətinin 1919-cu il 3 mart tarixli qərarına müvafiq 

surətdə bölgədə  nə  qədər  silahlı  qüvvənin  olmasını,  onun  necə  təşkil  edilməsi  və 

saxlan masını  aydınlaşdırmaq  məqsədilə  general-qubernatorluğa  nümayəndə 

göndərilməsi Hərbi  Nazirliyə tapşırıldı və əlavə olaraq daha 500  min  manat vəsait 

buraxılması  razılaşdırıldı

234


.  Doğrudur,  Naxçıvan general-qubernatorluğu  müəyyən obyektiv 

(bölgənin  Azərbaycan  Cümhuriyyəti  ilə  sıx  əlaqələrin  qurulmasındakı  çətinliklər)  və 

subyektiv  (bölgədəki  siyasi  qüvvələr  və  nüfuzlu  şəxslər  arasındakı  ixtilaflar)  səbəblərə  görə 

geniş və səmərəli fəaliyyət göstərə bilməsə də, hər halda onun yaradılması və tədbirləri 

bölgənin  Azərbaycan  hökuməti  ilə  əlaqələrinin  möhkəmlən məsində  müəyyən  rol 

oynadı. 


Osmanlı qoşunlan getdikdən sonra  Zəngəzur  mahalında da siyasi –hərbi vəziyyət 

xeyli  kəskinləşdi,  yerli  türk-müsəlman  əhalisi  –azərbaycanlılar  yenidən  zorakılıq  və 

məhrumiyyətlərə  məruz  qaldılar.  Müttəfiqlərin  Azərbaycana  gəlişi  ilə  bağlı  fəallaşan 

ermənilər yaranmış şəraiti  özlərinin  ərazi  iddialarının  reallaşması üçün  əlverişli  məqam 

sayaraq müəyyən təxribatlara əl atdılar. 

Ermənistan  hökuməti  tərəfindən  ruhlandırılan,  maliyyələşdirilən  və  təchiz 

olunan  Andronik  və  onun  quldur  dəstəsi  Zəngəzurda  yeni-yeni  özbaşınalıq  və 

vəhşiliklər törədird i. 

Andronikin Zəngəzurdakı "etnik  təmizləmə"  fəaliyyəti  1918-ci  il  noyabrın  ikinci 

yarısında  özünün  yeni,  azərbaycanlı  əhali  üçün  daha  faciəli  mərhələsinə  başladı.  Onun 

quldur  dəstələrinin  1918-ci  il  noyabrın  22-də  Zəngəzur  qəzasının  Mərkəzi  olan  Gorusa 

soxulması, azərbaycanlıların  kəndlərini viran  etməsi,  əhaliyə  divan tutması nəticəsində 

qısa müddətdə burada 30-dan çox azərbaycanlı kəndi dağıdıldı

235


Andronikin  quldur  dəstələrinin  Qarabağda  və  Zəngəzurda  törətdikləri 

özbaşınalıqlar və qanlı hadisələr barədə ayrıca məsələ Azərbaycan parlamentinin 1918-ci il 



 

 

338 



dekabrın 20-də keçirilmiş fövqəladə iclasında müzakirə olundu

236


. Hökumətin gördüyü tədbirlər 

haqqında  F.X.Xoyskinin çıxışı  və onun  müzakirəsindən sonra  parlament Azərbaycanın 

ərazi  bütövlüyünün  qorunması  və  təcavüzə  məruz  qalmış  əhaliyə  mənəvi  və  maddi 

yardımın göstərilməsi istiqamətində aparılan işlərin gücləndirilməsi barədə qərar qəbul etdi. 

Erməni  silahlı  dəstələrinin  azğınlığı  getdikcə  daha  dəhşətli  xarakter  alırdı.  Bu 

özbaşınalıqlara qarşı qətiyyətli mübarizə aparmaq üçün Nazirlər Şurası 15 yanvar 1919-cu il 

tarixli  iclasında Zəngəzur, Şuşa, Cavanşir  və  Cəbrayıl  qəzaları  üzrə  müvəqqəti  general-

qubernatorluq  yaradılmasını  qərara  aldı.  Müvəqqəti  general-qubernatorluğa  fövqəladə 

səlahiyyətlər verilməsi nəzərdə tutulmuşdu

237


Nazirlər  Şurasının  1919-cu  il  15  yanvar  tarixli  iclasında  Xosrov  bəy  Sultanov 

Qarabağın general-qubernatoru vəzifəsinə təsdiq  edildi və  aprelin  3-də onun səlahiyyətləri 

müttəfiq qoşunlar komandanı tərəfindən də tanındı

238



Qarabağ  general-qubernatorluğunun  təşkilinin  zəruriliyi  aşağıdakı  amillərlə 



şərtlənirdi:  1)  rəsmi  İrəvanın  hərtərəfli  dəstəklədiyi    ermənilərinin  separatçılıq 

hərəkətləri və yerli müsəlman əhaliyə qarşı törətdikləri zorakılıqlar; 2) Andronikin silahlı 

quldur dəstələrinin  mahallara soxulmasından sonra burada vəziyyətin daha da ağırlaş ması;  3) 

həmin  qəzaların,  xüsusən  də  Zəngəzurun  Gəncə  qubernatorluğunun  tabeçiliyində 

olmasının çətinlikləri. 

Qarabağ general-qubernatorluğunun yaradılması haqqında Azərbaycan hökumətinin 

qərarı Qarabağda və Zəngəzurda müsəlman əhaliyə qarşı qırğınların genişlənməsinə yeni bir 

təkan verdi. Andronikin quldur dəstəsi isə Zəngəzur istiqamətindən Qarabağın içərilərinə 

doğru  irəliləyərək qarşısına  çıxan  bütün  kəndləri  talan etdi.  O,  Şuşanın  35  kilometrliyinə 

çatmışdı.  1919-cu  il  fevralın  ikinci  yarısında  200  nəfərlik  ingilis  qoşun  bölməsinin  Şuşaya 

gəlməsi

239


 silahlı quldur dəstəsinin irəliləməsinin qabağını aldı

240


1919-cu  ilin aprel ayında  Qarabağ ermənilərinin  5-ci qurultayı çağırıldı.  Burada 

başlıca olaraq erməni Azərbaycan münasibətləri müzakirə olundu. Şovinist-millətçi ünsürlərin 

təsiri və təzyiqi altında qurultay belə bir qərar qəbul etdi  ki, Azərbaycan hökuməti  ilə  əlaqəsi 

olan hər hansı bir dövlət  idarəçiliyi forması qəbul edilə bilməz

241


.  Yəni  qurultay  bir daha 

erməni  qüvvələrinin təcavüzkar  xəttini  təsdiqlədi  və  ermənilərin  Azərbaycan  torpaqlarına 

olan təcavüzkar iddialarından əl çəkməd iyini nümay iş etdirdi. 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin öz ərazisində general-qubernatorluq 

yaratmasını və X.Sultanovu ona başçı təyin etməsini Ermənistan hökuməti genişmiqyaslı 

siyasi-diplomatik  hay-küylə  qarşıladı.  Ermənistan  XİN-nin  beynəlxalq  təşkilatlara  və 

dövrün  sözükeçən  nüfuzlu  dövlətlərinə,  Azərbaycan  rəhbərliyinə  ünvanladığı  çoxsaylı 

teleqram  və  etiraz  notalarında,  daşnak  mətbuatında  ("Vpered",  "Aşxatavor"  və  s.) 

Azərbaycan  hökuməti  "Ararat  Respublikasının  hüquqlarına  qəsd  etməkdə",  qonşu  xalqlar 

arasındakı  rnünasibətləri  pozmaqda  suçlandırılırdı.  Vəziyyətdən  yeganə  ağıllı  çıxış  yolu 

kimi, bölgə ermənilərinə ya hər hansı bir general-qııbernatorsuz yaşamaq imkanı verilməsi, 

ya da heç olmazsa burada müvəqqəti ingilis general-qubernatorluğunun yaradılması məsləhət 

görülürdü

242


Ermənistanın  Azərbaycanın  daxili  idarəçiliyi  işlərinə  kobudcasına  müdaxilə 




 

 

339 



cəhdlərinə qarşı xarici  işlər naziri əvəzi A.Ziyadxanovun  Ermənistan hökumətinə etiraz 

notalarında Azərbaycan  tərəfinin  Qarabağ və Zəngəzura dair  tarixi-etnik  hüquqlarını bir 

daha xatırlatmış, onun daxili işlərinə hər hansı müdaxiləyə yol verilməyəcəyini bildirmişdi. 

Eyni  zamanda  o,  bütün  münaqişələri  sülh  yolu  ilə  həll  etməyə  tərəfdar  çıxdığını  bəyan 

etmişdi. Bölgədə ikili siyasət yürüdən ingilislər əvvəlcə Zəngəzur qəzasının bir hissəsinin 

Ermənistana  verilməsini  bildirsələr  də,  az  sonra  Azərbaycan  hökumətinin  Qarabağ 

general-qubernatorluğu yaratmasını himayə etmişdilər

243


. Bu, erməniləri xeyli çaşdırmış və 

narazı  salmışdı.  Onlar  "müxtəlif  dəlillər"  gətirməklə  və  cürbəcür  tədbirlərlə  Böyük 

Britaniya  hökumətini öz  "tarixi  hüquqları"na  inandırmağa,  cəhdlər göstərmiş,  müəyyən 

şərtlər irəli sürmüşdülər. 

Lakin ingilislər ermənilərin şərtlərini bəzən diplomatik üsulla, bir sıra hallarda 

isə hədə yolu ilə rədd etmişdilər. Şatelvorqun 1919-cu il aprel tarixli bəyanatı ilə X.Sultanovun 

general-qubernator  vəzifəsinə  təyinatını  tanımaqla  ingilislər  Andronikin  silahlı 

dəstəsinin mahallardan çıxarılmasında israr etdilər

244



Ümumiyyətlə, Qarabağ və Zəngəzura dair ingilis siyasəti bütövlükdə ziddiyyətli 



səciyyə daşımışdır. Bunu X.Sultanovun apardığı təhlil və gəldiyi nəticələr də yaxşı açıqlayır. 

İngilislər  vədlərinə  xilaf  çıxaraq,  bölgələrdə  hakimiyyəti  əslində  Azərbaycana  deyil, 

Erməni Milli Şurasına vermiş, hətta ermənilərin Qarabağ və Zəngəzurda möhkəmlənməsinə 

mane olan bir şəxs  kimi  Xosrov bəyi  vəzifəsindən  kənarlaşdırmağa cəhd göstərmiş, bütün 

bunlarla  da  ermənilərin  edə  çoxlu  zorakılıq  hərəkətlərinə  yol  verməsinə,  Azərbaycan 

hökumətini  tanımamasına  şərait  yaratmışdılar.  İyun  ayının  4-də  Qarabağ  general-

qubernatoru Xosrov bəy Sultanovun Şuşa-Yevlax yolunun təhlükəsizliyinin təmin edilməsi 

üçün Şuşa ətrafında və yol boyunca hərbi postlar yaratması erməni millətçilərini daha da 

qəzəbləndirmiş  və  nəticədə  onların  silahlı  bölmələri  Azərbaycan  hərbçilərinin  postları 

üzərinə  hücum  etmişdilər.  Bu  silahlı  basqın  zamanı  4  azərbaycanlı  əsgər  şəhid 

olmuşdu

245


Azərbaycan əsgərlərinə qarşı belə təxribatın həyata keçirilməs kütləvi təcavüzün 

başlanmasına bir işarə oldu.  Ermənilər  Şuşa-Yevlax yolu ilə hərəkət edən Azərbaycan 

köçlərinin üstünə hücum çəkdilər. Köç adamları arasında da ölənlər və yaralananlar oldu. Bu 

hadisələr  böyük  əks-səda  verərək,  bir  sıra  yaşayış  məntəqələrində  silahlı  qarşıdurmaya 

gətirib çıxartdı. Bəzi yerlərdə bu silahlı qarşıdurmanın kütləvi qırğınlara çevrilməməsi üçün 

general-qubernatorun  xahişi  ilə  qoşun  bölmələri  göndərildi.  Lakin  bütün  münaqişə 

məntəqələrinə  hərbi  qüvvələrin  göndərilməsi  mümkün  deyildi.  Çünki  qoşunların 

səpələnməsi  Xankəndi  qarnizonunun  zəifləməsinə  və  ermənilər  tərəfindən  güclü 

hücumlara məruz qalmasına səbəb ola bilərdi

246



Ermənilər  ingilislərin himayəçiliyi  ilə  Naxçıvan  mahalında öz  "idarəçiliklərini" 



yaratmağa cəhd göstərmişdilər. 1919-cu il aprelin 15-dən başlayaraq bölgənin ermənilərin 

"idarəçiliyinə"  keçməsi  ilə  bağlı  xəbərlərin  yayılması  mahalda  həyəcan  yaratdığından 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  İrəvandakı  diplomatik  nümayəndəliyi  rəsmi  Bakı 

qarşısında ermənilərin qanunsuz hərəkətlərinin dəf edilməsi barədə məsələ qaldırmışdı

247

. Bir 


sıra ingilis-erməni birgə hazırlıq tədbirlərindən (general Devinin Naxçıvana səfəri, onun və 


 

 

340 



Dronun imzaladıqları əmr, Ermənistanın baş naziri Q.Xatisyanın bölgəyə gəlişi və s.)

248


 sonra 

1919-cu il mayın ortalarından iyulun axırlarınadək mahalda daşnak "idarəçiliyi" peyda oldu. 

Belə bir şəraitdə mahalın azərbaycanlı əhalisi həm  müxtəlif ünvanlara (Cənubi Qafqazdakı 

Britaniya  qoşunlarının  komandanı  general  Koriyə,  müttəfiq  dövlətlərə,  T.Xatisyana  və 

Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri M.Y.Cəfərova) yazılı etirazlar, Təbrizə 

nümayəndə  heyəti  göndərdi,  həm  də  Ordubadda,  Şahtaxtıda  və  digər  ərazilərdə  erməni 

"idarəçiliyinə" müqavimət göstərdi

249


. Qısa müddətli erməni "idarəçiliyi" zamanı bölgədə 

törədilən özbaşınalıqlar, bir qədər sonra daşnakları  qovmaq üçün yaranan  əlverişli şərait 

(ingilislərin getmələri; Azərbaycan Ordusu zabitlərinin yerli əhalini hərbi cəhətdən təşkil 

etmələri; Ermənistanın öz qərb sərhədlərini möhkəmləndirmək məcburiyyətində qalması; 

Vedibasar  rayonunda  ermənilərin  məğlubiyyəti  və  s.)  əməli  addımlar  atılmasını 

şərtləndirirdi. 

Müəyyən  hərbi-maliyyə  və  siyasi-mənəvi  səciyyəli  hazırlıq  işlərindən  sonra 

1919-cu  il  iyulun  19-25-də  aparılan uğurlu  döyüşlər  erməni  "idarəçiliyi"nin  bölgədən 

qovulması ilə nəticələndi. Mahalda daşnak "ağalığı"na son qoyulduqdan sonra siyasi 

şəraitin  yaxşılaşmasına  müsbət  təsir  göstərən  bir  proses  getdi  erməni  icmaları 

yığıncaqlar keçirərək rəsmi sənədlərlə Azərbaycan hökumətini tanıdılar

250


Azərbaycan hökumətinin Dağlıq Qarabağ ermənilərinə münasibətdə yürütdüyü 

sülhsevər  siyasət  bu  diyarda  mövcud  olan  ümumi  vəziyyətin  tədricən  dinc  məcraya 

yönəlməsində  mühüm  rol  oynadı,  Dağlıq  Qarabağda  Azərbaycan  Xalq  Cümhuriyyəti 

hakimiyyətinin  bərqərar  edilməsi  perspektivinə  yerli  ermənilərdə  müsbət  münasibətin 

formalaşmasına imkan verdi. Hətta danışıqların gedişində Azərbaycan hökuməti erməni 

ruhanilərinin dəstəyini almağa nail ola bildi. Tezliklə Qarabağ ermənilərinin 7-ci qurultayı 

ilə  Azərbaycan  hökuməti  arasında  26  maddədən  ibarət  razılaşma  bağlandı.  Razılaşmada 

göstərilirdi  ki,  məsələnin  sülh  konfransında  qəti  həllinə  qədər  Qarabağın  dağlıq 

hissəsinin,  Şuşa,  Cavanşir  və  Cəbrayıl  qəzalarının  erməni  əhalisi  bu  ərazilərin 

Azərbaycan Xalq Cü mhuriyyəti hüdudları daxilində olduğunu qəbul edir. Razılaşmanın 

5-ci  bəndinə əsasən  Qarabağ general-qubernatorluğu nəzdində  erməni  və  azərbaycanlı 

əhalisini  təmsil  edən  və  hər  tərəfdən  üç  nəfər  olmaqla  Şura  yaradılması  nəzərdə 

tutulurdu.  Ümumiyyətlə,  razılaşmanın  Azərbaycan üçün əhəmiyyəti onda  idi  ki, orada 

Dağlıq Qarabağın erməni əhalisinə yalnız mədəni özünüidarəetmə hüququ verilirdi. 

1919-cu  il  avqustun  19-da  Dağlıq  Qarabağ  ermənilərinin  7-ci  qurultayı 

yekdilliklə Azərbaycan hökuməti ilə bağlanmış razılaşmanın şərtlərin i qəbul etdi

251


Beləliklə  də  Azərbaycanın  ərazi  bütövlüyünün  rəsmən  tanınmasının  təmin 

edilməsi etiraf olunurdu. Bu isə Azərbaycan dövlətinin sülhsevərliyi və demokratikliyinin 

bariz nümunəsi idi. Lakin bununla belə, 1919-cu ilin yazında Paris sülh konfransında Azər-

baycan nümayəndə heyəti  Ermənistan və  İranın "öz tarixi torpaqlarını qaytarmaq" cəhdlərinə 

qarşı ardıcıl  siyasi-diplomatik  mübarizə  aparmaqda  idi. Azərbaycan diplomatiyası  Versalda 

həm ermənilərin, həm də İranın Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdükləri ərazi 

iddialarını dəf etməyə müvəffəq ola bildi. 

İngilislərin  Şimali  Azərbaycandakı  mövqelərinin  zəiflədiyi  zaman  yəni  1919-cu 



 

 

341 



ilin  ikinci  yarısında  fəallaşan ABŞ  hökuməti  məlu m  bölgələr,  xüsusilə  də  Naxçıvan 

bölgəsi  ətrafındakı  erməni-azərbaycanlı  münaqişəsindən  faydalanmağa  çalışdı. 

Naxçıvan  ilə  bağlı  məsələlərdə  əsasən  ermənipərəst  mövqe  tutan  ABŞ  müəyyən 

mülahizələrə (regiona kifayət qədər hərbi qüvvə gətirə bilməməsi,  mahalın azərbaycanlı  

əhalisinin    çox  güclü  müqaviməti.  Azərbaycan  hökumətinin barışmaz  mövqeyi və s.) 

görə,  ikili  siyasət  yürüdürdü.  "Modus  vivende"  yaratmağı  özünün  Cənubi  Qafqaz  

missiyasının başlıca vəzifələrindən biri sayan müttəfiqlərin Ermənistandakı ali komissarı 

polkovnik V.Haskel Zəngəzur və Qarabağı Azərbaycanın tərkib hissələri kimi tanıyaraq, 

ermənilərlə müsəlmanlar arasında normal münasibətlər yaradılması adı altında Naxçıvan və 

Şərur-Dərələyəz  qəzalarının  müvəqqəti  xüsusi  bitərəf  zona  elan  edilməsi  və  burada 

amerikan  general-qubernatorluğu  yaradılması  təklifini  irəli  sürmüşdü

252


.  Lakin  mahalın 

azərbaycanlı  əhalisinin  inadlı  müqaviməti,  Azərbaycan  hökumətinin  hərtərəfli  ciddi 

səyləri  sayəsində  ABŞ-ın  müəyyən  diplomatik  gedişlərlə  Naxçıvan  bölgəsində 

möhkəmlənmək  siyasəti  boşa  çıxdı.  Ermənilərin  amerikanlar  vasitəsilə  Naxçıvana 

yiyələnmək niyyətləri baş tutmadı. 

1919-cu ilin payızında isə Ermənistanın Zəngəzurda növbəti və daha genişmiqyaslı 

döyüş əməliyyatlarına hazırlıq tədbirləri, o cümlədən onların təbliği-ideoloji təminatı (Versal 

konfransına  və  Qərb  dövlətlərinin  Qafqazdakı  nümayəndələrinə  təsir  etmək  cəhdi 

"mübahisəli  məsələlərin   həlli"  məqsədi  ilə  konfrans  keçirmək  təşəbbüsü  və  s.) 

gücləndirildi. 

Genişlənən  erməni  təcavüzünün  qarşısını  almağa  gücü  çatmayan  Azərbaycan 

kəndlərinin  sakinləri  yurdlarını  tərk  etməyə  məcbur  olurdular.  Mövcud  olan  bəzi 

məlumatlara görə,  1919-cu  il  oktyabr ayının  əvvəllərində  Zəngəzurun  110  böyük  türk-

müsəlman  kəndi  məhv  edilmişdi

253

.  Bu  kəndlərin  sakinləri  ya  qırılmış,  ya  da  dədə-baba 



ocaqlannı tərk edərək qaçmağa  məcbur olmuşdular.  Yurdlarını tərk etmək  məcburiyyətində 

qalan əhalinin çoxu Qarabağa pənah gətirirdi

254



Zəngəzur  qəzasından  qaçqın  düşənlərin  sayı  60  minə  çatmışdı.  Rəsmi  İrəvanın 



Zəngəzur  ermənilərini  Azərbaycan  hökumətini  tanımamağa  təhrik  edən  müxtəlif  səpkili 

hərəkətləri,  buradakı  qiyamçı  silahlı  qüvvələri  açıq-aşkar  siyasi-hərbi  cəhətdən 

dəstəkləməsi  Azərbaycan  rəhbərliyini  Qarabağ  general-qubernatorunun  sərəncamına 

verilən  1-ci  alay  diviziyasının  komandiri  general-mayor  C.Şıxlinskinin  komandanlığı 

altında məhdud qoşun kontingentini 1919-cu il oktyabrın sonlarında bölgəyə göndərməyə 

məcbur etdi. 

Azərbaycan hökumətinin bu tədbirini Zəngəzurun daxili işlərinə müdaxilə və dinc 

əhaliyə  qarşı  silahlı  əməliyyat  kimi  qələmə  verən  Ermənistan  Qafqazın  hüdudlarından  da 

kənarda  beynəlxalq  diplomatik  qalmaqal  saldı.  Ermənistanın  Bakıdakı  diplomatik 

nümayəndəsi  olan  .Bekzadyan  Ermənistan  -  Azərbaycan  konfransının  çağırılması    ilə 

əlaqədar  1919-cu  il  oktyabrın   12-13-də N.Yusifbəyli və M.V.Cəfərovla görüşərkən 

ərazi  mübahisələri  ilə  bağlı  məsələlərə  də  toxundu

255

.  Erməni  tərəfinin  konfrans  çağırmaq 



təşəbbüsündə Zəngəzur və Naxçıvana yiyələnmək niyyətini duyan Azərbaycan rəhbərliyi 

artıq İrəvanın və Eçmiədzin qəzasının güzəştə gedildiyini  xatırlatmış, Azərbaycanın 




 

 

342 



digər  əzəli  torpaqların ın  -  Qarabağ,  Naxçıvan  və  Zəngəzurun  ona  mənsubluğu 

barədə söhbətin belə yolverilməz olduğunu qəti bildirmişdi. 

Zəngəzur ekspedisiyası erməni təbliğatının genişlənməsi nəticəsində çox böyük 

rezonans aldığı üçün bu  məsələ  1919-cu  il noyabrın  19-da  Dövlət  Müdafiə  Komitəsində də 

müzakirə  olundu.  Qəbul  edilmiş  qərarda  deyilirdi  ki,  yaranmış  vəziyyəti  nəzərə  alaraq, 

Zəngəzurda  erməni silahlı  qüvvələri  ilə  Azərbaycanın  qoşun  bölmələri  arasında silahlı 

qarşıdurmanın aradan qaldırılması üçün lazımi tədbirlər görülsün

256


1919-cu il noyabrın 23-də Azərbaycan və Ermənistan hökumətlərinin sədrləri 

görüşdülər. ABŞ  nümayəndələrinin  vasitəçiliyi  ilə təşkil  edilmiş bu görüş başlıca olaraq 

ərazi məsələlərinin müzakirəsinə həsr edilmişdi. Azərbaycan və Ermənistan hökumətlərinin 

sədrləri  Tiflisdə  razılaşma  imzaladılar.  Həmin  sənədin  birinci  bəndində  deyilirdi  ki, 

Azərbaycan və Ermənistan davam edən qarşıdurmanı dayandırır və bir daha silah işlətməməyi 

öhdələrinə götürür,  müqavilənin başqa bir maddəsində isə bildirilirdi ki, hər iki respublika 

bütün  məsələləri, o cümlədən sərhəd  məsələlərini sülh  konfransında həll etməyi öhdələrinə 

götürürdülər.  Hər  hansı  bir  məsələ  mübahisə  doğurduqda  üçüncü  tərəf  kimi  ABŞ 

nümayəndəsinin fikri əsas tutulacaq

257



Əslində  bıı  saziş  müvəqqəti  xarakter  daşıyırdı,  çünki  sazişə  görə, 



dövlətlərarası  mübahisəli  məsələlərin  bütün  ko mpleksini  yaln ız  qarşıdakı 

Ermənistan-Azərbaycan  konfransı  həll  edə  bilərd i.  Sazişin  nəticələrinə  gəldikdə  isə 

onlar Azərbaycan tərəfi üçün faydalı olmadı, əksinə onun siyasi və hərbi maraq larına 

xələl  gətird i.  Ermənilərin  səmimi  olmalarına  inanan  və  müttəfiqlərin  müraciətlərini 

əsas  tutan  Azərbaycan  hökuməti  razılaşdırılmış  məsələlərin  həllini  gözləmədən  öz 

qoşun  hissələrini  Zəngəzurdan  çıxartdı

258

.  Saziş  ərəfəsində  və  onun  bağlandığı 



günlərdə belə Zəngəzurda hərbi əməliyyatları davam etdirən  Ermənistan hökuməti 

bu şəraitdən faydalanaraq, dərhal bölgəyə əlavə n izami silahlı qüvvələr yeritdi, ada 

hərbi əməliyyatların yeni və daha irimiqyaslı mərhələsinə başladı

259


1919-cu  il  dekabrın  14-ü  ilə  21-i  arasında  Bakıda  keç irilən  Azərbaycan-

Ermənistan konfransında F.X.Xoyskinin  ilk növbədə  ərazi problemlərini  müzakirə 

etmək  təklifi  və  M.Hacınskinin  sərhəd  mübahisələrini  23  noyabr  sazişinə  uyğun 

olaraq  həll  etməyi  konfransın  əsas  vəzifəsi  sayması  Ermənistan  tərəfindən 

(Arutünyants və Bekzadyan) ərazi mübahisələrinin qəti həlli üçün hələ lazımi şərait 

və  vaxtın  yetişməməsi  mülahizəsi  ilə  qarşılaşdı

260


.  Ümu miyyətlə,  bu  konfransda  iki 

dövlət  arasındakı  gərgin  münasibətlərə  heç  bir  aydınlıq  gətirmədi,  mübahisəli 

sərhəd-ərazi  məsələlərinin,  o  cümlədən  də  Zəngəzur  problemin in  həllində  əməli 

işlərlə nəticələn məd i. 

1920-c i il yanvarın  ikinc i ya rısından etibarən   Ermənistanın Azə rbaycana 

qarşı yeni, daha faciəli bir təcavüzü baş verdi. Müşahidəçilər tamamilə haqlı olaraq 

qeyd  edirdilər  ki,  erməni  təcavüzünün  bu  səhifəsi  1920-ci  il  yanvarın   11-də 

müttəfiq  dövlət  tərəfindən  Gürcüstanla  bərabər,  Azərbaycanın  da  müstəqilliyin in 

de-fakto  tanın ması  ilə   bağlı  idi.  Ermən i  millətçi  dairələ ri  A zərbaycanın 

müstəqilliy ini tanımaq və iddia etdikləri A zərbaycan torpaqlarından  imtina etmək 




 

 

343 



fikri ilə  qətiyyən razılaşmırd ıla r. Dövlət lər arasında sərhəd hələ dəqiqləşdirilməsə 

də,  ermənilər  artıq  bu  məsələn in  büsbütün  onların  xey rinə  həll  ed iləcəy inə  ə min 

deyildilər.  Ona  görə  də  müttəfiq  dövlətlərin  onlara  ərazi  məsələsində  "səxavət" 

göstərəcəklərini  gözləmədən  yenidən  silah  gücünə  öz  niyyətlərinə  çatmağa  cəhd 

edirdilər

261


1920-ci  il  yanvarın  16-da  Dövlət  Müdafiə  Komitəsi  öz  ic lasında 

Zəngəzurda  hərbi  şəraitin  yenidən  mü rəkkəbləş məsini  mü zakirə  etdi.  Burada 

bildirilirdi  ki,  1919-cu  il  noyabrın  23-də  Tiflisdə  imzalanan  ra zılaş madan  sonra 

Azərbaycan  öz  qoşun  hissələrini  Zəngəzurdan  geri  çəksə  də,  Ermənistan  tərəfi 

nizami  qoşun  hissələrini  nəin ki  geri  çağırmadı,  əksinə  onları  möhkəmləndirdi. 

Həmin vaxtdan keçən  müddət ərzində Zəngəzurun daha 40-dək  kəndi talan edilib 

sakinləri qətlə yetirild i

262



Genişlənən erməni təcavüzünün dayandırılması üçün Azərbaycanın Xarici 



İşlər  Nazirliyi  Ermənistan  Xarici  İşlər  Nazirliyinə  etiraz  notasında  qətiyyətli  şəkildə 

Zəngəzurda genişlənməkdə olan talan q ırğın lara son qoyulmasını tələb etdi

263



Azərbaycan  tərəfi  ilə  danışıq lara  g irib  mü xtəlif  razılaş malar  bağlasa  da, 



ayrı-ayrı  dövlətlərin  vasitəçiliy indən  istifadə  etsə  də,  ermən i  millətçiləri  öz 

xislətlərindən  əl  çəkmirdilər  və  məqsədləri  A zərbaycan  tərəfini  sakitləşdirmək, 

onun  diqqətini  yayındırmaq,  yeni  qüvvələr  toplayıb  təcavüzü  daha  da 

genişləndirmək  id i.  Yanvarda  genişlənən  təcavüzlər  də  ermənilərin  bu  ikiü zlü 

siyasətinin davamı idi.  

 

 



 

 

 



 

Zəngəzurda vəziyyət  mürəkkəbləşən kimi Hərbi  Nazirliy in  məsul şəxsləri 

bölgəyə ezam olundular. 

Yanvarın  27-də  general-leytenant  M.Sulkeviç  və  süvari  diviziyasının 

ko mandiri  general-mayor  T.Novruzov  Şuşaya gəldilə r.  Və ziyyətlə  tanış  olduqdan 

sonra M.Sulkeviç bölgədə hərbi texnikanın artırılmasın ı məqsədəuyğun bildi

264



Yanvar ayın ın sonlarında gərgin lik nisbətən səngidi və sakitliklə olundu. 



Bundan faydalanan erməni qüvvələri d iqqəti öz ə mə llərindən yayındırmağa çalışır 

və növbəti təcavüzə hazırlaşırd ılar. Mart ayının əvvəllərində əldə edilmiş kəşfiyyat 

məlu matları da sübut edirdi ki, Qarabağ ərazisində kütləvi üsyan törətmək üçün ciddi 

hazırlıq işləri aparılır

265



1920-c i  ilin  əvvəllərində  Şima li  Qafqa zda  Qızıl  Ordunun  uğurlu  hərbi 



əməliyyatları  Könüllü lər  Ordusunun vəziyyətini  yenidən  xeyli  ağırlaşdırdı.  Həmin 

ilin  mart  ayında  denikinçilərə  ağır  zərbə  vuruldu.  Denikinin  Azərbaycana  qarşı 

təcavüzü baş tutmadı. A zərbaycan Xalq Cü mhuriyyətinin  müstəqilliy inə başqa bir 

təhlükə - Sovet Rusiyası qoşunları yaxın laşmaqda id i. 

Erməni  millətçi  dairələri  bu  vəziyyətdən  istifadə  etdilər.  Martın  19 -da 

erməni silahlıları hücum edərək 2 nəfər azərbaycanlı əsgəri qətlə yetirdilər

266

. Erməni 



qüvvələrinin hücumu  martın  22-də gecə saat  3-də  eyni vaxtda  Şuşa,  Xankəndi,  Əsgəran, 

Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin üzərinə basqınla başladı. 

Ermənilərin  Qarabağda  və  Zəngəzurda  böyük  qüvvələri  cəmləşmişdi.  Ancaq 



 

 

344 



qarşıya qoyulan məqsədə çatmaq üçün onlar bu bölgəyə yeni-yeni qüvvələrin gətirilməsini 

planlaşdırırdılar. Martın ortalarında Dilicandan Zəngəzura 7 min erməni silahlısı gətirilmişdi. 

İrəvan  quberniyasının  Yenibəyazid  qəzasından  Qarabağa  doğru  çoxsaylı  erməni  silahlı 

dəstələri yola düşmüşdü

267

.   


 

 

 



 

 

Qarabağda  ermənilərin  təcavüzü  genişlənən  kimi  yeni  əlavə  qüvvələrin 



göndərilməsi qərara  alındı və Azərbaycan  Ordusunun  bütün  potensialı  səfərbər edildi. 

Erməni  silahlı  qüvvələrinin təcavüzünə qarşı  aparılan  mübarizəyə  rəhbərlik  etmək  üçün 

Baş Qərargahın rəisi general-mayor H.Səlimovun rəhbərliyi altında başqa bir xüsusi qərargah 

da yaradıldı və o, martın 26-da Ağdamda yerləşdi

268



Qarabağdakı qüvvələrin daha da  möhkəmləndirilməsi üçün Hərbi  Nazirlik buraya 



göndərilən qüvvələrin sayının artırılmasını məqsədəuyğun bilirdi. 8-ci Ağdaş piyada alayı 

və Zaqatala alayının 700 nəfərlik Nuxa taboru da Qarabağa yollanmaq əmri aldı. Tezliklə 

həmin qüvvələr Qarabağa gətirildi

269


Martın  26-da  general  H.Səlimov  Ağdama  çatan  kimi  Əsgəran  yolunun 

kəşfiyyatını  apardı.  Əsgəran  ətrafındakı  bütün  yüksəkliklər  erməni  silahlılarının   əlində 

idi. 


Martın  29-da  Azərbaycan  qoşun  hissələrinin  Əsgəran  istiqamətində  hücumu 

başladı. Əsgəranın möhkəmləndirilmiş mövqelərinin tutulması üçün hücum şose yolu boyu 

Xanabadadək aparılmalı idi. Döyüşə partizan dəstələri də cəlb edilmişdi. Onlar 3360 nömrəli 

hündürlük  istiqamətində  hərəkət  etməli  idilər.  Xramort  kəndi  istiqamətində  Parlament 

mühafizə  dəstəsi,  Daşbaşı  kəndi  istiqamətində  isə  Bakı  piyada  alayının  bölmələri 

irəliləməli idi. 

Lakin  ilk  hücum  uğurla nəticələnmədi. Aprelin  2-də Ağdama  Zaqatala  piyada 

alayının,  Şirvan alayının və Tərtər süvari  alayının  hissə və bölmələri gəlib çıxdı.  Bu da 

Ağdam  dəstəsinin  xeyli  möhkəmlənməsinə  imkan  verdi

270


.  Əlavə  nizami  qüvvələrlə 

möhkəmləndirilən  Ağdam  dəstəsi  aprel  ayının  3-də  yenidən  Əsgəran  istiqamətində 

hücuma  başladı.  Erməni  silahlı  qüvvələri  bütün  imkanlarını  səfərbərliyə  alıb  əvvəlki 

hücumda  olduğu  kimi,  Ağdam  dəstəsinin  qarşısını  almağa  çalışsalar  da,  gərgin 

şəraitdə  keçən  döyüş  Azərbaycanın  qoşun  bölmələrinin  böyük  uğuru  ilə 

nəticələndi.  Xey li  təlafat  verən  düşmən  əvvəlcə  Əsgəranı,  sonra  da  Xocalını  tərk 

etməli  bölgədə  strateji  əhəmiyyətə  malik  olan  bu  iki  məntəqə  Ağdam  dəstəsi 

tərəfindən azad edildi

271



Uğurlu yürüşə başlayan Azərbaycan qüvvələri aprel ayın ın  5-də Ağdama 



daxil oldula r

272


Aprelin  9-dan  12-dək  Şuşa  yaxınlığındakı  Keşişkənd  ətrafında  da  gərgin 

döyüşlər baş verdi. Bu döyüşlərdə Qarabağdakı erməni qüvvələrin in ən mühü m və 

çox ciddi möhkəmləndirilmiş bazası məhv edildi

273



Martın  22-dən  başlayaraq  davam  edən  döyüşlər  qoşun  bölmələrini 



yormaqla bərabər, onlara müəyyən maddi və canlı itkilər də  verilmişdi. Döyüşlərin 

davam  etdirilməsi  bu  itkilərin  bərpa  olunmasın ı  tələb  edird i.  Keşişkənd  ətrafında 

erməni  qüvvələri  güclü   zərbə  olsalar  da,  tamamilə  məhv  edilməmişdilər.  Xırda 



 

 

345 



qruplarda birləşərək onlar Azərbaycan mövqeləri üzərinə öz hücumlarını davam etdi-

rirdilər.  Belə  hücu mların   qarşısının  qətiyyətlə  alın ması  üçün  qoşun  bölmələrin in 

hərtərəfli təmin və təchiz edilməsi günün zəruri məsələsinə çevrilirdi. 

Ancaq  Hərbi  Nazirliy in  rəhbərliyi  Qarabağa  nəinki  canlı  qüvvə 

göndərmək  imkanına  malik  deyildi,  əksinə,  Qızıl  Ordunun  şimal  sərhədlərinə 

yaxınlaşması  ilə  buranın  möhkəmləndirilməsi  üçün  Qarabağdan  qüvvə 

gətirilməsinin   mü mkünlüyünü  öyrənirdi.  Aprelin  16-da  hərb i  nazirə  göndərdiyi 

teleqra mında  general  H.  Səlimov  bildirirdi  ki,  Şuşa  və  Xan kəndi  ətrafında  xırda 

dəstələrdə  birləşmi  ermən i  silahlıla rı  sakit ləşmə k  b ilmirlə r.  Be lə  və ziyyətdə 

Qarabağdakı qüvvələrin  zəifləd ilməsi arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi. 

General  H.Səlimov teleqramında daha sonra yazırdı: "Siyasi vəziyyət, şübhəsiz ki, 

Sizin  üçün  daha  aydındır.  Ancaq  cəsarət  edərək  öz  fikrimi  b ildirirəm  ki,  b iz  iki 

cəbhədə müharibə apara bilmərik və belə mübarizənin nəticələri bizim üçün çox pis 

ola  bilər.  Qəti  hücııma  keçmək  üçün  əlavə  kö məy in  göndərilməsin i  xahiş  etmək 

istərdim.  Cəbrayıl  dəstəsini  möhkəmləndirmək  üçün  mənim  indi  heç  nəyim 

yoxdur"


274

Bolşevik  qoşunları  Azərbaycanın  şimal  sərhədlərinə  yaxın laş dıqca, 



erməni  silahlı  dəstələrinin  fəallığı  da  artırdı.  Gen iş  cəbhədə  Azərbaycan  qoşun 

bölmələrinin   təzy iqinə  davam  gətirməyən  erməni  silahlıları  ailələrini  Zəngəzura 

köçürüb kiçik dəstələrlə Azərbaycan kəndlərinə hücum ed irdilər. 

Daha  çox  narahatçılıq  və  təşviş  doğuran  Cəbrayıl  istiqamətində  müdafiə 

qüvvələrinin  möhkəmləndirilməsi  üçün  döyüşçülərinin  sayı  ən  azı  min  nəfərə  çatan  2 

piyada  taborunun  göndərilməsi  tələb  olunurdu.  Canlı  qüvvəyə  olan  ehtiyacın  aradan 

qaldırılması üçün H.Səlimov aprelin ikinci yarısında Şuşa qəzasında səfərbərliyin keçirilməsi 

barədə  əmr  verdi..  Bu  əmrə  əsasən,  30  yaşınadək  olan  yerli  əhali  hərbi  xid mətə  cəlb 

olunurdu

275


Azərbaycanın  müdafiə  qüvvələrinin  Qarabağda  sayca  azalmasından  erməni 

silahlı  dəstələri  hər  vasitə  ilə  istifadə  etməyə  çalışırdılar.  Keşişkənd  döyüşündən  sonra 

Ağdam  dəstəsinin  fəaliyyəti  də  əsasən  müxtəlif  məntəqələrdə  fəallaşan  erməni  silahlı 

dəstələrinin  susdurulması  ilə  bağlı  idi.  Aprelin  18-dən  19-na  keçən  gecə  erməni  silahlı 

dəstəsi Qaybalı kəndinə daxil olaraq onun bir hissəsini yandırdılar

276



Aprelin 24-də səhər tezdən 60 nəfərlik erməni silahlı dəstəsi Şuşikəndin şimal-



qərbindəki yüksəkliklərdə yerləşən çöl qarovul postlarına hücum etdi. Tezliklə bu hücum 

dəf edildi. Elə həmin gün erməni silahlıları Kətik kəndi yaxınlığındakı yüksəkliklərdə olan 

mövqelərə də  hücum  etdilər.  Burada da onlar  Azərbaycan döyüş çülərin in  müdafiəsini 

poza bilmədilər

277



Qarabağdakı uğurlu döyüşlərdən sonra Azərbaycan qoşunlan qarşısında  Zəngəzur 



istiqamətində hərbi əməliyyatlar keçirmək vəzifəsi qoyuldu. Aprelin 27-də Hərbi Nazirliyə 

göndərdiyi teleqramda H.Səlimov  bildirdi  ki, onun dəstəsində qalan qüvvə yalnız  Şuşa-

Ağdam yolunu qorumağa çatır.  Həmin gün  Bakıya göndərdiyi digər bir  teleqramında  isə 

general  H.Səlimov  çətin  vəziyyətdə  olduğunu  xatırladıb  soruşurdu  ki,  ixtiyarında  olan 




 

 

346 



qüvvə ilə Zəngəzura doğru hərəkət etsin, ya yox? 1919-cu il noyabrın 23-dək Zəngəzurda 

mövcud  olan  vəziyyətin  bərpası  üçün  orada  əməliyyat  keçirilməs inin  və  ya  yalnız 

sərhədlərin  qorunmasının  məqsədəuyğunluğu  barədə  H.Səlimov  ona  dəqiq  göstəriş 

verilməsini xahiş edirdi

278



Ümumiyyətlə, 1920-ci il aprelin sonunadək Azərbaycan Ordusu regiondakı 1919-



cu il noyabrın 23-nə olan vəziyyəti bərpa edərək ölkəsinin  ərazi bütövlüyünü qorudu və 

bununla da öz vəzifəsini şırəflə yerinə yetirdi. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  mövcudluğu  zamanı  onun  ərazisi 

113895,97  kv.km  idi.  Onun  9729767  kv.km  mübahisəsiz,  16.598,30  km

2

-i  mübahisəli 



zonaları əhatə edirdi

279


Hərbi  münaqişə  Azərbaycan  hökumətini  əsas  ordu  qüvvələrini  respublikanın 

qərb sərhədlərində yerləşdirməyə vadar etdi ki, bu da sərhədlərinin xeyli zəifləməsinə gətirib 

çıxartdı. Qarabağda qiyam Ermənistan hökuməti tərəfindən təşkil edilmiş məkrli planını 

Sovet komandanlığı rəsmi İrəvanla birgə hazırlamışdı və Azərbaycana hücum edən XI Qızıl 

Ordunun əməliyyatını asanlaşdırmaq məqsədini güdürdü. Lakin bunun fərziyyə deyil, fakt 

olması sonralar Ermənistan hökumətinin 1920-ci ilin iyununda Moskvaya Millətlərin işi üzrə 

Komissarlığa və RK(b)P  təqdim etdiyi məktubunda təsdiq edilmişdir

280



Azərbaycanın sovetləşdirilməsi işində ermənilərin rolu Ermənistan hökuməti və 



Qarabağ İnqilab Komitəsi XI Qızıl Ordu ilə bilavasitə əlaqələrin yaradılmasından ibarət olmalı 

idi. İkitərəfli razılığa əsasən Azərbaycan hərbi qüvvələrinin böyük bir hissəsini Qarabağa 

cəlb  etmək  və  rus  qoşunlarının  Bakıya  hücumunu  yüngülləşdirmək  məqsədilə  Novruzun 

birinci günü Qarabağda üsyan qaldırmaq qərarlaşdırılmışdı. 

Azərbaycanın  XI  Qızıl  Ordu  tərəfindən  istilası  və  kommunistlərin hakimiyyəti 

ələ keçirməsi ölkənin ərazi bütövlüyünün tam təmin edilməsini başa çatdırmağa imkan vermədi. 

Aprelin  28-də  Hərbi  Nazirliyin  rəhbərliyi  qoşun  hissələrinə  komandanlığı  hakimiyyətə 

gəlmiş Sovet orqanlarına təhvil verdi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

347 



 

 

 



VIII FƏSİL 


Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin