AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ
SİYASƏTİ
Müstəqilliyini elan etmiş gənc Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasət
məsələlərinə xüsusi diqqət yetirirdi. İstiqlaliyyətin qorunub saxlanması daxildən daha çox,
xarici amillərlə də bağlı idi. Dünya müharibəsinin getdiyi mürəkkəb beynəlxalq şəraitdə -
iştirakçı ölkələrin Qafqaz və onun zəngin guşələrindən olan Azərbaycan uğrunda hərbi
əməliyyatların genişləndiyi dövrdə Azərbaycanın dövlət müstəqilliyinin qorunması onun
uğrunda mübarizələrdə yetişmiş siyasətçilərdən və dövlət xadimlərindən hər an dəyişən
vəziyyətə uyğun çevik siyasi manevretmə bacarığı tələb edirdi. Azərbaycan diplomatiyasının
bu çətin vəzifənin öhdəsindən gəlməsi üçün 1918-20-ci illər dövründə təşkil olunmuş
mü xtəlif hökumət kabinetlərində Xarici İşlər Nazirliyinin möhkəmləndirilməsi və təşki-
lati strukturunun təkmilləşdirilməsinə böyük diqqət yetirilirdi. Azərbaycan Xalq
Cümhuriyyətinin xarici siyasət idarəsinə müxtəlif vaxtlarda dovrünün ziyalıları, dünya
siyasətinin sirlərinə bələd olan, çevik diplomatik bacarığa malik Fətəli Xan Xoyski,
Məmməd Həsən Hacınski, Məmməd Yusif Cəfərov, Adil xan Ziyadxanlı başçılıq
etmişdilər. Azərbaycan diplomatiyasının hazırlanmasında və həyata keçirilməsində
Ə.M.Topçubaşov,
M.Ə.Rəsulzadə,
Ə.Ağayev,
N.Yusifbəyli,
Ə.Şey xülislamov,
C.Hacıbəyli, M.Y.Mehdiyev. M.Məhərrəmov, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və
digərləri yaxından iştirak etmişlər.
Milliyyətindən və dini etiqadından asılı olmayaraq qonşu dövlətlərlə mehriban
münasibətlər Azərbaycan diplomatiyasının apancı istiqaməti olub, onun çıxış nöqtəsini təşkil
edirdi. Böyük dünya siyasəti baxımından Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini
üç dövrə bölmək olar: Türkiyə oriyentasiyası dövrü (1918-ci il may-oktyabr); Qərb
oriyentasiyası dövrü (1918-ci il noyabr-1920-ci il yanvar); geniş və hərtərəfli dünya
əməkdaşlığına daxil olmaq uğrunda mübarizə dövrü - (1920-ci il yanvar-aprel).
XX yü zilliy in əvvəllərindən Azərbaycanda genişlənən milli-a zadlıq
mübarizəsində onun öncülləri Osmanlı dövlətinə boyük ümid bəsləyirdilər. Əsrin
əvvəllərindəki təlatümlü hadisələr A zərbaycanın türk-müsəlman əhalisin in
həyatında milliyyətçilik ideyasının geniş yayılması və inkişafına ciddi təkan verd i.
Balkan müharibələri dövründə Rusiyada antitürk əhvali-ruhiyyəsinin
qızışdırılması b ir tərəfdən Qafqaz müsəlman larını ondan narazı saldı, digər tərəfdən
isə Azərbaycan xalqında Osmanlı dövlətinə qarşı təbii meyli gücləndirdi. Bu dövrdə
milliyyətçi qüvvələrin yaydığı bəyannamədə göstərilirdi: "... Biliniz və agah olunuz
ki, bizim yeganə çareyi-nicatımız Tü rkiyənin istiqlalı və onun tərəqqisidir"
1
.
Dünya müharibəsinin son mərhələsində Azərbaycan millətinin müstəqillik
348
arzusu Türkiyənin Qafqaz siyasəti ilə çarpazlaşdığından tərəflər arasında bir-birinə
olan təbii meyil onların sosial-siyasi, hərbi-iqtisadi əməkdaşlığında maddiləşməklə
yeni mərhələyə daxil oldu. Bu yeni mərhələnin səciyyəvi cəhəti ondan ibarət idi ki,
azərbaycanlıların Os manlı dövlətinə söykənməy i milli idealla yanaşı, mey li
dərəcədə millətin fiziki varlığ ının h ifz ed ilməsi zərurətindən irə li gəlirdi.
1918-c i ilin əvvəllərində Trab zon və Batum danışıqla rı Zaqafqaziya
Seyminə daxil olan xalqların Türkiyəyə münasibətində köklü fikir ayrılıqlarını üzə
çıxartdı. Trab zon danışıqları dayandırıld ıqdan sonra Batuma səfər edən Ənvər Paşa
Trabzonda Zaqafqaziya höku mətin in dağılacağı təqdirdə Türkiyə ilə geniş
sərhədləri olan müstəqil Azərbaycan dövlətinin yaradılmasına tərəfdar olduğunu və
bu dövlətin Türkiyə tərəfindən müdafiə ediləcəyini b ildirdi
2
. 1918-ci il may ın 28-də
Azərbaycan Xalq Cü mhuriyyətinin yaran masından sonra Azərbaycan-Türkiyə
münasibətləri yeni mərhələyə - dövlətlərarası münasibətlər mərhələsinə daxil oldu.
Bu mərhələdə Azərbaycan-Türkiyə münasibətlərinin hüquqi əsasını 4
iyunda imzalan mış Batu m müqaviləsi təşkil ed irdi. Müqavilədə göstərilirdi: "Bir
tərəfdən, Osmanlı imperator hökuməti, digər tərəfdən isə müstəqilliyin elan etmiş
Azərbaycan Xalq Cü mhuriyyəti höku məti ö z ö lkələri arasın da siyasi, hüquqi,
iqtisadi və intellektual zəmində mehriban dostluq münasibətləri bərqərar etməklə
qarşılıq lı surətdə razılığa gəlirlər"
3
. 4 iyun müqaviləsi və iyunun ortalarında
imzalanan çoxtərəfli sazişlər Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrini
əhatə edən ilk dövlətlərarası sənədlər idi. Hələ Batumda olan M.Ə.Rəsulzadə və
M.H.Hacınski xarici hərbi müdaxiləyə son qoymaq və daxili asayişi qorumaq məqsədilə 4 iyıın
müqaviləsi əsasında hərbi yardım göstərilməsi barədə Türkiyəyə müraciət etdilər, Həmin
müraciəti qəbul edən Osmanlı dövləti elə etmək istəyirdi ki, Azərbaycana ordu göndərilməsi
Cənubi Qafqazda möhkəmlənməyə çalışan Almaniyanın etirazına səbəb olmasın. Ona görə
qarşılıqlı razılıq əsasında osmanlı hərbi hissələri və Azərbaycan könüllülərindən ibarət
Qafqaz İslam Ordusu yaradıldı
4
.
Azərbaycan-Türkiyə münasibətlərinin genişlənib dərinləşməsində 1918-ci ildə
keçirilməsi nəzərdə tutulan İstanbul konfransına M.Ə.Rəsulzadə, X.Xasməmmədov və
A.Səfikürdskidən ibarət nümayəndə heyəti göndərilməsinin böyük əhəmiyyəti oldu.
Nümayəndə heyətinə bu beynəlxalq konfransa dəvət edilmiş Osmanlı, Almaniya, Avstriya-
Macarıstan, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar dövlətlərinin nümayəndələri ilə
siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparmaq və müqavilələr bağla-
maq səlahiyyəti verilmişdi
5
. Nəzərdə tutulan beynəlxalq konfrans keçirilməsə də,
Azərbaycan nümayəndələrinin İstanbul missiyası çox faydalı oldu. İyun ayının axırlarından
oktyabrın axırlarına qədər Azərbaycan, Osmanlı və digər dövlətlərin İstanbulda olan nüma-
yəndələri səmərəli danışıq lar apard ılar.
Sentyabnn 6-da isə Azərbaycan nümayəndələri Mehmet Rəşadın vəfatından sonra
taxta əyləşmiş Sultan VI Mehmet Vahideddin tərəfindən qəbul edildi. Həmin gün Sultan
taxta çıxması münasibətilə İstanbulda olan diplomatik nümayəndələr üçün təntənəli rəsmi
qəbul (audiensiya) mərasimi düzəltmişdi. Gözləmə zalında bir çox xarici nümayəndəliklər
349
olmasına baxmayaraq, Sultanın şəxsi təşəbbüsü ilə Azərbaycan nümayəndələri birinci
qəbul edildilər. Onları Ənvər Paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Xalq
Cümhuriyyəti adından VI Mehmeti təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas
olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda
qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi: "Sevimli
Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə qəbul
edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini
təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat
və qüvvət kəsb edərək, bizimlə b irlikdə ü mu mi düşmənlərimizə qalib gələcəy inə
ümid edirəm" .
Bu qəbul barədə Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə
yazırdı: "Biz çıxanda Sultanın Ənvər Paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün
ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu"
6
.
1918-ci ilin yayında Azərbaycan ətrafında cərəyan edən beynəlxa lq və ziyyət
Bakın ın tezliklə azad edilməsini zəruri ed irdi. Dünya müharibəsinin sonunda Bakı
Türkiyə, Almaniya, İngiltərə, Sovet Rusiyası arasında mübarizənin əsas obyektinə
çevrilmişdi.
1918-ci ilin yayında İstanbulda vəziyyəti müşahidə edən almanlara aydın oldu ki,
Türkiyənin müdafiə etdiyi Azərbaycan hökuməti bolşeviklərin əlində olan Bakı quberniyasını
heç kimə güzəştə getmək istəmir. Buna görə, almanlar Bakı ilə bağlı planlarına Sovet
Rusiyası vasitəsilə çatmaq fikrinə düşdülər və bu məqsədlə onunla gizli danışıqlara başladılar.
Sovet Rusiyasının Almaniya vasitəsilə işə qarışması Azərbaycan hökumətinin
Bakını azad etməsini xeyli yubandırdı. Berlin danışıqları davam etdiyi zaman Bakı Xalq
Komissarları Sovetinin şəhəri əldə saxlamaq üçün çar polkovniki L.Biçeraxovdan yardım
almaq ümidləri boşa çıxdı və iyul ayının axırlarında Bakı Ko mmunası yıxıldı.
Sentrokaspiçilər və avqustun əvvəllərində L.Denstervil başda olmaqla Bakıya daxil olan
ingilislər şəhəri Qafqaz İslam Ordusunun hücumundan müdafiə etmək iqtidarında
deyildilər. Nəhayət, Berlində üç aya qədər davam edən Almaniya-Rusiya danışıqları
avqustun 27-də saziş imzalanması ilə nəticələndi. Sazişin 12-ci maddəsində göstərilirdi:
"Almaniya Qafqazda Gürcüstanın hüdudlarından kənarda hərbi əməliyyatlarda hər hansı
üçüncü dövlətə heç bir yardım etməyəcək... Rusiya Bakı vilayətində neft çıxarılmasını
bütün imkanları daxilində artıracaq, çıxarılan neftin dörddə birini Almaniyaya verəcək"
7
.
İstanbulda olan Azərbaycan nümayəndələri bu sazişlə əlaqədar Almaniya
səfirliyinə etiraz notası təqdim etdilər. Notanın surəti Türkiyə Xarici İşlər Nazirliyinə,
Avstriya - Macarıstan və Bolqarıstan səfirliklərinə, habelə bitərəf ölkələrin diplomatik
nümayəndəliklərinə də verildi.
1918-c i il sentyabrın əvvəllərində Azə rbaycan nümayəndələri Sədr-Əzə m
Tələt Paşa tərəfindən qəbul edildi və danışıqlar zamanı Tələt Paşanın Berlinə səfəri
ərəfəsində Almaniyanın Bakı məsələsində tutduğu mövqe, Bakın ın tezliklə azad
edilməsin in zəruriliyi mü zakirə olundu.
Az sonra Berlinə gedən Tələt Paşa təcili şəkildə 27 avqus t sazişinin ləğv
350
edilməsini Almaniyadan tələb etdi. Bu addım Bakının edilməsində mühüm
əhəmiyyətə malik o ldu. Sentyabrın ortalar Azərbaycan-Türkiyə hərbi qüvvələri
Bakıya girdi.
Bakın ın azad edilməsi istiqlalı elan olunmasından sonra Azərbaycanın
taleyində ikinci böyük tarixi hadisə idi. Bu qələbənin diplo matik cəhətdən təmin
edilməsi Azərbaycan diplomatiyasının ilk uğurlarından idi. Bakın ın azad edilməsi ilə
Azərbaycan Xalq Cü mhuriyyəti öz hakimiyyətini gənc respublikanın ərazisində
bərqərar etdi.
Bakın ın azad edilməsi barəsində məlu matı Ənvər Paşa İstanbulda olan
Azərbaycan nümayəndələrinə çatdırdı. İstanbuldan baş nazir F.X.Xoyskiyə və
xarici işlər naziri M.H.Hacınskiyə yazdığı məktubda M.Ə.Rəsulzadə göstərirdi ki,
Bakın ın alın ması burada əhvali-ruhiyyəni qaldırmışdır. Bakı azad edild ikdən sonra
Almaniyanın hərb i və ticarət nümayəndəsi baron fon der Qolts, Avstriya-
Macarıstan diplo matik nümayəndələri, Osmanlı Su ltanlığ ının Qafqaz Ordusunun
hərbi qərargahı Bakıya gəldi.
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında Ə.M.Topçubaşovun
İstanbul missiyasının böyük əhəmiyyəti o ldu. O, 1918-ci il sentyabrın 28-də
İstanbula gəldi və Azərbaycan höku mətin in fövqəladə səlahiyyətli naziri kimi işə
başladı.
Berlin danışıqlarından sonra oktyabrın 2-də Ə.M.Topçubaşovu qəbul edən
Tələt Paşa məlu mat verərkən bildirmişdi ki, A zərbaycanın mənafeyi naminə nə
mü mkündürsə, hamısını etmişdir. Danışıqlar zamanı Tələt Paşa Berlindəki rus səfiri
A.A.İoffenin Azərbaycana münasibətdə qərəzli mövqeyini də açıq ladı
8
.
1918-ci ilin oktyabrında Ə.M.Topçubaşov İstanbulda Türkiyənin rəsmi
dövlət nümayəndələri ilə bir s ıra görüşlər keçirdi. Lakin Türkiyə məğlubiyyət
ərəfəsində böhran içərisində olduğu və ay yarım ərzində üç höku mət kabineti
dəyişdiyi üçün Azərbaycanla Osman lı dövləti arasında sabit münasibətləri bərqərar
etmək mü mkün olmadı.
1918-ci ilin payızında Almaniya, Türkiyə, Avstriya-Macarıstan və Bolqarıstanın
daxil olduğu Dördlər İttifaqı məğlub oldu. Oktyabr ayının 30-da təkcə Türkiyə üçün deyil,
Azərbaycan Xalq Cümhuriyyəti üçün də son dərəcə ağır olan Mudros barışığı imzalandı.
Barışığın 11-ci maddəsinə görə, Türkiyə ordusu tezliklə Azərbaycanı tərk etməli, on beşinci
maddəyə görə, Türkiyə Zaqafqaziya Dəmir yolu üzərində nəzarət hüququnu Antantaya
verməli və müttəfiqlərin Bakın ı tutmasına heç bir etiraz etməməli idi
9
.
Noyabrın 4-də Ə.M.Topçubaşov Azərbaycan hökuməti adından Mudros barışığının
Azərbaycana aid maddələrinə etirazını bildirdi
10
. La kin bu etira zın elə bir əhə miyyəti
olmadı.
Mudros barışığının Azərbaycana aid maddələrinə görə, Osmanlı dövlətindən
narazı qalmasına baxmayaraq, onun dünya müharibəsində məğlub dövlətlərdən biri
olmasından ehtiyat etməyərək, noyabrın 10-da Azərbaycan hökuməti Respublikanı tərk
edən Türkiyə ordusunun şərəfinə ziyafət verdi. Türkiyə qoşunları həmin gün Bakıdan, az
351
sonra isə bütün Azərbaycandan çıxdı. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin xarici
siyasətində Türkiyə oriyentaliyası dövrü başa çatdı.
Birinci dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı
müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən, Almaniya-Türkiyə blokunun Qafqaza
meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının
payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda
çıxarılırdı
11
. Dünya müharibəsində iştirak edən ölkələr isə Bakı neftinə çox vaxt qələbəni
müəyyən edən amil kimi baxırdılar. İngiltərənin baş naziri Lloyd Corcun fikrincə, mü-
haribənin sonunda Antantanın üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən
istifadə edərdisə, hərbi əməliyyatların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək
olmazdı. Ona görə də Yaxın və Orta Şərqdə möhkəmlənmiş İngiltərə qoşunları 1918-ci ilin
mayından başlayaraq Bakı istiqamətində hərəkətə başladı. Lakin bu zaman Cənubi
Azərbaycanda möhkəmlənmiş Türkiyə qoşunları onların hərəkətini dayandırdı və
ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqustuna qədər mümkün olmadı. Bakıda
XKS-nin hakimiyyəti devrildikdən sonra sentrokaspiçilərin ilk addımı Ənzəlidə dayanmış
ingilisləri Bakıya dəvət etmək oldu. Avqustun 4-də polkovnik Stoksun başçılıq etdiyi ilk
qoşun dəstəsi Bakıya daxil oldu. Avqustun ortalarında general Denstervil başda olmaqla min
nəfərlik ikinci hərbi dəstə Azərbaycana gəldi. Şəhərin xristian əhalisi ingilisləri böyük
sevinclə qarşıladı. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını
görürdülər. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı.
Bakıya gələn Britaniya qoşununun çoxsaylı olması haqda məlumatların şayiə
olduğunu bilən Qafqaz İslam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əməliyyatlara
başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu general Denstervil
başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. Lakin 1918-ci ilin payızında
ikiaylıq fasilədən sonra onlar yenidən Bakıya qayıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin
Birinci Dünya müharibəsində tam məğlubiyyəti ilə bağlı idi.
1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya daxil oldu. Bundan az
əvvəl, Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz fəaliyyətini bərpa etmiş Milli
Şura isə dünya dövlətlərinə müraciətlər qəbul etdilər
12
. Müttəfiqlərin gəlişi Azərbaycanın
istiqlaliyyətini ciddi təhlükə qarşısında qoydu. Rus və erməni milli şuralarının cəhdlərinə
baxmayaraq, Bakıda vəziyyətlə yaxından tanış olduqdan sonra, general V.Tomson bildirdi ki,
onun "Bakıda ən bacarıqlı adamlardan biri" saydığı F.X.Xoyskinin hökuməti ölkədə koa-
lisiya hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır.
Balkanda və Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln
az sonra Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya
hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni hakimiyyət
kimi tanıyır. Azərbaycan hökumətində qəbul zamanı o dedi: "Mən buraya böyük müttəfiq
millətlərin nümayəndəsi hesabında gəldim. Məqsədimiz məmləkətdə sülh və ədaləti bərpa
etməkdir. Müttəfiqlərin qələbəsi hüquqi-ədalət və millətlərin təyini-müqəddəra-ixtiyari
təmininin rəhnidir. Sülh konfransında burası bəyan ediləcəkdir. İbraz etdiyiniz hüsni-istiqbaldan
naşı təşəkkürümü bəyan edirəm Qoşunlarımız məmləkətinizdə bulunduqca hüsni-qəbul və hər
352
dürlü müzahirət görəcəklərinə ümidvaram. Məmləkətinizin ticarət sənaətinin tərəqqisinə
var qüvvəmiz ilə çalışacağıq"
13
.
F.X.Xoyski ilə danışıqlar zamanı C.Miln bildirdi ki, "Azərbaycan
dairəsində İngiltərə höku məti A zərbaycan hökumət i-Cü mhuriyyəsini tanıyır və
qəbul edir və hökumətə müttəfiqlər ko mandanlığı hər barədə kö mək edəcəkdir.
Ayrı-ayrı millətlərin təyin i-müqəddərat hüququ İngiltərə höku məti nöqteyi-
nəzərincə müdafiə ed ilməlid ir. Sülh konfransında İngiltərə nü mayəndələri bunu
müdafiə edəcəklərdir. Bundan əlavə, general bəyan etmişdir ki, müttəfiqlər
ko mandanlığı təzə təşkil edilmiş Zaqafqaziya hökumətlərinin daxili işlərinə
qarışmayacaqdır. Və müttəfiq lərin yeganə məqsədi bu dövlətlərdə asayiş və
müsalimətə kömək etməkdir"
14
. Əlbəttə, bu, tək general C.M ilnin fikri deyildi, 1918-
ci ilin dekabr ayında Cənubi Qafqaz məsələsi bir neçə dəfə Britaniya höku mətin in
iclaslarında müzakirə edilmişdi. Lord Kerzon bu fikirdə idi ki, Cənubi Qafqazda
sabitlik lazımdır, əks təqdirdə "anarxiya, qarma-qarışıqlıq, yaxud bolşevizm" bu
regionda ingilis siyasətinə maneçilik törədə bilər.
1919-cu ilin əvvəllə rindən başlayaraq İngiltərə-A zərbaycan əlaqələri
Bakıda olan ing ilis ko mandanlığı, İstanbuldakı ingilis hərbi və diplomatik
nümayəndəliyi, sonralar isə Paris Konfransında təmsil o lunan sülh heyəti vasitəsilə
həyata keçirilird i.
Dekabr ayında ingilislər Batu m və Tiflisi də tutdular və 1919-cu ilin
yayına qədər Qafqazda qaldılar. İngilislərin Azərbaycanın daxili işlərinə müdaxilə
etməsi tədricən aradan qaldırıld ığına görə, A zərbaycan hökuməti bütün işləri öz
əlində toplayır, addımbaaddım tam irəliləyərək müstəqilliy ini bərqərar edirdi.
U.Çörçill sonralar ö z xatirələrində yazırdı ki, Cənubi Qafqaza daxil olmuş
20 minlik Britaniya Ordusunun yardımı ilə Gü rcüstan, Ermən istan və Azərbaycan
tam müstəqil olmalı idi və bu müstəqil dövlətlər İrana və Türkiyəyə bolşeviklərin
gözlənilən müdaxiləsinin qarşısında durmalı idilər
15
.
Azərbaycan xarici siyasətinin qarşısında duran ciddi məsələlərdən biri
qonşu dövlətlərlə qarşılıq lı mehriban münasibətlər yarat maq, müəyyən məsələlərə
münasibətdə Qafqaz həmrəyliyinə nail o lmaq id i. Azərbaycan parlamen tin in
Dağıstan, Gürcüstan və Ermənistana göndərdiyi mü raciətdə deyilirdi: "Qafqaz elə
bir vəziyyət qarşısındadır ki, bu ərazi ü zərində qurulmuş olan cümhuriyyətlər
müqabil dostluq və həmrəylik yap madan yaşaya bilməzlər".
Azərbaycan hökuməti Bakıya gəldikdən sonra Dağlılar Respııblikası ilə əməkdaşlığı
inkişaf etdirmək üçün 1918-ci ilin oktyabr-noyabr aylarında bir sıra müqavilələr
bağladı. İki dövlət arası bağlanmış müqaviləyə əsasən, Azərbaycan hökuməti ciddi maliyyə
çətinlikləri ilə qarşılaşmış, Dağlılar hökumətinə 10 milyon manat həcmində yardım
göstərmiş və o, Denikinin təcavüzünə məruz qaldıqda əlində olan bütün vasitələrlə ona
yardım göstərəcəyini bildirmişdi. 1919-cu il mart ayının əvvəllərində general Tomsona
etiraz notasında Azərbaycan hökuməti bəyan edirdi: "Dağlılar üçün ağ ır bir zamanda
Azərbaycan hökuməti onlara lazımi köməklik göstərməyi özünə borc sayır". Təkcə Dağıstanı
353
deyil, bütün Qafqazı hədələyən ağ və qırmızı Rusiyasına münasibətdə Azərbaycan
hökumətinin mövqeyi respublika XİN-nin Kuban hökumətindəki səlahiyyətli
nümayəndəsi C.Rüstəmbəyova məktubunda öz əksini tapmışdı. Orada deyilirdi: "Bizim
hökumətin fikri belədir: kim olursa-olsun, bolşevik, menşevik, denikinçi və i.a.,
Azərbaycan istiqlaliyyətinə qəsd edən hər kəs onun düşmənidir"
16
.
Cənubi Qafqazın üç yeni respublikası - Azərbaycan, Gürcüstan və Ermənistan
arasında sülh və sabitliyin yaradılması çox çətin oldu. Müstəqilliyin ilk günlərində Gürcüstan
hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda Gürcüstanın sərhədlərini müəyyən
etmək adı altında mövcud vəziyyəti dəyişmək cəhdləri Azərbaycan hökumətinin
müqaviməti ilə qarşılaşdı. Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri
M.H.Hacınski iyunun 14-də Gürcüstan hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz
edərək Gürcüstan hökumətinin xariıci işlər idarəsinin başçısına yazırdı: "Borçalı, Tiflis və
Sığnaq qəzalarının başdan-başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz
nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzularını ifadə
etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin yuxarıda qeyd olunan
sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz arasında mehriban qonşuluq
münasibətlərinin saxlanması naminə Borçalı qəzasının hüdudlarından qoşun hissələrini
çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda qeyd edilən hissələrinin tutulması haqqında
sərəncamı ləğv etmək üçün təcili tədbirlər görməyi təkidlə xahiş edir"
17
. Azərbaycan
hökumətinin ciddi səyi ilə Qarayazıdakı status -kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin
burada qalması şərti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az
sonra isə məsələnin mü zakirəsi 1919-cu il aprelin 25-də Tiflisdə işə başla-yan
Qafqaz konfransının gündəliyinə daxil edild i. Lakin 1919-cu ilin iyununda,
Şimaldan yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz konfransı öz işini dayandırdı.
Denikin ordusunun Dağıstan üzərinə hücumu və Cənuba doğru irəliləməsi
Azərbaycan-Gürcüstan əməkdaşlığını zərurətə çevirdi. Yaran mış vəziyyətdə
Ümu mqafqaz həmrəyliy inin yarad ılmasında Azərbaycan diplo matiyası Gü rcüstanla
əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919-cu il iyunun 16-da iki
dövlət arasında üç il müddətinə hərbi-müdafiə paktının imzalanması Azərbaycan
Xalq Cümhuriyyətinin dəyərli diplomatik addımı hesab edilməlidir. Bu pakta görə,
Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi bütövlüyünə hər hansı dövlət
tərəfindən təcavüz olduğu təqdirdə müqaviləni bağlayan tərəflər öz öhdələrinə bir-
birinə hərbi yardım göstərmək borcunu götürmüşdülər. Eyni zamanda müqavilənin
10-cu bəndində göstərilird i ki, "bu müqavilə barədə rəs mi mə lu mat verildikdən
sonra Ermən istan iki həftə ərzində bu müqaviləyə qoşula bilər"
18
. Həmin müqavilə
iyun ayının 27-də hər iki ö lkənin parlamentlərində təsdiq edildi.
16 iyun hərbi-müdafiə paktına uyğun olaraq, tərəflər hərb i-texniki saziş
imzaladılar və birgə hərbi Şura yaratdılar. İngilis komandanlığının Azərbaycan-
Gürcüstan müdafiə paktına münasibəti əvvəlcə mənfi idi, lakin sonralar dəyişdi.
Britaniyanın Şərqi Avropa və Qafqazda olan qüvvələrinin baş komandanı general
C.Miln Denikinin Cənuba doğru hərəkəti ilə ra zı olmad ığı barədə baş nazir
354
N.Yusifbəyliyə radioteleqram göndərdi
19
.
Müstəqilliyin ilk günlərindən Gürcüstan Respublikası ilə qurulan diplomatik
əlaqələr çox çətin və ziddiyyətli bir yol keçsə də, 1920-ci ilin əvvəllərində normal
məcraya düşdü. Hər iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən de-
fakto tanındı.
İranla münasibətlərdə də əvvəlki narazılıqlar, daha ço x isə
anlaşılma zlıq lar 1919-cu ilin ortalarından etibarən öz yerini ə məkdaş lıq meyllərinə
verməyə başladı. Həmin ilin payızında yaradılan birgə Azərbaycan-İran
ko missiyasının gərgin işi nəticəsində iki dövlət arasında münasibətlərin bir sıra
tərəflərin i əhatə edən müqavilə və saziş hazırlandı. 1920-ci il mart ayın ın 20-də iki
dövlət arasında əməkdaşlığ ın bütün sahələrini əhatə edən 7 müqavilə və saziş
imzalandı.
Məğlubiyyətdən sonra çətin vəziyyətə düşmüş Türkiyə ilə də əlaqələr bərpa
edilməyə başlamış, tanınmış yazıçı Yusif Vəzir Çəmənzəminli İstanbula səfir təyin
edilmişdi. Azərbaycan diplomatiyası Avropa və Qafqazdakı fəaliyyətində həyatla ölüm
arasında mübarizə aparan Anadolu türklərinin də mənafeyini müdafiə edirdi.
Rusiya və Ermənistanla münasibətlər bütün dövr ərzində qeyri-stabil olaraq qaldı.
Azərbaycan diplomatiyasının ciddi-cəhdlərinə baxmayaraq, "böyük dövlətçilik"
mövqeyindən çıxış edən bu döv-lətlərlə normal münasibətlər yaratmaq mümkün olmadı.
Birinci Dünya müharibəsində Türkiyənin məğlubiyyəti 1918-ilin axırlarında
ermənilərin yenidən fəallaşmasına şərait yaratdı. Artıq dövlət siyasəti səviyyəsinə qaldırılan
"dənizdən dənizə Böyük Ermənistan" iddiaları yerli türk əhalisinə görünməmiş müsibətlər
gətirdi
Belə bir vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran əsas
vəzifə erməni dəstələrinin zorakılığının qarşısını almaq və Ermənistanla normal qonşuluq
münasibətlərini bərqərar etmək idi. Lakin Azərbaycan hökuməti dəfələrlə müraciət etsə də,
Ermənistan öz təcavüzkar siyasətini dayandırmadığı üçün iki dövlət arasında nəinki normal
münasibətlər yaratmaq mümkün olmadı, hətta əksinə bir sıra böyük dövlətlər tərəfindən
dəstəklənib qızışdırılan vs onların əlində oyuncağa çevrilən Ermənistan Zəngəzuru,
Naxçıvanı və Qarabağın dağlıq hissəsi kimi qədim Azərbaycan torpaqlarını açıq və gizli
şəkildə işğal etmək yolunu seçdi.
1918-ci ilin yayından başlayaraq türk xalqının qəddar düşməni Andronik
Naxçıvan və Zəngəzur bölgələrində Azərbaycan sərhədlərini pozub dinc əhaliyə qarşı
kütləvi qırğınlara başladı. Erməni quldur dəstələri Zəngəzur əhalisindən tələb edirdilər ki,
ya Ermənistan hökumətinə tabe olsunlar, ya da Zəngəzuru boşaltsınlar. Lakin əhali
Andronikin bu həyasız tələbini rədd edərək öz torpaqlarının müdafiəsinə qalxdı, 1918-ci
ilin payızından Azərbaycan torpaqlarının müsəlman əhalisindən təmizlənməsi əməliyyatına
Ermənistan hökuməti bilavasitə rəhbərlik etməyə başladı. Daşnaklar 1918-ci ilin
axırlarında Zəngəzurda 115, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarında 21, İrəvan
quberniyasında 60-dan çox Azərbaycan kəndini məhv etdilər və əhalisini soyqırımına
məruz qoydular. Həmin ərazilərin 100 mindən artıq türk-müsəlman əhalisi öz dədə-baba
355
yurdundan qovulub didərgin oldu
20
.
Bu təhlükənin qarşısını almaq üçün Azərbaycan hökuməti bir sıra zəruri addımlar
atdı. 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını
Gəncə quberniyasından ayırıb, mərkəzi Şuşa şəhəri olmaqla həmin qəzalardan ibarət
Qarabağ general-qubernatorluğu yaradıldı. Həmin il fevralın 12-dən Xosrov bəy Sultanov
general-qubernator təyin edildi. General-qubernatora tapşırıldı ki, Qarabağda separatist
hərəkatı ləğv edib, qayda-qanun yaratsın və yerli hakimiyyəti təşkil etsin.
Ermənistan hökuməti Qarabağ general-qubernatorluğunun yaradılmasına və
Xosrov bəy Sultanovun general-qubernator təyin olunmasına dərhal etiraz etdi və belə iddia
irəli sürdü ki, buranın böyük hissəsi Ermənistan ərazisidir, X.Sultanov isə ermənilərin
düşmənidir.
1919-cu il yanvarın 2-də Azərbaycan Xalq Cümhuriyyətinin xarici işlər naziri
Ermənistanın xarici işlər nazirinə göndərdiyi teleqramda Ermənistanın etirazını əsassız
sayaraq bildirdi ki, Cavanşir, Şuşa, Cəbrayıl və Zəngəzur qəzaları Azərbaycanın ayrılmaz
hissəsidir. Eyni zamanda Ermənistanın etirazı suverenliyə qəsd və Azərbaycanın daxili
işlərinə qarışmaq cəhdi kimi qiymətləndirildi. Onu da qeyd etmək vacibdir ki, Ermənistan
Qarabağ general-qubernatorluğunun yaradılması ilə əlaqədar öz etirazını Qafqazda Böyük
Britaniya qoşunlarının baş komandanı general Tomsona və müttəfiq dövlətlərin
Zaqafqaziyadakı baş komissarı Haskelə də bildirmişdi. Lakin onlar Azərbaycanın Qarabağ
qubernatorluğu yaratmaq və ona general-qubernator təyin etmək hüququnu müdafiə etdilər.
1919-cu il iyunun 18-də Azərbaycan Ermənistana nota göndərdi. Bu notada
Ermənistanın etiraz və iddiaları rədd edilərək, Qarabağ məsələsində Azərbaycan
Cümhuriyyətinin daxili işlərinə qarışmamaq tələb o lunurdu
21
.
İyunun əvvəlində Şuşada vəziyyət yenidən gərginləşdi. Bu zaman Qarabağda baş
vermiş hadisələr bilavasitə Erməni Milli Şurasının planı əsasında törədilmişdi. Bu Şuranın
Qarabağda erməni və müsəlman icmaları arasında sabitliyi pozmağa yönəlmiş fəaliyyətini
öyrəndikdən sonra ingilis komandanlığı hələ aprel ayında onun üzvlərinın Qarabağın
hüdudlarından uzaqlaşdırılacağını vəd etmişdi. İyun ayının əvvəllərində məlum oldu ki,
Erməni Milli Şurası Şuşanın ermənilər yaşayan məhəlləsinə gizli yolla silah gətirir. Onların
məqsədi Qarabağ yaylaqlarına qalxaraq azərbaycanlıların qarşısını almaq idi. Belə olduqda,
X.Sultanov köç gedən yollarda təhlükəsizliyi təmin etmək üçün Azərbaycan Ordusunun
əsgərlərin i təhlükəli yerlərə göndərdi və eyni zamanda Erməni Milli Şurasının üzvlərinin
həbs edilib Qarabağdan çıxarılması haqqında göstəriş verdi. Buna cavab olaraq,
silahlanmış ermənilər iyun ayının 4-də Azərbaycan əsgərlərinə atəş açdılar və üç əsgər
öldürüldü. Bu hadisədən sonra X.Sultanov Şuşada və ətraf kəndlərdə qayda-qanun
yaratmaq üçün fəaliyyətə başladı və ilk addım kimi Erməni Milli Şurasının üzvlərinin
Azərbaycandan çıxarılmasına nail oldu, həmin vaxt Şuşada hərbi toqquşma baş verdi və
hər iki tərəfdən itkilər oldu. İyunun 6-da Şuşada sülh əldə edildi. Baş vermiş hadisə ilə bağlı
Şuşa erməniləri X.Sultanova üzrxahlıq məktubu yazaraq bildirdilər ki, hörmətli Xosrov
bəy, icazə verin Sizin şəxsinizdə Şuşa şəhərinin müsəlman camaatından dünən törədilmiş
hadisə ilə bağlı üzr istəyək. Biz adını erməni qoymuş xuliqanların Sizin əsgərlərə qarşı törət-
356
diyi zorakılıq faktından çox həyəcanlanmışıq və bu, haqlı olaraq, Sizin ordunun və
zabitlərin həyəcanına səbəb olmuşdur"
22
. Lakin Ermənistan hökuməti Azərbaycan
Ordusunun Qarabağdan çıxarılmasını tələb edirdi. Bu tələb Azərbaycanın Xarici İşlər
Nazirliyi tərə findən rədd olundu.
1919-cu ilin yayında Azərbaycan hökumətinin qəti mövqeyi və məqsədyönlü
siyasəti nəticəsində respublikanın qanııni hakimiyyəti Qarabağda bərpa edildi. Qarabağın
dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə
Azərbaycanın suveren hüquqlarının bərpa edilməsində Qarabağ general-qubernatoru
Xosrov bəy Sultanov böyük xidmət göstərdi. Qaniçən Andronik onun ciddi təkidi və
müttəfiqlərin yardımı ilə nəinki Azərbaycanı, hətta bütün Cənubi Qafqazı tərk etməyə
məcbur olmuşdu.
"Böyük Ermənistan" iddialarına daxil olan ərazilərdən biri də Naxçıvan bölgəsi
idi. Naxçıvanda hələ 1918-ci ildə Araz-Türk Respublikası yaranmışdı. Respublikanın
ərazisinə Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Şərur, Naxçıvan, Ordubad qəzaları daxil
olmuşdu. Paytaxt Naxçıvan şəhəri idi. Hökumətin Bakı uğrunda döyüşlər apardığı bir
dövrdə, bu respublika əhalinin daşnak hücumlarından qorunmasında faydalı iş gördü.
Daşnak hökuməti hələ 1918-ci ilin noyabrında Naxçıvan, Şərur-Dərələyəz,
İçmiədzin qəzalarını, Qars vilayətini müsəlman əhalisindən təmizləyib, Ermənistan
hökumətinin hakimiyyətini bərqərar etmək istəyirdi. Lakin bu yerlərin müsəlman əhalisinin
güclü müqaviməti həmin planın həyata keçirilməsinə mane oldu. Hətta ingilis
komandanlığı müvəqqəti olaraq Naxçıvanın idarəçiliyini Ermənis tana versə də, qəza
əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri olduğu üçün daşnak hökuməti bu qərarı
həyata keçirə bilməmişdi. İngilislərin Zəngəzur və Yuxarı Qarabağı Azərbaycan
torpaqları kimi tanıyıb, Naxçıvanı Ermənistanın idarəçiliyinə vermək ideyası Azərbaycanla
Türkiyənin arasını kəsmək, ümu milikdə Türkiyə ilə qalan müsəlman xalqları arasında
xristian erməni dövləti yaratmaq barədə Kerzon planının tərkib hissəsi idi.
1919-cu ilin mayında xarici işlər naziri F.X.Xoyski general Tomsonla
görüşündə müttəfiqlərin baş komandanlığı tərəfindən Naxçvanın idarəçiliyinin
müvəqqəti olaraq Ermənistana verilməsinə kəskin etiraz etmiş, Naxçıvan, Ordubad,
Şərur-Dərələyəzin qədim Azərbaycan torpaqları olduğunu bildirmişdi
23
. Burada silah
gücünə öz hakimiyyətini qura bilməyən Ermənistan hökuməti 1919-cu ilin yayında ABŞ
layihəsi üzrə bu ərazilərdə neytral zona yaradılmasına çalışırdı. Çünki ABŞ nümayəndəsinin
idarə edəcəyi Naxçıvan, Şərur-Dərələyəz general-qubernatorluğunun gələcəkdə bu
ərazilərin Ermənistana keçməsi üçün əlverişli şərait yaradacağı şübhəsiz idi.
Naxçıvanlıların dəyanəti və Azərbaycan hökumətinin səyləri nəticəsində
Ermənistanın amerikanlar vasitəsilə Naxçıvana yiyələnmək n iyyətləri puça çıxd ı.
Ermənistanla Azərbaycan arasında 1919-cu il noyabrın 23-də imzalanan
sazişdən sonra Azərbaycan öz hərbi hissələrini Zəngəzurdan geri çağırdı
24
. Bağlanan sazişə
görə, toqquşmalar dayandırılmalı, mübahisəli məsələlər, o cümlədən sərhəd məsələləri
danışıqlar vasitəsilə həll edilməli idi. Lakin Ermənistan bu sazişi kobud surətdə pozub,
Zəngəzura nizami qoşun hissələri göndərdi. Azərbaycan kəndlilərinin talanı və dinc əhaliyə
357
vəhşicəsinə divan tutulması geniş miqyas aldı. 1919-cu il dekabrın 14-də Azərbaycan
hökumətinin təşəbbüsü ilə Bakıda Ermənistan-Azərbaycan konfransı açıldı. Lakin konfrans,
ermənilərin günahı üzündən, tərəflər arasında ziddiyyəti həll edə bilməyərək işi
yarımçıq dayandırdı.
1920-ci ilin yanvarında Ermənistanın hərbi əməliyyatları yenidən gücləndi.
Belə bir şəraitdə A zərbaycan hökuməti erməni təcavüzinü dəf etmək üçün ciddi
tədbirlər görmək məcburiyyətində qaldı.
Azərbaycanın həyatı mənafeyi sovet Rusiyası ilə normal münasibətlər
qurulmasını tələb edird i. Yeni iqtisadi əlaqələrin hələ yaradılmadığı və ənənəvi
əlaqələrin pozulduğu bir vaxtda Azərbaycanın neft, pambıq və digər xammalların ın
Rusiya bazarından məhru m olması Azərbaycan hökumətinin şimal qonşusu ilə
münasibətləri normallaşdırmasını zəruri edirdi.
Azərbaycanın Gürcüstandakı diplo matik nü mayəndəsi RSFSR xalq xarici
işlər komissarına göndərdiyi 1918-ci il 6 o ktyabr tarixli məktubunda Moskva vilayəti
ərzaq komitəsinin Bakıda olan səlahiyyətli nümayəndəsi İ.P.Orlovun Azərbaycanla
iqtisadi əlaqələr yaratmaq sahəsində gördüyü işləri qeyd edərək, Bakıda və
Moskvada rəsmi nü mayəndəlik təyin olun masını, həmçinin ticarət mübadiləsin in
ümu mi istiqamətlərini müəyyən etməyi təklif edirdi.
M.Ə.Rəsulzadənin parla mentin açılışında söylədiyi nitq Azərbaycan
hökumətin in Rusiyaya münasibətini bild irmək baxımından diqqəti çəkir: " Bizim
Rusiya ca maatına qarşı heç bir ədavət və nif rətimiz yo xdur. Beza r o lduğumuz
Rusiya çarizm Rusiyası istibdadıdır... Bizcə, mənfur olan Rusiya millətləri əzən və
hüquqlarını verməyən rəsmi Rusiyadır, hər millət müstəqil və hürr olmalı, hürr oldu -
ğundan sonra digər millətlərlə ürək istədiyi kimi əqdi-ittifaq etməlidir... Biz
Rusiyanın səadətini istəriz, Rusiya səadətini s evəriz. Fəqət kəndi istiqlalımızı da əziz
tutarız"
25
.
1919-cu ilin yazında Nazirlər Şurasının yeni seçilmiş sədri N.Yusifbəyli
təşkil etdiyi höku mətin proqramında Sovet Rusiyası ilə iqtisadi-ticarət əlaqələrin in
bərpası vəzifəsini də irəli sürmüşdü.
Bundan ötrü isə, ilk növbədə, Azərbaycan hökumətinin bu barədə dəfələrlə
müraciət etməsinə baxmayaraq, Sovet Rusiyası mü xtəlif əsassız bəhanələr
gətirməklə buna razılıq verməkdən yayınırd ı.
Bu diplomatik oyunbazlığın arxasında isə Bakı neftinə sahib olmaq iddiası
dururdu. V. İ. Len inin 1920-ci il martın 17-də Qafqaz cəbhəsinə göndərdiyi
teleqramda bu niyyət açıq-aydın göstərilmişdi: "Bakını almaq b izə olduqca, və
olduqca zəruridir. Bütün səyinizi buna verin..."
26
Gö ründüyü kimi, bolşevik Rusiyası üzdə millətlərin öz müqəddəratını
təyin etmək hüququnu qəbul etdiyini deməsinə baxmayaraq , müstəqil milli dövlətlərin
varlığı ilə barışa bilmirdi. Bakı quberniyası Xalq Komissarları Sovetinin məğlubiyyətindən
sonra da bolşevik hökuməti Azərbaycanı, xüsusən Bakını Rusiyanın ayrılmaz hissəsi hesab
etmək iddiasından əl çəkmirdi.
358
Lakin Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına əngəl törədən çətinliklərə
baxmayaraq, Azərbaycan xalqının milli mənafeyinə uyğun xarici siyasət yeritmək,
mürəkkəb beynəlxalq vəziyyətdə Azərbaycanla qonşu dövlətlər arasında mehriban
münasibətlər yaratmaq, onu dünya birliyinin bərabərhüquqlu üzvünə çevirmək Azərbaycan
diplo matiyasının başlıca məqsədi idi. O bu mühüum məqsədə Paris sülh konfransında nail
oldu.
Hökumət çoxsaylı çətinliklərlə bağlı olan daxili problemləri həll etməyə çalışdığı
bir vaxtda Azərbaycan diplomatları Parisdə toplanmış qalib dövlətlər tərəfindən tanınmaq və
kömək əldə etmək üçün ağır mübarizə aparırdılar. Azərbaycan parlamenti Paris sülh konfran-
sında iştirak etmək üçün Ə.M.Topçubaşov - sədr, M.H.Hacınski – sədrin müavini,
nümayəndə heyətinin üzvləri Ə.Şey xülislamov, Ə.Ağayev və müşavirlər M.
Məhərrəmov və C.Hacıbəyov olmaqla nümayəndə heyətini təsdiq etmişdi
27
. "Avropanın
sivil dövlətləri və ABŞ-ın ictimai fikrini onların işgüzar dairələri ilə ticarət əlaqələri
yaradılmasına ən ço x kö mək edən istiqamətə hazırlamaq" üçün Azərbaycan
nümayəndə heyətinə əlavə səlahiyyətlər verilmişdi
28
. 1919-cu il yanvarın 18-də həmin
nümayəndə heyəti İstanbula yola düşdü. Burada onlar 1919-cu il yanvarın 20-də Parisə
getmək üçün viza almalı idilər. Lakin İstanbula gəldikdən sonra nümayəndə heyəti 1919-cu
ilin aprelinə qədər burada ləngidi, çünki müttəfıq qoşunlarının komandanlığı hər vasitəyə əl
atıb onun Paris sülh konfransında iştirakına mane olu rdu.
Nümayəndə heyətinin başçısı Əli Mərdan bəy Topçubaşovun İstanbuldan
göndərdiyi məlumatlar onun Parisə getməyə viza almaq üçün böyük əmək sərf etdiyini sübut
edirdi. Yalnız mayın ortalarında Azərbaycan diplomatları Fransaya gələ bildilər, bu da
onlann qarşısında duran məsələlərin həllinə köməyi təmin etmək üçün lazımi h a z ır l ıq
işləri görmələrinə imkan vermədi.
Lakin artıq 1919-cu il mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ
prezidenti V.Vilsonla görüşə bildi. Görüşün nəticələri çox da ümidverici deyildi. ABŞ
prezidenti qeyd etmişdi ki, dünyanın kiçik ərazilərə parçalanmasını Sülh Konfransı istəmir və
Azərbaycan məsələsinə Rusiya məsələsi həll olunduqdan sonra baxıla bilər. Eyni zamanda
V.Vilson Azərbaycan nümayəndə heyətini əmin etmişdi ki, "...bundan sonra Azərbaycan
xalqı öz azadlıq və müstəqilliyini qoruyub saxlamaq kimi müqəddəs işində böyük Amerika-
nın kömək və yardımını alacaqdır"
29
. O, azərbaycanlılara Cənubi Qafqaz xalqlarının
konfederasiyası ideyasını müzakirə etməyi məsləhət görmüş və demişdi ki, konfederasiya
Millətlər Cəmiyyətinin himayəsinə veriləcək ölkə kimi böyük dövlətlərdən birinin hima-
yəçiliyinə ü mid edə bilər
30
.
Azərbaycan nümayəndə heyətinin başçısı Ə.M.Topçubaşov Paris Sülh Konfransına
təqdim edilmiş memorandumun surətini ABŞ prezidenti V.Vilsona təqdim etmişdi. Sənəd
xüsusi xəritəli vərəqdə sərhədləri göstərilməklə Qafqaz Azərbaycanının mustəqilliyinə;
iqtisadi xəritə ilə birlikdə Azərbaycanın iqtisadi vəziyyəti və maliyyəsinə; etnoqrafik xəritə və
diaqramlarla birlikdə Azərbaycan əhalisinin etnik tərkibinə dair 3 maddədən
31
ibarət idi.
Paris konfransının iştirakçılarını respublikadakı siyasi vəziyyətlə tanış etmək üçün
Azərbaycan nümayəndə heyəti böyük işlər görmüş, məsələn, 1919-cu il mayın 23-ü
359
İngiltərə nümayəndəsi A.Mallet və ABŞ nümayəndəsi K.Morgentau ilə görüşlər
keçirmişdi.
Paris Sülh Konfransında keçmiş Rusiya imperiyası ərazisində yaranmış bütün
müstəqil dövlətlərin nümayəndələri iştirak edirdilər. Bu konfransın gedişində onlar görüşlər
keçirir və öz müşahidələri barədə fikir mübadiləsi aparırdılar. Bəzi məsələlər üzrə onlar
eyni tələblərlə ç ıxış edird ilə r.
1919-cu il iyunun 13-də V.Vilson, D.Lloyd Corc, J.Klemanso. V.Orlando və baron
Makinonun imzası ilə Rusiya ərazisində admiral Kolçakın ali hakimiyyətinin qismən
tanınmasına dair sənəd dərc olundu. Bununla əlaqədar olaraq Azərbaycan, Gürcüstan,
Latviya, Estoniya, Şimali Qafqaz, Belorusiya və Ukrayna nümayəndələri 1919-cu il iyunun
13-də Paris konfransının sədrinə etiraz notası təqdim etdilər
32
.
Parisdə Azərbaycan nümayəndə heyəti İranla münasibətlər məsələsi üzrə xeyli iş
gördü. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra İran
Azərbaycana qarşı ərazi iddiaları irəli sürür və onun İran dövlətinə birləşdirilməsini tələb
edirdi.
1919-cu
il avqustun 19-da Londonda İngiltərə-İran
müqaviləsi
bağlandıqdan sonra İran Azərbaycanla bağlı ərazi iddialarından əl çəkd i. 1919-cu il
noyabrın 1-də Parisdə Azərbaycanla İran arasında Azərbaycanın müstəqilliyin in
tanınması haqqında müqavilə bağlandı və iki ölkə arasında diplo matik
münasibətlərin yaradılmasına razılıq əldə ed ild i
33
. Bu müqavilən in bağlanması
Azərbaycan diplo matiyasının beynəlxalq səhnədə mühüm qələbəsi idi.
Lakin Azərbaycan nümayəndə heyətinin, həmçinin d igər y eni yaran mış
dövlətlərin nü mayəndə heyətlərinin fəaliyyəti onunla mürəkkəbləşird i ki, Paris
Sülh Konfransında bu dövlətlərin müstəqilliy inin tanın ması məsələsinin mü zakirəsi
konfransın gündəliyindən "Rusiya məs ələsi" ilə əlaqələndirilərək açıq-aşkar
ləngidilirdi. Bu da onların beynəlxalq hüquq subyektləri kimi tanın masın ı şübhə
altına qoyurdu. 1919-cu il o ktyabrın 8-də Azərbaycan, Gü rcüstan, Latviya,
Estoniya müstəqil respublikaları, Şimali Qafqaz dağlıları və Ukraynanın
nümayəndələri sülh konfransının sədri Klemans oya 1919-cu il 7 iyul tarixli birgə
bəyannaməyə əlavə olan məktub göndərdilər. Həmin mə ktubda bu respublikalara
münasibətdə böyük dövlətlərin mövqeyi kəskin şəkildə pislənir, keçmiş Rusiya
imperiyası ərazisində yaranmış siyasi vəziyyətə toxunularaq göstərilird i ki,
"...Rusiya bolşeviklə ri pro letariat və ko mmun izm diktaturası yaratmağa çalışır,
Rusiyanın irticaçı dairələri isə həmin ərazidə özünün hərbi diktaturasını qurmağa
və xalqları əsarət altına almaqla keçmiş Rusiyanı bərpa etməyə cəhd göstərirlər"
34
.
Yu xanda göstərilən dövlətlərin nü mayəndə heyətləri onla rın beynəlxa lq hüquq
subyektləri kimi tanın ması məsələsinin həllini tə xirə salmamağ ı xahiş edir, onun
həllinin qeyri-müəyyən vaxta təxirə salın masın ın müstəqilliyə can atan xalq lar
üçün çox ağır nəticələr verə b iləcəyin i vurğulayırd ılar. Klemansoya ünvanlanmış
məktubda Ali Şuran ın mü zakirəsinə təqdim edilən iki məsələ: "birincisi, hər b ir
respublikanın müstəqil dövlət kimi tanın ması; ikincisi, ərazi, maliyyə, iqtisadiy-
360
yatla bağlı digər məsələlərin dərhal mü zakirə edilməsi" təklif o lu nurdu
35
. Bolşevik
təhlükəsinin güclənməsi nəticəsində Qafqazda yaran mış vəziyyət Antanta
ölkələrini ciddi şəkildə düşünməyə və real əməli addımlar atmağa məcbur etdi.
Qızıl Ordunun Qafqaza yiyələn məsi bütün Yaxın və Orta Şərqi təlatü mə gətirib
bolşevik ideyalarının İranda və digər Şərq ölkələrində yayılmasına kömək edəcəyi aydın idi.
Buna görə də Avropanın bir çox siyasətçiləri Azərbaycan və Gürcüstanın sovet imperiyasına
qarşı çıxmasını təmin etmək məqsədilə onları müvafiq müdafiə vasitələrilə təchiz etməyə və
onların müdafiə qabiliyyətini gücləndirməyin zəruriliyi ideyasına tərəfdar çıxırdılar. Lakin
suverenliyi tanınmayan ölkələrə yardım göstərmək işi müharibədən sonra qərarlaşmış
beynəlxalq münasibətlərin əksinə olduğu üçün müəyyən çətinliklərlə qarşılaşırdı. Eyni
zamanda bu respublikaların beynəlxalq birlik tərəfindən tanınmasına mane ola biləcək
"vahid və bölünməz Rusiya" ideyası artıq yeni yaranmış şəraitdə öz əhəmiyyətini itirmiş,
onun tərəfdarlarının ümidləri özünü doğrultmamışdı. Məhz buna görə hadisələrin belə
axarda inkişaf etdiyi bu dövrdə Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması təxirə-
salın maz məsələyə çevrildi.
Bu məqsədlə 1920-ci il yanvarın 10-da Böyük Britaniyanın təşəbbüsü ilə Paris
Sülh Konfransı Ali Şurasının sessiyası çağırıldı. Sessiyada İngiltərə, Fransa və İtaliyanın
hökumət başçıları və xarici işlər nazirləri, ABŞ və Yaponiya tərəfindən isə onların sülh
konfransındakı nümayəndələri, həmçinin Parisdəki səfirləri iştirak edirdilər. Ke d'Orsedə
keçirilən sessiyada Cənubi Qafqaz respublikalarının problemi geniş və hərtərəfli müzakirə
edildi
36
.
Qafqazda vəziyyət haqqında ətraflı məlumat verən Britaniya baş naziri
bolşeviklərin Cənuba doğru irəlilədiyini, Denikinin darmadağın ediləcəyi və Xəzər dənizinin
tutulacağı halda onlann türklərin köməyinə ümid edə biləcəklərini qeyd etdi. Belə olduqda
Qafqaz dövlətlərinin çıxılmaz vəziyyətdə qalacaqlarını bildirdi. Buna görə də Lloyd Corc bu
dövlətlərin silah və hərbi sursatla təchiz olunmasının ən sərfəli variantını işləyib hazırlamağı
təklif etdi. Onun təklifilə Ali Şura qərar qəbul etdi. Qərara uyğun olaraq, hərbi ekspertlər
Qafqaz respublikalarına kömək etmək üçün təkliflər hazırlamalı idilər. Lloyd Corcun
bəyanatını tamamilə müdafiə edən Jorj Klemanso Qafqaz işlərində təcrübəsi olan Britaniya
nümayəndələri tərəfindən "Qafqaz respublikalarına kömək etmək haqqında" memorandum
hazırlanmasının zəruriliyini qeyd etdi
37
.
Ali Şuranın Lloyd Corc və Klemansonun iştirak etmədiyi gündüz iclası xarici işlər
nazirləri səviyyəsində davam etdirildi və burada İngiltərə naziri lord Kerzonun təklifi ilə
Qafqaz respublikalarına münasibət probleminin siyasi tərəflərinə aid nıüzakirə aparıldı. Öz
çıxışında Kerzon Lloyd Corcun Azərbaycan və Gürcüstanın müstəqil dövlət kimi tanınmaq
məsələsini Ali Şuranın gündəliyinə çıxartmaq niyyətində olduğunu bildirdi. "Erməni
məsələsi"nə gəldikdə isə onu "Türkiyə məsələsi" ilə bir yerdə həll etmək nəzərdə tutulurdu.
Xarici işlər nazirləri Azərbaycan və Gürcüstana qarşı üçtərəfli təhlükə yaranması ilə bağlı
eyni fikirdə olduqlarını bildirdilər
38
. Onlar "üçtərəfli təhlükə" dedikdə, əvvələn, bolşevik
Rusiyası qoşunlarının cənuba doğru irəliləməsini; ikincisi, geri çəkilən Denikin qoşunlarının bu
respublikalara soxula biləcəyini; üçüncüsü isə kamalçıların, Rusiya ilə sazişə əsasən, bu
361
respublikalara daxil ola biləcəyini nəzərdə tuturdular. Vəziyyətin kəskin böhranlı şəkil
alması Azərbaycan və Gürcüstan hökumətlərini Antanta ölkələrindən kömək istəməyə
məcbur etdi
39
.
Bu xahişlər barədə Ali Şuraya məlumat verən Kerzon Azərbaycan və
Gürcüstanın dərhal de-fakto tanınması təklifini irəli sürdü. Versal konfransında yaranmış
vəziyyət faktiki olaraq fəaliyyət göstərən dövlətlərin tanınması üçün bütün zəruri şərtlərin
olmasından xəbər verirdi. Onun reallaşmasından ötrü yalnız təkan verəcək bir tərəf lazım
idi, o tərəf də sülh konfransının iştirakçısı Böyük Britaniyanın xarici işlər naziri lo rd
Kerzon oldu
40
.
Kerzonun fikrincə, Britaniya qoşunlarının Qafqaz hüdudlarına daxil olması
Mudros barışığından sonra İngiltərə hökumətinə çox böyük üstünlüklər verirdi. Bir qədər
sonra - yanvarın 11-də müttəfiqlərin Ali Şurası lord Kerzonun təklifi ilə aşağıdakı
məzmunda qərar qəbul etdi: "Müttəfiq və birləşmiş dövlətlər Azərbaycan və Gürcüstan
hökumətlərini de-fakto səviyyəsində birgə tanıyırlar"
41
.
ABŞ və Yaponiya nümayəndələri bildirdilər ki, Azərbaycan və Gürcüstanın
tanınması aktına qoşulmaq üçün onlar öz hökumətlərinin rəyini öyrənməlidirlər
42
. Az sonra
Yaponiya Ali Şuranın 11 yanvar tarixli qərarına qoşuldu. Amerika Birləşmiş Ştatları qərara
qoşulmaqdan rəsmi olaraq imtina etdi. ABŞ-ın bu qərarı müxtəlif səbəblərlə izah edilirdi.
Onlardan biri Amerika hökumətinin Qafqazda Böyük Britaniyanın nüfuzunun güclənməsindən
ehtiyatlanması idisə, digəri də sülh konfransının yekun mərhələsində ABŞ-la onun Avropa
müttəfiqləri arasında ciddi ixtilaflar yaranması idi. Lakin ABŞ-ın Azərbaycan Xalq
Cümhuriyyətinin müstəqilliyini tanımaqdan imtina etməsinin təkcə İngiltərə-Amerika
ziddiyyətlərindən irəli gəlmədiyi gümanı da istisna deyildi. Amerika Senatının Versal
müqaviləsinə qoşulmaga razılıq verməməsi, Vilson hökumət inin həyata keçird iyi
geniş beynəlxalq əməkdaşlıq siyasətinin tənqidə məruz qalması onun Qafqazla
bağlı siyasətinə də öz təsirin i göstərdi.
Yanvarın 13-də ABŞ-ın Parisdəki səfiri Valles İngiltərə və Fransanın
Azərbaycan və Gürcüstan dövlətlərinin müstəqilliklərini de-fakto tanımaları və
onlara yardım göstərməyə hazırlaşmaları barədə Vaşinqtona məlu mat verd i.
ABŞ höku mətinin Fransadakı səfirinə cavab məktubunda deyilirdi ki,
Birləş miş Ştatlar İngiltərə və Fransanın Qafqaz dövlətlərinə kö mək etmək ideyası
ilə razılaşsa da, onların müstəqilliklərin in tanın masını Rusiyanın dağılmasın ın
başlanğıcı kimi q iy mətləndirir.
Bununla yanaşı, yanvarın 19-da müttəfiq lər tərəfindən Ermənis tanın
müstəqilliy inin tanın masın ı A BŞ heç də Rusiyanın dağılması kimi
qiymətləndirməd i və 1920-ci il aprelin 23-də özü də de-fakto olaraq Ermənistanı
tanıdı.
Yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransa Xarici
İşlər
Nazirliy inə dəvət olundular. A zərbaycan (Ə.M.Topçubaşov və
M.Məhərrəmov) və Gürcüstan (İ.Sereteli və Z.Avalov) nümayəndələri nazirliyin
birinci katibi Jü l Kambon, İngiltərə nümayəndəsi Filipp Kerr və İtaliya nümayəndəsi
362
markiz de la Torreta tərəfindən qəbul edildilər
43
. Jül Kambon Azərbaycanın Ali Şura
üzvləri və müttəfiq dövlətlər tərəfindən de-fakto tanın ması haqqında Paris Sü lh
Konfransının rəsmi qərarını Ə.M.Topçubaşova təqdim etdi. A zərbaycan və
Gü rcüstan nümayəndələrini təbrik edən Kambon bildirdi ki, bundan sonra
Azərbaycan və Gürcüstan müstəqil dövlətlər kimi, bu və ya digər mə sələlərin
həllində rəs mi şəkildə sülh konfransına müraciət edə bilərlər. Bu vaxtdan etibarən hər
iki ölkə rəsmi şəkildə Ali Şura ilə əlaqəyə girə, həmçinin öz ehtiyaclarının qey də
alın masın ı, qanuni hüquqlarının və konfransın iclaslarında bərabərhüquqlu
üzvlüyünün təmin olun masını tələb edə bilər.
Bundan əlavə, Kambon bildird i ki, bu dövlətlərin höku mətlərin in
tanınması aktı onların Rusiyadan ayrılması faktın ın tanınması ilə bir vaxtda baş
vermişdir
44
. Sonra Kambon nümayəndələrin xahiş və təkliflərin i din lədi.
Azərbaycan Xalq Cü mhuriyyəti adından çıxış edən Ə.M.Topçubaşov
Azərbaycanın siyasi quruluşu haqqında qısa məlumat verərək qeyd etdi ki, Azərbaycan
Xalq Cümhuriyyəti böyük dövlətlər tərəfindən həm kömək, həm də özünün de-yure
tanınmasını gözləyir.
Yanvann 15-də Versalda hərbi ekspertlər Şurası Azərbaycana Gürcüstana
hərbi kömək göstərməklə bağlı məsələləri müzakirə etdi. Şuranın işində iştirak etmək üçün
Böyük Britaniyanın hərbi naziri U.Çörçill, Britaniya İmperiya Ordusu Baş Qərargahının rəisi
feldmarşal H.Vilson, admirallığın birinci lordu U.Lanq, lord-admiral A.Bitti və başqaları
təcili olaraq Londondan Parisə gəldilər
45
.
Yanvarın 16-da hərbi ekspertlərin işi davam etdirildi, onların iclasına
J.Klemanso sədrlik edirdi. Bir gün əvvəl Azərbaycan və Gürcüstan nümayəndələri ilə
görüşən J.Klemanso J.Kambondan Qafqazda vəziyyət haqqında məlumat verməyi xahiş etdi.
Qafqaz rcspublikalarının müdafiə qabiliyyəti haqqında iclas iştirakçılarına məlumat verən
J.Kambon qeyd etdi ki, onlar maliyyə, hərbi və digər yardımlara ciddi ehtiyac hiss edirlər.
Lakin J.Kambon və F.Kerrin məlumatları Klemansonu qane etmədi. Qərara alındı ki,
Azərbaycan və Gürcüstan nümayəndələrinin iştirak edəcəyi sabahkı iclası feldmarşal
H.Vilson aparsın.
Yanvarın
17-də
Azərbaycan
nümayəndələrinin
yaşadığı "Klaric"
mehmanxanasında H.Vilsonun sədrliyi altında admiral Bitti, İngiltərə Xarici İşlər
Nazirliyinin nümayəndəsi Robert Vansittart, həmçinin Azərbaycan və Gürcüstan
nümayəndələrinin iştirak etdikləri müşavirə keçirildi.
Müşavirənin əsas məqsədi bolşevik basqını təhlükəsi qarşısında qalan
Azərbaycan və Gürcüstana maddi kömək göstərilməsi ilə bağlı məsələlərin
aydınlaşdırılması idi. Bununla belə, iclasda Qafqaza müttəfiq qoşunları vasitəsilə kömək
etmək məsələsi müzakirəyə çıxarılmadı. Yalnız hərbi sursat və ərzaq məhsulları
göndərilməsi çərçivəsində yardım göstərmək məsələsinə toxunuldu. Admiral Bittinin
Azərbaycanın xaricdən kömək almadan Xəzər dənizi sahillərini qorumaq üçün öz hərbi-
dəniz qüvvələrini yarada bilməsi sualına Ə.M .Topçubaşov mənfi cavab verdi.
1920-ci il yanvarın 19-da Paris Sülh Konfransı Ali Şurasının hökumət
363
başçılarının iştirakı ilə keçirilən iclasında Cənubi Qafqaz rcspııblikaları problemi ətraflı
müzakirə edildi. Həmin gün Paris Sülh Konfransının iclasında Lloyd Corc, Klemanso,
Nitti, Kambon, Matei, Kerzon, Çörçill, Foş, Bitti, Vilson, eləcə də o dövrün digər gör-
kəmli siyasətçiləri və hərbçiləri, həmçinin Azərbaycan nümayəndə heyətinin bütün
üzvləri iştirak edirdilər. İclasda, Ali Şuranın 10 yanvar tarixli tapşırığ ına əsasən, ingilis
nümayəndələri tərəfindən tərtib edilmiş memorandum elan olundu. Memorandumda
aşağıdakı tədbirlər nəzərdə tutulurdu:
1.
Azərbaycan və Gürcüstanın tanınması (bu tədbir həyata keçirilmişdi);
2.
Əvvəllər Den ikinə verilmiş və Potidə olan silah və sursatın
Azərbaycan, Gürcüstan və Ermən istana verilməsi;
3.
Azərbaycana və Gürcüstana əlavə ərzaq, maliyyə və hərbi (silah və
geyim) cəhətdən yardım göstərilməsi;
4.
Bakın ın müdafiəsin in möhkəmləndirilməsi üçün əlavə tədbirlərin
görülməsi;
5.
Xəzər sahillərinin müdafiəsinin təmin olunması, bolşevik ordusunun
Xəzər dənizinə və Xəzər donanmasına buraxılmaması, Denikinin dəniz
donanmasının müttəfiqlərin ü mu mi istifadəsinə qaytarılması, bu, mü mkün
olmadıqda isə onun batırılması
46
.
İclasda müttəfiq lərin hərbi ekspertləri adından məruzə ilə Ferd inand Foş
çıxış etdi. Cənubi Qafqaz respublikalarına nədə və hansı formada kö mək göstərmək
məsələsi kəskin mübahisələrə səbəb oldu. Hərb i ekspertlər heyətinin b aşçısı marşal
Ferdinand Foş Qafqaza bir neçə div iziya göndərməyi zəruri hesab etdi. Ferdinand
Foşla həmrəy olan feld marşal H.Vilson əlavə etdi ki, Britaniya donanması Xəzər
dənizində təşəbbüsü öz əlinə almazsa, Qafqazı saxlamaq mü mkün olmayacaq. Hərbi
nazir U.Çörçill H.Vilsonun fikrilə razılaşdı və bildird i ki, İngiltərə Xəzər dənizində
hökmranlığı ələ almazsa, Qafqaza göndərilən bütün silahlar bolşeviklərin əlinə
keçəcək
47
.
Hərbi ekspertlərin təklifinə qətiyyətlə etiraz edən Lloyd Corc qeyd etdi ki,
hərbçilər siyasətdə heç nə başa düşmürlər. "Əgər ordu göndərmə dən Qafqazı
saxla maq mü mkün deyilsə və göndərilən silahlar it iriləcə ksə, demə li, məntiqə
əsasən, köməkdən imtina etmək lazımd ır". Loyd Corc marşal Foşa müraciət edərək
soruşdu: "Hərbçilərin qərarın ı məhz bu məzmunda başa düşmək olarmı?" Marşal
Foş isə haqlı olaraq hesab edirdi ki, yalnız qoşun göndərməklə Qafqazı bolşevik
basqınından xilas etmək o lar
48
.
Beləliklə, Klemanso və Çörçill Qafqaza bilavasitə qoşun göndərmək
tərəfdarı olduqları halda, Lloyd Corc və Nitti kö məyi hərbi göndərməklə
məhdudlaşdırmağı nəzərdə tuturdular.
Azərbaycan və Gürcüstana hərbi yardım göstərməyin zəruriliyini qeyd edən
Lloyd Co rc eyni zamanda bu respublikalar tərəfindən yardımına səmərəli istifadə
edilməsi imkanlarını aydınlaşdırmağa çalışırd ı. O, bu yard ımın da vaxtilə Denikinə
göndərilmiş yardım kimi bolşeviklərin əlinə keçməyəcəyinə əmin olmaq istəyirdi.
364
Azərbaycan və Gürcüstan nümayəndələrinə müraciət edən konfransın sədri
J.KJemanso onlardan ölkələri üçün hansı təhlükə olduğu və Lloyd Corcun
qaldırdığ ı məsələ ilə bağlı olaraq, müttəfiqlərin verd iyi yardımdan səmərəli istifadə
edə bilmək imkanlan barədə məlu mat istədi
49
.
Buna görə də konkret suallara cavab verən məlu mat almaq üçün
Azərbaycan və Gürcüstan nümayəndələrini d inləmək qərara alındı. Əldə olunmuş
razılığa görə, hər iki nümayəndə heyəti adından çıxış edən İ.Sereteli Gürcüstan və
Azərbaycanın müttəfiqlərin yardımına böyük ehtiyacları olduğunu bildirdi.
Klemansonun "Siz qoşun istəyirsinizmi?" - sualına cavab olaraq Sereteli bildirdi ki,
bu, çox yaxşı olardı, çünki bolşeviklər tez-kec Qafqaza soxulacaqlar
50
.
Sonra Lloyd Corc Azə rbaycan silahlı qüvvələri h aqqında suallar verdi.
Azərbaycan nümayəndə heyətinin müşaviri M .Məhərrəmov onun suallarını
cavablandırarkən b ild irdi ki, lazımi miqdarda silah və sursat olarsa, Azərbaycanda
orduya qısa müddətdə 100 min nəfər səfərbər etmək mümkündür
51
.
İclasda çıxış edən Azərbaycan Xalq Cü mhuriyyəti nümayəndə heyətinin
başçısı Ə.M.Topçubaşov Azərbaycan Xalq Cü mhuriyyətinin bolşeviklərə, həmçin in
Denikinə qarşı heç b ir iddia et mədiy ini, hər hansı bir fo rmada Rusiyanın da xili
işlərinə qarış maq fikrində olmad ığını qeyd etdi. Bununla bərabər, b ild irdi ki, hər
iki qüvvənin Azərbaycanın müstəqilliyi üçün törətdiyi təhlükədən müdafiə
olunmaq üçün bütün imkanlardan, o cü mlədən müttəfiqlərin yard ımından səmərəli
istifadə olun masını məqsədyönlü sayır. Onun fikrincə, müttəfiqlər İngiltərən in
Ənzəlidəki donanmasından istifadə edərək, Bakının müdafiə qabiliyyətini xey li
gücləndirə bilərdilər.
Ə.M.Topçubaşov müttəfiq lərə şimaldan hərəkət edən ordu ilə Qafqaz
respublikaları arasında bufer rolu oynayan Dağlılar Respub lıkasını da de-fakto
tanımağ ı təklif ed ird i.
İclasa yekun vuran Lloyd Corc Qafqaz respublikalarına silah, sursat və
geyim formasında təcili yardım göstərməy i zəruri hesab etdi. Azərbaycana və
Gü rcüstana qoşun göndərmək məsələsinə to xunan Lloyd Corc bunun qeyri-
mü mkünlüyünü etiraf etdi. Onun fikrincə. Qa fqaz respublikala rı ö z silah lı
qüvvələri hesabına öz müdafiə qabiliyyətlərin i, xüsusilə Bakın ın müdafiə
qabiliyyətini gücləndirmə lidirlər
52
.
Lloyd Corc Dağ lılar Respublikasını de-fakto tanımaq haqqında
Ə.M.Topçubaşovun irəli sürdüyü təklifi bəyəndi
53
. Nəticədə müzakirə olunan
məsələlərlə əlaqədar olaraq Ali Şura Qafqaza aid dörd maddədən ibarət olan qərar
qəbul etdi:
1.
Ermənistan və Dağ ıstanın de-fakto tanın ması. Bu qərarda Ermənistanın
sərhədlərinin müəyyənləşdirilməsi məsələsinə to xunularaq qeyd edilirdi ki, bu
məsələyə "Türkiyə məsələsi" ilə birlikdə baxılacaqdır.
2.
Müttəfiq dövlətlərin Qafqaz respublikalarına qoşun göndərmək
imkanları yo xdur.
365
3.
Müttəfiqlər Qafqaz respublikalarına silah, döyüş sursatı və ərzaq
göndərməklə yardım edəcəklər.
4.
Hərbi materialların nədən ibarət olması və onların Qafqaz res -
publikalarına çatdırılması yolların ın dəqiqləşdirilməsilə bağlı məsələlərə baxılması
ma rşal Foş və feldma rşal Vilsondan xahiş edilsin
54
.
Beləliklə, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan
Xalq Cü mhuriyyətinin de-fakto tanınması Ə. M. Topçubaşovun rəhbərlik etdiyi
Azərbaycan nümayəndələrinin diplo mat ik fəaliyyətlərinin uğurlu nəticəsi kimi
qiymətləndirilməlid ir. Böyük çətinliklər və məhru miyyətlər hesabına əldə edilmiş
bu nailiyyətlə əlaqədar Ə.M .Topçubaşov Parisdən Azərbaycan hökumətin in başçısı
N.Yusifbəyliyə göndərdiyi məktubda yazırd ı: "Hər hansı real bir formada biz im də
azad və müstəqil yaşamaq ü mid lərimizin möhkəmləndiy i bir dövr başlandı.
Mütərəqqi Azərbaycan cəmiyyəti heç vaxt və hətta çar Rusiyasının başqa xalqlara
qarşı yeritdiyi müstəmləkə siyasətinin ən ağır günlərində belə azadlıq, müs təqillik
ümidlərin i itirmird i. Azərbaycan xalq ı müstəqil yaşaya biləcəyinə, müstəqilliyə
nail olacağına inanırd ı". Ə.M.Topçubaşov məktubunda vurğulayırdı: "Bununla
yanaşı, biz digər kiçik xalqların ibratamiz mübarizələrini də unutmuruq. Öz azadlıqlarını
əldə etmək üçün bu xalqlar yarım il, bir il yox, on illərlə və daha çox mübarizə aparmış, çoxlu
insan və maddi itkilər hesabına arzularına çatmışlar. Belə dəyərli xoşbəxtliyin qarşısında biz
heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanı-
mırıq"
55
.
1920-c i il yanvarın 2-də Azərbaycan hökumətinin fövqəladə iclası keçirildi.
Yanvarın 14-də bütün Azərbaycan ərazisində bayram şənlikləri keçiriləcəyi elan
edilmişdi, respublikanın paytaxtında mitinqlər və nümayişlərin, həmçinin Azərbaycan
Ordusunun hərbi keçidinin və Azərbaycan parlamentinin təntənəli iclasının keçirilməsi haqqında
qərar qəbul edildi. Azərbaycanda yanvarın 14-ü istirahət günü elan olundu; həmin gün
respublikanın baş naziri N.Yusifbəylinin Azərbaycan vətəndaşlarına müraciəti dərc olundu.
Müraciətdə deyilirdi: "...Azərbaycan istiqlaliyyəti haqqında böyük müttəfiqlər alisi
tərəfındən müttəhidən rəy qəbul edilmişdir. Azərbaycanın bütün hüquqa malik olaraq
Qərbin pişrov millətləri ailəsinə daxil olması onun tarixində ən işıqlı bir gündür. Bu gündən
etibarən ruhən və mənən tərəqqi edərək, millətin qüvveyi-mənəviyyəsi gündən-nəşvü -
nüma edəcəyinə şübhə yoxdur. Yenidən nə növ maneə və xətərlər baş versə də, hürr və
müstəqil məmləkətin səadətini təmin etmək yolunda bütün vətəndaşların yekvücud olaraq
müavinət və müzahirətdə bulunacaqlarına hökumət iman ediyor. Yaşasın müstəqil Azərbaycan
xalqı!"
56
Azərbaycan müstəqilliyinin elan olunması beynəlxalq aləmdə ona marağın
artmasına təkan verdi. Bir çox ölkələr - Belçika, İsveçrə, Hollandiya, Çexiya və Slovakiya
Bakıda öz konsulluqlarını açmağa başdılar, İtaliya isə burada öz nümayəndəliyini yaratdı
57
.
Fevral ayında Denikin ordusunun məğlubiyyəti respublikanın dinc nəfəs
alması üçün mühüm hadisə oldu. Qonşu Gürcüstan və İranla hərtərəfli əməkdaşlıq
yaradılması prosesi başlandı. 1920-ci il martın 20-də Azərbaycanla İran arasında sülh və
366
dostluq haqqında müqavilə bağlandı. Müqaviləyə əsasən, İran hökuməti Azərbaycanın
müstəqilliyini de-yure tanıdı. Tərəflər dostluq və iqtisadi əlaqələrin yaradılması və inkişaf
etdirilməsi, həmçinin Tehranda Azərbaycan səfirliyinin, Bakıda isə İran səfirliyinin
açılması barədə öhdəliklər götürdülər
58
. Bundan əlavə, həmin gün Azərbaycanla İran
arasında gömrük, ticarət, poçt-teleqraf və konsul əlaqələri haqqında saziş imzalandı
59
.
Bir qədər sonra Tehranda Azərbaycan səfırliyi açıldı, Təbrizdə isə Azərbaycanın baş
konsulluğu fəaliyyət göstərməyə başladı
60
.
1920-c i il aprelin ortalarında Azərbaycan parlamenti Böyük Britaniya,
Fransa, İtaliya, ABŞ, İsveçrə, Polşa, Latviya, Litva, Estoniya, Finlandiya, Ukrayna,
Ru mıniya, Almaniya və Rusiyada AXC-nin diplomatik nümayəndəlikləri açılması
haqqında qanun qəbul etdi
61
. Türkiyə, Gürcüstan və Ermənistan kimi qonşu ölkələrlə
diplomatik ə laqələ r genişləndi. Bu dövrdə Bakıda 20-dən çox ö lkən in diplo mat ik
missiyaları fəaliyyət göstərməyə başladı.
1920-c i il 28 aprel çevrilişi ərəfəsində beynəlxa lq alə mdə A zərbaycan Xa lq
Cü mhuriyyətinin tam təcrid olun ması aradan qald ırılmışdı. Müstəqil Azərbaycanın
diplomatik cəhətdən geniş tanınması və hərtərəfli beynəlxalq əlaqələr sisteminə
daxil olması prosesi başlanmışdı.
367
IX FƏSİL
Dostları ilə paylaş: |