Azərbaycan diLİ VƏ tariXİ


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə50/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   46   47   48   49   50   51   52   53   ...   72
 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 

 İQTİSADİ SİYASƏTİ 

 

Azərbaycanda dövlətçiliyin təşəkkül tapması iqtisadiyyatın da tamamilə yenidən 



qurulmasını  tələb  edirdi.  Lakin  Birinci  dünya  müharibəsi,  ikihakimiyyətlilik  dövründə 

Cənubi  Qafqazda,  eləcə  də  Azərbaycanda  baş  alıb  gedən  anarxiya,  hərc-mərclik,  xalqın 

varidatının  Bakı  kommunarları  ilə  "Sentrokaspi"  tərəfindən  talan  edilməsi  və  nəhayət, 

müstəqil  dövlət  quruculuğu  dövründə  ölkənin  xarici  qoşunların  təsiri  altında  olması 

nəticəsində  iqtisadiyyatın,  demək  olar  ki,  tam  dağılması  gənc  hökuməti  böyük 

çətinliklərlə qarşılaşdırmışdı.  Hökumətin  iqtisadiyyat sahəsində əsas vəzifəsi yalnız dağılmış 

təsərrüfat sahələrini bütünlüklə bərpa etmək deyil, həm də yeni ıqtisadi sistemin prinsiplərini 

müəyyənləşdirmək və həmin prinsiplər əsasında islahatlara başlamaq idi. Lakin Azərbaycan 

Xalq  Cümhuriyyəti  hökumətini  təmsil  edən  şəxslərin  əksəriyyəti  Rusiyanın  qabaqcıl 

universitetlərinin  məzunları olsalar da, onların  müvafiq  islahatlar  keçirmək sahəsində  zəruri 

təcrübələri  kifayət  etmirdi.  Hökumətin  kursu  tarixi  şəraitə  görə  həddən  ziyadə  ideoloji 

məzmun daşıyır və özünü respublikanın bütün icra orqanlarında büruzə verirdi. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  iqtisadi  və  siyasi  platforması  bütün 

vətəndaşların  həqiqi  hüquq  bərabərliyini  bərqərar  edərək,  demokratik  bir  cəmiyyət 

qurmağı  nəzərdə  tuturdu.  Bu  məqsədə  çatmağın  əsas  vasitəsi  mülkiyyət  formasının 

müxtəlifliyi  prinsipini  felən  həyata  keçirməkdən,  dövlətə,  xüsusi  şəxslərə,  səhmdar 

birliklərə bələdiyyə - özünüidarə orqanlarına məxsus mülkiyyət formalarının inkişafı üçün 

bütün vətəndaşlara bərabər imkan verən demokratik şəraiti təmin etməkdən ibarət id i. 

Bununla yanaşı, hökumət bu mövqedə idi ki, mülkiyyət formalarının mü xtəlifliyi 

iri  mülkiyyətin,  xüsusilə  də  dövlət  iqtisadiyyatının  özəyini  təşkil  edən  iri  fabrik  və 

zavodların parçalanmasına gətirib çıxarmamalıdır. 

Mülkiyyət  formalarının  müxtəlifliyi  üçün  bərabər  imkan  verən  şəraitin  təmin 

edilməsi  ideyası  respublikanın  iqtisadiyyat sahəsinə aid  ilk  qanunvericilik  aktlarının  əsasını 

təşkil  edirdi.  Lakin  zaman  həmin  aktların  heç  də  hamısının  işlək  olmadığını  və  özünü 

doğrultmadığını göstərdi. Respublikadakı iqtisadi vəziyyət isə mürəkkəb olaraq qalırdı. 

Gö rkəmli  A zərbaycan  sənayeçisi  Hacı  Zeynalabdin  Tağıyev  Azərbaycan 

Xalq  Cümhuriyyətinin  Baş  naziri  N.Yusifbəyliyə 1919-cu ilin iyununda verdiyi rəsmi 

müraciətində  maliyyə, ticarət və sənaye sahələrində hökumət  kursunun  dəyişdirilməsində 

qətiyyət göstərilməsindən bəhs edirdi. 

Hacı  Zeynalabdin  Tağıyevin  Baş  nazirə  işgüzar  məktubu  ölkənin  sahibkar 

dairələrinin  lideri  olan  şəxsin  mövqeyini  aydın  əks  etdirdiyi  üçün  çox  diqqətəlayiqdir  və 

ibrətamiz  təəssürat  oyadır.  O  öz  müraciətini:  "Allaha  şükür  ki,  doğma  vətənim  üzərində 

parlayan  müstəqillik günəşinin şəfəqlərini seyr etmək  mənə nəsib olmuş dur"

1

 - sözləri  ilə 




 

 

368 



başlayırdı.  Lakin  buna  baxmayaraq,  onun  səmimi  və  nəzakətli  tonu,  milli  ideyaya  loyal 

münasibətinin arxasında  iqtisadi sərbəstlik  istəyən burjuaziyanın sərt dialoqa hazır olması 

aydın hiss olunurdu. 

H.Z.Tağıyev  öz  məktubunu  birbaşa  problemin  mahiyyəti  barədə  fikirlərini 

açıqlamaqla başlayır: "Zənnimcə,  indi elə bir  münbit şərait  mövcuddur  ki, bu şəraitdə  mən 

sizin diqqətinizi hökumətin fəaliyyət mərkəzindən kənarda qalan bir sıra mühüm məsələlərə, 

maliyyə və iqtisadi siyasət məsələlərinə cəlb etmək istəyirəm"

2



Öz fikirlərini öyrəncəli olduğu valyuta-birja dilində izah edən H.Z.Tağıyev sonra 

yazırdı: "Mal  ixracına qoyulmuş qadağalar  milli valyutanın tamamilə qiymətdən düşməsinə 

gətirib çıxarmışdır: idxal-ixrac əməliyyatları üzərində sərt nəzarət, mal mübadiləsinin məh-

dudlaşdırılması sərmayə sahiblərinə ciddi ziyan gətirdi". Onun tənqidi də konkretdir: əgər 

hökumət  insan  hüquqlarına  hörmət  edəcəyinə,  xüsusi  mülkiyyətin  toxunulmazlığına 

təminat verirsə, onda o öz sözünün üstündə axıradək durmalı və müxtəlif qadağalara, maneçi-

liklərə, məhdudiyyətlərə əl atmamalıd ır. 

Tağıyevin gəldiyi nəticələr isə həm real, həm də sosial ünvanlıdır, onun fikrincə, 

hökumətin  belə  iqtisadi  siyasətindən  ən  çox  qazanan  alverçilər  və  vicdansız  məmurlar, 

itirənsə istehsalçılar və istehlakçılar olacaq lar. 

Yaradıcı  işgüzar adamların Tağıyevin məktubunda ifadə edilmiş  narazılığı 

əslində göründüyündən qat-qat əsaslı id i. 

Məlu mat vərəqinin  əsas qayəsi aşağıdakı sözlərlə ifadə o lunmuşdu: işlərin 

normal gedişatına  mane olan ən əsas amil  iqtisadiyyatda nizamlama sistemin in və 

sabit  dövlət  qiymətlərinin  mövcud  olmasıdır.  "Hər  iki  tədbirin  tərəfdarları  elə 

düşünürlər ki, guya sənayeçi dövlətin və cəmiyyətin düşmənidir, yalnız öz  marağını 

güdür  və  buna  görə  də  cinayət  törətmiş  cani  kimi  onun  ü zərində  sərt  nəzarət 

lazımdır.  Belə  baxışların  əsassız  olmasını  sübut  etməyə  ehtiyac  yoxdur.  Azad 

sahibkarlar dövlətin düşməni yox, dostu və dayağıdır"

3



Əlbəttə, Hacın ın bu problemi yalnız iqtidarda olan şəxslərin axıradək dərk 

etməməsi  ilə əlaqələndirməsi onu sadələşdirmək demək  idi.  Əsil həqiqətdə isə bu, 

şüurlarda  kök  salmış  ideologiyanı  ö z  fəaliyyətində  əsas  tutan  iqtidar 

nümayəndələrin in  davranış  xəttini  müəyyənləşdirən  bir  təzahür  idi.  İdd ia  etməyə 

əsas var ki, iqtisadiyyatda yaranmış in zibati rejim ölkədə mövcud olan dağınıqlığ ın 

nəticəsi  olmaqla  yanaşı,  eyni  zamanda  respublikan ın  aparıcı  partiyası  o lan 

"Müsavat"ın  ideoloji  görüşlərinə  görə,  millət  dedikdə  xalq  (demo kratik  ço xluq) 

başa  düşülməlidir,  əsil  milli  hökumət  isə  təkcə  bir  sinfi  deyil,  bütün  xalq ın 

mənafey ini müdafiə edən höku mətdir. 

Qiy mətlərin tənzimlən məsi, xüsusi mü lkiyyətin sosiallaşdırılması, istehsal 

və  maddi  nemətlərin   bölüşdürülməsi  prosesinə  müda xilən in  zəruriliy ini 

əsaslandırmağa  çalışan  F.X.Xoyski  və  N.Yusifbəylinin  təşkil  etdiyi  höku mət 

kabinetləri  eyni  zamanda  siyasi  məqsədlər  güdürdü.  Bu  iqtisadi  ku rs  dovlətin 

cəmiyyət üzərində əvvəllər görünməmiş hədsiz qəyyumçuluğa cəhd göstərməsinin 

təzahürü idi. 



 

 

369 



Azərbaycan  Xalq  Cü mhuriyyəti  hökumətinin  inflyasiyanın  qarşısını 

alması,  inflyasiya  şəraitində  maaşları  və  pul  tədavülünü  tənzimlə məsi,  qonşu 

ölkələrlə  iqtisadi  əlaqələri sahmana salması,  öz  valyutasını  yaratmaq  planları,  vergi 

vasitəsilə dövlət və sahibkarlar arasında qarşılıq lı  münasibətləri nizamlaya bilməsi 

diqqətəlayiqdir. 

Kənd  təsərrüfatı  neft  sənayesi  ilə  b irlikdə  Azərbaycan  iqtisadiyyatının 

əsas özülünü və ölkə əhalisinin 76 faizinin fəaliyyət və  dolanışıq mənbəyi sahəsini 

təşkil edird i.  Belə ki, torpaq məsələsi ən kəskin  iqtisadi, sosial və siyasi məsələlər 

sırasında  dururdu.  Onun  həll  edilməsi  həm  bütün  sosial-iqtisadi  vəziyyəti 

yaxşılaşdırmağa, həm də böyük kəndli kütləsinin yeni hökumətə etimad göstərməsinə 

imkan yaradırd ı

4



Ümu miyyətlə,  respublikada  aqrar  islahatlara  keçid  dövründə  kənddəki 

mövcud  istehsal  münasibətlərin in  -  kəndlilərin  təbəqələşməsi  ilə  müşayiət  olunan 

kapitalist  münasibətlərinin   genişlən məsi  müşahidə  olunu r:  1917-c i  ildə  aqrar 

bölmən in quruluşu aşağıdakı kimi  idi: yoxsul təsərrüfatları -  54,4  faiz, ortabablar - 

34  fa iz,  qolçomaqlar  6  faiz  təşkil  edirdi

5

.  Mülkiyyət  formaları  arasında  dövlət  və 



mü lkədar  torpaq  sahibliyi  üstün  idi.  Belə  ki,  bütün  kənd  təsərrü fatı  sahəsinin 

29,5% -i  mü lkədarların  mü lkiyyətində,  68,7%-i  dövlətin  payında  olduğu  halda, 

yalnız  1,8%-i  kəndlilərə  məxsus  idi

6

.  Torpaqsız  və  aztorpaqlı  kəndlilər 



mü lkədarlardan  torpaq  icarə  et məyə  və  ya  mu zdur  kimi  işləməyə  məcbur  id ilər. 

İcarə A zərbaycanın bütün qəzalarında torpaqdan istifadənin əsas forması idi"

7

. Mül-


kədar  təsərrüfatlarında  muzdur  əməyindən  geniş  istifadə  olunurdu

8

.  İslahatların 



keçirilməyə  başlandığı  dövrdə  Azərbaycanda  mülkiyyət  formaların ın  qısa 

xarakteristikası  bundan  ibarətdir:  islahatların  əsas  özəyini  onların  məh z  "kəndliyə 

torpaq vermək"

9

 məqsədi güdən hissəsi təşkil et mə li idi.  



Hələ  Zaqafqaziya  Seyminin  fəaliyyəti  dövründə  Qafqaz  demokratiyası 

populist bolşevik şüarlarına qarşı təcili olaraq  öz şüarlarını irəli sürməyə, o  zaman ın 

inqilabi  coşqunluq  tələblərinə  uyğun  aqrar  tezislərini-ümu mi  şəkildə  "torpaq 

layihəsi"  deyilən  bir  sənədi  hazırlamağa  başladı  və  1918-ci  il  martın  7-də 

Zaqafqaziya Sey mi tərəfindən təsdiq edildi

10



Bu qanunun qeyri-mükəmmə lliyi Cənubi Qafqaz dövlətləri müs təqilliklərini 

elan  etdikdən  sonra  aşkar  olundu.  Azərbaycan  hökuməti  də  bu  qanunla  kütlə 

arasına çıxmağın  mü mkün olmadığ ını etiraf edərək və dövlətin həyati  maraq larına 

cavab  verə  biləcək  yeni  sənəd  hazırlamağı  lazım  bild i.  F.X.Xoyskinin  başçılıq 

etdiyi birinci  Höku mət  kab ineti hə lə  1918-c i il iyunun 22-də  Sey min  aqrar qanun 

şərtlərinin  A zərbaycan  Xalq  Cü mhuriyyəti  ərazisinə  şamil  edilmə məsi  haqqında 

fərman vermişdi. Həmin dekretin  icra hissəsində deyilird i: 1.Zaqafqaziya Sey min in 

qəbul etdiyi torpaq islahatı haqqında qanunun iclası Müəssislər Məclisi çağırılana 

qədər  dayandırılsın;  2.İndiyədək  həm  xüsusi,  həm  də  dövlət  torpaqlarının  tutu l-

ması  halları  aradan  qaldırılsın;  3.Torpaq  pulu  ödənişləri  haqqında  məruzə  təqdim 

edilsin;  4.Ya xın   müddətdə  torpaq  komitə lərinin  'cnidən  qurulması  v ə  ya  ləğv 



 

 

370 



edilməsi haqqında mə ruzə təqdim edilsin". 

Zaqafqaziya  Sey minin  qəbul  etdiyi  aqrar  qanunla  yanaşı,  Bakı  Xalq 

Ko missarları  Sovetin in  bu  vaxtadək  Bakı  quberniyasına  aid  torpaq  haqqında 

dekreti də ləğv edildi

12



Üçüncü hökumət  kabinetinin  formalaşmas ından sonra (dekabr  1918-ci il) 



ilk ç ıxışında baş nazir F.X.Xoyskinin  millətin tərəqqisi  üçün ona siyasi və iqtisadi 

sərbəstlik  verilməsin in  zəruriliy ini  vurğulaması  sübut  edir  ki,  Azərbaycan  Xalq 

Cü mhuriyyəti hakimiyyətini təmsil edənlər ictimai tərəqqinin aqrar məsələdə uğurlu 

həllindən  birbaşa  asılı  olduğunu  dərk  edirdilər.  Bu  məsələ  höku mət  kabinetinin 

bəyanatında  xüsusi  yer  tuturdu:  "Kəndli  və  fəhlə  ünsürləri  təminatı  qayğısı 

hökumətin  ən  başlıca  vəzifəsi  olmalıdır...  To rpaq  kəndliyə  havayı  verilməlidi r"

13



La kin  belə  sosial  islahatın  həyata  keçirilməsi  üçün  müvafiq  qanun  qəbul 



edilməlidir.  Beləliklə  iki  istiqamətdə  -  parlament  ko missiyası  çərçivəsində  və 

hökumət  səviyyəsində  bu sahədə  fəaliyyətə başlandı.  1919-cu  il  fevralın  4-də  tor-

paq  islahatı  haqqında  qanun  layihəsi  hazırlamaq  üçün  menşevik-hümmətçi  Səməd 

bəy  Ağamalıoğlu  başda  olmaq la  mü xtəlif  siyasi  fra ksiyaların  nü mayəndələrindən 

ibarət  xüsusi  parlament  ko missiyası  yaradıldı.  Onun  9  nəfər  üzvündən  dördü 

"Müsavat‖dan 

(Mustafa 

Mahmudov,  Məmmədbəy  Şeyxzamanov,  Murtuz 

Axundzadə  və  Nəriman  bəy  Nərimanbəyov),  "İttihad"dan  (Bəhram  bəy  Vəzirov), 

sosialist  blokundan  (Rza  bəy  Qaraşarov),  "Əhrar"dan  (Hacı  Hüseyn  Əfəndiyev), 

"Daşnaksutyun"dan  (Arşak  Malxazyan)  və  "Rus-Slavyan  Cəmiyyəti"ndən 

(M.N.Vinoqradov)  idi

14

.  Ko missiya  üzvlərinin  siyasi  mənsubiyyət  cəhətdən  çox 



mü xtəlif olması qanun layihəsini lap əv v əld ən  müvəffəqiyyətsizliyə düçar etmişdi, 

çünki onların təmsil etdiy i partiyaların aqrar  məsələyə aid yekdil nöqteyi-nəzərləri 

yox  id i.  Ona  görə  də  layihənin  alternativ   variantına  malik  olmayan  ko missiya 

Zaqafqaziya  Sey minin  1918-c i il  mart ın  7-də qəbul etdiy i,  müəlliflərindən biri də 

indiki  ko missiyanın  sədri  S.Ağamalıoğlu  olan  aqrar  qanunun  əsasları  ilə 

kifayətlənmək  məcburiyyətində  qalmışdı.  Görünür,  məhz  bu  səbəbdən  yeni  layihə 

dövrün  tələbinə  cavab  verməyən,  artıq  Azərbaycan  hökuməti  tərəfindən  imtina 

edilmiş şərikli qanunun köhnə  modelinə bənzəyirdi.  Ko missiya onun hazır lanması 

işini  ləngidən  və  sona  çatdırılmayan  müzakirələrini  kənddə  vəziyyətin  kəskinləşməsi 

şəraitində  aparırdı.  O  dövrün  mətbuatı  kəndlilərin  vaxtaşırı  mülkədar  torpaqlarını  özbaşına 

tutması,  onlann  malikanələrini  talan  etməsi,  qiyam  qaldırması  kimi  faktları  tez-tez 

hallandırırdı. 

Bütün bunlar parlamentin işinə ciddi təsir göstərir, ölkədə vəziyyəti kəskinləşdirir 

və tez-tez hökumət böhranlarına səbəb olurdu.  Qanun layihəsinin müvəffəqiyyətsizliyi artıq 

parlament  komissiyasının  1919-cu  il  23  aprel  tarixli  iclasında  onun  mühüm  bəndlərindən 

birinin  müzakirəsində özünü göstərdi.  Komissiya  gündəliyə  mülkədar  və  xüsusi  sahibkar 

torpaqlarının,  həmçinin  digər  torpaqların  ya  müsadirəsi  və  ya  ləğvi  məsələsini  qoymuşdu. 

Müxtəlif  partiyaların  iclasda  iştirak  edən  nümayəndələri  elə  ilk  andan  bir-birinə  qarşı 

anlaşılmazlıq  və  etimadsızlıq  şəraiti  yaratdılar.  "İttihad"  fraksiyası  adından  çıxış  edən 



 

 

371 



Bəhram bəy Vəzirov qeyd etdi ki, onun fraksıyası mülkədar və xüsusi sahibkar torpaqlarının 

pulla  satın  alınmasını  israr  edir.  Bitərəflər  fraksiyasının  bir  qrupu  da  ittihadçılara  qoşuldu. 

Onların  nümayəndəsi  torpaq  sahiblərinə  dəyən  maddi  zərəri  ödəmək  məqsədilə  xüsusi 

fond yaradılması  zəruriliyini qeyd  etdi. Müsavatçıların sağ cinahı bitərəflərin torpağı satın 

almaq  haqqındakı  ideyalarını  müdafiə  edərək  bildirdilər  ki,  müsadirə  məsələsi  to rpaq 

sahiblərinin ciddi etirazına səbəb olar və bununla da aqrar sektorun dağılmasını stimullaşdıra 

bilər.  "Müsavat"ın  sol  cinahının  nümayəndəsi  Mustafa  Mahmudov  partiya  yoldaşını 

partiyanın  proqramı  ilə  kifayət  qədər  yaxşı  tanış  olmamaqda  günahlandırıb  onunla  razı-

laşmadı. Sosialist bloku və hümmətçi menşeviklərin platforması  eyni idi torpaq müsadirə 

edilməli  və  ödəncsiz  olaraq  həqiqi  sahiblərinə-kəndlilərə  verilməlidir.  Uzun 

müzakirələrdən  sonra  keçirilən  səsvermə  sosialistlərin  xeyrinə  nəticələnsə  də,  aqrar 

məsələnin həllinə ciddi təsir göstərmədi. 

1919-cu  il  avqustun sonu  - sentyabrın əvvəllərində, nəhayət, torpaq  komissiyası 

layihə  üzərində  işini  tamamladı.  Layihənin  əsas  tezisləri  aşağıdakılardan  ibarət  idi:  1. 

Respublika  ərazisindəki  bütün  torpaqlar  dövlətin  mülkiyyətidir;  2.Torpaq  əvəzsiz  olaraq 

dövlətin  ixtiyarına  keçir;  3.Əvvəlki  mülklərinin  müəyyən hissəsi aşağıdakı normalar üzrə 

əsas  sahibkarların  istifadəsi  üçün  onların  özündə  qalır:  1-ci  dərəcə  torpaqlar  -  7  desyatin 

(bağlar  və becərilən sahələr);  2-ci dərəcə torpaqlar  -  15 desyatindən 20 desyatinədək 

(əkin  yerləri);  dərəcə  -  40  desyatindən  50  desyatinədək  (otlaqlar).  Qalan  bütün 

torpaqlar dövlət torpaq fonduna daxil edilir. Torpaq haqqında qanunun   son variantı 

Azərbaycan Xalq Cü mhuriyyəti Müəssislər Məclisi tərəfindən təsdiq olunmalı id i

16



Həmin  layihənin  müzakirəsi 1919-cu  il o ktyabrın  2-də parlamentin  81-ci 

iclasının  gündəliyinə  daxil  edildi,  lakin  əkinçilik  nazirinin   müavin i  X.Sultanovun 

təklifi  ilə  ona  baxılması  dayandırıld ı.  Əkinçilik  Nazirliy i  torpaq  ko missiyasının 

layihəsi  ilə  yanaşı,  işin   xeyri  üçün  özünün  qanun  layihəsini  də  təqdim  etməyi 

münasib bildi və  palamentdən xah iş etdi ki, bu məsələyə baxılması onun öz qanun 

layihəsi daxil olanadək təxirə salınsın

17



Torpaq  məsələsi  ilə  bağlı  mühü m  işlərin  bu  şəkildə  mürəkkəbləş məsi 



başqa bir səbəbdən də irəli gəlirdi.  Belə  ki, aqrar  məsələnin işlənib hazırlan ması  ilə 

Əkinçilik  Nazirliy inin  xüsusi  ko missiyası  da  paralel  məşğul  idi.  Burada  qanun 

layihəsi  işlənib  hazırlan mazdan  əvvəl  aqrar  bölmənin  vəziyyəti  haqqında  daha 

ətraflı  təsəvvür  əldə  etmək  məqsədilə  torpaq  fondu  ciddi  təftiş  edilmişdi.  Bunu 

qanun  layihəsinə  əlavə  edilmiş  izahat  məktubu  və  çoxlu  statistik  məlu matlar  da 

sübut edir

18

. Onların əsasında cədvəl (səh. 506) tərtib edilib. 



Qanun layihəsi hazırlananadək  Nazirliy in həyata keçirdiy i d igər  bir  iş isə 

vaxtilə buraya köçürülmüş rusların və ermənilərin tərk etdikləri torpaqların, həmçin in 

yiyələri  tərəfindən  atılmış  xüsusi  sahibkar  malikanələrinin  müvəqqəti  olaraq 

dövlətin  sərəncamına  verilməsi  idi.  Həmin   torpaqlar  Əkinçilik,  Daxili  İşlər  və 

Maliyyə  nazirlikləri  nü mayəndələrindən  ibarət  qəza  ko missiyaları  tərəfindən  kənd 

ic mala rına  və  ayrı-ayrı  kəndlilə rə,  yalnız  belə ləri  olmadıqda  isə  bu  ərazidə 

yaşamayan  kənar  şəxslərə  icarəyə  verilirdi.  Məsələn,  Əkinçilik  Nazirliyin in 



 

 

372 



sərəncamına uyğun olaraq, Muğanda 5 min desyatinlik  suvarılan torpaqlar 1919-cu 

ildə səpin aparmaq üçün ancaq kənd  icmalarına birilliyə satışsız icarəyə verilmiş

19



icarə  haqqı  isə  natura  ilə  a lın mışdı.  La kin  bu  təcrübə  ümidlə ri  doğrult madı;  nə 



xəzinə  gözlənilən  gəliri  ala  bildi,  nə  də  kəndlilər  icarəyə  ciddi  maraq  gös tərdilər. 

Bunun səbəbi  icarə  müddətinin  azlığı  və  torpaqdan səmərəli  istifadə  etməyə  imkan 

verməməsi idi. 

1919-cu  il  iyunun  6-da  Əkinç ilik  Na zirliyinin  nə zdində  aqrar  islahatlar 

şöbəsi təsis edildi

20

 və ona tapşırıld ı ki, bir ay  müddətinə aqrar islahatlar layihəsini 



bəyənilmək üçün Nazirlər Şurasına təqdim etsin

21

. Nazirlikdə işlər artıq 1919-cu ilin 



avqustunda  nazir  müav ini  Su ltanovun  rəhbərliyi  altında  "Azərbaycan  Xalq 

Cü mhuriyyəti əhalisinin torpaq təminatı haqqında" və "Xüsusi sahibkar  meşələrinin 

dövlətin  mülkiyyətinə  çevrilməsi  haqqında"

22

  Qanun  layihələrinin  hazırlan ması  ilə  



başa çatdırıldı. 

Qanun layihələrində əksini tapan əsas məsələlər xüsusi sahibkar torpaqlarını 

əhalinin  hansı  kateqoriyasından,  nə  qədər  və  hansı  şərtlərlə  alınıb  dövlət  torpaq 

fonduna  keçirilməsilə  əlaqədar  idi.  Burada  xüsusi  sahibkar  torpaqlarının  torpağın 

istismarı  za manı  verdiyi  gəlir  hesabına  əvəz  ödənilmə klə   özgəninkiləşdirilməsi 

nəzərdə tutulur Nazirlik belə hesab edirdi ki,  xüsusi sahibkar torpaqlarını əvəzödə-

nilmədən  müsadirə  etmək  xüsusi  mülkiyyəti  ləğv  etməyə  bərabərdir.  Buna  görə  də 

qanun  layihəsində  torpağın  əkinçi  əhaliyə  yaln ız  istehlak  norması  ü zrə  xüsusi 

mü lkiyyətə  verilməsi  məqbul  sayılır

4

.  Eyni  za manda  sahibin  saxladığı  sahənin 



ölçüsü malikanənin özünün dəyəri və xarakterindən asılı o laraq müəyyən edilirdi və 

kənd  yerlərində  suvarılan  torpaq  sahəsi  100  desyatindən,  suvarılmayan  torpaq 

sahəsi  150  desyatindən,  şəhər  yerlərində  isə  5-7  desyatindən  artıq  olmamalı, 

həyətyanı torpaq sahələri bu normalara daxil edilməməli idi

25



Lakin  bu  qanun  layihələri  xüsusi  parlament  komissiyasının  hazır ladığı 



layihə  kimi  uğursuz  oldu.  Be lə   ki,  A zərbaycanda  baş  vermiş   hökumət  böhranı 

onların heç müzakirə olunmasına da imkan vermədi. 

Baş  nazir  Yusifbəylinin  kifayət  qədər  radikal  dünyagörüşlü  gənc  siyasi 

xad imlərdən təşkil etdiyi yeni höku mət kabineti ö zünün yeni  aqrar siyasət kursunu 

işləyib  hazırlamaq  əzmində  olduğunu  bəyan  etdi.  Yeni  əkinçilik  naziri  sosialist 

Əhməd  Cövdət  bəy  Pepinov  nazirliy in  hazırlamış  olduğu  əvvəlki  iki  qanun 

layihəsini təcili təkmilləşdirmək üçün parlamentdən tələb edib geri aldı

26



1920-c i  il  ma rtın  əvvəllərində  "Xüsusi  sahibkar  torpaqların ın  dövlət 

torpaq  fonduna  keçirilməsi  və  Azərbaycan  Xalq  Cü mhuriyyəti  əhalisinin  torpaqla 

təmin olunması haqqında qanun"un yeni layihəsi

27

 üzərində işi başa çatdıran nazirlik 



onu baxılmaq üçün Nazirlər Şurasına təqdim etdi. 

Yeni qanun layihəsi  Gü rcüstan sosial-demokrat höku mətinin A zərbaycan 

sosial-demokratiyası  tərəfindən  bəyənilən  aqrar  qanunu  əsasında  hazırlanmışdı.  Bu 

layihə kənd yeıiərində olan xüsusi sahibkar-hüquqi şəxslərin bütün torpaqlarını, o cümlədən 

monastır, vəqf, məscid və kilsə torpaqlarını, habelə şəhər ərazisinin şəhər mülkiyyətinə 



 

 

373 



daxil  olmayan  sahələrinin  sahiblərindən  alınıb  əvəz  verilmədən  dövlət  torpaq  fonduna 

verilməsini nəzərdə tuturdu

28

. Mülkiyyəti əlindən alınan sahibkarların ixtiyarında saxlanan 



torpaq sahəsinin ölçüsü həmin yerlərin təsərrüfat şəraitinə uyğun olaraq, kənddə becərilən 

bitki təsərrüfatları üçün 7-10 desyatin, taxılçılıq təsərrüfatı üçün 15-20 desyatin, maldarlıq 

təsərrüfatları üçün 40-50 desyatin, şəhərdə müvafiq olaraq, 1,5-3 desyatin, 3-5 desyatin, 

10-12 desyatin müəyyən edilirdi. Sahibkarların mülk və bağları da bu hesaba da xil idi

29



Sosial-demokratların  fəaliyyəti  haqqında  hesabat  parlamentin  aqrar  siyasət 



komissiyası  çərçivəsində  ilk dəfə  1919-cu  il sentyabrın  25-də  Qazax  qəzası  kəndlilərinin 

hökumətin torpaq siyasətini  müzakirə  edən  I qurultayının  keçirildiyi vaxtda dinlənilmişdi. 

Qurultayda  iştirak  edən  bolşeviklərlə  digər  sosial-demokratlar  arasında  düşən  kəskin 

mübahisə  birincilərin  məğlubiyyəti,  digərlərinin  müvəfifəqiyyəti  ilə  nəticələnmiş,  böyük 

əksəriyyət  sosial-demokratları  müdafiə  etmişdi.  Qurultayın  qəbul  etdiyi  qətnamədə 

deyilirdi;  "...Rusiya  inqilabının  ən  böyük  nailiyyətlərindən  birisi  torpağın  zəh mətkeşlərə 

verilməsi  şüarı  idi.  Ona  görə  də  biz  parlament  və  hökumətdən  tələb  edirik  ki,  ən  yaxın 

müddətdə bu məsələni həll etsin və kəndlilərin tələb ini yerinə yetirsin"

30



Parlament komissiyası torpağı əvəzsiz olaraq alınmaq tələbində israrını davam 



etdirirdi.  Ona  görə  də  Nazirliyin  hazırladığı  layihənin  parlamentə  təqdim  olunması 

ləngidilirdi.  Ölkədə  vəziyyət  gərginləşmişdi.  Hökumət  hələ  də  aqrar  qanununun 

müzakirəsinə  başlamamışdı.  Lakin  bunun  əsas  səbəbini  təkcə  partiyalar  arasında  gedən 

kəskin  siyasi  mübarizə  ilə,  yaxud  yalnız  ölkənin  ağır  iqtisadi  vəziyyəti  ilə  izah  etmək 

olmaz.  Nəzərə  alınmalıdır  ki,  bu  məsələ həddən artıq səbəblərlə bağlı  mürəkkəb sosial-

iqtisadi məsələ idi hələ "Müsavat" partiyasının II qurultayında partiyanın rəhbərliyi kəskin 

tənqid edildiyi vaxt partiyanm lideri M.Ə.Rəsulzadə göstərmişdi ki, bu məsələdə tələskənlik, 

eləcə də onu həddən ziyada uzatmaq eyni dərəcədə mənfi nəticələrə gətirib çıxara bilər

31



Partiya  qurultayı  aqrar  məsələyə  təkrar  baxaraq,  onun  aqrar  siyas ət  komissiyasında 



hazırlanmış  layihəsinin  parlamentdə  müzakirəyə  qoyulması  haqqında  qətnamə 

çıxartsa  da,  o,  xeyli  vaxt  icra  olun madı.  "Müsavat"  frakasiyası  yalnız  1920-ci  il 

fevralın 16-da parlamentin növbəti 123-cü iclasında partiyanın qurultayda bəyənilmiş 

aqrar məsələ üzrə qanun layihəsini mü zakirəyə təqdim etdi. 

"Müsavat"  partiyasının  qanun  layihəsi  də  xüsusi  sahibkar  torpaqların ın 

əvəzsiz  olaraq  alınıb  dövlət  torpaq  fonduna  verilməsin i  nəzərdə  tuturdu.  Lakin 

burada  sahibkarların  mü lkiyyətində,  bağ  və  həyətlər  də  daxil  o lmaqla,  25-75 

desyatin  torpaq saxlanılması;  şəhər  yerlərində  isə  bu  sahənin  becərilən  b itkilərin 

xüsusiyyətindən  və  eləcə  də  əhalinin  torpağa  olan  ehtiyacından  asılı  olaraq,  5 

desyatindən 7,5 desyatinədək məhdudlaşdırılması göstərilirdi

32



Torpaqların  alın ması,  özəlləşdirilməsi  məsələsinə  ehtiyatlı  münasibət 



tamamilə  düzgün  idi.  Çünki  torpaqların  əvəzsiz  müsadirəsı  məsələsi  hərtərəfli 

düşünülmüş  münasibət  tələb  edən  məsələ  idi.  Unutmaq  olmaz  ki,  " xüsusi  torpaq 

sahibləri"  məfhu mu  arxasında  nüfuzlu  konkret  fiziki  şə xslər  dururdu  və  onların 

taleyi höku məti  maraq landırmaya b ilməzdi. Hö ku mətin  islahat proqramı elə çev ik 

qurulmalı id i ki, o, aqrar bölmədəki bütün sosial təbəqələrin  marağını  maksimu m 



 

 

374 



ifadə  edə  bilsin.  Əlbəttə,  aqrar  məsələyə  aid  hüquqi-normativ  aktlara  bu  nöqteyi-

nəzərdən  yanaşılaraq  deyilməlid ir  ki.  sonuncu  (sayca  dördüncü)  qanun  layihəsi  o 

dövr üçün nisbətən tam və mükəmməl, daha müasir qanun layihəsi id i.  

Sonuncu  qanun  layihəsinin  ciddi  öyrənilməyə  və  mü zakirəyə  ehtiyacı 

olduğundan  parlament  onu  baxıb  müzakirə  etmək  üçün  aqrar  ko missiyaya  10  gün 

möhlət  vermişdi

33

.  Amma  aqrar  ko missiyanın  fəaliyyəti  bu  dövrdə  tamamilə 



səmərəsiz idi, onun üzvləri höku mət böhranları ilə əlaqədar o laraq, artıq ço xdan b ir 

yerə  yığış mırdılar.  Buna  görə  də  onun  dəyişilməz  sədri  S.Ağamalıoğlu  təklif 

etmişdi  ki,  ko missiyanın işini bərpa etmək üçün onun tərkibi sosialistlərdən  ibarət 

yeni  üzvlər  cəlb  etməklə  dəyişdirilib  möhkəmləndirils in.  Lakin  parlament  onun 

təklifini  qəbul  etmədi,  hətta  aqrar  ko missiya  "Müsavat‖  Partiyasının  hazırladığı 

qanun  layihəsini  mü zakirə  etdiyi  birinci  iş  günündə  müsavatçı  Rüstəmbəyov 

ko missiyanın  sədr  müavini  seçildi

34

.  Əlbəttə,  bu  addım  komissiyada  müsavatçıların 



mövqeyini  gücləndirdi.  Lakin  S.Ağamalıoğlunun  siyasi  qüvvələrin  ko missiyadakı 

tarazlığ ını  pozmaq   cəhdi  və  Nazirliy in  layihəsini  təkrar   mü zakirəyə  qaytarmaq 

təklifi  uğur  qazan madı  və  "Müsavat‖ın  layihəsi  əsas  kimi  saxlanıldı

35



Ko missiyanın  işləri  başa  çatmadı,  aqrar  qanun  layihələri  variantlarından  heç  biri 

qanun statusu almad ı, aqrar bölmədəki durğunluq aradan götürülməd i, A zərbaycan 

Xalq  Cü mhuriyyətinin varlığı üçün əsas vacib məsələlərdən biri tam həll olun mamış 

qaldı.   

 

 

 



 

 

 



 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  iqtisadi  tədbirlərindən  biri  də   gənc 

respublikanın  ma liyyə sistemin i tənzimlə mək və  xə zinədə vəsait toplanmasın a nail 

olmaq id i. 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  maliyyə  vəziyyəti  çox  ağır  idi.  Siyasi 

sabitliyin pozulması,  işsizliyin artması,  manatın dəyərinin düşməsi ö lkə əhalisində 

hökumətə  inamsızlıq  doğururdu.  Bu   məsuliyyətin  bir  hissəsi  həm  də  parlamentin 

üzərinə  düşürdü,  çünki  iqtisadi  məsələlərin   həlli  ilə  bağlı  müəyyən  bir  iş 

görülməsinə  vaxt  tapmır,  sırf  siyasi  məsələlərin  mü zakirəsi  ilə  məşğul  olurdu. 

Parlament dağılmış iqtisadiyyatı bərpa etmək  məqsədi ilə bir sıra qanunverici aktla-

rın  hazırlan masına,  onların  baxılıb   qəbul  edilməsinə  yaln ız  dörd  aydan  sonra 

başladı. Bu aktlar ilk növbədə kredit, vergi, bank və gö mrü k sahələrinə aid idi.  

Dövlət  vergi  siyasətinin  formalaşmasına  yardım  edən  qanunlar  zərfi 

hazırlan ırdı. İlk vaxtlar bu sahədə aparılan iş keçmiş Rusiya  imperiyasının müvafiq 

qanunlarına düzəliş və əlavələr etməklə məhdudlaşırdı, sonralar isə mü xtəlif vergilər 

haqqında ayrı-ayrı qanun layihələri mü zakirəyə çıxarılır və qəbul edilirdi. Təəssüf ki, 

bu zaman başlıca o laraq ənənəvi vergi sis temindən, xə zinənin  ehtiyaclarını ödə mək 

üçün  dolayı  vergilər-inhisar  y ığımları,  gö mrü k  vergiləri  va  aksizlərdən  istifadə 

edilird i. 

AXC hö ku mətinin büdcəsi aşağıdakı vergi növləri hesabına formalaşırdı: 

1.

 

Müstəqim verg ilər, torpaq vergisi, daşın maz əmlak verg isi, dövlət gəlir 



vergisi,  sənaye  vergisi,  kap ital  qoyuluşundan  gəlir  vergisi,  hərbi  mü kəlləfiyyət 


 

 

375 



vergisi, notaria l vergi;  

2.

 



Dolayı  vergilər  -  tütün,  papiros  kağızları,  şəkər,  çay,  ağ  neft,  benzin, 

kerosin,  sürtkü  yağlarından  və  digər  neft  məhsullarından  tutulan  vergi,  gömrük 

rüsumu və gəlirləri; 

3.

 



Möhür haqqı məhkəmə, kargüzarlıq, sənəd yazışmalarından gəlirlər;  

4.

 



Höku mət  inhisarlarına  aid   vergilər,  mədən  gəliri,  poçt  gəliri  teleqraf 

gəliri,  meşələrdən,  balıq  vətəgələrindən,  pambıqçılıq    təsərrüfatlarından  gələn 

gəlirlər; 

5.

 



Dövlət dəmir yolundan gəlirlər - yük daşın masından gəlirlər

36



AXC  hökuməti  maliyyə  siyasətində  mütərəqqi  gəlir  vergisi  siyasətinə 

üstünlük verird i. Parlamentin 26 dekabr tarixli  iclasında çıxış edən baş nazir  Fətəli 

xan   Xoyskinin  təqdim  etdiyi  höku mət  proqra mında  deyilird i:  "Ölkədəki  maliyyə 

vəziyyəti hələlik qeyri-müəyyəndir.  Hələlik Azərbaycanın öz pul əsginası yoxdur.  

Azərbaycan  hökuməti  ö z  pullarını  buraxmaq   əzmindədir.  Maliyyə  siyasətində 

mütərəqqi gəlir verg isi həyata keçiriləcək"

37



AXC  parlamentin in  fəaliyyəti  dövründə  təqdim  olun muş  315  qanun 



layihəsindən  82-si  Maliyyə  Nazirliyi  tərəfindən  təqdim  ed ilmişdi.  Parlamentə 

təqdim  o lunmuş  bir  qanun  layihəsinə  görə,  vergi  məsələsi  ilə  bağlı  bütün 

şikayətlərə Maliyyə Nazirliyi əməkdaşlarından ibarət şura baxmalı idi. 

Bütün  siyasi  partiyalar,  o  cü mlədən  hökumət  partiyası  olan  "Müsavat" da 

dolayı vergilərin  ləğvi və  mütərəqqi gəlir vergisinin tətbiq edilməsin i  istəsələr d ə, 

hökumət  və  parlament  əlavə  vəsait  əldə  edilməsi  məqsədilə  tez-tez  dolayı 

vergilərin tətbiqinə  məcbur olurdu. 1919-cu ilin əvvəlinədək dövlətin gəliri 600  mln 

manat idı ki, bunun da 400 mln manatı dolayı vergilərin, xüsusən neft məhsullarının 

payına  düşürdü

38

.  Lakin  Azərbaycanın  mövcud  şəraitində  kənd  təsərrüfatının  əsas 



özəyini əkinçilik təşkil etdiyi bir halda, ona  müasir vergi sistemi tətbiq etmək ço x 

çətin məsələ idi. Çünki onun üçün həm yeni minimu m hədd müəyyən etmək, bütün 

vergiyə  cəlbetmə  dərəcələrini  nəzərdən  keçirmək,  həm  də  büdcə  haqqında qanun 

olmadığın ı  nəzərə  almaq  vacib  id i.  Bütün  bunlar  dövlət  büdcəsinin  vaxtında 

tərtibinə və xə rclərin in bölüşdürülməsinə mənfi təsir gös tərirdi. 

Vergi  siyasətindəki  vəziyyət  bir  də  o  səbəbdən  ağırlaşmışdı  ki,  bütün 

yerlərdə  vergilərin  təyin  edilməsi  və  yığılmasını  həyata  keçirən  məsul  struktur 

orqanlar  yo x  id i,  o  zaman  vergiləri  qəza  rəisləri  yığırdılar.  Maliyyə  Nazirliyi 

nəzdindəki  müvafiq  vergi  şöbəsi  obyektiv  səbəblərə  görə  vergi  növlərini  və  ölkə 

ərazisini  bütünlüklə  əhatə  edə  bilməmişdi.  Buna  görə  verginin  qədəri  smetada 

qabaqcadan  təyin  edilmədiyi üçün yığım  və  inhisarlar şöbəsi təsis etmək  məqsədəuyğun 

hesab edildi

39



1919-cu il martın 17-də parlamentin qəbul etdiyi yeni qanun yerlərdə vergi yığmaq 



hüququnu  üzvləri  zemstvo  yığıncaqları  və  icmalar  tərəfindən  seçilən  gəlir  vergisi  üzrə 

quberniya və qəza idarə heyətlərinə verildi. Bundan əlavə iyulun 16-da parlament Maliyyə 

Nazirliyi nəzdində vergi  müfəttişi vəzifəsini təsis  etdi,  ona vergi  müvəkkillərinin və vergi 



 

 

376 



məntəqələrinin  fəaliyyətini  nəzarətində  saxlamaq  və  təftiş  etmək  səlah iyyəti  həvalə 

olundu


40

Oktyabrın  20-də  "Maliyyə  naziri  yanında  müxtəlif  vergilər  qoyulması  üzrə 



şikayətlərə baxan  ali  instansiya olan Şura haqqında" daha bir qanun  layihəsi qəbul olundu. 

Həmin qanuna görə, Şuraya daimi üzvlərdən əlavə, məhkəmə və prokurorluq orqanlarının, 

həmçinin vergi ödəyənlərin müvəqqəti nümayəndələri də daxil edilmişdilər

41



1919-cu ilin aprelində sonralar dövlət vergi siyasətinin formalaşmasında əsas rol 

oynamış bu  mühüm  qanun da Maliyyə  Nazirliyindən daxil  olmuşdu.  Cəmi  iki  bənddən 

ibarət olan həmin qanunun ölkənin maliyyə-iqtisadi inkişafı üçün mühüm əhəmiyyəti var idi, 

çünki  ilk  dəfə olaraq  (bu qanun "Kapital vergisinin  ödəniş  möhləti  və tarif dərəcələrinin 

dəyişdirilməsi haqqında qanun" adlanırdı) müstəqim vergilərin qəti təyin olunmuş vaxt və tarif 

dərəcələrini  müəyyən  edirdi.  Kapital  vergisi  hər  100  manatdan  30  manat  olmaqla  ilin 

başlanğıcında  (ancaq  fevralın  1-dən gec olmayaraq) ödənilir, gəlir vergisi  isə  ilin sonunda, 

gəlirin  həcmi  bəlli  olandan  sonra  ödənilirdi

42

.  Müvafiq qanun  mayın  15-də  qəbul olundu. 



Həmin il iyulun 23-də isə parlament bu qanuna müvafiq olaraq yaşayış minimumunun dövlət 

gəlir vergisinə cəlb olunmayan həddini 1000 rubldan 5000 rubladək artırmaq haqqında 

qərar qəbul etdi

43



Qəbul  olunmuş  qanunlar  dövlətin  maliyyə  vəziyyətinin  müəyyən  qədər 

yaxşılaşdırılmasına xid mət edird i. 

Bu qanunlarla yanaşı, parlament hökumətin tələbi ilə dəfələrlə  torpaq vergisi, 

sənət  vergisi,  spirtli  içkilərə,  kənd  təsərrüfatı  məhsullarına,  neft  məhsullarına  qoyulan 

aksizlər, daşınmaz əmlak vergisi tariflərinin  artırılmasına  razı  olmuşdu.  Lakin  bu  dolayı 

vergi tariflərinin qəbul edilməsi əks nəticəyə gətirib çıxarırdı, çünki onlar  daxili bazarda 

qiymətlərin qalxmasına,  inflyasiyanın artmasına səbəb olur və bunların nəticəsində əhalinin 

güzəranına pis təsir edirdi.  Buna görə də, əsas  maliyyə  məsələlərindən biri də  respublikanın 

müstəqil kağız pul əskinaslarının buraxılması id i. 

Çarizmdən qalan ağır mirasdan biri kifayət qədər maliyyəçi milli kadrların olmaması 

idi.  Gənc dövlətin ağır maliyyə vəziyyətini düzəltmək, maliyyə sistemini ciddi böhrandan 

xilas  etmək  üçün  yüksək  səviyyəli  mütəxəssis  kadrlar  tələb  olunurdu.  Pulun  sürətli 

emissiyası hökuməti "Bakı bonu" adlanan yeni pullar kəsmək yolunu tutmağa vadar edirdi. Bakı 

bonlarının  buraxılmasına,  Şəhər  Dumasının  1917-ci  il  23  dekabr  tarixli  qərarına  uyğun 

olaraq,  1918-ci  ilin  əvvəllərindən  başlanmış  və  1918-ci  il  martın  sonlarınadək  davam 

etmişdi. Bakı Sovetinin hakimiyyəti dövrü (noyabr 1917  - iyul 1918) emissiya sahəsində 

hər hansı bir qayda-qanun və heç bir hesabatın olmaması ilə səciyyələnirdi. Pul imkanlarının 

miqdarı  yalnız  litoqrafiyanm  məhsuldarlığı  ilə  müəyyən  edilir  və  bolşeviklərin 

mülahizələrinə görə xərclənirdi. Məhz buna görə də pul imkanlarının hər hansı təminatından 

söhbət gedə bilməzdi

44

.  1918-ci  ilin sentyabrında Azərbaycan hökuməti  axırıncı  emissiyanı 



həyata keçirdi. 

Bakının  bolşeviklərdən  azad  edilməsi  ərəfəsində  Azərbaycan  hökuməti 

Gürcüstan və  Ermənistan hökumətləri  ilə  keçmiş  Zaqafqaziya  Komissarlığının bonlarının 

birgə buraxılması haqqında  razılığa gəldilər.  Güman edilirdi  ki, Azərbaycanın payına düşən 




 

 

377 



bonların  miqdarı  ölkənin  ehtiyacının  ödənilməsi  üçün  kifayət  edəcəkdir.  Bakı 

bolşeviklərdən azad edildikdən sonra  Bakı pul nişanlarının  (bonların)  hesabdan silinməsi 

haqqında təkliflərin ortaya çıxması da məhz bununla izah olunurdu. Lakin bu təklifin həyata 

keçirilməsi bolşevik tədbirləri ilə heç bir əlaqəsi olmayan bon sahiblərinin iflası ilə nəticələnə 

bilərdi.  Buna  görə  də  hökumət  Bakı  bonlarını  dövriyyədə  saxlamaqla,  pul  kəsilməsini 

davam  etdirmək  əzmində  olduğunu  bildirdi

45

.  Tədavüldə  4  valyuta  var  idi:  çar  hökuməti 



tərəfindən  kəsilmiş  ("Nikolayevski"  adlandırılan)  rubllar,  Müvəqqəti  hökumətin  kəsdiyi 

rubllar  ("kerenkalar"),  Tiflisdə  buraxılmış  Zaqafqaziya  hökuməti  bonları  və  nəhayət,  Bakı 

bonları. Bütün bu valyutalar qanuni ödəniş vasitəsi olaraq dövriyyədə idi.  

Yaranmış  şəraitlə  əlaqədar  olaraq  1918-ci  il  sentyabrın  22-də  hökumət  Bakı 

bonlarının  dövriyyəyə buraxılması haqqında qərar çıxardı. Qərara uyğun olaraq,  40  manat 

(Bakı bonu) 1 Türkiyə lirəsinə bərabər idi. Başqa pul vahidlərinin dövriyyədən çıxarılması hələ 

nəzərdə tutulmurdu. 

Kağız  pulla  bağlı  məsələləri  daim  d iqqət  mərkəzində  saxlayan 

Cü mhuriyyət  höku mətin in  verdiyi  fə rmanla rdan  22  sentyabr  tarixli  birincisi  Bakı 

bonunun dövriyyəyə daxil edilməsi, 25 sentyabr tarixli  ikincisi isə 10,  25 və 50 bon 

nominal  dəyərlərində  daha  30  milyon  bon-manat  kəsilməsi  və  bu  işə  150  min  

manatlıq kredit ayrılması haqqında idi. Tezliklə  kəsilən bu pulların həqiqi nominal 

dəyəri  məlu m  oldu.  O  vaxt  İstanbulda  olan  M.Ə.Rəsulzadəyə  göndərdiyi  xüsusi 

sənəddə bu haqda məlumat verən baş nazir kursun 20 manat da  düşdüyünü, hökumətin 

nəzərdə  tutduğu  40  manat  kursunu  qoruyub  saxlamağın  mü mkün  olmadığını 

bildirmişdi. 

Növbəti  fərman  1918-c i  il  oktyabrın  26-da  verilmişdi.  Mü xtəlif  maliyyə 

işlərində  yerli  bonlardan  istifadə  edilməsi  hesabına  öz  mövqeyini  bir  qədər 

möhkəmlədən Maliyyə Nazirliy i əlavə olaraq daha  51  min  manat buraxa bilmiş və 

bu da, öz növbəsində, F.X.Xoyski hökumətinə dövlət qulluqçularının maaşını 10 faiz 

artırmağa, eləcə də xüsusi

 

olaraq Maarif Nazirliy inin  ehtiyacları üçün 22 min  manat  



ayırmağa  imkan vermişdi. Hö ku mətin b ir sıra tədbirlərinə baxmayaraq, inflyasiya 

prosesini dayandırmaq mü mkün olmamışdı. 

Vəziyyət  bir  də  onunla  çətin ləşmişdi  ki,  qonşu  Gürcüstan  Azərbaycan 

hökumətinə təzy iq göstərərək tələb edirdi ki, o, Zaqafqaziya bonları buraxsın. 1918-

ci il oktyabrın 28-də Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər  Kabinetinin  iclasında 

Gü rcüstan hökumətinin  xahişi ilə növbəti Zaqafqaziya bonlarının kəsilməsi haqqında 

məsələ mü zakirə o lundu. Azərbaycan hökuməti əlavə olaraq daha 80  milyon kağız 

pul  kəsməyə  razılıq  verdi  və  bunun  əvəzində  tələb  etdi  ki,  həm  ona  olan  borclar 

ödənilsin, həm də bu valyutanın bir h issəsi respublikada qalsın

46

. Belə şəraitdə milli 



valyutanın öz xüsusi pulunun yüksək kursunu qoruyub saxlamaq çox çətin idi. Xeyli 

zəif  iqtisadi  potensiala  malik  o lan  hər  iki  qonşu  respublika  sərt  maliyyə  siyasəti 

apararaq  çalışırd ılar  ki,  ixrac  etdikləri  mala  görə  ödəniş  öz  milli  valyutaları  ilə 

aparılsın

47



Lakin A zərbaycan hökuməti buna nail ola bilmədi. Hərçənd ki,  o,  mühüm 




 

 

378 



strateji  xa mma la  -  neftə  malik  idi,  lakin  hökumət  ixrac  olunan  maldan  gələn  gəliri 

tez-tez mü xtə lif valyutalarla almaq məcburiyyətində qalırd ı. 

Əlbəttə  ki,  əsas  vəzifə  inflyasiyanı  dayandırmaq  id i,  lakin  iqtisadiyyatın 

böhranlarla  müşayiət  olunan  o  dövrkü  vəziyyətində  bunu  etmək  mümkün  deyildi. 

1919-cu  il  yanvarın  əvvəllərində  maliyyə  naziri  İ.Y.Protasyev  baş  nazir  F.Xoyskiyə 

ünvanlanmış izahat məktubunda əvvəlcə, nominal dəyəri 100 manat olan bonların dövriy-

yəyə buraxılması və bundan sonra başqa nominalların kəsilməsi zərurətini vurğulayır və bu 

pul  əsginaslarının  saxtakarlıqdan  qorunması  üçün  onların  üzərində  baş  nazir  və  baş 

maliyyəçiyə  məxsus  imzaların  həkk  olunmasını  təklif  edirdi.  Nazirin  pul  üzərində 

saxtakarlıq  ehtimalı  haqqındakı  təşvişi  təsadüfi  deyildi,  belə  ki,  saxta  bon  kəsilməsi  və 

onların böyük miqdarda dövriyyədə olması məlu m fakt idi. 

Kağız pulla bağlı əsas məsələlərdən biri də dövriyyədəki valyutaların paralelliyi idi. 

O,  getdikcə  daha  çox  bon  kəsməyi  tələb  edən  Gürcüstanın  daimi  təzyiqi  ilə  müşayiət 

olunurdu. 1920-ci il yanvarın 27-də Azərbaycan hökuməti daha 20 milyon Zaqafqaziya bonu 

kəsməyə  razılıq verərək,  Gürcüstan qarşısında şərt qoydu  ki, bu  kəsilmiş bon Zaqafqaziya 

kağız pulu olacaq, belə ki, hər bir dövlətin dövriyyədə özünün valyutası olmalıdır. Bununla 

bərabər,  xarici  işlər  naziri  M.Y.Cəfərov  hökumətdən  əlavə  olaraq  daha  70  milyon 

Zaqafqaziya, bonu  kəsməyi  xahiş   etmiş və  fikrini  onunla əsaslandırmışdı  ki,  20  milyon 

Gürcüstan dövlətinin yalnız birgünlük xərclərini ödəyir. M.Y.Cəfərov bunu həm də siyasi 

motivlə əsaslandıraraq göstərmişdi ki, əks təqdirdə qonşu Gürcüstan və Ermənistan separat 

müqavilə bağlaya bilərlər. Az sonra, doğrudan da, belə bir müqavilə bağlandı. 1919-cu il 

fevralın 12-də Gürcüstan və Ermənistan 320 milyon Zaqafqaziya bonu kəsmək haqqında 

razılığa gəldilər

48

. Azərbaycan hökuməti bu hadisədən ciddi narahat olduğunu bildirdi.  İş o 



yerə  çatdı  ki, qonşu  respublikalarda  Bakı bonunu qəbul  etmirdilər,  amma  Ermənistan və 

Gürcüstanın pulları Azərbaycanda sərbəst  işlədilirdi.  Dövlətin  ərazisində  4 pul vahidinin 

qeyri-bərabər  bazar qiymətilə  işlədilməsi və emissiya hüququndan həddən  ziyadə  istifadə 

edilməsi kimi qeyri-nominal vəziyyət ölkədə maliyyə iflasına səbəb ola bilərd i. 

1919-cu il aprelin 14-də baş nazir N.Yusifbəyli parlamentdəki çıxışında göstərirdi 

ki, pul-maliyyə siyasətini düzgün qurmaq üçün pul kəsilməsi məsələsində mütləq Bakı ilə 

Tiflis arasındakı paralelliyi aradan qaldırmaq  lazımdır.  O, belə  hesab edirdi  ki, əgər Azər-

baycan pulunun kursunu ixrac olunan malların köməyi ilə tənzimləmək mü mkün olarsa, 

onda əlavə pul kəsməyə ehtiyac qalmayacaq. Pu lun dəyərin i qaldırmaq  məqsədilə 

o, ilkin  olaraq təklif edird i ki, neftin yalnız Azərbaycan puluna satılmasına keçilsin. 

Əlavə  olaraq  qeyd  edək  ki,  höku mət  yaln ız  1920-ci  ilin  yazında  bu  məsələni 

müəyyən qədər həll edə bildi. A zərbaycan dəmir yolları nazirinin   maliyyə nazirinə 

məlu matında göstərilirdi  ki, Maliyyə Nazirliyinin 1920-ci  il 22 aprel tarixli qərarına 

uyğun olaraq, Batuma apanlan neft və neft məhsulları üçün gömrükdən aksiz haqqını 

ancaq Azərbaycan manatı ilə alırlar

49



1919-cu  ilin  iyulunda  Azərbaycan  birjasında  Cümhuriyyə t  valyutasının 

kursu  xarici  valyutalara  münasibətdə  aşağıdakı  kimi  idi:  1000  rubl  ("keren ka")  - 

1850  manat;  500  rubl  ("ro manovka")  -1600  manat; 100  rubl  ("romanovka")  -  350 



 

 

379 



manat; 1 funt-sterlinq -310-315 manat; 1 dolla r- 250 manat; 1 fran k- 8-10 manat; 1 

İtaliya lirəsi - 7  manat; 1 İran tüməni  -  125-130  manat; 1 Türkiyə qızıl  lirəsi  -  390 

manat; 1 rus qızıl rublu - 420 manat; 1 Nobel aksiyası -16500 manat

50



Lakin   sonrakı  dövrdə  inflyasiya  daha  da  gücləndi.  Bakı  bonu  kursunun 

funt-sterlinqə  nisbətdə  aşağı  düşməsi  haqqında  rəqəmlər  mə lu mdur:  1919 -cu  ilin 

oktyabrında 1 funt - 525 manat, noyabrın əvvəlində isə 730 manat oldu

51



Buna  görə  də  hökumətin  maliyyə  siyasətində  başlıca  vəzifəsi  emissiyanı 

dayandırmaqdan,  dövriyyədən  pulları  çıxarmaq  üçün  başqa  mənbələr  və  üsullar 

tapmaqdan  ibarət  idi.  Parlament  pul  emis siyasını  öz  nəzarəti  altına  almağa  cəhd 

göstərdi.  1919-cu  ilin  apre lində  Maliyyə  Nazirliy inin  emissiya  hüququnu  510 

milyon manata qədər artırmaq haqqında təqdim etdiyi qanun layihəsi parla ment üzv -

lərinin  kəskin etirazına səbəb oldu

52

. Deputatların bir q ismi höku mətə parlamentin 



icazəsi olmadan pul kəsməyi qadağan edən müvafiq  qanun qəbul edilməsi təklifi  ilə 

çıxış  etdi.  Bu  məsələyə  əvvəlcə  qanun  layihəsinin  parlamentin  müzakirəsinə 

çıxarılması  əleyhinə  çıxış  edən  maliyyə-büdcə  ko missiyasında  baxıldı.  Ko missiya 

üzvləri  b ir  məsələdə  yekdil  idilər  ki,  pullar  təyinatı  üzrə  xərclənmir.  Aylıq  xərclər 

135  milyon  manat  təşkil  edirdi  ki,  bunun  da  60  milyonu  neft  sənayesini 

maliyyələşdirməyə,  35  milyonu  ingilis  ko mandanlığ ına,  40  milyonu  isə  digər 

dövlət  ehtiyaclarına  xərclən ird i.  Buna  görə  də  xərclərin   mütəmadi  artması 

hökuməti çap dəzgahın ın imkan ından yararlanmağa məcbur edirdi. 1919-cu il mayın 5-də 

keçirilən iclasda parlament tələb olunan məbləğdə pul kəsilməsinə icazə verən qanun qəbul etdi 

və onu da bildirdi ki, parlamentin sanksiyası olmadan əlavə kağız pul kəsmək olmaz, eyni 

zamanda  Dövlət  Bankının  təşkil  olunmasına  baxmayaraq  pul  kəsilməsinin  başlanılması 

haqqında göstəriş verdi

53

. Bundan 7 ay keçdikdən sonra hökumət parlament qarşısında təkrar 



emissiya  (bu  dəfə  600  milyon  manat)  haqqında  məsələ  qaldırdıqda  aydın  oldu  ki,  artıq 

parlamentin razılığı olmadan yüz milyon manat bura xılıb

34



Sollar  hökumətin  maliyyə  siyasətini  pisləyir,  "Əhrar",  "İttihad"  və  erməni 



fraksiyalar  da  onlarla  həmrəylik  nümayiş  etdirirdi.  Parlamentin  üç  iclası  bu  məsələnin 

müzakirəsinə  həsr  olundu.  Ə.Qarayev  hökuməti  ölkəni  iflasa  gətirib  çıxaran  pul  kəsməklə 

məşğul  olmaqda,  Maliyyə  Nazirliyini  isə  dolayı  vergiləri  sonsuz  sayda  artırmaqda 

günahlandırdı. Ə.Pepinovun fikrincə, 600 milyon manat üç aya bəs eləyər, bundan sonra isə 

hökumət  yenə  də  pul  emissiyası  haqqında  icazə  tələbini  irəli  sürəcək.  Onlar  ticarəti 

inhisarlaşdırmağı yenədə alternativ siyasət kimi təklif edirdilər

55



İttihadçılar  sosialistlərin  ticarəti  dövlət  inhisarına  almaq  haqqında  mövqeyini 



müdafiə etdi. Malxazyan  (erməni  fraksiyası)  isə  xammalın  ölkədən sərbəst çıxarılmasını 

təkid  edirdi.  Həm  sollara,  həm  də  sağlara  etiraz  edən  M.Ə.Rəsulzadə  əhalidəki  pulun 

dövriyyəyə  cəlb  edilməsi  yollarından  biri  kimi  daxili  istiqraz  buraxılmasını  təklif  etdi

56



Ə.Qarayevin dolayı vergilər barədə məsələ haqqında mövqeyini rədd edən M.Ə.Rəsulzadə 

bildirdi: "Mən Qarayevə məsləhət görürəm ki, Sovet Rusiyasının maliyyə işlərini yaxşılaşdıra 

biləcək bir qanun  layihəsi hazırlayıb, bu  zəhməti üçün onu  kifayət  qədər mükafatlandıra 

biləcək Leninə göndərsin"

57




 

 

380 



Dövlətin  ehtiyaclarını  yalnız  vergilərlə  ödəmək  mümkün  olmadığı,  xarici 

valyutanın  yoxluğu  şəraitində  nağd  pul  sadəcə  olaraq  çatışmırdı.  Onun  üçün  də  qeyri-

istehsal  xərclərini azaltmaq və yeni gəlir mənbələri axtarıb tapmaq lazım gəlirdi. Belə bir 

maliyyə  çətinlikləri  torundan  çıxmaq  üçün  ixracın  həcmini  artırmaqdan  savayı  elə  b ir 

ümidverici çıxış yolu görünmürdü. 

Müzakirələr  zamanı  ölkənin  maliyyə  vəziyyətinin  sağlamlaşdırılması  yolları 

haqqında bir sıra  mülahizələr  irəli sürüldü.  İttihadçılar  istiqraz  buraxılması  ideyasını  rədd 

etməsə  də,  bu  addımın  səmərəliyin i  şübhə  altına  alırd ı  ki,  xalq  höku mətə 

inanmad ığından onları almayacaq. 

Uzun  mü zakirələrdən  sonra,  sosialistlərin  və  ittihadçıların  onun  əleyhinə 

olmasına baxmayaraq, 600  milyon emissiya haqqında qanun layihəsi qəbul olundu. 

Elə həmin  iclasda parlament  mütərəqqi gəlir verg isinin artırılması haqqında qanun 

layihəsini rədd etdi və təklif verdi ki, höku mət ticarət-sənaye müəssisələrinin, eləcə 

də  kommersiya  ilə  məşğul  olan  ayrı-ayrı  şəxslərin  həqiqi  gəlirin in  vergiyə  cəlb 

olunması  və  yaşayış  min imu munun  artırılması  haqqında  təcili  o laraq   qanun 

layihəsi təqdim etsin

58



Lakin   ço x  qəribə  vəziyyət  yaran mışdı.  Bolşevizmlə  mübarizə  aparan 



Cü mhuriyyət höku məti pul n işanların ı bolşevik  Xalq  Təsərrüfatı  Şurası üzv lərin in 

imzası  ilə  buraxmağa  başlamışdı.  Öz  xüsusi  pul  nişanların ın  buraxılmasın ın 

zəruriliyini yaxşı başa düşən hökumət bu məsələni yaln ız bank işinin təşkili ilə sıx 

əlaqədə 


təşkil 

edə 


b ilərdi. 

Yalnız 


respublikada 

bank 


sistemin in 

formalaşdırılmasının   əsas  prinsipləri  müəyyənləşdirildikdən  sonra  emissiyanın 

subyekti  və  yenı  əsginasların  xarici  əlamətləri  ilə  bağlı  məsələləri  həll  etmək 

mü mkün oldu. 

Eyni  zamanda  dövlətin  emissiya  siyasətinin  tənzimlən məsi  sahəsindəki 

cəhdləri milli bank sisteminin yaradılması problemi ilə üzləşir, aydın o lurdu ki, milli 

bank təsis edilməzsə, höku mət  müstəqil  maliyyə sistemini yarada bilməyəcək.  İlk 

əvvəldən  bu  məsələdə  hökumət  ingilis  ko mandanlığından  müəyyən  mənada  asılı 

vəziyyətə  düşmüşdü.  Azərbaycana  gəldikdən  sonra  müttəfiq lərin  ko mandanlığı 

faktik  olaraq  bütün  inzibati  hakimiyyəti  öz  əlində  cəmləşdirmiş,  bir  ço x  mühüm 

strateji  obyektlərin  maliyyələşdirilməsini  milli  hökumətin  ü zərinə  qoymuşdu. 

Təəccüblü  deyil  ki,  iqtisadiyyatın  mühüm  sahələrindən  olan  bank  sistemi  ing ilis 

ko mandanlığın ın nəza rəti a ltında idi. 

1919-cu  il  yanvarın  3-də  genera l-mayor  To mson  Dövlət  Ban kının   Ba kı 

şöbəsinin  açıldığını  bildirdi  və  T.V.Hevelkeni  ö z  nümayən dəsi  təyin  etdi.  O,  öz 

fəaliyyətinə  görə  Maliyyə  Nazirliyi  qarşısında  hesabat  verməyə  borclu  deyildi

59



Əsas funksiyası emissiya proseslərinə nəzarət etmək o lan bank eyni  zamanda yeni 



pul  əmanətlərin in  qəbulunu  və  kommersiya  bankları  ilə  əməliyyatları  da  həyata 

keçirmə li id i. 

İngilislər ö lkədə bütün iri  maliyyə əməliyyatlarının aparılmasında Rusiya 

Bankı  Bakı  şöbəsinin  yeganə  səlahiyyətli  orqan  kimi  qalmasını  təkid  edir, 




 

 

381 



alternativ  layihələrlə  qəti  razılaşmırdılar.  Müttəfiq  qoşunların  ko mandanlığın ın 

nümayəndəsi polkovnik Nyuko mb öz  ko mandanlığın ın fikrin i ifadə edərək birbaşa 

demişdi  ki,  Paris  Sü lh  Konfransında  yeni  yaranmış  müstəqil  dövlətlərin  məsələsi 

həll edilənə qədər, Rusiya Bankının Bakı şöbəsi neytral müəssisə olaraq qalmalıdır. 

Başqa  sözlə,  ko mandanlıq  Bankın  gələcək  tale  bilavasitə  Azərbaycanın 

müstəqilliyinin perspektivləri ilə bağlayırdı. 

Lakin  höku mət  bu  fikirlə  qəti  razılaş mamış,  bankın  müstəqil  maliyyə 

qurumu  kimi  fəaliyyət  göstərməsinin  zəruriliyini  bildirmişdi.  Ölkənin  mal 

dövriyyəsi  və  iqtisadi-təsərrüfat  həyatını  möhkəmləndirmək  üçün  isə  hökumətin 

müvafiq nizamlayıcı  maliyyə aparatı yalnız  Dövlət  Bankı o la bilərd i.  1919-cu  ilin 

yanvarından  ingilis  ko mandanlığı  ilə  A zərbaycan  hökuməti  emissiya  hüququnun 

məxsusluğu,  daha  müstəqil  höku mət  kursu  uğrunda  qızğın  diskus siyalara 

başlamışdı. 

Bu  məqsədlə  hökumət  maliyyə  və  digər  iqtisadi  məsələlər  barədə  xüsusi 

müşavirələrin  keçirilməsi  praktikasını  tətbiq  etməyə  başladı.  Bu   müşavirələrdə 

Dövlət  Bankının  Bakı şöbəsinin statusu, Bank,  ko mandanlıq  və höku mət arasında 

qarşılıq lı  əlaqələrin  nizamlan ması  ö lkə  iqtisadiyyatının  əsas  məsələlərindən  biri 

kimi daim gündəlikdə qalırdı. 

Rusiya  Bankının  Bakı  şöbəsi,  həmçinin  əksəriyyəti  Rusiya  bankların ın 

filialları  olan  özəl  qısamüddətli  kredit  bankları  ö z  idarə  heyətləri  ilə  ə laqələri 

kəsild ikdən  sonra  yeni  əmanətlər  daxil  olmadığına  görə  öz  fəaliyyətlərini 

məhdudlaşdırdılar.  Bundan başqa,  kredit  müəssisələrinə  inamını  itirmiş  əhali  də  bu 

banklara  öz  vəsait  və  əmanətlərin i  qoymaqdan  vaz  keçirdi.  Birləşdirici  mərkəzi 

orqanın olmaması ucbatından ssuda-əmanət və kredit cəmiyyətlərin in də fəaliyyəti 

dayanmışdı. 

Müttəfiqlərin   ko mandanlığı  Rusiya  Dövlət  Ban kın ın  Bakı  şöbəsini 

emissiya  hüququndan  məhrum  edərək,  ö lkədəki  bütün  valyuta  xərclərinə  nəzarəti 

(öz  xərclərinə  aid  maddə  də  daxil  olmaqla)  hökumətə  verməli  idi.  Başqa  sözlə, 

komandanlıq  maliyyə  vəsaitinə  ehtiyac  duyduğu  hər  bir  halda,  hökumətə  müraciət 

etməli  idi.  Baxmayaraq  ki,  ingilis  komandanlığı  vəsaitlərin  qaytarılmasına  söz 

verirdi (özü də funt-sterlinqlərlə), onların iştahasına yaxından bələd olan höku məti 

bu məsələ ciddi na rahat edirdi. Mə lu mdur  ki, yalnız bircə ay ərzində  ki dəfə (9 və 

12 aprel  1919-cu il) Maliyyə Nazirliyi dövlət  xə zinəsindən ingilis komandanlığının 

ehtiyacları üçün müvafiq olaraq 5  mln  manat

60

 və 10  mln  manat



61

 vəsait ayrılması 

haqqında göstəriş almışdı. Sonralar bu məbləğ daha da artmışdı. 

Azərbaycan  hökuməti  xüsusi  qərarla  Maliyyə  Nazirliyinə  müttəfiqlərin 

cari  hesabına  artıq   15  mln  manat  pul  keçirməsini  tapşırmışdı.

62

  İngilislərə  pul 



nişanlarının  verilməsi  bütün  Cənubi  Qafqazda  onların  kursunun  möhkəmlənməsi 

üçün imkan yaratsa da, belə vəziyyət hökuməti qane edə bilməzdi. 

Bununla  belə  bəzi  obyektlərin  (Xəzər  donanmasın ın,  avtokolon  

işçilərin in)  maliyyələşdirilməsi  məsələsində  Azərbaycan  höku məti  bir  sıra  siyasi 




 

 

382 



amilləri  nəzərə  alaraq  prinsipiallıq  göstərmiş  və  həmin 

obyektləri 

maliyyələşdirməkdən imtina etmişdi. 

1919-cu  ilin  bütün  yayı  ərzində  ali  ko mandanlıq la  höku mət   arasında 

keçirilən  müşavirə  və  danışıqların  nəticəsində  Milli  bankın   açılması  zəruriliyini  hər 

iki  tərəf  təsdiqləyib  razılığa  gələ  bildi.  İngilislərin  höku mətə  həmrəylik  göstərməsi 

siyasi  mülah izələrlə  izah  olunurdu,  belə  ki,  A zərbaycan  hökumətini  ö lkədə  de -

fakto  yeganə  hakimiyyət  kimi  tanıyaraq  onun  legitimliy ini  təsdiqləyən  atributu 

etiraf  et məsi  idi.  Bundan  əlavə,  ingilisləri  bu  addımı  at mağa  vadar  edən  iqtisadi 

problemlər  də  mövcud  idi.  Dövlət  Bankının  Bakı  şöbəsi  mövcud  problemlərin 

öhdəsindən  gələ  bilmird i.  Yu xarıda  qeyd  edildiy i  kimi,  heç  bir  höku mət  idarəsi, 

Bakın ın  yerli  əhalisindən  heç  kim  şöbənin  cari  hesabına  pul  keçirməmişdi, 

hökumət ö zü isə əhalinin şöbə ilə əməkdaşlıq etməsi üçün səy göstərmird i

63



Höku mətin  ixtiyarında kifayət qədər hazırlıq lı,  işini yaxşı bilən,  mü xtəlif 

maliyyə əməliyyatlarının aparılması sahəsində təcrübə qazanmış bank işçilərin in də 

olması bankın açılması xeyrinə id i. 

Dövlət Bankının yarad ılması zəru rətini bütün siyasi fraksiyalar aydın başa 

düşsələr  də,  əslində  parlament  daxilində  bəzi  qüvvələr  bu  qanun  layihəsinin 

keçirilməsin i  hər  vəchlə  əngəlləy ib  ləngid ir  və  məsələyə  münasibətlərin i  də  sinfi 

maraqlar üstündə qururdular. 1919-cu  il avqustun 18-də mü zakirəyə təqdim olunan 

qanun layihəsi 1919-cu il avqustun 23-də üçüncü oxunuşdan sonra qəbul olun muşdu. 

Azərbaycan  Dövlət  Bankının  məqsədi  pul  tədavülünü  asanlaşdırmaq,  milli  ticarət, 

sənaye və  kənd  təsərrüfatına  yardım  habelə  pul sistemini  möhkəmləndirməkdən  ibarət 

idi. İlk vaxtlar bankın əsas kapitalı 500 milyon, ehtiyat kapitalı isə 20 milyon manata bərabər 

idi. Əsas kapitalı yaratmaq üçün hökumət əlavə 50 milyon Azərbaycan və Zaqafqaziya kağız 

pulu verdi. İndi o, kağız pul kəsmək üçün müstəsna hüquqa malik id i

64



Qanuna görə, bankın əsas vəzifəsi emissiyanı yerinə yetirmək, valyuta məsələsini 

tənzimləmək və özəl banklara nəzarət etməkdən  ibarət  idi.  Banka bankirlər şurası  rəhbərlik 

edirdi. 1919-cu il sentyabrın 18-də Dövlət Bankının nizamnaməsi təsdiqləndi və sentyabrın 

30-da onun təntənəli açılışı oldu. 1919-cu il sentyabrın 1-dən fəaliyyət göstərən Gəncə bankı isə 

oktyabrın 25-də verilmiş qanunla  Dövlət Bankının şöbəsi statusunu aldı

65



Azərbaycan Milli Bankının tezliklə açılması ölkənin və xalqın mənafeyindən irəli 

gələn və vaxtı çatmış zərurət idi. Bank təkcə qısamüddətli kredit müəssisəsi olmamalı, həm 

də öz  idarələrinin  əmanət  kassalarının, ssuda-əmanət və  kredit cəmiyyətlərinin  köməyi  ilə 

bütün azad vəsaitlərin cəlb edilməsi yolu ilə ölkədə pul dövriyyəsini tənzimləməli, həmçinin 

emissiya, 

valyuta  məsələlərinin  həlli  və  ölkənin  düzgün  hesab  balansının 

müəyyənləşdirilməsində aparıcı ro l oynamalı idi. 

Azərbaycan  Dövlət  Bankının yaradılması  ilə bağlı  əmanət bankları və  xırda  kredit 

şirkətləri haqqında məsələ də ortaya çıxdı. Əmanət bankları bu vaxta qədər də mövcud idi, lakin 

faktiki olaraq fəaliyyət göstərmirdi. 1919-cu il oktyabrın axırında parlament 12 mərkəzi və 70 

yerli əmanət kassaları, 200-ə qədər xırda kredit müəssisələrinin açılması haqqında qanun 

layihəsi qəbul etdi. 




 

 

383 



Parlament  1920-ci  il  yanvarın  15-də  kənddəki  sahibkarlara,  sənətkarlara, 

sənayeçilərə və onların təşkil etdikləri artellərə, şirkətlərə inventar, mal-qara, toxum almaqda 

yardım  göstərmək və onları  zəruri pul vəsaiti  ilə təmin etmək  üçün  xırda  kredit haqqında 

qanun və xırda kredit təsis olunması üçün qayda qəbul etmişdi. 

Qanunun qəbul edilməsi  ilə  Rusiyanın  kooperativ  birlikləri və onların  ittifaqları 

haqqında  qaydalar  öz  qüvvəsini  itirdi.  Bunun  əvəzində  xırda  kredit  təsis  edilirdi.  Ssuda 

vermək və əsas kapitalı artırmaq üçün onlara dövlət xəzinəsindən iki milyon manat həcmində 

təxsisat ayrılmışdı

66



Azərbaycanda bu dövrdə Dövlət Bankından başqa bir sıra özəl banklar da 



mövcud  idi:  məşhur  kapitalistlər  -  həqiqi  mülki  müşavir  H.Z.Tağıyev,  birinci 

gildiyalı  tacir  M.Nağıyev,  kommersiya  müşaviri  Dmitri  Vasilyeviç  Sirotkin, 

Həştərxan  taciri  İvan  Fyodoroviç  Skriptnitski  və  Həştərxan  taciri  İvan  Matveyeviç 

Lobovun


67

  təsis  etdikləri  Bakı  Ticarət  Bankı,  Bakı-İran  Bankı

68

,  Tiflis  Ticarət  Ban-



vinın  Bakı  filialı

69

,  idarə  heyəti  Moskvada  yerləşən  Birləş miş  Bankın  filialı  və 



başqaları

70



Dövlət  Bankının,  əmanət  banklarının,  xırda  kredit  və  digər  maliyyə 

strukturlarının təsis edilməsi maliyyə-kredit siyasətini möhkəmləndird i, pul tədavülü 

üzərində nəzarəti gücləndird i. 

Lakin  milli  valyutanın  möhkəmləndirilməsi  üçün  tədbirlər  görülməsinə 

baxmayaraq,  onu  Azərbaycan  ərazisində  yeganə  ödəniş  vasitəsinə  çevirmək 

mü mkün  olma mışdı.  1920-ci  ilin  əvvəlində  Azə rbaycan  Xalq  Cümhuriyyətində 

269736  rubl  dəyərində  Ümumrusiya  kredit  bileti  və  "kerenka"lar,  Zaqafqaziya 

Komissarlığının  104436  rubl  pulu,  746836  dəyərində  mü xtəlif  marka  və  nişanlar, 

28564244 manatlıq Ba kı bonları tədavüldə idi

71



Azərbaycan  hökuməti  gö mrük  qanunvericiliy inin  yaradılması  sahəsində 

də bir sıra real addımlar atmışdı. Özünün  mövcudluğu ərzində parlament gömrük 

sahəsində  20-dək  qanun  qəbul  etmişdi.  Nəticədə  1920-ci  ilin  əvvəlində 

respublikada fo rmalaşmış dövlət gömrük  xid məti mövcud idi. Bu qanunlara görə, bir 

sıra sərhəd  məntəqələrində  gömrük  postları  təşkil  etmək  nəzərdə  tutulurdu.  Parla-

mentin  qərarı ilə  1919-cu il ma rtın  27-də  gömrük idarəsi yenidən quruldu. 1919 -cu 

il 23 iyun qanunu ilə Ma liyyə  Nazirliyin in nəzd ində gömrü k  rüsumu şöbəsi təş kil 

edildi. Bu şöbə gömrük rüsumunu tənzimləməli idi

72



Dəfələrlə  id xal və ixrac edilən mallar üçün yeni qayda və tariflər  müəyyən 



edən qanunlar qəbul olunmuşdu. Hökumət "Gömrük sərhəd xid mətinin təşkil edilməsi 

haqqında"  Qanun  qəbul  et mişdi.  Bu  qanunda,  Azə rbaycan  Xalq   Cü mhuriyyətini 

qeyri-leqal  tica rətdən  qorumaq  və  qaçaqmalçılıqla 

mübarizə  məqsədilə, 

Azərbaycanın  sərhədlərində  gömrük  işlərində  etibar  edilə  biləcək  yerli  əhalidən  öz 

silah  və  atı  ilə  ştatdankənar  xid mətçi  kimi  992  keşikçidən  ibarət  99  sərhəd  postu 

qurulması nəzərdə tutulurdu. Bu sərhəd xid mətinin təşkilinə rəhbərlik etmək və onun 

fəaliyyətini  dövlət  gömrük  idarəsi  ilə  u zlaşdırmaq  üçün,  mərkəzi  orqan  kimi, 

Maliyyə  Nazirliyində  xüsusi  sərhəd  keşiyi  şöbəsi  təsis  edilmişdi.  Qanun  sərhəd 



 

 

384 



dəstələrin in ştat və smetasını da müəyyənləşdirmişdi

73



AXC-nin  iqtisadi  tədbirləri  sırasında  ən  əhə miyyətlisindən   də  qonşu  və 

xarici dövlətlərlə  iqtisadi əlaqə yaratmaqdan ibarət id i. Bu  sahədə AXC höku məti 

təkcə qanun layihələri hazırlamaqla kifayətlən məy ib, dünyanın bir sıra ölkələri, o 

cümlədən 1918  iyunun 4-də Türkiyə, 1919-cu il  mayın  23-də İran, İngiltərə, A me-

rika,  Fransa,  İtaliya,  Gürcüstan,  Ermən istan,  Dağıstan,  Orta  A siya  dövlətləri  ilə 

iqtisadi  əlaqə  yaratmağa  nail  olmuşdu

74

.  Bəzi  dövlətlərlə  ticarət  müqaviləsi 



bağlanmış, bəziləri ilə isə şifahi razılıq edilmişdi. 

1919-cu  il  aprelin  14-də  parlamentin  növbəti  iclasında  baş  nazir  ölkən in 

ağır  iqtisadi vəziyyətini təhlil edərək göstərmişdi  ki, bizim  keçirdiy imiz ağır həyat 

şəraiti  ölkəmizin  qeyri-normal  ticarət  s  sətindən  irəli  gəlir.  Ona  görə  də 

Azərbaycanın  qonşu  və  xarici  dövlətlərlə  ticarət  əlaqələrin in  bərpası  zəruridir. 

Bizim  ö lkən in  (Azərbaycanın)  müvəffəqiyyətləri  və  sərvəti,  neft  və onun  inkişafı 

xarici ticarət ə laqələ rindən ço x asılıd ır

75



Xarici  dövlətlərlə  iqtisadi  və  ticarət  əlaqələri  yaratmaq   üçün  Ticarət  və 

Sənaye  Nazirliyi  b ir  sıra  tədbirlər  görmüşdü.  Azərbaycan  Xalq  Cü mhuriyyətin in 

ticarət  və  sənaye  Nazirliyin in  əməkdaşı  L.Po krovski  yazırdı  ki,  Azərbaycan 

sənayesinin  inkişafı  ona  nəinkı  qonşu dövlətlərlə,  hətta  iqtisadi  cəhətdən  qüvvətli 

dövlətlərlə  ticarət  və  iqtisadi  əlaqələrini  genişləndirməyə  imkan  verir.  Bu   öz 

növbəsində,  Azərbaycana  kapital  axınına  və  həm  də  burada  xoş  həyat  tərzi 

yaratmağa imkan verər

76



Azərbaycanın  xarici  ö lkələrlə  iqtisadi  və  ticarət  əlaqələrin in 

genişlənməsinin  zəruriliyi  haqqında  məşhur  milyonçu  H.Z.Tağ ıyevin  də  fikirləri 

maraqlıdır.  H.Z.Tağıyev  baş  nazir  N.Yusifbəyliyə  yazdığı  müraciətində  dövlətin 

maliyyə  və  sənaye-ticarət  sahəsindəki  siyasətində  qəti  dönüş  yaratmağı  təkid 

etmişdi

77



H.Z.Tağıyev  o  dövrdə Azərbaycan  manatının  kursunun  aşağı  düşməsinin 

səbəblərini  araşdırmağı,  bununla  əlaqədar  olaraq  Qərbi  Avropa  bazarlarında  milli 

manatın hətta 2 qəpikdən də aşağı olmasına diqqət yetirməyi dövlətin əsas vəzifəsi 

olduğunu,  manatın  kursunun  aşağı  düşməsinin  bir  sıra  səbəblərin i  dövlətin  xarici 

ticarət  üzərində  nəzarətsizliy ində,  maliyyə  siyasətinin  düzgün  aparılma masında 

görürdü.  H.Z.Tağıyev,  dövlətin  xarici  iqtisadi  siyasətini  kəskin   tənqid  edərək 

yazırdı  ki,  A zərbaycan  malların ın  xaricə  ixracı  qadağan  edildiyinə  görə, 

Azərbaycan  valyutası  xaricdə  lazıms ız  o lub.  Xarici  kapital  da  onunla  əlaqə 

saxlamaqda  maraqlı  deyil

78

.  Do ğ rud a n   da  1919-cu  ildə  Azərbaycan  parlamenti 



maliyyə  nazirin in  təklifi  ilə  xaricə  mal  ixracatı,  xüsusilə  mazut  və  xam  neftin  ixracı 

üzərinə  ikiqat  aksiz  vergisi  qoymaq  haqqında  qanun  qəbul  etmişdi

79

.  Bu  da  hə m 



Avropa və həm də rus kapitalistlərinin mənafeyinə to xunurdu.  

 

Azərbaycanın  xarici  iqtisadi  ticarət  fəaliyyətinin  sağlamlaşdırılması 



tədbirləri AXC parlamentin in 1919-cu il 24 noyabr tarixli iclasında geniş mü zakirə  

olunarkən  mü xtəlif və bir-b irinə zidd fikirlər irəli sürülmüşdü. Ə.C.Pep inov xaricə 




 

 

385 



ixrac  olunan  bəzi  əmtəələrin,  xüsusən  taxıl,  pambıq,  yun  və  s.  ticarətini 

inhisarlaşdırmağı,  bir  başqası  isə  həmin  əmtəələrin  azad  ticarətin in 

genişləndirilməsini  irəli  sürürdü.  M.Ə.Rəsulzadə  ölkədə  zəruri  tələbat  mallarına 

ehtiyacı  ödəyəcək  ticarətə  keçməyi  irəli  sürürdü,  inhisarlaşdırma  üçün  isə  hələlik 

kifayət  qədər təlimat  və  qaydaların  yox  olduğunu  qeyd  edirdi

80

.  1919-cu  il  apre lin 



14-də  parla ment in  ic lasında  N.Yusifbəyli  də  ö z  çıxış ında  göstərmişdi  ki,  ö lkən in 

neft  istehlakçısından  məhru m  olması  Azərbaycan  iqtisadiyyatını  ağır  vəziyyətə 

salır. Odur  ki, A zərbaycan neftinin ən  mühü m  istehlakçısı olan  Rusiya ilə  iqtisadi 

əlaqələrin bərpası günün vacib məsələsidir

81



Höku mət və parlament iqtisadiyyatdakı ağır vəziyyətdən əsas  yollarından 



biri  kimi qonşu ölkələrlə,  ilk növbədə, istehsal olunan neftin əsas hissəsinin daxil 

olduğu  Sovet  Rusiyası  ilə  xarici  ticarət  əlaqələrin i  yaxşılaşdırmaqda  görürdü.  Bu 

ölkələrlə  əlaqələrin  pozu lması  ona  gətirib   çıxarmışdı  ki,  Bakının   anbarlarında 

milyonlarla ton strateji xa mma l y ığılıb qa lmışdı.  

Rusiyanın 

Azərbaycanın 

müstəqilliyini 

tanımaq 


istəməməsinə 

baxmayaraq,  Sovet  Rusiyası  ilə  A zərbaycan  hökuməti  a rasında  ticarət  haqqında 

danışıqlar aparılırdı. Bu danışıqlar nəticəsində 1920-ci il martın 30-da Sovet Rusiyası 

ilə  A zərbaycan  Respublikası  arasında  ticarət  müqaviləsi  imzalandı.  Qeyd  etmək 

lazımd ır  ki,  Rusiya  ilə  A zərbaycan  hökuməti  arasında  hələ  ticarət  müqaviləsi 

bağlanmamışdan  əvvəl  Bakı  və  Həştərxan  bolşevikləri  dövlətdən  gizli  yolla 

Rusiyaya  neft  və  neft  məhsulları  axıdırdılar.  Bakı  və  Rusiya  arasında  dəmir  yolu 

əlaqəsi  kəsildiyi  üçün  yeganə  ticarət  yolu  Xəzər  dənizi  idi.  1918-ci  ilin 

naviqasiyasının  açıldığı  gündən  iyulun  30-dək  Bakıdan  Həştərxana  3948  pud  neft 

məhsulları göndərilmişdi

82

. Bu cür talançılığın qarşısını almaq üçün Azərbaycan hökuməti neft 



məhsulların istehsalı və daşınması üzərində 1919-cu il 26 may tarixli qərarı ilə ciddi nəzarət 

yaratdı. Qərara əsasən dənizlə Həştərxana olan yol bağlanmışdı

83

. Əlbəttə, bu, Azərbaycan 



Xalq Cümhuriyyətinin iqtisadiyyatı üçün heç də əlverişli deyildi. 

Məlumdur  ki,  keçən  əsrin  90-cı  illərindən  başlayaraq  Rusiya  imperiyasında 

istehsal olunan neftin ümıımi həcminin 85 faizi Bakının payına düşmüşdü, bu isə dünya neft 

istehsalının təxminən yarısını təşkil edirdi. Birinci dünya müharibəsinin ilk dörd ili ərzində, 

yəni 1914-cü ildən 1917-ci ilə qədər Bakı ildə 7  milyon ton neft istehsal etmişdi ki, bu da 

dünyada  həmin  vaxt  istehsal  olunan  neftin  ümumi  həcminin  75  faizinə  bərabər  idi. 

Müharibə edən bütün ölkələrin Bakı regionuna qızğın marağı da buradan irəli gəlirdi. 

1918-ci  ilin  yazında  Bakı  XKS  Rusiyanın  mənafeyinin  müdafiəçisi  kimi  çıxış 

edərək, özünün 4 aylıq hakimiyyəti ərzində Bakıdan Sovet Rusiyasına 1,3 milyon ton pulsuz 

neft  göndərmişdi.  Birinci  I  Dünya  müharibəsinin sonlarında  Bakının əldən-ələ  keçməsi 

nəticəsində neft sənayesi ciddi itkilərə məruz qalmış, neft hasilatı xeyli azalmışdı. 1918-ci 

və 1919-cu illərdə müvafıq olaraq hasil olunan 3376 min ton və 3690 min ton neftin ümumi 

həcmi 1916-cı il hasilatının yaln ız yarısına bərabər idi

84



Neft  sənayesini  böhrandan  çıxarmağa  çalışan  Azərbaycan  Xalq  Cümhuriyyəti 

hökuməti yarandığı ilk gündən bu sahədə konkret addımlar müəyyənləşdirdi. Azərbaycan 




 

 

386 



parlamenti neft istehsalı ve satışını öz nəzarətinə aldı, bununla bağlı olaraq dəfələrlə hökumətin 

məruzələrini dinlədi, neft sənayesinin  rentabelliyinin yüksəlməsinə  yardım  edən  bir  sıra 

qanunverici sənədlər qəbul etdi. 

Bu  məqsədlə  müxtəlif  idarələrdə  neft  məhsulları  ilə  bağlı  sui-istifadə  və 

cinayətləri təhqiq etmək üçün xüsusi təftiş-istintaq komissiyası təsis olunmuşdu. 1919-cu il 

iyulun  27-də  qəbul  olunmuş  qanunla  həmin  komissiyaya  bütün  hökumət  müəssisələri, 

vəzifəli şəxslər  və  ictimai təşkilatlardan  istənilən  zəruri  məlumatları almaq; hər  bir şəxsin 

çağırılan zaman gəlməsini təmin etmək; hər bir şəxsə qarşı cinayət təhqiqatı qaldırmaq; poçt-

teleqraf  yazışmasına  baxış  və  onları  zəbt  etmək;  istintaq  müddəti  vəzifədən  kənar  etmək 

hüquqları  verilirdi.  Bütün  bunlar  həmin  məsələlərin  hökumət  üçün  strateji  əhəmiyyət 

daşıdığını  təsdiq  edir.  Vaxtilə  Bakı  Şura  Komissarlığı  Sovet  Rusiyasının  arzusu 

naminə neft sənayesinin milliləşdirilməsini elan etmişdi.  Buna görə milli höku mətin 

ilk  zəruri  addımı  1918-ci  il  oktyabrın  6-da  neft  sənayesi  müəssisələrini  öz 

sahiblərinə  qaytarmaq  haqqında  qərar  verməsi  o ldu.  1918-ci  il  o ktyabrın  7-də 

hökumətin   neft  mədənləri  və  zavodlarını,  Xəzər  ticarət  donanması  gə milərini 

sahibkarlara  qaytarmağı  nəzərdə  tutan  dekreti  nəşr  olundu  və  neft  sənayesində 

xüsusi  mülkiyyət  prinsipi  bərpa  edildi

85

.  Belə  bir  tədbir  ondan  irəli  gəlmişdi  ki, 



milliləşdirmə  nəticəsində  neft  sənayesində  olan  kəskin  böhran  elektrik  enerjisi 

hasilatına,  dəmir  yol  və  dəniz  nəqliyyatına,  maşınqayırma  və  metal  emalı 

müəssisələrinə,  demək  olar  ki,  bütün  sənaye sahələrinin  işinə  mənfi  təsir  göstər-

mişdi.  Səkkiz  saatlıq  iş  günü,  müştərək  müqavilə  və  " istehsal  üzərində  fəhlə 

nəzarəti" ləğv edild i. 

Neft  A zərbaycanda  ixracatın  əsas  mənbəyi  olduğundan  hökumət  onunla 

əlaqədar  iqtisadi  əlaqələri  bərpa  etməyə  çalışırdı.  Rusiya  bazarı  respublika  üçün 

məlu m  səbəblərə  görə  itirild iyindən  bütün  diqqəti  Azərbaycanın  dünya  bazarına 

neft ixracına  imkan verən Bakı-Batu m neft  kəmərindən istifadə etməyə yönəltmək 

lazım  idi.  Bu  kəmərin  taley i  ço x  mürəkkəb  id i.  Onun  tikintisinə  hələ  XIX  əsrin 

sonlarında-  1897-c i  ildə  başlanmış,  1907-ci  ilin  iyulunda  isə  başa  çatdırılmışdı. 

Ümu mi  uzunluğu  830  km  olan  neft  kəməri  Zaqafqaziya  Dəmir  yolu  boyunca 

uzanıb gedird i. 

1917-1918-c i  illərdə  neft   kə məri  ü zərində  iş  aparılması  haq qında  olan 

mü xtəlif  məlu matlar  mahiyyət  etibarı  ilə  məh z  həmin  neft  kəməri  ilə  bağlı  idi. 

Məlu mdur ki,  Bakı neft sənayeçiləri onun  məhz neft  kəməri  kimi  inşa edilməsinə 

lap  başlanğıcda  etiraz  etmişdilər.  Uzun  və  gərgin  mübarizədən  sonra  Zaqafqaziya 

Dəmir Yo lu İdarəsinə Bakı - Batum magistral boru xəttini yol boyu inşa etməyə icazə 

verilmişdi.  A mma  bu  dəfə  kəmərlə  ağ  neftin  nəqli  nəzərdə  tutulduğundan  onun 

inşasına neft sənayeçiləri etiraz etmədilər. Çünki bu halda Bakı neft emalı zavodları 

sahiblərinə  Qara  dəniz  sahillərində  rəq iblər  meydana  gəlməsi  təhlü kəsi  sovuşur, 

Bakın ın mövqeyi neft emalı sənayesi mərkəzi kimi möh kəmlənird i.  

 

Təəssüf ki, sonralar,  məh z 1917-ci il  iyulun 1-də ağ neft kəməri qara neft 



kəmərinə çevrildi

86

. Azərbaycanın müstəqilliy i elan olunduğu məqamda neft kəməri 




 

 

387 



işləmirdi Bakı-Batum  marşrutu ilə neftin ötürülməsi yaln ız  1918-ci  il dekabrın  12-

də  bərpa  olundu.  Bunun  ardınca  1918-ci  il  dekabrın  26-da  A zərbaycan  və 

Gü rcüstan  respublikaları  arasında  "Azərbaycan  dəmir  yolunun  Zəyəm  stansiyasından 

Gürcüstan dəmir  yolunun  Saloğlu stansiyasınadək neft ötürülməsinin  müvəqqəti qaydaları" 

haqqında  tranzit  müqaviləsi  bağlandı.  Neft  Sənayeçiləri  İttifaqı  yanında  neft  kəmərinin 

ehtiyatı  üçün  firmalar  arasında  neftin  pay  bölgüsü  siyahısını  müəyyən  edən  xüsusi  şura 

mövcud  idi.  Neft  sənayesi  işlərinin  bərpa  olunduğu  dövrdə  Azərbaycanda  Bakı,  Biləcəri, 

Hacıqabul, Yevlax, Dalmalıoğlu, Gəncə, Şamaxı və Ağstafada yerləşən 25 anbar var idi

87



Neft əsasən Bakı-Batum kəməri ilə nəql edilirdi. 



Azərbaycan  ilə  Türkiyə  arasında  bağlanmış  müqaviləyə  görə,  Azərbaycan 

Türkiyəyə  neft  və  neft  məhsulları  göndərməyi  öz  öhdəsinə  götürmüşdü.  Lakin  Türkiyəyə 

göndəriləcək  neft  Batumdan  keçdiyi  üçün  Gürcüstan  hökumətinin  razılığı  lazım  idi. 

Azərbaycan və Gürcüstan arasında razılaşmadan sonra Gürcüstan hökuməti Bakıdan Türkiyəyə 

göndərilən  neft  və  neft  məhsullarının  1918-ci  ilin  oktyabr  ayından  Batum  vasitəsilə 

Aleksandropola ötürülməsinə rəsmi icazə verdi

88



Paris  Sülh  Konfransında Azərbaycan nümayəndələrinin səyi nəticəsində Almaniya 



ilə iqtisadi əlaqə yaratmaq mümkün olmuşdu. Belə ki, Azərbaycan nümayəndələri Almaniya 

nümayəndələri  ilə hər  iki dövlət arasında  iqtisadi, ticarət əlaqələri yaratmaq haqqında şifahi 

razılıq əldə etmişdilər

89



Almaniya  nümayəndələri  ölkələrinin  Azərbaycanla  iqtisadi  əlaqələr  yaratmağa 

maraqlı olduğunu bildirmişdilər. 1918-ci il oktyabr ayının əvvəlində Almaniya bu məqsədlə 

öz nümayəndələrini Azərbaycana göndərmişdi

90



Paris  Sülh  Konfransında Azərbaycan nümayəndələri Amerika, İtaliya,  Fransanın 

nümayəndələri ilə də Azərbaycanın həmin ölkələrlə iqtisadi əməkdaşlıq etmək imkanını 

müzakirə etmişdilər. 

Azərbaycan nümayəndəsi M.T.Hacınski  1919-cu  il  iyunun 19-da ABŞ  və  Fransa 

nümayəndələri  ilə  belə  bir  şifahi  razılaşma  əldə  etmişdi  ki,  o  ölkələrdən  Azərbaycana 

manufaktura, ayaqqabı və s. gündəlik tələbat  malları gətirilsin. Azərbaycanla ticarət əlaqəsi 

yaratmaq  haqqında  Fransanın  xarici  işlər  naziri  cənab  Pişo  da  öz  müsbət  rəyini 

söyləmişdi

91



1920-ci ilin yanvarında Azərbaycan hökuməti ilə ABŞ arasında ticarət müqaviləsi 



bağlanması  haqqında  razılaşma  əldə  edilmişdi.  Bağlanması  nəzərdə  tutulan  bu  ticarət 

müqaviləsinə  əsasən,  Azərbaycan  Batum  vasitəsilə  oraya  neft  və  neft  məhsulları 

göndərməli,  əvəzində  isə  oradan  ərzaq  məhsulları  almalı  idi

92

.  1920-ci  ilin   yan-



varında Amerika ilə bağlanan müqaviləyə görə, hər  həftə Azərbaycan oraya 1500 ton 

mazut göndərməli idi

93



Azərbaycan  hökumətin in  İngiltərə  ilə  iqtisadi  əlaqələrinə  gəldikdə  isə 



demək lazımdır ki, o  zaman kı ço x mü rəkkəb bir siyasi şəraitdə Azərbaycanı bir ço x 

dövlətlər  və  o   cü mlədən  ingilislər  özlərindən  asılı  vəziyyətə  salmağa  çalışırdı. 

1919-cu il noyabrın 17-də " Bakı və onun neft mədənlərini işğal et mə k"

94

 niyyəti ilə  



general To msonun başçılığı ilə ingilis qoşunları Bakıya da xil o ldu. 


 

 

388 



İngilis  ko mandanlığ ı  burada  ticarət,  sənaye,  nəqliyyat  və  s.  üzərində  bir 

sıra  məhdudiyyətlər  qoysa  da,  A zərbaycan  höku mətinin   qəti  etirazı  və  tələbi  ilə  

Azərbaycan  polisi,  su  nəqliyyatı  və  neft  sənayesi,  maliyyə  idarələri  və  s.  üzərində 

qoyulan  bu  məhdudiyyətlər  ləğv  olundu.  M.Ə.Rəsulzadə  yazırd ı  ki,  bu  dəyişiklik 

ingilislərin buradakı həm siyasi və həm də iqtisadi  mənafeləri ilə bağlı  idi.  Neftin 

müstəqil Azərbaycan dövləti əlində o lması, ü mu miyyətlə, A zərbaycanın Rusiyadan 

ayrılması ingilislərin xeyrinə idi

95



Azərbaycan  hökuməti  ilə  İngiltərə  arasında  1919-cu  il  23  may  tarixli  

razılaşmaya  görə,  Azərbaycandan  İngiltərəyə  aparılan  mallar  rüsumsuz,  icazəsiz 

aparılmalı  idi

96

.  Bu  qərara  əsasən  Azərbaycandan  İngiltərəyə  Batu m  vasitəsilə 



450000  pud  ma zut,  150  min   pud  neft,  75000  pud  benzin  aparılmasın a  icazə  

verilmişdi

97

. Təkcə  1919-cu  il  iyunun 30-da  Bakıdan  Batu m vasitəsilə  İngiltərəyə 



10 vaqon benzin, 2 vaqon isə mü xtəlif ma llar göndərilmişdi

98



Onu  da  göstərmək  lazımdır  ki,  A zərbaycan  Xalq  Cü mhuriyyətin in 

fəaliyyəti  dövründə ölkənin  neft  ticarətində  xarici  şirkətlərin  rolu  müəyyən  qədər 

saxlan ılmışdı.  Məsələn,  Azərbaycanın  ticarət  palatası  neftin  satışı  və  qiyməti 

haqqında  müstəqil  hərə kət  edə   bilmird i.  Ba kıdan  Batuma   göndərilən   ağ  neft in 

satışı və qiy məti  ingilis  kampaniyası  Şell,  Şibayev, " Oleu m neft cəmiyyəti" və s. 

əlində  idi.  Bunlar  təkcə  b ir  ay  ərzində  milyonlarla  pud  ağ  neft  ixrac  etmiş dilər. 

Mazut ixracı da ingilis komandanlığının əlində cəmlənmişdi

99



Xammalın,  ilk  növbədə  neft  məhsullarının  ixracına  qoyulan  qadağaların 

götürülməsinə  kəskin   ehtiyac  yaran mışdı.  1919-cu  ilin   dekabrında  parlament  bu 

məsələni ö zünün ilk  iclasında  mü zakirədən keçirərək, "Azərbaycan Cü mhuriyyəti 

ərazisindən xammalın ixracı şərtlə ri haqqında" Qanun layihəsini qəbul etdi.  

Parlamentin  özündə  bu  məsələyə  ikili  münasibət  mövcud  idi.  Azad  ticarət 

tərəfdarları  ixraca qoyulmuş bütün qadağaların götürülməsində  israrlı  idilər.  Belə olduqda 

ölkə daxilində mal qıtlığı yarana bilərdi. Ticarət azadlığı verilməsinin ilk nəticələri doğrudanda 

acınacaqlı oldu: ixrac olunan malların taxıl, pambıq və s. əvəzində Azərbaycan bazarı heç bir 

dəyəri olmayan kağız pulla dolduruldu. 

Sosialist  fraksiyasının  bir  hissəsi  və  ittihadçılar  ticarət  üzərində  dövlət  inhisarı 

ideyasını  müdafiə  edirdilər.  Bu  qərarın  qəbul  olunması  da  ağır  nəticələr  verə,  istehsalı 

stimullaşdırmadığına görə səınaye və ticarətin tənəzzülünə səbəb ola bilərd i. 

Nəticədə parlament azad ticarətlə dövlət ticarəti arasında aralıq mövqeyi nəzərdə 

tutan daha optimal bir qərar qəbul etdi. İxracatçı malın dəyərinin yarısını xarici valyuta ilə 

ödəməli  idi.  1919-cuil  dekabrın  11-də qəbul olunmuş qanunla siyahısı ciddi  müəyyənləş-

dirilmiş malların (əsasən kənd təsərrüfatı məhsulları və neft məhsullarının) sərbəst ixracına 

icazə verildi. Aparılan mallardan dövlət xəzinəsinə 95 faiz rüsum ödənilməsi də müəyyən 

edildi


100

Neft və neft  məhsulları Azərbaycan sənayesinin əsas özəyini  təşkil  edirdi. 



İqtisadiyyat, hər şeydən əvvəl, məhz neft məsələsində siyasət ilə, özü də dünya siyasəti 

ilə bağlı id i. 




 

 

389 



Azərbaycan  Xalq  Cümhuriyyəti qonşu  Gürcüstan  ilə də  iqtisadi  əlaqə  yaratmışdı. 

Uzun danışıqlardan sonra hər iki ölkə arasında 1919-cu ilin iyul ayında ticarət və nəqliyyat 

müqaviləsi bağlanmışdı

101


. Bu müqaviləyə əsasən, Gürcüstan Batum vasitəsilə Bakı neftinin 

xaricə ixracına imkan yaratmalı idi. Batum ticarət yolunun açılması haqqında danışıqlar uzun 

çəksə  də,  müsbət  nəticələndi

102


.  Gürcüstan  ilə  Azərbaycan  hökuməti  arasında  ticarət  və 

nəqliyyat  müqaviləsinə  əsasən,  Azərbaycandan  tranzit  yolla  xarici  ölkələrə  mal 

aparılmasına  tam  sərbəstlik  verilirdi.  Gürcüstan  ilə  Azərbaycan  arasında  bu  müqavilə 

imzalanmamışdan  əvvəl  1918-ci  ildə  neft  kə mərinin  texniki  müqaviləsi  imzalanmışdı, 

həmin müqaviləyə görə,  Bakı nefti bu kəmər vasitəsilə bir sıra xarici ölkələrə axıdılırdı. Belə ki, 

1918-ci ilin təkcə oktyabr ayından hər gün Gürcüstana 3 sistern  neft və 2 sistern ağ neft 

göndərilməsi qərarlaşdırılmışdı

103


. Sonradan bu norma  20 sisternə qədər artırılmışdı

104


Gürcüstanla  Azərbaycan arasında tranzit  müqaviləsinin  imzalanmasının  hər  iki 

dövlətin  həyatında  həm  siyasi,  həm  də  böyük  iqtisadi  əhəmiyyəti  var  idi.  Neftlə  zəngin 

Azərbaycana  birinci  növbədə  əhalinin  ilkin  zəru ri  ərzaq  məhsulları  və  kağız  pula 

tələbatını təmin etmək  lazım  idi.  Buna görə də hökumət nefti ərzağa dəyişdirməyi 

qərara aldı. A zərbaycan  Gürcüstandan neftin əvəzinə puldan başqa, odun kömürü, 

lobya, kələm, şəkər, habelə avtomobil şinləri alırd ı.  Gürcüstan Azərbaycanı kifayət 

qədər  şəkər  və  taxılla  təmin   edə  bilmədiy i  üçün  hökumət  Ukraynaya  müraciət 

etmiş,  amma  bu  dəfə  də  Gürcüstanın  ərazisindən  Qara  dənizədək  tranzit  kimi 

istifadə  olun muşdu

105

.  Eyni  səbəbdən  Azərbaycanla  İtaliya  arasında  da  ticarət  



münasibətləri  meydana gəlməyə başladı. İtaliyadan hərbi və iqtisadi yardım almaq, 

əvəzində  isə oraya neft  məhsulları və s. göndərilməsi haqqında İtaliya missiyasının 

rəhbəri  polkovnik  Qabbe  ilə  general  N.  Yusifbəyli  intensiv  danışıqlar  aparmışdı. 

İtaliya  ilə  A zərbaycan  dövləti  arasında  mal  mübadiləsi  haqqında  müqavilə 

bağlanması  üçün  həmin  malların  q iy mətin in  müəyyən  olması  haqqında  da 

danışıqlar gedirdi

106

. Polkovnik Qabbe belə bir fikirdə idi ki, əgər Bakıdan İtaliyaya 



1000  ton  neft  göndərilərsə,  deməli,  Azərbaycan  ilə  İtaliya  arasında  faktiki  olaraq 

iqtisadi əlaqələr yaranmış olar

107

. Polkovnik Qabbe onu da qeyd etməyi lazım bilmişdi 



ki,  amerikalılar  və  ingilislər  öz  mənafelərini  üstün  tutaraq,  Azərbaycanın  başqa 

ölkələrə neft göndərməsinə mane olurlar

108



1919-cu  il  dekabrın  1-də  N.Yusifbəyli  İtaliyaya  göndərdiyi  məktubunda 



Batu m vasitəsilə oraya 590000 pud ağ neft, 660000 puda yaxın  mazut göndərməyi 

qərara ald ığını b ildirirdi.  Hər bir ton neftin qiyməti  35 dollar,  mazutun tonu isə 25 

dollar  idi

109


.  1920-ci  ilin  əvvəllərində  Bakı-Tiflis  də mir  yolu   vasitəsilə  və  sonra 

Qara  dənizə  çıxmaqla  barter  sövdələrin in  həyata  keçirilməsinə  başlandı.  İtaliya 

Azərbaycana manufaktura malları, ayaqqabı və s. gündəlik tələbat malları göndərib 

əvəzində xam neft və neft məhsulları alırdı

110



Tranzit  müqaviləsinə  qayıdaraq   qeyd  etmək  lazımd ır  ki,  o,  Gürcüstan 



üçün əlverişli şərtlərlə bağlan mışdı. Belə  ki,  Gürcüstan ərazisindən Qara dənizədək 

tranzit  kimi  istifadə  edildiyindən,  müqaviləyə  əsasən,  neftin  bir  hissəsini  qonşu 

dövlət müftə alırd ı. Neft  kəməri ilə  Qafqazdakı Britaniya ko mandanlığına da neft 



 

 

390 



verilirdi.    Ya lnız  1918-ci  il  o ktyabrın  1-dən  1919-cu  il  apre lin  1-də k  Ba kı 

stansiyalarından  Saloğlu  stansiyasınadək  (Gürcüstan  ərazisi)  6168000  pud  neft 

ötürülmüşdü.  Bunun  3.220.754  pudu  ingilis  ko mandanlığına,  281160  pudu  isə 

Gü rcüstan  hökumətinə  göndərilmişdi

111

.  Neft  kəmərinin  fəaliyyətinin  bərpa 



edilməsindən sonra  isə, yəni  1918-d dekabrın  12-dən  1919-cu  il aprelin  1-dək  Gürcüstan 

dəmir yoluna 3882808 pud neft verilmişdi

112

. Bu vaxtadək alınmış neftə görə Gürcüstanın 



Azərbaycana borcu 15940364 rubl  44 qəpiyə çatmışdı

113


Qara  neftin  kəmərlə  nəqli  sərfəli  gəlir  mənbəyi  deyildi.  Neft  Sənayeçiləri 

İttifaqı Şurasının tələbi və ingilis komandanlığı nümayəndələrinin iştirakı ilə 1919-cu il mayın 

20-də Şuranın iclası oldu. Orada neft kəmərinin ilkin funksiyasına, yəni ağ neftin nəql edil-

məsində istifadə olunmasına qaytarılması məsələsi xüsusi olaraq  müzakirəyə qoyuldu. Bu, 

kifayət qədər də xam neft olmasını tələb edən çox mürəkkəb bir texniki proses idi. 1919-cu 

il mayın ortalarında Azərbaycanın anbarlarında 15 milyon pud ağ neft, ağ neft emal etmək 

üçün isə 70  milyon pud xam neft ehtiyatı var id i"

114

.   Bu  kəmərlə ağ neft ötürülməsi 



işlərinin bərpa olunması üçün  real  imkanların  mövcudluğu  demək  idi.  Lakin  Azərbaycan  Xalq 

Cümhuriyyətinin  mövcudluğu  müddətində  bu  layihəni  axıradək  başa  çatdırmaq  mümkün 

olmadı.  Hətta  əksinə,  bütün  neft  sənayesində  tənəzzül  baş  vermişdi.  Əgər  1913-cu  il 

göstəricilərini  100% qəbul etsək, onda  192 ilin  rəqəmləri  müharibədən  əvvəlki  rəqəmlərlə 

müqayisədə belə, quyu qazılması 3,49%, neft hasilatı 39,18%, neft emalı - 35,54%

115


M.Ə.Rəsulzadə yazırdı ki, bir sıra sosial-iqtisadi nailiyyətlərdən sonra, Azərbaycan 

həyat qabiliyyətini yalnız öz  içində deyil,  xaricdə də hiss etdirdi. Az  keçmədi  ki, Avropanın, 

Amerikanın elçiləri Azərbaycanın paytaxtını  ziyarət edərək onu tanıdıqlarını və onunla hər növ 

mədəni və ticarət əlaqəsinə girmək istədiklərini bildirdilər

116


Azərbaycan hökuməti  zəhmətkeşlərin sosial vəziyyətinə, yarandığı  ilk  günlərdən, 

diqqət yetirməyə çalışırdı. İstehsalın tənəzzülü, neft sənayesinin böhranı, ərzaq məhsullarının 

bahalaşması, əmək haqqının aşağı olması fəhlə və qulluqçuların onsuz da ağır olan vəziy-

yətini daha da ağırlaşdırırdı. 

Sosial problemlərin koklü şəkildə həll olunmaması hökumət böhranlarına gətirib 

çıxarır, siyasi qüvvələr arasındakı ixtilafların daha da dərinləşməsinə şərait yaradırdı. 

Azərbaycan hökumətinin sosial siyasəti əsasən aşağıdakı istiqamətlərdə aparılırdı: 

1.Fəhlə  və  dövlət  qulluqçularının,  ümumiyyətlə  zəhmətkeş  əhalinin  sosial  vəziyyətinin 

yaxşılaşdırılması;  2.  Sahibkarlar  və  fəhlələr  arasındakı  münaqişələrin  həll  edilməsi; 

3.Fəhlə    qanunvericiliyinin  hazırlan ması;  4.  Sosial  təminat  sahəsinin  inkişafı,  ilk 

növbədə pensiya  və  sığorta siyasətinin  əsaslı  surətdə  formalaşdırılması;  5.  Sosial 

problemlərin  həlli  və  tənzimlən məsi  istiqamətində  mü xtəlif  siyasi  qüvvələrlə 

əməkdaşlığa  nail  olun ması,  xüsusi  olaraq  sahibkarlar  və  fəhlələrin  maraq larını 

ifadə  edən  təşkilatlarla,  həmkarlar  ittifaqları  ilə  müvafiq  b irgə  fəaliyyətin 

əlaqələndirilməsi. 

Sosial  problemlərin,  ən  başlıcası  isə  fəhlə  məsələsinin  tənzimlən məsi  ilə 

həm parlamentin fəh lə  ko missiyası, həm də  Əmək  Nazirliyi  məşğul olurdu. Əmək 

Nazirliyin in fəa liyyəti digər höku mət  idarələ ri  ilə  yanaşı, 1918-ci  il oktyabrın  12-



 

 

391 



də  Ticarət  və  Sənaye  Nazirliyi  nəzdində  təsis  edilən  Bakı  quberniyası  Fabrik 

Müfəttişliyi

117

  və  Əmək  Nazirliy inə  tabe  olan  və  Bakının  8  rayonunu  əhatə  edən 



Əmək  Müfəttişliyi  (5  avqust  1919-cu  ildə  yaradıldılar)

118


  və  Baş  Əmək 

Müfəttişinin köməyi ilə həyata keçirilirdi. 

Azərbaycan  Xalq  Cü mhuriyyətinin  Əmək  Nazirliyi  1919-cu  il  yanvarın 

21-dən  fəaliyyət  göstərməyə  başladı

119

.  Sosialistlərin  nümayəndəsi  Aslan  bəy 



Səfikürdski əmək naziri təyin edildi. 

1919-cu  il  8  yanvar  tarixli  parla ment  ic lasında  "Müsavat"  fraksiyasının 

adından  çıxış  edən  A.Kazımzadə  Bakı  rayonu  fəhlələrinin  maddi  və  mənəvi 

ehtiyacların ın  ödənilməsi  istiqamətində  həyata  keçirilmiş  tədbirlər  barədə  ə mək 

nazirinə  sorğu  verdi

120


.  Fəhlələrin  ağır  vəziyyətdə  yaşamalarını  etiraf  edən  nazir 

yaxın vaxtda hökumət tərəfindən bu məsələnin həlli  məqsədilə  mühüm addımların 

atılacağın ı vəd etdi

121


Əmək  haqqının  artırılması  ilə  əlaqədar  keçirilən  müşavirədə  1919-cu  il 

yanvarın 1 -dən etibarən əmək haqqı ilə yanaşı, ayda 360  manat  məbləğ ində ailəli 

vətəndaşlara  və  120  manat  ailəsiz  vətəndaşlara  əlavə  pul  vəsaitinin  verilməsi 

haqqında  qərar  çıxarıldı

122


.  Bundan  sonra  Əmək  Na zirliyi  mədən  və  fabriklə rdə 

əmək  mühafizəsinin  təmin  edilməsi  barədə  qərar  çıxard ı

123

.  O,  sahibkarlardan 



əməy in  düzgün  təşkil  olun masına  diqqət  yetirmələrini  tələb  etdi.  Sahibkarlara 

tapşırıldı ki, onlar hələ də qüvvədə olan Fabrik-mədən Müfəttişliyi haqqında 1913-

cü il tarixli Əsasnaməni rəhbər tutaraq, b ir həftə ərzində müəssisələrdə fəhlə əməyi 

ilə  bağlı  məsələlərə  nəzarət  edən  şəxslər  barədə  məlu matları  Bakı  quberniyası 

Fabrik Müfəttişliy inin  Baş İdarəsinə çatdırsınlar.  Bundan əlavə, sənayeçilərdən bir 

aylıq müddətdə fəhlələrin əmək şəraitin i qaydaya salmaq tələb olunurdu

124



Bir az sonra Əmək Nazirliy i tərəfindən, bəzi düzəlişlər istisna olunmaqla, 



kollektiv  müqavilə  bərpa  edildi.  Hö ku mət  həmçin in  neft  sənayesinin  böhrandan 

çıxması üçün maliyyə vəsaitləri ayırır, onların  müəyyən hissəsi də fəhlələrin əmək 

haqlarının ödənilməsinə xərclənird i

125


Sahibkarlar  və  fəh lələr  arasında  ciddi  münaqişələr  yarandıqda,  həmçin in 

tətillərin  aradan  qaldırılması  və  ko llektiv  müqavilələrin  hazırlan ması  məqsədilə 

barışdırıcı ko missiyalar təşkil edilirdi. Əmək  Nazirliyinin  məlu matına görə, 1919-cu 

il  yanvarın  1-dən  oktyabrın  15-nə  qədərki  dövrdə  bu  idarəyə  daxil  olmuş  1537 

şikayətdən  928-i  fəhlələrin  xeyrinə  həll  edilmiş,  456-sı  isə  öz  həllin i  tap ma-

mışdı

126


Əmək  Nazirliyinin  tələbi  ilə,  parlament  1919-cu  il  martın  19-da  nazirliyin 

nəzdində  Fəhlə  məsələsi  üzrə  Xüsusi  Məşvərət  Şurasının  yaradılması  haqqında 

qanun qəbul etdi. Beş nəfər fəhlə və beş nəfər də sahibkar olmaqla on nəfərdən ibarət 

həmin  qurum  əməyin  mühafizəsi,  fəhlə  və  sahibkarlar  arasındakı  münasibətlərin 

tənzimlən məsi  məsələləri  ilə  məşğul  olmağa  başladı.  Xüsusi  Şuraya  əməy in 

mühafizəsi  və  zəh mətkeşlərin  maddi  vəziyyətinin  yaxşılaşdırılması  məsələ lərinə 

toxunan qanunların icra  edilməsinə nə zarət et mə k hüququ verildi

127

. Fəhlə məsələsi 




 

 

392 



üzrə  Xüsusi  Məşvərət  Şurasının  Müvəqqəti  Nizamnaməsində  deyilirdi  ki,  əmək 

nazirin in  sədrliyi  altında  fəaliyyət  göstərəcək  bu  orqan  "istər  əməyin  mühafizəsi, 

istərsə  də  əmək  şəraiti  və  zəh mətkeş  siniflərin  məişətinin  yaxşılaş dırılmasına 

yönələn  məsələlərlə  bağlı  mövcud  qanunların  dəqiq  icra  edilməsi  üzrə  tədbirlərin 

ilkin mü zakirəsi məqsədilə təsis edilir"

12

 



1919-cu  il  mayın  31-də  sosial  və  istehsalat  münaqişələrinin  həllinə 

cavabdeh olacaq Arbitraj orqanının yaradılması haqqında qərar çıxarıld ı

129



Ümu miyyətlə demək o lar ki, A zərbaycan höku məti dövlət qulluqçuların ın 



maddi  vəziyyətinin  ya xşılaşdırılmasına  xüsusi  diqqət  yetirirdi.  Buna  misal, 

hökumətin 1918-ci il 28 dekabr, 1919-cu il 21 aprel, 1920-ci il 5 yanvar və 7 fevral 

tarixli  iclaslarında  qəbul  etdiyi  müvafiq  qərarları  göstərmək  olar

130


.  Dövlət 

qulluqçularının  maddi  vəziyyətinin  yaxşılaşdırılması  işində  Azərbaycan  hökuməti 

tərəfindən 1919-cu il fevralın 10-da yaradılan dövlət qulluqçularının əmək haqların ın 

qaldırılması ü zrə idarələrarası ko missiyanın rolu oldu

131



Dövlət  qulluqçularının  maddi  vəziyyətinin  yaxşılaşdırılması  məsələsinə 



parlament  səviyyəsində  də  baxılırdı.  Parlament  1919-cu  il  mayın  12-də  qulluqçulara 

müvəqqəti əlavə pul vəsaitinin verilməsi haqqında

132

, 1920-ci il martın 15-də isə mülki və 



hərbi idarə qulluqçularının maaşlarının artırılması haqqında

133


 qanunlar qəbul etdi. 

Fəhlə və dövlət qulluqçularının maaşını qaldırmağa çalışan Azərbaycan hökuməti 

vergi tariflərini də qaldırmağa  məcbur olurdu.  Digər tərəfdən,  maaşların artırılması dövlət 

büdcəsindəki  kəsiri  çoxaldırdı.  Nəticədə  yenidən  pul  emissiyası  həyata  keçirilirdi. 

Fəhlələrin sosial  vəziyyətinin pisləşməsi  isə davam  edirdi.  Belə  ki, parlament  1919-cu  il 

fevralın  4-də  dəmir  yol  fəhlələrinin  maaşının  artırılması  haqqında  qanunu  qəbul 

etdikdən cəmi  10  gün sonra hökumət dövlət  tariflərinin də artırılması haqqında qanun 

layihəsini  parlamentə  təqdim  etdi,  çünki  maaşların  qaldırılması  nəticəsində  Azərbaycan 

dəmir yolunun aylıq kəsiri 8 milyon manata qalxdı

134


1919-cu  il  martın  16-da  Azərbaycan  hökuməti  fəhlələrin  əmək  haqlarının 

qaldırılması  barədə  əmək  nazirinin  çıxışını  dinləyib  maliyyə,  həmçinin  ticarət  və 

sənaye nazirlərinə fəhlələrə əmək haqları ödənilməsi məqsədilə neft sahibkarlarına 10 

milyon manatdan az olmayaraq pul vəsaiti buraxılması barədə tapşırıq verdi

135


1919-cu il sentyabrın axırlarında əmək naziri bahalığın artmasını nəzərə alaraq, 

Bakı  rayonunda  yerləşən  sənaye  müəssisələrinin  fəhlə  və  qulluqçularının  maaşlarını 

qaldırmaq məsələsini müzakirə etməyi zəruri saydı və müvafiq ko missiya yaratdı

136



Lakin  hökumətin  səylərinə  baxmayaraq,  bahalıq  və  inflyasiyanın  təsiri 



nəticəsində  Azərbaycan  vətəndaşlarının  böyük  əksəriyyətinin  sosial  vəziyyəti  daha  da 

ağırlaşırdı. Bunu statistik məlumatlar da təsdiq edir. 

1919-cu  ilin  dekabrında  Azərbaycan  dövlət  müəssisələrində  32705  nəfər 

(bunun 30 faizini ailəlilər təşkil edirdi) işləyirdi. Onların saxlanması  xərci  ildə 7889641 

manat təşkil edirdi. Qeydə alınmış qiymətlərlə subay adama ərzaq üçün ayda 231 manat 

75  qəp.,  ailələr  üçün  418  manat  50  qəp.  (hamısına  birlikdə  ayda  13650379,  ildə  isə 

163804948  manat)  lazım  idi.  Hə min  ərzaq  məhsullarının  dəyəri  1920-ci  il  yanvarın 



 

 

393 



birinci yarısında bazar qiymətləri ilə ayda 35150038 manat təşkil edirdi

137


Nazirliyin  statistika  şöbəsinin  məlu matına  görə,  1919-cu  ilin  son  altı  ayı 

ərzində qiymətlər: çörək 10 faiz, yağ 56 faiz, balıq 150  faiz, yumurta  96 faiz, ət  200 

faiz  artmışdı

138

.  Beləliklə,  göstərilən  dövr  üçün  orta  bahalaşma  həddi  100  faiz, 



əmək  haqqı  artımı  isə  39  faiz  id i.  Bu  fərqi  nəzərə  alan  Ticarət,  Ərzaq  və  Sənaye 

Nazirliyi  1920-c i  ilin  yanvarında  höku mətə  proble min  həll  o lunması  üçün  başqa 

yol təklif edərək, fəhlə və qulluqçuların çörək, çay, qənd, düyü, bez və s. əsas ərzaq 

məhsulları  və  ilkin  tələbat  malları  ilə  təchizatın ı  qəti  müəyyənləşdirilmiş  sabit 

qiymətlərlə  təmin  etməyin   məqsədəuyğun  olduğunu  bildirdi.  Bunun  üçün  həmin 

nazirliyin nəzdində xüsusi təchizat idarəsi yaratmaq nəzərdə tutulurdu. 

Azərbaycan  hökuməti  fəhlə  məsələsi  ilə  bağlı  qanun  layihələrini 

hazırlay ıb parlamentə təqdim etmiş di. Lakin  bu layihələr u zun müddət deputatların 

diqqətindən  kənarda  qalmış  və  parlamentin  ü mu mi  iclaslarına  çıxarılmamışdı. 

Əhalinin sosial vəziyyətinin  müəyyən dərəcədə yaxşılaş masına hökumət in 1918-ci 

ilin  mart  və  sentyabrında  baş  vermiş  hadisələr  zamanı  zərərçəkən lərə  maddi 

yardımın   göstərilməsi  haqqında  1919-cu   il  7  fevral  tarixli

139

  və  kasıb  ailə lərdən 



olan şagirdlərə maddi yard ımın göstərilməsi haqqında 1919-cu il 12 fevral tarixli

140


 

qərarları,  parlament  tərəfindən  qəbul  olun muş  qaçqınların  ehtiyacların ın  

ödənilməsinə 21  milyon  manat  məbləğində vəsaitin buraxılması haqqında 1920 -ci 

il 8 yanvar tarixli qanun

141 

yönəlmişdi. 



Ümu miyyətlə, ö lkədə müşahidə olunan siyasi sabitsizlik, xarici təhlükənin  

mütəmadi  mövcudluğu,  Birinci  Dünya  müharibəsinin  dağıdıcı  nəticələri  və 

Rusiyada  cərəyan  edən  proseslər  üzündən  Azərbaycanın  iqtisadi  cəhətdən  təcrid 

olunması,  hakimiyyət  strukturların ın  fəa liyyətində  dürüst  əlaqələndirmən in 

olmaması sosial-iqtisadi islahatların  keçirilməsin i  ləngidir, bu da iqtisadi böhranın 

daha  da  dərinləşməsinə  gətirib  çıxarırd ı.  Ancaq  mənfi  amillərin  müvafiq  təsirinə 

baxmayaraq,  A zərbaycan  Xalq  Cü mhuriyyətinin  rəhbərliyi  ölkədə  iqtisadi 

vəziyyətin  yaxşılaşması,  sosial  problemlərin  həlli  istiqamətində  ciddi  addımlar 

atmağa cəhd edir,  mü xtəlif sosial proqramların həyata keçirilməsini planlaşdırırdı. 

Azərbaycanın  liderləri  hesab  edirdilər  ki,  milli  dövlətin  varlığı  və 

möhkəmləndirilməsi  ço xu klad lılıq  bazasında  yeni  inkişaf  modelin in  qurulması 

yolundadır. Əsasən obyektiv səbəblərdən  -  xarici təzyiq və təcavüzün baş verməsi 

ucbatından onlar bu məqsədə nail ola b ilmədilər.  

 

 



 

 

 



 

 

 




 

 

394 



 

 

X FƏSİL 




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin