Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə52/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   48   49   50   51   52   53   54   55   ...   72
 

"Şu gördüyün duman çıxan bacadan 

 Sən gəlmədən iniltilər çık ardı. 

 Gecik səydin, məzlumların fəryadı, 

 Yeri-göyü, k ainatı yakardı". 

 

1918-1920-c i  illərdə  e rmən i  genosidi,  zo rakılıq,  daşnak  irticas ı 



Cü mhuriyyət  nəsrində  mühüm  yer  tuturdu.  Azərbaycanda  istiqlaliyyət  və 

müstəqillik  uğrunda  mübarizə  qərargahı  -  "İs mailiyyə"ni  erməni  daşnak-bolşevik 

qaragüruhu  1918-ci  ildə  yandırmışdı  ki,  xalqımızın  azadlığa  ü midin i  q ırsın lar. 

Yazıçı  Sey id  Hüseyn  bu  tarixi  faciəyə "həzin  bir  xatirə  - "İsmailiyyə"  adlı  kiçik  bir 

hekayə ("Azərbaycan" qəzeti, 20, 25, 26 avqust 1919) həsr etmişdi. Bu xatirə hekayədə 

İsmailiyyənin  xaincəsinə və  alçaq  niyyətlə  yandırılmasına  qarşı  xalq  qəzəbi, həm  də 

azad və xoşbəxt gələcəyə böyük inam və dərin ümid hakimdir. Müəllif inanırdı ki, milli 

əməllərimizin  doğulduğu  o  möhtəşəm  binanı,  Azərbaycan  hürriyyətini  məhv  etmək 

olmaz,  ona  görə  ki,  bu  fikirləri  alə mə  isbat edən  bir  həqiqət  vardır.  Nədir o həqiqət? 

"Azərbaycan  parlamenti  üzərində  üçrəngli  və  səkkiz  guşə  yıldızlı  təməvvüc  edən 

Azərbaycan bayrağı". 

İsmailiyyə  binasının  başına  gələn  dəhşətlərdən  "İstiqlal"  (1918-1920), 

"Bəsirət" (1917-1920) qəzetlərində də qiymətli yazılar çıxmışdı. 

1918-1920-ci  illərdə  milli  mə ktəblərin  istəyini  ödəmək  üçün  yoldaşlıq, 

mehriban  münasibət  mövzularında "Məktəb"  jurnalında  kiçik  uşaq hekayələri, günəşli 

nağıllar və yumorlu lətifələr çap olunurdu. 

AXC  dövründə  bədii  nəsr  sahəsində  axtarış  aparılırdı.  Bu  illərin 

ədəbiyyatında, o cümlədən də bədii nəsrdə, yeni ruhlu əs ərlər də yaranırdı, özü də bu 

əsərlərin  çoxu  ənənəvi  ailə-məişət,  tarixi  mövzularda  idi.  C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev kimi realist yazıçılar həmin  illərdə sadə, yumorlu və satirik hekayələr 

yazırdılar.  Bununla  belə  bu  dövrü  romansız  düşünmək  olmaz.  A.Yusifzadənin  "Sınıq 

qanad"  əsəri  1918-1920-ci  illərdə  A.Şaiq in  "Əsrimizin  qəhrəmanları"ndan  sonra 

meydana çıxan ikinci ro mandır. 

Milli dirçəliş, istiqlal ideyası, ana dilimizə bağlılıq C. Məmmədquluzadə və 

C.Cabbarlının  dramatik  əsərlərində  də  öz  əksini  tapmışdı.  Demokratik  respublikanın 

qurulması  və yaşadığı qısa  zaman  içərisində Azərbaycanın  çağdaş  gerçəkliyini göstərən 




 

 

402 



dramaturji  irs  kəmiyyətcə  o  qədər  də  zəngin  deyildi.  O  dövrün  zəruri  və  kəskin 

problemlərinə  əks-səda  verən  müəlliflər  içərisində  ən  fəalları  C.Məmmədquluzadə, 

C.Cabbarlı və Mirzəbala Məmmədzadə idi. 

M.Məmmədzadə  "Bakı  uğrunda  müharibə"  pyesi  ilə  uğurlu  yol  açmışdı. 

Əsərdə  xarici  və  daxili  düşmənlərə  qarşı  mübarizə,  Bakı  azad  ediləndən sonra  Xalq 

Cümhuriyyəti  hökumətinin  Bakıya  köçürülməsi  mərasimi  və  bir  sıra  sahələrdə 

qələbənin təntənəsi əks olunurdu. 

Gənc  C.Cabbarlının   "Ədirnənin  fəthi",  "Trablis  müharibəsi",  yaxud 

"Ulduz" faciələri, İ.Aşurbəylinin "Azərbaycan" pyesi AXC dövrünün dəyərli səhnə 

əsərləridir.  Bunların  arasında "Anamın  kitabı"  (C.Məmmədquluzadə) pyesi  xüsusi 

əhəmiyyət kəsb edir. 

"Anamın  kitabı"  pyesi  həm  A zərbaycan  dramaturgiyası  tarixində  unikal 

hadisə, həm də doğma ana dilimizin başına faciələr gətirən səbəblərin güzgüsü idi.  

İstiqlal  bəyannaməsindən  sonra  M.Ə.Rəsulzadə,  Ə.M .Topçubaşov, 

N.Yusifbəyli,  Ü.Hacıbəyov,  C.Hacıbəyov,  Ə.Ağaoğlu  və  digər  milli  mədəniyyət 

mücahid lərinin   səyilə  Azərbaycan  dili  dövlət  dili  elan  ed ild i.  AXC -nin  varlığı 

dövründə  yaranmış  Bakı  Dövlət  Un iversiteti,  A zərbaycan  Dövlət  Teatrı,  Teatr 

Xadimləri Cəmiyyəti, " Yaşıl qələm" ədəbi b irliyi ö z fəaliyyətləri ilə ictimai fikir və 

mədəniyyət tariximizdə şanlı səhifələr açd ı. 

1918-1920-c i  illə r  A zərbaycan  teatrının  inkişafında  mühüm  key fiyyət 

dəyişiklikləri, teatr işinə dövlətin fəal  müdaxiləsi, repertuarlarda Azərbaycan tarixi 

və milli  müstəqillik uğrunda hərəkatla bağlı o lan yeni səhnə əsərlərinin görünməsi 

və  ictimai  həyatda  onun  rolunun  artması  ilə  səciyyəvidir.  Azərbaycan  teatrının 

qabaqcıl nümayəndələri cə miyyətdəki  mütərəqqi dairələ rin yardımına arxalanaraq, 

teatrın  ideya-bədii  səviyyəsini  qaldırmaq  və  onu  təş kilati  cəhətdən 

möhkəmləndirmə k  üçün  pərakəndə  teatr  truppalarının  b irləşməsinə  cəhd 

göstərirdilər. "Nicat" və "Səfa" maarifçilik cəmiyyətlərinin qüvvəsi ilə aktyorların 

mədəni  və  yaradıcılıq  in kişafına  qayğı  göstərən "Müsəlman  aktyorlar  cəmiyyəti" 

yaradıldı

24



Azərbaycan  teatr  truppasının  yaradılması  üçün  göstərilən  cəhdlər  öz 

bəhrəsini  verdi.  1918-ci  ilin   oktyabrında  Bakıda  "Hacıboyov  qardaşları"nın 

müdiriyyəti  tərəfindən  yeni  teatr  truppası  təşkil  edildi  Müsəlman  səhnə sənətinin 

bütün xad imləri istisnasız o laraq onun tərkibinə daxil oldular.  

Azərbaycanın  digər  şəhər  və  qəzalarında  da  belə  teatr  truppaları  təşkil 

olundu. Şıışada "Hacıbəyov qardaşları"nın teatr müdiriyyətinin  filialı təşkil edildi. 

Azərbaycan  hökuməti  müsəlman  teatr  truppasını  öz  himayəsi  altına 

götürməyi  qərara  aldı.  Nazirlər  Şurası  1919-cu  il  noyabrın  17-də  öz  iclasında 

maa rif,  na zirin in  türk  opera-dra m  teatrının  təşkili  haqqında  məruzəsini  dinləyərək, 

Dövlət  Türk-Opera-Dram  Teatrının  təşkil  olunmasını  nəzərdə  tutan  qanun  layihəsini 

bəyəndi

25



Beləliklə,  türk  (Azərbaycan.  -  Red.)  teatrı  ayrı-ayrı  şəxslərin  təsirindən 


 

 

403 



çıxarılıb  dövlətin  himayəsinə  verildi.  1919-cu  il  oktyabrın  10-da  dövlət  teatrının 

direktoru  Q.  N.  Şərifzadə  elan  etdi  ki,  Azərbaycan  Cümhuriyyəti  Xalq  Maarif 

Nazirliyinin tapşırığına əsasən, bu gündən etibarən türk dilində olan opera, operetta və 

dram  tamaşaları  dövlətin  ixtiyarına  keçəcəkdir.  Bağlanan  müqavilələrin  və  dövlət 

xid mətinin  şərtləri  ilə  tanış  olmaq  üçün  aktyor  və  aktrisalar  dövlət  teatrına  dəvət 

edilirlər

26



Nazirlər  Şurasının  1919-cu  il  8  noyabr  tarixli  iclasında  Dövlət  Teatrının 



bərpası üçün 300605 manat vəsait ayrıldı

27



Aktyorların  bədii  ustalığının  və  peşəkarlığının  yüksəldilməsi  əvvəlki  kimi 

mühüm  problemlərdən  biri  olaraq  qalırdı.  Çünki  H.Ərəblinski  istisna  olunmaqla, 

aktyorlardan  heç  biri  xüsusi  peşə  təhsili  almamışdı.  Ona  görə  də  aktyorların  peşə 

hazırlığının yüksəldilməsi  məqsədilə  dram  dərnəklərinin  açılması  məsələsi  öz  həllini 

gözləyirdi. 

Azərbaycan  aktyorları  Avropadakı  həmkarlarından  fərqli  olaraq  səhnə 

məharəti kursları keçməmiş və səhnə sənətinin peşəkarlıq sirlərinə elmi cəhətdən bələd 

olmamışdılar, həmçinin tarixin keçmiş ictimai və siyasi mərhələləri,  xalqın  musiqi irsi 

barəsində kifayət qədər məlu mata malik deyild ilər. 

Tələm-tələsik bir yerə toplanmış həvəskar aktyorları öz  milli  ədəbiyyat, dil 

və mədəniyyəti ilə bilavasitə tanış etmək məqsədilə kursların açılması zəruri idi. Onlar 

səhnə  sənətinin  sirləri  və  incəliklərini  mənimsəməli,  habelə  incəsənətlə  bağlı  olan 

psixologiya,  tarix,  dil  və  s.  elm  sahələri  ilə  tanış  olmalı  idilər.  Ona  görə  də  teatr 

haqqında qanunların qəbul edilməsi ilə yanaşı, milli səhnə kurslarının açılması məsələsi 

də  az  əhəmiyyət  daşımırdı

28

.  Hələ  1918-ci  ilin  əvvəllərində  A.  M.  Şərifzadənin 



təşəbbüsü ilə Bakıda incəsənət məktəbi yaradılmşdı

29

. Burada incəsənətin bu və ya digər 



növləri üzrə ibtidai biliklər verilirdi. 1919-cu ilin sentyabrında "Hacıbəyov qardaşları"nın 

müdiriyyəti "Türk (Azərbaycan - Red.) aktyorları ittifaqı" ilə birlikdə musiqi şöbələri olan 

türk dram kursları açdı

30



Dram  şöbəsinə  A.M.Şərifzadə,  H.  Sarabski,  komediya şöbəsinə  M.A.Əliyev, 

musiqi  şöbəsinə  Z.  və  Ü.Hacıbəyovlar,  M.Maqomayev,  Q.Primov,  ədəbi  şöbəyə  isə 

Ə.Müzn ib  və  R.Z.Əfəndi  müəllim  kimi  dəvət  olundular.  Kurslara  azərbaycanlı 

həvəskar aktyorlar, habelə mü xtəlif millətlərdən olan aktrisalar cəlb edilmişdi

31



Teatr  kollektivləri  və  digər  mədəni  müəssisələrin  verg iyə  cəlb  edilməsi 



incəsənətin  mü xtəlif  növlərin in  in kişafına  mane  olurdu.  Məsələn,  teatr  və 

kinematoqraf  kütləvi  tamaşalardan  əldə  etdiyi  gəlirin  ço x  h issəsini  vergi  kimi 

ödəməyə  məcbur  o lur,  ziyana  düşür  və  öz  kollektivlərin i  saxlamağa  maliyyə 

imkanı tap madıqları üçün fəaliyyət çərçivələrini daraldırdılar.  Biletlərə görə alınan 

bu ağır verg ilər Bakı şəhər idarəsinin 1917-ci ilin dekabrında qəbul olun muş qərarı 

ilə  təyin  ed ilmişdi.  Sahibkarlar  onların  hədsiz  dərəcədə  yüksək  olmasından 

şikayətlənir və ləğvin i xah iş edirdilər

32



Bütün  bunları  nəzərə  alan  Maarif  Nazirliyi  teatrın  inkişafına  qayğı 

göstərərək,  parlamentə  teatr  verg isinin  ləğv  olun ması  barəsində  məru zə  təqdim 




 

 

404 



etdi.  Məruzədə  bu  vergilərin  şişirdilmiş  miqyasına  dəlalət  edən  faktlar  gətirilirdi. 

Nəticədə  parlament  "Müsavat"  fraksiyası  tərəfindən  təklif  olun muş  qanun 

layihəsini  qəbul  etdi.  Teatr  tamaşalarına  və  kütləvi  tamaşalara  qoyulmuş  dövlət 

vergisi yarıbayarı azaldıldı.

33

 

1919-cu il o ktyabrın 24-də dövlət teatrın ın opera və operetta truppası teatr 



mövsümünü  açdı.  Açılışda  parlament  və  hökumət  üzvləri,  dövlət  idarələri 

qulluqçuları iştirak ed irdilər.  Kiçik nitqlə çıxış edən Dövlət truppasının in zibat çısı 

Rza  Zəki  Əfəndi  tamaşaçıları  son  15  il  ərzində  A zərbaycanda  səhnə  sənətinin 

formalaşması  tarixi  ilə  tanış  edərək,  Dövlət  truppasının  yaradılması  ideyasının 

həyata  keçirilməsindən  danışdı.  Sonra  böyük  müvəffəqiyyətlə  İsa  bəy  Aşur-

bəyovun tarixi mövzuda olan "Azərbaycan" pyesinin tamaşası göstərildi

34



Dövlət 



teatrın ın 

repertuarında 

N.Nərimanovun 

"Nadir 


şah", 

Ə.Haqverdiyevin "Bəxtsiz cavan", Türkiyə yazıçısı Namiq  Kamalın "Akif bəy və 

ya namus", N.Vəzirovun "Yağışdan çıxd ıq, yağ mura düşdük", Ü.Hacıbəyovun "O 

olmasın,  bu  olsun",  "Arşın  mal  alan",  Z.Hacıbəyovun  "50  yaşında  cavan"  kimi 

əsərləri  mühü m  yer  tuturdu.  Xeyriyyə  tamaşalarının  təşkili  teatrın  praktikasında 

tez-te z baş verən hadisəyə çevrild i. "Azə rbaycan" qəzetində həlak olmuş döyüşçü 

ailələrinin  xeyrinə  təşkil  olunan  teatr  tamaşaları  barəsində  çoxlu  elan lar  verilirdi. 

Bu  işdə  Üzey ir  və  Zü lfüqar  Hacıbəyov  qardaşlarının  truppası  xüsusi  fəallıq 

göstərirdi.  Məsələn,  həlak  o lmuş  döyüşçü  ailələrinin  xeyrinə  dövlət  teatrın ın 

direktoru  Zü lfüqar  Hacıbəyov  tərəfindən  təşkil  ed ilmiş  ta maşadan  Azərbaycan 

Ordusunun bölməsinə  22292  manat 80 qəpik pul vəsaiti verilmişdi

35

. 1919-cu  ilin 



martında Qazax seminariyasının şagird ləri tərəfindən N. Nərimanovun "Nadir şah" 

pyesi  oynanılarkən  qadınlar  kasıb  şagirdlərin  xeyrinə  4485  manat  pul 

toplamışdılar

36

.  Ağdaşda  yerli  ziyalıların  təşkil  etdikləri  xeyriyyə  tamaşasından 



toplanmış vəsait Dağıstanın Qırmızı Aypara Cəmiyyətinə göndərilmişdi

37



Azərbaycanın  müstəqilliyi uğrunda mübarizə tarixinə həsr olun muş dram 

əsərləri  yaradılırdı.  Bu  və  ya  digər  tarixi  hadisələrin  yubiley ləri  münasibəti  ilə 

Mirzə  Bala  Məmmədzadənin  "Bakı  uğrunda  müharibə",  İ.Aşurbəyovun 

"Azərbaycan",  C.Cabbarlının  "Bakı  müharibəsi",  "Ədirnənin  fəthi"  kimi 

vətənpərvərlik ruhunda yazılmış əsərlər oynanılırdı. 

Teatrda  tamaşaya  qoyulan  əsərlərin  keyfiyyətinə,  cə miyyətdə  düzgün 

bədii  zövqün  formalaşmasına  xüsusi  əhəmiyyət  verilird i.  Opera  teatrı  tərəfindən 

səhnə əsərlərinin seçilməsi və on ların ədəbi və bədii  keyfiyyətlərinə  lazımi diqqət 

yetirilməsi üçün xüsusi ədəbi ko missiya yaradılmışdı

38



Azərbaycanın  mədəni  həyatında  teatr  ço x  böyük  rol  oynayırdı.  Rəsmi 

hökumət qəzetlərinin səhifələrində böyük elanlar,  rolların ifaçıları barəsində zəru ri 

informasiyala r  çap  olunurdu.  Hüseyn  Ərəb linskin in  ölü münün  cə miyyət  və 

hökumət dairələrində doğurduğu əks -səda burada teatra necə əhəmiyyət verildiy inə 

dəlalət  edir.  Hüseyn  Ərəblinskinin  əzə mətli  matəm  mərasimində  çıxış  edən 

M.Ə.Rəsulzadə  aktyorun  səhnədə  və  ədəbiyyatda  misilsiz  fəaliyyətinə  yüksək 




 

 

405 



qiymət  vermiş,  A zərbaycanda  səhnə  sənətinin  in kişafı  və  çiçəklən məsində  onun 

böyük  xid mətlərin i  qeyd  etmişdi.  Natiq  xüsusi  olaraq  vurğulamışdı  ki,  

H.Ərəblinskin in  ən  böyük  xid məti  xalqa  Azadlıq  və  Müstəqillik  ruhu  və 

ideyalarının  aşılan ması  ilə  əlaqədardır,  Azərbaycanın  müstəqillik  ideyası 

mədəniyyət xad imlərinin hesabına reallaşmışdı

39



H.Ərəblinskin in dəfnində Molla  Əbdürrəhim Had ızadə,  Bakı qubernatoru 

Rəşid  bəy  A xundzadə,  İran  konsulu  Mirzə  Məhə mməd xan  və  başqaları  iştirak 

edirdilər

40

.  "Azərbaycan"  qəzeti  bir  sıra  nö mrəsini  bu  kədərli  hadisəyə  hə sr 



etmişdi.  H.Ərəblinskiyə  qəbirüstü  abidə  qoyulması  və  onun  anasına  maddi  yardım 

göstərilməsi  məqsədilə  "Hacıbəyov  qardaşları"nın  müdiriyyəti  "Nadir  şah"  faciəsinin 

tamaşasını təşkil etməyi qərara aldı

41



Azərbaycan  teatrının  qonşu  ölkələrin  incəsənət  xadimləri  ilə  tarixi  əlaqələri 

davam  edir  və  genişlənirdi.  1918-ci  ilin  oktyabrında  Tiflisdəki  müsəlman  artistlərinin 

truppası Türkiyəyə qastrola yola düşdü. Onun tərkibində S.Kirmanşahlı, M.Mərdanov, 

İsfahanlı  və  başqaları  kimi  səhnə  xadimləri  çıxış  edirdilər

42

.  Təkcə  İstanbulda 



azərbaycanlı  artistlərin  qastrolları  üç  aydan  çox  davam  etdi.  Türkiyə  qəzetlərindən  biri 

yazırdı  ki,  "Qafqazın  zəngin  səhnələrində,  rusların  və  azərbaycanlıların  köməyi  ilə 

tamaşalar verməyə alışmış bu aktyorlar bizim sınıq-salxaq dekorasiyalı səhnələrimizdə 

qətiyyən Avropanı yamsılamadan öz  milli  xəzinələrindən götürülmüş və bizim  ruhumuza 

tamamilə uyğun olan tamaşalar verirlər"

43



Həmin  günlərdə  Azərbaycan  incəsənəti  Türkiyədə  yüksək  qiymətləndirildi. 

Türkiyə jurnallarından biri yazırdı ki, Azərbaycan artistlərinin Türkiyədə qastrolları "bizə 

qonşu  olan,  son  illər  ərzində  xeyli  mənəvi  inkişaf  istedadı  nümayiş  etdirmiş  millətin 

həyatı haqqında da bizdə təsəvvür yaranmasına kömək göstərəcəkdir. Bu qastrollar bizim 

üçün Azərbaycanın teatrı və onun həyatının digər tərəfləri barəsində məlumatlar almaq 

üçün  gözəl  vasitədir.  Azərbaycan  teatrı  da  sənətin  nadir  bir  hissəsi  kimi  özündə 

şübhəsiz inkişaf və artım mey lin i təzahür etdirir"

44



Ü.Hacıbəyovun başçılıq etdiyi  artistlər truppası  İranda oldu, bəzi çətinliklərə  və 

fanatiklərin  müqavimətinə  baxmayaraq,  Rəşt  və  Ənzəli  şəhərlərində  teatr  tamaşaları 

verdi. 1920-ci ilin yazında Bakıdan Təbrizə teatr xadimləri qrupu göndərildi. Təbrizdə Şeyx 

Məhəmməd Xiyabani onları qəbul etdi və onlara xeyli kömək göstərdi

45



Lakin  1918-1920-ci  illərdə  Azərbaycan  teatrının  inkişafını  ziddiyyətlərdən 



xali,  hamar  bir  proses  kimi  təsəvvür etmək  düzgün  olmazdı.  Ayrı-ayrı səhnə ustaları 

arasındakı  ziddiyyətdən  doğan, bəzən toqquşmaya gətirib çıxaran umu-küsülər  kifayət 

qədər  tez-tez  baş  verən  hadisələrə  çevrilmişdi.  Hətta  Mirzəağa  Əliyev  kimi  aktyor 

"Hacıbəyov  qardaşları"nın  müdiriyyəti  ilə  onun  arasında  yaranmış  ixtilafla  əlaqədar 

olaraq, səhnəni  müvəqqəti  tərk etmişdi

46

. Müxalifət qəzetləri "Hacıbəyov qardaşları"nı 



teatr işini inhisara almaqda, istedadlı aktyorları sıxışdırmaqda təqsirləndirirdilər. Teatr və 

kino işçilərinin maddi vəziyyəti ağır idi. İş tətillərə qədər gedib çıxırdı.  

1919-cu ilin aprelində teatr işçilərinin ümumi yığıncağında qərara alındı ki, əgər 

teatr  və  kinematoqraf  sahibləri  əmək  haqqını  qaldırmasalar,  qəti  tədbir  kimi  tətilə  əl 




 

 

406 



atılsın. Lakin bütün bu çətinliklərə və ziddiyyətlərə baxmayaraq, Azərbaycan teatr sənəti 

bütövlükdə öz inkişafının yeni mərhələsinə qədəm basırdı. 

Bu  dövrdə  kinematoqrafiya sənəti də  inkişaf  edirdi.  Bakıda  16  kinematoqraf 

fəaliyyət göstərirdi və  onlardan ancaq  ikisinin  ("Muza" və  "Mars") sahibi  azərbaycanlı 

idi

47

. 1918-ci ildə Ü.Hacıbəyovun "O olmasın, bu olsun" operettası ekranlaşdırıldı



48




Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin