Azərbaycan diLİ VƏ tariXİ


AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SÜQUTU



Yüklə 8,38 Mb.
Pdf görüntüsü
səhifə54/72
tarix25.12.2016
ölçüsü8,38 Mb.
#2847
1   ...   50   51   52   53   54   55   56   57   ...   72
 

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN SÜQUTU 

 

1920-ci  ilin  yazından  müsəlman  partiya  və  qruplaşmaları  -"Müsavat", 



"Əhrar", "İttihad", sosialistlər, kommunistlər, bitərəflər arasında mübarizənin güclənməsi 

respublikada siyasi durumu pozan  və sabitsizliyi  dərinləşdirən  mühüm  amillərdən biri 

idi.  Hakim  "Müsavat"  Partiyasında  üzə  çıxan  ziddiyyətlər,  dövlətin  daxili  və  xarici 

siyasətinin  birmənalı  qarşılanmaması  fraksiya  üzvlərinin  sayına  görə  parlamentdə  ikinci 

yerdə  olan  "İttihad"ın  parlamentin  fəaliyyətinə təsirini  gücləndirir  və  parlamentdə  öz 

şərtlərini diktə etməsi üçün şərait yaradırd ı. 

"Müsavat"  partiyası hələ  1919-cu  ilin dekabrında beşinci  hökumət  kabinetini 

təşkil edərək ittihadçıların müqavimətini neytrallaşdırmaq niyyəti ilə onlara koalisiya təklif 

etmişdi.  Belə  ki,  "Müsavaf‖ın  konkret  məqsədi  "İttihad"  partiyasının  simasında 

parlamentin  sağ  hissəsini  özünə  tərəfkeş  etmək  idi

1

.  Lakin  "İttihad"  hökumətə  daxil 



olmaq  təklifi  müqabilində  üç  şərt  irəli  sürdü:  1)  bütün  müsəlman  partiyalarının 

koalisiyasına  riayət  olunsun;  2)  daxili  işlər  naziri  portfeli  M.H.Hacınskiyə  verilsin;  3) 

dövlət nəzarəti vəzifəsi bu partiyanın nümayəndəsinə həvalə edilsin

la



Dövlət  nəzarəti  vəzifəsini  ələ  keçirən  "İttihad"  bununla  da  hökumətdə  öz 

gələcək  fəaliyyətinin  əsas  istiqamətini  -  dövlət  strukturlarındakı  qanunsuzluqlarla 

mübarizə  aparmaq  adı  altında  "Müsavat"ın  əleyhinə  kampaniyaçılıq  istiqamətini 

müəyyənləşdirdi.  Bu  geniş  miqyaslı  kampaniya daha çox  təbliğat  xarakteri  daşıyırdı. 

Onların  fikrincə, pozuntular və  korrupsiyanın daha çox  baş verdiyi struktur  Ticarət  və 

Sənaye Nazirliy i  idi.  Bu səbəbdən Nazirlik  xüsusi  hücumlara  məruz qaldı.  Nəticədə 

1919-cu  ilin  fevralında  əleyhinə  kampaniya  aparılan  nazir  müavini  Y.A.Əliyev  işdən 

getməyə  məcbur oldu.  Digər  sahələr üzrə  geniş  yoxlamalar  və  tədqiqatlar  aparılmağa 

başlandı.  Bu  kampaniyanın  hökumətdən  daha  çox  "Müsavaf‖a  qarşı  yönəldiyini 

gizlətməyən ittihadçılar hesab edirdilər ki, sui-istifadə məsələlərinə görə müsavatçılar 

daha  çox  məsuliyyət  daşıyırlar.  Hücumlar  o  səviyyəyə  çatmışdı  ki,  "İttihad"  siyasi 

rəqibini dövlət vəsaitini qanunsuz olaraq özünün partiya təbliğatı üçün istifadə etməkdə 

ittiha m edirdi

2



"İttihad"ın  başladığı  kampaniyanı  Daxili  İşlər  Nazirliyində  davam  etdirən 

M.H.Hacınskinin  həyata  keçirdiyi  tədbirlər  nəticəsində  çoxlu  məmur  xidmətdən 

kənarlaşdırıldı.  M.H.Hacınskinin  bu  hərəkətləri,  həmçinin  fəhlə  liderləri  və 

kommunistlərlə  yaxınlaşması  parlamentin  müsavatçılar  və  bitərəflər  fraksiyasında 

etirazlara  səbəb  oldu.  Onu  bolşevizmə  yuvarlanmaqda  ittiham  etməyə  başladılar.  Lakin 

yoxlamalar  bir  sıra  dövlət  orqanlarının  işində  özbaşınalıq  və  korrupsiya  faktları 

olduğunu aşkarladı.  Xarici  işlər naziri  F.X.Xoyskinin  qohumu, hücum  hədəfinə çevrilən 

Qazaxın  general-qubernatoru  Aslan  Xoyski  ittihadçıların  tələbi  ilə,  müsavatçılar  və 

bitərəflər  fraksiyasının  razılığı  olmadan,  M.H.Hacınski  tərəfindən  vəzifədən 

kənarlaşdırıldı.  Bu  hərəkətlər  sonuncunun  nazir  vəzifəsindən  geri  çağırılması  üçün 




 

 

414 



daha bir bəhanə oldu. 

"İttihad"  partiyası  bir  sıra  məsələlərə  münasibətdə  bir  qədər  bolşevikpərəst 

mövqedən  çıxış  edirdi.  Belə  ki,  "İttihad"  qəzeti  o  vaxt  rəğbətlə  yazırdı:  "Bolşevizm 

müsəlmanlardan  kənarda  güclü  qüvvə  olduğuna  və  bütün  bəşəriyyəti,  o  cümlədən 

müsəlmanları əsarət və zülmün bütün formalarından, Avropa kapitalizmi və imperializ-

mindən  azad  etmək  uğrunda  mübarizə  apardığına  görə  partiya  tərəfindən  müdafıə 

edilir"

3



Yüklə 8,38 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin