AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNDƏ
MƏDƏNİ QURUCULUQ
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının milli
dövlətçilik və özünüdərkinin inkişafı tarixində misilsiz bir hadisə idi. Onun mövcudluğu
millətin bütün sosial qatlarında sevinclə duyulmuş, fəaliyyəti cəmiyyətin bütün təbəqə və
qurumlarına, milli həyatın hər sahəsinə nüfuz etmişdi. Azərbaycan Cümhuriyyəti öz
fəaliyyətində milli mədəniyyətin: təhsilin, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsinə
də xüsusi diqqət yetirmişdi. Faktlar Azərbaycan parlamenti və hökumətinin sosial-
mədəni sahənin köklü inkişaf etdirilməsi üçün sistemli və məqsədyönlü şəkildə iş
apardığına dəlalət edir. Müharibələr və daxili qarma-qarışıqlıq nəticəsində dağıdılmış
məktəblər şəbəkəsinin bərpa edilməsi, məktəblərin yeni şəraitə uyğunlaşdırılması, təhsil
müəssisələrinin milliləşdirilməsi, milli incəsənətə kömək göstərilməsi kimi sahələrdə
hökumət tərəfindən mühüm quruculuq tədbirləri görülürdü.
Azərbaycan Cümhuriyyətinin yaranması ərəfəsində sosial-mədəni sahədə çox
ağır vəziyyət mövcud idi. Əgər 1914-cü ildə Azərbaycanda bütün tiplərdən olan 976
məktəb var idisə və bunlarda 73,1 min şagird təhsil alırdısa, 1919-1920-ci təhsil
ilində cəmisi 643 ibtidai və 23 orta məktəb fəaliyyət göstərirdi. İbtidai məktəblərdə
48078, orta məktəblərdə isə 9611 şagird oxuyurdu
1
. Belə şəraitdə məktəb sisteminin
dağıdılmasını dayandırmaq Azərbaycan Cümhuriyyətinin qarşısında mühüm vəzifə
kimi dururdu.
Mühüm vəzifələrdən biri maarif sisteminin işini xalqın milli mənafelərinə
xid mət etməyə yönəltmək, onu dövlətçiliyin tələblərinə uyğun şəkildə yenidən qurmaq
olduğu üçün AXC hökumətinin həyata keçirdiyi ilk tədbirlərdən biri təhsil
müəssisələrinin milliləşdirilməsi oldu.
Nazirlər Şurasının 1918-ci il 28 avqust tarixli qərarı ilə bütün ibtidai tədris
müəssisələrində təhsil şagirdlərin ana dilində aparılır, eyni zamanda dövlət dili icbari
qaydada tədris olunurdu
2
. Bütün ali ibtidai məktəblərdə və orta təhsil
müəssisələrində tədris dövlət d ilində aparılır, tədrisi bu dildə o lmayan bütün
hazırlıq sin ifləri ləğv olunurdu. Şag ird lər orta məktəblərin beşinci sinfindən
başlayaraq tədris müəssisəsini b itirənə qədər rus dilində o xuyur, A zərbaycan türk
dilini isə məcburi fənn kimi öyrənirdilər. M illiləşdirmə tədbirlərinin şagirdlərin bir
hissəsini məktəbdən kənarda qoya biləcəyini nəzərə alan höku mət 1918-ci ilin
noyabrında öz qərarlarında dəyişikliklər apardı. Müəyyən edildi ki, yaşayış
məkanlarında cəmisi bir təhsil müəssisəsi varsa, yuxarı hazırlıq siniflərindən
başlayaraq tədrisin rusca aparıldığ ı paralel siniflər açılmalı, müəyyən yerdə eyni-
tipli bir neçə tədris müəssisəsi olarsa, onların b ir hissəsi milliləşdirilməli,
395
qalanlarında isə dövlət d ili məcburi fənn kimi keçilməklə tədris rusca
aparılmalıdır
3
.
Milliləşdirmə siyasəti ciddi çətinliklərlə qarşılaşırd ı. Pedaqoji kad r və
müəllim çatışmazlığı, lazımi dərsliklərin kifayət qədər olmaması, tələskən lik,
səhvlər və əhalin in tərkibindəki rus və erməni azlıqların ın Azərbaycan
dövlətçiliy ini tanıma mağa, qəbul et mə məyə mey llən miş müqaviməti təhsilin
milliləşdirilməsini əngəlləy irdi. Lakin höku mət bu məsələdə qəti mövqe tutdu və
bütün çətinliklərə baxmayaraq, müstəqil milli təhsil siyasətini davam etdirdi. 1919-
cu ilin sonuna olan məlu mat lara görə, Bakı polite xn ik və ko mmersiya mə ktəbləri,
iki kişi və üç qız g imnaziyası istisna olunmaqla, bütün orta məktəblər
milliləşdirilmişdi
4
.
Höku mət çarizmin müstəmləkə siyasətinin ağır nəticələrini tezliklə aradan
qaldırmaq məqsədilə azərbaycanlı şagird lərin təhsilinə xüsusi diqqət yetirirdi. Xalq
Maarifi Na zirliyi orta mə ktəb rə is lərinə göndərdiyi 1919-cu il 7 sentyabr tarixli
xüsusi sərəncamında azərbaycanlı uşaqların ancaq milliləşdirilmiş əlifba və
hazırlıq siniflərinə, həmçinin b irinci sin iflərə qəbul olun ması göstərişini vermişdi.
Tədrisin rusca aparıld ığı həmin siniflərə azərbaycanlı uşaqların qəbul edilməsinə
isə ancaq müstəsna hallarda, nazirin icazəsi ilə yol verilirdi
5
. Tədris müəssisələrinə
qəbul zaman ı azərbaycanlılara bəzi gü zəştlər edilird i. Görülmüş tədbirlər
nəticəsində şagirdlərin ümu mi sayı içərisində azərbaycanlıların xüsusi çəkisi artdı.
Əgər 1914/1915-ci tədris ilində 9643 nəfər orta məktəb şagirdindən (müəllimlər
seminariyaları çıxılmaq la) ancaq 1137 nəfəri azərbaycanlı idisə, 1919/1920-ci tədris
ilində 9611 şagirddən 3115-i azərbaycanlı idi
6
.
Məktəb şəbəkəsinin bərpa edilməsi məqsədilə hökumət onun maddi-texniki
bazasının möhkəmləndirilməsi, məktəb binalarının təmiri, bərpası və yeni məktəblərin
tikintisi üçün vəsait ayrılması üzrə tədbirlər görürdü. Nazirliyin göstərişi ilə mü xtəlif
qəzalarda məktəblərin bərpa edilməsinin smetaları hazırlanıb təqdim olunurdu.
Zaqatalada, Göyçay və Şuşa qəzalarında, başqa yerlərdə yeni məktəblər açılırdı.
Nəticədə köhnə məktəblərin xeyli hissəsinin bərpasına, bir sıra yeni məktəblər
açılmasına və nəzərdə tutulmuş layihələrin qismən yerinə yetirilməsinə nail olundu.
Məsələn, əgər 1918-ci ildə Şamaxı və Göyçay qəzaları xalq məktəbləri müfəttiş liyində
uçotda olan 108 məktəbdən ancaq 10-u fəaliyyət göstərirdisə, 1919-1920-ci tədris
ilində onların sayı 70-ə çatdırıldı
7
. Bakı Şəhər İdarəsi məktəb şöbəsinin
məlumatlarına görə, şəhər ibtidai təhsil ehtiyaclarının ödənilməsi üçün artıq kifayət
qədər məktəblər şəbəkəsinə malik idi.
Maarifin milliləşdirilməsi ilə əlaqədar olaraq, bütövlükdə məktəb islahatı
məsələsi ortaya çıxdı. İslahatın mahiyyəti məktəbi yeni şəraitə uyğunlaşdırmaqdan, onu
milli dövlətçilik ideyaları və mənafelərinə yaxınlaşdırmaqdan, milli dəyərləri
mənimsəmiş yeni nəsil hazırlamaqdan ibarət idi. Bu məqsədlə orta məktəblərin yeni
proqramlarının hazırlanması üçün komissiyalar yaradılırdı. Komissiyalar ümumi tarix və
coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, ilahiyyat üzrə proqramlar
396
hazırlayırdılar. Tədris müəssisələrinin proqramına türk xalqları tarixinin də daxil
edilməsi cəmiyyətdə baş verən milliləşdirmə prosesi ilə bağlı idi. 1919-cu ildə türk xalq-
ları tarixinə aid kurs üzrə proqramlar və izahat qeydləri hazırlandı.
Qadınların təhsilinə xüsusi diqqət yetirilirdi. Orta təhsil müəssisələrində
azərbaycanlı q ızların sayı artırdı. Məsələn, əgər 1918/1919-cu tədris ilində Gəncə
gimnaziyasında cəmisi 4 azərbaycanlı qız o xuyurdusa, 1919/1920-ci tədris ilində
onların sayı 296 nəfərə çatmışdı
8
.
Azərbaycan hökumətinin həll etməli olduğu ən kəskin məsələlərdən biri də
maarif işçilərinin maddi təminatı, onların güzəranının yaxşılaşdırılması idi. 1919-cu ilin
sentyabrında parlament Azərbaycan Cümhuriyyəti qulluqçularının məvacibinin
artırılması və maaşların müvafiq şəkildə sistemləşdirilməsi haqqında qanun qəbul etdi.
Bu qanuna görə, müəllimlərə xeyli imtiyazlar verilməli, əlavə işlər üçün onlara əmə k haqqı
xüsusi cədvəl üzrə ödənilməli idi
9
.
Yaşlı əhali və türk-müsəlman olmayan vətəndaşlar arasında savadın yayılması və
dövlət dilinin öyrənilməsi üzrə tədbirlər də dövlət və ictimai həyatın milliləşdirilməsi
siyasəti ilə bağlı idi. Hökumətin təşəbbüsü ilə 1919-cu ilin sentyabrında Azərbaycan
(türk) dilinin öyrənilməsi üzrə kurslar təşkil olundu və onun üçün 351000 manat vəsait
ayrıld ı
10
.
Azərbaycan hökumətinin ən mühüm təşəbbüslərindən biri - əlifba islahatı da
onun maarifçilik fəaliyyətinin və xalq təhsili üzrə proqramların ın reallaşdırılmasına
xid mət ed irdi.
1919-cu il martda X.Məlikaslanovun sədrliyi altında əlifba islahatı üzrə xüsusi
komissiya yaradıldı". Təqdim olunmuş layihələrdən ancaq müəllim Abdulla bəy
Əfəndiyevin variantı parlament tərəfindən bəyənildi və yeni əlifba üçün əsas kimi qəbul
edildi.
Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən iqtisadiyyat, idarəçilik və
mədəniyyətin bütün sahələri üzrə kadrlar hazırlanmasına dair cürətli proqramlar işlənib
hazırlanmışdı və onların həyata keçirilməsindən ötrü hər cür imkan və mümkün
formalardan istifadə olunur, kompleks tədbirlər görülür və xeyli vəsait xərclənirdi.
Azərbaycan hökuməti təhsil sistemini kökündən yeniləşdirmək üçün pedaqoji
kadrların hazırlanmasına birinci dərəcəli əhəmiyyət verirdi. Pedaqoji kadrlara olan
ehtiyacın ödənilməsi üçün Maarif Nazirliyi tərəfindən hər il respublikanın müxtəlif
məntəqələrində dörd seminariya açılması nəzərdə tutulurdu
12
. Qori Müəllimlər Semi-
nariyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürüldü və müstəqil seminariyaya çevrildi.
1919-cu ilin sentyabrında Bakıda kişi seminariyası açıldı. Lakin bu seminariyalar zəruri
olan qədər pedaqoji kadrların hazırlanması üçün kifayət deyildi. Parlamentin 1919-cu il
iyulun 19-da qəbul etdiyi qanuna əsasən, Qazax, Nuxa, Şuşa, Qııba, Zaqatala, Salyan,
Gəncə və Bakıda (sonuncu iki şəhərdə kişilər və qadınlar üçün) bir-birindən ayrı olan
ikiaylıq pedaqoji kurslar açıldı və onlara dövlət xəzinəsindən 2390 min maııat vəsait
ayrıldı
13
. Kursların hər birində ən azı 50 müəllim hazırlanmışdı. Xaricdən, əsasən
Türkiyədən müəllimlər dəvət olunurdu. Texniki təhsilin təşkili üçün də tədbirlər
397
görülürdü. Gəncə stansiyasında dəmir yol və teleqraf xid məti işçiləri hazırlayan
kurslar açılmışdı. Salyanda açılacaq hidrotexn iki təhsil müəssisəsinin layihəsi
işlənib hazırlan mışdı
14
.
Peşə təhsili almaq üçün azərbaycanlılara müəyyən güzəştlər verilird i.
Maarif nazirinin Bakı Po litexn ik Məktəbin in direktoruna ünvanlanmış 1919-cu il
30 avqust tarixli sərəncamında təklif olunurdu ki, qəbulun digər tələblərinə uyğun
gələn bütün azərbaycanlı şagirdlər məktəbə imtahansız qəbul o lunsunlar
15
.
Kənd Təsərrüfatı ü zrə o rta təhsilin təşkili də mühü m məsələ id i. 1919-cu
ilin noyabrında Əkinçilik Nazirliyin in kənd təsərrüfatı şöbəsində kənd
təsərrüfatının mü xtəlif sahələri və balıqçılıq ü zrə təlimatçılar hazırlayacaq ikiillik
kursların təşkili haqqında qanun layihəsi işlənib hazırlandı. Gəncədə orta, Nu xa və
Zaqatalada isə ibtidai kənd təsərrüfatı məktəblərinin açılması qərara alındı
16
.
İxtisaslı fəhlə kadrlarının hazırlan ması üçün texn iki kurslardan istifadə
olunurdu. Qadınların peşə hazırlığ ının təşkili ü zrə də bəzi tədbirlər görülü rdü.
Respublikada ali təhsilin təşkili məsələsi siyasi xadimlər və ziyalılar
arasında, ticarət-sənaye dairələrində qızğın surətdə mü zakirə olunur, Azərbaycan
hökumətin in qarşısında duran təxirəsalın maz vəzifə hesab edilirdi.
Hələ 1918-ci ilin avqustunda Azərbaycan hökuməti Tiflis Politexn ik
İnstitutunun maliyyələşdirilməsində iştirak etmək haqqında məsələni nəzərdən
keçirmişdi. Onunla əlaqədar olaraq, maarif naziri N.Yusifbəyli təklif etmişdi ki,
hökumət institutun maliyyələşdirilməsin i onun Azərbaycan ərazisinə köçürülməsi
şərti ilə ö z üzərinə götürsün
17
. Bakıda Pedaqoji İnstitutun açılması barəsində
Maarif Na zirliyi tərəfindən qanun layihəsi işlənib hazırlan mışdı. Bakı Musiqi
Məktəbinin bazasında konservatoriya açılması məsələsi də gündəlikdə idi
18
.
Azərbaycan hökuməti Bakı şəhərində universitetin açılmasına böyük
dövləti əhəmiyyət verirdi. Məsələnin həllinə tezliklə nail o lmaq məqsədilə
professor V.İ.Razu movski başda olmaqla universitet ko missiyası təşkil ed ilmişdi.
Ko missiya qısa müddətdə universitetin təsis edilməsi haqqın da qanun layihəsini,
universitetin niza mna məsini, hə mçin in 1919-1920-ci tədris ili üçün müvəqqəti ştat
və smeta cədvəllərini hazırlayıb təqdim etmişdi.
1919-cu il avqustun 21-də Dövlət Universitetinin təsis edilməsi haqqında qanun
layihəsinin ilkin müzakirəsi göstərdi ki, parlamentin əksəriyyəti Azərbaycanın elm və
maarif ocağının açılmasına prinsipcə razıdır. Bununla belə ali qanunverici orqana təqdim
edilmiş qanun layihəsinin opponentləri də var idi.
Qanun layihəsinin tərəfdarları M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyli,
M.Hacınski, A.Əfəndizadə, S.A.Vonsoviç, S.M.Qənizadə, Ə.H.Qarayev, S.Ağamalıoğlu,
R.Kaplanov və b. universitetin tezliklə açılmasının əhəmiyyətindən danışaraq
göstərdilər ki, o, xalqın maariflənməsinə, Azərbaycanda elmin inkişafına, ictimai
həyatın müxtəlif sahələri üçün ixtisaslı kadrlar hazırlanmasına təkan verəcək.
Qanun layihəsinin əleyhdarları - Q.Qarabəyov, Y.Əhmədov, M.Əfəndizadə və
b. universitetdə tədrisin Azərbaycan dilində deyil, rus dilində aparılması barədə iradlarını
398
azərbaycanlı müəllimlərin çatışmaması ilə əlaqələndirir, öz mövqelərini yaxın gələcəkdə
universitetin təşkili üçün lazımi maliyyə vəsaiti tapılmayacağı ilə izah edirdilər.
Bakı Universitetinin yaradılmasının tərəfdarı M.Ə.Rəsulzadə parlamentdə
müzakirə olunan məsələ ətrafında vəziyyəti xarakterizə edərək qeyd etmişdi: "Burada
universitetin açılması məsələsində iki fikir mövcuddur. Məsələyə müxalif olan
münasibət onunla əsaslandırılır ki, bizdə kifayət qədər elmi kadrlar və mütəxəssislər
yoxdur. Amma universitetin təsis edilməsi dövlətin əsas vəzifələrindən biri olmalıdır,
buna görə də bütün maneələr aradan qaldırılmalıdır. Əlbəttə, yaxşı olardı ki, açılacaq elm
ocağı türk (Azərbaycan. - Red.) dilində olaydı, lakin bu hələlik mümkün deyildir. Lakin,
bu, başqa dildə də olsa, universitetin fəaliyyət göstərməsinə mane olmama lıd ır.
...Universitetdə türk (Azərbaycan. - Red.) dili keçiləcək, tələbələrin özləri də
Bakıda, öz doğma xalqı içərisində özlərini rahat hiss edəcəklər"
19
.
1919-cu il sentyabrın 1-də parlament Bakı şəhərində Dövlət Universitetinin
təsis edilməsi haqqında qanun qəbul etdi. Qanunda Universitetin dörd fakültədən: tarix-
filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələrindən ibarət olduğu göstərilmiş,
1919-cu il sentyabrın 1-dən başlayaraq birillik müvəqqəti ştat və smeta cədvəli,
universitet komissiyasına üç il müddətinə ilk rektor və d ekanları, kollegiyaya isə
professorları dəvət etmək, elmi şuraya idarə heyəti təşkil etmək hüququ verildiyi öz
əksini tapmışdı.
Qanunda universitetin 1919-1920-ci dərs ilində tədrisi təşkil etməsi,
avadanlıqlarla təchiz olunması üçün dövlət büdcəsindən 5 mln manat vəsait ayrılması
nəzərdə tutulur, bütün fakültələrdə Azərbaycan türk dilinin icbari fənn kimi tədris
edilməsi xüsusi göstərilir və o, 1919-cu il sentyabrın 1-dən etibarən fəaliyyətə başlamış
sayılırdı
20
.
Bakı Universitetinin ilk rektoru professor V.İ.Razumovski, tibb fakültəsinin
dekanı professor A.M.Levin, tarix-filologiya fakültəsinin dekanı isə N.A.Dubrovski
təyin olundular. Universitetdə dərs demək üçün Moskva universitetindən, Rostov,
Yekaterinoslav, Xarkov və Rusiyanın digər şəhərlərindən görkəmli alim və professorlar
dəvət edildilər
21
.
İlk tədris ilində universitetdə təhsil alan tələbələrin sayı 877 nəfər idi.
Bundan başqa, universitetə 217 azad dinləyici qəbul edilmişdi. Maraqlı fakt odur ki,
tarix-filologiya fakültəsinin 509 tələbəsindən yalnız 12 nəfəri azərbaycanlı idi. Tibb
fakültəsinə 10 nəfər azərbaycanlı qızın qəbul edilməsi müsəlmanlar arasında qadın həkim-
lərə kəskin ehtiyac duyulduğu bir şəraitdə mühüm əhəmiyyətli bir hadisə idi.
Beləliklə, Azərbaycan Cümhuriyyətində ən müxtəlif sahələr üzrə yüksək ixtisaslı
mütəxəssislər hazırlamaq üçün müxtəlif imkanlardan istifadə edilirdi.
Milli mədəniyyətin təməlini təşkil edən ən mühüm amil dil və ədəbiyyatdır.
Onun komponentləri və atributları: mətbuat, poeziya, dramaturgiya, teatr və s. milli
oyanışın, özünüdərkin, istiqlal arzularının inkişafında əsas rol oynayır.
Azərbaycanda XIX əsrin ikinci yarısından təşəkkül tapıb formalaşmağa
başlayan milli dirçəliş, milli özünüdərk və istiqlal şüurunun, mədəni millətçilik hərəkatının
399
fəlsəfəsi də, məfkurə təlimi də əsasən "Əkinçi" (1875-1877) qəzetindən "Azərbaycan"a
(1918-1920) qədərki milli mətbuatımızda yaran mışdır.
"Əkinçi"dən sonra Ünsizadə qardaşlarının Tiflisdə və Şamaxıda nəşr
etdirdikləri "Ziya" (1879-1880), "Ziyayi-Qafqaziyyə" (1880-1884), "Kəşkül" (1883-
1891) adlı qəzet və jurnalları müəyyən mənada M.F.Axundov və H.Zərdabinin başladığı
işi davam etdirirdilər. "Din ayrı, millət ayrı. Biz a zərbaycanlıy ıq" fikri milli mət-
buatda öz əksini tapdı. "Kəşkül" qapandı, Qafqaz müsəlmanları 15 il mətbuat
orqanlarından məhru m ed ild ilər. M.Şahtaxtılı Tiflisdə "Şərqi-Rus" (1903-1905)
qəzetində sələflərin in maarifçilik ideyaların ı təbliğ etməyə başladı.
1905-c i il inqilab ından sonra sıçrayışla inkişafa başlayan Azərbaycan
dövri mətbuatı - "Həyat" (1905-1906). "İrşad" (1905-1908), "Təkamü l" (1906),
"Dəvət-Qoç" (1906), "Tazə həyat" (1907-1908), "Səda" (1909-1911), "Həqiqət"
(1909-1910), "Bəsirət" (1917-1920), "Füqəra sədası" (1919) və s. 1918-1920-ci
illərdə yüksək mərhə ləyə çatdı.
AXC dövründə, iki ilə yaxın bir vaxt kəsiyində Bakıda, Tiflisdə, Gəncədə
və başqa inzibati mərkəzlərdə ideya istiqamət inə görə bir-birindən uzaq 80-dən ço x
qəzet və jurnal çıxırdı. Bunların 39-u A zərbaycan türkcəsində, 44-ü rus və başqa
dillərdə nəşr olunurdu.
"Molla Nəsrəddin" (1906-1917), "Füyuzat" (1906-1907), "Tərəqqi"
(1908-1909), "İqbal" (1912-1915), "Dirilik" (1914-1916), "Açıq söz" (1915-1918),
"Müsavat" (1917) kimi qəzet və jurnalların zəngin tarixi ənənələrinə güvənən AXC
milli mətbuatı içərisində "Azərbaycan" (1918-1920) qəzetinin müstəsna yeri vardı.
1920-c i il apre lin 27-də AXC-nin süqutundan sonra ictimai siy asi
ədəbiyyatda, tarixi materiallarda, ədəbi əsərlərdə "Müsavat" sözünə əksinqilabçı,
"millətçi", xalq düşməni donu geydirildiy i üçün "Azərbaycan" qəzetini də Müsavat
Partiyasının orqanı adlandırıblar. Ü.Hacıbəyov bu fikri "Düz yol" adlı məqalədə
təkzib edərək yazmışdır: " Danışırlar ki, "Azərbaycan" qəzeti, guya, "Müsavat"
Partiyasına mənsub firqəvi bir qəzet imiş... Bu fəqərə barəsində bəyan etməyi
lazım bilirəm ki, qəzetimiz partiya qəzeti deyild ir"
22
.
1918-1920-c i illərin ideyaların ı özlə rində əks etdirən "İqbal", "Dirilik" və
"Açıq söz"dən əlavə, "Müsavat" Partiyasının rəsmi orqanı "İstiqlal" (1918-1920)
qəzeti var idi, "Azərbaycan" isə "firqə xaricində" tam azad bir orqan o lu b, sözün
həqiqi mənasında, ictimai tribuna idi: " Vətən azad lığ ı və abadlığ ından, millət
salamatlığ ından, camaat tərəqqisi və dövlət intizamından" danışan hər bir qələm
sahibinə qəzet öz "sütunlarını bir ananın balasına qarşı açd ığı qucağı kimi meyil və
məhəbbətlə tamam açmışdı"
23
.
"Azərbaycan" qəzeti həm Azərbaycan, həm də rus dilində hər gün çıxırd ı.
Azərbaycan redaksiyasına ayrı-ayrı vaxtlarda C.Hacıbəyli, Üzeyir Hacıbəyli, Xəlil
İbrahim rəhbərlik etmiş, rus dilində nəşrin isə Ceyhun Hacıbəyli ilə Ş.Rüstəmbəyov
redaktoru olmuşlar.
"Azərbaycan"ın yaradıcı kollektivi - bir tərəfdən AXC rəhbərlərinin özləri:
400
M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, N.Yusifbəyli, C.Hacıbəyli, digər tərəfdən XX əsrin
əvvəllərindən milli şüurun ən görkəmli nümayəndələri: M.Hadi, Ə.Müznib, S.Hüseyn,
H.Cavid, Ü.Hacıbəyov, Ə.Cavad, Y.V.Çə mənzəminli, N.Vəzirov, AŞaiq, C.Cabbarlı,
F.Ağazadə, M.S.Axundov və b. kimi görkəmli yazıçı və jurnalistlər qəzetdə müntəzəm
çıxış edir, dəyərli ədəbi və siyasi publisistik yazıları ilə qəzetin tarixi rolunu, ideya
istiqamətini və məzmun zənginliyin i təmin edirdilər.
Xalqın milli-azadlıq şüurunun formalaşmasında fəal iştirak edən "Azərbaycan"
qəzeti eyni zamanda respublika hökumətinin rəsmi sənədlərini, qərar və fərmanları,
parlament iclaslarından raportlar çap edirdi. Qəzet təkcə 1919-cu ildə özünün 46 sayında
parlamentin 25 iclasının bütün gedişini tam əks etdirmişdi. Bununla "Azərbaycan" qəzeti
Xalq Cümhuriyyətinin canlı salnaməsi və sənədli tarixini yazmışdı.
1919-cu il oktyabrın 15-də parlamentdə mətbuat haqqında qanun qəbul
edilmişdi. Cümhuriyyət dövründə bu sahədə demokratik prinsiplərin yaşadığını
iqtidaryönlü mətbuatla yanaşı, Azərbaycan və rus dillərində təqribən 40 adda nəşr olunan
mü xalifət qəzetinin də ("Əxbar", "Al bayraq", "Zəhmət sədası", "Azərbaycan
füqərası", "Bednota", "Raboçiy put", "Məşəl" və b.) fəaliyyət göstərməsi sübut
etməkdədir. Bunların içərisində ən fəal və güclüsü kommunist mətbuatı ("Nabat",
"Füqəra sədası", "Hürriyyət") idi.
AXC Azərbaycanda milli ənənələrin, ictimai ideyaların, bədii və fəlsəfi fikrin,
xalqın öz ruhundan doğan milli hərəkatın qanuni yekunu kimi təşəkkül tapmışdı. Bu,
Cümhuriyyət dövrü ədəbiyyatında - poeziyada, nəsrdə və dramaturgiyada, səhnə
sənətində özünü hərtərəfli nümay iş etdirmişdir.
AXC dövründə ən çox poeziya dəbdə idi. Çünki ictimai zülm və ağır güzərandan
çıxıb demokratik azadlıqlara qovuşan, inqilabi əhvali-ruhiyyə ilə yaşayan xalqın arzu və
istəklərini müdafiə etmək üçün poeziya nəsr və dramaturgiyaya nisbətən daha
mütəhərrikdir və geniş imkanlara malikdir. AXC dövründə yaranan poeziyada mövzu
əlvanlığ ı, müəlliflərin ayrı-ayrı məsələlərə fərd i münasibəti, XX yüzilliy in
əvvəllərindən ədəbiyyatda kök salmış milli istiqlal məfkurəsinin azadlıq
sevincindən yaranan coşqun pafosla tərənnümü güclü idi.
M.Hadi, H.Cavid, A. Şaiq kimi məşhur ro mantiklər və " Cü mhuriyyət
şairi" Ə.Cavad başda olmaqla böyük şairlər dəstəsi 1918-1920-ci illərdə
Azərbaycan istiqlalını tərənnüm ed ird ilər.
"Şühədayi-hürriyyətimizin
ərvahinə
-
ithaf‖,
"Əsgərlərimizə,
könüllülərimizə" (M. Hadi), "Vətənin yanıq səsi", "Yeni ay doğanda", "Müsavat"
Partiyasına ithaf olun muş "Türk ədəmi-mərkə ziyyət firqəsi" (A.Şa iq), "Can, can
Azərbaycan", "Azərbaycan ordusuna" (Ə.Cavad), "Sevdiyim", "Sevgili ölkəm",
"Azərbaycan bayrağına" (C.Cabbarlı), "Əsgər anasına", "Bir may is günündə"
(Ümgülsü m Sadıqzadə) kimi şeir və poemalar Cü mhuriyyət intibahından ço x az
seçmə nü munələridir. Dövrün poeziyası üçün ideyalılıq, həyata bağlılıq, azadlıq
fərəhi səciyyəvi idi. Ə.Cavadın "Dalğa", F.Sacid in "Fəryad" adlı şeirlər kitabı,
"Milli şərqilər" toplusu AXC dövründə nəşr olunmuşdur. Bu dövr poeziyanın ən
401
görkəmli nü munəsi Ə.Cavadın "Dalğa" kitabı idi.
İstiqlal mövzusu, azadlığın uğur və çətinlikləri, xilaskar türk meh-
metciy inin (əsgərinin) bədii obrazı, düşüncə oyanışı və ictimai həyata şüurlu
münasibət kimi məsələlər bu illərin nəsrində də geniş yer tuturdu. Ü.Hacıbəyov
"Qurtuluş" adlı publisist hekayəsində Bakının daşnak-bolşevik zü lmündən xilas
edilməsində iştirak edən qoşun birləş məsinin xalqın imdadına vaxtında çatdıq larını
bədii dillə ifadə edərkən, hekayəni qüdrətli şair Ə.Cavad ın şerindən seçdiyi bir
bəndlə tamamlayır:
Dostları ilə paylaş: |