1984, 6 yanvar – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə
“Ədəbiyyat və İncəsənət” qəzetinin Xalqlar Dostluğu ordeni ilə təltif edilməsi
1984 – Bakıda ağır elektrik qaynaq avadanlığı zavodunun istifadəyə
verilməsi
1984, 10 fevral – Yevlax-Balakən dəmiryol xəttinin işə düşməsi
1984, 9 iyun – Naxçıvanda H.Cavidin ev-muzeyinin açılması
1985 – Bakı-Şevçenko (indiki Aktau) bərə yolunun açılması
1985, 30 avqust – Bakı Dərin dəniz Özülləri zavodunun işə düşməsi
1985, 3 sentyabr – Bakıda yeni zooparkın açılması
1985, dekabr – Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin “1986-1990-cı
illərdə Bakı şəhər təsərrüfatının daha da inkişaf etdirilməsi haqqında” qərarının
verilməsi
1985, 31 dekabr – Bakı metrosunun “Elmlər Akademiyası”, “İnşaatçılar”,
“XI Qızıl Ordu meydanı” (indiki “20 yanvar”) və “Əcəmi”stansiyalarının
istifadəyə verilməsi
1987, iyun – On cildlik “Azərbaycan Sovet Ensiklopediyası”nın nəşrinin
başa çatması
1987, oktyabr – Yerevanda “Qarabağ Komitəsi”nin ilk açıq milli-şovinist
mitinqinin keçirilməsi
|